Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-158/2026 16.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARI Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ##.##.1980-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletə əsasən, İddiaçı may 1980-ci il tarixdən ##.##.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
2. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, İddiaçı ##.##.1978-ci il tarixdən ##.##.2019-cu il tarixədək müxtəlif vaxtlarda ayrı-ayrı müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək kitabçasınıN **-11-ci səhifələrdə qeyd edilən ##.##.1991-ci il tarixli, ** nömrəli əmrə əsasən, o, Gəncə Təmir-Tikinti idarəsi köçürüldüyünə görə K.T.T. Idarəsinə usta vəzifəsinə köçürülmüşdür. 10-11-ci səhifələrdə qeyd edilən ##.##.1996-cı il tarixli, ** nömrəli əmrə əsasən, o, öz ərizəsinə əsasən işdən azad edilmişdir. 10-11-ci, 12-13-cü səhifələrdə qeyd edilən ##.##.1996-cı il tarixli, *** nömrəli əmrə əsasən, o, Gəncə Gil-torpaq istehsalat birliyi avadanlıqların mərkəzləşdirilmiş təmiri sexinə * nömrəli sahəsinə usta vəzifəsinə təyin edilmişdir. 12-13-cü səhifələrdə qeyd edilən ##.##.2006-cı il tarixli, **K nömrəli əmrə əsasən, struktur dəyişikliyi ilə əlaqədar əmək fəaliyyətini texniki xidmət və təmir departamentinin istehsalat üzrə təmir sexində onun təmirçi-çilingər peşəsində davam etdirməsi qeyd edilmişdi. 12-13-cü səhifələrdə qeyd edilən ##.##.2019-cu il tarixli, **K nömrəli nömrəli əmrə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, onun əmək müqaviləsinə xitam verilmişdir. 14-15-ci səhifələrdə qeyd edilən ##.##.2019-cu il tarixli, ** nömrəli əmrə əsasən, o, fərdi sahibkar X1 (VÖEN: **********) ixtisaslaşmış mağazasına gözətçi işinə qəbul edilmişdir.
3. “xxxx” ASC-nin ##.##.2022-ci il tarixli, **-****-**** nömrəli “şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayış 47”ə əsasən, İddiaçı Tofiq oğlu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Gil- Torpaq Sexində usta vəzifəsi, təmirçi çilingər peşəsi tarixləri arasındakı dövr ərzində işləmişdir. Işlədiyi peşə üzrə sosial sığorta (əmək) stajı ##.##.1996-dan-##.##.2009-dək, Əmr № *** ##.##.1996, Əmr № ** ##.##.2006, Əmr № ** ##.##.2019 təşkil edir. Məhsul istehsalı və xidmətlərin yerinə yetirilməsi, əmək məhsuldarlığının artırılması, avadanlıqların tam gücü ilə işləməsi əsasında az əmək sərf edilməsi sahə ustası vəzifəsi, avadanlıqların təmiri, quraşdırılması, yığılması, sınaqdan keçirilməsi prosesində qüsurların aradan qaldırılması - təmirçi çilingər peşəsi ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 9, yarımbölmə 9b bəndinə usta vəzifəsi (2091100b23187) vəzifə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının bölmə 7, yarımbölmə 29a, avadanlıqların təmiri üzrə təmirçi - çilingər peşə koduna uyğundur.
4. “xxxx” ASC-nin ##.##.2023-cü il tarixli, **-*-*/*-****/**** nömrəli arayış № **-ə əsasən, X3 həqiqətən “xxxx” ASC-nin Gəncə “Gil-Torpaq” X11 Mərkəzləşdirilmiş Təmiri sexində ##.##.1996-cı ildən ##.##.2006 cı ilə qədər usta vəzifəsində, Texniki Xidmət və Təmir Departamentinin Istehsalat üzrə Təmir Sexində ##.##.2006-cı ildən ##.##.2009-cu ilədək təmirçi çilingər peşəsində işləmişdir. Aşağıda göstərilən tarixlərdə ödənişsiz məzuniyyətdə olmuşdur: ##.##.1998-dən – ##.##.1998-dək ##.##.1999-dan – ##.##.1999dək ##.##.2009-dan – ##.##.2019-dək.
5. “xxxx” ASC-nin ##.##.2023-cü il tarixli, **-*-*/*-****/**** nömrəli arayışına əsasən, Gəncə “Gil-Torpaq” Istehsalat sahəinin işçisi İddiaçı ##.##.1996-cı il tarixli, *** saylı əmrə əsasən ##.##.1996-cı il tarixdən Avadanlıqların Mərkəzləşdirilmiş Təmiri Sexinda usta, ##.##.2006-cı il tarixli, ** saylı əmrə əsasən isə ##.##.2006-cı il tarixdən Texniki Xidmət və Təmir Departamenti – Istehsalat üzrə Təmir Sexində təmirçi çilingər işləmişdir. ##.##.2019-cu il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilmişdir (Əmr 37, ##.##.2019-cu il).
6. Azərbaycan Respublikası Milli Arxiv Idarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə Filialının ##.##.2023-cü il tarixli, *-**-DA-*F/*-V-***/*/**** nömrəli arxiv arayışına əsasən: a) Kirovabad şəhərinin Kirovabad Təmir və Tikinti Xüsusi Idarəsinin ##.##.1987-ci il tarixli, **/k nömrəli əmrinə əsasən, * nömrəli bölmənin 4-cü dərəcəli çilingəri İddiaçı ##.##.1987-ci il tarixdən 172 rubl maaşla alüminium zavodunun texnoloji avadanlıqlarının təmiri üzrə * nömrəli bölmənin ustası vəzifəsinə keçirilmişdir. b) Kirovabad şəhərinin Kirovabad Təmir və Tikinti Xüsusi Idarəsinin ##.##.1989-cu il tarixli, ***/k nömrəli əmrinə əsasən, * nömrəli bölmənin ustası İddiaçı 30 gün müddətində məzuniyyət verilmişdir. c) Kirovabad Gəncə Təmir-Tikinti Xüsusi Idarəsinin ##.##.1991-ci il tarixli, **/k nömrəli əmrinə əsasən, * nömrəli bölmənin ustası İddiaçı 60 gün müddətində məzuniyyət verilmişdir.
7. “Azərəlvanmetaltəmirtikinti” trestinin Gəncə Ixtisaslaşdırılmış Təmir-tikinti idarəsinin arxiv fondunun sənədlərinə əsasən fəhlə və qulluqçuların əmək haqqı cədvəllərindən məlum olur ki, X3 həmin təşkilatda işləmiş və 1986, 1987, 1988, 1989, 1990-cı ilin yanvar-may və iyul-dekabr aylarında, 1991-ci ilin yanvar-aprel, iyun-avqust və noyabr aylarında əmək haqqı almışdır.
8. Cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*/*-V-*****/**** nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən, Mərkəzi Filiala təqdim edilən “xxxx” ASC-nin vətəndaş İddiaçı dair ##.##.2023-cü il tarixli, **-*-*/*-****/**** nömrəli arayışında ##.##.1998-##.##.1998-ci il, ##.##.1999- ##.##.1999-cu il və ##.##.2009- ##.##.2019-cu il tarixləri arasındakı dövrlər ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Həmin ödənişsiz məzuniyyətdə olduğu, işləmədiyi müddəti onun iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də vətəndaş İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (12 il 2 ay 4 gün (##.##.1996- ##.##.1998-ci il, ##.##.1998-##.##.1999-cu il, ##.##.1999-##.##.2009-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq vətəndaş İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
9. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, 3-17-1/2- ******/**** nömrəli “müvafiq məlumatların göndərilməsi haqqında” məktuba əsasən, İddiaçı ümumi iş stajı 31 il 2 ay 7 gün (##.##.2006-cı il tarixinədək 26 il 5 ay 7 gün (##.##.1978-##.##.1980-ci il, ##.##.1980-##.##.1982-ci il (hərbi xidmətdə olduğu dövr), ##.##.1982-##.##.1982-ci il, ##.##.1982-##.##.1984-cü il, ##.##.1984- ##.##.1991-ci il, ##.##.1991-##.##.1996-cı il, ##.##.1996-##.##.1998-ci il, ##.##.1998- ##.##.1999-cu il, ##.##.1999-##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 4 il 9 ay) təşkil edir.
10. “xxxx” ASC tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, **-*-*/*- **/**** nömrəli məktuba əsasən, müəssisənin istehsal-təsərrüfat fəaliyyəti 2009-cu ildən tam dayanmış və bu səbəbdən işçilər, o cümlədən İddiaçı uzun müddətli ödənişsiz məzuniyyətə buraxılmışlar. Işçilərin məzuniyyət əmrləri dövri olaraq verildiyidən onların sayı çoxluq təşkil edir. - Məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən:- “xxxx” ASC-nin Gəncə “Gil-Torpaq” Istehsalat sahəsində işləmiş İddiaçı həqiqətən ##.##.1996-cı il tarixdən ##.##.2006-cı il tarixinə olan dövrdə ona hesablanmış əmək haqqı və digər gəlirlər aşağıdakı kimidir: 1996-cı ilin oktyabr-dekabr, 1997-ci ilin yanvar-sentyabr və dekabr, 1998-ci il, 1999-cu ilin may-dekabr ayları, 2000-2002-ci illər, 2003-cü ilin yanvar-aprel, iyun-dekabr ayları, 2004 və 2005-ci illər. Qeyd: ##.##.1996-cı il tarixdən ##.##.2005-ci il tarixinə olan o dövrün pul vahidi olan AZM ilə, ##.##.2005-ci il tarixdən ##.##.2006-cı il tarixinə qədər o dövrün pul vahidi olan AZN ilə göstərilmişdir. “xxxx” ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə ##.##.2009-cu il tarixli, N **-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 42-ci sırada qeyd edilən “xxxx” ASC-nin Gəncə “Gil- Torpaq” Istehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı ##.##.2009-cu il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və ##.##.2009-cu il tarixdən iki aylıq müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır; “xxxx” ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə ##.##.2010-cu il tarixli, N **-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 1002-ci sırada qeyd edilən “xxxx” ASC-nin Gəncə “Gil- Torpaq” Istehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı ##.##.2010-cu il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və ##.##.2009-cu il tarixdən iki aylıq müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır; “xxxx” ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə ##.##.2011-ci il tarixli, N ***-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 975-ci sırada qeyd edilən “xxxx” ASC-nin Gəncə “Gil- Torpaq” Istehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı ##.##.2011-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və ##.##.2011-ci il tarixdən iki ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır; “xxxx” ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə ##.##.2011-ci il tarixli, N ***-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 931-ci sırada qeyd edilən “xxxx” ASC-nin Gəncə “Gil- Torpaq” Istehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı ##.##.2011-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və ##.##.2011-ci il tarixdən iki ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır; “xxxx” ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə ##.##.2012-ci il tarixli, N ***-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 829-cu sırada qeyd edilən “xxxx” ASC-nin Gəncə “Gil- Torpaq” Istehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı ##.##.2012-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və ##.##.2012-ci il tarixdən iki ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır; “xxxx” ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə ##.##.2013-cü il tarixli, N ***-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 670-ci sırada qeyd edilən “xxxx” ASC-nin Gəncə “Gil- Torpaq” Istehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı ##.##.2013-cü il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və ##.##.2013-cü il tarixdən iki ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır; “xxxx” ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə ##.##.2014-cü il tarixli, N ***-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 577-ci sırada qeyd edilən “xxxx” ASC-nin Gəncə “Gil- Torpaq” Istehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı ##.##.2014-cü il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və ##.##.2014-cü il tarixdən qırx iki təqvim günü müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır; “xxxx” ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə ##.##.2015-ci il tarixli, N **-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 514-cü sırada qeyd edilən “xxxx” ASC-nin Gəncə “Gil- Torpaq” Istehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı ##.##.2015-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və ##.##.2015-ci il tarixdən qırx iki təqvim günü müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır; “xxxx” ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə ##.##.2016-cı il tarixli, N **-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 450-cə sırada qeyd edilən “xxxx” ASC-nin Gəncə “Gil- Torpaq” Istehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı ##.##.2016-cı il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və ##.##.2016-cı il tarixdən qırx iki təqvim günü müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır; “xxxx” ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə ##.##.2017-ci il tarixli, N **-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 380-cə sırada qeyd edilən “xxxx” ASC-nin Gəncə “Gil- Torpaq” Istehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı ##.##.2017-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və ##.##.2017-ci tarixdən qırx iki təqvim günü müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır; “xxxx” ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə ##.##.2018-ci il tarixli, N **-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 353-cü sırada qeyd edilən “xxxx” ASC-nin Gəncə “Gil- Torpaq” Istehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı ##.##.2018-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmışdır; “xxxx” ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə ##.##.2019-cu il tarixli, N **-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 342-ci sırada qeyd edilən “xxxx” ASC-nin Gəncə “Gil- Torpaq” Istehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı ##.##.2019-cu il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və ##.##.2019-cu il tarixdən qırx iki təqvim günü müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır; “xxxx” ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə ##.##.2019-cu il tarixli, N **-K nömrəli əmrə əsasən, İddiaçı Texniki Xidmət və Təmir Departamentinin Istehsalat üzrə Təmir sexinin təmirçi çilingəri ##.##.2019-cu il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə ##.##.2019-cu il tarixdən xitam verilmişdir.
11. “xxxx” ASC tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, **-*-*/*- **/**** nömrəli məktuba əsasən, “xxxx” ASC-nin balansında olan istehsalat sahələri 1960cı illərdə fəaliyyətə başlamış və Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra həmin sahələr müxtəlif qaydada fəaliyyətini davam etdirmiş və Azərbaycan Respublikasının Prezidentinin *** saylı Sərəncamına əsasən 2000-ci ildə “xxxx” ASC yaradılmış və istehsalat sahələri müəssisənin balansına verilmişdir. Daha sonra 2008- 2009-cu illərdə dünya maliyyəiqtisadi sistemində və alüminium sənayesində yaranmış böhran nəticəsində “xxxx” ASC-də iş həcminin kəskin azalması, istehsal olunan məhsulun satış qiymətinin bir neçə dəfə aşağı düşməsi istehsalın və işin tam dayanması ilə nəticələnmişdir. Səhmdar Cəmiyyətinin hal-hazırkı vaxtadək hər-hansı istehsalat fəaliyyəti yoxdur, istehsalat sahələri konservasiya rejimində saxlanılır. Bildirilmişdir ki, müəssisənin istehsal-təsərrüfat fəaliyyəti 2009-cu ildən tam dayandırıldığından işçilər, o cümlədən İddiaçı uzun müddətli ödənişsiz məzuniyyətə buraxılmışlar. Işçilərin məzuniyyət əmrləri dövri olaraq verildiyindən onların sayı çoxluq təşkil edir.
12. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, 3-17-1/2- ******/**** nömrəli “müvafiq məlumatın göndərilməsi haqqında” məktuba əsasən, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq # ###### 2021-ci il tarixinə ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı # ###### 2021-ci il tarixinədək cəmi 24546,81 manat təşkil edir. Eyni zamanda bildirilmişdir ki, 05,04.1998- ##.##.1998-ci il və ##.##.1999-##.##.1999-cu il tarixləri arasındakı dövrlər İddiaçı iş stajında nəzərə alınsa belə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq # ###### 2021-ci il tarixinə ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı # ###### 2021-ci il tarixinədək cəmi 24844,64 manat təşkil edəcək. Əlavə olaraq bildirilmişdir ki, adıçəkilən şəxsin Mərkəzi Filiala təqdim etdiyi “xxxx” ASC-nin ona dair ##.##.2023-cü il tarixli, 13- *-*/*-****/**** nömrəli arayışında ##.##.1998-##.##.1998-ci il, ##.##.1999-##.##.1999- cu il və ##.##.2009-##.##.2019-cu il tarixləri arasındakı dövrlər ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Buna görə də İddiaçı ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddəti onun iş stajına daxil etmək mümkün deyil.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
13. Iddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində xxxx publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, 60 yaşı tamam olduğu ##.##.2021-ci il tarixdən ona güzəştli pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.1961-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Iddiaçı qeyd edir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən, ümumi əmək stajı 25 il olan, həmin stajın 12 il, 6 ayını güzəştli peşələrdə işləmiş kişilər sosial sığorta kartında topladığı kapitalın miqdarından asılı olmayaraq 60 yaşına çatdıqda güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ vardır. O hesab edir ki, o, anunvericilikdə nəzərdə tutulan həmin stajı toplamış, şikayət ərizəsinə əlavə etdiyi əmək kitabçasının təsdiqlənmiş surətindən, hərbi biletinin təstiqlənmiş surətindən, eləcə də güzəştli staj barədə Azeral “xxxx” ASC tərəfindən verilmiş güzəştli staj barədə ##.##.2022-ci il tarixli, **--****-**** nömrəli rəsmi arayışla da tam təstiq olunur. Iddiaçı bildirir ki, o, ##.##.1978-ci il tarixdə ** nömrəli TikintiQuraşdırma Idarəsinin * nömrəli Trestinə 4-cü dərəcəli montajçı işinə qəbul olunmuş, ##.##.1079-cu ildə həmin müəssisə ** nömrəli Tikinti idarəsi adlandırılmış, ##.##.1980-ci il tarixdə həqiqi hərbi xidmətə getdiyi üçün işdən azad olunmuşdur. Iddiaçı ## ##### 1980- ci il tarixdə həqiqi hərbi xidmətə gedib, ## ### 1982-ci il tarixdə ordudan tərxis olunmuş, ##.##.1982-ci il tarixdə N nömrəli hərbi hissədə avtomobil təmiri üzrə çilingər kimi işə qəbul olunmuş, ##.##.1982-ci ildə işdən azad olunmuşdur. Iddiaçı ##.##.1982-ci ildə Kirovobad şəhər DIŞ-in Mühafizə şöbəsinə mühafizəçi təyin edilərək, ##.##.1984-cü ildə işdən azad olunmuş, ##.##.1984-cü ildə Kirovobad “Əlvanmetaltikinti” Idarəsinə 3-cü dərəcə çilingər işinə qəbul olunmuş, ## ###### 1991-ci il tarixində köçürülmə yolu ilə Gəncə Təmir Tikinti idarəsinə usta vəzifəsinə keçirilmiş, ##.##.1996-cı ildə işdən azad olunmuş, ##.##.1996-cı il tarixdə Gəncə Giltorpaq Istehsalat Birliyinin avadanlıqların mərkəzləndirilmiş təmiri sexinin * nömrəli sahəsinə usta vəzifəsinə qəbul olunmuş və ## #### 2006-cı il tarixdə idarədəki struktur dəyişiklikləri ilə əlaqədar olaraq əmək fəaliyyətini Texniki Xidmət və Təmir Departamentinin Istehsalat üzrə Təmir sexində təmirçi-çilingər kimi davam etdirmişdir. Iddiaçı ##.##.2019-cu ildə işdən azad olunmuş, ##.##.2019-cu ildə Fərdi sahibkar (VÖEN ********* nömrəli) ixtisaslanmamış magazasına gözətçi işinə qəbul olunmuş, Azeral “xxxx” ASC tərəfindən güzəştli staj barədə ##.##.2022-ci il tarixli **--****-**** nömrəli şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair ** nömrəli arayışında onun Gil-torpaq sexində usta vəzifəsində və təmirçi çilingər peşəsində işlədiyi stajı ##.##.1996-cı ildən, ##.##.2019-cu il tarixədək güzəştli peşədə işlədiyim qeyd olunmuş, bundan başqa dövlət arxivinin Gəncə fillialının ##.##.2023-cü il tarixli, 3- 48-DA-4F/2-V513/1/2023 arxiv arayışı, eləcə də, Azeral “xxxx" ASC ##.##.2023-cü il 13-5- 3/2- ****/**** nömrəli arayışı ilə də tam təstiq olunur ki, onun 60 yaşı tamam olan ##.##.2021-ci il tarixə kimi ümumi 25 ildən artıq iş stajı vardır. Belə ki, həmin stajın da 12 il 6 aydan çoxunu o, güzəştli peşə hesab edilən iştəmişdir. Iddiaçı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 7, yarımbölmə 9b bəndinə usta vəzifəsi (2091100b-23187) vəzifə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 7, yarımbölmə 29a avadanlıqların təmiri üzrə təmirçi-çilingər peşə koduna uyğundur. Iddiaçı bildirir ki, bütün bu qeyd etdiklərimə əsasən, onun hal-hazırda qüvvədə olan qanunvericiliyin, eləcə də konstitusiyaya əsasən 60 yaşı tamam olduğu ##.##.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya almaq haqqı olmasına baxmayaraq, cavabdeh orqan pensiyanı təmin etmir. Ona görə də iddiaçı hesab edir ki, 60 yaşı tamam olduğu ##.##.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmalıdır. O qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində xxxxnun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəsi Fillialının əməkdaşları ##.##.2021-ci ildə güzəştli şərtlərlə yaşa görə pensiya alınmaq hüququ yarandığına baxmayaraq, 4 ilə yaxındır ki qanunsuz və əsassız olaraq haqqı olduğu güzəştli şərtlərlə yaşa görə pensiya təyin etmir, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş ədalətli pensiya almaq hüququ onlar tərəfindən kobud şəkildə pozulmuşdur. Cavabdeh tərəfindən iddiaçının müraciətinə ##.##.2025-ci il tarixli, 3- **-*/*-V*****/**** nömrəli məktubla imtina cavabı verilmişdir. Iddiaçı cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir, belə ki, imtina cavabı ilə onun konstitusiya ilə nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur.
15. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etirazda bildirilmişdir ki, iddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlər əsasında müraciəti üzrə aparılmış inzibati icraatın nəticəsində ümumi sığorta stajının ümumi iş stajı 31 il 2 ay 7 gün (##.##.2006-cı il tarixinədək 26 il 5 ay 7 gün (##.##.1978- ##.##.1980-ci il, ##.##.1980- ##.##.1982-ci il (hərbi xidmətdə olduğu dövr), ##.##.1982- ##.##.1982-ci il, ##.##.1982-##.##.1984-cü il, ##.##.1984-##.##.1991-ci il, ##.##.1991- ##.##.1996-c il, ##.##.1996-##.##.1998-ci il, ##.##.1998-##.##.1999-cu il, ##.##.1999- ##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 4 il 9 ay), güzəştli iş stajının isə 12 il 6 aydan az (12 il 2 ay 4 gün (##.##.1996-##.##.1998-ci il, ##.##.1998- ##.##.1999-cu il, ##.##.1999- ##.##.2009-cu il tarixləri arasındakı dövrlər)) təşkil etdiyi müəyyən olunmuşdur. Iddiaçıya ünvanlanmış imtina məktunun məzmunundan göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş arayışda qeyd olunan ödənişsiz məzuniyyətdə olduğu dövrlər ümumi və güzəştli sığorta stajına daxil edilməmişdir. Beləliklə, iddiaçının mübahisələndirilən əmək fəaliyyəti ##.##.1998-ci il tarixdən ##.##.1998-ci il tarixədək (25 gün), ##.##.1999-cu il tarixdən ##.##.1999-cu il tarixədək (1 ay 27 gün) və ##.##.2009-cu il tarixdən ##.##.2019-cu il tarixədək (10 il 1 ay 24 gün) olan dövrü əhatə edir. Eləcə də, MEIS-in sığortaolunanlar alt sistemindən ##.##.2009-cu il tarixdən ##.##.2019-cu il tarixədək iddiaçının hesabına ödəniş edilmədiyi müəyyən edilmişdir. Belə olan halda, hesab edilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən ##.##.2009-cu il tarixdən ##.##.2019-cu il tarixədək olan dövrdə ödənişsiz məzuniyyətdə olub, işləməməsi və əməkhaqqı almaması faktı öz təsdiqini tapır. Bundan başqa iddiaçının ödənişsiz məzuniyyətdə olması əsası ilə mübahisələndirilən ##.##.1998-ci il tarixdən ##.##.1998-ci il tarixədək olan və ##.##.1999-cu il tarixdən ##.##.1999-cu il tarixədək olan dövrlərə münasibətdə bildirilmişdir ki, iddiaçının mövcud qəbul edilən güzəştli iş stajı ilə topladıqda belə, ümumilikdə, güzəştli sığorta stajiı 12 il 4 ay 25 gün təşkil edir. Qeyd olunanlara əsasən hesab edilmişdir ki, cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi barədə mövqeyi qanuni və əsaslı olmuşdur. Iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.
16. Daha sonra cavabdeh tərəfindən iddia tələbinə münasibətdə məhkəməyə etiraza əlavə təqdim edilmiş və bildirilmişdir ki, iddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlər əsasında müraciəti ##.##.1998-ci aparılmış inzibati icraatın nəticəsində güzəştli iş stajının 12 il 2 ay 4 gün (##.##.1996- il, ##.##.1998-##.##.1999-cu il, ##.##.1999- ##.##.2009-cu il tarixləri arasındakı ona güzəştli dövrlər)) təşkil etdiyi və tələb olunan 12 il 6 ay sığorta stajından az olduğu üçün baxımından mümkün şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri hesab edilməmişdir. Bildirilmişdir ki, iddiaçının ##.##.2006-cı il tarixinədək 26 il 5 ay 7 gün (##.##.1978-##.##.1980-ci ##.##.1982-ci il, ##.##.1980-##.##.1982-ci il (hərbi xidmətdə olduğu dövr), ##.##.1982- il, ##.##.1982-##.##.1984-cü il, ##.##.1984-##.##.1991-ci il, ##.##.1991-##.##.1996-cı il, ##.##.1996-##.##.1998-ci il, ##.##.1998-##.##.1999-cu il, ##.##.1999 -##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixindən sonra 4 il 9 ay olmaqla, bütövlükdə, 31 il 2 ay 7 gün mübahisələndirilməyən ümumi sığorta stajı müəyyən edilmişdir. Aşağıda qeyd edilən dövrlər iddiaçı İddiaçı sosial sığorta stajına daxil edilməmişdir: ##.##.1998-ci il tarixindən ##.##.1998-ci il tarixinədək (25 gün); ##.##.1999-cu il tarixindən ##.##.1999-cu il tarixinədək (3 ay 27 gün); ##.##.2009-cu il tarixindən ##.##.2019-cu il tarixinədək (10 il 1 ay 24 gün). Bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş “xxxx” ASC-nin ##.##.2023-cü il tarixli arayışında iddiaçının ##.##.1998-ci il tarixindən ##.##.1998-ci i tarixinədək, ##.##.1999-cu il tarixindən ##.##.1999-cu il tarixinədək, ##.##.2009-cu il tarixindən ##.##.2019-cu il tarixinədək ödənişsiz məzuniyyətdə olması qeyd olunduğundan həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Nəzərə çatıdırılmışdır ki, “xxxx” ASC tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilən ##.##.2025ci il tarixli, **-*-*/*-**/**** nömrəli məktubda müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin 2009-cu ildən tam dayandığı və bu səbəbdən işçilərin, o cümlədən İddiaçı uzun müddətli ödənişsiz məzuniyyətə buraxıldığı qeyd olunmuşdur. Sözügedən məktuba əlavə edilmiş əməkhaqqı cədvəlində iddiaçıya ##.##.1999-cu il tarixindən ##.##.1999-cu il tarixinədək əməkhaqqı ödənilmədiyi göstərildiyindən, həmin dövrdə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu öz təsdiqini tapır. Qeyd olunanlara əsasən hesab edilmişdir ki, cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi barədə mövqeyi qanuni və əsaslı olmuşdur. Iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir
17. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəsi məhkəmə icraatına qəbul edilərək, hazırkı iddia tələbi “##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
19. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi cavabdehin nümayəndəsi X2 məhkəməyə təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
20. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim N.Hüseynov) iddia tələbinin təmin edilməsi, iddiaçı İddiaçı ##.##.2022ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “xxxx” publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
21. Məhkəmə iddianı təmin edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının işlədiyi müəssisə və peşə ilə bağlı heç bir hal mübahisələndirilməmiş, yanlız iddiaçının güzəştli stajın əlavə edilməsini xahiş etdiyi illərdən ##.##.1998-##.##.1998-ci illərdə, ##.##.1999-##.##.1999-cu illərdə və ##.##.2009- ##.##.2019-cu illərdə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu illərin güzəştli staja hesablanarkən nəzərə alınması hissəsini mübahisələndirmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, 26. ##.##.1999-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsinə əsasən ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əməkhaqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin ## ### 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 (altı) aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Istinad edilən normaların tələbləri nəzərə alındıqda ödənişsiz məzuniyyətin ən çoxu ilk altı ayı qanuna uyğun hesab edilməklə iddiaçının əmək stajına aid edilə bilər. Belə olan halda, yuxarıda qeyd edildiyi kimi, iddiaçının güzəştli stajının 12 il 4 ay 25 gün olduğu məhkəmə tərəfindən müəyyən edilmiş və cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Həmin müddətə 6 (altı) ay ödənişsiz məzuniyyət dövrü əlavə edildikdə iddiaçının tələb olunan 12 il 6 ay güzəştli stajı mövcud olacaqdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
22. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayətinin dəlilləri cavabdeh orqanın iddiaya qarşı yazılı etirazının dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq isə qeyd edilmişdir ki, məhkəmə tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üzrə qanuni və əsaslı qərar qəbul edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi inzibati prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən iddiaçının mübahisəli dövrlərdə işləməməsi, bu səbəbdən də ona əməkhaqqı ödənilmədiyindən güzəştli iş stajının 12 il 6 aydan az olması ilə bağlı lazımi qaydada araşdırma aparmamışdır. Məhkəmənin qeyd edilən mövqeyinə münasibətdə bildirilir ki, qanunverici əmək(iş) dövrlərinin yalnız o hissəsini(hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. Həmçinin, ödənişsiz məzuniyyət dövrü sığorta stajına daxil olan dövrlər siyahısında təsbit olunmadığından, həmin dövrləri sığorta stajının tərkib hissəsi kimi qeyd etmək yolverilməzdir. Qeyd edilir ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Belə ki, Ali Məhkəmənin ##.##.2022-ci il tarixli *-*(***)-**/**** nömrəli iş üzrə bildirdiyi, həmçinin halhazırki iş üzrə analoji rol oynayan qərara əsasən iddiaçının da işlədiyini iddia etdiyi əmək fəaliyyəti zamanı qüvvədə olmuş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 14- cü maddəsinin 2-ci bəndində bildirilmişdir ki, uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Qeyd edildiyi kimi qanunverici, eləcə də məhkəmə təcrübəsi heç bir halda ödənişsiz məzuniyyət dövrünü sığorta stajının tərkib hissəsi kimi qəbul etmir. Bildirilir ki, məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun sığorta stajı, əmək pensiyasının təyin edilməsi ilə bağlı tələblərini və Inzibati Prosessual Məcəllənin müddəalarını düzgün tətbiq etməmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair yanlış hüquqi nəticəyə gəlmişdir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınmaqla qeyd edilməlidir ki, iddiaçı İddiaçı cavabdeh Mərkəzi Filiala qarşı “##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarı qanunsuz və əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Iddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq normaları
27. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. III bənd. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
28. “Insan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.
29. “Iqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt: Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.
30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
31. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri
1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.
2. Işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
32. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İ və II hissə: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. Iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Qərarı, Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li siyahısı: 20900000 VIII. Metallurgiya istehsalatı (əlvan metallar) 20901000 1. Xammalın və xəlitənin hazırlanması. Mis-kükürd zavodlarında və fabriklərində briketləşdirmə. 2090100a a) fəhlələr 2090100b-23187 ustalar, böyük ustalar 2090200a-18559 təmirçi çilingərlər
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Qərarı, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı:
7. Metallurgiya istehsalatı (əlvan metallar) 7.29. Giltorpaq istehsalatı a) fəhlələr: təmirçi çilingərlər.
36. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 22.1. Inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. Inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz
37. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
38. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
39. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
40. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
41. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
42. IPM-iN **.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündəN ** gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
43. IPM-iN **.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
44. IPM-iN **.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
45. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
46. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
47. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
48. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
49. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
51. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu ilə onun güzəştli iş stajının 12 il 6 aydan az (12 il 2 ay 4 gün) olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
52. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2022-ci il tarixdən sonra qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1-ci maddə).
53. Qeyd edilən maddi hüquq normasının məzmunundan göründüyü kimi iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: 1) qanunla tələb edilən pensiya yaşına çatması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması;
54. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı ##.##.1961-ci il tarixdə doğulmuş, ##.##.2021-ci il tarixdə 60 yaşı olmuşdur. # #### 2021 – ## #### 2022 dövrü üzrə kişilər üçün pensiya yaşı 65 yaş olduğuna və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası təyin edildiyinə görə iddiaçının pensiya almaq hüququ ##.##.2021-ci il tarixdə yaranmışdır. Iddiaçının 60 yaşı ##.##.2021-ci il tarixdə tamamlansa da, o, pensiya təyinatını ##.##.2022-ci il tarixdən tələb etdiyinə görə və həmin tarixdən pensiya qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən minimum pensiya kapitalı ilə bağlı tələb ləğv edildiyinə görə həmin məsələ araşdırma predmeti olmamışdır.
55. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi tarixədək ümumi iş stajı üzrə tələb olunan şərt ödənilir. Belə ki, iddiaçının əmək kitabçası və iş stajı ilə bağlı verilmiş sənədlər də daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Apellyasiya şikayətinin dəlillərində iddiaçının ümumi stajı ilə bağlı hər hansı mübahisənin olması qeyd edilməmişdir.
56. Qeyd olunduğu kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün digər şərt 25 il ümumi iş stajının azı 12 il 6 ayının Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda göstərilən işlərdə çalışmalı olmasıdır.
57. Ümumiyyətlə, iddiaçının zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr aşağıdakıları əhatə edir: - “xxxx” QSC-də 1) ##.##.1996-cı ildən ##.##.2006-cı ilə qədər “usta” peşəsində (9 il 5 ay); 2) ##.##.2006-cı ildən ##.##.2009-cu ilə qədər və ##.##.2009-cu ildən ##.##.2019-cu ilə qədər “təmirçi çilingər” peşəsində (13 il 3 ay 22 gün).
58. Cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının ##.##.1998-##.##.1998-ci il, ##.##.1999-##.##.1999-cu il və ##.##.2009-##.##.2019-cu il ödənişsiz məzuniyyətdə olduğu, işləmədiyi müddətin onun iş stajına daxil etməyin mümkün olmaması səbəbindən onun güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi barədədir.
59. Məhkəmə kollegiyası cavabdehin imtinasının həmin dəlilinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
60. Belə ki, 26. ##.##.1999-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsinə əsasən ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əməkhaqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir.
61. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin ## ### 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 (altı) aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
62. Istinad edilən normaların tələbləri nəzərə alındıqda ödənişsiz məzuniyyətin ən çoxu ilk altı ayı qanuna uyğun hesab edilməklə iddiaçının əmək stajına aid edilə bilər.
63. Həmçinin nəzərə alınmalıdır ki iddiaçının cavabdeh tərəfindən nəzərə alınmayan ödənişsiz məzuniyyətdə olduğu dövrlərin bir hissəsi, yəni ##.##.1998-##.##.1998-ci il, ##.##.1999-##.##.1999-cu il tarixlərdəki müddət # ###### 2006-cı il tarixədək olan dövrdür.
64. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin tələbinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin daxil edilməsi nəzərdə tutulmuşdur. Bununla belə, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silindiyindən, həm də formalaşmış vahid məhkəmə təcrübəsinə görə # ###### 2006-cı il tarixədək olan fəaliyyət dövrü məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən asılı olmayaraq iş stajına daxil edilir.
65. Belə olan halda, yuxarıda qeyd edildiyi kimi, iddiaçının güzəştli stajının 12 il 2 ay 4 gün olduğu məhkəmələr tərəfindən müəyyən edilmiş və cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Həmin müddətə # ###### 2006-cı il tarixədək olan ödənişsiz məzuniyyət dövrləri, yəni ##.##.1998-##.##.1998-ci il, ##.##.1999-##.##.1999-cu il tarixlərdə olan ümumilikdə 4 ay 22 gün əlavə edildikdə belə iddiaçının tələb olunan 12 il 6 ay güzəştli stajı mövcud olacaqdır.
66. Odur ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
67. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.