Məhkəmə qərarları › İş №2-1(3-7)-220/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-220/2026

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-220/2026 09.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, müəyyən etdi: Iddiaçı “X1 Kompleksi” MMC cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Idarəsinə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Idarəsinin rəisi Zaur Mənsimlinin hərəkətlərinin qeyriqanuni hesab edilərək, “X1 Kompleksi” MMC barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə” ##.##.2023-cü il tarixli, **************** saylı qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Idarəsinin rəisi Zaur Mənsimlinin qeyri-qanuni hərəkətləri nəticəsində “X1 Kompleksi” MMC-yə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilərək “X1 Kompleksi” MMCyə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Idarəsinə qarşı dəymiş 4.000.000 (dörd milyon) manat maddi ziyanın ödənilməsi tələbinə dair iş “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Idarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə” ##.##.2023-cü il tarixli, **************** saylı qərarının ləğv edilməsi tələbinə dair işdən ayrıca icraata ayrılmışdır. Bundan sonra iddiaçı “X1 Kompleksi” MMC tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh orqanın rəisinin qanunsuz hərəkətləri üzrə Cəmiyyətə dəymiş 4.000.000 manat məbləğdə maddi ziyanın əvəzinin ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair verdiyi etirazda göstərmişdir ki, Iqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətləri Ibtidai Araşdırılması Baş Idarəsi tərəfindən ********* nömrəli iş üzrə axtarış istintaq hərəkətləri zamanı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus kompleksin ərazisindəki inzibati binada axtarış və götürmə istintaq hərəkəti nəticəsində götürülmüş və ** saylı Ərazi Vergilər Idarəsinə təhvil verilmiş 2 ədəd “Apple” markalı, 2 ədəd “Lenovo” markalı olmaqla, ümumilikdə 4 ədəd kompyuter, 2 ədəd “Lenovo” markalı, 1 ədəd “Dell” markalı olmaqla, ümumilikdə 3 ədəd notebook, 1 ədəd prosessor, 3 ədəd klavyatura, 2 qutuda yerləşməklə 29 ədəd qovluqda sənədlər, 5 ədəd adapterdən ## ##### 2023-cü il tarixdə 2 qutuda yerləşməklə 26 ədəd qovluqda sənədlər Dövlət Vergi Xidməti yanında Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin Vergi Auditi Idarəsinin Təmir -Tikinti sahəsinin audit şöbəsinə, digər sənədlər və avadanlıqlar isə Iqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətləri Ibtidai Araşdırılması Baş Idarəsinə təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Qeyd edilənləri nəzərə alaraq, “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti 4.000.000,00 manat maddi ziyanın ödənilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə əsaslı bir dəlil təqdim etməmiş, yalnız ümumi sözlərlə ifadə etmişdir. Buda onu deməyə əsas verir ki, iddiaçının iddiası əsassızdır. Odur ki, iddianın rədd edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, Cəmiyyətin maddi ziyana uğramasının kökündə komputer avadanlıqlarının götürülməsi dayanır. Çünki, şirkətin iş fəaliyyəti həmin avadanlıqlar olmadan mümkün deyil. Hesab edirlər ki, avadanlıqlar Vergi Cinayətləri Ibtidai Araşdırılması Baş Idarəsi tərəfindən götürülsə də, buna səbəb hazırki cavabdeh orqanın hərəkətləri olmuşdur. Çünki əsassız vergi yoxlaması başlatmışlar. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 etirazın dəlillərini müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, hazırda təmsil etdiyi qurum iddia tələbinə cavab verməli deyil. Çünki, iddiaçı Cəmiyyətə məxsus bütün avadanlıqlar Vergi Cinayətləri Ibtidai Araşdırılması Baş Idarəsi tərəfindən istintaq hərəkəti üzrə götürülmüşdür. Hazırda da həmin orqanda saxlanılır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə (hakim F.Əliyev) iddiaçı “X1 Kompleksi” MMC-nin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Idarəsinə qarşı “maddi ziyan” tələbinə dair iddiası mümkün sayılmamışdır. Iddiaçı “X1 Kompleksi” MMC həmin qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadının ləğv olunması, iddianın mahiyyəti üzrə araşdırılması üçün iş Gəncə Inzibati Məhkəməsinə yenidən baxılması üçün göndərilməsi və ya apellyasiya məhkəməsi tərəfindən mahiyyəti üzrə qərar qəbul edilərək ** saylı Ərazi Vergilər Idarəsinin qanunsuz hərəkətləri nəticəsində “X1 Kompleksi” MMC-yə vurulmuş 4.000.000 (dörd milyon) manat məbləğindəki maddi ziyanın ödənilməsi barədə iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə ** saylı Ərazi Vergilər Idarəsinin hərəkətləri ilə iddiaçıya dəyən ziyan arasındakı səbəbiyyət əlaqəsini müəyyənləşdirməkdən boyun qaçırmışdır. Bu yanaşma Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə birbaşa ziddir. ** saylı ƏVI tərəfindən səyyar vergi yoxlamalar aparılmış və nəticədə Vergi Cinayətləri Ibtidai Araşdırılması Baş Idarəsinin (VCIABI) tərəfindən cinayət işi (********* nömrəli) başlanmış, bunun nəticəsində iddiaçının əmlakı – traktom diaqnostika avadanlıqları, xüsusi kabellər, mühasibat kompüterləri – axtarış-götürmə yolu ilə götürülmüşdür. "Conditio sine qua non"-«bu olmasa idi, o da olmazdı» prinsipi baxımından bu avadanlıqların götürülməsi birbaşa olaraq məhz ** saylı ƏVI-nin qanunsuz qərarının nəticəsidir. Lakin Mülki Məcəllənin 21.2ci maddəsinə əsasən ziyan yalnız götürülmüş avadanlıqlarla məhdudlaşmır. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər, əmlakından məhrum olması, habelə əldən çıxmış fayda da başa düşülür. Bu çərçivədə iddiaçının real ziyanı aşağıdakı müstəqil komponentlərdən ibarətdir: 1) Avadanlıqların götürülməsi nəticəsindəki birbaşa istehsal itkisi: Diaqnostika avadanlıqları olmadan traktorlar işlədilə bilməmiş, mühasibat kompüterlərinin olmaması hesabat öhdəliklərinin yerinə yetirilməsini mümkünsüz etmişdir. Istehsal həcmi 2021-2025-ci illərdə kəskin azalmışdır. 2) Bank hesablarına tətbiq olunmuş sərəncamlar: ** saylı ƏVI-nin qanunsuz vergi qərarı əsasında iddiaçının bank hesablarına 2020ci ildən 2025-ci ilə – yəni Ali Məhkəmənin son qərarı qəbul edilənədək – sərəncamlar tətbiq olunmuş, şirkətin adi təsərrüfat fəaliyyəti iflic edilmişdir. 3) Subsidiya vəsaitlərinin qanunsuz silinməsi: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən iddiaçıya ayrılmış subsidiya vəsaitlərindən məbləğlər qanunsuz yolla hesablanmış vergi borclarının ödənilməsinə yönəldilmişdir. Qeyd etmək lazımdır ki, subsidiyaların 75 faizi yalnız toxum, gübrə və digər kənd təsərrüfatı məqsədli qeyri-nağd xərcləri ödəmək üçün nəzərdə tutulmuşdur; həmin vəsaitlərin bu məqsəddən kənar – üstəlik, qanunsuz hesablanmış borc üçün – istifadə edilməsi dövlət subsidiya siyasətinin özünün pozulmasını ifadə edir. 4) Məhkəmə xərclərinin azaldılmış gəlirdən ödənilməsi: Illərlə davam edən inzibati və məhkəmə çəkişmələri, vəkillik xərcləri, dövlət rüsumları da ziyanın ayrılmaz hissəsini təşkil edir. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən ziyanın həcminin müəyyənləşdirilməsi zamanı tərəflərin davranışı nəzərə alınmalıdır. Iddiaçı bütün öhdəliklərini yerinə yetirmiş, hüquqi mübarizə aparmış, ziyanı azaltmaq üçün mümkün tədbirlər görmüşdür. ** saylı ƏVI isə əksinə, qanunsuz qərarla başlanan prosesi illər boyu davam etdirmiş, iddiaçının hüquqlarının bərpasına mane olmuşdur. ** saylı ƏVI-nin qanunsuz inzibati hərəkətləri şərti rentabellik normasının tətbiqi ilə Vergi Məcəlləsinin 83.9 və 67.14-cü maddələrinə istinad edilərək həyata keçirilmişdir. Lakin həmin hərəkətlər öncəki Ali Məhkəmə qərarlarında müəyyən edilmiş hüquqi mövqelərə açıq şəkildə ziddir. Belə ki, sözügedən mübahisənin əvvəlki mərhələlərini əhatə edən Ali Məhkəmənin Inzibati Kollegiyasının qərarlarında vergi orqanının eyni müəssisəyə münasibətdə tətbiq etdiyi metodologiyanın qeyrimütənasib olduğu və qanunvericiliyin tələblərinə uyğun gəlmədiyi müəyyən edilmişdir. Bununla belə, ** saylı ƏVI həmin hüquqi mövqeyi nəzərə almadan yenidən eyni metodla qərar qəbul etmişdir. Bu hal iddiaçının Vergi Məcəlləsinin 94.0.2-ci maddəsindən irəli gələn hüququnu – vergi orqanının hesablamalarının əsassız olduğunu sübut etmək imkanını – faktiki olaraq məhv etmiş; uzunmüddətli hüquqi qeyri-müəyyənlik içərisində iddiaçı həm maliyyə, həm istehsal, həm də sosial baxımdan ciddi ziyan görmüşdür. “X1 Kompleksi” MMC Azərbaycan Respublikasının ilk Pilot Aqroservis müəssisəsidir. Şirkət 2010-2020-ci illər ərzində regionda 260 milyon manat məbləğində investisiya yatırmış; bir neçə müasir istehsalat sahəsi, kənd təsərrüfatı texnikası parkı, mədəniyyət mərkəzi və ictimai iaşə müəssisəsi inşa etmişdir. Bu investisiyalar regionun ictimai-sosial həyatının yaxşılaşdırılmasına xidmət etmiş, vaxtında 600-dən çox insanı daimi iş yeri ilə təmin etmişdir. ** saylı ƏVI-nin qanunsuz qərarları və bunların doğurduğu bütün hüquqimaliyyə nəticələri nəticəsində bu fəaliyyət 2020-ci ildən başlayaraq tədricən iflic olmuşdur. Belə olmaqla, iddiaçıya dəyən 4.000.000 (dörd milyon) manat ziyan Mülki Məcəllənin 21.2-ci maddəsi çərçivəsində həm real zərəri (avadanlıqların dəyəri, subsidiya itkisi, bank sərəncamları nəticəsindəki dövriyyə itkisi), həm də əldən çıxmış faydanı (qanunsuz qərar olmasa idi, müəssisənin adi fəaliyyət şəraitində əldə edəcəyi gəliri) əhatə etməkdədir. Onu da qeyd etmək lazımdır ki, ** saylı ƏVI-nin qanunsuz hərəkətləri yalnız bir şirkətin deyil, ölkənin qida təhlükəsizliyinin, regionun sosial infrastrukturunun və iqtisadiyyatının mənafeyinə zərbə vurmuşdur. Bu miqyasda dəyən ziyanın məhkəmə tərəfindən qiymətləndirilməsi xüsusi önəm daşıyır. Müəssisəyə qarşı 2020-ci ildən bu yana həyata keçirilən tədbirlər – ardıcıl bank sərəncamları, subsidiya hesablarına müdaxilə, məhkəmə qərarlarının icra edilməməsi, eyni metodologiya ilə təkrarlanan vergi qərarları – ümumilikdə inzibati orqanın proporsionallıq və qərəzsizlik prinsiplərini kobud şəkildə pozduğunu ortaya qoyur. IPM-nin 2.2.7-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın fəaliyyəti hüquqi müəyyənlik, proporsionallıq və qərəzsizlik prinsiplərinə uyğun olmalıdır. ** saylı ƏVI rəhbərliyinin bu prinsiplərə açıq zidd hərəkətləri nəticəsizliklə keçişdirilmiş, əksinə, həmin rəhbərlik vəzifəcə irəli çəkilmişdir. Bu hal inzibati hüquq dövlətinin tələblərinə əsaslı etirazı formalaşdırır. Belə bir şəraitdə məhkəmənin iddiaçının tələbini mahiyyəti üzrə araşdırmadan qəbuledilməz elan etməsi iddiaçını effektiv məhkəmə müdafiəsindən məhrum etmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə iddianın IPM-nin 35.3-cü maddəsi əsasında qəbuledilməz elan edilməsi əsaslı prosessual pozuntunu ifadə edir. Məhkəmə cavabdehin avadanlıqları iddiaçıdan özünün deyil, Vergi Cinayətləri Ibtidai Araşdırılması Baş Idarəsinin (VCIABI) götürdüyünü müəyyənləşdirərək iddianı mahiyyəti üzrə araşdırmaqdan imtina etmiş, onu qəbuledilməz saymışdır. Bu isə qəbuledilməzlik institunun mahiyyəti ilə birbaşa ziddiyyət təşkil edir. Iddiaçının iddianı ** saylı ƏVI-yə qarşı qaldırması onun şüurlu prosessual seçimidir: cavabdehin qanunsuz qərarı olmasa idi, cinayət işi başlanmayacaq, avadanlıqlar götürülməyəcək, bank hesablarına sərəncam tətbiq edilməyəcəkdi. Səbəbiyyət zəncirinin ilk halqası məhz ** saylı ƏVI-nin aktıdır. Məhkəmənin bunu qəbuledilməzlik mərhələsində müəyyənləşdirərək iddianı rədd etməsi IPM-nin 35-ci maddəsinin tələblərinə açıq surətdə ziddir. Məhkəmə iddianı qəbul etməli, mahiyyəti üzrə araşdırmalı idi. IPM-nin 78-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı işin iştirakçıları üçün məcburidir. Məhkəmə isə mübahisənin predmetini, yəni avadanlıqların götürülməsi ilə birbaşa bağlı olan, lakin onunla məhdudlaşmayan ziyanı müəyyənləşdirərkən həmçinin 2020-ci ildən bu yana davam edən bank sərəncamlarını, subsidiya vəsaitlərinin qanunsuz tutulmasını, əldən çıxmış istehsal gəlirlərini araşdırmamışdır. IPM-nin 80.1-ci maddəsinə görə məhkəmə qərardadları əsaslandırılmalıdır. Lakin ##.##.2026-cı il tarixli qərardadda ziyanın digər komponentlərinin qəbuledilməzliyi ilə bağlı heç bir əsaslandırma verilməmişdir. IPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu öhdəlik yerinə yetirilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Iş materiallarında olan: -Məhkəmənin sorğusuna Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli cavab məktubdan görünür ki, Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan “X1 Kompleksi” MMC-nin (VÖEN: **********) fəaliyyəti üzrə ümumilikdə, xüsusi ilə külli miqdar təşkil edən, 4049315,99 manat məbləğində vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları ödənilməkdən yayındırılması faktı üzrə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin Istintaq və təhqiqat idarəsində Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsilə başlanılmış ********* nömrəli iş üzrə cəmiyyətə məxsus kompleksin ərazisindəki inzibati binada axtarış və götürmə istintaq hərəkəti nəticəsində götürülmüş sənəd və əşyalar cinayət işi materiallarına əlavə edilmişdir və iş üzrə istintaq yekunlaşmadığından cəmiyyətə təhvil verilməmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Avropa Məhkəməsi “X5rşı” ## ###### 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarı ilə dövlət tərəfindən tənzimələnməli hüquqdur. Bu hüquqa qoyulan mədudiyyətlər yalnız o halda Konvensiyanın 6cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq olunan vəsaitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası IPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. Inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli * №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli, * nömrəli Qərarının 2.3, 5.1, 6.1 və 6.2-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). Iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Iş materialları ilə müəyyən edilir ki, iddiaçının cavabdeh inzibati orqandan 4.000.000 manat məbləğdə maddi ziyanın ödənilməsini tələb etməsinin əsasını ** saylı Ərazi Vergilər Idarəsi tərəfindən Cəmiyyətdə səyyar vergi yoxlamasının həyata keçirilməsi, bu səbəbdən Vergi Cinayətləri Ibtidai Araşdırılması Baş Idarəsi tərəfindən cinayət işinin (********* nömrəli) başlanması və nəticədə Cəmiyyətə məxsus olan əmlakların istintaq hərəkəti üzrə götürülməsindən ibarətdir. Yəni, iddiaçının əmlakı – traktom diaqnostika avadanlıqları, xüsusi kabellər, mühasibat kompüterləri – axtarış-götürmə yolu ilə götürülməsi birbaşa istehsal itkisinə səbəb olmuşdur. Belə ki, diaqnostika avadanlıqları olmadan traktorlar işlədilə bilməmiş, mühasibat kompüterlərinin olmaması isə hesabat öhdəliklərinin yerinə yetirilməsini mümkünsüz etmişdir. Göründüyü kimi maddi ziyanın tələb edilməsinin əsası kimi göstərilən avadanlıqlar cəmiyyətə məxsus kompleksin ərazisindəki inzibati binada axtarış və götürmə istintaq hərəkəti nəticəsində götürülmüşdür. Avadanlıqları götürən orqan isə Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları pozulmamışdır ki, hazırda da maddi ziyan tələbi ona qarşı yönəlmiş olsun. Apellyasiya şikayətinin müvafiq (** saylı Ərazi Vergilər Idarəsi tərəfindən 2020-ci ildən bu yana həyata keçirilən tədbirlər – ardıcıl bank sərəncamları, subsidiya hesablarına müdaxilə, məhkəmə qərarlarının icra edilməməsi, eyni metodologiya ilə təkrarlanan vergi qərarları nəticəsində ziyana məruz qalması) dəlillərindən də göründüyü kimi iddiaçı hazırki tələbi üzrə məhz ** saylı Ərazi Vergilər Idarəsinin cavabdeh olduğunu israrla vurğulamış, mübahisəyə məhz hazırki cavabdehə qarşı baxılmasını tələb etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının hüquqları pozulmamışdır. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Hazırki halda isə iddiaçıya məxsus əmlaklar cavabdeh orqan tərəfindən götürülmədiyindən onun iddiaçının hüquqlarını pozmasından söhbət gedə bilməz. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddiaya baxılması üçün iddianın mümkünlük şərtləri yaranmamışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Inzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar