Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-184/2026 12.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsi əsasında istifadəsində olan torpaq sahəsinin qanunvericiliyə əsasən müəyyən edilmiş dəyərinin ödənilməsi şərti ilə alqı-satqı müqaviləsi bağlamaqla müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2023-cü il tarixli, **** saylı icarə müqaviləsi əsasında istifadəsində olan Gədəbəy şəhəri, H.Əliyev prospekti, 11C ünvanında yerləşən 2510.00 kv.m. torpaq sahəsinin qanunvericiliyə əsasən müəyyən edilmiş dəyərinin ödənilməsi şərti ilə alqı-satqı müqaviləsi bağlamaqla müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması və digər tələbinə dair Bakı Inzibati Məhkəməsinin icraatında olan *-*(***)-****/**** saylı iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Inzibati Məhkəməsinə göndərilmişdir. Iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ona məxsus olan Gədəbəy şəhəri, H.Əliyev prospekti, 11C ünvanında yerləşən ümumi sahəsi 20.8 kvadratmetr olan qeyri-yaşayış binasının yerləşdiyi 2510,0 kv.m. torpaq sahəsi ##.##.2023-cü il tarixli, **** saylı icarə müqaviləsi əsasında istifadəsinə verilmişdir. Gədəbəy rayonunda aid olduğu rayon mərkəzlərinin 2-ci zonası üzrə yerləşən torpaq sahələrinin 100 kv.m bazis qiyməti 30 (otuz) manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsaslananaraq ##.##.2023-cü il tarixli, **** saylı icarə müqaviləsi əsasında istifadəsində olan Gədəbəy şəhəri, H.Əliyev prospekti, 11C ünvanında yerləşən 2510.00 kv.m. torpaq sahəsi 2-ci zona üzrə nəzərə alınacağı təqdirdə torpaq sahəsinin normativ qiyməti 753.00 manat, 1-ci zona üzrə nəzərə alınacağı təqdirdə 1280.00 manat təşkil edəcəkdir. Qeyd olunanları nəzərə alaraq ##.##.2024-cü il tarixli məktubla Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinə müraciət edərək ##.##.2023-cü il tarixli, **** saylı icarə müqaviləsi əsasında onun istifadəsində olan torpaq sahəsinin 1-ci yoxsa 2-ci zonaya aid olması barədə məlumat verməklə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsinin verilməsinə, məbləğ tərəfindən ödənildikdən sonra alqı-satqı müqaviləsi bağlamaqla müvafiq şəhadətnamənin verilməsinə köməklik göstərilməsi xahiş edilsə də, müraciətinə bugünədək heç bir cavab verilməmişdir. Cavabdeh Cavabdeh tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddianın rədd edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, iddia əsassızdır və rədd edilməlidir. Gədəbəy şəhəri, H.Əliyev prospekti 11C ünvanında yerləşən ümumi sahəsi 20.8 kvadratmetr olan qeyri-yaşayış binasının yerləşdiyi 2510 kv.m torpaq sahəsi ##.##.2023-cü il tarixli, **** nömrəli icarə müqaviləsi əsasında iddiaçının istifadəsinə verilmişdir. Iddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Bundan başqa hazırda iddia predmeti olan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış obyekti özəlləşdirilməyindən iddiaçının həmin tikilinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı tələb irəli sürmək hüququ yoxdur. Belə olan halda, iddiaçı o halda iddianın predmeti olan torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı tələb irəli sürmək hüququna malik ola bilərdi ki, həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətində olsun. Eyni zamanda torpaq sahəsinin satış dəyərinin müəyyən edilməsi səlahiyyəti qanunvericiliyə əsasən məlkiyyətçi olan satıcıya (Əmlak Məsələləri Dövlət Xidməti) aiddir. Həmçinin iddiaçının onunla alqısatqı müqaviləsi bağlanılmasına Əmlak Məsələləri Dövlət Xidmətinin məcbur edilməsi barədə tələbi əsassızdır. Mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir və cavabdeh dövlət orqanı iddiaçı qarşısında torpaq sahəsinin ona satılması ilə bağlı öhdəlik daşımır. Bu səbəbdən iddiaçının arzuladığı tələbə uyğun inzibati aktın qəbulu ilə vəzifənin cavabdehin üzərinə qoyulması onun birbaşa hüquqlarına müdaxilə hesab olunur. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, vəkil Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim R.Tağıyeva) iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq sədrlik edənin suallarına cavabında bildirdi ki, iddiaçı cavabdeh orqana müraciət edərkən yalnız torpaq sahəsinə dair icarə müqaviləsini təqdim etmiş, obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi və obyektin texniki pasportunu təqdim etməmişdir. Qeyd edilən sənədlər təqdim edilmədiyindən müraciətinin təmin edilməsi mümkün olmamışdır. Iddiaçının vəkili Vəkil məhkəmə kollegiyasına ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd edərək, apellyasiya şikayətində bütün xüsusatların ətraflı qeyd olunduğunu nəzərə alaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və şikayətin təmin edilərək Gəncə Inzibati Məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Iş materiallarında olan: -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ##.##.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gədəbəy şəhəri, H.Əliyev prospekti 11C ünvanında yerləşən ümumi sahəsi 20.8 kvadratmetr olan qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə, 0.00288 ha torpaq sahəsi istifadə hüququ əsasında xxxx kiçik müəssisəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -##.##.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində görünür ki, satıcı “xxxx” MMC tərəfindən Gədəbəy şəhəri, H.Əliyev prospekti 11C ünvanında yerləşən, ümumi sahəsi 20.8 kv/m olan qeyri-yaşayış binası tam mülkiyyəti üzrə alıcı İddiaçı satılmışdır. -##.##.2023-cü il tarixli, **** saylı Icarə müqaviləsindən görünür ki, Gədəbəy şəhəri, H.Əliyev prospekti 11C ünvanında yerləşən ümumi sahəsi 20.8 kvadratmetr olan qeyri-yaşayış binasının yerləşdiyi 2510,0 kv.m. torpaq sahəsi İddiaçı müvəqqəti istifadəsinə verilmişdir. -Texniki pasportun surətindən görünür ki, həmin sənəd Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi Idarəsi tərəfindən Gədəbəy şəhəri, Heydər Əliyev prospekti, 11C ünvanında yerləşən qeyri-yaşayış binası (reyestr nömrəsi: 505011000559-06301) ilə bağlı tərtib edilmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. Inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi- hüquqi tələbinin olubolmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli, * nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır (6.1). Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda qeyd olunan normaların mahiyyətindən də göründüyü kimi, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Göründüyü kimi, iddiaçı ##.##.2023-cü il tarixli, **** saylı icarə müqaviləsi əsasında istifadəsində olan Gədəbəy şəhəri, H.Əliyev prospekti, 11C ünvanında yerləşən 2510.00 kv.m. torpaq sahəsinin qanunvericiliyə əsasən müəyyən edilmiş dəyərinin ödənilməsi şərti ilə alqısatqı müqaviləsi bağlamaqla müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mümkünsüz hesab edilməsi ilə bağlı haqlı olsa da, tələbin mümkünsüz sayılması üçün əsas iddiaçının subyektiv hüququnun olmaması deyildir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışa əsasən, Gədəbəy şəhəri, H.Əliyev prospekti 11C ünvanında yerləşən ümumi sahəsi 20.8 kvadratmetr olan qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə xxxx kiçik müəssisəsinin adına qeydiyyata alınmışdır. ##.##.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC tərəfindən həmin qeyri-yaşayış binası İddiaçı satılmışdır. Bundan sonra, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən Gədəbəy şəhəri, Heydər Əliyev prospekti, 11C ünvanında icarədə olan 0.2510 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası (reyestr nömrəsi: 505011000559-06301) üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi Idarəsi tərəfindən həmin qeyri-yaşayış binasının Texniki pasportu tərtib edilmişdir. Göründüyü kimi məhkəmə işin hallarını düzgün araşdırmayaraq öz qərardadında iddiaçının qeyd olunan obyekt üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına istinad etmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh orqana müraciəti zamanı ərizəsinə qanunvericiliklə tələb olunan müvafiq sənədləri əlavə etmədiyindən hazırki halda cavabdeh orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının konkret hüquqlarının pozulmasından söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli *** nömrəli fərmanı ilə təsdiq edilmiş Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamənin :- 4-cü bəndinə əsasən, özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. 11-ci bəndinə görə, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. 12-ci bəndinə görə, torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Dövlət Xidmətinə aşağıdakı sənədləri təqdim edir: -ərizə; -hüquqi şəxsin nizamnamə kapitalında 75 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); -müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin surəti; -özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) ; -torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Göründüyü kimi istinad olunan Əsasnamənin tələblərinə görə torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Əmlak Məsələləri Dövlət Xidmətinə ərizəylə yanaşı müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin, obyektin texniki pasportunun və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənədin surətini təqdim etməlidir. Buna baxmayaraq iddiaçının cavabdeh orqana ##.##.2024-cü il tarixli müraciətində ona qoşma şəklində yalnız icarə müqaviləsinin surətinin əlavə edildiyi, müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin, eləcə də obyektin texniki pasportunun surətinin isə əlavə edilmədiyi müəyyən olunur. Qeyd edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Hazırkı işdə iddiaçı müraciətində qanunvericiliklə tələb olunan sənədləri cavabdeh orqana təqdim etmədiyindən onun müraciəti icrasız qalmışdır ki, bu hal da cavabdeh orqan tərfindən onun hüquq və mənafelərinin pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə müvafiq yenidən cavabdehə müraciət edəcəyi və müraciətinə imtina veriləcəyi və yaxud nəzərdə tutulmuş müddət ərzində cavab verilmədiyi halda, cavabdeh orqanın hərəkət və hərəkətsizliyi ilə bağlı eyni tələblə məhkəməyə müraciət edə bilər. Beləliklə, işin yuxarıda qeyd edilən halları iddia tələbini mümkünsüz edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Inzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-7)-184/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-184/2026
12.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver