Məhkəmə qərarları › İş №2-1(3-7)-171/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-171/2026

21.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-171/2026 21.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARI Açar sözlər: əmək pensiyasının təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun pensiya hüququnun yarandığı ## ###### 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı ##.##.1959-cu ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında yaşayır.

2. ##.##.1977-ci il tarixli, ****** nömrəli diplomdan görünür ki, İddiaçı 1974-cü ildə Mirbəşir ** nömrəli texniki peşə məktəbinə daxil olmuş, 1977-ci ildə bu məktəbin tam kursunu bitirərərək rəngsaz peşəsi üzrə ümumi orta təhsil almışdır.

3. НЗ-******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı ##.##.1978-ci il tarixindən ##.##.1980-ci il tarixinədək hərbi xidmətdə olmuşdur.

4. ##.##.1977-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı ##.##.1977-ci il tarixdən ##.##.2005-ci il tarixədək müxtəlif vaxtlarda ayrı-ayrı müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.

5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Dövlət X13 ##.##.2025-ci il tarixli, *-**-***/*-**/** nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Tərtər rayon peşakar yanğın hissəsinin rəisinin ##.##.1983-cü il tarixli, * nömrəli əmirinə əsasən sürücü vəzifəsinə təyin olunmuş, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin ##.##.2001-ci il tarixli, *** nömrəli əmrinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

6. Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli, *-**-*/*-E-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “Təqdim etdiyiniz sənədlərə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ##.##.1974-cü il tarixindən ##.##.1997-ci il tarixinədək əyani təhsil aldığınız illər və ##.##.1978-ci il tarixindən ##.##.1980-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla cəmi sığorta stajınız 7 il 4 ay 16 gün təşkil edir. Eyni zamanda, fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalınız ##.##.2006-cı il tarixinədək 7 il 2 ay 24 gün sığorta stajınıza uyğun olaraq 7288,65 manat, ##.##.2020-ci il tarixindən ##.##.2020-ci il tarixinədək 1 ay 22 gün sığorta stajınıza uyğun olaraq 177,38 manat olmaqla, ümumilikdə 7466,03 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ hazırda qanunvericiliklə təiəb olunan 40320,00 manat pensiya kapitalından az olduğundan, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildiririk ki, əmək kitabçanızda qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan Baş Dövlət Yanğın Təhlükəsizlik Idarəsində ##.##.1983-cü il tarixindən ##.##.2001-ci il tarixinədək və xxxx Idarəsində ##.##.2001-ci il tarixindən ##.##.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yarandığından müvafiq qurumlara sorğu göndərilib. Fondun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər rayon Dövlət Yanğından mühafizə hissəsi ilə birgə tərtib etdiyi ##.##.2024-cü il tarixli aktda qeyd olunan məlumatlara əsasən Tərtər rayon Dövlət Yanğından mühafizə hissəsində ##.##.1983-cü il tarixində * №-li əmrlə sürücü vəzifəsinə işə qəbul edilsəniz də, işdənçıxma əmriniz aşkar edilməyib. Eyni zamanda, ##.##.2001-ci il tarixində müəssisə hərbiləşdiyi üçün arxiv sənədlərinin olmadığı bildirilib. “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızda ##.##.2001-ci il tarixindən ##.##.2005-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulub (işə daxilolma tarixində düzəliş edildiyindən). X4 Rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi ##.##.2024-cü il tarixli aktda qeyd olunan məlumatlara əsasən xxxx Idarəsinin hüquqi ünvanı bəlli olsa da fəaliyyət göstərmədiyi, eyni zamanda arxiv sənədlərinin Tərtər Rayon Dövlət Arxivində saxlanılmadığı müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, ##.##.1983-cü il tarixindən ##.##.2001-ci il tarixinədək və ##.##.2001-ci il tarixindən ##.##.2005-ci il tarixinədək əməkhaqqı alıb-almadığınızı müəyyənləşdirmək mümkün olmadığından sözügedən dövrlər sığorta stajınıza daxil edilməyib. Bu səbəbdən də ümumi sığorta stajınız Qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”

7. Əmlak Məsələləri Dövlət Xidmətinin DSMF-nin Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialına ünvanlanan ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “1995-1998-ci illərdə Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamı ilə "xxxx" X8 Avtonəqliyyat Müəssisəsinin bazasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri ##.##.2007-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, ##.##.1974-cü ildən ##.##.1977-ci ilədək (2 il 10 ay 26 gün) Tərtər (Mirbəşir) 96-№ li X1 məktəbində rəngsaz peşəsi və ümumi orta təhsil aldığı müddətin, ##.##.1977-ci ildən ##.##.1978-ci ilədək (9 ay 15 gün) Tərtər (Mirbəşir) Kommunal Təsərrüfat Şöbəsində fəhlə işlədiyi müddətin, ##.##.1978-ci ildən ##.##.1980-ci ilədək (2 il 14 gün) keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olduğu müddətin, ##.##.1980-ci ildən ##.##.1981 -ci ilədək (1 il 5 ay 6 gün) Tərtər (Mirbəşir) Kommunal Təsərrüfat Şöbəsində sürücü, ##.##.1983-cü ildən ##.##.2001-ci ilədək (18 il 9 ay 11 gün) Tərtər (Mirbəşir) X9 Tərtər (Mirbəşir) komandasında sürücü, ##.##.2001 -ci ildən ##.##.2005-ci ilədək (3 il 9 ay 29 gün ) «xxxx» ASC-də çilingər işlədiyi müddətin sosial sığorta stajı hesab edilməklə, ümumilikdə ##.##.2006-cı ilədək 30 (otuz) il 2(iki) ay 9 gün ümumi iş (sığorta) stajına malik olduğu nəzərə alınmaqla, onun pensiya hüququnun yarandığı ##.##.2024-cü ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## ###### 1959-cu ildə anadan olmuşdur. ##.##.1974-cü ildən ##.##.1977-ci ilədək (2 il 10 ay 26 gün) Tərtər (Mirbəşir) 96-№ li X1 məktəbində rəngsaz peşəsi və ümumi orta təhsil almış, ##.##.1977-ci ildən ##.##.1978-ci ilədək ( 9 ay 15 gün) Tərtər (Mirbəşir) Kommunal Təsərrüfat Şöbəsində fəhlə işləmiş, ##.##.1978-ci ildən ##.##.1980-ci ilədək (2 il 14 gün) keçmiş sovet ordusu sralarında həqiqi hərbi xidmətdə olmuş, ##.##.1980-ci ildən ##.##.1981-ci ilədək (1 il 5 ay 6 gün) Tərtər (Mirbəşir) Kommunal Təsərrüfat Şöbəsində sürücü, ##.##.1983-cü ildən ##.##.2001-ci ilədək (18 il 9 ay 11 gün) Tərtər (Mirbəşir) X9 Tərtər (Mirbəşir) komandasında sürücü, ##.##.2001-ci ildən ##.##.2005-ci ilədək (3 il 9 ay 29 gün ) «xxxx» ASC-də çilingər işləmişdir. Qeyd olunan bütün əmək fəaliyyəti və iş (sığorta) stajı əmək kitabçasında, eləcə də diplomunda və hərbi biletdəki müvafiq qeydlərlə və möhürlərlə təsdiq edilmişdir. Beləliklə, əmək kitabçasında, eləcə də arxiv arayışında və hərbi biletindəki olan qeydlərə əsasən o, ##.##.2006-cı ilədək 30 il 2 ay 9 gün iş (sığorta) stajına malikdir. Qeyd olunanları nəzərə alaraq müvafiq təsdiqedici sənədlərin təsdiq edilmiş surətini ərizə ilə cavabdehə göndərərək ##.##.2024-cü ildə 65 yaşına çatmağını, ##.##.2006-cı ilədək 30 il 2 ay 9 gün iş (sığorta) stajına malik olduğu nəzərə alınmaqla pensiya hüququnun yarandığı ##.##.2024-cü ildən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir.

10. Cavabdeh iddiaya dair təqdim etdiyi ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli etirazında bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə, həmçinin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığorta stajı (##.##.1974-cü il tarixindən ##.##.1977-ci il tarixinədək əyani təhsil aldığı illər və ##.##.1978-ci il tarixindən ##.##.1980-ci il tarixinədək olan hərbi xidmət dövrü də nəzərə alınmaqla) 7 il 4 ay 16 gün təşkil edir. Eyni zamanda, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.## 2006-cı il tarixinədək 7 il 2 ay 24 gün sığorta stajına uyğun olaraq 7288,65 manat, ##.##.2020-ci il tarixindən ##.##.2020-ci il tarixinədək 1 ay 22 gün sığorta stajına uyğun olaraq 177,38 manat olmaqla, ümumilikdə 7466,03 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ hazırda qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından az olduğundan, əmək pensiyasının minimum məbləğindən az olmayann pensiya təminatına imkan vermir. Bildiriilir ki, Fondun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər rayon Dövlət Yanğından mühafizə hissəsi ilə birgə tərtib etdiyi ##.##.2024-cü il tarixli aktda qeyd olunan məlumatlara əsasən iddiaçı Tərtər rayon Dövlət Yanğından mühafizə hissəsində ##.##.1983-cü il tarixində * №-li əmrlə sürücü vəzifəsinə işə qəbul edilsə də, işdənçıxma əmri aşkar edilməmiş, eyni zamanda, ##.##.2001-ci il tarixində müəssisə hərbiləşdiyi üçün arxiv sənədlərinin olmadığı bildirilmişdir. Bundan əlavə İddiaçı əmək kitabçasında ##.##.2001-ci il tarixindən ##.##.2005-ci il tarixinədək olan dövrün “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən doldurulma qaydası pozulduğundan (işə daxilolma tarixində düzəliş edildiyindən), həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Bununla bağlı bildirmək istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli, *** nömrəli qərarı ilə təsdiqlənmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” nın 3.4-cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud isdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə işdən azad etmək haqqında isə işçinin isdən çıxarıldığı gün edilir. Qanunvericiliyin normalarından müəyyən olunur ki, işçi işdən azad edilən zaman işdən azad olunma işəgötürən tərəfindən qeydlər aparılmaqla rəsmiləşdirilir, Sözügedən Qaydaların 3.11-ci maddəsinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Qanunvericiliyin normasından müəyyən olunur ki, işəgötürənin işdən azad etmə barədə əmri olmadıqda işdən azad edilmə faktı rəsmiləşmiş hesab oluna bilməz. Şəxsin işdən azad edilməsi barədə qeyd əmək kitabçasında mövcud olmadıqda, bu artıq qanunvericiliyin normalarının pozulmasına gətirib çıxarır. X4 Rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi ##.##.2024-cü il tarixli aktda qeyd olunan məlumatlara əsasən xxxx idarəsinin hüquqi ünvanı bəlli olsa da fəaliyyət göstərmədiyi, eyni zamanda arxiv sənədlərinin Tərtər Rayon Dövlət Arxivində saxlanılmadığı müəyyən edilib. Bundan əlavə bildirilir ki, ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya ##.##.2024-cü il tarixdə sosial müavinət təyin olunmuşdur. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımında Iddiaçı İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qovulması’’ tələbinə dair iddiası təmin edilməməlidir.

11. Iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun pensiya hüququnun yarandığı ## ###### 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur.

12. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir.

13. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, iddiaçı İddiaçı pensiya hüququnun yarandığı ## ###### 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

14. Məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, iddiaçının sığorta stajı iş materiallarında olan sənədlərdə qeyd edilən dövr ilə birlikdə 25 ildən çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Belə ki, cavabdeh orqan etirazında iddiaçı Tərtər rayon Dövlət Yanğından mühafizə hissəsində ##.## 1983-cü il tarixində * №-li əmrlə sürücü vəzifəsinə işə qəbul edilsə də, işdənçıxma əmri aşkar edilmədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Dövlət X13 arayışına əsasən müəyyən edilmişdir ki, İddiaçı həqiqətən Tərtər rayon peşakar yanğın hissəsinin rəisinin №* nömrəli, ##.##.1983-cü il tarixli əmirinə əsasən sürücü vəzifəsinə təyin olunmuş, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin №*** nömrəli ##.##.2001-ci il tarixli əmrinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlilləri cavabdeh orqanın iddiaya qarşı yazılı etirazının dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq isə qeyd edilmişdir ki, İddiaçı əmək stajının araşdırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər rayon Dövlət Yanğından mühafizə hissəsi ilə birgə tərtib edilmiş ##.##.2024-cü il tarixli aktda qeyd olunan məlumatlara əsasən iddiaçı Tərtər rayon Dövlət Yanğından mühafizə hissəsində ##.##.1983-cü il tarixində 4 №- li əmrlə sürücü vəzifəsinə işə qəbul edilsə də, işdənçıxma əmri aşkar edilməmiş, eyni zamanda, ##.##.2001-ci il tarixində *** nömrəli əmrlə müəssisə hərbiləşdiyi üçün arxiv sənədləri mövcud deyildir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Dövlət X13 ##.##.2025-ci il tarixli arayışına əsasən İddiaçı Tərtər rayon peşakar yanğın hissəsinin rəisinin № * nömrəli, ##.##.1983-cü il tarixli əmirinə əsasən sürücü vəzifəsinə təyin olunmuş, Daxili Işlər Nazirliyinin № *** nömrəli ##.##.2001-ci il tarixli əmrinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Bildirilir ki, sözügedən qarşılıqlı yoxlama aktında ##.##.2001-ci il tarixində *** nömrəli əmrlə müəssisənin hərbiləşdiyi və bu səbəbdən arxiv sənədlərinin mövcud olmadığı qeyd edilsə də, ##.##.2025-ci il tarixli arayışda İddiaçı Daxili Işlər Nazirliyinin № *** nömrəli ##.##.2001-ci il tarixli əmrinə əsasən tutduğu vəzifədən azad edildiyi qeyd edilmişdir. Göründüyü kimi, eyni nömrəli əmrlə bir sənəddə müəssisənin hərbiləşdiyi qeyd edilmiş, digər sənəddə isə iddiaçının işdən azad edildiyi bildirilmişdir. Həmçinin, qarşılıqlı yoxlama aktında arxiv sənədlərinin mövcud olmadığı və işdənçıxma əmri aşkar olunmadığı qeyd edilsə də, ##.##.2025-ci il tarixli arayışda İddiaçı № *** nömrəli əmrlə işdən çıxarıldığı qeyd edilmiş, həm qarşılıqlı yoxlama aktı, həm də arayışlar arasında ziddiyyət mövcud olmasına baxmayaraq Mühafizə Hissəsinin kadrlar üzrə kiçik inspektoru N.Hüseynov tərəfindən imzalanmışdır. Göründüyü kimi, məhkəmə tərəfindən bu hallara qiymət verilmədən iddia tələbi təmin edilmişdir. Bundan əlavə, İddiaçı əmək kitabçasında ##.##.2001 -ci il tarixindən ##.##.2005-ci il tarixinədək olan dövrün “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən doldurulma qaydası pozulduğundan (işə daxilolma tarixində düzəliş edildiyindən), həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Bununla bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli, *** nömrəli qərarı ilə təsdiqlənmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.4-cü maddəsinə əsasən əmək kitabçasında isə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, isdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Qanunvericiliyin normalarından müəyyən olunur ki, işçi isdən azad edilən zaman işdən azad olunma işəgötürən tərəfindən qeydlər aparılmaqla rəsmiləşdirilir. Sözügedən Qaydaların 3.11-ci maddəsinə əsasən əmək kitabçası işəgötürən və va işəgötürənin müəyyən etdiyi məsul səxs tərəfindən imzalanır. Qanunvericiliyin normasından müəyyən olunur ki, işəgötürənin işdən azad etmə barədə əmri olmadıqda işdən azad edilmə faktı rəsmiləşmiş hesab oluna bilməz. Şəxsin işdən azad edilməsi barədə qeyd əmək kitabçasında mövcud olmadıqda, bu artıq qanunvericiliyin normalarının pozulmasına gətirib çıxarır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etmişdir. Etiraz işin faktiki halları və birinci instansiya məhkəməsinin qərarında qeyd edilən mövqeyi ilə əsaslandırılmış, sonda isə birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulmadığı, bu halların isə hazırki qərarın ləğvi üçün əsas yaratmadığı qeyd edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı şikayətin dəlilləri ilə razılaşmayaraq, Gəncə Inzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq normaları

20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 16. İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

21. “Insan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.

22. “Iqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt; Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.

24. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

25. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İ və II hissə: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. Iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə ləğv edilmişdir): Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Bənd 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X14 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.5. Işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Iş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X14 yerli qurumları tərəfindən aparılır.

28. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

29. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

30. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

31. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

32. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

33. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

34. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

35. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

36. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

37. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

38. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

39. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

40. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

41. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

44. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

45. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

46. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə onun sığorta stajının 25 ildən az, yəni təqdim etdiyi sənədlərin surətinə əsasən sığorta stajının (##.##.1974-cü il tarixindən ##.##.1977-ci il tarixinədək əyani təhsil aldığı illər və ##.##.1978-ci il tarixindən ##.##.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 7 il 4 ay 16 gün təşkil etdiyini, eyni zamanda ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində ümumilikdə 7466,03 manat pensiya kapitalının qeydə alındığını, bu məbləğin isə hazırda qanunvericilikdə tələb olunan 40320,00 manat pensiya kapitalından az olduğunu bildirərək, müraciətini təmin etməkdən imtina etmiş və bu barədə ona ##.##.2025-ci il tarixli imtina məktubu göndərmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir.

47. Iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı ##.##.1959-cu il təvəllüdlüdür və ##.##.2024-cü il tarixdə 65 yaşı tamam olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir.

48. Iddiaçının inzibati orqan tərəfindən qəbul edilən 7 il 4 ay 16 gün sosial sığorta stajı mövcuddur və mübahisə doğuran dövrlər – 1) ##.##.1983-cü il tarixindən ##.##.2001-ci il tarixinədək Baş Dövlət Yanğın Təhlükəsizlik Idarəsində 2) ##.##.2001-ci il tarixindən ##.##.2005-ci il tarixinədək xxxx Idarəsində işlədiyi əmək fəaliyyəti dövrləridir.

49. Cavabdeh inzibati orqanın imtinasının dəlillərinə əsasən müəyyən edilir ki, mübahisələndirilən dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsindən imtinaya səbəb 1) ##.##.1983-cü il tarixində * №-li əmrlə sürücü vəzifəsinə işə qəbul edilsə də, işdənçıxma əmrinin aşkar edilməməsi; 2) əmək kitabçasında ##.##.2001-ci il tarixindən ##.##.2005-ci il tarixinədək olan dövrün doldurulma qaydasının pozulması (işə daxilolma tarixində düzəliş edildiyindən) 3) arxiv sənədlərinin Tərtər Rayon Dövlət Arxivində saxlanılmadığının müəyyən edilməsi.

50. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasının həmin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

52. # ###### 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

53. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin ## ######## 2006-cı il tarixli, *** saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

54. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X3) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.

55. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

56. Iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında onun ##.##.1983cü il tarixli, * nömrəli əmrlə sürücü vəzifəsinə təyin olunması və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin ##.##.2001-ci il tarixli, *** nömrəli əmrinə əsasən tutduğu vəzifədən azad edilməsi, həmçinin ##.##.2001-ci il tarixli, ** nömrəli əmrlə “xxxx” ASC-də çilingər vəzifəsinə təyin olunması və ##.##.2005-ci il tarixli, ** nömrəli əmrlə tutduğu vəzifədən azad edilməsi barədə qeydlər mövcuddur.

57. Mübahisəsiz haldır ki, iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin, nəzərə alınmalıdır ki, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq qurumlar tərəfindən həyata keçirilir.

58. Bu baxımdan mübahisələndirilən ##.##.2001-ci il tarixindən ##.##.2005-ci il tarixinədək olan dövrün doldurulma qaydasının pozulması (işə daxilolma tarixində düzəliş edilməsi) iddiaçının sosial təminat hüququnu məhdudlaşdırmamalıdır. Həmçinin, qeyd olunan hallar iddiaçının həmin dövrdə qeyd olunan müəssisələrdə işləmədiyinə dəlalət edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunan hallar işəgötürənin məsuliyyət sferasına aid olduğundan həmin hallar iddiaçının ziyanına şərh edilməməlidir. Bundan əlavə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilən məktubdan həmin müəssisənin 1998-2007-ci illərdə mövcud olması öz təsdiqini tapır.

59. Həmçinin iddiaçının ##.##.1983-cü il tarixindən ##.##.2001-ci il tarixinədək Baş Dövlət Yanğın Təhlükəsizlik Idarəsində və ##.##.2001-ci il tarixindən ##.##.2005-ci il tarixinədək xxxx Idarəsində işlədiyi dövrlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin tələbinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin daxil edilməsi nəzərdə tutulmuşdur. Bununla belə, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silindiyindən, həm də formalaşmış vahid məhkəmə təcrübəsinə görə # ###### 2006-cı il tarixədək olan fəaliyyət dövrü məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

60. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

61. Məhkəmə kollegiyası cavabdehin iddiaçının mübahisələndirilən dövrlər üzrə sığorta stajını təsdiq edəcək müvafiq sənədlərin arxivə verilməməsi və həmin dövlərin araşdırılmasının mümkün olmaması bağlı dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, əmr kitablarının və əməkhaqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilməməsi və ya əmək haqqı cədvəllərinin natamam doldurulması iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından həmin dövrün iddiaçının stajının hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir. Iş materiallarına əsasən iddiaçı qeyd edilən dövrdə həmin müəssisədə işləmiş, onun qeyd edilən aylarda müəssisədən işdən çıxmasını və sonradan həmin müəssisəyə qayıtmasını, həmçinin həmin aylarda öz hesabına məzuniyyətdə olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur və belə sübutlar inzibati orqan tərəfindən təqdim edilməmişdir. Onun mübahisələndirilən dövr üzrə əmək haqqı almasına dair məlumatın olmaması isə onun həmin dövrdə müəssisədə işləmədiyinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunan hallar işəgötürənin məsuliyyət sferasına aid olduğundan həmin hallar iddiaçının ziyanına şərh edilə bilməz.

62. Iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il ümumi sığorta stajı tələb olunur ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən (7 il 4 ay 16 gün) və mübahisələndirilən sığorta stajı (təxminən-22 il 7 ay) nəzərə alındıqda onun ümumilikdə 25 ildən çox sığorta stajı yaranmış olur.

63. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Göründüyü kimi iddiaçı həm 25 il sığorta stajına malikdir, həm də qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır.

64. Odur ki, birinci instansiya məhkəməsinin iddianın əsaslı olması barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

65. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar