Məhkəmə qərarları › İş №2-1(3-7)-216/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-216/2026

18.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-216/2026 18.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iş üzrə QƏRARI Açar sözlər: qərarların ləğv edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Işin halları

1. ** saylı Ərazi Vergilər Baş Idarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli qərarına əsasən İddiaçı məxsus Gəncə şəhəri, Nəriman Nərimanov ünvanında yerləşən gözəllik salonunda nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.

2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən ##.##.2024-cü il tarixli, KY********* nömrəli çıxarışdan görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Nəriman Nərimanov ünvanında yerləşən gözəllik salonunda Vergi Məcəlləsinin 50.1.3 və 50.1.7-ci maddələrində nəzərdə tutulmuş hüquqi əsaslar üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi vahid məlumat reyestrinə daxil edilmişdir. 3.

4. ##.##.2024-cü il tarixli ****** nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz " əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında Akt”-dan görünür ki, həyata keçirilmiş operativ vergi nəzarəti nəticəsində təsərrüfat subyektində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsin - X3 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir.

5. ** saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli qərarı ilə, vergi ödəyicisi İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir.

6. ** saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli qərarı ilə, vergi ödəyicisi İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. 7.

8. Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə ##.##.2024-cü il tarixli hesabatdan görünür ki, vergi ödəyicisi İddiaçı X4 adlı işçisi olmaqla sonuncunun adına aktiv əmək müqaviləsi olmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh inzibati orqanın ##.##.2024-cü il tarixli, 24012002362888 və ************** saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarlarına əsasən ümumilikdə 3000 manat cərimə edilmişdir. Cavabdeh inzibati orqan qəbul etdiyi qərarlarını onunla əsaslandırmışdır ki, ##.##.2024- cü il tarixli, 039009 və ***** saylı aktlarına əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydasını pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər işçini işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. ##.##.2024-cü il tarixli, *-**-*-**/*-İ-***-**/**** saylı elektron məktubla yuxarıda qeyd olunan inzibati qərarlar və onun qəbul edilməsinə əsas olmuş 34 vərəq sənəd ona göndərilmişdir. Cavabdeh orqanın qəbul etdiyi inzibati qərar və həmin qərarın qəbul edilməsi üçün gətirdiyi xüsusatlar əsassızdır. Ilkin olaraq##.##.2024-cü il tarixli, ************** saylı qərarın məzmununa diqqət etdikdə açıqaşkar görünür ki, İddiaçı ##.##.2024-cü il tarixli, ***** nömrəli akt əsasında əsasında məsuliyyətə cəlb edilmişdir. 34 vərəq olan inzibati icraat materiallarında isə ##.##.2024cü il tarixli, ***** nömrəli hər hansı akt yoxdur. Mövcud olan #.##.2024-cü il tarixli, ****** saylı aktdır. Sual yarana bilər ki, bir rəqəmin əksik olmasının iş üçün əhəmiyyəti nədir? Zərurət ondan ibarətdir ki, bütün dövlət orqanları, o cümlədən də, cavabdeh orqan vahid elektron sənəd dövriyyəsinə qoşulmuşdur. Bütün sənədləşmə işləri elektron qaydada gedir və sənədlərə nömrəni də, sistem özü verir. Mübahisələndirilən qərar da, yazılan aktın nömrəsinin inzibati icraat materiallarında olan sənədlərlə uyğunsuzluq təşkil etməsi texniki cəhətdən səhvin nəticəsi ola bilməz. Qeyd olunan aktın nömrəsi eyni ilə ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*****/**** saylı bildirişdə göstərilmişdir. Həmin bildirişdə qeyd olunur ki, “barənizdə ##.##.2024-cü il tarixli DVX seriyalı ***** nömrəli Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarəti haqqında” akt tərtib edilmişdir. 34 vərəq olan inzibati icraat materiallarında diqqət çəkən digər məqam isə ##.##.2024-cü il tarixdə keçirilən operativ vergi yoxlanılması zamanı əhali ilə nağd pul hesablaşmaları qaydalarının pozulubpozulmamasının müəyyən edilməsi ilə bağlı aparılmış prosessual hərəkəti özündə ehtiva edən protokol inzibati icraat materiallarında yoxdur. Inzibati icraat materiallarında olan ##.##.2024-cü il tarixli protokoldur ki, həmin protokolda yalnız işçilərin əmək müqaviləsinin yoxlanılması ilə bağlı aparılmış prosessual hərəkət qeyd edilmişdir. ##.##.2024-cü il tarixli, DVX-nin ****** saylı aktında göstərilir ki, “##.##.2024-cü il tarixdə saat 11:50-də Gəncə şəhəri Nəriman Nərimanov ünvanında yerləşən Gözəllik salonunda müştəri tərəfindən 4 manat dəyərində xidmət alındı və bunun müqabilində NKA-ya çek vurulmadı və müştəriyə təqdim edilmədi. Bu xüsusatla bağlı qeyd edir ki, elə bir fakt olmayıbdır. Həmin faktın olmamasının təsdiqi inzibati icraat materiallarında olan ##.##.2024-cü il tarixli protokoldur. Həmin protokolda qeyd olunur ki, Gözəllik salonunda yoxlama saat 12:00-da başlanılmışdır. Əgər cavabdeh orqan 12:00-da yoxlamaya başlayıbsa, saat 11:50-də əhali ilə hesablaşma qaydasının pozulmasının müəyyən edilməsi inandırıcı deyildir.

11. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və iddianın rədd edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan olan ** saylı Ərazi Vergilər Baş Idarəsi vergi qanunvericiliyində əks olunmuş və vergi orqanlarına verilmiş hüquqi səlahiyyət çərçivəsində sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvanda operativ vergi nəzarəti tədbiri həyata keçirmişdir. Iddiaçının sahibkarlıq fəaliyyəti üzrə aparılmış operativ vergi nəzarəti cavabdehin ##.##.2024-cü il tarixli, ************** nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı əsasında həyata keçirilmişdir. Sözügedən qərar Vergi Məcəlləsinin 50.1.3-cü və 50.1.7-ci maddələrində əks olunmuş əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini əhatə etmişdir. ##.##.2024-cü il tarixli, ************** nömrəli qərar əsasında cavabdeh inzibati orqanda vergi ödəyicisi kimi qeydiyyatda olan hazırkı işdə iddiaçı İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Gəncə şəhəri, N. Nərimanov prospektində yerləşən gözəllik salonunda ##.##.2024-cü il tarixdə cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Yoxlama tədbiri zamanı vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması, eyni zamanda AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları müəyyən olunmuş və yoxlamanın nəticəsi ##.##.2024-cü il tarixli DVX seriyalı ****** nömrəli və ****** nömrəli aktlarla rəsmiləşdirilmişdir Həmçinin qeyd edilir ki, KY********* nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”əsasında hazırkı operativ vergi nəzarəti tədbiri reyestrdə müvafiq qaydada qeydiyyatdan keçirilmişdir. Operativ vergi nəzarəti tədbirində iddiaçı iştirak etməmiş, həmçinin istifadəsində olan ********** nömrəli mobil telefon vasitəsi ilə ona vergi nəzarəti tədbiri haqqında məlumat verilmiş və yoxlamada iştirak etməsi tövsiyyə edilmişdir. İddiaçı Gəncə şəhərindən kənarda olduğu üçün yoxlama tədbirində iştirak edə bilməyəcəyini bildirmişdir. Bu baxımdan cavabdehin əməkdaşları tərəfindən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”la iddiaçının əmək müqaviləsi ilə işçisi olan X4 tanış edilməsi təmin olunmuşdur. Nəzarət tədbiri zamanı iddiaçının istifadəsində olan gözəllik salonunda müştəriyə göstərilmiş xidmət müqabilində onun tərəfindən ödənilmiş 4 manat nağd pula görə nəzarət-kassa aparatının çekinin vurulmadığı və müştəriyə təqdim olunmadığı aşkar olunmuş, yayındırılmış məbləği nəzarət-kassa aparatında bərpa etməyə çalışarkən vergi ödəyicisinin nəzarət-kassa aparatının olmadığı məlum olmuşdur. Keçirilmiş nəzarət tədbiri zamanı həmçinin 1 nəfər fiziki şəxsin – X3 (FIN KOD: 2TDWM5R) qızının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunmuşdur. Iddiaçı ərizəsində ##.##.2024-cü il tarixli ************** nömrəli qərarda aktın nömrəsinin düzgün yazılmadığını, ##.##.2024cü il tarixdə keçirilən operativ vergi yoxlanılması zamanı əhali ilə pul hesablaşmaları qaydalarının pozulub-pozulmamasını müəyyən edilməsi ilə bağlı aparılmış prosessual hərəkəti özündə ehtiva edən protokolun inzibati icraat materiallarında olmadığını, ##.##.2024-cü il tarixli protokolda gözəllik salonunda yoxlamanın saat 12:00-da başlanılmasının göstərilməsi səbəbindən saat 11:50-də əhali ilə hesablaşma qaydalarının pozulmasının müəyyən edilməsinin inandırıcı görsənmədiyini” qeyd etmişdir. Işin yuxarıda qeyd edilmiş faktiki və hüquqi hallarına əsasən bildirilir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıda qeyd olunan maddələrin məzmunundan da göründüyü kimi iddiaçının fəaliyyət növü nəzarət-kassa aparatı quraşdırmadan həyata keçirilən fəaliyyət növü deyildir. Bu səbəbdən də iddiaçı tərəfindən müvafiq fəaliyyət növü ilə məşğul olmağa başlandığı zaman nəzarət-kassa aparatı quraşdırılmalı və əhali ilə pul hesablaşmalarını nəzarətkassa aparatından kənar aparmamalıdır. Aktdan da göründüyü kimi iddiaçının vergi orqanında qeydiyyatdan keçmiş nəzarətkassa aparatı yoxdur. Eyni zamanda operativ vergi nəzarəti tədbirinin keçirildiyi zaman fəaliyyəti aktiv olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı fəaliyyətini nəzarət kassa aparatı vasitəsi ilə həyata keçirməli olması səbəbindən obyektdə (gözəllik salonunda) NKA-nin olmaması faktı özü əhali ilə pul hesablaşmalarının pozulması faktının baş verməsini sübut edən haldır. Tərəfimizdən tərtib edilmiş aktdan da görünür ki, müştəriyə göstərilmiş xidmət müqabilində ödənilmiş 4 manat nağ pul vəsaiti nəzarət kassa aparatına mədaxil edilməmişdir. Bu da birmənalı olaraq sübut edir ki, iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydası pozulmuş və haqlı olaraq da vergi orqanı onun barəsində maliyyə sanksiyası tətbiq etmişdir. Nəzərə alınmalı məqam ondan ibarətdir ki, iddiaçı fərdi qaydada fəaliyyət göstərməmişdir. Operativ vergi nəzarəti materiallarına əlavə edilmiş “Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə hesabat”dan görünür ki, tərəfimizdən aşkar edilmiş işçidən savayı iddiaçının rəsmi əmək müqaviləsi olan digər işçisi də (X4) olmuşdur. Iddiaçı fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olmadığından VM-nin 16.1.8-ci maddənin tələbləri əsasında nəzarət kassa aparatı quraşdırmalı idi. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən aşkar edilmiş şəxsin X3 obyektdə işləməsini təsdiq edən foto şəkil VM-nin 41-ci maddəsinə əsasən operativ vergi nəzarəti ilə bağlı materiallara əlavə edilmişdir. Həmin fotodan görünür ki, E.Ismayılova iddiaçının istifadəsində olan gözəllik salonunda gözəllik salonu ilə bağlı xidmətlərin (qadın bərbəri) göstərilməsinə cəlb olunmuşdur. X3 obyektdə işləməsini təsdiq edən foto şəkil VM-nin 41-ci maddəsinə əsasən operativ vergi nəzarəti ilə bağlı materiallara əlavə edilmişdir. Həmin fotodan görünür ki, E. Ismayılova iddiaçının istifadəsində olan gözəllik salonunda gözəllik salonu ilə bağlı xidmətlərin (qadın bərbəri) göstərilməsinə cəlb olunmuşdur. Qeyd olunur ki, VM-nin 50.1.7- ci maddəsi ilə həyata keçirilmiş operativ vergi nəzarətinin nəticəsi ##.##.2024-cü il tarixli DVX seriyalı ****** nömrəli aktla rəsmiləşdirilmişdir. Iddiaçı göstərmişdir ki, qərarda ***** nömrəli akt qeyd olunmuşdur. Bildirmək istərdik ki, “Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 2.7-ci bəndinə əsasən operativ vergi nəzarətinin nəticələri barədə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər nəzarətin başa çatdığı tarixdən sonrakı 3 iş günü ərzində nəzarəti həyata keçirmiş vergi orqanının vəzifəli şəxsləri tərəfindən X14 Sistemi (AVIS) proqram təminatı bazasının Operativ nəzarət alt sisteminə işlənilir və əlavələri ilə birlikdə dərhal vergi orqanının aidiyyəti rəhbər vəzifəli şəxsinə təhvil verilir. DVX seriyalı ****** nömrəli akt AVIS proqram təminatına işnilərkən texniki xəta baş vermiş, belə ki, sözügedən aktın nömrəsini tam olaraq sistemə daxil etmək mümkün olmamış, ***** nömrəli kimi sistemdə işlənilmişdir. Bu baxımdan ************** nömrəli qərar avtomatik olaraq sistem tərəfindən hazırlandığından aktın nömrəsi 02168 olaraq göstərilmişdir. Bu hal texniki xəta olaraq ************** nömrəli qərarın ləğv olunması üçün əsas ola bilməz. Materiallarda protokolun olmaması ilə bağlı da iddiaçının mövqeyi əsaslı deyil. Çünki Vergi Məcəlləsinin müddəalarına əsasən (VMnin 39-cu maddəsi) operativ vergi nəzarətinin nəticəsi olaraq protokol tərtib edilmir. Həmçinin VM-nin 48.1-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda vergi yoxlamasının keçirilməsi zamanı protokollar tərtib edilir. Protokolların isə hansı hallarda tərtib edilməsi açıq aydın VM-də əks olunmuşdur (VM-nin 23.1.3-2, 41.1,43.7,47.4, 89.8- 1,89.10-cu maddələri) Eləcə də, iddiaçı operativ vergi nəzarətinin başlanması vaxtını da mübahisələndirmişdir. DVX seriyalı ****** nömrəli aktdan görünür ki, ##.##.2024-cü il tarixdə saat 12:00-da VM-nin 50.1.7-ci maddəsi ilə həyata keçirilmiş operativ vergi nəzarəti ilə əlaqədar olaraq əmək müqaviləsi bildirişinə əməkdaşlarımız tərəfindən baxış aparılmışdır. Həmin tarixdə saat 11:50 radələrində isə əhali ilə pul hesablaşmalarının aparılması qaydasının pozulması faktı aşkar edilmişdir. Göründüyü kimi, saat 11:50-də əhali ilə pul hesablaşmalarının aparılması qaydasının pozulması faktı aşkar edilmiş, saat 12: 00 da isə müvafiq sənədlərə baxış həyata keçirilib. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçı İddiaçı ##.##.2024- cü il tarixli, 24012002362888 və ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi ilə bağlı qərar qəbul edilməsi xahiş olunur.

12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

13. Gəncə Inzibati Məhkəməsinin (hakim L.Əliyeva) ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir

14. Məhkəmə hesab etmişdir ki, vergi orqanı tərəfindən iddiaçıya məxsus sahibkarlıq subyektində operativ vergi nəzarəti həyata keçirilərkən və bunun nəticəsində mübahisələndirilən qərarlar qəbul edilərkən vergi qanunvericiliyinin tələblərinə əməl edilməklə, cavabdehin hərəkətləri qanuni və əsaslı olmuşdur. Bu zaman cavabdeh inzibati orqan hər hansı qanun pozuntusuna yol verməmişdir. Vergi orqanı tərəfindən qəbul edilmiş hazırda mübahisələndirilən qərarların ləğvi üçün əsaslar müəyyən edilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

15. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətində iddia ərizəsinin dəlilləri təkrarlanmış, əlavə olaraq isə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən iddiaçıya məxsus sahibkarlıq subyektində ##.##.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti nəticəsində aşağıdakı 2 hal aşkar olunmuşdur: 1) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verilməsi; 2) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi. Birinci instansiya məhkəməsi iddia ərizəsinin dəlillərinə münasibət bildirməməklə onun məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar və onun əsaslandırması ilə razı deyil. Çünki, hakim iddia tələbinin əsaslı olması ilə bağlı dəlilinə hər hansı münasibət bildirməmişdir.

b). Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmiş və etirazın dəlilləri birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaya dair təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil etmişdir (bax: bu qərarın 11-ci bəndi). Həmçinin əlavə olaraq qeyd edilmişdir ki, məhkəməyə təqdim edilən və sübut kimi nəzərə alınan sənədlər (##.##.2024-cü il tarixli ************** nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar, KY********* nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”, ##.##.2024-cü il tarixli DVX seriyalı ****** nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt, ##.##.2024-cü il tarixə aid olan müvafiq əmək müqavilərinin elektron informasiya sistemində olan məlumat, foto çəkiliş) qanuni və əsaslıdır. Gəncə Inzibati Məhkəməsi iddia tələbini ona görə təmin etməmişdir ki, cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Beləliklə, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, əksinə düzgün tətbiq edilmişdir. Məhz bu səbəbdən məhkəmənin qərarı əsaslıdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini təmin edilməsini, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq məhkəmə tərkibinin suallarına cavabında qeyd etdi ki, yoxlama keçirilən gün o Bakı şəhərində olmuşdur. X5 isə hamilə olduğu və özünü narahat hiss etdiyi üçün həmin gün salona əmisi gəlini Elvira Ismayılovanı çağırmışdır. Vergi əməkdaşları isə salona daxil olan kimi Elviranın önlükdə olduğunu görüb fotoşəkilini çəkmişdir ki, guya o da salonun işçisidir, halbuki o içdiyi çayın qabını yumaq üçün önlük taxmışdır, salonda olduğu müddətdə başqa iş görməmişdir, ümumiyyətlə saç boyası ilə işlədiklərinə görə müştərilərə də taxması üçün önlük verilir. Əvvəllər 1 işçisi olan vergi ödəyicisi üçün nəzarət kassa aparatının quraşdırılması nəzərdə tutulmurdu, yoxlama aparılan gün bacısına bununla bağlı xəbərdarlıq edilib ki, yeni dəyişikliyə görə artıq işçisi olan hər bir vergi ödəyicisinin obyektində nəzarət kassa aparatı olmalıdır, buna qədər qanunvericilikdəki dəyişiklik barədə onlara məlumat verən olmamışdır.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinə etirazın dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq məhkəmə tərkibinin suallarına cavabında qeyd etdi ki, vergi ödəyicisi ilə yazışmalar elektron qaydada həyata keçirildiyi üçün nəzarət kassa aparatının tətbiqi barədə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə İddiaçı elektron qaydada ##.##.2022-ci il tarixdə məlumat göndərilmiş, sonuncu tərəfindən isə həmin məlumat ##.##.2022-ci il tarixdə oxunmuşdur. Operativ vergi nəzarəti həyata keçirilən dövrdə də iddiaçının X4 adlı işçisinin olması barədə aktiv əmək müqaviləsi olmuşdur.

20. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, iddiaçının əmisi gəlinidir, vergi əməkdaşları salona gələn gün o da salonda olmuşdur. Iddiaçının X5 hamilə olduğuna görə onu köməyə çağırmışdır. Belə ki, Pərvanənin həmin gün saçını rənglədən 1 müştərisi var idi, oda ona kömək edərək saç boyanması zamanı istifadə edilən kağızları Pərvanəyə vermişdir, örtüyü də saç boyası paltarına dəyməməsi üçün taxmışdır.

Tətbiq edilən hüquq normaları

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Maddə 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. Maddə 3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 11. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Maddə 15.1.3. Vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək, 15.1.7. Vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək vergi ödəyicisinin hüquqlarıdır. Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək: 16.1.8.6. bu Məcəllənin 220.10-cu maddəsinə əsasən fərdi qaydada göstərilən bərbər fəaliyyəti. Maddə 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Maddə 41.2. Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəəmaterial ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Maddə 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Maddə 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir Maddə 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39–49-cu maddələrinin müddəaları tətbiq edilir. Maddə 53.1. II hissə. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Maddə 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarətkassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddə 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Bənd 1.14. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il # ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”: Bənd 1.4.6. Istifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları vergi orqanında uçota alınmış NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisi; Bənd 8.3. Istifadəçinin vəzifələri: .................................. 8.3.6. NKA-nın vergi orqanlarında uçota alınmasını və uçotdan çıxarılmasını təmin etmək; 8.3.7. dövlət reyestrinə daxil edilmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını Operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq; ................................... 8.3.16. pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək.

24. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar; Iş yeri – işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. Əmək funksiyası – əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Maddə 49 1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.

25. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. Inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.4. Inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

26. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

27. IPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

28. IPM-in 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

29. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

30. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

31. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

32. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

33. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

34. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

35. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

36. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

37. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır.

38. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

41. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

42. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

43. Işin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh vergi ##.##.2024-cü il tarixli, ************** nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, İddiaçı məxsus Gəncə şəhəri, Nəriman Nərimanov ünvanında yerləşən gözəllik salonunda nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Həmin qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində” ##.##.2024-cü il tarixdə KY242157095 nömrə ilə qeydiyyata alınmışdır. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı Gəncə şəhəri, Nəriman Nərimanov ünvanında yerləşən gözəllik salonunda əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuş və bu hal ##.##.2024cü il tarixli ****** nömrəli aktla rəsmiləşdirilmişdir. Həmçinin, keçirilmiş operativ vergi nəzarəti nəticəsində gözəllik salonunda müştəri tərəfindən 4 manat dəyərində xidmət alındığı, bunun müqabilində NKA-ya çek vurulmadığı və müştəriyə təqdim edilmədiyi, bununla da əhali ilə nağd pul hesablaşmaları qaydalarının pozulduğu müəyyən olunmuş və bu hal ##.##.2024-cü il tarixli ****** nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında Akt”-la rəsmiləşdirilmişdir.

45. Odur ki, hazırkı iş üzrə məhkəmə araşdırmasının predmetini cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, ************** nömrəli və ##.##.2024-cü il tarixli ************** nömrəli qərarlarının qanuniliyinin yoxlanılması təşkil edir.

46. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, Vergi Məcəlləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergilərin büdcədən yayındırılmasının qarşısının alınması (eləcə də vergilərin hesablanması) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlərlə əhatə olunan tədbirlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasından ibarətdir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını dəqiq tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qərar qəbul edilən zaman cavabdeh inzibati orqanın qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərindən düzgün istifadə etməsi, qəbul etdiyi qərarlarını əsaslandırması, ümümiyyətlə müvafiq yoxlama tədbirini həyata keçirərkən qanunvericilikdə nəzərdə tutulan müddəaların tələblərinə əməl etməsi iş materialları ilə öz təsdiqini tapır.

47. Belə ki, cavabdeh orqanın əməkdaşları tərəfindən iddiaçıya məxsus gözəllik salonuna baxış keçirilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq foto çəkilişdən istifadə olunmuş və həmin fotoşəkil iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmişdir.

48. Həmin foto şəkilə baxış keçirilərkən X3 önlük taxdığı müəyyən edilir. Göründüyü kimi, E. Ismayılova iddiaçının istifadəsində olan gözəllik salonunda gözəllik salonu ilə bağlı xidmətlərin (qadın bərbəri) göstərilməsinə cəlb olunmuşdur. Bu halı həm də məhkəmə iclası zamanı iddiaçının və şahidin məhkəmə tərkibinin suallarına cavabında olan ziddiyyətlər də təsdiq edir. Belə ki, iddiaçı yoxlama keçirilən gün Bakı şəhərində olduğuna görə X5nin səhhəti ilə bağlı özünü narahat hiss etdiyi üçün əmisi gəlini Elvira Ismayılovanı salona çağırdığını qeyd etsə də, şahid Elvira Ismayılova iddiaçının bacısının onu kömək məqsədilə çağırdığını bildirmişdir.

49. Həmçinin suallara cavabdakı digər ziddiyyətli məqam ondan ibarətdir ki, iddiaçı Elvira Ismayılovanın önlüyü içdiyi çayın qabını yumaq üçün taxdığını, ümumiyyətlə başqa heç bir iş görmədiyini qeyd etsə də, şahid X7 Həsənzadəyə kömək edərək saç boyanması zamanı istifadə edilən kağızları ona verdiyini və örtüyü də saç boyası paltarına dəyməməsi üçün taxdığını qeyd etmişdir.

50. Göründüyü kimi, iddiaçının izahatı ilə şahidin məhkəmə iclası zamanı verdiyi ifadə ziddiyyət təşkil etmişdir ki, bu da sonuncunun həmin salonda işləməməsi ilə bağlı iddiaçının fikrinin həqiqətə uyğun olmadığını deməyə əsas verir.

51. Beləliklə müəyyən olunur ki, aktda adı qeyd olunan şəxs iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəzarət tədbiri keçirilən yerdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb olunan işçi iddiaçının işçisi olmasına baxmayaraq, iddiaçı əmək və vergi qanunvericliyini pozmuş, sözgedən işçi ilə əmək müqaviləsinin bağlanmasını təmin etməmişdir.

52. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyası Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə tətbiq edilən vergi məsuliyyət tədbiridir.

53. Qanunvericiliyin ifadə etdiyi mənaya görə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinin aşkar edilməsi işçilərin gəlirlərinin gizlədilməsinə və ya azaldılmasına işəgötürənin yaratdığı şəraiti ehtiva etdirir. Bu mənada iddiaçıya məxsus salonda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin müvafiq işlərə cəlb edilməsi ilə iddiaçı həmin şəxsin gəlirlərinin gizlədilməsinə şərait yaratmış, bununla da vergi hüquq pozuntusu törədilmişdir.

54. Iddiaçı tərəfindən mübahisələndirilən ##.##.2024-cü il tarixli, ************** nömrəli qərara münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının fəaliyyət növü nəzarətkassa aparatı quraşdırılmaqla həyata keçirilməli olan fəaliyyət növüdür. Bu səbəbdən də iddiaçı tərəfindən müvafiq fəaliyyət növü ilə məşğul olmağa başlandığı zaman nəzarət-kassa aparatı quraşdırılmalı və əhali ilə pul hesablaşmalarını nəzarət-kassa aparatından kənar aparmamalı idi. Aktdan da göründüyü kimi iddiaçının vergi orqanında qeydiyyatdan keçmiş nəzarətkassa aparatı yoxdur.

55. Eyni zamanda operativ vergi nəzarəti tədbirinin keçirildiyi zaman fəaliyyəti aktiv olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı fəaliyyətini nəzarət kassa aparatı vasitəsi ilə həyata keçirməli olması səbəbindən obyektdə (gözəllik salonunda) NKA-nin olmaması faktı özü əhali ilə pul hesablaşmalarının pozulması faktının baş verməsini sübut edən haldır. Vergi orqanı əməkdaşları tərəfindən tərtib edilmiş aktdan da görünür ki, müştəriyə göstərilmiş xidmət müqabilində ödənilmiş 4 manat nağd pul vəsaiti nəzarət kassa aparatına mədaxil edilməmişdir. Bu da birmənalı olaraq sübut edir ki, iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydası pozulmuş və haqlı olaraq da vergi orqanı onun barəsində maliyyə sanksiyası tətbiq etmişdir.

56. Nəzərə alınmalı məqam ondan ibarətdir ki, iddiaçı fərdi qaydada fəaliyyət göstərməmişdir. Operativ vergi nəzarəti materiallarına əlavə edilmiş “Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə hesabat”dan görünür ki, vergi orqanı əməkdaşları tərəfindən aşkar edilmiş işçidən savayı iddiaçının rəsmi əmək müqaviləsi olan digər işçisi də (X4) olmuşdur. Iddiaçı fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olmadığından VM-nin 16.1.8-ci maddənin tələbləri əsasında nəzarət kassa aparatı quraşdırmalı idi.

57. Iddiaçı əvvəllər vergi qanunvericiliyində 1 işçisi olan vergi ödəyicisi üçün nəzarət kassa aparatının quraşdırılmasının nəzərdə tutulmadığını, yalnız yoxlama aparılan gün bacısına bununla bağlı xəbərdarlıq edildiyini, buna qədər qanunvericilikdəki dəyişiklik barədə onlara məlumat verən olmadığını bildirsə də, cavabdeh orqanın nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilən “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”dan görünür ki, nəzarət kassa aparatının tətbiqi barədə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə İddiaçı ##.##.2022-ci il tarixdə məlumat göndərilmiş, sonuncu tərəfindən həmin məlumat ##.##.2022-ci il tarixdə oxunmuşdur.

58. Göründüyü kimi iddiaçının bu dəlili də əsaslı deyil və ona məxsus obyektdə operativ vergi nəzarət tədbiri həyata keçirilən ##.##.2024-cü il tarixdən xeyli əvvəl, yəni ##.##.2022-ci il tarixdə fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olmadığından VM-nin 16.1.8-ci maddənin tələbləri əsasında sahibkarlıq obyektində nəzarət kassa aparatı quraşdırmalı olmasından məlumatlı olmuşdur.

59. Beləliklə məhkəmə kollegiyası tərəfindən iddia ərizəsinin, eləcə də apellyasiya şikayətinin dəlillərinin araşdırılması nəticəsində müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların, eləcə də vergi orqanı əməkdaşlarının hərəkətlərinin qanunsuzluğunu sübut edəcək heç bir əsas yoxdur.

60. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini rədd etmiş birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və müvafiq normativ aktlarla təsdiq olunmadığından birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar