Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-207/2026 31.03.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları:
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə ##.##.2023-cü il tarixdə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim E.Axundov) iddia tələbinin təmin edilməsi, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin Cavabdeh həvalə edilməsi qərara alınmışdır.
3. Cavabdeh Cavabdeh Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, məhkəmənin və cavabdehin hüquqi mövqeyini nəzərə almaqla iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin qismən təmin edilərək, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmasını xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Həmçinin, Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarından verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə mümkün sayılmamış, kassasiya şikayətinin qəbulundan imtina edilmişdir.
6. Bundan sonra, Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli icra məktubu ##.##.2024-cü il tarixdə, saat 12:09-da cavabdehin elektron kabinetinə yerləşdirilmiş və Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı icra edildikdən sonra bu barədə məhkəməyə 10 (on) gün müddətində rəsmi qaydada məlumat verilməsi xahiş olunmuşdur.
7. Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli “məhkəmə qərarının icra tədbiri barədə” sorğusuna Cavabdeh tərəfindən verilmiş ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün göndərilən qərara Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış və razılaşdırılması məqsədi ilə Azərbayan Respublikası Nazirlər Kabinetinə göndəriləcək.”
8. Cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə “AZEMIS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının nəticəvi hissəsinin izah edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçının iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh üzərinə iddiaçı İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulması qərara alınmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncuon birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliy, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X1 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Beləliklə, məhkəmə qərarın nəticəvi hissəsində iddiaçı İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmasını göstərsə də, yuxarıda qeyd olunan Əsasnaməyə əsasən iddiaçıya “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə razılaşdırılmaq məqsədi ilə göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması ifadəsi əlavə olmadığından qərarın icra edilməsində çətinlik yaranmışdır.
10. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim N.Hüseynov) Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2-1(114)- ****/**** nömrəli qərarının nəticəvi hissəsinin izah edilməsi barədə cavabdeh Cavabdeh ərizəsi təmin edilməmişdir.
11. Məhkəmə qərardadında qeyd edilmişdir ki, izah edilməsi xahiş edilən Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının yekun hissəsi iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmaqla aydın şəkildə ifadə edilmiş və cavabdeh tərəfindən məhkəmə qərarında əks olunmuş şəkildə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi təmin edilməlidir.
12. Cavabdeh Cavabdeh qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi və iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının nəticəvi hissəsinin izah edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti “qərarın nəticəvi hissəsinin izah edilməsi barədə” ərizənin dəlilləri ilə əsaslandırılmışdır.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Razim oğlu apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
16.Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra – inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 230.1. Işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.[327] Maddə 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Maddə 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi bu barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində məhkəmə iclasında həll olunur. Işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Maddə 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Inzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Iş üzrə icraat materialları ilə müəyyən edilir ki, cavabdeh Cavabdeh Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2- 1(114)-2738/2023-cü tarixli qərarının izah edilməli olduğu qənaətinə gəlmiş və bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahıların Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilməsi ilə əsaslandırmışdır.
21. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2-1(114)-2738/2023-cü tarixli qərarının yekun hissəsi sadəcə olaraq “İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulsun” məzmununda olmuş, qeyd edilən qərar üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.
22. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də ayrı-ayrı kateqoriya şəxslərə münasibətdə “Müharibə veteranı” adının məhz hansı sənədlər əsasında və hansı səlahiyyətli orqanlar tərəfindən veriləcəyi aydın nizamlanmışdır. Iddiaçıya münasibətdə “Müharibə veteranı” adının məhz Cavabdeh tərəfindən verildiyi təsbit edilmişdir.
23. Bununla yanaşı, həmin Əsasnamənin 2-ci hissəsinin qeydində həm də belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
24. Qeyd olunan normanın tətbiqinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində “Müharibə veteranı” adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə “Müharibə veteranı” adının verilməsi ilə bağlı məsələni həll edərkən Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir.
25. Bundan fərqli olaraq, şəxsə “Müharibə veteranı” adının verilməsindən imtina olunduqda, yəni hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Cavabdeh tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının “Müharibə veteranı” adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də, məhkəmə mübahisələri yarandıqda, cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir.
26. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar.
27. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.
28. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli, * saylı Qərarının 14-cü bəndində qeyd olunmuşdur ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Lakin, qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə, yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız məhkəmə qərarında əks olunmuş fikir dəqiq və aydın ifadə olunmadıqda, habelə onda ziddiyətli məqamların mövcud olması səbəbindən icra olunmasında çətinliklər yarandıqda məhkəmə, qərarın məzmununu dəyişdirmədən ona izah verə bilər.
30. Belə olan halda, hazırkı iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2023cü il tarixli, *-*(***)-****/**** saylı qərarının icrasını çətinləşdirən və yaxud qeyrimümkün edən hallar olmadığından, məhkəmə kollegiyası hesab edir ki, qərara izah verilməsinə əsas yoxdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.