Məhkəmə qərarları › İş №2-1(3-7)-17/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-17/2026

21.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-17/2026 21.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı₄İddiaçı₄cavabdeh₄Azərbaycan₄Respublikası₄Əmək₄və₄Əhalinin₄Sosial Müdafiəsi₄Nazirliyinin₄tabeliyində₄Dövlət₄Sosial₄Müdafiə₄Fondu₄publik₄hüquqi₄şəxsin Xüsusi₄Şərtlərlə₄Təyinat₄üzrə₄Mərkəzi₄Filialına₄qarşı₄iş₄üzrə ₄₄₄₄₄QƏRARI Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. AZE******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ##.##.1965-ci₄il₄tarixdə₄doğulmuşdur.

2. НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı ##.##.1983-cü il tarixdən ##.##.1985-ci₄il₄tarixədək₄hərbi₄xidmətdə₄olmuşdur.

3. АЗЕ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı ##.##.1986-cı il tarixdən hal-hazıradək₄müxtəlif₄vaxtlarda₄ayrı-ayrı₄müəssisələrdə₄əmək₄fəaliyyəti₄ilə₄məşğul₄olur.

4. “xxxx” MMC-nin X3 Filialının Tərtər şöbəsinin ##.##.2025-ci il tarixli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) - Qida qurğuları üzrə texnik (ƏMR №*** §5, ##.##.2001, 6 ay 15 gün), Qida qurğuları üzrə texnik (ƏMR №** §1, ##.##.2007, 12 il 9 ay 12 gün), Akkumulyatorçu (ştat cədvəlinə əsasən) (##.##.2019/##.##.2021, ƏMR K/Ə 1411, 1 il 10 ay 5 gün), Elektrik və qida qurğuları üzrə mütəxəssis (ƏMR №**, ##.##.2023, 6 ay 3 gün) kimi işləmişdir. Kollektiv müqavilənin şərtlərinə uyğun olaraq zərərli iş rejimində işlədiyi dövlərdə (yuxarıda qeyd olunan vəzifələrdə çalışarkən) aylıq vəzifə maaşına hər ay əlavə 12% əməkhaqqı ödənilmişdir. Qeyd olunan vəzifələr üzrə sosial sığorta (əmək) stajı 15 il, 8 ay, 9 gün (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. Işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri II dərəcəli zərərli maddə hesab olunan sulfat turşusu (H2SO4) ilə işləyən qurğuşun-turşu akkumulyatorlardan ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 35. Ümumi peşələr bəndinə və akkumulyatorçular vəzifəsinə uyğundur. Qeyd: “Qida qurğuları” termini bu kontekstdə elektrik enerjisinin təchizatı və saxlanmasını təmin edən akkumulyator qurğularını ifadə edir. Burada əsasən II dərəcəli zərərli maddə hesab olunan sulfat turşusu (H2SO4) ilə işləyən qurğuşun-turşu akkumulyatorları nəzərdə tutulur. Bu tip akkumulyatorlar ATS-də (Avtomatik telefon stansiyalarında) kimyəvi enerjini elektrik enerjisinə çevirərək cihazların fasiləsiz işləməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda vəzifə adı “akkkumulyatorçular” kimi qeyd₄olunmuşdur.

5. ##.##.2025-ci il tarixli ərizəyə əsasən, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ona yaşa görə əmək pensiyasının təyin edilməsi₄ilə₄bağlı₄müraciət₄etmişdir.

6. ##.##.2025-ci il tarixli müraciət vərəqəsinə əsasən, İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlı müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciətə baxılacağı və müraciətin cavabının 050-489-57-67 telefon nömrəsinə₄göndəriləcəyi₄bildirilmişdir.

8. “xxxx” MMC-nin X3 Filialının Tərtər şöbəsinin ##.##.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı 1996-cı ildən bu günə qədər “xxxx” MMC-nin X4 Tərtər şöbəsində müxtəlif texniki vəzifələrdə fəaliyyət göstərmişdir. Rəsmi ştat cədvəlində “akkumulyatorçu” vəzifəsi qeyd olunmasa da, faktiki əmək funksiyası üzrə o, rəsmi olaraq 15 il, 8 ay, 9 gün ərzində stasionar qurğuşun-turşu akkumulyatorları ilə bağlı aşağıdakı işləri yerinə yetirmişdir: -Qurğuşun-turşu (Pb-H2SO4) əsaslı stasionar akkumulyator batareyalarının istismarı, texniki baxışı və profilaktik yoxlamaları; - Elektrolitin səviyyə və sıxlıq göstəricilərinin ölçülməsi, sulfat turşusu ilə işləmə və elektrolit yenilənməsi; -Akkumulyator batareyalarının şarj olunması, texniki göstəricilərinin tənzimlənməsi və enerji qidalandırıcı sistemlərə inteqrasiyası; -Zəif turşu buxarları və kimyəvi təsirlərlə dolu mühərrik otaqlarında işləmə, akkumulyator batareyalarının təhlükəsiz daşınması və saxlanılması; -UPS sistemləri, qida blokları, transformatorlar və enerji təminat qurğularının akkumulyator hissəsinə texniki xidmət. Ümumilikdə 400-ə yaxın müxtəlif ölçülü və tipli akkumulyator batareyasına xidmət göstərmişdir. Bütün bu funksiyalar zamanı əməkdaş mütəmadi olaraq zərərli iş şəraitində (turşu buxarları, qurğuşunla təmas, qapalı sahələrdə işləmə və s.) fəaliyyət göstərmiş, bu səbəbdən əməkhaqqına aylıq 12% əlavənin tətbiqi kollektiv müqavilənin şərtinə əsasən ödənilmişdir.

9. “xxxx” MMC-nin X3 Filialının Tərtər şöbəsinin ##.##.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı 1996-cı ildən bu günə qədər “xxxx” MMC-nin X4 Tərtər şöbəsində müxtəlif texniki vəzifələrdə çalışmışdır. O, uzun illər ərzində qurğuşun-turşu əsaslı stasionar akkumulyator qurğuları ilə əlaqəli texniki xidmət, istismar və təhlükəsizlik tədbirləri sahəsində fəaliyyət göstərmişdir. Qida qurğuları üzrə texnik (ƏMR №*** §5, ##.##.2001, 6 ay 15 gün), Qida qurğuları üzrə texnik (ƏMR №** §1, ##.##.2007, 12 il 9 ay 12 gün), Akkumulyatorçu (ştat cədvəlinə əsasən) (##.##.2019/##.##.2021, ƏMR K/Ə 1411, 1 il 10 ay 5 gün), Elektrik və qida qurğuları üzrə mütəxəssis (ƏMR №**, ##.##.2023, 6 ay 3 gün) kimi çalışdığı vəzifələrdə zərərli iş şəraiti nəzərə alınaraq, kollektiv müqavilənin şərtlərinə əsasən, İddiaçı əməkhaqqının 12%-i miqdarında aylıq əlavə ödənilmişdir. Bu əlavənin tətbiqi işçinin fəaliyyət göstərdiyi zərərli və təhlükəli şəraitə uyğun olaraq müvafiq komissiya tərəfindən ştat cədvəli və iş şəraiti əsas götürülməklə müəyyən edilmişdir. Əməkhaqqı əlavəsi fasiləsiz və ardıcıl olaraq işlədiyi zərərli dövrlər ərzində ödənilmişdir.

10. “xxxx” MMC-nin X5 ##.##.2025-ci il tarixli məlumatından görünür ki, İddiaçı “xxxx” MMC-nin X3 Filiali Tərtər şöbəsində uzun müddət ərzində müxtəlif texnik və mütəxəssis vəzifələrində çalışmış, bu müddət ərzində üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmişdir. Sorğuya əsasən onun əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur. -QQ texniki - yəni Qida qurğuları üzrə texnik vəzifəsində: ƏMR №*** §5 ilə ##.##.2001-ci il tarixindən etibarən işə qəbul olunmuş və bu vəzifədə 6 ay 15 gün müddətində çalışmışdır. -Qida qurğuları üzrə texnik vəzifəsində: ƏMR №** §1 ilə ##.##.2007-ci il tarixindən etibarən fəaliyyət göstərmiş və bu vəzifədə fasiləsiz olaraq 12 il 9 ay 12 gün müddətində işləmişdir. -Elektrik və qida qurğuları üzrə mütəxəssis vəzifəsində: ƏMR №** ilə ##.##.2023-cü il tarixindən etibarən bu vəzifəyə təyin edilmiş və 6 ay 3 gün müddətində çalışmışdır Qeyd etmək lazımdır ki, 2001-2019-cu illər ərzində müəssisənin strukturunda “akkumulyatorçu” adlı ayrıca ştat vahidi mövcud olmamış, bu vəzifə yalnız 2019-cu ildən etibarən "xxxx" MMC-nin strukturuna əlavə edilmişdir. Bununla belə İddiaçı çalışdığı dövrdə tutduğu vəzifələrin və həmin dövrlərdə qüvvədə olan vəzifə təlimatlarının məzmunu təhlil olunduqda aydın olur ki, onun yerinə yetirdiyi əmək funksiyaları texniki və peşə baxımından “akkumulyatorçu” vəzifəsinin əmək funksiyalarına tam uyğun olmuşdur. Belə ki, 2011-ci ildə qüvvədə olan “QQ texniki” və “Elektrik və qida qurğuları üzrə mütəxəssis” vəzifə təlimatlarında aşağıdakı funksiyalar birbaşa həmin vəzifə sahiblərinə aid edilmişdir: -Əsas və ehtiyat elektrik qida qurğularının (EQQ) işinə nəzarət və sazlanması Dizelgeneratorlar və akkumulyatorların düzgün istismarının təmin edilməsi; -Akkumulyatorlara texniki baxışların keçirilməsi və nəticələrin xüsusi jurnalda qeyd olunması; -Akkumulyatorların iş prinsipləri, elektrolit turşusu və qələvilərlə işləmə qaydalarının bilinməsi və bu biliklərin əməli şəkildə tətbiq edilməsi. Bu müddəalar bir daha təsdiqləyir ki, həmin dövrlərdə “akkumulyatorçu” funksiyası ayrıca ştat vahidi kimi mövcud olmasa da, bu vəzifəyə aid işlər faktiki olaraq İddiaçı tərəfindən icra edilmişdir. Beləliklə, onun 2001-2023-cü illər ərzində yerinə yetirdiyi əmək funksiyaları texniki mahiyyətinə, peşə xarakterinə və icra olunan işlərin məzmununa görə “akkumulyatorçu” vəzifəsinin funksiyaları ilə tam şəkildə üst-üstə düşür. Qeyd: ## #### 2025-ci il tarixindən etibarən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin₄X3₄Filialının₄Tərtər₄şöbəsi₄X5,₄Tərtər₄şöbəsi₄adlandırılmışdır.

11. Məhkəmə kollegiyasının sorğusuna “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 Filialının Tərtər şöbəsi X5 Tərtər şöbəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “İddiaçı əmək fəaliyyəti dövründə (Qida qurğuları üzrə texnik (ƏMR №*** $5, ##.##.2001, 6 ay 15 gün), Qida qurğuları üzrə texnik (ƏMR №** $1, ##.##.2007, 12 il 9 ay 12 gün), Akkumulyatorçu (ştat cədvəlinə əsasən) (##.##.2019 / ##.##.2021, ƏMR K/Ə 1411,1 il 10 ay 5 gün), Elektrik və qida qurğuları üzrə mütəxəssis (ƏMR №**, ##.##.2023, 6 ay 3 gün) qurğuşun-turşu əsaslı stasionar akkumulyator qurğularının istismarı, onlara texniki xidmət göstərilməsi və elektrolitlə bağlı əməliyyatların icrası sahəsində çalışmışdır. Bu fəaliyyət zərərli və təhlükəli istehsalat şəraiti kateqoriyasına aid olduğundan, həmin dövrlərdə qanunvericilikdə nəzərdə tutulmuş₄müvafiq₄güzəştlər₄ona₄tətbiq₄edilmişdir:₄1. Əməkhaqqına əlavə - Zərərli iş şəraitinə görə əməkhaqqına aylıq 12% miqdarında əlavə ödənilmişdir (Arayış və Əmək müqaviləsi əlavə olunur). 2. Əlavə məzuniyyət - Zərərli iş şəraitində çalışdığı dövrlərdə əmək qanunvericiliyinə uyğun olaraq əlavə məzuniyyət hüququndan istifadə etmişdir (Məzuniyyət əmrləri əlavə olunur). 3. Xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə - Turşuya davamlı kombinezon və rezin önlük; - Kimyəvi maddələrə davamlı əlcəklər; - Qoruyucu və hermetik eynəklər; -Turşu buxarlarına qarşı respirator; -Turşuya davamlı rezin çəkmələr və dielektrik ayaqqabılar ilə təmin edilmişdir. 4. Təhlükəli iş şəraiti üçün₄tətbiq₄olunan₄qoruyucu₄tədbirlər₄-Ayrılmış₄su₄krantı₄(yuma₄kranı);₄- 5%-li sodalı su və neytrallaşdırıcı məhlullar; -Dielektrik xalça;-Təbii və ya məcburi ventilyasiya sistemi; -Yanğın təhlükəsizliyi vasitələri; -Digər mühafizə tədbirləri akkumulyator otağında təmin edilmişdir. Yuxarıda qeyd olunanlar İddiaçı zərərli və təhlükəli əmək şəraitində fəaliyyət göstərdiyini və həmin şərait üçün nəzərdə tutulmuş bütün güzəştlərdən₄istifadə₄etdiyini₄təsdiq₄edir.”

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi haqqında qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında₄qərar₄qəbul₄edilməsini₄xahiş₄etmişdir.₄

13. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1996-cı ildən hal-hazıradək “xxxx” MMC-nin X4 Tərtər şöbəsində (köhnə adı: Tərtər TKQ) müxtəlif vəzifələrdə işləmişdir. Əsasən, QQ texniki – yəni Qida qurğuları üzrə texnik (ƏMR №*** §5, ##.##.2001 – 6 ay 15 gün), Qida qurğuları üzrə texnik (ƏMR №** §1, ##.##.2007 – 12 il 9 ay 12 gün), Akkumulyatorçu (ştat cədvəlinə əsasən; ƏMR K/Ə 1411, ##.##.2019, 1 il 10 ay 5 gün) və Elektrik və qida qurğuları üzrə mütəxəssis (ƏMR №**, ##.##.2023 – 6 ay 3 gün) vəzifələrində ümumilikdə 15 il 8 ay 9 gün əmək fəaliyyəti olmuşdur. Iş fəaliyyəti dövründə əsas əmək funksiyaları qurğuşun-turşu akkumulyatorlarının istismarı, II dərəcəli zərərli maddə hesab olunan sulfat turşusu (H₄SO₄) ilə işləmə, akkumulyator batareyalarının texniki baxışı və dəyişdirilməsi olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən onun həmin Qanunun 7-ci maddəsinə nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla güzəştli şərtlərə əmək pensiyası hüququ var. Odur ki, güzətli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 35-ci bəndində yer alan “akkumulyatorçular” peşəsinə tam uyğun olduğu halda cavabdeh “işlədiyi texnik və mütəxəssis vəzifələri Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan akkumulyatorçular vəzifəsinə uyğun deyil” bəhanəsi edərək ona pensiya təmin etməkdən imtina edilmişdir. Halbuki həm əmək kitabçasında, həm texniki əsaslandırılmış arayışında, həm də digər sənədlərdə onun işlədiyi müddət və vəzifə açıqaşkar qeydlərlə göstərilmişdir. Qanunun qeyd etdiyi tələbinə, 60 yaşının tamam olmasına və zərərli ağır işlərdə tələb olunandan da artıq müddət işləməyinə və ümumi əmək stajının 38 ilə yaxın olmasına əsasən, iddiaçı hesa edirəm ki, cavabdeh ona pensiya təyin₄etməlidir.₄Odur₄ki,₄məhkəməyə₄müraciət₄etməli₄olmuşdur.₄

14. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Mərkəzi Filiala müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən iddiaçıya verilmiş ##.##.2025-ci il tarixli cavab məktubuna əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, (hazırda qüvvədə olan) axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi). işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) akkumulyatorçular vəzifəsi nəzərdə tutulmuşdur. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ИТ-1 ******* nömrəli əmək kitabçasında və “xxxx” MMC-nin iddiaçıya dair arayışında ##.##.2001-##.##.2001-ci il, ##.##.2007-##.##.2019-cu il və ##.##.2023-##.##.2024-cü il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisənin X4 Tərtər şöbəsində qida qurğuları üzrə texnik və qida qurğuları üzrə mütəxəssis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Iddiaçının işlədiyini texnik və mütəxəssis vəzifələri sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan akkumulyatorçular vəzifəsinə aid deyil. Buna görə də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (1 il 10 ay 4 gün (##.##.2019-##.##.2021-ci il tarixləri arasındakı dövr) təşkil edir. Odur₄ki,₄idda₄tələbinin₄rədd₄edilməsi₄xahiş₄edilmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

17. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddia tələbinin təmin edilməsi, iddiaçı İddiaçı hüququnun yarandığı ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə₄Mərkəzi₄Filialına₄həvalə₄edilməsi₄qərara₄alınmışdır.

18. Məhkəmə hesab etmişdir ki, iddiaçının ##.##.2001-ci il tarixdən ##.##.2001-ci il tarixədək, ##.##.2007-ci il tarixdən ##.##.2019-cu il tarixədək “qida qurğuları üzrə texnik”, həmçinin ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək “Elektrik və qida qurğuları üzrə mütəxəssis” işlədiyi dövr güzəştli iş stajı kimi qəbul edilməlidir. Belə ki, “xxxx” MMCnin X5 ##.##.2025-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, 2001-2019-cu illər ərzində müəssisənin strukturunda “akkumulyatorçu” adlı ayrıca ştat vahidi mövcud olmamış, bu vəzifə yalnız 2019-cu ildən etibarən "xxxx" MMC-nin strukturuna əlavə edilmişdir. Bununla belə İddiaçı çalışdığı dövrdə tutduğu vəzifələrin və həmin dövrlərdə qüvvədə olan vəzifə təlimatlarının məzmunu təhlil olunduqda aydın olur ki, onun yerinə yetirdiyi əmək funksiyaları texniki və peşə baxımından “akkumulyatorçu” vəzifəsinin əmək funksiyalarına tam uyğun olmuşdur. Belə ki, 2011-ci ildə qüvvədə olan “QQ texniki” və “Elektrik və qida qurğuları üzrə mütəxəssis” vəzifə təlimatlarında aşağıdakı funksiyalar birbaşa həmin vəzifə sahiblərinə aid edilmişdir: -Əsas və ehtiyat elektrik qida qurğularının (EQQ) işinə nəzarət və sazlanması Dizel-generatorlar və akkumulyatorların düzgün istismarının təmin edilməsi; -Akkumulyatorlara texniki baxışların keçirilməsi və nəticələrin xüsusi jurnalda qeyd olunması; -Akkumulyatorların iş prinsipləri, elektrolit turşusu və qələvilərlə işləmə qaydalarının bilinməsi və bu biliklərin əməli şəkildə tətbiq edilməsi. Bu müddəalar bir daha təsdiqləyir ki, həmin dövrlərdə “akkumulyatorçu” funksiyası ayrıca ştat vahidi kimi mövcud olmasa da, bu vəzifəyə aid işlər faktiki olaraq İddiaçı tərəfindən icra edilmişdir. Beləliklə, onun 2001-2023-cü illər ərzində yerinə yetirdiyi əmək funksiyaları texniki mahiyyətinə, peşə xarakterinə və icra olunan işlərin məzmununa görə “akkumulyatorçu” vəzifəsinin funksiyaları ilə tam şəkildə üst-üstə düşür. Göründüyü kimi, işəgötürənin məlumatına əsasən, iddiaçının işlədiyi “qida qurğuları üzrə texnik” və “Elektrik və qida qurğuları üzrə mütəxəssis” peşələri ilə “akkumulyatorçular” peşəsinin əmək funksiyaları eynilik təşkil edir. Bu baxımdan məhkəmənin qənaətinə görə iddiaçının ##.##.2025-ci il tarixə 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi₄öhdəliyi₄cavabdehə₄həvalə₄edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək, iddia₄tələbinin₄təmin₄edilməməsi₄barədə₄yeni₄qərar₄qəbul₄edilməsini₄xahiş₄etmişdir.

20. Apellyasiya şikayətinin dəlilləri cavabdeh orqanın iddiaya qarşı yazılı etirazının dəlilləri ilə eynilik təşkil etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Iddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni₄qərar₄qəbul₄edilməsini₄xahiş₄etdi.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq sədrlik edənin sualına cavabında qeyd etdi ki, mübahisələndirilən dövrdə işlədiyi müddətdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq güzəştlər ona tətbiq edilmişdir. Belə ki, zərərli iş şəraitinə görə əməkhaqqına aylıq 12% miqdarında əlavə ödənilmiş, əmək qanunvericiliyinə uyğun olaraq əlavə məzuniyyət hüququndan istifadə etmiş, həmçinin xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə ilə təmin edilmişdir.

Tətbiq edilən hüquq normaları

24. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. III bənd. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

25. “Insan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.

26. “Iqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt: Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.

27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən₄istehsalatların,₄peşələrin,₄vəzifələrin₄və₄göstəricilərin₄Siyahısı”₄

35. Ümumi peşələr akkumulyatorçular.

29. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

30. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

31. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

32. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

33. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

34. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

35. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

36. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

37. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

38. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

39. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

40. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

41. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu ilə onun güzəştli iş stajının 12 il 6 aydan az (1 il 10 ay 4 gün) olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə₄müraciət₄etmişdir.₄

44. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2022ci il tarixdən sonra qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ₄vardır₄(9.1-ci₄maddə).

45. Qeyd edilən maddi hüquq normasının məzmunundan göründüyü kimi iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: 1) qanunla tələb edilən pensiya yaşına çatması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması;

46. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı ##.##.1965-ci il tarixdə doğulmuş, ##.##.2025-ci il tarixdə 60 yaşı olmuşdur. # #### 2024 – ## #### 2025 dövrü üzrə kişilər üçün pensiya yaşı 65 yaş olduğuna və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası təyin edildiyinə görə iddiaçının pensiya almaq hüququ ##.##.2025-ci il tarixdə₄yaranmışdır.

47. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi tarixədək ümumi iş stajı üzrə tələb olunan şərt ödənilir. Belə ki, iddiaçının əmək kitabçası və iş stajı ilə bağlı verilmiş sənədlər də daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Apellyasiya şikayətinin dəlillərində iddiaçının ümumi stajı ilə bağlı hər hansı mübahisənin olması qeyd edilməmişdir.

48. Qeyd olunduğu kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün digər şərt 25 il ümumi iş stajının azı 12 il 6 ayının Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda göstərilən işlərdə çalışmalı olmasıdır.

49. Cavabdeh orqanın imtina məktubunda mübahisələndirdiyi hal iddiaçının “xxxx” MMC-nin X4 Tərtər rayon şöbəsində ##.##.2001-##.##.2001-ci il, ##.##.2007-##.##.2019-cu il və ##.##.2023-##.##.2024-cü il tarixləri arasındakı dövrlər ərzində işlədiyi qida qurğuları üzrə texnik və qida qurğuları üzrə mütəxəssis vəzifələri güzəştli şərtlə pensiya hüququ verən işlərə aid olmaması ilə bağlıdır. Yəni, cavabdeh orqan hesab etmişdir ki, iddiaçının işlədiyi həmin vəzifələr güzəştli hesab edilmədiyindən onun güzəştli iş stajı 12 il 6 aydan azdır₄(1₄il₄10₄ay₄4₄gün).

50. Göründüyü kimi, iddiaçının zərərli işlərdə işlədiyini iddia etdiyi mübahisələndirilən dövr və peşələr aşağıdakıları əhatə edir: ##.##.2001-ci il tarixdən ##.##.2001-ci il tarixədək, ##.##.2007-ci il tarixdən ##.##.2019-cu il tarixədək “qida qurğuları üzrə texnik”, həmçinin ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək “Elektrik₄və₄qida₄qurğuları₄üzrə₄mütəxəssis”₄vəzifələrində₄işlədiyi₄dövr.

51. Məhkəmə kollegiyası cavabdehin imtinasının dəlilinə, yəni iddiaçının işlədiyi vəzifələrin istinad edilən müvafiq Siyahıda nəzərdə tutulan vəzifələrə aid olmamasına münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

52. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən₄edilmiş₄arayışına₄əsasən₄müəyyən₄edilir.

53. Belə ki, “xxxx” MMC-nin X5 ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 2001-2019-cu illər ərzində müəssisənin strukturunda “akkumulyatorçu” adlı ayrıca ştat vahidi mövcud olmamış, bu vəzifə yalnız 2019-cu ildən etibarən "xxxx" MMC-nin strukturuna əlavə edilmişdir. Bununla belə İddiaçı çalışdığı dövrdə tutduğu vəzifələrin və həmin dövrlərdə qüvvədə olan vəzifə təlimatlarının məzmunu təhlil olunduqda aydın olur ki, onun yerinə yetirdiyi əmək funksiyaları texniki və peşə baxımından “akkumulyatorçu” vəzifəsinin əmək funksiyalarına tam uyğun olmuşdur. Belə ki, 2011-ci ildə qüvvədə olan “QQ texniki” və “Elektrik və qida qurğuları üzrə mütəxəssis” vəzifə təlimatlarında aşağıdakı funksiyalar birbaşa həmin vəzifə sahiblərinə aid edilmişdir: -Əsas və ehtiyat elektrik qida qurğularının (EQQ) işinə nəzarət və sazlanması Dizel-generatorlar və akkumulyatorların düzgün istismarının təmin edilməsi; -Akkumulyatorlara texniki baxışların keçirilməsi və nəticələrin xüsusi jurnalda qeyd olunması; -Akkumulyatorların iş prinsipləri, elektrolit turşusu və qələvilərlə işləmə qaydalarının bilinməsi və bu biliklərin əməli şəkildə tətbiq edilməsi. Bu müddəalar bir daha təsdiqləyir ki, həmin dövrlərdə “akkumulyatorçu” funksiyası ayrıca ştat vahidi kimi mövcud olmasa da, bu vəzifəyə aid işlər faktiki olaraq İddiaçı tərəfindən icra edilmişdir. Beləliklə, onun 2001-2023-cü illər ərzində yerinə yetirdiyi əmək funksiyaları texniki mahiyyətinə, peşə xarakterinə və icra olunan işlərin məzmununa görə “akkumulyatorçu” vəzifəsinin funksiyaları ilə tam şəkildə üst-üstə₄düşür.

54. Həmçinin qeyd olunan müəssisənin məhkəmə kollegiyasının sorğusuna cavab məktubu ilə müəyyən edilir ki, İddiaçı qeyd olunan dövrlər üzrə fəaliyyəti zərərli və təhlükəli istehsalat şəraiti kateqoriyasına aid olduğundan, həmin dövrlərdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq güzəştlər ona tətbiq edilmişdir: 1. Əməkhaqqına əlavə - Zərərli iş şəraitinə görə əməkhaqqına aylıq 12% miqdarında əlavə ödənilmişdir. 2. Əlavə məzuniyyət - Zərərli iş şəraitində çalışdığı dövrlərdə əmək qanunvericiliyinə uyğun olaraq əlavə məzuniyyət hüququndan istifadə etmişdir. 3. Xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə - Turşuya davamlı kombinezon və rezin önlük; - Kimyəvi maddələrə davamlı əlcəklər; - Qoruyucu və hermetik eynəklər; -Turşu buxarlarına qarşı respirator; -Turşuya davamlı rezin çəkmələr və dielektrik ayaqqabılar ilə təmin edilmişdir. 4. Təhlükəli iş şəraiti üçün tətbiq olunan qoruyucu tədbirlər -Ayrılmış su₄krantı₄(yuma₄kranı);₄- 5%-li sodalı su və neytrallaşdırıcı məhlullar; -Dielektrik xalça;- Təbii və ya məcburi ventilyasiya sistemi; -Yanğın təhlükəsizliyi vasitələri; -Digər mühafizə tədbirləri₄akkumulyator₄otağında₄təmin₄edilmişdir.₄

55. Göründüyü kimi, işəgötürən tərəfindən verilən arayışa əsasən, iddiaçının ##.##.2001-ci il tarixdən ##.##.2001-ci il tarixədək, ##.##.2007-ci il tarixdən ##.##.2019-cu il tarixədək və ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək işlədiyi “qida qurğuları üzrə texnik” və “suvarma işləri üzrə operator” vəzifələrinin müvafiq siyahıda nəzərdə tutulmuş “akkumulyatorçular” vəzifəsinə uyğun olduğu göstərilmişdir. Lakin cavabdeh faktiki olaraq işəgötürən tərəfindən verilmiş arayışları qəbul etməmiş, iddiaçının güzəştli iş stajını mübahisələndirərək, iddiaçının işlədiyi vəzifələrin Siyahıda nəzərdə tutulan “akkumulyatorçular”₄vəzifəsinə₄uyğun₄olmadığını₄bildirmişdir.

56. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, ilk öncə qeyd edilməlidir ki, cavabdeh iddiaçının işlədiyi vəzifələrin Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun olmadığı nəticəsinə gəlsə də, həmin uyğunsuzluğun nədən ibarət olmasını göstərməmişdir. Ikincisi, şəxsin gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir.

57. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, həmin vəzifələr üzrə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyi işəgötürən tərəfindən təqdim edilən sənədlərlə, arayış, vəzifə təlimatı ilə müəyyən edilir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Bu baxımdan da hazırki iş üzrə işəgötürən müəssisənin, yəni “xxxx” MMC-nin fəaliyyət göstərdiyi sahədə ixtisaslaşmış təşkilat olduğu nəzərə alınaraq, onun tərəfindən verilən arayış mötəbər sənəd₄kimi₄qəbul₄edilməlidir.₄

58. Həmçinin nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

59. Beləliklə, məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının işlədiyi “suvarma işləri üzrə operator” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan yuxarıda qeyd olunan həmin bəndlərdəki vəzifələrlə uyğundur.

60. Göründüyü kimi, iddiaçı tələb olunan yaş həddində olmaqla, eləcə də tələb olunan sosial sığorta stajına malikdir və qeyd olunan sosial sığorta stajının 12 il 6 aydan çox hissəsi iddiaçının güzəştli şərtlərlə peşələrdə olan iş stajına daxildir.

61. Odur ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

62. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar