Məhkəmə qərarları › İş №2-1(3-7)-177/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-177/2026

21.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-177/2026 21.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: Əlilliyin təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona əlilliyinin səbəbli əlaqəsinin “Azərbaycan Respublikasının müdafiəsi” ilə əlaqədar qeyd edilməklə orqanizmin funksiyasının 81-100 faiz pozulmasına görə müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin Travma haqqında arayışında göstərilmişdir ki, İddiaçı ##.##.2020-ci il tarixdə “Suqovuşan” uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artireliya atəşi zamanı “Partlayış travması.Sol bazunun yuxarı 1/3-nin səviyyəsindən travmatik qopması, Hər iki aşağı ətrafın kor qəlpə yaralanması, sol qamış sümüyünün orta 1/3-nin açıq yerdəyişməyən sınığına görə aparılmış sol yuxarı ətrafın bazu oynağından ekzartikulyasiyası diaqnozu ilə xəsarət almışdır. Xəsarət (yaralanma, travma. kontuziya) döyüş tapşırığını yerinə yetirərkən; hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır.

2. Azərbaycan Respublikiası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-həkim komissiyasının ##.##.2021-ci il tarixli, **** nömrəli qərarı (Xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Partlayış travması (##.##.2020, sol bazunun yuxarı 1/3nin səviyyəsindən travmatik qopması, hər iki aşağı ətrafın kor qəlpə yaralanması, sol qamış sümüynün orta 1/3-nin açıq, yerdəyişməyən sınığına görə aparılmış sol yuxan ətrafın bazu oynağından ekzartikulyasiyası, sol qamış sümüyünün bitişməkdə olan sınığı.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmiş, nəticədə həm sülh dövründə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir.

3. İddiaçı əlillik vəziyyəti *******0001 nömrəli göndəriş əsasında qiymətləndirilmiş və ona ##.##.2021-ci il tarixdən “Əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol bazun yuxarı 1/3 nin səviyyəsindən travmatik qopması hər iki aşağı ətrafın kor qəlpəli yaralanması.Sol qamış sümüyün orta 1/3-nin açıq yerdəyişməyən sınığına görə aparılmış sol yuxarı ətrafın bazu oynağından enzartikulyasiyası sol qamış sümüyünün bitişməkdə olan sınığı” diaqnoza əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.

4. İddiaçı barəsində sonuncu dəfə Ağdam rayon Mərkəzi Xəstəxanası tərəfindən *******0004 nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdəki “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol bazun yuxarı 1/3 nin səviyyəsindən travmatik qopması hər iki aşağı ətrafın kor qəlpəli yaralanması.Sol qamış sümüyün orta 1/3-nin açıq yerdəyişməyən sınığı. Sol peroneal sinirin postravmatik neyropatiyası. Sol aşağı ətrafın funksiyasının pozulması. Yeriş və duruşun pozulması. Sol yuxarı ətrafın bazu oynağından enzartikulyasiyası. Sol yuxarı ətrafın funksiyasının tam itməsi. Partlayış travmasından sonra təzahür edən beyindaxili hipertenziya. Xroniki baş ağrısı. Vertebrogen servikalgiya.” diaqnoz üzrə onun əlillik vəziyyəti ##.##.2024-cü il tarixdə yenidən qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbindən ##.##.2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır.

5. Iddiaçının ##.##.2024-cü il tarixli, *******0004 qərardan verdiyi şikayət əsasında onun əyani müayinəsi həyata keçirilmiş və “##.##.2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərarın qüvvədə saxlanılması barədə” ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərar qəbul edilmişdir.

6. Məhkəmənin iş üzrə məhkəmə-tibbi ekspertizasının təyin edilməsinə dair ##.##.2024-cü il tarixli qərardadına əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli, *** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı Elmi Tədqiqat Travmatologiya və Ortopediya Institutunda ##.##.2024-cü il tarixdə mütəxəssislər tərəfindən müayinəsi zamanı ona “Odlu silah yaralanmasından (qəlpə) sonrakı vəziyyət, sol bazu oynağı səviyyəsində travmatik amputasiya, sol qamış sümüyünün aşağı 1/3-nin sümük defektli bitişmiş sınığı, sol aşıq-baldır oynağının hərəkət məhdudluğu, ağrı, sol yuxarı ətraf funksiyasının olmaması” diaqnozu qoyulmuş və 19-##.##.2024-cü il tarixlərdə X3” Phş-də “Posttravmatik ensefalopatiya, sol yuxarı ətrafın amputasiyasının nəticəsi, xroniki posttravmatik başağrısı, kəllədaxili hipertenziya fonunda qıcolma sindromu, sol aşağı ətrafın parezi, özünə xidmət zamanı köməyə ehtiyac, üzvi mənşəli şəxsiyyət pozulması, Kiari malformasiyası” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş İddiaçı göndərişdə qeyd edilən “Əsas diaqnoz: “Y36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması, sol bazunun yuxarı 1/3-i səviyyəsindən travmatik qopması, hər iki aşağı ətrafın kor qəlpə yaralanması, sol qamış sümüyünün orta 1/3-nin açıq yerdəyişməyən sınığı; Ağırlaşma: G91.3- dəqiqləşdirilməmiş posttravmatik hidrosefaliya, partlayış travmasından sonra təzahür edən beyindaxili hipertenziya, G57.3-bayır dizaltı peroneal sinirin zədələnməsi, sol peroneal sinirin posttravmatik neyropatiyası, G44.2-gərginlik tipli başağrısı, gərginliklə bağlı xroniki başağrısı, gərginliklə bağlı epizodik başağrısı, gərginliklə bağlı ƏGO başağrısı, xroniki başağrısı, M54.2-servikalgiya, vertebrogen servikalgiya, R26.8-hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, sol aşağı ətrafın funksiyasının pozulması, yeriş və duruşun pozulması, Z89-ətrafın qazanılma olmaması, sol yuxarı ətrafın bazu oynağından enzartikulyasiyası, Z73.6-əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətinin məhdudlaşması, sol yuxarı ətrafın funksiyasının tam itməsi” diaqnozu ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.7 bəndinə (XBT kodu M21.8 göstərilməklə) əsasən müddətsiz əlillik, ##.##.2015-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2. bəndinə (Q71.2-Z89.1) uyğun müddətsiz ikinci dərəcə əlillik təyini qərarı düzgün verilmişdir.”

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, vəzifəli şəxsin qeyri qanuni hərəkətlərinə son qoyulması, qrupun və baxıcının olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1992- ci il tarixdə Ağdam rayonunun Maqsudlu ərazi nümayəndəliyinin Çullu kəndində anadan olmuş, ##.##.2013cü il tarixdə hərbi xidmətə getmişdir. 2014-cü ilin # #### tarixdə hərbi xidməti başa çatıbdır. 2017-ci ildən 2019-cu ilin sentyabr ayının sonuna kimi müddətdən artıq hərbidə xidmət etmişdir. O, ali təhsili olduğu üçün oktyabr, noyabr, dekabr aylarında kursa gedərək R rütbəsi alıb Ağdam rayonunda Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətini davam etdirmiş, ##.##.2020-ci il tarixdə 2-ci Qarabağ müharibəsi başlayan vaxtı torpaqlarımızın müdafiəsi üçün Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. ##.##.2020-ci il tarixdə isə ağır yaralanaraq sol qolundan və sol ayağından, sağ qıçından ağır yaralanmışdır. Ilk tibbi yardımı X11muşdur. Ondan sonra Yevlax RMX gətirilərək sol yuxarı ətrafın bazu oynağından ekzartikulyasiyası, laparosentez edilmişdir. Daha sonra, SQ BKH-na təxliyə edilmişdir. ##.##.2020-ci ildə X9 köçürülmüş, ##.##.2020-ci ildə ATU-nin X5 Kilinikasma köçürülüb, ##.##.2020-ci ilə qədər orada olmuşdur. Daha sonra isə Mərkəzi Hərbi Polikilinikasının rəsmi sərəncamına əsasən hərbi həkim komisyasından keçmişdir. Sol qolundan, sağ budundan, sol qıçından və sol ayağından ağır xəsarət almışdır. Sol qolunun olmamasına və sol qıçının və ayağının normal işləməməsinə görə çox əziyyət çəkir. Hal-hazırda sol qolu yuxarı hissəsindən olmadığı üçün yuyunmağına, paltarının geyinməsinə -soyunmağına, yemək- yeməyində kimlərinsə köməyinə ehtiyacı olduğu halda ona 2-ci qrup birdəfəlik təyin olunubdur. Davamlı olaraq ağrıları olduğu üçün dəfələrlə xəstəxanada yatmışdır. Həmişə də baxıcıya (yəni köməkçiyə) ehtiyacı olubdur və hal-hazırda baxıcıya ehtiyacı var. Kimlərinsə köməyinə ehtiyacı olduğu halda ona kömək etmək üçün baxıcı nəzərdə tutulmamayıbdır. Bununla bağlı Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinə dəfələrlə müraciət etsə də, ##.##.2021-ci il tarixli II dərəcəli əlillik təyinatı barədə qərarın qüvvədə saxlanılmasını bildirirlər.

9. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə göndərilmiş və etirazda göstərilmişdir ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. Vətəndaşın rəhbər şəxsin qəbuluna müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2022-ci il tarixli, ***** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (##.##.2020), sol bazunun yuxarı 1/3-nin səviyyəsindən travmatik qopması, hər iki aşağı ətrafın kor qəlpə yaralanması, sol qamış sümüyünün orta 1/3-nin açıq, yerdəyişməyən sınığına görə aparılmış sol yuxarı ətrafın bazu oynağından ekzartikulyasiyası, sol qamış sümüyünün bitişmiş sınığı. Sol peroneal superficilisin posttravmatik neyropatiyasının qalıq əlaməti, funksiyanın cüzi dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əməliyyat nahiyəsində olan ağrılardan, sol bazunun yuxarı 1/3-i səviyyəsindən olmamasından şikayətlənmişdir. Agentliyin həkim-ekspert travmatoloqun əyani müayinəsi zamanı sol yuxarı ətrafın bazu oynağı səviyyəsində ekzartikulyasiyasından sonrakı vəziyyəti izlənilmiş, sol aşağı ətraf oynaqlarında kəskin hərəkət məhdudiyyəti, nisbi qısalıq, hipotrofiya, atrofiya qeyd edilməmiş, dəri örtüyü normal temperaturlu, pulsasiya distal arteriyalar üzərində normal qeyd edilmiş, trofika pozğunluğu müşahidə edilməmişdir. Əlillik dərəcəsinin gücləndirilməsinə əsas verən dəyişikliklər müəyyən edilməmişdir. Nəticədə ##.##.2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Göründüyü kimi, vətəndaşın müraciətləri üzrə qiymətləndirmə aparılarkən hazırki sağlamlıq vəziyyəti müvafiq tibbi müəssisəsi tərəfindən rəsmiləşdirilmiş diaqnoza uyğun olmadığından, həmçinin orqanizm funksiyalarının pozulması əlillik dərəcəsinin gücləndirilməsi üçün yetərli səviyyədə olmadığından onun barəsində yeni əlillik dərəcəsini təyin etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

10. Iddiaçının nümayəndəsi X1 məhkəməyə iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsini və həmin tarixdən İddiaçı əlilliyinin səbəbli əlaqəsinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” qeyd edilməklə orqanizmin funksiyasının 81-100 faiz pozulmasına görə müddətsiz əlillik təyin ediləsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X10 iddiaya etiraz edərək, onun təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

13. Gəncə Inzibati Məhkəməsinin (hakim L.Əliyeva) ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırki tələbi orqanizmin funksiyasının 81-100 faiz pozulmasına görə müddətsiz əlillik təyin edilməsindən ibarət olsa da, iş materiallarının araşdırılması nəticəsində iddiaçının əlilliyinin İ qrupa dəyişdirilməsinə əsas verən hal müəyyən edilməmişdir. Iddiaçı məhkəmə iclasında onun orqanizmin funksiyasının pozulması faiz dərəcəsi üzrə 1 faizinin çatmadığını qeyd etsə də, məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 13.1.2.2. (yuxarı ətrafın birtərəfli tam olmaması) bəndinə əsasən nəzərdən keçiriləcəyi halda belə orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddətsiz əlillik kimi qiymətləndiriləcəydi. Göründüyü kimi hazırkı halda cavabdeh orqanın iddiaçı barəsində ##.##.2021-ci il tarixli müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi barədə qərarı qanuni və əsaslı olmuşdur. Bu hal isə iddianın rədd edilməsinə əsas verir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

15. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından görüldüyü kimi birinci instansiya məhkəməsi iş üzrə sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam hüquqi qiymət verməmiş, nəticədə prosessual hüquq normasının pozulması ilə nəticələnən əsassız qərar qəbul edilmişdir. Qeyd edir ki, o, Ağdam rayon MN-nin tabeliyində olan N saylı hərbi hissədə tağım komandiri olmuş, ##.##.2020-ci il tarixdə 2-ci Qarabağ müharibəsi başlayan vaxt torpağlarımızın müdafiəsi üçün Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmiş və ##.##.2020-ci il tarixdə ağır yaralanaraq sol qolundan və sol ayağından, sağ qılçadan ağır yalanmışdır. Sol qolu amputasiya olunmuş, hər iki ayağı qəlpələrlə doludur. Bunun üçün də 81100 faiz pozulmasına görə müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Bunun üçün də Gəncə Inzibat Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməli, apellyasiya məhkəməsində yeni qərar qəbul olunmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinın nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “HYPERLINK "https://e-qanun.az/framework/49623" \l ":~:text=t%C9%99sdiq%20edilmi%C5%9Fdir.- ,%C6%8Flilliyin%20m%C3%BC%C9%99yy%C9%99n%20olunmas%C4%B1%20meyarlar%C 4%B1,-1.%20%C3%9Cmumi%20m%C3%BCdd%C9%99alar" \t "_blank" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı"Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və HYPERLINK "https://e-qanun.az/framework/44232" \l "%C9%99lav%C9%99"“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarına əsasən ləğv edilmişdir): 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.7. bir əlin olmaması (Q71.2, Z89.1). Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61- 80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 13.3. Hər iki yuxarı ətrafın (hər hansı səviyyədə) qazanılma olmaması- Z89.3 13.3.2. yuxarı ətrafın amputasiyası bazu oynağında bazu səviyyəsində və ya bazunun çox qısa güdülü, protezləşməyə və ya amputasiyadan 1 il sonra bərpa işlərinin (o cümlədən rekonstruktiv əməliyyata ehtiyac) aparılması üçün tibbi göstərişlərin olması ilə - orqanizmin funksiyalarının pozulması faizi 80 faiz olmaqla, müddətsiz əlillik dərəcəsi təyin edilir.

24. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X15: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

25. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

26. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

27. IPM-in 2.2.2. Inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

28. IPM-in 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

29. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

30. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

31. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

32. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

33. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

34. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

35. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

36. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

37. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.2-ci maddəsində nəzərdə tutulan məcburetmə haqqında iddia növünə aiddir.

38. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

41. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

42. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

43. Belə ki, işin faktiki hallarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2021-ci il tarixli, **** nömrəli qərarı (Xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Partlayış travması (##.##.2020, sol bazunun yuxarı 1/3-nin səviyyəsindən travmatik qopması, hər iki aşağı ətrafın kor qəlpə yaralanması, sol qamış sümüynün orta 1/3-nin açıq, yerdəyişməyən sınığına görə aparılmış sol yuxan ətrafın bazu oynağından ekzartikulyasiyası, sol qamış sümüyünün bitişməkdə olan sınığı.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

44. İddiaçı əlillik vəziyyəti *******0001 nömrəli göndəriş əsasında qiymətləndirilmiş və ona ##.##.2021-ci il tarixdən “Əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol bazun yuxarı 1/3 nin səviyyəsindən travmatik qopması hər iki aşağı ətrafın kor qəlpəli yaralanması.Sol qamış sümüyün orta 1/3-nin açıq yerdəyişməyən sınığına görə aparılmış sol yuxarı ətrafın bazu oynağından enzartikulyasiyası, sol qamış sümüyünün bitişməkdə olan sınığı” diaqnoza əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.

45. Iddiaçı isə ona təyin edilmiş əlillik dərəcəsi ilə razılaşmayaraq barəsində yeni göndərişlər rəsmiləşdirilməsi üçün müvafiq tibb müəssisəsinə müraciət etmişdir.

46. İddiaçı barəsində sonuncu dəfə Ağdam rayon Mərkəzi Xəstəxanası tərəfindən *******0004 nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdəki “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol bazun yuxarı 1/3 nin səviyyəsindən travmatik qopması hər iki aşağı ətrafın kor qəlpəli yaralanması.Sol qamış sümüyün orta 1/3-nin açıq yerdəyişməyən sınığı. Sol peroneal sinirin postravmatik neyropatiyası. Sol aşağı ətrafın funksiyasının pozulması. Yeriş və duruşun pozulması. Sol yuxarı ətrafın bazu oynağından enzartikulyasiyası. Sol yuxarı ətrafın funksiyasının tam itməsi. Partlayış travmasından sonra təzahür edən beyindaxili hipertenziya. Xroniki baş ağrısı. Vertebrogen servikalgiya.” diaqnoz üzrə onun əlillik vəziyyəti ##.##.2024-cü il tarixdə yenidən qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbindən ##.##.2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır.

47. Iddiaçının həmin qərardan verdiyi şikayət əsasında onun əyani müayinəsi həyata keçirilmiş və əlillik dərəcəsinin gücləndirilməsinə əsas verən dəyişikliklər müəyyən edilmədiyindən Agentliyin Tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli, *-**-*/*-*- *****/**** nömrəli qərarı ilə barəsindəki ##.##.2021-ci il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır.

48. Iddiaçı hazırki tələbində cavabdehin ##.##.2024-cü il tarixli qərarını mübahisələndirərək ləğv edilməsini və həmin tarixdən ona əlilliyinin səbəbli əlaqəsinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” qeyd edilməklə orqanizmin funksiyasının 81-100 faiz pozulmasına görə müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir.

49. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Agentliyin onun barəsində ##.##.2024-cü il tarixli qərarı ilə ##.##.2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərarın qüvvədə saxlanılması əsaslı olmuşdur.

50. Qeyd edilməlidir ki, iddiaçıya ##.##.2021-ci il tarixli qərarla əlillik həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.4.7-ci bəndinə (bir əlin olmaması (Q71.2, Z89.1)) əsasən təyin edilmişdir. Iddiaçı barəsində sonuncu göndəriş rəsmiləşdirilən zaman (may 2024) isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvədə olmuşdur.

51. Buna baxmayaraq, nə iddiaçı barəsində ilkin göndəriş rəsmiləşdirilən zaman ona qoyulmuş diaqnozlar İ qrup əlillik təyinatına əsas verməmiş, nə də ki, sonuncu göndəriş rəsmiləşdirilən zaman göndərişdə qoyulmuş diaqnozlar üzrə orqanizmin funksiyalarının pozulma faizi 81-100 faiz aralığında olmamışdır.

52. Belə ki, iddiaçı barəsində rəsmiləşdirilmiş sonuncu göndərişlə müəyyən edilir ki, həmin göndərişdə “Əsas diaqnoz-Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol bazun yuxarı 1/3 nin səviyyəsindən travmatik qopması hər iki aşağı ətrafın kor qəlpəli yaralanması.Sol qamış sümüyün orta 1/3-nin açıq yerdəyişməyən sınığı”, həmin diaqnoz üzrə əsas ağırlaşma isə “Z.89-ətrafın qazanılma olmaması. Sol yuxarı ətrafın bazu oynağından enzartikulyasiyası” olmuşdur.

53. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.3.2-ci bəndinə görə yuxarı ətrafın amputasiyası bazu oynağında bazu səviyyəsində və ya bazunun çox qısa güdülü, protezləşməyə və ya amputasiyadan 1 il sonra bərpa işlərinin (o cümlədən rekonstruktiv əməliyyata ehtiyac) aparılması üçün tibbi göstərişlərin olması zamanı orqanizmin funksiyalarının pozulması faizi 80 faiz olmaqla müddətsiz əlillik dərəcəsi təyin edilir. Göründüyü kimi həmin bənd üzrə orqanizmin funksiyalarının pozulması faizi ən yüksək halda 80 faiz müəyyən edilmişdir.

54. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin müvafiq qərardadına əsasən təqdim edilmiş ekspert rəyi ilə də müəyyən edilir ki, iddiaçıya qoyulmuş diaqnozlar ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.7 bəndinə (XBT kodu M21.8 göstərilməklə) əsasən müddətsiz əlillik, ##.##.2015-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2. bəndinə (Q71.2-Z89.1) uyğun müddətsiz ikinci dərəcə əlillik təyini qərarı düzgün verilmişdir.

55. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh orqanın iddiaçı barəsində ##.##.2024-cü il tarixli qərarı qanuni və əsaslı olmuşdur.

56. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində qeyd olunan hallar işin yuxarıda sadalanan və əsaslandırılan halları ilə təkzib olunur.

57. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

58. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar