Məhkəmə qərarları › İş №2-1(3-7)-156/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-156/2026

23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-156/2026 23.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçı İddiaçı və iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə İsgəndər oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh “xxxx” X1rşı “qərarın ləğvi və əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli, **** nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına görə, Tovuz RHK tərəfindən 1992ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin dekabr ayında aldığı və ##.##.2017-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra başın sol gicgah nahiyəsində bir ədəd, başın sağ ön alın qabarında bir ədəd, sol çənə bucağında uzunsov formalı bir ədəd, sağ əlin arxa səthində 5-ci daraq sümüyünün distal ucu səviyyəsində bir ədəd, sol əlin 1-ci barmağının proksimal falanqasının bayır səthində bir ədəd köhnə çapıq toxumalar, sol əlin birinci barmağının proksimal falanqasının (4 mm) qəlpəsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Tovuz rayon şöbəsinin ##.##.2017-ci il tarixli, ** nömrəli göndərişi, ##.##.2017-ci il tarixli *** nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən verilmiş ##.##.2017-ci il tarixli, *** nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ##.##.2017-##.##.2017-ci il tarixlərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin K/*** nömrəli canlı şəxsin məhkəmə-tibbi müayinəsinin rəyinə əsasən, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı (##.##.2017) başın sol gicgah nahiyəsində bir ədəd, başın sağ ön alın qabarında bir ədəd, sol çənə bucağında uzunsov formalı bir ədəd, sağ əlin arxa səthində 5-ci daraq sümüyünün distal ucu səviyyəsində bir ədəd, sol əlin 1-ci barmağının proksimal falanqasının bayır səthində isə bir ədəd köhnə çapıq toxumalar, rentgenoloji tədqiqat zamanı sol əlin birinci barmağının proksimal falanqasının (4 mm) qəlpəsi aşkar edildi. İddiaçı xəsarət alması barədə heç bir tibbi sənədi olmadığına və hadisədən uzun müddət keçdiyinə görə, qeyd edilən xəsarətlərin yetirilmə mexanizmi və müddəti barəsində hazırda dəqiq fikir söyləmək mümkün deyil, lakin çapıq toxumaların saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə və metal qəlpənin varlığına görə demək olar ki, həmin çapıqlar 1,5-2 ildən yuxarı olan müddət ərzində əmələ gəlmiş yaraların sağalmış izidir, onların odlusilah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlmələri inkar edilmir, o cümlədən müayinə olunanın göstərdiyi şəraitdə, 1993-cü ilin dekabr ayında odlu silah mərmi partlaması zamanı əmələ gəlmələri də mümkündür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 #.##.2023-cü il tarixli, **** nömrəli məktubuna əsasən, 1#.##.2023-cü il tarixli, **** nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə görə İddiaçı Mansur oğlu müayinə olunaraq ona “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə F07.0” diaqnozu qoyulmuşdur. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, 3-17-4/2- ****/**** nömrəli “vətəndaşa dair müvafiq sənədlərin təqdim edilməsi haqqında” məktuba əsasən, İddiaçı Gəncə Psixiatriya Xəstəxanasının P********PSB nömrəli göndərişi və müraciəti əsasında ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa SMS vasitəsilə məlumat göndərilmişdir. Məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - ##.##.2014-cü il tarixli müayinəyə əsasən, İddiaçı barəsində ilkin müddətsiz, üçüncü dərəcə əlilliyin ümumi xəstəlik səbəb əlaqəsi ilə təyinatı aparılmışdır; - ##.##.2017-ci il tarixli müayinəyə əsasən, İddiaçı barəsində 5 il müddətinə ikinci dərəcə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə əlillik təyinat aparılmışdır; - ##.##.2023-cü il tarixli müayinəyə əsasən, İddiaçı barəsində “Göndərişin natamam doldurulması - Səbəb: Xəstəlik dövründə sağlam kimi sürücülük vəsiqəsi aldığı üçün təkrar müayinə olunması məsləhət görülür” əlillik dərəcəsinin təyinatının imtinası edilməsi barədə qərar qəbul edilmişdir; - ##.##.2023-cü il tarixli müayinəyə əsasən, İddiaçı barəsində “Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” əlillik dərəcəsinin təyinatının imtinası edilməsi barədə qərar qəbul edilmişdir; - ##.##.2024-cü il tarixli müayinəyə əsasən, İddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir” əlillik dərəcəsinin təyinatının imtinası edilməsi barədə qərar qəbul edilmişdir; - ##.##.2024-cü il tarixdə ##.##.2024-cü il tarixli tibbi göndərişə əsasən, İddiaçı telefon nömrəsinə əlillik dərəcəsinin təyinatının imtinası edilməsi barədə sms-bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, 3-17-4/2- ****/**** nömrəli “vətəndaşa dair müvafiq sənədlərin təqdim edilməsi haqqında” məktuba əsasən, İddiaçı sonuncu dəfə Gəncə Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli, P********PSB nömrəli göndərişi və müraciəti əsasında ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Tərəfimizdən göndərilən ##.##.2025-ci il tarixli, *-**-*/*-****/**** nömrəli cavab məktubunda bildirdikləri üzrə qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa ##.##.2024-cü il tarixdə, saat 05:24-də 050-972-28-80 telefon nömrəsinə SMS vasitəsilə məlumat göndərilmişdir. Məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - Gəncə Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli tibbi göndərişinə (Forma 88) əsasən, İddiaçı barəsində əsas diaqnoz “F07.0 - üzvi mənşəli şəxsiyyət pozuntusu”, yanaşı xəstəliklər üzrə “F06.3 - əhvalın üzvi mənşəli [affektiv] pozuntusu” qəbul edilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *******0006 nömrəli qərara əsasən, “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, **** nömrəli məktuba qoşma şəklində əlavə edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının ##.##.2025-ci il tarixli, **** nömrəli rəyinə əsasən, İddiaçı hal-hazırda “Üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilomalar, koqnitiv funksiyaların enməsi ilə” (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri İ Qarabağ Müharibəsində döyüşlər zamanı kəllə-beyin travması alması, bundan sonra psixi vəziyyətində dəyişikliklərin yaranması, SN “xxxx” PHŞ-də, Psixi Sağlamlıq Mərkəzinində, Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında, Gəncə Psixiatriya Xəstəxanasında müayinə və müalicədə olması, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri və aşkar olunan əlamətlər - təfəkkürünün müfəssəlliyi və rigidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhval-ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssaslığının artması, əhəmiyyətsiz səbəblərdən qıcıqlanması, davranışı üzərində nəzarətinin zəifləməsi, maraq dairəsinin məhdud olması, koqnitiv funksiyalarının zəifləməsi və s. sübut edir. İnzibati iş materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci suala cavab: Yoxlanılan şəxs İddiaçı hal-hazırda “Üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilomalar, koqnitiv funksiyaların enməsi ilə” (F07.0) aşkar olunur. 2-ci, 5-ci və 6-cı suallara cavab: Qərarda qoyulmuş 2-ci, 5-ci və 6-cı suallar əmək qabiliyyətinin qiymətləndirilməsi meyarlarına aid olduğundan cavablandırılması məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. 3-cü və 4-cü suallara cavab: Yoxlanılan şəxs İddiaçı Gəncə Psixiatriya Xəstəxanası tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş tibbi göndərişdə aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. İddiaçı hal-hazırda “Üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə” (F07.0) aşkar olunur. Üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, lakin İddiaçı vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır. 7-ci suala cavab: Yoxlanılan şəxs İddiaçı hərbi əməliyyatlar nəticəsində kəllə-beyin travması almışdır. Elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəlləbeyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunur. Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filial tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, 3-17-1/2- ******/**** nömrəli məktuba qoşma şəklində əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər Altsisteminin ##.##.2025-ci il tarixli ərizəsinə əsasən, İddiaçı ##.##.2022-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, 3-17-4/2- *****/**** nömrəli “vətəndaşın əlillik vəziyyəti haqqında” məktuba əsasən, İddiaçı ilkin olaraq ##.##.2014-cü il tarixindən ümumi xəstəlik səbəbindən üçüncü dərəcə müddətsiz əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa ##.##.2017-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə 5 il müddətinə (##.##.2022-ci il tarixinədək) əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Əlillik müddətinin bitdiyi ##.##.2022-ci il tarixindən sonra vətəndaşın əlillik vəziyyəti Gəncə Psixiatriya Xəstəxanasının F********MMQ nömrəli göndərişi əsasında ##.##.2023-cü il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında İddiaçı ##.##.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, ##.##.2023-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bildirilmişdir ki, vətəndaşın əlillik vəziyyəti sonuncu dəfə Gəncə Psixiatriya Xəstəxanasının P********PSB nömrəli göndərişi və müraciəti əsasında ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə nəticəsində qiymətləndirilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, ##.##.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavadbeh “xxxx” X1rşı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## ###### 2024cü il tarixli, *******006 nömrəli qərarın ləğv edilməsini, ## ###### 2024-cü il tarixdən 2 il müddətinə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi səbəbli əlaqəsi ilə orqanizm funksiyalarının 65-80 faiz pozulmaqla əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən qaldırılmış iddia mümkün iddiadır. Belə ki, iddiaçı onun müraciətin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun huquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddiaçı qeyd edir ki, ona Azərbaycan Respublikasının ərazi bütövlüyün müdafiəsi ilə əlaqədar 2 dərəcə əlillik təyin edilmiş, belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi mərkəzi hərbi həkim komissiyasının **** nömrəli, ## #### 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçı 1992-ci ildən hərbi xidmətə çağırılmış və döyüş zamanı hərbi xidmət keçərkən yaralanmışdır. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində şəxsin canlı məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri “odlu silah qəlpə yaralanmalarından sonra başın sol gicgah nahiyyəsindən bir ədəd, başın sağ ön alın qabarında bir ədəd, sol çənə bucağında uzunsov formal bir ədəd, sağ əlin arxa səthində 5-ci daraq sümüyünün distal ucu səviyyəsində bir ədəd, sol əlin 1-ci barmağının proksimal falanqasının bayır səthində bir ədəd köhnə çapıq toxumalar, sol əlin birinci barmağının proksimal falanqasının qəlpəsi” diqanozu təyin edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır”. Bununla ilə bağlı iddiaçıya 2-ci dərəcəlik əlillik təyin edilmiş, sonuncu dəfə 2017-ci ildən 2022-ci ilə qədər əlilliyi qüvvədə olmuşdur. Lakin ## ###### 2024-cü il tarixdə qiymətləndirilmədə iddiaçıya “əlillik əlaməti təyin etmir barədə” qərar qəbul olunmuşdur. İmtinanın səbəbi “diaqnoz öz təsdiqini tapmaması” əsas olmuşdur. Həmin imtina məktubu (arayışı) ## ###### 2024-cü il tarixdə çap olunaraq iddiaçıya təqdim edilmiş və eyni zamanda iddiaçıya ## ###### 2024-cu il tarixdə imtina mesajı göndərilmişdir. İddiaçı faktiki olaraq məhdud fəaliyyət qabiliyyətlidir, işləməyə fiziki imkanları yol vermir, ağrıların qarşısını almaq üçün daim müalicə olunur. İddiaçı cavabdeh orqan tərəfindən imtina ilə bağlı qərarın iddiaçıya rəsmi təqdim etməməsi səbəbindən və rəsmi imtina məktubu göndərmədiyi səbəbindən, cavabdeh orqan tərəfindən qeyd olunan sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim edilməsi ilə bağlı həmin sənədləri cavabdeh orqandan tələb edilməsini məhkəmədən xahiş edir. Odur ki, o məcbur qalıb hazırki iddia ilə məhkəməyə müraciət edir. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Gəncə Psixiatriya Xəstəxanasının ## #### 2024-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu. Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnozun əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Tovuz rayon sakini ##.##.1967-ci il təvəllüdlü İddiaçı (FİN: *******) əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2023-cü il tarixli, D********ERS nömrəli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar verilmişdir (ESDAS 3-17-4/3-1- 24201/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2017-ci il tarixli, **** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah qəlpə yaralanmalarından sonra başın sol gicgah nahiyəsində bir ədəd, başın sağ ön alın qabarında bir ədəd, sol çənə bucağında uzunsov formalı bir ədəd, sağ əlin arxa səthində 5-ci daraq sümüyünün distal ucu səviyyəsində bir ədəd, sol əlin 1-ci barmağının proksimal falanqasının bayır səthində bir ədəd köhnə çapıq toxumalar, sol əlin birinci barmağının proksimal falanqasının (4 mm) qəlpəsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilməlidir ki, vətəndaş ##.##.2023-cü il tarixində DTSERAda əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, başında səs, əsəbilik, yuxusuzluq, qarışıq yuxular görməsindən şikayətlənmişdir. Anamnestik məlumatlarında əsəbləşdiyi zaman ətrafda olan əşyalara zərər vurduğu, 2022-ci ildə aortal qapaq protezləşdirilmə əməliyyatı keçirdiyini bildirmiş, qəbul etdiyi medikamentoz preparatların adlarını bilmədiyini qeyd etmişdir. Müayinə zamanı sağ əl arxasında, alnında, sol qulaq nahiyəsində çapıqlar izlənilmiş, aşağı ətraflarda tük örtüyünün seyrəlməsi izlənilmiş, ödem, trofiki pozuntular, hipotrofiya, atrofiya, parez müşahidə edilməmiş, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Auskultasiyada sistolik küy eşidilmiş, xroniki qan dövranı çatışmazlığı əlamətləri aşkarlanmamışdır. Psixi xəstəxanalarda müalicə alma səbəbini izah edə bilməmiş, hazırki psixi vəziyyətini yüngül astenik şəxs kimi dəyərləndirilmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına daxil olduğu andan özünü anlaqsız göstərməyə çalışmış, verilən suallara cavab verməmişdir. Müayinə zamanı alnında çapıq izlənilmiş, yuxarı və aşağı ətraflarında hərəkətlər sərbəst və ağrısız olmuşdur. Vətəndaşın ##.##.2023-cü il tarixində DTSERA-da əyani müayinədə nümayiş etdirdiyi klinika ilə hazırkı klinika arasında ciddi uyğunsuzluq müəyyənləşdirilmişdir. Psixi statusunda əyani müayinə zamanı vətandaş qəti ünsiyyətə daxil olmamış, adına reaksiya verməmiş, heç bir təlimi icra etməmiş, müayinə prosesində kobud simulyativ davranış sərgiləmiş, əyəni müayinədə davranışı və psixi status qeydində uyğunsuzluq müəyyənləşdirilmişdir. X3 Xəstəxanasının ##.##.2022-ci il tarixli beyin MR müayinəsinin nəticəsi “Mülayim diffuz serebral atrofiya” kimi qeyd edilmişdir. xxxxnın ##.##.2023-1#.##.2023-cü il tarixli *****/** nömrəli Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. xxxxnın 1#.##.2023-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə. Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X8 ##.##.2024-##.##.2024-cü il tarixli, ******** nömrəli çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Qayıdan depressiv pozgunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod” kimi qeyd edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı əlillik vəziyyətinə ##.##.2024-cü il tarixli göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim N.Hüseynov) iddianın təmin edilməsi, “xxxx” X1 ## ###### 2024-cü il tarixli, *******006 nömrəli nömrəli qərarının ləğv edilməsi, İddiaçı orqanizmin funksiyalarının 65- 80 faiz pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh “xxxx” X1 üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində yuxarıda nəzərdə tutulan əlamətlər “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.2-ci bəndində nəzərdə tutulan əlamətlərə uyğundur. Bu səbəbdən də məhkəmə iddiaçıya “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.2-ci bəndində nəzərdə tutulmuş qaydada orqanizmin funksiyalarının 65- 80 faiz pozulması ilə bağlı əlilliyin təyin edilməsini məqsədəmüvafiq hesab edir. İddiaçıya münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydalarının 4.2-ci bəndinə qeyd edilən əlilliyin müddətsiz təyin edilməsi əsasları (cəmi: 03 il 04 aydan artıq müddətinə müddətsiz 3-cü dərəcə və 5 il müddətinə ikinci dərəcə əlilliyinin olmaqla) mövcud deyildir. Bu səbəbdən də iddiaçıya təyin ediləcək əlilliyin müddəti ilə bağlı “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin tələbləri nəzərə alınmalıdır. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.2-ci bəndində nəzərdə tutulmuş xəstəlik əlamətlərinin olması həmin bəndin tələbinə əsasən şəxsə 2 il müddətinə əlilliyin təyin edilməsini nəzərdə tutmuşdur. Məhkəmə onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli, **** nömrəli qərarına görə, Tovuz RHK tərəfindən 1992-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin dekabr ayında aldığı və ##.##.2017-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra başın sol gicgah nahiyyəsində bir ədəd, başın sağ ön alın qabarında bir ədəd, sol çənə bucağında uzunsov formalı bir ədəd, sağ əlin arxa səthində 5-ci daraq sümüyünün distal ucu səviyyəsində bir ədəd, sol əlin 1-ci barmağının proksimal falanqasının bayır səthində bir ədəd köhnə çapıq toxumalar, sol əlin birinci barmağının proksimal falanqasının (4 mm) qəlpəsi” diaqnozu qoyulmuşdur (“Hərbi travmadır, azərbaycan respublikasının müdafiəsi zamanı alınmışdır”). Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə psixatrik ekspertizası təyin edilməsi barədə qərardadı üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025ci il tarixli, **** nömrəli rəyində yoxlanılan şəxs İddiaçı hərbi əməliyyatlar nəticəsində kəlləbeyin travması aldığı, elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəlləbeyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunduğu qeyd edilmişdir. Bu da öz növbəsində İddiaçı adına Gəncə Psixiatriya Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş ##.##.2024-cü il tarixli P********PSB nömrəli Forma 88-də əks olunan “Üzvü mənşəli şəxsiyyət pozuntusu” (F07.0) xəstəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2017-ci il tarixli **** nömrəli qərarında qeyd “Odlu silah qəlpə yaralanmalarından sonra başın sol gicgah nahiyyəsində bir ədəd, başın sağ ön alın qabarında bir ədəd, sol çənə bucağında uzunsov formalı bir ədəd, sağ əlin arxa səthində 5-ci daraq sümüyünün distal ucu səviyyəsində bir ədəd, sol əlin 1-ci barmağının proksimal falanqasının bayır səthində bir ədəd köhnə çapıq toxumalar, sol əlin birinci barmağının proksimal falanqasının (4 mm) qəlpəsi” xəstəliyi səbəbində yaranmasını deməyə əsas verir. Bu səbəbdən də iddiaçının əlilliyinin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası ** nömrəli qərarının 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ödənilmədiyi halda məhkəmə iddianı təmin etmişdir. Bildirmək istəyir ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Həmçinin bildirmək istəyir ki, yüzlərlə bu formada analoji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Forma 88 qeyd edilən xəstəliklərin ağırlaşması olmadığı halda iddia təmin edilmişdir. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı, onun nümayəndəsi nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasan işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə:

7. Psixi və davranış pozuntuları 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu – F07.0 Qiymətləndirmə: 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80% - 2 il

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İş materiallarından görünür ki, iddiaçı İddiaçı xəstəliyi ilkin olaraq ##.##.2014-cü il tarixdə qiymətləndirilmiş və onda ##.##.2014-cü il tarixdən ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik müəyyən edilmişdir. Daha sonra təkrar olaraq ##.##.2017ci il tarixdə xəstəliyi qiymətləndirilmiş və həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, 5 il müddətinə ikinci dərəcə əlillik müəyyən edilmişdir. Bundan sonra iddiaçıda müəyyən olunmuş əlilliyin müddəti bitdikdən sonra sonuncu dəfə ##.##.2024-cü il tarixdə Gəncə Psixiatriya Xəstəxanasının göndərişi əsasında onun xəstəliyi qiymətləndirilmiş və “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İş materiallarında olan P********PSB nömrəli Forma-88 haqqında məlumat qrafikindən görünür ki, iddiaçıya TSEK-ə göndəriş zamanı qoyulan diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – F07.0 - Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu; Yanaşı xəstəliklər – F06.3 – Əhvalın üzvi mənşəli [affektiv] pоzuntusu, Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu. Bundan başqa, göndərişin “Status localis” hissəsində iddiaçının vəziyyəti barədə qeyd edilir ki, psixi vəziyyətində pozulmalar uzun zamandır ki, keçirdiyi kəllə beyin travmasından sonra özünü büruzə vermişdir. Travma döyüş zonasında hərbi xidmət keçərkən alınmışdır. ##.##.2017-ci il tarixli, №**** nömrəli MN HHK qərarına əsasən, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Daima müayinə və müalicələr olunmasına baxmayaraq psixi vəziyyətində yaxşılaşmalar yoxdur. Kontakta çətin daxil olur, verilən sualların bir çoxunu cavabsız qoyur. Cavabları qısa, konkretdir. Daima baş ağrıları, əsəb, yuxusuzluq, narahatlıq, qorxu, şübhələr izlənilir. Maraq dairəsi daralıb. Özünə qapanır, təkliyi sevir. Konfliktlərə meyillidir. Çox əsəbi və hövsələsizdir. Bir yerdə qərar tuta bilmir. Ünsiyyət əlaqəsinə həvəssiz daxil olur. Hər xırda qıcıqlara güclü affektiv reaksiyalar göstərir. Davranışı qeyri-adekvatdır, ətrafdakılardan şübhələnir, tez-tez şübhə ilə ətrafa boylanır. Deyilənlərin əksini anlayır, dava dalaşlar salır. Verilən tapşırıqları yerinə yetirməkdə çətinlik çəkir. Vaxtını səmərəli keçirmir. Ətrafa qarşı laqeyddir. Əhval ruhiyyəsi kəskin dəyişkəndir, qəflətən əsəbləşir, qışqırır, dava dalaş salır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, “xxxx” X1 ##.##.2025-ci il tarixli, **** saylı ekspertizasının rəyində qeyd edilir ki, İddiaçı hal-hazırda “Üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilomalar, koqnitiv funksiyaların enməsi ilə” (F07.0) aşkar olunur. Yoxlanılan şəxs İddiaçı Gəncə Psixiatriya Xəstəxanası tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş tibbi göndərişdə aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. İddiaçı halhazırda “Üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə” (F07.0) aşkar olunur. Üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, lakin İddiaçı vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır. Yoxlanılan şəxs İddiaçı hərbi əməliyyatlar nəticəsində kəllə-beyin travması almışdır. Elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəlləbeyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunur. İş materiallarından görünür ki, iddiaçıda hərbi əməliyyatlar zamanı alınmış kəlləbeyin travması nəticəsində formalaşmış üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) uzunmüddətli və davamlı xarakter daşıyır. Tibbi sənədlər və məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə onda koqnitiv funksiyaların enməsi, davranış və emosional sahədə nəzərəçarpan dəyişikliklərin mövcud olduğu təsdiq edilir. Belə ki, iddiaçı kontakta çətin daxil olur, verilən sualları cavabsız qoyur, bir yerdə qərar tuta bilmir, davranışı qeyriadekvatdır, hər xırda qıcıqlara güclü affektiv reaksiyalar verir, ətrafdakılardan şübhələnir, konfliktlərə və dava-dalaşa meyillidir, əhval ruhiyyəsi kəskin dəyişkəndir, qəflətən əsəbiləşir və aqressiv davranış nümayiş etdirir. Həmçinin verilən tapşırıqları yerinə yetirməkdə çətinlik çəkməsi, maraq dairəsinin daralması, özünə qapanması və ətrafa qarşı laqeyd münasibəti onda məqsədyönlü fəaliyyət qabiliyyətinin və sosial adaptasiyanın əhəmiyyətli dərəcədə pozulduğunu göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 7.6.2. bəndinə əsasən xəstəliyin xüsusiyyəti kimi “üzvi mənşəli şəxsiyyət pozuntusu” XBT-10 kodu “F07.0” kimi təsbit olunmuş və həmin Əlavənin 7.6.2. bəndinin 7.6.2.2. yarımbəndinə əsasən “məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” ilə orqanizminin funksiyalarının pozulması faizi 65-80 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətə təyin olunmalı olduğu göstərilmişdir. İş materiallarında olan sənədlərdən və yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi iddiaçıya qoyulmuş diaqnozun, ekspertiza rəyi də nəzərə alınmaqla əlilliyin müəyyən olunması meyarlarının müvafiq bəndində öz əksini tapması təsdiq olunmuşdur. Bundan başqa iddiaçıda olan xəstəliyin səbəb əlaqəsinə gəldikdə isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli, **** nömrəli qərarına əsasən Tovuz RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin dekabr ayında aldığı və ##.##.2017-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra başın sol gicgah nahiyəsində bir ədəd, başın sağ ön alın qabarında bir ədəd, sol çənə bucağında uzunsov formalı bir ədəd, sağ əlin arxa səthində 5-ci daraq sümüyünün distal ucu səviyyəsində bir ədəd, sol əlin 1-ci barmağının proksimal falanqasının bayır səthində bir ədəd köhnə çapıq toxumalar, sol əlin birinci barmağının proksimal falanqasının (4 mm) qəlpəsi” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Bununla yanaşı “xxxx” X1 ##.##.2025-ci il tarixli, **** saylı ekspertizasının rəyində də qeyd edilir ki, yoxlanılan şəxs İddiaçı hərbi əməliyyatlar nəticəsində kəllə-beyin travması almışdır. Elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan “üzvi mənşəli şəxsiyyət pozuntusu” üzvi xəstəliklərin (kəlləbeyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunur. Həmçinin iş üzrə mövcud tibbi sənədlərdən görünür ki, iddiaçıda ##.##.2017-ci il tarixdə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2.9-cu bəndinə əsasən “qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri” meyarı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, 5 il müddətinə, ikinci dərəcə əlillik müəyyən edilmişdir. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıda əlilliyin müəyyən edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır. Bundan başqa cavabdeh apellyasiya şikayətinin dəlilində qeyd etmişdir ki, “diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın.” Bu dəlilə münasibətdə kollegiya qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirmə nəticəsində diaqnozda qeyd olunan xəstəlik şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur. Cavabdeh həmçinin apellyasiya şikayətinin dəlilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.5.1-ci bəndinə istinad edərək həmin bəndə nəzərdə tutulan şərtlərin ödənilmədiyi halda iddia tələbinin təmin edildiyini bildirmişdir. Məhkəmə kollegiyası buna münasibətdə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası şəxsə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi ilə bağlı münasibətləri tənzimləyir. Hazırki iş üzrə isə göndərişin verilməsi və ya onun verilməsindən imtina olunması ilə bağlı hər hansı mübahisə mövcud olmamışdır. Gəncə Psixiatriya Xəstəxanası tərəfindən göndəriş verilmiş və cavabdeh inzibati orqan tərəfindən qiymətləndirilərək hazırda mübahisələndirilmiş olan müvafiq qərar qəbul edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir. Belə ki, iddiaçı İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ona əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar