Məhkəmə qərarları › İş №2-1(3-7)-185/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-185/2026

12.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-185/2026 12.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (üçüncü şəxs Üçüncü şəxs) inzibati iş üzrə QƏRARI Açar sözlər: qeydiyyatdan çıxarılma Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (üçüncü şəxs Üçüncü şəxs) “üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları 1.

2. Gəncə Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə X3 ilə X2 arasında ##.##.2019-cu il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində **** nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin nikahından doğulmuş ##.##.2020-ci il təvəllüdlü X1 iddiaçı X3 yanında saxlanması və.s qət edilmişdir. 3.

4. Daxili Işlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ##.##.2025-ci il tarixli ******* nömrəli arayışından görünür ki, Üçüncü şəxs ünvan 3, Yeni qaydalarla: AZ 2001 ünvan 2 18 ünvanında qeydiyyatdadır.

5. Cavabdeh İddiaçı ünvanlanan ##.##.2025-ci il tarixli, *-**-**/*-İ-*****/**/**** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “Üçüncü şəxs ünvan 3, Yeni qaydalarla: AZ 2001 ünvan 2 18 ünvanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.”

6. Məhkəmə sorğusuna Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli cavab məktubda qeyd edilmişdir ki, Gəncə şəhəri * saylı notariat kontorunun ##.##.2017-ci il tarixdə 2V-71 reyestr nömrə ilə təsdiq etdiyi “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-yə əsasən, ünvan 3 (Yeni qaydalarla: ünvan 1 18) ünvanında yerləşən fərdi-yaşayış evi X5 adından İddiaçı adına keçmiş, ona, ##.##.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, 202013003389-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı təqdim etdiyi Gəncə şəhəri IH Memarlıq və Şəhərsalma Idarəsinin razılaşdırılmış eskiz layihəsinə əsasən, fərdi yaşayış evinə dair ##.##.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, 202013003389-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və ##.##.2017-ci il tarixli texniki pasport tərtib edilmişdir.Yaşayış evinin texniki göstəriciləri 2013-cü ildə tikilmiş Liter “A”-da ümumi sahəsi 122.5 kv.m, yaşayış sahəsi 45.7 kv.m, köməkçi sahə 76.8 kv.m 2 mərtəbəli 3 yaşayış otaqından; 1938-ci il tarixdə liter “B”-də ümumi sahəsi 25.8 kv.m, yaşayış sahəsi 12.8 kv.m, köməkçi sahə 13 kv.m 1 mərtəbəli 1 otaqdan; 2010-cu ildə tikilmiş liter “C”-də ümumi sahəsi 8.8 kv.m qeyd edilmişdir. Hazırda ünvan 3 (Yeni qaydalarla: ünvan 1 18) ünvanında yerləşən daşınmaz əmlak ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, 200013009590-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı mülkiyyətindədir. 7.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 3- cü döngə, ev 10, Yeni qaydalarla: AZ 2001 ünvan 2 18 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. Ərizəsində qeyd olunan üçüncü şəxs gəlinidir. Üçüncü şəxs 2020-ci ildə iddiaçının oğlu ilə nikaha daxil olmuş, 2022ci ildə isə aralarında olan nikah pozulmuşdur. Həmin şəxs onun evində yaşamayıb formal olaraq qeydiyyatdadır. Onun qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etsə də, bundan imtina edilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

12. Gəncə Inzibati Məhkəməsinin (hakim F.Əliyev) ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

13. Məhkəmə hesab etmişdir ki, hazırda mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün iki şərt məcmu halda ödənilməlidir: şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır; şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilindən qeydiyyatdan çıxarılmasını istədiyi üçüncü şəxs onun keçmiş gəlinidir. Hazırkı iş üzrə iddia tələbinin təmin olunması üçüncü şəxsin daşınmaz əmlaka münasibətdə əşya hüquqlarının mövcudluğunun müəyyən edilməsindən asılıdır. Belə olan halda üçüncü şəxsin sözügedən əmlaka dair istifadə hüquqlarının yaranıb-yaranmadığı, hazırda mövcud olmaqda davam etdiyi, xitam verildiyi və s. xüsusatlar yoxlanılmalı və qiymətləndirilməlidir. Belə yoxlama və qiymətləndirmə isə mülki hüquqa aid olan məsələnin həlli olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Sadalananlara əsasən məhkəmə hesab etmişdir ki, iddia əsassızdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələbindəndə göründüyü kimi, vətəndaşlar yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Üçüncü şəxs Üçüncü şəxs ona məxsus evdə qeydiyyatda olduğu halda başqa ünvanda yaşamaqla qanunun tələblərini pozmuşdur. Məhkəmə qərarın əsaslandırma hissəsində ## ####### 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cii maddələrinə, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə istinad etmişdir. Hesab edir ki, bu yanaşma yanlışdır, belə ki, üçün şəxs 2020-ci ildə bu mənzilə qeydiyyata düşüb. Belə olan halda bu münasibətlərə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və müvafiq sahəni tənzimləyən qanunları tam araşdırmamışdır. Qərarda məhkəmə qeyd etmişdir ki, “hazırkı iş üzrə iddia tələbinin təmin olunması üçüncü şəxsin daşınmaz əmlaka münasibətdə əşya hüquqlarının mövcudluğunun müəyyən edilməsindən asılıdır. Belə olan halda üçüncü şəxsin sözügedən əmlaka dair istifadə hüquqlarının yaranıb-yaranmadığı, hazırda mövcud olmaqda davam etdiyi, xitam verildiyi və s. xiısusatlar yoxlanılmalı və qiymətləndirilməlidir. Belə yoxlama və qiymətləndirmə isə mülki hüquqa aid olan məsələnin həlli olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.” Məhkəmənin bu mövqeyi ilə bağlı bildirir ki, keçmiş gəlini bu evdə yaşamamışdır, onun bu evdə yaşaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Üçüncü şəxsin bu evdə yaşamadığı halda onun hər hansı bir istifadə hüququ yaranmır. Daha sonra, məhkəmə qərarında qeyd edir ki, “iddiaçı istifadə hüququ və ya belə hüquqa xitam verilməsi, yaxud da olmaması ilə bağlı heç bir məhkəmə qərarı təqdim etmədən inzibati orqandan onun ailə üzvlərinin yaşayış sahəsində faktiki olaraq yaşamadığını, həmin yaşayış sahəsinə heç bir hüququnun mövcud olmadığını müəyyən etməyi tələb edir. Yəni iddiaçının qənaətinə görə, ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələrdə nəzərə alınmalı olan Konstitusiya Məhkəməsinin qərarlarının mövqeyi inzibati orqanda da rəhbər tutulmalı və polis orqanı əsaslar mövcud deyilsə istifadə hüququna kompensasiya ödənilmədən ehtiyac meyarının aradan qalxmasına əsas olaraq xitam verilməsini müəyyən etməli və şəxsi qeydiyyatdan çıxarmalıdır. Halbuki həmin halların, yəni üçüncü şəxslərin ailə qurduqdan sonra yaşayış sahəsində yaşayıbyaşamaması, servituta xitam verilmə əsaslarının mövcud olub olmaması, ehtiyac meyarının olub-olmaması, istifadə hüququna xitam əsaslarını mövcuddursa, kompensasiya və ya kompensasiya olmadan istifadə hüququna xitam verilməli olubolmamasının müəyyən edilməsi inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz.” Məhkəmənin bu mövqeyi ilə bağlı bildirir ki, üçüncü şəxsin qeydiyyatı formal xarakter daşıyır. Həmin şəxs bu evdə yaşamamışdır. Belə olan vəziyyətdə ümumi yurisdiksiyalı məhkəmələrə müraciət etməyə əsas yoxdur. Həmçinin məhkəmə bir vacib məqamı nəzərə almamışdır, ümumi yurisdiksiyalı məhkəmələr qeydiyyatdan çıxarlma məsələlərinə baxmırlar. Üçüncü şəxsin yaşayış sahəsindən istifadə hüququ yaranmayıb, ona görə də yaranmayan hüquqa xitam verilməsi üçün ümumi yurisdiksiyalı məhkəmələrə müraciət etməyə ehtiyyac yoxdur. Digər tərəfdən gəlin onun ailə üzvü deyil. Ona məxsus mənzilə onun istifadə hüququ yarana bilməz. Bildirir ki, keçmiş gəlini bu evdə yaşamamışdır, onun bu evdə yaşaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bu halı məkməməyə bildirsə də məhkəmə müvafiq icra hakimiyyəti orqanlarına sorğu göndərərək həmin şəxsin yaşayıb yaşaması barədə məlumat əldə edə biləcəyi halda, bunu etməmişdir. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə qərarının qanuni və əsaslı olması üçün sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin onun tərəfindən təqdim edilmiş sübutlar tam və hərtərəfli araşdırılmamışdır. Göstərilənlərə əsasən hesab edir ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından Qərar tamamilə əsassızdır və ləğv olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi, əlavə olaraq sədrlik edənin suallarına cavabında qeyd etdi ki, üçüncü şəxs onun oğlu ilə 2019-cu ildə nikaha daxil olmuşdur, onun razılığı ilə 2020-ci ildə sözügedən evə qeydiyyata düşmüşdür, daha sonra 2022-ci ilin aprel ayından gəlin atasına evinə getmiş və həmin ilin noyabr ayında isə tərəflər məhkəmə qaydasında boşanmışdır, hazırda həmin şəxs Gəncə şəhəri, Sevinc qəsəbəsində yaşayır.

18. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Maddə 5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdəyeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

22. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

24. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

25. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

26. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

27. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

28. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

29. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

30. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

31. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

32. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

33. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.

36. Iş materialları ilə müəyyən olunur ki, Gəncə şəhəri * saylı notariat kontorunun ##.##.2017-ci il tarixdə 2V-71 reyestr nömrə ilə təsdiq etdiyi “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən, ünvan 3 (Yeni qaydalarla: ünvan 1 18) ünvanında yerləşən fərdi-yaşayış evi X5 adından İddiaçı adına keçmiş, ona ##.##.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, 202013003389-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda da həmin ünvanda yerləşən fərdi yaşayış evi ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, 200013009590-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı mülkiyyətindədir. Iddiaçı cavabdeh Cavabdeh müraciət edərək, ona məxsus olan mənzildə formal qeydiyyatda olan üçüncü şəxs Üçüncü şəxs qeydiyyatdan çıxarılmasını xahiş etsə də, cavabdeh orqan tərəfindən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir.

37. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, üçüncü şəxsin qeyd olunan ünvandan qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

38. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları göstərilmişdir. Həmin əsaslardan biri də, Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

39. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir.

40. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr isə şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir.

41. Məhkəmə kollegiyası cavabdehin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, mənzilə istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz.

42. Belə ki, işin faktiki hallarına əsasən müəyyən edilir ki, Üçüncü şəxs iddiaçının keçmiş gəlinidir. Həmçinin, Gəncə Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin məzmunu ilə müəyyən edilir ki, X2 ilə Üçüncü şəxs nikahı ##.##.2019-cu il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2738 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Osmanova” soyadı verilmişdir. Həmin qətnamə əsasında onlar arasında rəsmiləşdirilmiş nikah pozulmuşdur.

43. Digər tərəfdən məhkəmə kollegiyasının sorğusuna verilmiş cavab məktubuna əsasən Üçüncü şəxs Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 3-cü döngə,ev 10 (Yeni qaydalarla: ünvan 2 18) ünvanında yaşamadığı müəyyən edilmişdir.

44. Qeyd edilməlidir ki, üçüncü şəxs hazırda iddiaçının ailə üzvü deyil və ona məxsus evdə faktiki olaraq yaşamır. Bu baxımdan hazırki halda üçüncü şəxsin iddiaçıya məxsus evdən istifadə hüququna malik olmasından söhbət gedə bilməz, çünki həmin şəxs qeyd olunan evdən köçdüyünə və özünə başqa yaşayış yeri seçdiyinə görə hazırda mübahisəli daşınmaz əmlakla hüquqi bağlılığı yoxdur.

45. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair ## ######## 2020-ci il qərarında qeyd etmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması hallarında qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

46. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012ci il ## ###### tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.

47. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğu halında belə mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir.

48. Bundan əlavə qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ##### 2003-cü il tarixli, **s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.

49. Beləliklə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər.

50. Bu əsasla, məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməli, üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehə həvalə edilməlidir.

51. Odur ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə əsassızdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.

52. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Üçüncü şəxs Üçüncü şəxs ünvan 3, Yeni qaydalarla: AZ 2001 ünvan 2 18 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar