Məhkəmə qərarları › İş №2-1(3-7)-160/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-160/2026

14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-160/2026 14.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iş üzrə Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Məmmədov Müşfiq Vidadi oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, iddiaçı Iddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə, “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları: Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarı ilə Iddiaçı MMC tərəfindən Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə sentyabr 2020-avqust 2023 vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama ##.##.2023-cü il tarixdə başlamış və ##.##.2023-cü il tarixdə başa çatmışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarla iddiaçıya hesablanmışdır: 1) 2020-ci ilin mənfəət vergisi üzrə 297,17 manat artıq hesablama; 2021-ci ilin mənfəət vergisi üzrə 51.441,97 manat əlavə hesablama və 25.720,99 manat maliyyə sanksiyası; 2022-ci ilin mənfəət vergisi üzrə 66.509,93 manat əlavə hesablama və 33.254,97 manat maliyyə sanksiyası; 2) 2020-ci ilin əlavə dəyər vergisi üzrə 1.832,49 manat artıq hesablama; 2021-ci ilin əlavə dəyər vergisi üzrə 42.556,67 manat əlavə hesablama və 21.278,34 manat maliyyə sanksiyası; 2022-ci ilin əlavə dəyər vergisi üzrə 5.25 manat əlavə hesablama, və (39.295,90 manat azaldılmış məbləğə görə) 19.647,95 manat maliyyə sanksiyası; 2023cü ilin əlavə dəyər vergisi üzrə 43.625,47 manat əlavə hesablama və (54.483,77 manat azaldılmış məbləğə görə) 27.241,89 manat maliyyə sanksiyası; 3) ƏDV məbləğinin ödənilməməsinə görə VM-nin 58.6-cı maddəsinə əsasən 2020-ci il üzrə 2.542,63 manat, 2021-ci il üzrə 4.205,63 manat, 2022-ci il üzrə 13.922,39 manat, 2023-cü il üzrə 3.851,09 manat və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 19.555,00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı məhkəməyə müraciət edərək “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarının müəyyən etdi hissəsində müəyyən edilmişdir: 1) Mənfəət vergisi üzrə cəmiyyətə Vergi Məcəlləsinin 104, 83.9, 67.14-cü maddələrinə əsasən 117951, 90 manat məbləğində mənfəət vergisi hesablanmış və 297,17 manat azaldılmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 58975, 96 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2. SVY aktında yoxlama 2021-ci ilin iyun dekabr aylarında ƏDV üzrə əlavə hesablanmış 175,41 manat vergi məbləğinə azalma verilmiş (o cümlədən iyun 7,63 manat, iyul 7,63 manat, avqust 7,63 manat, sentyabr 38,13 manat, oktyabr 38,13 manat, noyabr 38,13 manat və dekabr 38,13 manat) 2022-ci ilin yanvarsentyabr aylarında ƏDV üzrə 130,68 manat vergi məbləğinə azalma verilmiş (o cümlədən yanvar 38,13 manat, fevral 38,13 manat, mart 8,65 manat, aprel-sentyabr ayları üçün isə hər ay üçün 7,63 manat). 2023-cü ilin yanvar-avqust ayları üçün hər ay üçün 7,63 manat olmaqla cəmi, 61,03 manat vergi məbləğinə azalma verilmişdir. ƏDV üzrə cəmiyyətə Vergi Məcəlləsinin 159.1, 166, 175-ci maddələrinə əsasən 2020-ci ilin sentyabroktyabr ayları üçün 1832,49 manat məbləğində artıq hesablama müəyyən edilmiş, 2021- 2022-ci illər və 2023-cü ilin yanvar-avqust ayları üçün 86187,39 manat əlavə vergi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinə və ayrı-ayrı aylarda vergiyə cəlb olunan dövriyyə kənarlaşmalarına görə ümumilikdə 68168,18 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cəmiyyətə Vergi Məcəlləsinin 58.6, 175.1.3-cü maddələrinə əsasən 24521,74 manat maliyyə sanksiyası tətbiq edilmiş (hesablama ilə bağlı cədvəllər səyyar vergi yoxlamasına əlavə edilmişdir). 4. Cəmiyyət tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozulmuşdur. Belə ki, cəmiyyət tərəfindən ##.##.2021-ci il tarixdə “Mercedes-Benz” markalı dövlət qeydiyyat nişanı **-ZB-*** olan nəqliyyat vasitəsinin alışına görə 97550,0 manat, ##.##.2021-ci il tarixdə “Mercedes-Benz” markalı dövlət qeydiyyat nişanı 10-XR847 olan nəqliyyat vasitəsinin alışına görə 27000,0 manat, “Shacman” markalı dövlət qeydiyyat nişanı **-DN-*** olan nəqliyyat vasitəsinin alışına görə 100000 manat, “Mercedes-Benz” markalı dövlət qeydiyyat nişanı **-BX-*** olan nəqliyyat vasitəsinin alışına görə 31000 manat kassadan nağd qaydada ödənişlər aparılmışdır (kassa məxaric orderləri akta əlavə olunur). VM-nin 58.7-1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyinə görə ##.##.2021-ci il tarixdə aparılmış ödəniş üzrə 30000,0 manatdan artıq olan (97550-30000) 67550,0 manatın 10 % miqdarında, yəni 6755,0 manat və ##.##.2021-ci il tarixdə aparılmış ödənişlər üzrə 30000,0 manatdan artıq olan 128000,0 manatın (158000,0-30000,0) 10 % miqdarında, yəni 12800 manat ümumilikdə 19555 manat (6755,0+12800) maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd: 2020ci il üçün cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş əmlak vergisinin bəyannaməsinin əvvəlinə vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 55900,0 manat olduğu 59900, 0 manat göstərilmişdir. Həmin bəyannaməyə kameral qaydada düzəliş aparılmış və nəticədə 2020- ci il üçün hesablanmış əmlak vergisi 20,0 manat azaldılmışdır ki, bu da hazırkı səyyar vergi yoxlaması ilə təsdiq edilmişdir. Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda, vergi orqanının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis təyin oluna bilər. Vergi Məcəlləsinin göstərilən bu maddələrinə əsaslanaraq Baş Idarənin ##.##.2023-cü il tarixli, **************** nömrəli “Mütəxəssis dəvət edilməsi haqqında” Qərara əsasən Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyindən (VÖEN: **********) mütəxəssis dəvət edilmiş və mütəxəssis X1 təyin edilmişdir. Mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur. ünvan 1 ünvanında yerləşən istehsal obyektində əmtəə betonun istehsalı ilə məşğul olan Iddiaçı MMC-nin ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan yoxlama dövrü üzrə istehsal həcmini elektrik enerjisi sərfiyyatına, istehsalda istifadə olunan avadanlıqların istehsal gücünə və xammal-material sərfinə əsasən müəyyənləşdirmək. Mütəxəssis tərəfindən yuxarıda qeyd olunan məsələlərlə bağlı müvafiq rəy tərtib edilərək ##.##.2024-cü il tarixli, **************** nömrəli məktubla ** saylı ƏVBI-yə göndərilmişdir. Təqdim edilmiş mütəxəssis rəyində cəmiyyət tərəfindən yoxlanılan dövr ərzində istehsal edilmiş və təqdim edilmiş beton istehsalı həcmindən əlavə beton istehsal olduğu müəyyən edilmiş və cəmiyyət tərəfindən həmin malların təqdim edilməsinə dair sənədlər yoxlamaya təqdim edilmişdir. Mütəxəssis rəyində əlavə istehsal həcminin beton markaları üzrə bölüşdürülməsi vergi ödəyicisinin istehsal hesabatlarında göstərilən beton markalarının xüsusi çəkisinə əsasən aparılmışdır. Bununla bağlı mütəxəssis tərəfindən rəyə əlavə izahat verilmişdir (əlavə izahat aktlara əlavə olunmuşdur). Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər. Vergi Məcəlləsinin 14.3.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda) Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti müəyyənləşdirilərkən rəsmi və açıq mənbədən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər. 14.6.3.1 sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyən edilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Aparılmış araşdırma zamanı Vergi Məcəlləsinin 14.6.3.1 maddəsinin tələblərinə uyğun əlavələr müəyyən edilə bilmədiyindən VM-nin 14.6.3.1 maddəsinə istinad oluna bilməmişdir. Vergi Məcəlləsinin 14.6.3.2 maddəsinin tələblərinə uyğun əsaslandırılmış bütün xərcləri və çeşidlər (dövrlər) üzrə mənfəəti müəyyən edilə bilinmədiyindən VM-nin 14.6.3.2 maddəsinə istinad oluna bilinməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2- ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Həmin Məcəllənin 23.1.14-cü maddəsi ilə müəyyən edilmiş qaydada ekspertlərin cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda, vergi orqanı rəhbərinin (onun müavinin) qərarına əsasən ekspert təyin oluna bilər. Məcəllənin göstərilən bu maddələrinə əsaslanaraq Baş Idarənin ##.##.2023-cü il tarixli, **************** nömrəli ekspertizanın təyin edilməsi haqqında qərarına əsasən ekspert dəvət edilmişdir. Ekspertiza Azərbaycan Respublikası TicarətSənaye Palatasının “Azərekspertiza” Birliyindən (VÖEN: **********) mütəxəssis dəvət edilmiş və mütəxəssis X1 tərəfindən keçirilmişdir. ** saylı Ərazi Vergilər Baş Idarəsinin Iddiaçı MMC üzrə keçirilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarına əsasən Iddiaçı MMC-yə 204139,29 manat vergi və 171220,88 manat maliyyə sanksiyası hesablanmışdır. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərar ## #### 2024-cü il tarixdə rəsmi təqdim edilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərar aşağıda göstərilənlərə əsasən əsassız olduğu üçün ləğv edilməlidir. Səyyar vergi yoxlaması zamanı istehsal edilmiş məhsulların həcminin aylar üzrə elektrik enerjisinin sərfinə, avadanlığın istehsal gücünə uyğun müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyindən (VÖEN: **********) mütəxəssis dəvət edilmiş və qərar qəbul edilərkən ##.##.2024-cü il tarixli mütəxəssis rəyinə istinad edilərək cəmiyyət vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması əsassızdır. Bu metodla hesablama vergi qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Gəlirlərinin belə metodla hesablanması maddi və prosessual hüquq normalarının pozulmasıdır. Bundan başqa Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2001-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9cu maddəsinə istinadən Nazirlər Kabinetinin ## #### 2001- ci il tarixi, ** saylı Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə vergi məbləği hesablanmışdır. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamışdır. Göstərilən istehsal zamanı sərf olunan elektrik enerjisi sərfiyyatı dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici olması vacib şərt deyildir. Cavabdeh iddiaya dair etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı cəmiyyət barəsində mənfəət və əlavə dəyər vergiləri hesablanmışdır. 2021-ci il üçün mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində “yanacaq xərcləri” maddəsi üzrə göstərilmiş 121486,11 manat və “nəqliyyat xərcləri” maddəsi üzrə göstərilmiş 130483,92 manat xərc məbləğləri ilkin sənədlərlə (yol-nəqliyyat qaimələri, nəqliyyat vasitələrinin sürət qutusu göstəricilərinə əsasən və ya digər texnikaların faktiki iş saatlarına əsasən mövcud normalara uyğun olaraq yanacaq silgisi aktları və s.) öz təsdiqini tapmamışdır. Yoxlama ilə cəmiyyət tərəfindən “Istehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydaları”na düzgün əməl edilməmişdir. Iddiaçı cəmiyyət mühasibat uçotu sahəsində mövcud qanunvericiliyin tələblərinə uyğun aparmadığından onun əldə etdiyi mənfəət birbaşa müəyyən olunmur. Bu baxımdan VM-nin 67.14 və 83.9cu maddələrinin tələblərinə görə NK-nın ##.##.2001-ci il tarixli, ** saylı Qərarı ilə vergi öhdəliyi müəyyən edilmişdir. Həmçinin VM-nin 67.4-cü maddəsinə əsasən uçot-baza məlumatlarında analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi mövcud deyildir. Bu səbəbdən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot-baza məlumatlarından istifadə edilməmişdir. Nəticədə cəmiyyətin 2021-ci il üçün malların təqdim edilməsindən gəliri 1602081,31 manat olmaqla (o cümlədən e-qaimə əsasında malların təqdim edilməsindən gəlirləri 1365655,38 manat, ekspert-mütəxəssis rəyi əsasında müəyyən edilən dövriyyəsi 236425,93 manat, əmlakın icarəyə verilməsindən 974,58 manat olmaqla, ümumi gəliri 1612548,36 manat olmuşdur. NK-nın ** saylı qərarını tətbiq etməklə 2021-ci il üzrə (cari mənfəət vergisi bəyannaməsi ilə göstərdiyi 2309,64 manat vergi çıxılmaqla) 51441,97 manat mənfəət vergisi hesablanmışdır. 2022-ci il üçün vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən malların təqdim edilməsindən ümumi gəlirləri 3769183,56 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin cəmi 3679893,81 manat, vergitutma məqsədləri üçün mənfəəti 89289,75 manat məbləğində büdcəyə mənfəət vergisi hesablanmışdır. SVY zamanı iddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş ilkin mühasibatlıq sənədlərindən, istehsal hesabatlarından, mal materialın hərəkəti cədvəllərindən və istehsal edilmiş beton məhsullarının reseptura kalkulyasiya cədvəllərindən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2022-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək olan dövr ərzində istehsal edilmiş və təqdim edilmiş 33466.55 kub metr müxtəlif markalı beton məhsullarının istehsalına 12364.73 ton sement məhsulu lazımdır. Lakin vergi ödəyicisi tərəfindən təqdim edilmiş hesabatlardan istehsal edilmiş və təqdim edilmiş 33466.55 kub metr müxtəlif markalı beton məhsullarının istehsalına 11747.24 ton sement məhsulunun istifadə edildiyi qeyd edilmişdir. Həmçinin təqdim edilmiş mütəxəssis rəyindən 33466.55 kub metr müxtəlif markalı beton məhsullarının istehsalına 1813.1 ton sement məhsulunun lazım olduğu müəyyən edilir. Eyni zamanda vergi ödəyicisi tərəfindən 2022-ci il üçün vergi orqanına təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin xərclər bölməsində “yanacaq xərcləri” maddəsi üzrə göstərilmiş 328811,07 manat və “nəqliyyat xərcləri” maddəsi üzrə göstərilmiş 801455,00 manat xərc məbləğləri ilkin sənədlərlə öz təsdiqini tapmamışdır. Cəmiyyət tərəfindən yoxlanılan dövr ərzində öz təsisçilərindən X2 (VÖEN:**********) logistika xidməti, pompa xidməti, nəqliyyat xidməti adı altında ümumilikdə 404482,49 manat dəyərində eqaimə əldə etmiş, lakin yol nəqliyyat qaimələri yoxlamaya təqdim edilə bilməmişdir. SVY zamanı vergi orqanında olan uçot baza məlumatları araşdırılaraq müəyyən edilmişdir ki, X2 nəqliyyat vasitəsi və qeyd edilən işləri, xidmətləri yerinə yetirmək üçün işçisi olmamışdır. NK-nın ** saylı qərarını tətbiq etməklə 2022-ci il üzrə (cari mənfəət vergisi bəyannaməsi ilə göstərdiyi 59156,85 manat vergi çıxılmaqla) 66509,93 manat mənfəət vergisi hesablanmışdır. Gəncə Inzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** saylı qərarı ilə (hakim Z.Quliyev) iddia tələbi qismən təmin olunmuş, ** saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən Iddiaçı MMC barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının - 2021-ci il üzrə 51441,97 manat mənfəət vergisinin azaldılmasına görə 51441,97 manat əlavə hesablamanın aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 25720,99 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2022-ci il üzrə 66509,93 manat mənfəət vergisinin azaldılmasına görə 66509,93 manat əlavə hesablamanın aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 33254,97 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2021-ci üzrə ƏDV-nin azaldılmasına görə 42556,67 əlavə hesablamanın aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 21278,34 manat maliyyə sanksiyasının tətbiq olunması; 2022- ci üzrə ƏDV-nin azaldılmasına görə 39295,90 əlavə hesablamanın aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 19647,95 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2023-cü üzrə ƏDV-nin azaldılmasına görə 54483,77 əlavə hesablamanın aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 27241,81 manat maliyyə sanksiyasının tətbiq olunması; 2020- ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 2542,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2021-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6cı maddəsinə əsasən 4205,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2022-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6cı maddəsinə əsasən 13922,39 manat maliyyə sanksiyasının tətbiq olunması; 2023-cü il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 3851,09 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində ləğv olunması qərara alınmış, iddia tələbi bu hissədə təmin olunmuşdur. Lakin, mübahisələndirilən qərarın “2021-ci ilin icarə dövriyyəsi ilə əlaqədar hesablanmış 175,41 manat əlavə ƏDV hesablanması və həmin məbləğə görə Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən 87 manat 71 qəpik, habelə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 19555,00 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrinin ləğv edilməsi” hissəsində iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin istinad olunan 67.1-ci maddəsinin 2020-ci ildə və 2021-ci qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır. Cavabdeh iddiaçının təqdim etdiyi sənədlərdən əlaqəli məlumat kimi istifadə etmək imkanına malik olduğu halda, bu informasiyaların, həmçinin, analoji fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisinə aid məlumatların müəyyən olunmasına səy göstərməmişdir. Ekspertizanın keçirilməsi ilə bağlı Vergi Məcəlləsinin 44-cü maddəsində və “Inzibati icraat haqqında” Qanunun 41-ci maddəsində qeyd edilmiş prosedurlara əməl edilməsi müəyyən edilmir. Cavabdeh inzibati orqan həmin qanunvericiliyin və Konstitusiya Məhkəməsinin qərarında göstərilən tələblərə riayət etmədən birbaşa ekspert rəyi təyin etməklə həmin norma və qərarın müddəalarını pozmuşdur. Digər tərəfdən, istinad edilən Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən qərarında “ekspert rəyi”, “ekspertlə bağlanan müqavilə”, “ekspertə məsuliyyət barədə xəbərdarlıq” ifadələrinin işlədilməsi onu göstərir ki, aparılmış ekspertiza “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun aparılmalı, cavabdeh istinad etdiyi rəy ekspert rəyi olmalı, aparılmış tədqiqat ekspertiza tədqiqatı olmalıdır. Lakin cavabdeh orqan tərəfindən bu qaydalara əməl edilməsi müəyyən edilmir. Səyyar vergi yoxlaması aktında cavabdeh tərəfindən ƏDV-nin hesablanmasını ##.##.2020-ci ildən ##.##.2023-cü ilədək dövr üzrə aparılmışdır. Bununla da cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin normaya əsaslanaraq məhkəmə qeyd etmişdir ki, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Icarə dövriyyəsinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, iddiaçı və müvafiq şəxslər arasında icarə müqavilə bağlandığından qərar “2021-ci ilin ƏDV-si üzrə 175,41 manat əlavə verginin hesablanması” hissəsində əsaslı olmuşdur. Cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, həmin qərarın qismən, yəni iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixli “Səyyar vergi yoxlaması” aktından görünür ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə vergi qanunvericiliyinin müddəalarına görə əsaslı hesab edilə bilməz. Ilk növbədə normanın (VM-nin 67.1-ci maddəsi) tətbiqindən görünür ki, bir sıra hallarda vergi orqanı əlaqəli məlumatlardan istifadə edərək vergi ödəyicisi barəsində vergi öhdəliyi müəyyən etmək hüququna malikdir. Bu hallardan biri də mühasibat uçotunun aparılmaması və ya mühasibat uçotunun müəyyən edilmiş qaydada aparılmamasıdır. Qanunun mənasından görünən odur ki, hər hansı vergi ödəyicisi mühasibat uçotunu qanunla müəyyən edilmiş qaydada aparmamışdırsa həmin vergi ödəyicisinin vergi öhdəliyini vergi orqanı əlaqəli məlumatlardan (gəlir və ya xərcləri barədə məlumatlardan istifadə edərək) istifadə edərək NK-nın ##.##.2001-ci il tarixli, ** saylı qərarı əsasında müəyyən edə bilər. Bu mənada qeyd olunur ki, iddiaçı cəmiyyət tərəfindən “Mühasibat uçotu haqqında” Qanunun və “Kiçik və X11 üçün X13 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın tələblərinə uyğun olaraq mühasibat uçotu aparmamış, mənfəət vergisi bəyannaməsində yanacaq və nəqliyyat xərci kimi göstərdiyi məbləğ ilkin sənədlərlə (yol nəqliyyat qaimələri, nəqliyyat vasitələrinin sürət qutusu göstəricilərinə əsasən və ya digər texnikaların faktiki iş saatlarına əsasən mövcud normalara uyğun yanacaq silgi aktları və s.) öz təsdiqini tapmamışdır. ##.##.2024-cü il tarixli imtina aktından görünür ki, yol nəqliyyat qaimələri, nəqliyyat vasitəsinin sürət göstəricilərinə və texnikaların faktiki iş saatlarına əsasən mövcud normalara uyğun olaraq yanacaq silgisi aktları tərtib edilmədiyi üçün həmin sənədlərin yoxlamaya təqdim edilməsi mümkün olmamışdır. Həmçinin bildirirlər ki, ##.##.2024-cü il tarixli akt cəmiyyətin baş mühasibi tərəfindən də imzalanmışdır. Eləcə də cəmiyyətin mühasibatlığına cavabdeh olan X4 tərəfindən verilmiş izahatda da bu mövqe ifadə olunmuşdur. Buradan belə nəticəyə gəlmək mümkündür ki, iddiaçı cəmiyyətdə mühasibat uçotu qanunla müəyyən edilmiş qaydada aparılmamış, cəmiyyətin xərclərinin formalaşmasında iştirak edən elementlər dəqiq formada rəsmiləşdirilməmişdir. VM-nin 67ci maddəsinin tətbiqi ilə bağlı formalaşmış mövqe ondan ibarətdir ki, vergi orqanı sözügedən normaya istinad edərək hesablama aparmalı olmasını, yəni həmin normaya istinad etməsini əsaslandırmalıdır. Işin faktiki hallarından görünür ki, cəmiyyətin mühasibatlığına cavabdeh şəxs gəlirin əldə edilməsi ilə bağlı xərclərin mənbəyini tam açıqlaya bilməmişdir. Bu xüsusat iddiaçı cəmiyyətdə mühasibat uçotunun qanunla müəyyən edilmiş formada aparılmadığını göstərən hal kimi qəbul edilməlidir. Beləliklə, VMnin 67.1-ci maddəsinin tətbiqi zərurəti olduğundan cavabdeh inzibati orqan iddiaçı barəsində vergi öhdəliyini həmin maddənin tələbləri çərçivəsində müəyyən etməkdə haqlı olmuşdur. ## ###### 2021-ci il tarixli, 406- VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2022-ci ildə qüvvəyə minmişdir) Vergi Məcəlləsinə 67.17-ci maddə əlavə edilmiş və həmin maddəyə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Yəni məhkəmə VM-nin 67.17-ci maddəsindəki tənzimlənmə vasitəsini nəzərə almadan iddiaçı cəmiyyət barəsində hesablanmış 2022-ci ilin mənfəət vergisinə münasibətdə də cavabdehin ən son variant kimi şərti rentabellik əsasında hesablama aparmalı olduğu qənaətinə gəlmişdir. Habelə 2022ci il mənfəət vergisinə dair məhkəmə hesab etmişdir ki, VM-nin 67-ci maddəsindəki hesablama ardıcıllığını gözləməməsinin səbəbini cavabdehin əsaslandırmalı olduğu halda bu tələbi gözləməmişdir. Məhkəmə VMnin 67.17-ci maddəsinin imperativ olaraq hər hansı şərtdən irəli gəlməyərək tətbiq edilməli olmasını nəzərə almamışdır. Qanunda əks olunmuş mövqe bundan ibarətdir ki, vergi orqanı vergi öhdəliyini müəyyən edərkən hər hansı hesablama üsulunu seçmək barədə qərara gəldiyi halda digər üsulu tətbiq etmədən birbaşa seçdiyi üsula istinad edə bilər. Hazırkı iş üzrə mübahisələndirilən qərar ##.##.2024cü il tarixdə qəbul edilmişdir. Vergi qanunvericiliyinə əsasən isə vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edir və kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində qəbul edilir. Qanunvericilik vergilərin hesablanmasını inzibati aktla əlaqələndirdiyindən və Vergi Məcəlləsinin 67-ci maddəsi də vergilərin hesablanması ilə bağlı metod və üsulları tənzimlədiyindən, vergilərin hesablanması barədə müvafiq inzibati aktın qəbul edildiyi tarixdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Başqa sözlə, hazırkı iş üzrə mübahisələndirilən qərar 2024-cü ildə qəbul edildiyindən cavabdehin Vergi Məcəlləsinin 67-ci maddəsindəki ardıcıllığa riayət etmədən hətta 2020 və 2021-ci illərə dair vergi hesablamaq hüququ vardır. Qərarda razılaşmadıqları digər məqam VM-nin 58.1-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə VM-nin 55.1.5-ci maddəsinin tətbiq edilməsidir. Bununla əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, “vergi orqanı tərəfindən 2022 və 2023-cü illərin əlavə dəyər vergisi üzrə müvafiq olaraq 39295,90 manat və 54483.77 manat azaldılmasının, 39290.65 manat və 10827,78 manat artıq hesablanmasının müəyyən edilməsinə baxmayaraq, VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış bütün vergilərə görə maliyyə sanksiyasının hesablanması VM-nin 55.1.5-ci maddəsinin tələblərinin nəzərə alınmamasına səbəb olmuşdur.” VM-nin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Səyyar vergi yoxlaması aktından görünür ki, iddiaçı cəmiyyət tərəfindən ƏDV bəyannamələrdə əks olunmayaraq yayındırılmış ƏDV məbləği 2021-ci il üzrə 42732,08 manat, 2022-ci il üzrə 39318,79 manat, 2023-cü il üzrə 54514,28 manat olmuş, yayındırılmış vergi məbləğlərinin 50 faizi miqdarında 2021-ci il üzrə 21366,04 manat, 2022-ci il üzrə 19659,40 manat, 2023cü il üzrə 27257,14 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi, VM-nin 58.1-ci maddəsinin tələblərinə əsasən yayındırılmış məbləğin 50 faizi həcmində cavabdeh maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan ƏDV üzrə artıq hesablanmış vergi məbləğlərini nəzərə aldığı üçün yayındırılmış tam məbləğə maliyyə sanksiyası tətbiq edə bilməz. VM-də əks olunmuş müddəaları qarşılıqlı təhlil edilən zaman məhkəmənin yanlışlığa yol verdiyini görmək olar. Məhkəmənin istinad etdiyi VM-in 55.1.5-ci maddəsindəki tənzimləmə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması ilə bağlıdır. Yəni qanunverici bir tədiyyə üzrə artıq hesablamanın digər tədiyyə üzrə borcların hesablanmasında nəzərə alınması xüsusatını vergi ödəyicisinin təqsirini istisna edən hal kimi qəbul etmişdir. Nəzərə alınmalı hal ondan ibarətdir ki, hazırkı işdə eyni tədiyyə daxilində (ƏDV üzrə) mövcud olmuş artıq hesablama borcun hesablanması zamanı nəzərə alınmışdır. Yəni iddiaçının ƏDV üzrə 39182.85 manat və 10827,78 manat artıq hesablaması elə ƏDV üzrə yekun vergi öhdəliyinin formalaşmasında nəzərə alınmışdır. Daha sonra məhkəmə qərarında qeyd edilmişdir ki, “səyyar vergi yoxlaması aktında cavabdeh tərəfindən ƏDV-nin hesablanması ##.##.2020-ci ildən ##.##.2023-cü ilədək dövr üzrə aparılmışdır. Bununla da cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələbini pozmuşdur.” Hesab edirlər ki, məhkəmə ifadə etdiyi bu mövqe də digər mövqelər kimi əsaslı deyil. VM-nin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmçinin VM-nin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. VM-nin 36.3 və 178-ci maddələrinin qarşılıqlı təhlillərinə görə əlavə dəyər vergisi üzrə 3 illik yoxlama müddəti 36 ayı əhatə edir. ##.##.2024-cü il tarixli səyyar vergi yoxlaması aktından da görünür ki, ƏDV-ilə bağlı yoxlanılmalı dövr ##.##.2020-ci ildən ##.##.2023-cü ilədək olan müddəti əhatə etmişdir. 2020-ci ilin sentyabr ayı da daxil olmaqla 2023-cü ilin ########ın #-nə kimi ayların sayı (2020-ci ildə 4 ay, 2021-ci ildə 12 ay, 2022-ci ildə 12 ay və 2023-cü ildə 8 ay) 36 ay təşkil edir. Göstərdiklərindən belə nəticə hasil olur ki, cavabdeh ƏDV ilə bağlı hər hansı müddət pozuntusuna yol verməmiş, iddiaçının əlavə dəyər vergisi üzrə 3 ildən (36 aydan) çox olmayan fəaliyyətini yoxlamışdır. Qərardakı razılaşmadıqları növbəti məqam VM-nin 58.6-cı maddəsi əsasında tətbiq edilmiş maliyyə sanksiyalarına görə məhkəmənin gəldiyi nəticə ilə bağlıdır. VM-nin 58.6-cı maddəsinə əsasən bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən alınmış mallara görə ƏDV məbləği malın dəyərinin ödənildiyi gündən gec olmayaraq ödənilməlidir, lakin yoxlama ilə müəyyən edilmişdir ki, 2020-ci il üzrə 5085,26 manat, 2021-ci il üzrə 8411,26 manat, 2022-ci il üzrə 27844,78 manat, 2023- cü il üzrə 7702,18 manat ƏDV malın dəyərindən gec ödənilmişdir. Bu baxımdan VM-nin 58.66, 175.1.3-cü maddələri əsasında vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 24521,74 manat cəmiyyətə maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin bildirir ki, tərəfimizdən məhkəməyə “Yoxlama ilə əhatə olunan dövr ərzində əvəzləşməyə verilmiş EQ-lər barədə məlumat” təqdim edilmişdir. Sözügedən cədvəldə iddiaçı cəmiyyətə elektron qaimə fakturanı təqdim etmiş vergi ödəyicilərinin adı, elektron qaimə-fakturaların rekvizitləri, bank məlumatları və ƏDV depozit məlumatları əks olunmuşdur. Həmçinin iddia ərizəsində VM-nin 58.6-cı maddəsinin tətbiqinə görə hesablanmış maliyyə sanksiyalarının əsassızlığı ilə bağlı hər hansı dəlil əks olunmamışdır. ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarın ƏDV hissəsi ilə əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki. “Cavabdeh inzibati orqan vergi qanunvericiliyin və Konstitusiya Məhkəməsinin qərarında göstərilən tələblərə riayət etmədən birbaşa ekspert rəyi təyin etməklə həmin norma və qərarın müddəalarını pozmuş, belə ki, aparılmış ekspertiza “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun aparılmalı, cavabdeh istinad etdiyi rəy ekspert rəyi olmalı, aparılmış tədqiqat ekspertiza tədqiqatı olmalıdır. Iş materiallarına əlavə edilmiş sözügedən ekspert rəyində sadəcə, 4 internet səhifəsindən götürülmüş elana istinad olunmaqla, tanış olduğu ticarət şəbəkələrinin adları sadalanmamaqla, şifahi məlumat vermiş üçüncü şəxsin fəaliyyət sahəsi və digər zəruri informasiyanı qeyd etməməklə müxtəlif markalı əmtəə betonunun qiyməti müəyyən edilmiş, həmin dəyərin necə müəyyən olunduğu isə ətraflı göstərilməmiş, rəyə həmin internet səhifələrindən çıxarış əlavə edilməmişdir. Mütəxəssis kimi cəlb olunan şəxsin bu sahədə bilik və təcrübəsinin olmasını təsdiq edən hər hansı sənəd (sübut) iş materiallarına əlavə edilməmişdir.” Məhkəmə onu da qeyd edir ki, mütəxəssis tərəfindən iddiaçı üzrə faktiki istehsal edilmiş beton məhsulunun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, sement xammalı əsasında beton məhsulunun istehsal həcminin hesablanması məhsulun maya dəyərinin hesablanması prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Vergi Məcəlləsində (yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan) nəzərdə tutulmamışdır. Aşağıda göstərilən əsaslara görə məhkəmənin ƏDV ilə bağlı gəldiyi nəticə qanunauyğun deyil. Cəmiyyətin ##.##.2018- ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəsi əsasında ##.##.2018-ci il tarixli, *********** saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişi ilə qeydiyyata alınmış və ƏDV qeydiyyatı ##.##.2018-ci il tarixdən qüvvəyə minmişdir. ƏDV-nin yoxlanılması üzrə cəmiyyətin ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan fəaliyyət dövrü əhatə edilmişdir. Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələri Vergi Məcəlləsinin 159-cu, 166-cı və 175-ci maddələrinin tələblərinə uyğun olaraq ilkin sənədlərə əsasən yoxlanılarkən aşağıdakılar müəyyən edildi: 2020-ci ilin sentyabr, oktyabr ayları üzrə dövriyyənin düzgün müəyyən edilməməsinə görə cəmiyyət tərəfindən ümumilikdə 1832,49 manat ƏDV-nin artıq hesablanması aşkar olunmuşdur. (o cümlədən 2020-ci ilin sentyabr ayı üzrə 1040,49 manat və oktyabr ayı üzrə 792,0 manat) 2020-ci ilin dekabr ayı üçün cəmiyyətə kameral qaydada dövriyyənin düzgün müəyyən edilməməsi ilə bağlı hesablanmış 792,0 manat ƏDV məbləği SVY ilə təsdiq edilmişdir. Ekspert və mütəxəssis rəylərinə əsasən formalaşmış 236425,93 manat (ƏDV-siz) əlavə dövriyyə 2021-ci ilin axırıncı hesabat ayının, yəni 2021-ci ilin dekabr ayının dövriyyəsinə əlavə edilmişdir. Həmçinin yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət ##.##.2021-ci il tarixdən ##.##.2022ci il tarixədək 200 kv. metr anbar sahəsini (ƏDV daxil) ayı 200,0 manat olmaqla “xxxx” MMC-yə ( VÖEN **********) və ##.##.2021-ci il tarixdən yoxlama dövrünün sonunadək sahəsi 30 kv metr olan dayanacağı (qarajı) (ƏDV daxil) ayı 50 manat olmaqla X3 icarəyə versə də, həmin dövr ərzində yalnız bir halda ##.##.2022-ci il tarixdə X3 318,60 manat (ƏDV daxil) məbləğində ****** nömrəli EQ təqdim edilmiş və bəzi hallarda ƏDV bəyannamələrində ƏDV-yə cəlb olunan dövriyyəyə daxil edilmiş, bəzi hallarda isə nəzərə alınmamışdır. Yoxlama ilə qeyd olunan icarə gəlirləri aylar üzrə ƏDV-yə cəlb olunan dövriyyəyə aid edilmişdir. Qeyd olunan icarə dövriyyəsi ilə əlaqədar olaraq 2021-ci ilin iyundekabr ayları üçün cəmiyyətə ümumilikdə 175,41 manat əlavə ƏDV hesablanmışdır. Beləliklə 2021-ci il üçün mütəxəssis rəylərinə əsasən formalaşan 236425,93 manat (ƏDVsiz) əlavə dövriyyəyə görə (236425,93*18%)=42556,67 manat, icarə dövriyyəsi ilə əlaqədar olaraq 2021-ci ilin iyun – dekabr ayları üçün 175,41 manat olmaqla ümumilikdə (42556,67+175,41) 42732,08 manat ƏDV-nin azaldılması müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 166, 175-ci maddələrinin tələbləri yoxlanılan zaman yəni vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi zamanı 2022-ci ilin yanvardekabr aylarında cəmiyyət tərəfindən büdcəyə hesablanmalı olan ƏDV-nin fakta qarşı 135,94 manat azaldılması müəyyən edilmişdir. Bunun səbəbi onunla izah olunur ki, vergiyə cəlb olunan dövriyyənin düzgün müəyyən edilməməsinə görə həmin ilin iyun ayında 7,63 manat, avqust ayında 7,63 manat, sentyabr ayında 7,63 manat, oktyabr ayında 1827,65 manat və oktyabr ayında 37648,25 manat azaldılması, dekabr ayında isə 39182,85 manat artıq hesablanması müəyyən edilmişdir ki, nəticədə 2022-ci ilin yekununa görə (39318,79- 39182,85) ƏDV-nin fakta qarşı 135,94 manat azaldılması müəyyən edilmişdir. Ekspert və mütəxəssis rəyi əsasında 2023-cü ilin yanvar ayından 2023-cü ilin avqust ayına qədər olan dövr üzrə müəyyən edilmiş 2375.72 kub metr müxtəlif markalı beton məhsullarının bazar qiymətinin 263305,34 manat olduğu nəzərə alınmaqla Vergi Məcəlləsinin 159.3.1, 166-cı maddələrinə əsasən 47394,96 manat ƏDV-nin hesablaması müəyyən edilmişdir. Səyyar vergi yoxlaması nəticəsində iddiaçı cəmiyyətin təkrar əvəzləşdirdiyi elektron qaiməfakturaların olması müəyyən edilmişdir. Bu hallar səyyar vergi yoxlaması aktının 19-cü səhifəsində axırıncı abzasda əks olunmuşdur. Belə ki, Iddiaçı MMC-nin 2023-cü ilin avqust ayının ƏDV bəyannaməsində əvəzləşməyə verdiyi elektron qaimə-fakturalar həm də 2022ci ilin dekabr ayında da əvəzləşməyə təqdim edilmişdir. Buna görə də, 2023-cü ilin avqust ayında təkrar əvəzləşməyə verilmiş 6269,90 manat məbləğində əlavə dəyər vergisi əvəzləşmədən çıxarılmış və müvafiq hesablama aparılmışdır. Tərəflərindən birinci instansiya məhkəməsinə iddiaçının özünün təqdim etdiyi 2022-ci ilin dekabr və 2023-cü ilin avqust ayları üzrə ƏDV bəyannamələri təqdim edilsə də, iddia tələbi əsassız olaraq həmin hissədə də təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ## ### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.Isgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı iddianın təmin edildiyi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh vergi orqanı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasının (sədrlik edən məruzəçi hakim X.S.Məmmədov, hakimlər K.N.Bədəlov və S.Y.Vəliyev) ## ###### 2025ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının 2025-ci il ## ### tarixli, *-*(***)-***/**** nömrəli qərarının “cavabdehin ##.##.2024-cü il tarixli **************** nömrəli qərarının 2021-ci il üzrə 51441,97 manat mənfəət vergisinin azaldılmasına görə 51441,97 manat əlavə hesablanmanın aparılması və 25720,99 manat maliyyə sanksiyasının tətbiq olunmasının ləğv edilməsi”nə dair hissədə dəyişdirilmədən saxlanılması, qərarın baxılan qalan hissələrdə ləğv olunaraq həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: Mübahisələndirilən qərarın 2021-ci il mənfəət vergisi üzrə mövqe Apellyasiya instansiyası məhkəməsi qərarında (birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayaraq) cavabdehin 2021-ci ilə dair hesablanmış mənfəət vergisi üzrə 51.441,97 manat əlavə hesablamanı və 25.720,99 manat maliyyə sanksiyasını ona görə ləğv etmişdir ki, cavabdeh həmin dövr üzrə birbaşa şərti rentabelliyi tətbiq edə bilməzdi. Iddiaçıya vergi borcu şərti rentabellik norması tətbiq etməklə “Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il # #### tarixli, ** nömrəli qərarına istinad edilərək hesablanmışdır. Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər. Lakin, hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki, həmin Məcəllənin 67- ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur. Beləliklə, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Mübahisələndirilən qərarın 2022-ci il üzrə mənfəət vergisi mövqe 2022-ci il ######ın #-dən qüvvəyə minmiş # ###### 2021-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş 67.17-ci maddəsinə əsasən, Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Vergi Məcəlləsinin 67-ci maddəsinin müddəalarının (o cümlədən, 67.17-ci maddəsinin) məzmunundan göründüyü kimi, həmin norma cavabdeh inzibati orqana diskresion səlahiyyətlər əsasında qərar qəbul etmək vəzifəsi və hüququ, inzibati aktın qəbulu zamanı hüquq normasının tətbiqi şərtlərini özünün seçiminə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir. Hazırkı mübahisə predmeti iddiaçının 2022-ci il vergi dövrü üzrə mənfəət vergisi olduğundan, cavabdeh orqan əsaslı olaraq vergi ödəyicisinin gəlirlərini müəyyən edə bilmədiyi halda, Vergi Məcəlləsinin 67-ci maddəsinin ardıcıllığını gözləmədən 67.14-cü maddəyə əsaslanaraq iddiaçının gəlirini müəyyən etmək məqsədi ilə şərti rentabellik tətbiq edə bilər. Apellyasiya instansiyası məhkəməsi cavabdehin Vergi Məcəlləsinin 67-ci maddəsini düzgün tətbiq etməsinə nəzər yetirmədən iddia tələbini həmin hissədə təmin etmişdir. Həmçinin vergi orqanı etirazında və apellyasiya şikayətinin dəlillərində həm də o hala istinad etmişdir ki, iddiaçı bir sıra xərcləri (yanacaq, nəqliyyat və s.) təsdiq edən sənədləri təqdim etməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin dəlillər barəsində qiymətləndirmə aparmamışdır. Nəticədə işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi xərclərin həqiqətən təsdiq olunmaması halının sübut olunub-olunmamasını araşdırmalıdır. Mübahisələndirilən qərarın ƏDV hissəsi üzrə mövqe ƏDV-yə dair hissədə cavabdehin qərarı ekspert rəyi ilə əmtəə betonunun bazar qiymətinin müəyyənləşdirilməsinə əsaslanmışdır. Apellyasiya instansiya məhkəməsi ekspert rəyi əsasında bazar qiymətinin müəyyən olunması ilə razılaşmamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yalnız internet resurslarından istifadə ilə əmtəə betonun bazar qiymətini müəyyən edərək ƏDV hesablanması qanunsuz olmuşdur. Ekspert yalnız sementin istifadəsinə görə qiyməti müəyyən edə bilməsi mümkün deyildir. Iş materiallarında olan səyyar vergi yoxlaması aktı ilə müəyyən edilmişdir ki, iddiaçı “Mühasibat uçotu haqqında” AR Qanunun və “Kiçik və X11 üçün X13 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın tələblərinə uyğun olaraq mühasibat uçotu aparmamış, ##.##.2024-cü il tarixli imtina aktından görünür ki, yol nəqliyyat qaimələri, nəqliyyat vasitəsinin sürət göstəricilərinə nəqliyyat qaimələri, nəqliyyat vasitəsinin sürət göstəricilərinə və texnikaların faktiki iş saatlarına əsasən mövcud normalara uyğun olaraq yanacaq silgisi aktları tərtib edilmədiyi üçün həmin sənədlərin yoxlamaya təqdim edilməsi mümkün olmamış, beləliklə iddiaçı cəmiyyətdə mühasibat uçotu qanunla müəyyən edilmiş qaydada aparılmamış, cəmiyyətin xərclərinin formalaşmasında iştirak edən elementlər dəqiq formada rəsmiləşdirilməmişdir. Beləliklə, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin ##.##.2024-cü il tarixli mütəxəssis rəyi ekspertin birbaşa cəmiyyətin istehsal sahəsində avadanlıqların real istehsal gücünün qiymətləndirilməsi nəticəsində tərtib edilmişdir. Cavabdeh yoxlama dövrünü əhatə edən müddət ərzində istehsal həcmi beton istehsalında əsas xammal olan sement xammalının sərfiyyatına uyğun olaraq hesablanmışdır. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının ##.##.2016-cı il tarixli **************** nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 26.3.1-ci maddəsinə əsasən istehsal sahəsində aparılan yoxlamalarda istifadə olunmuş material, elektrik enerjisi, qaz və digər xərc elementlərinə əsasən, aidiyyəti sahə üzrə texniki normalar nəzərə alınmaqla, istehsal olunan məhsulun həcmi araşdırılmalıdır. Zərurət yarandıqda müşahidə aparılmaqla müəyyən vaxt ərzində elektrik enerjisi və qaz sərfiyyatının həcmi müəyyən edilməli, itkilər nəzərə alınmaqla hər məhsul vahidinə sərf olunan enerji xərcləri əsasında istehsalın həcmi müəyyənləşdirilməlidir. Iş üzrə əsas mübahisə predmetinin əmtəə betonunun bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı olduğu nəzərə alınmaqla təkrar baxışda tərəflərin dəlilləri əsasında sözügedən halın mötəbər qaydada müəyyənləşdirilməsi təmin edilməlidir. Həmçinin, işin hallarında olan səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, Iddiaçı MMC-nin 2023-cü ilin avqust ayının ƏDV bəyannaməsində əvəzləşməyə verdiyi elektron qaimə-fakturalar həm də 2022ci ilin dekabr ayında da əvəzləşməyə təqdim edilmişdir. Buna görə də 2023-cü ilin avqust ayında təkrar əvəzləşməyə verilmiş 6269.90 manat məbləğində əlavə dəyər vergisi əvəzləşmədən çıxarılmış və müvafiq hesablama aparılmışdır. Apellyasiya instansiyası məhkəməsi 2023-cü ilin avqust ayının ƏDV bəyannaməsində əvəzləşməyə verdiyi elektron qaimə-fakturalar dairəsini, həcmini və 2022-ci ilin dekabr ayında da əvəzləşdirilməsi faktını müəyyən etmədən düzgün olmayaraq iddia tələbinin həmin hissədə təmin edilməsi barədə qərarı qüvvədə saxlamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən iddiaçı tərəfin nümayəndəsinə bildirilmişdir ki, ƏDV ilə bağlı iddia ərizəsində heç bir əsaslandırma yoxdur. Hesablama yalnız mənfəət vergisi ilə bağlı deyil, həmçinin ƏDV vergisi, Vergi Məcəlləsinin 58.6-cı və 58.7-1-ci maddəsinə əsasən maliyyə sanksiyası ilə bağlıdır. VM-in 58.7-1-ci maddəsi ilə bağlı iddia tələbi təmin olunmamış, həmin hissədə qərar mübahisələndirilməmişdir. Bütün sübutlar, həmçinin açıqlama cədvəli birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. 2021-ci ildə olan hesablama ekspertiza rəyi ilə müəyyən edilib. 2022-ci ildə olan hesablama isə vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannamə əsasında aparılıb. 2023-cü ildə 6269 manat təkrar əvəzləşməyə salınıb. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, hesablama nə elektrik enerjisi, nə də qaz sayğacına əsasən deyil, ekspertizanın rəyinə əsasən aparılmışdır. Rəydə kifayət qədər əsaslandırma var. Istehsal həcminin müəyyənləşdirilməsi ilə bağlı verilən rəydə betonun markaları və digər parametrləri üzrə əsaslandırma mövcuddur. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil izahatında bildirmişdir ki, yanacaq və nəqliyyatla bağlı bütün sənədləri birinci instansiya məhkəməsinə təqdim etmişlər. Iddiaçı MMC sementin alqı-satqı işi ilə məşğuldur. Əvvəlki məhkəmə iclasında şirkətin əməkdaşı məhkəməyə gələrək betonun markaları və onların hansı halda nə qədər enerji sərf etməyi barədə məlumat vermişdir. Hazırkı məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə etdiklərini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Nümayəndə məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etmədiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığıı bildirmişdir. Nümayəndə məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi 16.1.3. Vergi ödəyicisinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vəzifəsi vardır. 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.14 (Mübahisəli dövrdə qüvvədə olmuş redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. (# ###### 2022-ci il tarixdən qüvvədə olan bənd). 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. 175.8. ƏDV ödəyiciləri, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaiməfakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.4. Inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarına əsasən inzibati iş üzrə ** saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən Iddiaçı MMC barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli **************** nömrəli qərarla - 2022-ci il üzrə 66509,93 manat mənfəət vergisinin azaldılmasına görə 66509,93 manat əlavə hesablamanın aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 33254,97 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2021-ci üzrə ƏDV-nin azaldılmasına görə 42556,67 əlavə hesablamanın aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 21278,34 manat maliyyə sanksiyasının tətbiq olunması; 2022- ci üzrə ƏDV-nin azaldılmasına görə 39295,90 əlavə hesablamanın aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 19647,95 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2023-cü üzrə ƏDV-nin azaldılmasına görə 54483,77 əlavə hesablamanın aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 27241,81 manat maliyyə sanksiyasının tətbiq olunması; 2020-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 2542,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2021-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6cı maddəsinə əsasən 4205,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2022-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6cı maddəsinə əsasən 13922,39 manat maliyyə sanksiyasının tətbiq olunması; 2023-cü il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 3851,09 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün qaytarılmışdır. Odur ki, hazırkı apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı məhz bu hissədə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi qeyd edilən hissədə iddianın təmin edilməsi üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspertizanın keçirilməsi ilə bağlı Vergi Məcəlləsinin 44-cü maddəsində və “Inzibati icraat haqqında” Qanunun 41-ci maddəsində qeyd edilmiş prosedurlara əməl edilməsi müəyyən edilmir. Cavabdeh inzibati orqan həmin qanunvericiliyin və Konstitusiya Məhkəməsinin qərarında göstərilən tələblərə riayət etmədən birbaşa ekspert rəyi təyin etməklə həmin norma və qərarın müddəalarını pozmuşdur. Digər tərəfdən, istinad edilən Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən qərarında “ekspert rəyi”, “ekspertlə bağlanan müqavilə”, “ekspertə məsuliyyət barədə xəbərdarlıq” ifadələrinin işlədilməsi onu göstərir ki, aparılmış ekspertiza “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun aparılmalı, cavabdeh istinad etdiyi rəy ekspert rəyi olmalı, aparılmış tədqiqat ekspertiza tədqiqatı olmalıdır. Lakin cavabdeh orqan tərəfindən bu qaydalara əməl edilməsi müəyyən edilmir. Səyyar vergi yoxlaması aktında cavabdeh tərəfindən ƏDV-nin hesablanmasını ##.##.2020-ci ildən ##.##.2023-cü ilədək dövr üzrə aparılmışdır. Bununla da cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin normaya əsaslanaraq məhkəmə qeyd etmişdir ki, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Icarə dövriyyəsinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, iddiaçı və müvafiq şəxslər arasında icarə müqavilə bağlandığından qərar “2021-ci ilin ƏDV-si üzrə 175,41 manat əlavə verginin hesablanması” hissəsində əsaslı olmuşdur. Məhkəmə kollegiyası iş üzrə müvafiq sənədləri nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməməlidir. Işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı Iddiaçı MMC-yə ** saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarı ilə: 2022-ci ilin mənfəət vergisi üzrə 66.509,93 manat əlavə hesablama və 33.254,97 manat maliyyə sanksiyası; 2021-ci ilin əlavə dəyər vergisi üzrə 42.556,67 manat əlavə hesablama və 21.278,34 manat maliyyə sanksiyası; 2022-ci ilin əlavə dəyər vergisi üzrə 5,25 manat əlavə hesablama və (39.295,90 manat azaldılmış məbləğə görə) 19.647,95 manat maliyyə sanksiyası; 2023-cü ilin əlavə dəyər vergisi üzrə 43.625,47 manat əlavə hesablama və (54.483,77 manat azaldılmış məbləğə görə) 27.241,89 manat maliyyə sanksiyası; - ƏDV məbləğinin ödənilməməsinə görə VM-in 58.6-cı maddəsinə əsasən 2020-ci il üzrə 2.542,63 manat, 2021-ci il üzrə 4.205,63 manat, 2022-ci il üzrə 13.922,39 manat, 2023-cü il üzrə 3.851,09 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə kollegiyası mübahisələndirilən qərarın 2022-ci il üzrə mənfəət vergisinin azaldılmasına görə maliyyə sanksiyasının tətbiq olunması hissəsi ilə bağlı qeyd edir ki, vergi qanunvericiliyi çərçivəsində, yalnız qanunla müəyyən edilmiş hallarda vergi orqanının vergini əlaqəli məlumatlar əsasında hesablamaq hüququ vardır. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 2022-ci il ######ın #-dən qüvvəyə minmiş # ###### 2021-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş 67.17-ci maddəsinə əsasən Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Vergi Məcəlləsinin 67-ci maddəsinin müddəalarının (o cümlədən, 67.17-ci maddəsinin) məzmunundan göründüyü kimi, həmin norma cavabdeh inzibati orqana diskresion səlahiyyətlər əsasında qərar qəbul etmək vəzifəsi və hüququ, inzibati aktın qəbulu zamanı hüquq normasının tətbiqi şərtlərini özünün seçiminə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir. Məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisə predmeti iddiaçının 2022-ci il vergi dövrü üzrə mənfəət vergisi olduğundan, cavabdeh orqan əsaslı olaraq vergi ödəyicisinin gəlirlərini müəyyən edə bilmədiyi halda, Vergi Məcəlləsinin 67-ci maddəsinin ardıcıllığını gözləmədən 67.14-cü maddəyə əsaslanaraq iddiaçının gəlirini müəyyən etmək məqsədi ilə şərti rentabellik tətbiq edə bilər. Bundan başqa Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da, mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə (##.##.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) ödənilməli vergi məbləğini hesablaya bilər. Hazırkı işin hallarından da görünür ki, 2022-ci il vergi dövrü üzrə vergi ödəyicisi olan iddiaçının gəlirləri ilə bağlı lazımi sənədlər təqdim edilmədiyindən onun gəlirini hesablamaq mümkün olmamışdır. Mübahisələndirilən inzibati aktın ƏDV hissəsi üzrə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati orqan tərəfindən aparılmış ekspert rəyini möhtəbər sübut kimi qəbul etməməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan səyyar vergi yoxlaması aktı ilə müəyyən edilmişdir ki, iddiaçı “Mühasibat uçotu haqqında” Qanunun və “Kiçik və X11 üçün X13 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın tələblərinə uyğun olaraq mühasibat uçotu aparmamışdır. ##.##.2024-cü il tarixli imtina aktından görünür ki, yol nəqliyyat qaimələri, nəqliyyat vasitəsinin sürət göstəricilərinə nəqliyyat qaimələri, nəqliyyat vasitəsinin sürət göstəricilərinə və texnikaların faktiki iş saatlarına əsasən mövcud normalara uyğun olaraq yanacaq silgisi aktları tərtib edilmədiyi üçün həmin sənədlərin yoxlamaya təqdim edilməsi mümkün olmamış, beləliklə, iddiaçı cəmiyyətdə mühasibat uçotu qanunla müəyyən edilmiş qaydada aparılmamış, cəmiyyətin xərclərinin formalaşmasında iştirak edən elementlər dəqiq formada rəsmiləşdirilməmişdir. Ona görə də Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin ##.##.2024-cü il tarixli mütəxəssis rəyi ekspertin birbaşa cəmiyyətin istehsal sahəsində avadanlıqların real istehsal gücünün qiymətləndirilməsi nəticəsində tərtib edilmişdir. Cavabdeh yoxlama dövrünü əhatə edən müddət ərzində istehsal həcmi beton istehsalında əsas xammal olan sement xammalının sərfiyyatına uyğun olaraq hesablanmışdır. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının ##.##.2016-cı il tarixli **************** nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 26.3.1-ci maddəsinə əsasən istehsal sahəsində aparılan yoxlamalarda istifadə olunmuş material, elektrik enerjisi, qaz və digər xərc elementlərinə əsasən, aidiyyəti sahə üzrə texniki normalar nəzərə alınmaqla, istehsal olunan məhsulun həcmi araşdırılmalıdır. Zərurət yarandıqda müşahidə aparılmaqla müəyyən vaxt ərzində elektrik enerjisi və qaz sərfiyyatının həcmi müəyyən edilməli, itkilər nəzərə alınmaqla hər məhsul vahidinə sərf olunan enerji xərcləri əsasında istehsalın həcmi müəyyənləşdirilməlidir. Bununla belə, hazırkı apellyasiya baxışı zamanı yanacaq, nəqliyyat və s. xərcləri təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi iddiaçıya təklif edilmiş, iddiaçının nümayəndəsi həmin sənədlərin təqdim edilməsi üçün işə baxılmasının təxirə salınmasını xahiş etmiş, bu sənədlərin təqdim edilməsinə şərait yaradılması məqsədilə işə baxılması təxirə salınmış, lakin iddiaçı tərəf həmin sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 2022-ci ilin və 2023-cü ilin əlavə dəyər vergiləri üzrə cavabdeh vergi orqanı tərəfindən əlavə dəyər vergisi üzrə müvafiq olaraq 39.295,90 manat və 54.483,77 manat azaldılmasının, 39.290,65 manat və 10.827,78 artıq hesablanmasının müəyyən edilməsinə baxmayaraq, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış bütün vergilərə görə maliyyə sanksiyasının tətbiq edilməsi Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələblərinin nəzərə alınmamasına səbəb olması ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmır. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan ƏDV üzrə artıq hesablanmış vergi məbləğlərini nəzərə aldığı üçün yayındırılmış tam məbləğə maliyyə sanksiyası tətbiq edə bilməzdi. Belə ki, VM-in 53.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. VM-in 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi, VM-in 58.1-ci maddəsi vergi ödəyicisinin büdcə qarşısında öhdəliyini bəyanetmə mərhələsində düzgün icra etməsini təmin edən məsuliyyət formasıdır. Həmin normanın məqsədi hesabatda göstərilməli olan vergi məbləğinin azaldılmasının və ya hesabat təqdim edilməməklə büdcəyə çatası məbləğin yayındırılmasının qarşısını almaqdır. Bu baxımdan maliyyə sanksiyası azaldılmış və ya yayındırılmış vergi məbləğinə münasibətdə tətbiq edilən hüquqi məsuliyyət tədbiri olmaqla, vergi intizamının yaradılmasına, büdcə daxilolmalarının vaxtında həyata keçirilməsini təmin etməyə və vergi ödəyiciləri arasında bərabərlik prinsipinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsi maliyyə sanksiyası müəyyən edən məsuliyyət normasıdır. Həmin norma vergi ödəyicisinin vergi öhdəliyini düzgün və vaxtında bəyan etməməsinə görə hüquqi nəticə yaradır və mahiyyət etibarilə, cəza xarakterli fiskal məsuliyyət tədbiridir. Bu səbəbdən, vergi məsuliyyətindən azadolma və ya təqsiri istisna edən hallar, yalnız qanunvericilikdə açıq, dəqiq və konkret şəkildə nəzərdə tutulduqda tətbiq edilə bilər. Vergi Məcəlləsinin 54.0.2-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsiri olmadıqda o, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Eyni zamanda, Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən, hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallardan biridir. Lakin Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin məzmunundan görünür ki, həmin norma vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hal kimi hər hansı vergi üzrə artıq ödənilmiş məbləğin digər vergi borcunun ödənilməsi hesabına nəzərə alınmasını müəyyən edir. Bu normanın tətbiqi verginin, ümumiyyətlə, bəyan edilib-edilməməsi ilə əlaqəli deyil, vergilər üzrə artıq ödənilmiş məbləğlərin mövcudluğu ilə bağlıdır Digər tərəfdən, Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin səyyar vergi yoxlamaları kontekstində tətbiqi zamanı həmin normanın məqsədi və vergi nəzarətinin xüsusiyyətləri də nəzərə alınmalıdır. Belə ki, vergi qanunvericiliyinə əsasən səyyar vergi yoxlaması müəyyən müddət ərzində aparılır, yoxlamanın nəticələri üzrə akt tərtib edilir, vergi ödəyicisinə aktla tanış olmaq və etirazlarını bildirmək imkanı verilir və yalnız bundan sonra vergi orqanı tərəfindən məsuliyyət tədbirlərinin tətbiqi barədə qərar qəbul edilir. Bu prosesin özü müəyyən zaman intervalını əhatə edir. Bundan başqa hazırki iş üzrə eyni tədiyyə daxilində (ƏDV üzrə) mövcud olmuş artıq hesablama borcun hesablanması zamanı nəzərə alınmışdır. Yəni iddiaçının ƏDV üzrə 39182,85 manat və 10827,78 manat artıq hesablanması elə ƏDV üzrə yekun vergi öhdəliyinin fomalaşmasında nəzərə alınmışdır. Həmçinin qeyd edilir ki, məhkəməyə təqdim olunmuş “Yoxlama ilə əhatə olunan dövr ərzində əvəzləşməyə verilmiş Elektron Qaimələr barədə məlumat” cədvəldə iddiaçı cəmiyyətə elektron qaimə fakturanı təqdim etmiş vergi ödəyicilərinin adı, elektron qaiməfakturaların rekvizitləri, bank məlumatları və ƏDV depozit məlumatları əks olunmuşdur. Səyyar vergi yoxlaması aktının 19-cu səhifəsinin axrıncı abzasından müəyyən edilir ki, iddiaçı 2023-cü ilin avqust ayının ƏDV bəyannaməsində əvəzləşməyə verdiyi elektron qaimə-fakturaları həm də 2022-ci ilin dekabr ayında da əvəzləşməyə təqdim edilmişdir. Buna dair cavabdeh inzibati orqan tərəfindən iddiaçının təqdim etdiyi 2022-ci ilin dekabr və 2023-cü ilin avqust ayları üzrə ƏDV bəyannamələri təqdim edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yoxlanılan hissədə qanunamüvafiq deyildir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməməlidir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 40, 41, 80, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı yoxlanılan, yəni ** saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən Iddiaçı MMC barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının- 2022ci il üzrə 66509,93 manat mənfəət vergisinin azaldılmasına görə 66509,93 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 33254,97 manat maliyyə sanksiyasının tətbiq olunması;- 2021-ci üzrə ƏDV-nin azaldılmasına görə 42556.67 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 21278.34 manat maliyyə sanksiyasının tətbiq olunması;- 2022-ci üzrə ƏDV-nin azaldılmasına görə 39295.90 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 19647.95 manat maliyyə sanksiyasının tətbiq olunması;- 2023-cü üzrə ƏDV-nin azaldılmasına görə 54483.77 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 27241.81 manat maliyyə sanksiyasının tətbiq olunması; 2020-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 2542.63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2021-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 4205.63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2022-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 13922.39 manat maliyyə sanksiyasının tətbiq olunması; 2023-cü il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 3851.09 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində ləğv olunmasına dair hissədə ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Islam Həsənov, Hakimlər: Rüfət Məcidov, Müşviq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar