Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-172/2026 17.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏməkxxxxƏhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edənxxxxməruzəçi), Bayramov Azər Vahid oğluxxxxMamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Göygöl Rayon Mərkəzi Xəstəxanasının ##.##.2024-cü il tarixli, B********SUU nömrəli göndərişində İddiaçı qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – T90.5. Kəllədaxili travmaların nəticələri Ağırlaşma – F07.0. Üzvi mənşəli (İ Qarabağ müharibəsi zamanı alınmış KBT nəticəsində) şəxsiyyət pozuntusu. Yaddaşın enməsi Ağırlaşma – G40.3 Generalizə olunmuş idiopatik epilepsiyavə epileptik sindromlar, Epilepsiya xəstəliyi
2. Göygöl Rayon Mərkəzi Xəstəxanasının ##.##.2024-cü il tarixli, B********SUU nömrəli göndərişindəki diaqnozlar üzrə Dövlət Tibbi-Sosial EkspertizaxxxxReabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik vəziyyəti ##.##.2024-cü il tarixdə qiymətləndirilərək, diaqnozun əlillik əlaməti təyin etməməsi (“Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
İşdə olan sənədlər:
3. Silahlı Qüvvələrin Məhkəmə-Tibbi EkspertizasıxxxxPataloji Anatomiya Mərkəzinin K/***-**** nömrəli müayinə aktında qeyd edilmişdir ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı (##.##.2017) başın arxa təpə nahiyəsində bir ədəd, başın sağ alın nahiyəsində bir ədəd, sağ saidin aşağı 1/3-nin ön-bayır səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sol diz nahiyəsində bir ədəd, sağ baldırın orta 1/3-nin arxa səthində isə bir ədəd köhnə çapıq toxumalar, rentgenoloji tədqiqat zamanı döş qəfəsinin sol yarısında VI qabırğa səviyyəsində yumşaq toxumalar arasında =1,3x0,9 sm ölçüdə metal qəlpə izlənilir.
4. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli, **** nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə İddiaçı təyin edilmiş “Odlu silah mina partlamasından sonrakı başın arxa təpə nahiyyəsində bir ədəd, başın sağ alın nahiyyəsində bir ədəd, sağ saidin aşağı 1/3-nin önbayır səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sol diz nahiyyəsində bir ədəd, sağ baldırın orta 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumaları. Döş qəfəsinin sol yarısında VI qabırğa səviyyəsində yumşaq toxumalar arasında 1,3x0,9 sm ölçüdə metal qəlpə” diaqnozu “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq edilmişdir.
5. İddiaçı ##.##.2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Kəllədaxili travma, Qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Toksiki ensefalopatiya, Ensofalopatiya tez-tez baş verən qıcolma tutmaları (ayda 7-8 dəfə) kəllədaxili hipertenziya, beyin qabığının vegeto-damar paroksizmal. Beyin silkələnməsi,orta ağır dərəcə. Kontuziya. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi II mərhələ, kəllədaxili hipertenziya” diaqnozu ilə təkrar olaraq beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
6. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının **** nömrəli Ambulator xəstənin tbbi vərəqsinə əsasən, İddiaçı barəsində “T90.5 Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət. Posstravmatik ensefalopatiya, epilepsiya xəstəliyi, baş beyin atrofiyası, koqnitiv funksiyanın enməsi, astenonevrotik hal” diaqnozu müəyyən edilmişdir.
7. Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi EkspertizaxxxxPatoloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, T***/**** nömrəli rəyində qeyd edilmişdir ki, T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, posttravmatik ensefalopatiya. Ağırlaşmalar: G40.3- generalizə olunmuş idiopatik epilepsiyaxxxxepileptik sindromlar, epilepsiya xəstəliyi, G31.0 baş beynin məhdud atrofıyası, baş beyin atrofıyası, koqnitiv funksiyanın enməsi, asteııonevrotik hal, F07-üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış KBT nəticəsində) şəxsiyyət pozuntusu, yaddaşın enməsi. Yanaşı xəstəlik: E11.7- insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2, insulin tələbli ağır forma (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyininxxxxkonstitusiya quruluşunun müdafiəsi)” diaqnozu ona stasionarda aparılmış müayinəxxxxmüalicələri əsasında qoyulmuşdur. Əsas xəstəlik xroniki hala keçdiyindənxxxxfəsadlaşdığından həmin xəstəliklərin hazırda da onda olmasının inkar edilmir.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏməkxxxxƏhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun ikinci dərəcə əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1992-ci il aprel ayında birinci Qarabağ müharibəsi vaxtı mərmi partlaması nəticəsində kəllə-beyin travması, baş, döşxxxxdigər nahiyələrdən xəsarətlər almışam, kontuziya yaralanıb. TSEK-in ##.##.2018-ci il tarixli rəyinə əsasən, diaqnoz kimi kəllədaxili travma, qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, toksiki enseflopatiya, kəllə-daxili hipertenziya, beyin qabığının vegeto-damar proksizmal, beyin silkələnməsi, orta ağır dərəcə, kontuziya, essensial hipertenziya, hipertoniya xəstəliyi 2ci mərhələ, kəllədaxili hipertenziya müəyyən olunmuşdur. Abbas Səhhət adına xəstəxana tərəfindən verilmiş ##.##.2017-ci il tarixli çıxarışa əsasən, keçirilmiş odlu silah mina partlamasından sonrakı ağır qapalı kəllə beyin travmanın kontuziyasından baş beyin silkkələnməsi; Döş qəfəsinin çoxsaylı köhnə çapığından sonrakı qalıq əlamətləri; kəllədaxili hiperteniya ilə müşayiət olunan tez-tez baş beyin qıcolma tutmaları (ayda 7-8 dəfə). Abbas Səhhət adma xəstəxana tərəfindən verilmiş ##.##.2019-cu il tarixli çıxarışa əsasən, kəllədaxili travma, qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, kəllədaxili hipertenziya, baş beyin silkələnməsi, kontuziya müəyyən olunmuşdur. Abbas Səhhət adına xəstəxana tərəfindən verilmiş ##.##.2021-ci il tarixli çıxarışa əsasən, yuxarıda qeyd edilən hallar eyni qaydada müəyyən olunmuşdur. Abbas Səhhət adına xəstəxana tərəfindən verilmiş ##.##.2020-ci il tarixli çıxarışa əsasən, yuxarıda qeyd edilən hallar eyni qaydada müəyyən olunmuşdur. Abbas Səhhət adına xəstəxana tərəfindən verilmiş ##.##.2022-ci il tarixli çıxarışa əsasən, yuxarıda qeyd edilən hallar eyni qaydada müəyyən olunmuşdur. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş **** saylı tibbi vərəqəyə əsasən, beyinin hər iki yarımkürəsində, əsasən sağda alın ənsəsində epileptik qıcolmalar aşkar edilmişdir. Habelə, keçirilmiş qapalı kəllə-beyin travmaları sonrası aşkar olunmuş digər hallar müəyyənn edilərək qeyd edilmişdir. Səhiyyə Nazirliyi Ambulator kitabçadan 2023xxxx2024-cü il tarixli çıxarışlara əsasən, diqaqnozlara göstərilmişdir ki, keçirilmiş qapalı kəllə beyin travmaları nəticəsində posttravmalar, təkrarlanan epileptik qıcolmalar müəyyən olunmuşdur. Respublika Klinik Xəstəxanasının ##.##.2023-cü il tarixli rəyinə əsasən, sol orta kəllə çuxurunda, Silvi yarığına uzanan 9 mm qlaınlıqda fokal subaraxnoidal qalınlaşma qeyd olunur - araxnoidal kista inkar edilmir. Hər iki alın təpə paylarında, para, periventrikullyar lokalizasiyada qliozisə xarakter ocaqlar, mikroangiopatiyalar qeyd olunur. Yan mədəcikləe minimal genişlənmişdir. Beyin şırımları əsasən gicgah paylarında olmaqla dərinləşmişxxxxhər iki Silvian yarığının genişliyi artmışdır. Eyni hallar Respublika Klinik Xəstəxanasının ##.##.2024-cü il tarixli rəyində də qeyd olunmuşdur. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı qətnaməsinə əsasən, ərizəçi İddiaçı Nüsrət oğlunun 1990-cı ilin əvvəllərindən 1993-cü il tarixə kimi N saylı hərbi hissənin tərkibində könüllü olaraq müddətindən artıq hərbi xidmət qullquçusu kimi döyüş əməliyyatlatlarında iştirak etməsixxxx1992-ci il tarixdə Ağdərə rayonu ərazisində ermənilər tərəfindən atəşə tutulmağı nəticəsində sol döş qəfəsindən odlu silah yarası almaq faktı təsdiq olunsun. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017ci il tarixli qərarına əsasən, “Odlu silah mina partlamasından sonrakı başın arxa təpə nahiyəsində bir ədəd, başın sağ alın nahiyəsində bir ədəd, sağ saidin aşağı 1/3-nin ön-bayır səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sol diz nahiyəsində bir ədəd, sağ baldırın orta 1/3 -nin arxa səthində bir ədəd köhnə çapıq toxumaları. Döş qəfəsinin sol yarısında VI qabırğa səviyyəsində yumşaq toxumalar arasında 1,3x0,9 sm ölçüdə metal qəlpə” Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. MN Silahlı Qüvvələrin Məhkəmə-Tibbi EkspertizaxxxxPatoloji Anatomiya Mərkəzinin ## #### 2017-ci il tarixli akta əsasən, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı başın arxa təpə nahiyəsində bir ədəd, başın sağ alın nahiyəsində bir ədəd, sağ saidin aşağı 1/3-nin ön-bayır səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sol diz nahiyəsində bir ədəd, sağ baldırın orta 1/3 -nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar, rentgenoloji tədqiqat zamanı döş qəfəsinin sol yarısında VI qabırğa səviyyəsində yumşaq toxumalar arasında - 1,3x0,9 sm ölçüdə metal qəlpə izlənilir. Lakin bu tibbixxxxdigər sənədlərə, məhkmə qətnaməsinəxxxxtibbi rəylərə baxmayaraq, cavabdeh orqan mobil nömrəsinə SMS göndərərək bildirmişdir ki, ##.##.2024-cü il tarixli göndərişə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
11. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın ##.##.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsinixxxxona ##.##.2024 -cü il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
12. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nınxxxx2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyalarıxxxxya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının ƏməkxxxxƏhalinin Sosial Müdafiəsi Nazirliyixxxxİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsizxxxxya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulatorxxxxya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmamasıxxxxşəxsin cəmiyyətin həyatında tamxxxxsəmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqlixxxxya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntularınxxxxanatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqlarınxxxxxəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsixxxxəlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərinxxxxəlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşaxxxxya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədrixxxxüzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edirxxxxgücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilirxxxxəlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinəxxxxreabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstərişxxxxəmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədrixxxxüzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasınıxxxxs. məsələləri yoxlamalıdırlar.
13. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilmişdir.
14. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iş materialları ilə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.4–cü bəndində qeyd edilən diaqnozdan əziyyət çəkdiyi təsdiq olunur.
Apellyasiya şikayətininxxxxona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz barədə məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmamasını xahiş etdi.
20. İş üzrə tərəflər məhkəmə iclasının yerixxxxvaxtı barədə məlumatlı olsalar da, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə iddaçınınxxxxcavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbixxxxmüddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özüxxxxya nümayəndə vasitəsi ilə hüquqlarınıxxxxqanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkətxxxxya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquqxxxxqanuni mənafelərini inzibati qaydadaxxxxməhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyalarıxxxxya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının ƏməkxxxxƏhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial EkspertizaxxxxReabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərinxxxxəlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşaxxxxya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasınaxxxxya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamamxxxxya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının QanununaxxxxAzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydadaxxxx(və ya) məhkəməyə verilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli qərarı ilə təsdiq edilmişxxxx2022-ci ilin # #### tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdırxxxxəlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdənxxxxya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdənxxxxya zədədən, habelə sonradan qazanılmış xəstəlikxxxxya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədəxxxxçatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisixxxxmüddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədəxxxxçatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birininxxxxya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz. 3.2. Xəstəliklərin, zədələrinxxxxçatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizixxxxmüddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 6.1. Başın travmalarının nəticələri T90 Qiymətləndirmə 6.1.4. psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası – 65-80% - 2 il. 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlarxxxxya tez-tez kəskinləşən psixotik epizodlarxxxxya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranışxxxxya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80% - 2 il.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsəxxxxya onun nümayəndəsinə məlumat verməlixxxxişdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki hallarıxxxxhəmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərəxxxxya onların nümayəndələrinə məlumat verməyəxxxxbu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tamxxxxobyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasındanxxxxnəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlarxxxxsübutlarla əsaslandırmağa borcludur.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizəxxxxtəklifləri ilə, onların təqdim etdikləri sübutlarlaxxxxişdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü iləxxxxya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumatxxxxsübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tamxxxxhərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilərxxxxya ləğv edərək (tamxxxxya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. İşin halları ilə müəyyən olunur ki, iddiaçıya ##.##.2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Kəllədaxili travma, Qapalı kəllə-beyintravmasının qalıq əlamətləri. Toksiki ensefalopatiya, Ensofalopatiya tez-tez baş verən qıcolma tutmaları (ayda 7-8 dəfə) kəllədaxili hipertenziya, beyin qabığının vegeto-damar paroksizmal. Beyin silkələnməsi,orta ağır dərəcə. Kontuziya. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi II mərhələ, kəllədaxili hipertenziya” diaqnozu ilə təkrar olaraq beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, sonuncu dəfə Göygöl Rayon Mərkəzi Xəstəxanasının ##.##.2024-cü il tarixli, B********SUU nömrəli göndərişindəki diaqnozlar üzrə cavabdeh orqan tərəfindən əlillik vəziyyəti ##.##.2024-cü il tarixdə qiymətləndirilərək, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir.
28. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş etiraz ərizəsindəxxxxapellyasiya şikayətində iddiaçıda mövcud olan diaqnozların əlilliyin təyini üçün əsas olmaması qeyd edilmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nınxxxx2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyalarıxxxxya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.
30. İş materiallarına əlavə edilmiş tibbi sənədlərlə müəyyən olunur ki, iddiaçıya təyin edilmiş diaqnozlardan “Əsas diaqnoz – T90.5. Kəllədaxili travmaların nəticələri”xxxx“Ağırlaşma – F07.0. Üzvi mənşəli (İ Qarabağ müharibəsi zamanı alınmış KBT nəticəsində) şəxsiyyət pozuntusu. Yaddaşın enməsi” iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Həmin xəstəliklər iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 65-80 faiz aralığında pozulması ilə əlaqədar ona ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
31. Belə ki, “Kəllədaxili travmaların nəticələri” əsas diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli 2022-ci il ## ### tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “6.1. Başın travmalarının nəticələri T90” sırasında öz əksini tapmışdır.
32. Qeyd olunmalıdır ki, T90 kodlu xəstəlik əlilliyin müəyyən edilməsinə əsas verməsi üçün Meyarların 6.1.1-6.1.10-cu bəndlərində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir.
33. Göygöl Rayon Mərkəzi Xəstəxanasının ##.##.2024-cü il tarixli, B********SUU nömrəli göndərişinin “TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti” qrafasının “Status localis” hissəsində (səh. 73) qeyd edilmişdir ki, 1992-ci il aprel ayında "İ Qarabağ" müharibəsində döyüş zamanı baş, döş qəfəsixxxxdigər bədən nahiyyəsindən kontuziya almışdır. Depakin ch 500 1+1; Finlepsal 1+2 Huşu aydın saxlanılır. Konvergensiyanın çatmamazlığı var. Burun dodaq büküşləri asimmetrikdir. Nitqi udması sərt, refleksləri S=D aşağıdır. Diz axil refleksləri S=D aşağıdır, müvazinətini itirir. Emosional labildir. Yaddaşı zəifləyib, yeriyərkən kiməsə istinad edir. Fikrini çətinliklə izah edir. Bələdliyi saxlanılır, nitq ünsüyyətinə həvəssiz daxil olur. Emosional qıcıqlıdır. Əhvalı dəyişkəndir. Yaddaşı mexaniki psixopatikdir. Ayda 10-12 dəfəyədək qıcolma tutmaları olur.
34. Həmçinin sözügedən göndərişin “Həkim müayinələrinin nəticələri” qrafasında (səh. 73-75) qeyd edilmişdir ki: - Həkim müayinəsi (##.##.2024) – T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya. Epilepsiya xəstəliyi. Baş beyin atrofiyası. Koqnitiv funksiyanın enməsi. Asteno nevrotik hal. - Beyin MRT (##.##.2024) – Periventrikulyar sahələrdə sentrum semiovale dərin ağ maddədə mm-lik işemik-qliotik ocaqlar aşkarlandı (ən böyüyünün ölçüsü 5.0 mm). Retroserebelyar kist (17.0 mm x 10.0 mm). - Bir saatlıq EEQ monitorizasiyası (##.##.2024) – Müayinə oyaqlıqxxxxyuxululuq zamanı 60 dəqiqə müddətində aparılıb. Fon aktivliyi gözü yumulu vəziyyətdə aşağı amplitudalı aktivlikdən təşkil olunub. Posterior dominant ritm 8-9 Hz tezlikli aşağı amplitudalı/N:8-14 Hz tezlikli 50 mkv ampl alfa-dalğa/alfa-dalğadan təşkil olunub. Gözü açdıqda 5-14 mkv 15-20 Hz tezlikli detta-dalğa izlənir. Dalğaların zonal paylanması qismən izlənilir. EEQ çəkimi zamanı P4. C4. T6,01,02, F7,T5-aparmalarda yuxuda çoxalan iti dalğa. Spayk-ləng dalğa kompleksləri izlənir. Müayinəsi zamanı epileptik aktiv aktivlik hər iki yarımkürədə bütün konveks üzərində q/edildi. Beyin yarımkürələrarası asimmetriyaya fokal kortikal lezyona rast gəlinmədi. EEQ anormaldır. Baş beyin bioelektrik aktivliyi yetərsizdir. - Kəllə sümüklərinin rentgenoqrafiyası (ön-arxa bir proyeksiyalı) (##.##.2024) – Kəllənin R-qr 2 pr/da damar şəkli kəskin şəkildə güclənmişdir, "barmaq banqları" q/olunur. Türk yəhərinin arxa çıxıntısının uzanmasının sklerozlaşmasının hesabına arxa divarında kirəcləşmə q/olunur, təpə sümüyündə deformasiya q/olunur. - Beyin KT (aksialxxxxya koronalxxxxya sagital) (##.##.2024) – Alın payının hər iki tərəfində mikroangiopatiya paraperiventrikullyar qliozisə xarakter ocaqlar q/olunur. Sol orta kəllə çuxurunda, Silvi yarığına uzanan 8-9 mm qalınlıqda fokal subaraxnoidal qalınlaşma q/olunur-araxnoidal kista inkar edilmir. Arxa kəllə çuxurunda subaraxnoidal sahədə minimal genişlənməxxxxbeyincik şırımlarının minimal dərinləşməsi q/olunur. Yan mədəciklər minimal genişlənmişdir. Beyin şırımları əsasən gicgah paylarında olmaqla dərinləşmişxxxxhər iki Silvi yarığının genişliyi artmışdır. Sağ mastoid sümüyü hücələrinin pnevmatizasiyası xr. iltihabi proses hesabına pozulmuşdur-sağ tərəfli xr. orta otitmastoidit izlənir. Ənsə, hər iki təpə nahiyələrində çox sayda dərialtı ateromalar q/olunur. Sol yuxarı təpə nahiyyəsində fokal qalınlaşma izlənir. - EEQ çəkimi (##.##.2024) – Rezidual orqanik tipli eeq irritasiya ləngdir. Hər iki yarımkürədə əsasən sağda alın gicgah ənsdə paroksizm (epileptiform qıcolmalar) aşkar edildi. Aktivdir ocaq kompleks şəklindədir. Sönmə yoxdur. Qıclıq qapısı daralıb. Antikonvulsant təyinatının davam etdirilməsi məsləhətdir.
35. Silahlı Qüvvələrin Məhkəmə-Tibbi EkspertizasıxxxxPataloji Anatomiya Mərkəzinin K/***-**** nömrəli müayinə aktında qeyd edilmişdir ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı (##.##.2017) başın arxa təpə nahiyəsində bir ədəd, başın sağ alın nahiyəsində bir ədəd, sağ saidin aşağı 1/3-nin ön-bayır səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sol diz nahiyəsində bir ədəd, sağ baldırın orta 1/3-nin arxa səthində isə bir ədəd köhnə çapıq toxumalar, rentgenoloji tədqiqat zamanı döş qəfəsinin sol yarısında VI qabırğa səviyyəsində yumşaq toxumalar arasında =1,3x0,9 sm ölçüdə metal qəlpə izlənilir.
36. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının **** nömrəli Ambulator xəstənin tbbi vərəqsinə əsasən, İddiaçı barəsində “T90.5 Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət. Posstravmatik ensefalopatiya, epilepsiya xəstəliyi, baş beyin atrofiyası, koqnitiv funksiyanın enməsi, astenonevrotik hal” diaqnozu müəyyən edilmişdir.
37. Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi EkspertizaxxxxPatoloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, T***/**** nömrəli rəyində qeyd edilmişdir ki, T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, posttravmatik ensefalopatiya. Ağırlaşmalar: G40.3 generalizə olunmuş idiopatik epilepsiyaxxxxepileptik sindromlar, epilepsiya xəstəliyi, G31.0 baş beynin məhdud atrofıyası, baş beyin atrofıyası, koqnitiv funksiyanın enməsi, asteııonevrotik hal, F07-üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış KBT nəticəsində) şəxsiyyət pozuntusu, yaddaşın enməsi. Yanaşı xəstəlik: E11.7- insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2, insulin tələbli ağır forma (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyininxxxxkonstitusiya quruluşunun müdafiəsi)” diaqnozu ona stasionarda aparılmış müayinəxxxxmüalicələri əsasında qoyulmuşdur. Əsas xəstəlik xroniki hala keçdiyindənxxxxfəsadlaşdığından həmin xəstəliklərin hazırda da onda olmasının inkar edilmir.
38. Göründüyü kimi iddiaçıda Meyarların 6.1.4-cü bəndində qeyd olunan xəstəliklərin olması ekspert rəyi ilə də öz təsdiqini tapır.
39. Bundan başqa iddiaçıya təyin ediləcək əlilliyinin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” olması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə düzgündür (Bax: hazırki qərarın 4-cü bəndi).
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “təyin olunmuş diaqnozda ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyixxxxdiaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların mövcudluğunun tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlikxxxxdiaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur.
41. Cavabdeh orqan tərəfindən apellyasiya şikayətinin dəlili kimi qeyd edilmiş “diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olmasıxxxxməhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi” ilə bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edilərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanununxxxxəlaqəli normaların əlilliyin qiymətləndirilməsixxxxəlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
42. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsinixxxxqiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunmasıxxxxmüəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdirxxxxbu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlikxxxxdiaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikasıxxxxmeyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlikxxxxdiaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
43. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlikxxxxdiaqnozun şəxsdə əlillik dərəcəsinin müəyyən olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsdə əlillik dərəcəsinin müəyyən edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
44. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəlinən nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla qərarın ləğvinə əsas vermir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanlarıxxxxAzərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90xxxx94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyixxxxya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov