Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-161/2026 06.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X2 və üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, “torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum Əliyev Şəmil Nəzir oğluna məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh * saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum atası Əliyev Şəmil Nəzir oğlunun adına hüquqların dövlət qeydiyyatının aparılmasından imtina edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edərək, torpaq sahəsi üzərində mərhum atası Əliyev Şəmil Nəzir oğlunun hüquqlarının dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “Göygöl rayonu Quşqara bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarı ilə Əliyev Şəmil Nəzir oğluna ayrılmış 0.46 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatları üzərində mülkiyyət hüququnun mərhum Əliyev Şəmil Nəzir oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim G.Əliyeva) ilə iddia təmin edilmişdir. Cavabdeh və üçüncü şəxs qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsinin hüquq varisi kimi tanınması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, tələbin “yol infrastrukturuna düşən 0.0032 ha torpaq sahəsinə dair müvafiq arayışın verilməsi” hissəsindən imtina etdiyini bildirmiş və apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və təqdim olunan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbindən qismən imtinaya dair ərizə Azərbaycan Respublikasının İPM-in 55-ci maddəsinə əsasən qəbul edilməli, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı həmin hissədə ləğv edilməli, həmin hissədə işin icraatına xitam verilməli və iddiaçıya izah edilməlidir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Şərh olunanları və Azərbaycan Respublikasının İPM-in 55, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qismən – “iddia tələbinin yol infrastrukturuna düşən 0.0032 ha torpaq sahəsinə dair müvafiq arayışın verilməsi hissəsinin təmin edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddiaçı tərəfindən iddiadan imtina edildiyi üçün icraata xitam verilsin. İddiaçıya izah edilir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2-1(3-7)-161/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-161/2026
06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver