Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-178/2026 13.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, “mənzillə təmin edilmə” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçı mənzillə təmin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə etdiyi müraciətin müsbət həllindən imtina edilərək onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021 -ci il tarixli ***s nömrəli Sərəncamına əsasən, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış qeyd edilən Sərəncama uyğun kateqoriyadan olan 2020-ci ildə uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyası İctimai Birliyinin hazırda uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda olmaması səbəbindən yuxarıda qeyd edilən Sərəncama əsasən onun mənzillə təmin edilməsi nəzərdə tutulmamışdır.
İşdə olan sənədlər:
2. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli, *** nömrəli sərəncamı ilə ünvan 2) ünvanında qeydiyyatda olan müharibə veteranı İddiaçı Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.
3. "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası İB-in Gəncə şəhər Filialının: - ##.##.2024-cü il tarixli, ***/** nömrəli və ##.##.2025-ci il tarixli, ***/* nömrəli arayışlarında qeyd edilmişdir ki, ##.##.1999-cu il təvəllüdlü İddiaçı ## ######## 2005-ci il tarixdən ## #### 2019-cu il tarixədək ünvan 1 ünvanında yerləşən "SOS Uşaq Kəndləri- Azərbaycan" Assosiasiyası İB-in Gəncə şəhər Filialında yaşamışdır. - ##.##.2025-ci il tarixli, ***/** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2005-ci il tarixli akt əsasında "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası İB-in Gəncə şəhər Filialına qəbul edilmiş, ##.##.2019-cu il tarixli ***/** saylı əmrə əsasən həqiqi hərbi xidmətə çağırıldığına görə qayğıdan azad edilmişdir.
4. xxxx publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
5. Gəncə Şəhər İcra Hakimiyyətinin ##.##.2026-cı il tarixli, *-*/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edərək, müharibə veteranı kimi mənzil uçotuna alınmasını xahiş etmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli *** nömrəli Sərəncamı ilə İddiaçı müharibə veteranı kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb və hazırda uçot siyahısında 222-ci sıradadır.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun mənzillə təmin edilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1999-cu il tarixdə Gəncə şəhərində doğulmuş, valideynləri olmadığından ##.##.2005-ci il tarixdə Gəncə şəhərində yerləşən "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası İB-in Gəncə şəhər Filialının himayəsinə verilmişdir. 18 yaşı tamam olduqdan sonra, yəni 2019-cu il tarixdən həmin yaşayış yerini tərk etmiş və həqiqi hərbi xidmətə yollanmış, 2021-ci il tarixdə isə xidmətini bitirərək ordudan tərxis olunmuşdur. Həmçinin, 2020-ci ilin ## ########da başlayan və 44 gün davam edən "İkinci Qarabağ Müharibəsi"ndə iştirak etmiş, buna görə də "Cəbrayılın azad olunmasına görə", "Fizulinin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medaları ilə təltif edilmişdir. Hal-hazırda isə o, yaşadığı "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası IB-in Gəncə şəhər Filialını tərk etdikdən sonra dövlət tərəfindən heç bir yaşayış yeri ilə təmin edilməmişdir. Eyni zamanda da ali təhsil ala bilmədiyi üçün sadəcə olaraq günəmuzd olmaqla fəhləliklə məşğul olur. O, cavabdeh inzibati orqana mənzillə təmin edilməyinə köməklik göstərilməsi üçün müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanının məktubunda imtinanın əsası kimi bildirilmişdir ki, “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası İctimai birliyinin hazırda uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyinlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda olmaması səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021 -ci il tarixli ***s nömrəli Sərəncamına əsasən mənzillə təmin edilməyi nəzərdə tutulmamışdır. “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası İctimai birliyinin hazırda uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyinlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda olmaması onun valideyin himayəsindən məhrum olması faktını dəyişdirmir.
8. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli etirazın məzmunu imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.
9. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia tələbi təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il ## ###### tarixli, ***s nömrəli sərəncamının müvafiq müddəalarının həmin sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan şəxslərə şamil olunduğu sərəncamda birmənalı olaraq təsbit edilmişdir. Yəni sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının yaşayış sahəsi ilə təmin olunması həmin şəxslərin sərəncamın qüvvəyə mindiyi tarixədək müvafiq icra hakimiyyəti orqanında uçotda olması ilə şərtləndirilmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının sərəncam qüvvəyə mindikdən sonra uçota durduğu görünür və iddiaçı özü də bunu inkar etmir. Bundan başqa, "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası İctimai Birliyinin hazırda uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyildir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, sözügedən müəssisənin hazırki statusunun həlledici meyar kimi götürülməsi qanunvericiliyə ziddir. Bundan başqa, o, ##.##.2019-cu il tarixdə hərbi xidmətə getmiş, ##.##.2021-ci il tarixində tərxis olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
15. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il ## ###### tarixli, ***s nömrəli sərəncamı
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır.
19. İşin halları ilə müəyyən olunur ki, iddiaçı mənzillə təmin olunması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin müraciətinin müsbət həllindən imtina edilərək, "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyası İctimai Birliyinin hazırda uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda olmaması ilə əsaslandırılmış, birinci instansiya məhkəməsi tərəfindən tələb təmin edilməmişdir.
20. Məhkəmə kollegiyası gəlinən hüquqi nəticə ilə razılaşmır və bununla bağlı qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» ## ##### 2015-ci il tarixli * №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
22. X2: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5.İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.
9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
23. Yuxarıda qeyd edilən Plenum qərarında əks edilmiş mövqeyi hazırkı işə tətbiq edərkən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını düzgün tətbiq etməmişdir. Belə ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı sosial xidmət müəssisəsinin valideyn himayəsindən məhrum olmuş məzunu qismində mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdır.
24. Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməyə əsasən, dövlət proqramları əsasında müəyyən kateqoriyadan olan şəxslərin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək cavabdehin vəzifələrinə aid edilmişdir. Cavabdeh həmin vəzifələrin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə bağlıdır və yalnız qanunvericiliklə müəyyən olunmuş şərtlər çərçivəsində bu kateqoriyadan olan şəxsləri yaşayış sahəsi ilə təmin etməyə məsuldur.
25. Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının yaşayış sahəsi ilə təmin olunması qaydası və şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il ## ###### tarixli, ***s nömrəli sərəncamı ilə müəyyən olunur.
26. İstinad olunan sərəncamın müvafiq müddəalarının həmin sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan şəxslərə şamil olunduğu sərəncamda birmənalı olaraq təsbit edilmişdir. Yəni sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının yaşayış sahəsi ilə təmin olunması həmin şəxslərin sərəncamın qüvvəyə mindiyi tarixədək müvafiq icra hakimiyyəti orqanında uçotda olması ilə şərtləndirilmişdir.
27. Hazırki iş üzrə isə iddiaçının nəinki sərəncam qüvvəyə mindikdən sonra, ümumiyyətlə sosial xidmət müəssisəsinin valideyn himayəsindən məhrum olmuş məzunu qismində müvafiq icra hakimiyyəti orqanında uçotda olması müəyyən edilmir. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli, *** nömrəli sərəncamı ilə ünvan 2) ünvanında qeydiyyatda olan müharibə veteranı İddiaçı Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.
28. Gəncə Şəhər İcra Hakimiyyətinin ##.##.2026-cı il tarixli, *-*/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edərək, müharibə veteranı kimi mənzil uçotuna alınmasını xahiş etmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli *** nömrəli Sərəncamı ilə İddiaçı müharibə veteranı kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb və hazırda uçot siyahısında 222-ci sıradadır.
29. Göründüyü kimi iddiaçı müvafiq icra hakimiyyəti orqanına müraciət edərək müharibə veteranı kimi mənzil uçotuna alınmasını xahiş etmiş və sonuncu tərəfindən ##.##.2022-ci il tarixdən müharibə veteranı kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçının hazırda müvafiq icra hakimiyyəti orqanında olan uçotu sosial xidmət müəssisəsinin valideyn himayəsindən məhrum olmuş məzunu qismində deyil, müharibə veteranı kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismindədir ki, bu da hazırkı vəziyyətdə cavabdehə qarşı irəli sürülmüş tələbə mahiyyəti üzrə baxılmasını istisna edir.
30. Nəzərə almaq lazımdır ki, iddianın mümkün sayılmaması və mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etmək düzgün deyil və bu cür hallarda iddia mümkün sayılmamalıdır.
31. Hazırki qərarın 22-ci bəndində qeyd olunanlardan göründüyü kimi, məhz qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut edilməli, inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırılmalı, konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmaması müəyyən edilməlidir. Göründüyü kimi iddia tələblərinə uyğun subyektiv hüququnun, eləcə də hüquqi marağın mövcud olub-olmaması iddianın mümkünlüyünün qiymətləndirilməsi baxımından önəmlidir ki, həmin kriteriyalar üzrə aparılan qiymətləndirmə hazırkı iş üzrə iddianın mümkünlüyünü istisna etməkdədir.
33. Beləliklə, məhkəmə kollegiyası iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov