Məhkəmə qərarları › İş №2-1(3-7)-180/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-180/2026

30.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-180/2026 30.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARI Açar sözlər: pensiyanın bərpa edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasın katibi Əsgərli Yelmar Yaşarr oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarının ləğvi və pensiya ödənişinin dayandırıldığı tarixdən bərpa edilməs” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ##.##.1980-ci il tarixli, II-ЖГ ****** nömrəli “xxxx” şəhadətnamədən görünür ki, X4 ilə Cəlilova Güllü Həsən qızı ##.##.1980-ci il tarixdə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada “Ələkbərova” soyadı verilmişdir.

2. ##.##.2022-ci il tarixli, AZ-II ****** nömrəli “xxxx” şəhadətnamədən görünür ki, X4 ##.##.2022-ci il tarixdə ölmüşdür.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” ##.##.2022-ci il tarixli qərarına əsasən, İddiaçı ##.##.2022-ci il tarixdən 2012,47 manat məbləğində xxxx görə pensiya təyin edilmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış “Sosial ödəniş üzrə artıq ödənilmiş vəsaitin aşkar edilməsi haqqında” ##.##.2023-cü il tarixli, *-**-*/*-Ə-******/**** nömrəli məktubda qeyd edilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci və 34-cü maddələrinə əsasən sizə ##.##.2022-ci il tarixindən xxxx görə əmək pensiyası təyin edilərək ##.##.2023-cü il tarixindən məbləği 588,45 manat müəyyən edilib. Hazırda əmək pensiyanızın ödənişi aydınlaşma statusu ilə dayandırılıb. Məlumat üçün bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Döviət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əsasnamə”sinə əsasən Mərkəzi Filial tərəfindən mütəmadi olaraq ümumi əsaslarla ödənişi həyata keçirilən sosial ödəniş işlərinin qanunvericiliyə uyğunluğu yoxlanılır. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, mərhum əriniz X4 güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olmadığı halda (güzəştli şərtləriə tələb olunan sığorta stajı 12 il 6 ay olduğu halda, faktiki 11 il 7 ay sığorta stajı olduğundan), sizə ##.##.2022-ci il tarixindən xxxx görə əmək pensiyası təyin edilmişdir. Nəticədə F.Ələkbərovun əmək pensiyası ləğv edilmiş və 34 il 4 ay 2 gün sığorta stajı əsasında pensiya yaşının tamam olduğu ##.##.2014-cü il tarixindən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən ##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixinədək sizə əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilir. Bildiririk ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, sizə vaxtilə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Bu səbəbdən “Inzibatı icraat haqqında" Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 15 gün müddətində ünvan 1 ünvanında yerləşən Gəncə-Daşkəsən regional filialına gəlməyiniz və ya yazılı qaydada öz mülahizələrinizi təqdim etməyiniz xahiş olunur. Göstərilən müddət ərzində mülahizələrinizin təqdim edilməməsi barənizdə müvafiq inzibati aktın qəbul edilməsini istisna etmir.”

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslarla görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli, *-**-*/*-Ə-*****/**** nömrəli qərarından görünür ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialən ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli xidməti məktubuna əsasən X5 pensiya işinə dair sənədlərin araşdırılması zamanı adıçəkilən şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı müəyyən olunduğuna görə həyat yoldaşı İddiaçı ümumi əsaslarla xxxx görə pensiya ödənişinin davam etdirilməsi qərara alınmışdır.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış “xxxx görə əmək pensiyası haqqında” ##.##.2024-cü il tarixli, *-**-*/*-Ə-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, “Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, X5 güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olmadığı halda, sizə ##.##.2022-ci il tarixindən xxxx görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən ##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixinədək sizə əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilir. Bildiririk ki, mərhum F.Ələkbərovun ##.##.2006-cı il tarixinədək 33 il 4 ay 2 gün sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış ##.##.2006-cı il tarixindən ##.##.2011-ci il tarixinədək 15588,68 manat (2011-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, həmçinin ##.##.2018-ci il tarixindən ##.##.2018-ci il tarixinədək 149,76 manat (2022-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında sizə ##.##.2022-ci il tarixindən ümumi əsaslarla xxxx görə əmək pensiyası təyin edilmiş və hazırda ödənişi 654,36 manat olmaqla davam etdirilir. Müraciətinizin icrası ilə əlaqədar olaraq bildiririk ki, mərhum F.Ələkbərovun güzəştli şərtlərlə əmək pensiyası hüququnun müəyyənləşdirilməsi ilə bağlı ##.##.2024-cü il tarixində *-**-*/*-*-*****/**** nömrəli məktubla Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına sorğu göndərilmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən sorğuya cavab olaraq mərhum F.Ələkbərovun Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı bildirilmişdir. “Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.”

10. “xxxx” ASC “xxxx”MMC-nin ##.##.2023-cü il tarixli, ***/**-**/**-**** nömrəli arayışında qeyd edilmişdir ki, “X4 həqiqətən ##.##.1972-ci ildən (əmr№ ***/n,##.##.1972-ci il) ##.##.1972-ci ilə kimi “xxxx” MMC-nin Qazan turbin sexində növbə rəisliyini öyrənən işləmişdir. ##.##.1972-ci ildən (əmr№ ***/k, ##.##.1972-ci il) ##.##.1973-cü ilə kimi “xxxx” MMC-nin Qazan turbin sexində blok sistemlərində turbin üzrə nəzarətçi maşinist; ##.##.1973-cü ildən (əmr№**/k,##.##.1973-cü il) ##.##.1973-cü ilə kimi “xxxx” MMC-nin Qazan turbin sexində qazan avadanlıqları üzrə maşinist; ##.##.1973-cü ildən (əmr№***/k,##.##.1973-cü il) ##.##.1974-cü ilə kimi “xxxx” MMC-nin Qazan turbin sexində blok maşinisti; ##.##.1974-cü ildən (əmr№***/k,##.##.1973-cü il) ##.##.1975-ci ilə kimi “xxxx” MMC-nin Qazan turbin sexində böyük maşinist; ##.##.1975-ci ildən (əmr№**/k, ##.##.1975-ci il) ##.##.1976-cı ilə kimi “xxxx” MMC-nin Qazan turbin sexinin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində böyük mühəndis; ##.##.1976-cı ildən (əmr№*/k, ##.##.1976-cı il) ##.##.1976-cı ilə kimi "xxxx” MMC-nin Qazan turbin sexinin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində turbin üzrə böyük mühəndis; ##.##.1976-cı ildən (əmr№***/k, ##.##.1976-cı il) ##.##.1980-cı ilə kimi “xxxx” MMC-nin Qazan turbin sexinin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində turbin avadanlıqlarının təmiri üzrə böyük usta; ##.##.1980-cı ildən (əmr№***/k. ##.##.1980-cı il) ##.##.1981-ci ilə kimi “xxxx” MMC-nin Qazan turbin sexinin rəis müavini işləmişdir. Işlədiyi vəzifələr üzrə sosial sığorta(əmək) stajı 8 (səkkiz) il, 7 (yeddi) ay, 29 (iyirmi doqquz) gün təşkil edir. Işlədiyi vəzifələrin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri; Blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səs-küyün normadan artıq olması, zərərli yanma qazlarından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı Ilə təsdiq edilmiş Siyahının 24-cü fəsil. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının a) fəhlələr bölməsində turbin avadanlıqları üzrə nəzarətçi maşinistlər, qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər. enerji bloklarının maşinistləri, enerji bloklarının böyük maşinistləri, b) rəhbərlər və mütəxəssislər bölməsində qazanxana turbin (buxar-qaz turbini) qazan turbin tozhazırlama və yanacaq ötürmə sexlərinin növbə rəisləri, istehsalat sahələrinin ustaları, böyük ustaları, qazanxana sexlərinin rəisləri və rəis müavinləri bəndlərinə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı“da XIII fəsil. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının a)fəhlələr bölməsində turbin avadanlıqları üzrə nəzarətçi maşinistlər-2740000a-73937, qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər-2140000a-13929, enerji bloklarının maşinistləri- 2140000a-14416, enerji bloklarının böyük maşinistləri-2140000a- 18832, qazanxana turbin(buxar-qaz turbini) qazan turbin tozhazırlama və yanacaq ötürmə sexlərinin növbə rəisləri-27400006-24043, istehsalat sahələrinin ustaları, böyük ustaları - 2140000b-23398, qazanxana sexlərinin rəisləri və rəis müavinləri-2740000b-23125 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eyni olduğundan, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verir.

11. “xxxx” ATSC-nin ##.##.2023-cü il tarixli, ** nömrəli “xxxx” arayışında qeyd edilmişdir ki, X4 (##.##.1951 -ci il təvəllüdlü) həqiqətən “xxxx" X14 Idarəsinə ##.##.1986-cı il tarixdə (əmr 77k, ##.##.1986-cı il) usta vəzifəsinə işə qəbul olmuş, ##.##.1987-ci il tarixdə (əmr 188k,##.##.1987-ci il) iş icraçısı vəzifəsinə keçirilmiş, ##.##.1989-cu il tarixdə köçürmə yolu ilə işdən azad edilmişdir (əmr 57k, ##.##.1989-cu il). “xxxx” Tresti əsasən enerji müəssisələrinin tikilməsi, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəaliyyət göstərmişdir. X4 ##.##.1986-cı il tarixdən ##.##.1989-cu il tarixədək işlədiyi müddət ərzində zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mq/m3-təhlükəlilik sinfi 3-4.səs-küy,titrəmə,iş yerində havanın temperaturunun,hava hərəkətinin surətinin normadan yuxarı olması faktorları mövcud olan iş şəraitində işləmişdir. Iş şəraitinin ağır və zərərli olduğuna görə X7 ##.##.1986-ci il tarixdən ##.##.1989-cu il tarixədək zərərli iş şəraitində işlədiyinə görə əmək Qanunvericiliyinə əsasən əmək məzunuyyətinə 6 təqvim günü ödənişli əlavə məzunuyyət verilmiş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. X7 ##.##.1986-cı il tarixdən ##.##.1987-ci il tarixədək tutduğu usta vəzifəsi və ##.##.1987-ci il tarixdən ##.##.1989-cu ul tarixədək tutduğu iş icraçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın (Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı 27-ci bölməsinin “1”-ci bəndinin,”b” yarımbəndinin 1 və 2-ci abzaslarına - 2290000b- 23419- yeni tikinti və quraşdırma işlərinin ustaları və 2290000b-24441 - iş icraçıları vəzifələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinentinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Bina,qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı 29-cu bölməsinin 1-ci bəndinin “b” yarımbəndinə -tikinti və quraşdırma işləri üzrə ustalar və iş ictaçıları vəzifələrinə uyğundur. X4 “xxxx” X14 Idarəsində zərərli iş şəraitində işlədiyi iş stajı 02 il 11 ay 03 gün təşkil edir. “xxxx” X14 Idarəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin *** saylı sərəncamına əsasən ## #### 1999-cu il tarixdə “xxxx” X1 Cəmiyyəti adlandırılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. Iddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının mərhum həyat yoldaşı X7 2009cu ilin fevral ayında təyin edilmiş və o, rəhmətə getdiyi günədək - ##.##.2022-ci il tarixinədək ona ödənilmiş, həyat yoldaşı rəhmətə getdikdən sonra isə ##.##.2022-ci il tarixindən etibarən xxxx görə iddiaçı İddiaçı verilmiş və ##.##.2023-cü il tarixində ödənişi cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ##.##.2023-cü il tarixindən bu günədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

13. Iddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum həyat yoldaşı X4 ##.##.1951-ci il tarixində anadan olmuş, ##.##.1967-ci ildən ##.##.1972-ci ilədək M.Əzizbəyov adına X3 Ordenli Azərbaycan Neft və Kimya Institutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) “Istilik elektrik stansiyaları” fakültəsinin əyani şöbəsində ali təhsil almışdır. Iddiaçının mərhum həyat yoldaşı X4 ali təhsilini başa vurduqdan sonra - ##.##.1972-ci ildən əmək fəaliyyətinə başlamış və ##.##.2018-ci il tarixinədək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. X5 ümumi əmək stajı əyani ali təhsil aldığı müddət də daxil olmaqla 50 il 06 ay 05 gün təşkil etmişdir. Iddiaçının mərhum həyat yoldaşı X4 (güzəştli şərtlərlə pensiya hüququ 2006-cı ildən yaranmış) 2009-cu ilin fevral ayında güzəştli şərtlərlə yaşa görə müddətsiz pensiya təyin edilmiş və o, rəhmətə getdiyi günə - ##.##.2022-ci il tarixinədək güzəştli şərtlərlə əmək pensiyası almışdır. Iddiaçının həyat yoldaşı X4 vəfat etdikdən sonra - ##.##.2022ci ildən onun mərhum həyat yoldaşının aldığı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “xxxx” görə iddiaçı İddiaçı ödənilməyə başlanmış və o, həmin pensiyanı ##.##.2023-cü il tarixinədək almışdır. Daha sonra “xxxx” görə iddiaçıya ödənilən pensiyanın ödənişi hər hansı bir inzibati akt qəbul edilmədən və iddiaçıya məlumat verilmədən dayandırılmış və AR ƏƏSMN-nin tabeliyində olan DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı ## ######## 2023-cü il tarixli, *-**-*/*-Ə-******/** saylı məktubla bildirilmişdir ki: “Hazırda əmək pensiyanızın ödənişi aydınlaşma statusu ilə dayandırılıb. Məlumat üçün bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X15 əsasən Mərkəzi Filialı tərəfindən miitmadi olaraq ümumi əsaslarla ödənişi həyata keçirilən sosial ödəniş işlərinin qanunvericiliyə uyğunluğu yoxlanılır. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, mərhum əri X4 güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olmadığı halda (güzəştli şərtlərlə tələb olunan siğorta stajı 12 il 6 ay olduğu halda, faktiki 11 il 7 ay siğorta stajı olduğundan), sizə ##.##.2022-ci il tarixindən xxxx görə əmək pensiyası təyin edilmişdir. Nəticədə F.Ələkbərovun əmək pensiyası ləğv edilmiş və 34 il 4 ay 2 gün siğorta stajı əsasında pensiya yaşının tamam olduğu ##.##.2014-ci il tarixindən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən ##.##.2022-ci il tarixindən ##.##.2023- cü il tarixinədək iddiaçıya əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilir”. AR ƏƏSMN-nin tabeliyində olan DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı ## ####### 2023-cü il tarixli, *-**-*/*-Ə******/**** saylı məktubda da yuxarıda qeyd edilənlər eyni ilə təkrarlanmış, onun tərəfindən təqdim edilmiş heç bir sübut araşdırılmamış və aparılmalı olan inzibati icraat aparılmamışdır. Son olaraq iddiaçı tərəfindən ##.##.2024-cü il tarixli ərizə ilə cavabdeh orqana müraciət edilmiş, həmin ərizədə inzibati icraat zamanı yoxlanılmalı olan, lakin inzibati icraat aparılmadığı və iddiaçının mərhum ərinə təyin edilmiş pensiyanın ləğv edilməsi haqqında hər hansı bir inzibati akt qəbul edilmədiyi, təyin edilmiş pensiya formal və qanunsuz olaraq ləgv edildiyi üçün yoxlanılmayan halların yoxlanılması, pensiya ödənişinin bərpa edilməsi və ödənilməyən məbləğlərin hesablanaraq ödənilməsi xahiş edilmişdir (ərizənin surəti əlavə edilir). AR ƏƏSMN-nin tabeliyində olan DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ona ünvanladığı ## ##### 2024-cü il tarixli, *-**-*/*-Ə-*****/**** saylı məktubda da yuxarıda qeyd edilənlər eyni ilə təkrarlanmış, onun tərəfindən təqdim edilmiş heç bir sübut yenə də araşdırılmamış və aparılmalı olan inzibati icraat aparılmamışdır.

14. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı X5 vəfatı ilə əlaqədar Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən ##.##.2022- ci il tarixdən xxxx görə əmək pensiyası təyin edilmişdir. Xidməti araşdırma ilə əlaqədar, mərhum F.Ələkbərovun güzəştli şərtlərlə əmək pensiyası hüququnun müəyyənləşdirilməsi ilə bağlı ##.##.2024-cü il tarixdə *-**- */*-*-*****/**** nömrəli məktubla Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına sorğu göndərilmişdir. Sorğuya cavab olaraq mərhum F.Ələkbərovun Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı bildirilmişdir. Bildirilir ki, İddiaçı mərhum həyat yoldaşı X4 Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialda mövcud olan sənədlərində qeyd edilən məlumatlara əsasən, # ###### 2006-cı il tarixədək ümumi iş stajı 38 il 1 ay 11 gün (##.##.1967-##.##.1972-ci il, ##.##.1972-##.##.1982-ci, ##.##.1982-##.##.1986-cı il, ##.##.1986-##.##.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 10 il 2 av 29 gün (##.##.1972-##.##.1975-ci il, ##.##.1976-##.##.1981-ci il, ##.##.1986-##.##.1989-cu il, ##.##.1981-##.##.1981-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanlara əsasən müəyyən olunmuşdur ki, mərhum F.Ələkbərovun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olmadığı halda, iddiaçıya ##.##.2022-ci il tarixdən xxxx görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən iddiaçının əmək pensiyasının məbləğində ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək artıq ödənilmiş vəsait aşkar edilmişdir. Eyni zamanda mərhum F.Ələkbərovun ##.##.2006-cı il tarixədək 33 il 4 ay 2 gün sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış ##.##.2006-cı il tarixdən ##.##.2011-ci il tarixədək 15588,68 manat (2011-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, həmçinin ##.##.2018-ci il tarixindən ##.##.2018-ci il tarixinədək 149,76 manat (2022-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında iddiaçıya ##.##.2022-ci il tarixindən ümumi əsaslarla xxxx görə əmək pensiyası təyin edilmişdir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 -ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Inzibati orqan İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş sosial yardım məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbuledilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar “Inzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir.

15. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “cavabdehin ##.##.2023-ci il tarixli və ##.##.2024-cü il tarixli, *-**-*/*-Ə-*****/**** nömrəli qərarlarının ləğv edilməsi və pensiya ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi” tələbinə dəyişdirilmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdeh nümayəndəsi nümayəndə1 iddiaya qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

18. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, ##.##.2023-ci il tarixli və ##.##.2024-cü il tarixli, *-**-*/*-Ə-*****/**** nömrəli qərarların ləğv edilməsi Pensiya ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına üzərinə qoyulması qərara alınmışdır.

19. Məhkəmə iddianı təmin edərkən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu və “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normalarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti birinci instansiya məhkəməsindəki icraat zamanı təqdim edilmiş iddiaya dair etirazın dəlilləri ilə əsaslandırılmış (bax: qərarın 12-ci bəndi), həmçinin əlavə olaraq qeyd edilmişdir ki, “Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Inzibati orqan İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Bildirilir ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Eyni zamanda hesab edilir ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Göründüyü kimi, “Inzibati Icraat Haqqında” Qanunun tələblərinə tam əməl edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Beləliklə, məhkəmə doğru hüquqi mövqe sərgiləməmiş, bununla da yanlış nəticəyə gəlmişdir. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktlar inzibati icraatın qanunla nəzərdə tutulmuş qayda və prinsiplərinə uyğun qaydada qəbul edilmişdir. Eyni zamanda iddiaçının inzibati icraatda iştirakı təmin edilmiş, bununla bağlı qarşılıqlı akt tərtib edilmiş, akt iddiaçı tərəfindən imzalanmışdır. Həmçinin bildiririk ki, iddiaçının əmək pensiyası dayandırılmamış, məbləği azaldılmaqla artıqödəmə müəyyən edilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından aydın olur ki, inzibati orqan inzibati icraatı qanunauyğun həyata keçirmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının mərhum həyat yoldaşının ümumi sığorta stajı 34 il 4 ay 2 gün deyil, 50 il 6 ay 5 gündür. Iddiaçının mərhum həyat yoldaşının ümumi siğorta stajını onun əyani ali təhsil alma müddəti olan 5 illik müddəti nəzərə almadan hesabladıqda da bu müddət 45 il 6 aydan çox edir. Cavahbdehin iddiaçının mərhum həyat yoldaşının siğorta stajını nəyin əsasında və necə 34 il 4 ay 2 gün hesabladığı aydın deyildir. Elə təkcə yuxarıda qeyd edilən faktın özü onu deməyə əsas verir ki, cavabdeh iddiaçının mərhum həyat yoldaşının xüsusilə zərərli və ağır olan işlərdə əmək fəaliyyəti ilə məşğul olduğu dövrləri də səhv hesablamış və zərərli sahələrdəki iş stajının tələb olunan 12 il 6 aylıq müddətdən daha az, yəni 11 il 7 ay olduğunu qeyd edərək 14 ildən artıq müddət ərzində alınmış qanuni və əsaslı pensiyanı əsassız və qanunsuz olaraq kəsmişdir. Belə ki, tərəflərindən iddiaçının mərhum həyat yoldaşının işlədiyi müəssisələrdən əldə edilmiş xxxx arayışlara əsasən iddiaçının mərhum həyat yoldaşının xüsusilə zərərli və ağır işlərdəki stajının nəinki 12 il 6 ay, hətta ondan daha artıq (13 il 2 ay 5 gün) olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçının mərhum həyat yoldaşı X7 “Əmək pensiyaları haqqında” AR Qanunu qüvvəyə minən günədək – ##.##.2006-cı il tarixədək olan ümumi stajının 13 il 02 ay 05 gününü məhz əmək şəraiti zərərli və ağır olan işlərdə (qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər, turbin avadanlığı üzrə nəzarətçi maşinistlər, enerji bloklarının maşinistləri, enerji bloklarının böyük maşinistləri, qazanxana, turbin (buxar-qaz turbini), qazan turbin tozhazırlama və yanacaqötürmə sexlərinin növbə rəisləri, qazanxana sexlərinin rəisləri və onların müavinləri, avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) və turbin üzrə böyük mühəndis vəzifələrində) çalışmışdır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı Cavabdeh tərəfindən ona qərarla (inzibati aktla) təyin edilmiş əmək pensiyası üzrə dayandırılmış ödənişin bərpasına nail olmaqdan ibarət olmuşdur. Lakin ilk olaraq qeyd olunmalıdır ki, sözügedən məsələ barədə inzibati icraatın aparılması barədə inzibati akt qəbul edilməmiş, cavabdeh inzibati orqan bu məsələ ilə bağlı iddiaçıya ## ####### 2023-cü il tarixli, *-*-**-*/*-Ə-******/**** saylı və ## ##### 2024-cü il tarixli, *-**-*/*-Ə-*****/**** saylı məktublar ünvanlamaqla kifayətlənmişdir. Cavabdeh həmçinin iddiaçının mərhum həyat yoldaşı X7 pensiya təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı məhkəməyə hər hansı dəlil təqdim etməmişdir. “Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçının mərhum həyat yoldaşı X7 pensiya təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə olmuşdur. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “Inzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh “Inzibati icraat haqqında” Qanunun 67ci maddəsinin tələb etdiyi qaydada iddiaçının mərhum həyat yoldaşı X7 pensiya təyin edilməsi barədə inzibati aktın ləğv olunması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh həmin dövrü əvvəllər sığorta stajı kimi qəbul etmiş, eləcə də iddiaçının mərhum həyat yoldaşı X7 məxsus əmək kitabçası ilə bu hal öz təsdiqini tapmışdır. Bu halda, cavabdeh yalnız əks halı təsdiq edən sübutu, yəni mübahisələndirilən dövrdə iddiaçının mərhum həyat yoldaşı X7 əmək fəaliyyəti ilə məşğul olmadığını təsdiq edən sübutu əldə etdikdən sonra yuxarıda sadalanmış qaydada icraat aparmaqla pensiya ödənişini dayandıra bilərdi. Cavabdeh isə bu qaydada davranmamış, ehtimala əsaslanmaqla və icraat qaydalarına riayət etməməklə pensiya ödənişini dayandırmışdır. Belə olan halda, məhkəmə əsaslı olaraq inibati orqanın hərəkətlərini qanunsuz hesab etməklə, pensiya ödənişinin bərpası haqqında qərar vermişdir. Həmçinin hazırkı iş üzrə müəyyən edilmişdir ki, qanunsuz hesab edilən əlverişli inzibati aktın ləğvinə əsas olan “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olma; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsi; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması məhkəmə araşdırmaları nəticəsində müəyyən edilməmiş və bu halları əsaslandıran hər hansı dəlil cavabdeh tərəfindən təqdim edilməmişdir. Vahid məhkəmə təcrübəsini formalaşdıran qərarlardakı oxşar hüquqi mövqeyə uyğun olaraq inzibati orqanın iddiaçı ilə bağlı davranışı formal-hüquqi baxımdan qanunsuz hesab edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən Iddiaçının mərhum həyat yoldaşı X7 təyin edilmiş pensiya ödənişinin dayandırılmasını zəruri edən əsas qismində yalnız onun müvafiq dövrdə işlədiyi peşənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edilməməsinə dair mülahizə xarakterli məlumat göstərilmişdir. Bu isə müvafiq əlverişli inzibati akt ləğv və ya etibarsız hesab edilmədən, onun icrasının dayandırılmasına və vətəndaşın xeyrinə ödənilmiş pensiya məbləğinin tələb edilməsinə əsas ola bilməz.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etdilər.

Tətbiq edilən hüquq normaları

25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin xxxx görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə. Maddə 17.1. xxxx görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək xxxx görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürən tərəfindən verilən forması bu Qaydaya HYPERLINK "https://e-qanun.az/framework/49537" \l "%C9%99lav%C9%992"* nömrəli Əlavə ilə müəyyən edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayışa əsasən.

28. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 62.1. Inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

29. Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

30. IPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

31. IPM-in 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

32. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

33. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

34. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

35. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

36. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

37. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

38. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

39. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

40. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır.

41. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

44. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

45. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

46. Iş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçının mərhum həyat yoldaşı X4 2009-cu ilin fevral ayında güzəştli şərtlərlə yaşa görə müddətsiz pensiya təyin edilmiş və o, vəfat etdiyi günə qədər - ##.##.2022-ci il tarixinədək güzəştli şərtlərlə əmək pensiyası almışdır. Fehruz Ələkbərov vəfat etdikdən sonra - ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” ##.##.2022-ci il tarixli qərarına əsasən, İddiaçı ##.##.2022-ci il tarixdən 2012,47 manat məbləğində xxxx görə pensiya təyin edilmişdir. Daha sonra cavabdeh orqan aparılan xidməti araşdırma zamanı müəyyən etmişdir ki, iddiaçının mərhum əri X4 güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olmadığı halda (güzəştli şərtlərlə tələb olunan sığorta stajı 12 il 6 ay olduğu halda, faktiki 11 il 7 ay sığorta stajı olduğundan), ona ##.##.2022-ci il tarixindən xxxx görə əmək pensiyası təyin edilmişdir. Nəticədə cavabdehin “Ümumi əsaslarla görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli, inventar nömrəli qərarına əsasən, inventar zamanı vəfat edən şəxsin güzəştli şərtlərlə əmək pensiyasını almaq üçün tələb olunan sığorta stajı olmadığı üçün pensiya ləğv edilərək ##.##.2014cü ildə (63 yaşdan) yaşa görə ümumi əsaslarla əmək pensiyası təyin edilmiş və vəfat edən şəxsin pensiyasının sığorta hissəsi dəyişdiyi üçün 26040,48 manat artıq ödəmə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən mərhum F.Ələkbərovun 34 il 4 ay 2 gün sığorta stajı əsasında iddiaçıya ##.##.2022-ci il tarixindən 496,37 manat məbləğində (F.Ələkbərovun ümumi əsaslarla yaşa görə əmək pensiyasının sığorta hissəsi məbləğində) xxxx görə əmək pensiyası təyin edilmiş, daha sonra Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək 588,45 manata çatdırılmışdır.

47. Həmçinin, iddiaçının müvafiq müraciətlərindən sonra cavabdehin “Ümumi əsaslarla görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli, *-**-*/*-Ə- *****/**** nömrəli qərarı ilə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialən ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli xidməti məktubuna əsasən X5 pensiya işinə dair sənədlərin araşdırılması zamanı adıçəkilən şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı müəyyən olunduğuna görə həyat yoldaşı İddiaçı ümumi əsaslarla xxxx görə pensiya ödənişinin davam etdirilməsi qərara alınmışdır.

48. Göründüyü kimi, hazırkı mübahisə cavabdehin “Ümumi əsaslarla görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli, inventar nömrəli və ##.##.2024-cü il tarixli, *-**-*/*-Ə-*****/**** nömrəli qərarlarının ləğvi və iddiaçının güzəştli şərtlərlə xxxx görə əmək pensiyasının bərpa olunması ilə bağlıdır.

49. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici inzibati orqana səlahiyyətinə aid məsələ üzrə əvvəlki qərarının düzgünlüyünü, əsaslılığını yenidən yoxlamaq, qanunsuz olduğu halda ləğv etmək imkanını tanımışdır, lakin bu imkan da müəyyən edilmiş prosessual qaydalara tabedir.

50. Yəni, cavabdeh orqan iddiaçıya əvvəllər pensiya təyinatı apardığı qərarın əsaslılığına şübhə doğuran halları aşkar etdiyi təqdirdə, həmin qərarın qanunsuzluğunu aşkara çıxaran zaman inzibati orqan olaraq “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə bu barədə icraat başlamalı, iddiaçının iştirakını təmin edərək, onun mülahizələrini dinləməli, onun sübutlar təqdim etməsinə şərait yaratmalı, zəruri hallarda özü əlavə sübutlar toplamalı, yekunda inzibati akt qəbul etməlidir.

51. Beləliklə, hazırkı mübahisə üzrə cavabdeh “Ümumi əsaslarla görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli, inventar nömrəli və ##.##.2024-cü il tarixli, *-**-*/*-Ə-*****/**** nömrəli qərarları ilə iddiaçının mərhum ərinin əvvəllər nəzərə alınan güzəştli sığorta stajını nəzərə almayaraq qanunsuz olaraq yenidən hesablama aparmışdır ki, bu da qanuni hesab edilə bilməz.

52. Qeyd olunmalıdır ki, iddiaçının mərhum ərinə və özünə pensiya təyinatı bu sahədə səlahiyyətli qurumun qərarına əsasən edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək onlara müvafiq ödəniş edilmişdir. Başqa sözlə, iddiaçıya və onun mərhum ərinə pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir.

53. Nəzərə almaq lazımdır ki, “Inzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan qərarını, xüsusilə də şəxsə pensiya təyin olunması ilə bağlı ona münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “Inzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “Inzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

54. Məhkəmə kollegiyası vurğulayır ki, pensiyanın təyin olunması barədə inzibati akt ləğv olunmadan və ya dəyişdirilmədən, əlverişsiz inzibati akt qəbul etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu zamanı həm də nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Qanunun 13cü və 67.5-ci maddələrinə əsasən etimad hüququnun qorunması prinsipinin tələblərinə uyğun olaraq şəxsin əmlak vəziyyətinin qorunduğu hallarda yeni inzibati aktın geriyə qüvvəsi istisna edilməlidir. Belə ki, hüquqi dövlətdə publik idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır.

55. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.

56. Lakin hazırkı işdə inzibati orqan iddiaçının mərhum ərinin əmək pensiyasının yenidən hesablanmasına dair qərarlar qəbul edən zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir. Qanunvericilik qanunsuz əlverişli inzibati akta etimadın qanunla qorunması və ya ləğv edilməsi şərtlərini konkret müəyyən etmişdir. Odur ki, iddiaçının mərhum ərinə pensiya təyinatı ilə bağlı qərara münasibətdə etimad hüququ qanunla qorunmalıdır.

57. Cavabdehin dəlillərinə görə iddiaçının mərhum əri X4 güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olmadığı halda (güzəştli şərtlərlə tələb olunan sığorta stajı 12 il 6 ay olduğu halda, faktiki 11 il 7 ay sığorta stajı olduğundan), iddiaçıya əsassız olaraq ##.##.2022-ci il tarixindən güzəştli şərtlərlə xxxx görə əmək pensiyası təyin edilmişdir.

58. Göründüyü kimi hazırki mübahisə iddiaçının mərhum ərinin güzəştli iş stajı müddəti ilə bağlı olmuşdur. Qeyd olunan səbəbdən də məhkəmə kollegiyası bu məqama qiymət verilməsini zəruri hesab edir.

59. Belə ki, iş materiallarında olan “xxxx” ASC “xxxx” MMC-nin ##.##.2023-cü il tarixli, ***/**-**/**-**** nömrəli arayışı əsasında müəyyən edilmişdir ki, iddiaçının mərhum həyat yoldaşı X4 həqiqətən ##.##.1972-ci ildən ##.##.1981-ci ilə kimi “xxxx” MMC-nin Qazan turbin sexində müxtəlif vəzifələrdə (turbin sexində növbə rəisi, blok sistemlərində turbin üzrə nəzarətçi maşinist, qazan avadanlıqları üzrə maşinist, blok maşinisti, böyük maşinist, turbin sexinin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində böyük mühəndis, turbin üzrə böyük mühəndis, turbin avadanlıqlarının təmiri üzrə böyük usta və turbin sexinin rəis müavini) işləmişdir. Işlədiyi vəzifələrin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səsküyün normadan artıq olması, zərərli yanma qazlarından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısının müvafiq bölmələrində qeyd edilmiş vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eyni olduğundan, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verir. Işlədiyi vəzifələr üzrə sosial sığorta (əmək) stajı 8 (səkkiz) il, 7 (yeddi) ay, 29 (iyirmi doqquz) gün təşkil edir.

60. Həmçinin iş materiallarında olan “xxxx”xxxx” MMC-nin ##.##.2023-cü il tarixli, **-*** nömrəli “xxxx” arayışı ilə müəyyən edilir ki, iddiaçının mərhum həyat yoldaşı X4 həqiqətən ##.##.1981-ci il tarixdən ##.##.1981-ci il tarixədək “xxxx”-nin Qazan-Turbin sexinin rəisi vəzifəsində və ##.##.1981-ci il tarixdən ##.##.1982-ci il tarixədək Mərkəzi- Təmir sexinin rəisi vəzifəsində işləmişdir. Onun qeyd olunan müddətlərdə tutduğu sex rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş Siyahıların mübafiq bəndlərində nəzərdə tutulan vəzifələrin xüsusiyyətlərinə uyğundur. Onun ”xxxx” MMC-də zərərli sahədə ümumi iş stajı 01 il 07 ay 03 gün təşkil edir.

61. Bundan əlavə, iş materiallarında olan “xxxx” ATSC-nin ##.##.2023-cü il tarixli, ** nömrəli “xxxx” arayışı ilə müəyyən edilir ki, iddiaçının mərhum həyat yoldaşı X4 həqiqətən ##.##.1986-cı il tarixdən ##.##.1989-cu il tarixədək “xxxx" X14 Idarəsində usta və iş icraçısı vəzifələrində işləmişdir. Onun qeyd olunan müddətlərdə tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş Siyahıların mübafiq bəndlərində nəzərdə tutulan vəzifələrin xüsusiyyətlərinə uyğundur. Onun zərərli iş şəraitində işlədiyi iş stajı 02 il 11 ay 03 gün təşkil edir.

62. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir.

63. Yuxarıda istinad olunan arayışlardan da göründüyü kimi, iddiaçının mərhum ərinin işlədiyi müəssisələr tərəfindən verilən arayışlara əsasən, onun yuxarıda qeyd olunan dövrlərdə işlədiyi vəzifələrin müvafiq siyahılarda nəzərdə tutulmuş vəzifələrə uyğun olduğu göstərilmişdir. Lakin cavabdeh faktiki olaraq həmin müəssisələr tərəfindən verilmiş arayışı qəbul etməmiş, iddiaçının mərhum ərinin güzəştli iş stajını mübahisələndirərək, onun güzəştli iş stajının qanunvericiliklə tələb edilən həddə, yəni 12 il 6 ay olmadığını iddia etmişdir. Halbuki həmin arayışlarda qeyd olunan müddətlər (8 il 7 ay 29 gün, 01 il 07 ay 03 gün və 02 il 11 ay 03 gün) ümumilikdə 12 il 6 aydan çoxdur.

64. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, ilk öncə qeyd edilməlidir ki, cavabdeh iddiaçının mərhum ərinin işlədiyi vəzifənin Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun olmadığı nəticəsinə gəlsə də, həmin uyğunsuzluğun nədən ibarət olmasını göstərməmişdir. Ikincisi, şəxsin gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir.

65. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, həmin vəzifələr üzrə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyi işəgötürən tərəfindən təqdim edilən sənədlərlə, arayış, vəzifə təlimatı ilə müəyyən edilir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Bu baxımdan da hazırki iş üzrə işəgötürən müəssisələrin, yəni “xxxx” ASC-nin fəaliyyət göstərdiyi sahədə ixtisaslaşmış təşkilat olduğu nəzərə alınaraq, onun müvafiq idarələri tərəfindən verilən arayışlar mötəbər sənəd kimi qəbul edilməlidir.

66. Həmçinin nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

67. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin iddiaçıya pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi, əslində və ilk növbədə, şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Inzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

68. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

69. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

70. Odur ki, hazırkı halda qanunvericilik aktlarının tələbləri təmin olunmamış, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmamış, iddiaçının dinlənilmə hüququnu təmin etsə də onun tərəfindən təqdim edilən müvafiq sənədləri nəzərə almamış, eyni zamanda özü bu istiqamətdə araşdırma aparmamış, yalnız iddiaçının mərhum ərinin güzəştli iş stajının olmamasına istinad edərək qanunsuz qərarlar qəbul etmişdir. Buna görə də, cavabdehin qərarlarının və faktiki xarakterli hərəkətinin qanunsuzluğuna, habelə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri isə qərarın ləğvinə əsas vermir.

71. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar