Məhkəmə qərarları › İş №2-1(3-7)-211/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-211/2026

05.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-211/2026 05.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı oğlunun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Işin halları 1.

2. ##.##.1994-cü il tarixli, *** nömrəli ‘‘Xəstəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ##.##.1994-cü il tarixdə Ağdərənin Akop-Komari kəndində gedən döyüşlər zamanı pulemyot gülləsindən aldığı “sol pəncənin dəlib keçən güllə yarası” diaqnozlu xəstəlik “hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmiş və hərbi qeydiyyatdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmişdir. 3.

4. Şəmkir rayon Hərbi Komissarlığının ##.##.1997-ci il tarixli, 255№-li əmrindən çıxarışda görünür ki, Azərbaycan Respublikasının hərbi qulluq haqqında qanununa əsasən Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və hərbi qulluğa yararsız hesab olunmuş aşağıda adları göstərilmiş siravi və Rlar hərbidən azad olunsunlar və hərbi qeydiyyata qəbul edilsinlər. 29-253 siravi - İddiaçı -1964, Dekabr 1992-ci il ildən N nömrəli hərbi hissədə qulluq etmiş. Əsas Xəstəlik tarixi №*** ##.##.1994cü il.

5. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsinin ##.##.2024-cü il tarixli arayışında görünür ki, ##.##.1964-cü il təvəllüdlü İddiaçı ##.##.1982-ci il tarixdən ##.##.1984-cü il tarixədək keçmiş SSR-i Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə, ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək Azərbaycan Ordusunda hərbi xidmətdə olmuşdur. ##.##.1994-cü il tarixdə keçmiş SSR-nin 1987-ci il tarixli *** nömrəli əmri, N nömrəli hərbi hissənin hərbi həkim komissiyasının qərarı ilə, xəstəliklər cədvəlinin "İ" qrafasının "44a" maddəsinə əsasən "dinc dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı hesab olunmuşdur. Ağdərə bölgəsində gedən döyüşlərdə iştirak etmişdir və ##.##.1994-cü il tarixdə yaralanmışdır.

6. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli məktuda görünür ki, ona Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın ##.##.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Cavabdeh Mərkəzi Arxivinin ##.##.2024-cü il tarixli, **** nömrəli arayışına əsasən hərbi xidməti və döyüş əməliyyatlarında iştirakı barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

7. Müdafiə Nazirliyinin Tibbi X1 Inzibati Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına məxsus xəstəlik haqqında şəhadətnamələri Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinə təhvil verilmədiyi üçün məlumat verə bilmirlər. Vətəndaş İddiaçı ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək "Sol ayaq pəncəsinin içəri səthindən girmiş ayaq arxasından xaric olmuş ayaq darağı sümüklərinin sınığı ilə güllə yarası diaqnozu ilə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Tərtər hospitalında) stasionar müayinə və müalicədə olmuşdur.

8. Müdafiə Nazirliyi tərəfindən Gəncə Inzibati Məhkəməsinə ünvanlanmış ## ##### 2025-ci il tarixdə məktubda görünür ki, N №-li hərbi hissə komandirinin dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmasıehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır.

9. Məhkəmə sorğusuna Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **/*** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxivində vətəndaş İddiaçı barəsində ##.##.1994-cü il tarixli, *** nömrəli "Xəstəlik haqqında şəhadətnamə” dən başqa heç bir sənəd və məlumat yoxdur. Həmin qərarın verilməsinə əsas olmuş sənədlər Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivində saxlanılır.

10. Müdafiə Nazirliyi tərəfindən Gəncə Inzibati Məhkəməsinə ünvanlanmış ## #### 2025-ci il tarixli məktubda görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır.

11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından ## ###### 2025-ci il tarixdə Gəncə Inzibati Məhkəməsinə ünvanlanmış məktubda görünür ki, xidmət keçdiyi qurum tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə altsisteminə Fərmanın müddəalarına uyğun daxil edilmiş xəsarət məlumatlarına və Əlillik altsistemində olan 3-cü dərəcə əlilliyinə əsasən İddiaçı birdəfəlik ödəmə üzrə ##.##.2022-ci il tarixində 4400 manat, daha sonra arxiv sənədləri əsasında müəyyən edilmiş 2-ci dərəcə əlilliyinə görə isə ##.##.2022-ci il tarixində 2200 manat fərq məbləğində ödəniş proaktiv qaydada icra edilmişdir. 12.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

14. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ilin dekabr ayında könüllü kimi Şəmkir rayon Hərbi Komissarlığından ölkənin ərazi bütövlüyünün təmin olunması üçün erməni qəsbkarlarına qarşı döyüşlərə qatılmış, N nömrəli hərbi hissənin (Mingəçevir batalyonu) tərkibində qulluq etməklə, hər cür təminatla təmin edilərək xidmətə başlamışdır. Tərtər rayonunun Akop-kamari kəndi uğrunda gedən ağır döyüşlər zamanı ##.##.1994-cü il tarixdə düşmənin atdığı snayper gülləsindən sol ayağının topuq nahiyyəsindən xəsarət almışdır. Yəni snayper gülləsi topuq nahiyəsini dəlib keçmişdir. Döyüş yoldaşları onu əvvəlcə tibb məntəqəsinə gətirmiş, oradan Bərdə hospitalına aparmış, orada cərrahiyyə əməliyyatı olunduqdan sonra qatarla onu Bakı şəhərində travmatologiya xəstəxanasında müalicəyə göndərmişlər. Iki ay orada müalicə olunduqdan sonra, xəstəxanananın travma şöbəsinin müdiri, həm də müalicə həkimi Mehman həkimin göstərişi ilə onu Gəncə şəhərindəki *** saylı hərbi hospitala göndərmişlər. *** saylı hərbi hospitalda yaralı, həm də ağır yaralı xəstə çox olduğuna görə onu əvvəlcə Gəncə * saylı TTY xəstəxanasının travma şöbəsinə göndərmiş, orada bir müddət mülicə aldıqdan sonra, *** saylı hərbi hospitala göndərmişlər. Hospitalda ağır xəstələr çox olduğundan hospitalda 20 gün hər gün sarğıya gedib yaranın sarğısını dəyişdirib gəlmişdir. 1994-cü ildən forma 88 əsasında ona TSEK II qrup əlillik təyin etmişdir. 2000-ci ildən III qrup müharibə əlili kimi pensiya almışdır. 2021-ci ilin iyul ayından əlilliyi ləğv edilmişdir. Onunla birgə döyüşlərdə iştirak edən şəxslərin hamısı bu gün müharibə veteranı kimi imtiyazlardan istifadə edirlər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə baxmayaraq, bununla bağlı dövlət tərəfindən müəyyən güzəştlərdən və ya hər hansı imtiyazlardan istifadə edə bilmir. Bu da onun konstitusiya ilə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olur. Bildirir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə inzibati orqan olan Cavabdeh ərizə ilə müraciət etsə də, həmin inzibati orqan ##.##.2024-cü il tarixli, 3- 25-2/2- *-****-*-/**** nömrəli cavab məktubu ilə bundan imtina edərək göstərmişdir ki, "Ərizənizə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiya”da ##.##.2024-cü il tarixdə baxılaraq, barənizdə müsbət qərar qəbul edilməmişdir. O cavabdeh orqanın imtinasının qanunsuz və əsassız hesab edir. Ona görə ki, ##.##.1994-cü il tarixli tibbi sənəddə qeyd olunmuşdur ki, hərbi xidmətə tam yararsızdır.

15. Cavabdeh Cavabdeh məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Cavabdeh Mərkəzi Arxivinin ##.##.2024-cü il tarixli, **** nömrəli arxiv arayışına əsasən iddiaçının hərbi xidməti döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat aşkar edilməmişdir. Işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Ona görə də iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

17. Gəncə Inzibati Məhkəməsinin (hakim R.Tağıyeva) ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh həvalə edilməsi qərara alınmışdır.

18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək "Sol ayaq pəncəsinin içəri səthindən girmiş ayaq arxasından xaric olmuş ayaq darağı sümüklərinin sınığı ilə güllə yarası diaqnozu ilə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Tərtər hospitalında) stasionar müayinə və müalicədə olmuşdur. Şəmkir rayon Hərbi Komissarlığının ##.##.1997-ci il tarixli, 255№-li əmrdən çıxarışa əsasən, İddiaçı Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və hərbi qulluğa yararsız hesab olunmuş hərbi qulluqçu kimi hərbidən azad olunmuş hərbi qeydiyyata qəbul edilmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edildiyindən, onun qanunla müəyyən edilmiş qaydada hərbi xidmətə daxil olması və xidmətdən tərxis olunması müəyyən olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçının müvafiq qeyddə nəzərdə tutulmuş şəxslər kateqoriyasına aid olmadığı, həmçinin iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyinin həmin dövrdə deyil, 2002-2021-cü illərdə müəyyən edildiyi, həmin dövrdən sonra onun növbəti müddətə əlilliyinin müəyyən olunmadığı nəzərə alınmamışdır. Halbuki, nəzərə alınmalıdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı (hazırkı halda Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq tibbi-sosial ekspert komissiyası) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən və həmin qərarda müəyyən edilmiş müddətə əlilliyi olan şəxs hesab edilir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Həmçinin, iddiaçı 2024-cü ilədək “Müharibə veteram” adı və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etməmişdir. Beləliklə, müvafiq qanunvericilik normalarına görə və qeyd edilən səbəblərdən iddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini tələb etməkdə haqlı sayıla bilməz. Bu baxımdan iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanuni və əsaslı hesab edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Iddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

23. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

24. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

25. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.

26. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

28. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2006-cı il tarixli, *** nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.

29. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (# ####### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).

30. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün.

31. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

32. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

33. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

34. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

35. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

36. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

37. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

38. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

39. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

40. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

41. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

42. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

43. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apelyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh - Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh orqan isə cavabında Cavabdeh Mərkəzi Arxivinin ##.##.2024-cü il tarixli, **** nömrəli arayışına əsasən hərbi xidməti və döyüş əməliyyatlarında iştirakı barədə məlumat olmadığını bildirərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etmişdir.

47. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsidir.

48. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 3cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

49. Qeyd olunan normanın mənasına görə, şəxsin hərbi xidmət keçməsi onun qanunla müəyyən edilmiş qaydada hərbi xidmətə daxil olması və xidmətdən tərxis olunması ilə müəyyən olunur.

50. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə nəzərdə tutulduğu kimi, Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar əsasında verilir.

51. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

52. Işdə olan Müdafiə Nazirliyi tərəfindən Gəncə Inzibati Məhkəməsinə ünvanlanmış ## ##### 2025-ci il tarixdə məktubda görünür ki, N №-li hərbi hissə komandirinin dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması-ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır.

53. Buna baxmayaraq, Müdafiə Nazirliyi tərəfindən ##.##.2026-cı il tarixdə Gəncə Inzibati Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, N №-li hərbi hissənin ##.##.1993-##.##.1994-cü il tarixli “Yaralıların və xəstələrin qeydiyyatı” kitabında (əsas: səh-94) İddiaçı adı yazılmış, lakin adının qarşısında sıra nömrəsi, hərbi hissənin nömrəsi, hərbi rütbəsi, yaralandığı tarix, hansı diaqnozla daxil olması, göstərilən ilk yardım, hara təxliyə olunması və ona baxan həkimin soyadı qeyd olunmamışdır.

54. Göründüyü kimi, cavabdeh orqan N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması-ehtiyata buraxılması barədə məlumat aşkar olunmadığını qeyd etsə də, N №-li hərbi hissənin ##.##.1993-##.##.1994-cü il tarixli “Yaralıların və xəstələrin qeydiyyatı” kitabında (əsas: səh-94) onun adının olduğunu bildirmişdir.

55. Digər tərəfdən məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla (iddiaçıya məxsus hərbi bilet, qeydiyyat kartası, eləcə də məhkəmə sorğularına əsasən əldə edilmiş sənədlərlə) təsdiq edilmişdir ki, iddiaçı İddiaçı ##.##.1992-ci il tarixdə N nömrəli hərbi hissənin siyahasına daxil olmuşdur. Daha sonra ##.##.1994cü il tarixdə Ağdərənin Akop-Komari kəndində gedən döyüşlər zamanı pulemyot gülləsindən yaralanmış və bundan dolayı müxtəlif xəstəxanalarda müalicə keçmiş, ən sonda ##.##.1994-cü il tarixli, *** nömrəli ‘‘Xəstəlik haqqında şəhadətnamə” əsasında şəhadətləndirilmiş və onun ##.##.1994-cü il tarixdə Ağdərənin Akop-Komari kəndində gedən döyüşlər zamanı pulemyot gülləsindən aldığı “sol pəncənin dəlib keçən güllə yarası” diaqnozlu xəstəlik “hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmiş, eyni zamanda hərbi qeydiyyatdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmişdir. Bundan sonra, Şəmkir RHK-nin ##.##.1997-ci il tarixli əmri ilə N №-li hərbi hissədən ehtiyata buraxılmışdır.

56. Həmçinin, İddiaçı ##.##.1994-cü il tarixdən başlayaraq ##.##.2016-cı il tarixədək hər il 1 il müddətinə, ##.##.2016-cı il tarixdən ##.##.2021-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir.

57. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya veteran statusunun verilməsi üçün qanunvercilikdə nəzərdə tutulmuş şərtlərin ödənlidiyi müəyyən edilir. Belə ki, yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, iddiaçı xidmət etdiyi N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyindən, döyüş zamanı yaralandığına görə hərbi həkim komissiyası tərəfindən ##.##.1994-cü il tarixdə şəhadətləndirilən zaman hərbi qeydiyyatdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edildiyindən, eyni zamanda “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” əlilliyi müəyyən edildiyindən və bunun nəticəsində Şəmkir RHK-nin ##.##.1997-ci il tarixli əmri ilə N №-li hərbi hissədən ehtiyata buraxıldığından yuxarıda istinad edilən N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında onun hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması-ehtiyata buraxılması barədə məlumat aşkar olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur.

58. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edir. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

59. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar