Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-224/2026 25.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARI Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ##.##.1983-cü il tarixli, Д ****** nömrəli diploma əsasən İddiaçı ##.##.1980-ci il tarixdə Kirovabad * nömrəli orta texniki peşə məktəbinə daxil olmuş, ##.##.1983-cü il tarixdə səhiyyə texnikası çilingəri ixtisası üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. Imtahan Komissiyasının qərarı ilə ona 3-cü dərəcəli səhiyyə texnikası çilingəri ixtisası verilmişdir.
2. ##.##.1983-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletə əsasən İddiaçı ##.##.1983-cü il tarixdən ##.##.1985-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir.
3. ##.##.1985-ci il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı ##.##.1985-ci il tarixdən ##.##.1990-cı il tarixədək Ulyanov adına avtomobil zavodunda, ##.##.1990-cı il tarixdən ##.##.1994-cü il tarixədək Gəncə avtomobil zavodu baş elektrik şöbəsinin enerji bloku sahəsində havabölücü aparat işçisi, ##.##.1999-cu il tarixdən ##.##.2006-cı il tarixədək Gəncə Gil-torpaq istehsalat birliyi * nömrəli gil-torpaq sexində avtoklav sahəsində aparatçı hidrometallurq, ##.##.2006-cı il tarixdən ##.##.2014-cü il tarixədək Gəncə Gil-torpaq istehsalat birliyi Istehsalat Departamentinin xammal hazırlama sexində aparatçı hidrometallurq, ##.##.2014-cü il tarixdən ##.##.2018-ci il tarixədək “xxxx” MMC Istehsalat Departamentinin Təzyiqlə Emal və Boyama zavodunun Boyama xətti sahəsində boyama mütəxəssisi, ##.##.2018-ci il tarixdən ##.##.2022-ci il tarixədək “xxxx” MMC X7 Istehsalat şöbəsinin Təzyiqlə Emal və Boyama zavodunun Boyama xətti sahəsində boyama mütəxəssisi, ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək X9 Istehsalat şöbəsinin Təzyiqlə Emal və Boyama sexində boyaqçı, ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək X9 Istehsalat şöbəsinin Təzyiqlə Emal və Boyama sexində dartma-yuyulma aparatçısı işləmiş, ##.##.2025-ci il tarixdən halhazıradək X9 Istehsalat şöbəsinin Soyuq metal yayma sexində dartıb düzləndirmə dəzgahının soyuq metal yaymaçısı işləyir.
4. “xxxx” ASC-nin “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” ##.##.2025-ci il tarixli, **-*-*/*-**/**** nömrəli arayışına əsasən İddiaçı ##.##.1999-cu il tarixdən ##.##.2009-cu il tarixədək “xxxx” ASC-nin “Gil-Torpaq” X3- Torpaq Istehsalatı – aparatçı hidrometallurqlar peşəsində işləmişdir. Işlədiyi peşənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri Avtoklavlarda və aqiqatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə, pulpa hazırlanması kaustifikatorlarda məşğul olanlar – aparatçı hidrometallurqlar peşəsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 9, yarımbölmə 9a bəndinə aparatçı hidrometallurqlar peşəsi (2091100a-10187) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 7, yarımbölmə 29a bəndinə aparatçı hidrometallurqlar peşəsi peşə koduna uyğundur.
5. “xxxx” MMC-nin “Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” ##.##.2025-ci il tarixli, **-*-*/*-**/**** nömrəli arayışına əsasən İddiaçı O, "xxxx" MMCnin Soyuq metal yayma sexində Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyiyinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən aşağıda qeyd olunan peşələrdə; 1). "hopdurucu" peşəsində (əmək kitabçasında peşənin adı "boyama mütəxəssisi" yazılıb) ##.##.2018-ci ildən: (peşəyə təyinat ##.##.2018-ci il tarixli, əmr N **-k;) - ##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində işləmişdir. 2). "hopdurucu" peşəsində (əmək kitabçasında peşənin adı "boyaqçı" yazılıb) ##.##.2022-ci ildən: (peşəyə təyinat ##.##.2022-ci il tarixli, əmr № ***-k;) ##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində işləmişdir. 3). "soyuq metal yaymaçısı peşəsində (əmək kitabçasında peşənin adı "dartma-yuma aparatçısı yazılıb) ##.##.2023-cü ildən (peşəyə təyinat ##.##.2023-cü il tarixli, əmr N ***-K;) - ##.##.2025-ci il tarixi arasındakı dövr ərzində işləmişdir. 3). "soyuq metal yaymaçısı" peşəsində ##.##.2025-cü ildən (peşəyə təyinat ##.##.2024-cü il tarixli, əmr N ***-K;) - hazırkı dövrədək ##.##.2025-ci il tarixinədək işləməyi davam edir. Işlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 06 (altı) il, 07 (yeddi) ay (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. Işlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Hopdurucu"nın iş xüsusiyyətləri; Alüminium təbəqənin (zolağın) yükləmə stolundan boyama xəttinə yönəldilməsi; Rulonun xəttin mərkəzi oxu səviyyəsinə uyğunlaşdırılması; Təbəqənin kənarlarının kəsmə mexanizminə yerləşdirlilməsi; Təbəqənin tikmə maşınının başlığına verilməsi; Alüminium rulon təbəqənin tikiş mövqeyinə yerləşdirilməsi; fasiləsiz istehsal üçün tikiş prosesinin giriş blokundakı darağın tam dolmuş olmasının yoxlanılması; Alüminium təbəqənin qaynaq olunması əməliyyatının aparılması; Təbəqənin yenidən növbəti dövrünü başlamaq üçün işçi seksiyaya göndərilməsi; Texnoloji prosesin ardıcıllıqla aparılması; təbəqənin hər iki tərəfinin təmizləyici isti qələvi məhlulu şırnağı ilə yuyulması; təbəqənin çəndə ilkin aşındırma prosesi aparılması; fırlanan fırçalarla yüksək konsentrasiyalı qələvi məhlulu ilə təbəqənin hər iki tərəfi yuyulması; əlavə təzyiq vasitəsilə təbəqənin üstündə olan digər qarışıqların təmizləməsi; Səpələyici, qələvi məhlulu hazırlanan, aşınma prosesi gedən çənlərin iş prinsipinə uyğun istifadəsi; prosesinin gedişatına nəzarət və rejimlərin tənzimlənməsi; Alüminium təbəqənin (zolağın) xromat örtük qurğusuna daxil olmasına nəzarət; təbəqənin (zolağın) hər iki səthinə xrom örtüklü kimyəvi maye örtüyün hopdurulması; səpələyici çəndə təbəqənin üstündə qalan müxtəlif məhlul qalıqların təmizlənməsi; pnevmatik silindrdən istifadə etməklə sıxma silindrlərinin qaldırılması; Təmizlənmiş alüminium təbəqə (zolaq) hava üfleyicisi vasitəsi ilə qurudulması; çənlərin qidalandırcı nasosların işinə nəzarət edilməsi; ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 11. Metal emalı bölməsinin, 11.14. Metal emalının digər peşələri yarımbölməsinin, a) fəhlələr altqrupunda: "xrom pastası ilə məmulat hopdurulması ilə məşğul olan hopdurucular" peşə kodunda müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eynidir. Soyuq metal yaymaçısı"nın iş xüsusiyyətləri: Alüminium rulon təbəqələrin yayılması üçün avtomatik qidalandırıcının qaldırıcı masasına verilməsi; Avtomatik təbəqə qidalandırıcısının işinə və rulonların dəzgaha düzgün yerləşdirilməsinə nəzarət; Dəzgahın və avtomatik qidalandırıcının iş prinsipini, təbəqələrin səthindəki qüsur növlərinin təyini; Rulon eninin 2000 mm-ə qədər olan təbəqələrdə dəzgahların ayrıayrı dayaqlarında vərəqlərin soyuq eninə yayma və uzununa yayma texnoloji proseslərinin aparılmasının təmin edilməai; Nəzarət-ölçü cihazları və ölçmə alətlərindən istifadə edərək yayma sürətinin və dayaqlar arasında zolağın gərginliyinin miqdarının tənzimlənməsi; Qidalanma rulonların açıcıya daxil edilməsi, zolağın ön ucunu sarıcının ağzına keçirilməsi və açıcı konusların sükanına nəzarət edilməsi;. Rulonları sarımlardan çıxararkən bağlamasına nəzarət edilməsi; Təbəqələrin yuvarlanması zamanı rulonlara qoyulmasının təmin edilməsi; Rulonların səthinə, yaymanın keyfiyyətinə və rulonların temperatur şəraitinə nəzarət edilməsi; Xidmət olunan dezgahın stendlərin köçürülməsində, sazlanmasında və təmirində iştirak edilməsi; Yayma sürətinə, hər keçiddən sonra zolağın qalınlığına, stendlər və keçidlər arasında azalmaların paylanmasına, rulonların temperatur şəraitinə və səthinin keyfiyyətinə, əsas aparıcı mühərrikə və təzyiqli vintli mühərrikin yükünə nəzarət edilməsi; Stendlərin tənzimlənməsinin təmin edilməsi; Ayrı-ayrı stend qruplarında və ya soyuq yayma dəzgahınını fərdi stendlərində texnoloji proseslərin aparılmasına nəzarət edir. Təmirdə iştirak, dəzgahın təmirdən sonra sazlanması və yayma prosesinə istismara qəbul edilməsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın
7. Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin 7.39.4. Yayma istehsalatı yarımbölməsində a) fəhlələr altqrupunda: "soyuq metalın yaymaçıları" peşə kodunda müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eynidir. P.S. "xxxx" MMC-nin ##.##.2024-cü il tarixli ***-K nömrəli Əmri ilə müəssisənin istehsal yönümü və istehsalatın xüsusiyyətlərinə əsaslanaraq peşə və vəzifələrin adlarını, əvvəlki dövrlərdə (##.##.2010- ##.##.2018-ci illərdə və ##.##.2018-##.##.2024-cü illərdə) əmək kitabçalarında peşə və vəzifələrin adlarının AR ƏM-nin 57-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olmayan - peşə və vəzifələrin adlarının qanunun tələblərinə uyğunluğunu müəyyən edilmiş və müəssisə üzrə peşə və vəzifələrin adlarını Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na uyğun qeyd etməklə işçilərin hüquqlarını bərpa etmişdir.
6. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncu tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*/*-H-******/**** nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair Işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7), əlvan və qiymətli metalların emalı və təkrar emalı yarımbölməsinin (7.39) yayma istehsalatı bəndinin (7.39.4) fəhlələr yarımbəndində (a) soyuq metalın yaymaçıları, metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndinin (11.14) fəhlələr yarımbəndində (a) xrom pastası ilə məmulat hopdurulması ilə məşğul olan hopdurucular vəzifələri nəzərdə tutulub. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin ona dair ## ### 2025-ci il tarixli 13-5-2/3- **/**** nömrəli arayışında ##.##.2018-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində boyama mütəxəssisi, ##.##.2022-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində boyaqçı, ##.##.2023-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində isə dartma-yuma aparatçısı vəzifələrində işlədiyiniz qeyd olunub. Işlədiyi boyama mütəxəssisi və boyaqçı vəzifələri sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan xrom pastası ilə məmulat hopdurulması ilə məşğul olan hopduruculara, dartmayuma aparatçısı vəzifəsi isə soyuq metalın yaymaçıları vəzifəsinə aid deyil. Göstərilən səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (10 il 8 gün ##.##.1999-##.##.2008-ci il, ##.##.2008-##.##.2009-cu il və ##.##.2025-##.##.2005-ci il tarixləri arasındakı dövrlər)) təşki edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.
7. Məhkəmənin sorğusuna “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, 13-5- */*-***/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, “xxxx” MMC-də aparılmış daxili araşdırma zamanı müəyyən edilmişdir ki, bir sıra işçilərin əmək kitabçalarında qeyd olunan peşə və vəzifə adları müəssisənin istehsalat prosesinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsinin 2-ci bəndinin tələblərinə tam uyğun deyil. Araşdırmanın nəticəsinə əsasən ##.##.2024-cü il tarixli, 860-K N-li saylı Əmr ilə müəssisənin istehsal yönümü və istehsalat xüsusiyyətlərinə uyğun peşə və vəzifə adları müəyyən edilmişdir və əmək kitabçalarında qanunvericiliyin tələblərinə uyğun olmayan formada yazılmış peşə və vəzifə adları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olaraq düzəldilərək işçilərin əmək və sosial təminat hüquqları bərpa edilmişdir. Belə ki, İddiaçı Soyuq metal yayma sexinin alüminium təbəqənin səthinə boya örtüyünün hopdurulması xəttinin “boyama mütəxəssisi” peşəsində işlədiyi dövrdə gündəlik icra etdiyi işin məzmunu və xüsusiyyətləri texnoloji prosesin ardıcıllıqla aparılmasında aşağıdakı kimi qeyd olunmuşdur. Yəni alüminium təbəqənin hər iki tərəfinin təmizləyici isti qələvi məhlulu şırnağı ilə yuyulması, təbəqənin çəndə ilkin aşındırma prosesinin aparılması, fırlanan fırçalarla yüksək konsentrasiyalı qələvi məhlulu ilə təbəqənin hər iki tərəfinin yuyulması, əlavə təzyiq vasitəsilə təbəqənin üstündə olan digər qarışıqların təmizləməsi, alüminium təbəqənin (zolağın) xromat örtük qurğusunda hər iki səthinə xrom örtüklü kimyəvi maye örtüyün hopdurulması, səpələyici çəndə təbəqənin üstündə qalan müxtəlif məhlul qalıqların təmizlənməsi, pnevmatik silindirdən istifadə etməklə sıxma silindirlərinin qaldırılması, təmizlənmiş və üzərinə boya çəkilmiş alüminium təbəqənin (zolağın) sobada 2600 C-də hava üfləyicisi vasitəsilə qurudulması prosesinə uyğun olan peşənin iş xüsusiyyətləri hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11. Metal emalı bölməsinin, 11.14. Metal emalının digər peşələri yarımbölməsinin, a) fəhlələr altqrupunda: “xrom pastası ilə məmulat hopdurulması ilə məşğul olan hopdurucular” peşə kodunda müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eynidir. Alüminium təbəqənin səthinin boya örtüyü ilə rənglənməsi xüsusi kimyəvi emalla – xromlaşdırma ilə - xrom anhidridi məhlulunda aparılır ki, bu da alüminium təbəqənin səthində solğun rəngli nazik (0,1-2,0 q/m2 ) xromat örtüyü əmələ gətirir. Bu isə alüminium təbəqənin korroziyaya davamlılığını əhəmiyyətli dərəcədə artırır və passivləşməsinin qarşısını alır. Qeyd edilməlidir ki, xrom duzlarınının insan orqanizminə təsiri dərinin və ya selikli qişanın qıcıqlanmasına, dəridə xoraların əmələ gəlməsinə, yuxarı tənəffüs yollarına, ağciyərlərə və gözlərə təsir etməsidir. Burada peşənin adının əmək kitabçasında istehsalatın yönümü və icra olunan işin xüsusiyyətləri nəzərə alınmadan təhrif olunmuş yazılması işçidən asılı olan hal deyildir. İddiaçı Qınyaz oğlu metal təbəqəyə boya örtüyünün çəkilməsi xəttində gündəlik yuxarıda qeyd edilən “metal təbəqəyə xrom pastası ilə rəng məmulatının hopdurulması” işlərini icra etdiyi halda ##.##.2022-ci il tarixli 111-K N-li əmrlə struktur dəyişikliyi ilə əlaqədar peşəsinin adının “boyaqçı” olaraq yazılmasına baxmayaraq, o elə əvvəlki peşəsində və əvvəlki işi üzrə əmək fəaliyyətini davam etdirmişdir. Belə ki, boyama xəttində işlər ardıcıllıqla rulon dolayan, hopdurma aparatısı və hopdurucu peşələri vasitəsi ilə icra olunur. Həmçinin İddiaçı Qınyaz oğlu ##.##.2023-cü il tarixli 253-K N-li əmrlə dartib düzləndirmə və yuma dəzgahında soyuq metalın yaymaçısı peşəsinə keçirilmişdir ki, burada peşənin adı “dartma-yuyulma aparatçısı” kimi səhv qeyd olunmuşdur. Belə ki, “Dartıb düzləndirmə və yuma dəzgahın”da icra olunan işin əsas mahiyyəti dəzgahın istismar qaydalarında aşağıdakı kimi göstərilmişdir: Qalınlığı 0,2-1,0 mm olan, qırılma möhkəmliyi 80 ~ 380 Mpa, axma həddi 40 ~ 240 Mpa, en həddi 800 ~ 1700 mm olan alüminium təbəqə, xarici diametri Ø 800 mm ~ Ø 2200 mm və maksimum çəkisi 1500 kq olan dolağa sarınmış dolaq açıcıdan açılaraq dartıcı valiklər vasitəsi ilə diskili bıçağa daxil olur. Burada dolağın kənarları tələb olunan ölçüdə kəsilir və dolaq dartıcı valiklərin vasitəsi ilə su ilə yuma kamerasına, buradan isə dartıcı valiklərlə isti su ilə yuma kamerasına daxil olur. Bu kamerada dolaq yüksək və aşağı təzyiqlə yuyulduqdan sonra, dolaq maye həlledici SHELL SOL D40 məhlulundan keçərək qurutma kamerasına daxil olur. Qurutma kamerasından sonra alüminium təbəqə dolağı düzləndirici valiklər vasitəsilə 1-ci giriş dartma blok fazasına, oradan istiqamətverici valik vasitəsilə 2-ci çıxış dartma blokuna daxil olur və bu fazada dolaq düzlənir. Sonra istiqamətləndirici valik vasitəsilə qayçıya yönəldilir və dartıcı valiklər vasitəsilə alüminium təbəqə bu dəzgahda yayılaraq dolayıcı sarıma mexanizminə ötürülür. Beləkliklə, alüminium təbəqə bu dəzgahda yayılaraq dartılır, yuyulur və yayılaraq düzləndirilir, yenidən sarılır. “Dartıb düzləndirmə və yuma dəzgahın”da icra olunan işin əsas mahiyyətinə və dəzgahın istismar qaydalarına əsaslanaraq bu peşənin iş xüsusiyyətləri hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 7. Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin 7.39.4. Yayma istehsalatı yarımbölməsində a) fəhlələr altqrupunda: “soyuq metalın yaymaçıları” peşə kodunda müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eyni olduğu aydın görünür. “Dartıb düzləndirmə və yuma dəzgahın”da alüminium təbəqə maye həlledici SHELL SOL D40 məhlulundan keçərək qurutma kamerasına daxil olur. Bu prosesdə istifadə olunan SHELL SOL D40 maddəsi insan orqanizminə aşağıdakı mənfi təsirləri göstərir; dərinin orta dərəcədə qıcıqlanmasına, təkrar məruz qalmada dərinin qurumasına və ya çatlamasına, udulduqda ağciyərlərə zərər verə bilir, boğazda yanma hissi, öskürək və nəfəs almaqda çətinliklər yaradır, Proses zamanı əmələ gələn yüksək buxar konsentrasiyası mərkəzi sinir sisteminin (MSS) depresiyasına, nəticədə başgicəllənməsi, başağrısı, ürək bulanmasına səbəb ola bilir. Lakin əmək kitabçasında peşə adının işçinin faktiki icra etdiyi işin mahiyyətinə uyğun olmayan peşə adı kimi təhrif olunmuş yazılması işçidən asılı deyildir. Işçinin faktiki işlədiyi istehsalatda peşə və vəzifə adının əmək kitabçasında təhrif olunmuş, indiki halda “boyama mütəxəssisi”, “boyaqçı” və “dartma-yuyulma aparatçısı” yazılması - işçini güzəştli şərtlərlə pensiya hüququndan məhrum etmir. Qeyd edilməlidir ki, “xxxx” MMC-nin istehsal və texnoloji proseslər aparılan sex və sahələrinin yerləşdiyi yanğın və partlayış təhlükəsi olan binaların kateqoriyalarının təyinatını "Yanğın təhlükəsizliyinə dair texniki tələblər”ə əsasən Fövqəladə Hallar Nazirliyinin X11 Mühafizə Idarəsi lisenziya ilə Soyuq metal yayma sexini “A” kateqoriyasına aid olan yanar qazların, alışma nöqtəsi 28 dərəcədən çox olmayan yanar mayelərin olduğu, partlayıcı buxar-qazhava qarışıqları əmələ gətirə bilən, alovlanması təxmin edilən dərəcədə olan otaqlarda partlayışın həddindən artıq təzyiqi 5 kilopaskaldan və (və ya) su, atmosfer oksigeni ilə və ya bir-biri ilə qarşılıqlı əlaqədə olduqda partlaya və yanmağa qadir olan maddələr və materiallar otaqlarda partlayışın hesablanmış həddindən artıq təzyiqini 5 kilopaskalı keçəcək miqdarda olan təhlükəli iş zonası olaraq müəyyən etmişdir. Beləliklə, hesab edirlər ki, İddiaçı Qınyaz oğlunun Soyuq metal yayma sexinin alüminium təbəqənin səthinə boya örtüyünün hopdurulması xəttində zərərli, dartıb dizləndirmə və yuma dəzgahında - fırlanan mexanizmlərlə ağır əmək şəraitində işləməsinə baxmayaraq, faktiki işlədiyi peşə üzrə peşənin adı əmək kitabçasında təhrif olunmuş şəkildə yazılmışdır. Bu hal işəgötürənin Əmri ilə düzəldilmiş, işçinin əmək və sosial təminat hüquqları bərpa edilmişdir.
8. Məhkəmə kollegiyasının sorğusuna “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli, **- **/*-***/**** nömrəli cavab məktubuna əlavə edilmiş əmək müqaviləsindən görünür ki, “xxxx” MMC ilə İddiaçı arasında ##.##.2018-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanılmış, şəxs “Dartıb düzləndirmə dəzgahının soyuq metal yaymaçısı” vəzifəsinə təyin edilmiş işçi əmək funksiyasını zərərli şəraitdə icra etdiyi üçün əmək funksiyasını zərərli şəratli iş yerində icra etdiyi üçün onun əmək haqqına 34.64 manat məbləğdə əlavə müəyyən edilmiş (4.4-cü bənd); işçi dəbilqə (qoruyucu baş geyimi), gödəkcə, respirator (tənəffüs orqanlarının mühafizəsi üçün), şalvar, ayaqqabı (zərbəyə qarşı) xüsusi mühafizə vasitələri ilə təmin edilir (4.10-cu bənd) və işçi zərərli amillərdən sağlamlığının mühafizəsi üçün xüsusi qatıq məhsulları (kefir və.s) qida məhsulları ilə təmin edilir (4.11-ci bənd).
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 60 yaşı tamam olan ## #### 2025-ci il tarixə kimi ümumi stajı 35 il 2 aydan artıq, güzəştli zərərli iş stajı isə 17 il 1 ay təşkil edir. O, iyun 2025-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlərini göndərmişdir. Mərkəzi filial tərəfindən ## #### 2025-ci tarixli, 3-17-1/2-11- ******/**** nömrəli məktubla ona güzəştli şərtlərlə pensiya təyinatından imtina cavabı verilmişdir. Imtinanın əsas səbəbi kimi onun güzəştli zərərli iş stajının 12 il 6 aydan az, yəni 10 il 8 gün olduğu bildirilir. Məhkəməyə bildirir ki, "xxxx" ASC-dən verilmiş ## ###### 2025-ci il tarixli, **-*-*/*-**/**** nömrəli arayışda təkcə "xxxx" ASC-də 9 il 10 ay 08 gün güzəştli zərərli iş stajı haqqında arayış var. Bundan başqa məhkəməni məlum edir ki, ## #### 2009-cu il tarixdən "xxxx" ASC-də iş dayandığına görə ## #### 2009-cu il tarixdən ## ####### 2014-cü il tarixə kimi ödənişsiz məzuniyyətdə olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. Işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Buna əsasən də Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə istinadən ödənişsiz məzuniyyətin ən çoxu ilk altı ayı işçinin əmək stajına daxil edilir. O cümlədən də altı ay güzəştli zərərli iş stajı kimi əlavə edildikdə onun təkcə "xxxx" ASC-də 10 il 4 ay 08 gün zərərli güzəştli iş stajı olur. "xxxx" MMC-də ## ####### 2018-ci il tarixdən hal-hazıra kimi işləyir. "xxxx" MMC-dən verilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışda: 1. "Hopdurucu" peşəsində (əmək kitabçasında peşənin adı "boyama mütəxəssisi" yazılıb) ##.##.2018-ci ildən (peşəyə təyinat ##.##.2018-ci il tarixli, əmr №**K) - ##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində işləmişdir. 2. "Hopdurucu" peşəsində (əmək kitabçasında peşənin adı "boyaqçı" yazılıb) ##.##.2022-ci ildən (peşəyə təyinat ##.##.2022-ci il tarixli, əmr № ***-K) ##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində işləmişdir. 3. "Soyuq metal yaymaçısı" peşəsində (əmək kitabçasında peşənin adı "dartma- yuma aparatçısı" yazılıb) ##.##.2023- cü ildən (peşəyə təyinat ##.##.2023-cü il tarixli, əmr № ***-K) ##.##.2025-ci il tarix arasındakı dövr ərzində işləmişdir. 4. "Soyuq metal yaymaçısı" peşəsində ##.##.2025-ci ildən (peşəyə təyinat ##.##.2024-cü il tarixli, əmr № ***-K) hazırki dövrədək ##.##.2025-ci il tarixinədək işləməyə davam edir. Onun 60 yaşı tamam olan ## #### 2025-ci ilə kimi "xxxx" MMC-də 6 il 8 ay güzəştli iş stajı olur. Beləliklə, onun 60 yaşı tamam olan ##.##.2025-ci il tarixdə 17 ildən artıq güzəştli zərərli iş stajı olur. Mərkəzi Filial isə təkcə ##.##.2025-ci ildən ##.##.2025-ci il tarixə kimi güzəştli staj hesablayıb. Hətta onu da düzgün hesablamayıb. Azərbaycan Respublikası Nazirlət Kabinetinin 1996-cı il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək kitabçalarının tərtibi qaydaları haqqında" Əsasnamənin 3.2-ci bəndinin tələblərinə uyğun yazılması və məlumatların təhrif olunması, gələcəkdə işçiyə pensiya təyin olunması haqqında qeydlərin əmək kitabçasında təsnifata uyğun aparılması işçidən asılı olan hal deyil və onun sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Belə ki, 3.2-ci bəndə əsasən, işçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. Işçinin əmək fəaliyyəti haqqında sənəddə (əmək kitabçasında) işlədiyi peşəsi (vəzifəsi) barədə qeydlərin Əmək Məcəlləsinin 57-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə uyğun olaraq təfsilatı ilə göstərilməməsi, faktiki işlədiyi peşənin adının Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına uyğun yazılmaması, yaxud təhrif olunmuş yazılması işçidən asılı deyil, onun gündəlik icra etdiyi işin məzmununu, xüsusiyyətini dəyişdirmir və iş yerində peşə üzrə güzəştli şərtlərlə pensiya almaq hüququnu məhdudlaşdırmır. Məhkəmənin nəzərinə çatdırır ki, buna uyğun olaraq “xxxx" MMC-dən verilmiş güzəştli zərərli iş stajı haqqında arayışda da "xxxx" MMCnin ##.##.2024-cü il tarixli ***-K nömrəli əmri ilə də işçilərin (##.##.2010- ##.##.2018 və ##.##.2018-##.##.2024-cü illərdə) güzəştli iş stajı hüquqları bərpa edilmişdir.
11. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etirazın dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən verilən cavab məktubunda göstərilən arqumentlərlə eynilik təşkil etmişdir. (bu qərarın 6-cı bəndi).
13. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
14. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbinin təmin edilməsi, iddiaçı İddiaçı hüququ yarandığı ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Inzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Məhkəmə hesab edir ki, iddiaçı hüququ yarandığı ##.##.2025-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı güzəştli iş stajı 10 il 9 ay 8 gün (##.##.1999-##.##.2008-ci il, ##.##.2008-##.##.2009-cu il və ##.##.2025- ##.##.2025-ci il tarixləri arasındakı dövrlər) təşkil edir və qanunvericilliklə tələb olunan güzəştli iş stajından (12 il 6 ay) az olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan vermir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nınmetallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7), əlvan və qiymətli metalların emalı və təkrar emalı yarımbölməsinin (7.39) yayma istehsalatı bəndinin (7.39.4) fəhlələr yarımbəndində (a) soyuq metalın yaymaçıları, metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndinin (11.14) fəhlələr yarımbəndində (a) xrom pastası ilə məmulat hopdurulması ilə məşğul olan hopdurucular vəzifələri nəzərdə tutulmuşdur. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “xxxx” MMC-nin ona dair 23.05. 2025ci il tarixli, **-*-*/*-**/**** nömrəli arayışında ##.##.2018-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində boyama mütəxəssisi, ##.##.2022-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində boyaqçı, ##.##.2023-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində isə dartmayuma aparatçısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Iddiaçının işlədiyi boyama mütəxəssisi və boyaqçı vəzifələri sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan xrom pastası ilə məmulat hopdurulması ilə məşğul olan hopduruculara, dartmayuma aparatçısı vəzifəsi isə soyuq metalın yaymaçıları vəzifəsinə aid deyildir. Xrom pastası ilə məmulatın hopdurulması metal detallarınının eləcə də alüminimum təbəqənin daxili mikroməsamələrinə və xırda boşluqlarına xrom pastası məmulatının yeridilməsi prosesidir. Burada məqsəd adətən metalın möhkəmliyin, sızdırmazlığın, korroziyaya davamlılığın təmin olunması və istismar keyfiyyətinin, eləcə də müddətinin artırılmasıdır. Məhz bu proses birbaşa olaraq metalın daxili strukturuna təsir edir. Xrompastası ilə məmulat hopdurulması ilə məşğul olan hopdurucular da məhz bu fəaliyyət ilə bağlı vəzifə funksiyalarını yerinə yetirir. Metal emalı sahəsində boyama mütəxəssisi isə metal məmulatlarının sadəcə səthininin qorunması və estetik görünüşünün yaxşılaşdırılması məqsədilə boyama və qoruyucu-dekorativ örtüyün tətbiq edilməsini həyata keçirən, keyfiyyətə və təhlükəsizliyə cavab verən ixtisaslı işçidir. Həmçinin iddiaçı İddiaçı işlədiyi bir digər vəzifə-dartma-yuma aparatçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7), əlvan və qiymətli metalların emalı və təkrar emalı yarımbölməsinin (7.39) yayma istehsalatı bəndinin (7.39.4) fəhlələr yarımbəndində (a) soyuq metalın yaymaçıları vəzifə ilə eynilik təşkil etmir. Belə ki, siyahıda qeyd olunan soyuq metalın yaymaçıları metalları otaq temperaturunda və ya az qızdırılmış halda xüsusi yayma stanokları vasitəsilə nazik təbəqə (list) və ya lent formasına salan ixtisaslı işçidir. Soyuq metalın yaymaçıları-yayma stanoklarının işə salınması, metalın yüksək təzyiq altında arasından keçdiyi silindirlərin təmizliyinin təmin olunması, lentlərin qalınlıq və eni ilə bağlı parametrlərinin qurulması kimi vəzifə funksiyalarını həyata keçirir. Lakin iddiaçının işlədiyi dartma-yuma aparatçısı vəzifəsi yuxara qeyd olunan vəzifə funksiyalarını həyata keçirən soyuq metalın yaymaçıları vəzifəsi ilə eynilik təşkil etmir. Məhz bu mövzuya münasibətdə bildirilir ki, məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Qeyd olunanları nəzərə alınaraq hesab edilir ki, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəliqərarı əsassız olduğundan ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Iddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin dəlilləri ilə razılaşmayaraq, Gəncə Inzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
21. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. III bənd. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
22. “Insan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.
23. “Iqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt: Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.
24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
7. Metallurgiya istehsalatı (əlvan metallar) 7.29. Giltorpaq istehsalatı a) fəhlələr avtoklavlarda və agitatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə, pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı-hidrometallurqlar 7.39.4. Yayma istehsalatı a) fəhlələr: soyuq metalın yaymaçıları
11. Metal emalı 11.14. Metal emalının digər peşələri a) fəhlələr: xrom pastası ilə məmulat hopdurulması ilə məşğul olan hopdurucular.
26. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
27. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
28. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
29. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
30. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
31. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
32. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
33. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
34. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
35. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
36. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
37. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
38. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu ilə onun güzəştli iş stajının 12 il 6 aydan az (10 il 9 ay 8 gün) olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
41. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2022ci il tarixdən sonra qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1-ci maddə).
42. Qeyd edilən maddi hüquq normasının məzmunundan göründüyü kimi iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: 1) qanunla tələb edilən pensiya yaşına çatması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması;
43. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı ##.##.1965-ci il tarixdə doğulmuş, ##.##.2025-ci il tarixdə 60 yaşı olmuşdur.
44. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi tarixədək ümumi iş stajı üzrə tələb olunan şərt ödənilir. Belə ki, iddiaçının əmək kitabçası və iş stajı ilə bağlı verilmiş sənədlər də daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Apellyasiya şikayətinin dəlillərində iddiaçının ümumi stajı ilə bağlı hər hansı mübahisənin olması qeyd edilməmişdir.
45. Qeyd olunduğu kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün digər şərt 25 il ümumi iş stajının azı 12 il 6 ayının Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda göstərilən işlərdə çalışmalı olmasıdır.
46. Cavabdeh orqanın imtina məktubunda mübahisələndirdiyi hal iddiaçının “xxxx” MMC-də işlədiyi ##.##.2018-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində boyama mütəxəssisi, ##.##.2022-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində boyaqçı, ##.##.2023-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində isə dartma-yuma aparatçısı vəzifələri “xxxx” MMC-nin ## ### 2025-ci il tarixli arayışda istinad edilən boyama mütəxəssisi və boyaqçı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd olunan xrom pastası ilə məmulat hopdurulması ilə məşğul olan hopduruculara, dartma-yuma aparatçısı vəzifəsi isə soyuq metalın yaymaçıları vəzifəsinə aid deyildir. Yəni, cavabdeh orqan hesab etmişdir ki, iddiaçının işlədiyi həmin vəzifələr güzəştli hesab edilmədiyindən onun güzəştli iş stajı 12 il 6 aydan azdır (10 il 9 ay 8 gün).
47. Göründüyü kimi, iddiaçının zərərli işlərdə işlədiyini iddia etdiyi mübahisələndirilən dövr və peşələr aşağıdakıları əhatə edir: “xxxx” MMC-də ##.##.2018ci il tarixdən ##.##.2022-ci il tarixədək boyama mütəxəssisi, ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək boyaqçı və ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək dartma-yuma aparatçısı vəzifələrində işlədiyi dövr.
48. Məhkəmə kollegiyası cavabdehin imtinasının dəlilinə, yəni iddiaçının işlədiyi vəzifələrin istinad edilən müvafiq Siyahıda nəzərdə tutulan vəzifələrə aid olmamasına münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
49. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir.
50. “xxxx” MMC-nin “Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” ##.##.2025-ci il tarixli, **-*-*/*-**/**** nömrəli arayışına əsasən İddiaçı "xxxx" MMCnin Soyuq metal yayma sexində Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyiyinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən aşağıda qeyd olunan peşələrdə; 1). "hopdurucu" peşəsində (əmək kitabçasında peşənin adı "boyama mütəxəssisi" yazılıb) ##.##.2018-ci ildən: (peşəyə təyinat ##.##.2018-ci il tarixli, əmr N **-k;) - ##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində işləmişdir. 2). "hopdurucu" peşəsində (əmək kitabçasında peşənin adı "boyaqçı" yazılıb) ##.##.2022-ci ildən: (peşəyə təyinat ##.##.2022-ci il tarixli, əmr № ***-k;) ##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində işləmişdir. 3). "soyuq metal yaymaçısı peşəsində (əmək kitabçasında peşənin adı "dartma-yuma aparatçısı yazılıb) ##.##.2023-cü ildən (peşəyə təyinat ##.##.2023-cü il tarixli, əmr N ***-K;) - ##.##.2025-ci il tarixi arasındakı dövr ərzində işləmişdir. 3). "soyuq metal yaymaçısı" peşəsində ##.##.2025-cü ildən (peşəyə təyinat ##.##.2024-cü il tarixli, əmr N ***-K;) - hazırkı dövrədək ##.##.2025-ci il tarixinədək işləməyi davam edir. Işlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 06 (altı) il, 07 (yeddi) ay (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. Işlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Hopdurucu"nın iş xüsusiyyətləri; Alüminium təbəqənin (zolağın) yükləmə stolundan boyama xəttinə yönəldilməsi; Rulonun xəttin mərkəzi oxu səviyyəsinə uyğunlaşdırılması; Təbəqənin kənarlarının kəsmə mexanizminə yerləşdirlilməsi; Təbəqənin tikmə maşınının başlığına verilməsi; Alüminium rulon təbəqənin tikiş mövqeyinə yerləşdirilməsi; fasiləsiz istehsal üçün tikiş prosesinin giriş blokundakı darağın tam dolmuş olmasının yoxlanılması; Alüminium təbəqənin qaynaq olunması əməliyyatının aparılması; Təbəqənin yenidən növbəti dövrünü başlamaq üçün işçi seksiyaya göndərilməsi; Texnoloji prosesin ardıcıllıqla aparılması; təbəqənin hər iki tərəfinin təmizləyici isti qələvi məhlulu şırnağı ilə yuyulması; təbəqənin çəndə ilkin aşındırma prosesi aparılması; fırlanan fırçalarla yüksək konsentrasiyalı qələvi məhlulu ilə təbəqənin hər iki tərəfi yuyulması; əlavə təzyiq vasitəsilə təbəqənin üstündə olan digər qarışıqların təmizləməsi; Səpələyici, qələvi məhlulu hazırlanan, aşınma prosesi gedən çənlərin iş prinsipinə uyğun istifadəsi; prosesinin gedişatına nəzarət və rejimlərin tənzimlənməsi; Alüminium təbəqənin (zolağın) xromat örtük qurğusuna daxil olmasına nəzarət; təbəqənin (zolağın) hər iki səthinə xrom örtüklü kimyəvi maye örtüyün hopdurulması; səpələyici çəndə təbəqənin üstündə qalan müxtəlif məhlul qalıqların təmizlənməsi; pnevmatik silindrdən istifadə etməklə sıxma silindrlərinin qaldırılması; Təmizlənmiş alüminium təbəqə (zolaq) hava üfleyicisi vasitəsi ilə qurudulması; çənlərin qidalandırcı nasosların işinə nəzarət edilməsi; ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 11. Metal emalı bölməsinin, 11.14. Metal emalının digər peşələri yarımbölməsinin, a) fəhlələr altqrupunda: "xrom pastası ilə məmulat hopdurulması ilə məşğul olan hopdurucular" peşə kodunda müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eynidir. Soyuq metal yaymaçısı"nın iş xüsusiyyətləri: Alüminium rulon təbəqələrin yayılması üçün avtomatik qidalandırıcının qaldırıcı masasına verilməsi; Avtomatik təbəqə qidalandırıcısının işinə və rulonların dəzgaha düzgün yerləşdirilməsinə nəzarət; Dəzgahın və avtomatik qidalandırıcının iş prinsipini, təbəqələrin səthindəki qüsur növlərinin təyini; Rulon eninin 2000 mm-ə qədər olan təbəqələrdə dəzgahların ayrıayrı dayaqlarında vərəqlərin soyuq eninə yayma və uzununa yayma texnoloji proseslərinin aparılmasının təmin edilməai; Nəzarət-ölçü cihazları və ölçmə alətlərindən istifadə edərək yayma sürətinin və dayaqlar arasında zolağın gərginliyinin miqdarının tənzimlənməsi; Qidalanma rulonların açıcıya daxil edilməsi, zolağın ön ucunu sarıcının ağzına keçirilməsi və açıcı konusların sükanına nəzarət edilməsi;. Rulonları sarımlardan çıxararkən bağlamasına nəzarət edilməsi; Təbəqələrin yuvarlanması zamanı rulonlara qoyulmasının təmin edilməsi; Rulonların səthinə, yaymanın keyfiyyətinə və rulonların temperatur şəraitinə nəzarət edilməsi; Xidmət olunan dezgahın stendlərin köçürülməsində, sazlanmasında və təmirində iştirak edilməsi; Yayma sürətinə, hər keçiddən sonra zolağın qalınlığına, stendlər və keçidlər arasında azalmaların paylanmasına, rulonların temperatur şəraitinə və səthinin keyfiyyətinə, əsas aparıcı mühərrikə və təzyiqli vintli mühərrikin yükünə nəzarət edilməsi; Stendlərin tənzimlənməsinin təmin edilməsi; Ayrı-ayrı stend qruplarında və ya soyuq yayma dəzgahınını fərdi stendlərində texnoloji proseslərin aparılmasına nəzarət edir. Təmirdə iştirak, dəzgahın təmirdən sonra sazlanması və yayma prosesinə istismara qəbul edilməsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın
7. Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin 7.39.4. Yayma istehsalatı yarımbölməsində a) fəhlələr altqrupunda: "soyuq metalın yaymaçıları" peşə kodunda müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eynidir. P.S. "xxxx" MMC-nin ##.##.2024-cü il tarixli ***-K nömrəli Əmri ilə müəssisənin istehsal yönümü və istehsalatın xüsusiyyətlərinə əsaslanaraq peşə və vəzifələrin adlarını, əvvəlki dövrlərdə (##.##.2010- ##.##.2018-ci illərdə və ##.##.2018-##.##.2024-cü illərdə) əmək kitabçalarında peşə və vəzifələrin adlarının AR ƏM-nin 57-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olmayan - peşə və vəzifələrin adlarının qanunun tələblərinə uyğunluğunu müəyyən edilmiş və müəssisə üzrə peşə və vəzifələrin adlarını Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na uyğun qeyd etməklə işçilərin hüquqlarını bərpa etmişdir.
51. Həmçinin qeyd olunan müəssisənin məhkəmə kollegiyasının sorğusuna verdiyi ## #### 2026-cı il tarixli, **-**/*-***/**** nömrəli cavab məktubuna əlavə edilmiş əmək müqaviləsindən görünür ki, “xxxx” MMC ilə İddiaçı arasında ##.##.2018-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanılmış, şəxs əmək funksiyasını zərərli şəratli iş yerində icra etdiyi üçün onun əmək haqqına 34.64 manat məbləğdə əlavə müəyyən edilmişdir (4.4-cü bənd); işçi dəbilqə (qoruyucu baş geyimi), gödəkcə, respirator (tənəffüs orqanlarının mühafizəsi üçün), şalvar, ayaqqabı (zərbəyə qarşı) xüsusi mühafizə vasitələri ilə təmin edilir (4.10-cu bənd) və işçi zərərli amillərdən sağlamlığının mühafizəsi üçün xüsusi qatıq məhsulları (kefir və.s) qida məhsulları ilə təmin edilir (4.11-ci bənd).
52. Göründüyü kimi, işəgötürən tərəfindən verilən arayışa əsasən, iddiaçının “xxxx” MMC-də işlədiyi ##.##.2018-ci il tarixdən ##.##.2022-ci il tarixədək boyama mütəxəssisi, ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək boyaqçı vəzifələri müvafiq siyahının
11. Metal emalı bölməsinin, 11.14. Metal emalının digər peşələri yarımbölməsinin, a) fəhlələr altqrupunda: "xrom pastası ilə məmulat hopdurulması ilə məşğul olan hopdurucular" peşəsinə və ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək dartmayuma aparatçısı vəzifəsi müvafiq siyahının 7. Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin 7.39.4. Yayma istehsalatı yarımbölməsində a) fəhlələr altqrupunda: "soyuq metalın yaymaçıları" peşəsinə uyğun olduğu göstərilmişdir. Lakin cavabdeh faktiki olaraq işəgötürən tərəfindən verilmiş arayışları qəbul etməmiş, iddiaçının güzəştli iş stajını mübahisələndirərək, iddiaçının işlədiyi vəzifələrin Siyahıda nəzərdə tutulan müvafiq vəzifələ uyğun olmadığını bildirmişdir.
53. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, ilk öncə qeyd edilməlidir ki, cavabdeh iddiaçının işlədiyi vəzifələrin Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun olmadığı nəticəsinə gəlsə də, həmin uyğunsuzluğun nədən ibarət olmasını göstərməmişdir. Ikincisi, şəxsin gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir.
54. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, həmin vəzifələr üzrə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyi işəgötürən tərəfindən təqdim edilən sənədlərlə, arayış, vəzifə təlimatı ilə müəyyən edilir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Bu baxımdan da hazırki iş üzrə işəgötürən müəssisənin, yəni “xxxx” MMC-nin fəaliyyət göstərdiyi sahədə ixtisaslaşmış təşkilat olduğu nəzərə alınaraq, onun tərəfindən verilən arayış mötəbər sənəd kimi qəbul edilməlidir.
55. Həmçinin nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
56. Beləliklə, məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan yuxarıda qeyd olunan həmin bəndlərdəki vəzifələrlə uyğundur.
57. Göründüyü kimi, iddiaçı tələb olunan yaş həddində olmaqla, eləcə də tələb olunan sosial sığorta stajına malikdir və qeyd olunan sosial sığorta stajının 12 il 6 aydan çox hissəsi iddiaçının güzəştli şərtlərlə peşələrdə olan iş stajına daxildir.
58. Odur ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
59. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.