Məhkəmə qərarları › İş №2-1(3-7)-225/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-225/2026

23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-225/2026 23.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndələri X3 və X2 iştirakları ilə, İddiaçı “Etibar İfxan oğlu Allahverdiyevin başçılığı ilə” X13 cavabdeh Cavabdeh Publik Hüquqi Şəxsinə qarşı (üçüncü şəxs Şəmkir rayon Şəmkir Bələdiyyəsi) “qeydin ləğvi və torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən - Cavabdeh Publik Hüquqi Şəxsi tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Şəmkir rayonu, Yuxarı xxxx kəndində yerləşən ************ reyestr nömrəli 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (tam) üzərində “Etibar İfxan oğlu Allahverdiyevin başçılığı ilə” X13 adına xeyrinə hüquq yüklü və Şəmkir Rayon İcra Hakimiyyətinin adına hüququ yüklü ##.##.2024-cü il tarixdə 3124005691 nömrə ilə qeydiyyatı aparılmış, əsas öhdəliyin mahiyyəti və icra müddəti olaraq Gəncə İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-***/**** nömrəli qərarı və Şəmkir Rayon İcra Hakimiyyəti başçısının ##.##.1996cı il tarixli, *** nömrəli sərəncamı göstərilmişdir; - “Etibar İfxan oğlu Allahverdiyevin başçılığı ilə” X13 nizamnaməsi ##.##.1996-cı il tarixli, *** nömrəli sərəncamı ilə təsdiq edilmişdir. İş materiallarında olan ##.##.2022-ci il tarixli, A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən, Şəmkir rayonu Yuxarı xxxx kəndində yerləşən 4.93 ha torpaq sahəsinin hüquq sahibi Şəmkir rayon X5. Cavabdeh Publik Hüquqi Şəxsi tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Şəmkir rayonu, Yuxarı xxxx kəndində yerləşən ************ reyestr nömrəli torpaq sahəsi üzərində Şəmkir rayon X5 tam mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında ##.##.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Şəmkir rayon X8 ##.##.2021-ci il tarixli, ** nömrəli protokolundan çıxarışa əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə bələdiyyə ərazisində yerləşən 4.93 ha əkin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması barədə qərar qəbul edilmişdir. Cavabdeh Publik Hüquqi Şəxsi ** saylı Şəmkir Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli məktuba qoşma şəklində əlavə edilmiş mütəxəssis rəyinə (hakim Fikrət Hüseynovun icraatı) əsasən, Şəmkir rayonu, xxxx kəndində yerləşən “xxxx” adlanan ərazidən Etibar İfxan oğlu Allahverdiyevin başçılığı ilə X13 verilmiş və faktiki istifadəsi kimi təqdim etdiyi (iddia etdiyi) 35.47 ha torpaq sahəsi ilə JN-90, 91, 92, 93, 94, 95, 96, 97, 98 və ** saylı torpağa dair mülkiyyət hüququna dair Dövlət Aktları ilə müəyyən edilmiş torpaq sahələri ilə üst-üstə düşmür, Şəmkir Rayon İcra Hakimiyyəti üzrə *** №-li, ## #### 1996-cı il tarixli sərəncamla Şəmkir rayonu, xxxx kəndində yerləşən “xxxx” adlanan 166 ha ərazinin hüdudları daxilində yerləşən Etibar İfxan oğlu Allahverdiyevin başçılığı ilə X13 istifadəsi kimi iddia edilən və göstərilən 35.47 ha torpaq sahəsi boşdur, həmin torpaq sahələri bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş və müəyyən hissəsi bələdiyyənin adına reyestrdən çıxarışla rəsmiləşdirilmiş BEF torpaq sahəsidir. Gəncə İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-***/**** nömrəli qərarına (hakim Fikrət Hüseynov) əsasən, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli, *** nömrəli sərəncamı ilə Şəmkir rayonu, xxxx kəndində yerləşən “xxxx” adlanan ərazidən “Etibar İfxan oğlu Allahverdiyevin başçılığı ilə” X13 ayrılmış 35 (otuz beş) ha torpaq sahəsinin ##.##.2022-ci il tarixli, reyestr nömrəsi ************ saylı çıxarışla bələdiyyə mülkiyyətində olan 4.93 ha hissəsi istisna olmaqla, üzərində “Etibar İfxan oğlu Allahverdiyevin başçılığı ilə” X13 istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi Cavabdeh Publik Hüquqi Şəxsi ** saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan cavadbeh Cavabdeh Publik Hüquqi Şəxsi ** saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, 2-1(104)- ***/**** nömrəli qərarı ilə təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan cavabdeh Cavabdeh Publik Hüquqi Şəxsi ** saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli qərarı, 2- *(***)-****/**** nömrəli qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarına (hakim Ruhiyə Tağıyeva) əsasən, X5 ##.##.2021-ci il tarixli ** nömrəli qərarı ləğv edilmişdir. Qərardan cavabdeh Şəmkir rayon Şəmkir Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından cavabdeh Şəmkir rayon Şəmkir Bələdiyyəsinə münasibətdə imtina olunmuş, mümkün sayılmamış və şikayətin qəbulundan imtina olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı “Etibar İfxan oğlu Allahverdiyevin başçılığı ilə” X13 cavabdeh Cavabdeh Publik Hüquqi Şəxsi ** saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun qanuni istifadəsində olan torpaq sahəsinin 4.93 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs Şəmkir rayon X5 adına aparılmış mülkiyyət hüququ qeydinin ləğv edilməsi və həmin torpaq sahəsinə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli sərəncamı ilə xxxx sovxozunun ərazisindən 35 hektar torpaq sahəsi İcra Hakimiyyətinin balansına götürülmüşdür. Həmin sərəncama əsasən, A.R. Torpaq Məcəlləsinin 60-cı maddəsinin və “X13 haqqında” A.R. Qanununun tələblərinə əsasən “xxxx” sovxozunun ərazisində müəssisə yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir. Sözügedən sərəncamın digər bəndinə əsasən, Şəmkir rayonu, xxxx kəndində yerləşən “xxxx” adlanan ərazidən 35 ha torpaq sahəsinin iddiaçıya ayrılması qərara alınmışdır. İddiaçı ayrılmış torpaq sahəsinə dair hüququnun qeydə alınması məqsədilə ##.##.2022-ci il tarixdə cavabdeh A.R. İqtisadiyyat Nazirliyi Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Publik Hüquqi Şəxsi ** saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciətinə qanunla müəyyən edilmiş müddətdə cavab verilmədiyindən, cavabdehə qarşı Gəncə İnzibati Məhkəməsində iddia qaldıraraq məhkəmədən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış xxxx sovxozunun ərazisindən 35 hektar torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)- ***/**** №-li, ##.##.2023-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli, *** nömrəli sərəncamı ilə Şəmkir rayonu, xxxx kəndində yerləşən “xxxx” adlanan ərazidən müəssisəyə ayrılmış 35 ha torpaq sahəsinin ##.##.2022-ci il tarixli, reyestr nömrəsi ************ saylı çıxarışla bələdiyyə mülkiyyətində olan 4.93 ha hissəsi istisna olmaqla, üzərində müəssisənin istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin Cavabdeh Publik Hüquqi Şəxsi ** saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qeyd olunan məhkəmə qərarından cavabdeh tərəfindən verilmiş Gəncə Apellyasiya Məhkəməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinə verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-***/**** №-li, ##.##.2023-cü il tarixli qərarı qanuni qüvvəyə minməklə cavabdeh tərəfindən icra edilərək, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli, *** nömrəli sərəncamı ilə Şəmkir rayonu, xxxx kəndində yerləşən “xxxx” adlanan ərazidən müəssisəyə ayrılmış 35 ha torpaq sahəsinin ##.##.2022-ci il tarixli, reyestr nömrəsi ************ saylı çıxarışla bələdiyyə mülkiyyətində olan 4.93 ha hissəsi istisna olmaqla, üzərində müəssisənin istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə iddiaçıya çıxarışlar verilmişdir. Bundan sonra iddiaçı həmin cavabdeh inzibati orqana müraciət edərək, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin 4.93 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs Şəmkir Rayonunun X5 adına aparılmış mülkiyyət nüququ qeydinin ləğv edilməsini və həmin torpaq sahəsinə dair iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, həmin imtina qanunsuzdur və müəssisənin qanunla qorunan hüququnun pozulmasına səbəb olur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, ##.##.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının ## #### 1996- cı il tarixli, *** nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinə hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh inzibati orqan isə nəinki iddiaçının hüququnu qeydə almış, hətta heç bir qanuni əsas olmadan iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin 4.93 ha hissəsinə ##.##.2022-ci il tarixdə hazırki iş üzrə üçüncü şəxs Şəmkir rayon X5 mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq, həmin üçüncü şəxsə bu barədə dövlət reyestrindən çıxarış vermişdir. İddiaçı qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya torpaq sahəsi ayrılarkən üçüncü şəxs - bələdiyyənin mövcud olmadığını biləbilə və iddiaçı hüququnun qeydə alınmasını tələb etdikdən 10 ay sonra üçüncü şəxs Şəmkir Rayonunun X5 mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq, kobud qanun pozuntusuna yol vermişdir. Cavabdeh inzibati orqan yol verdiyi kobud qanun pozuntusu düzəltmək əvəzinə, hazırki iş üzrə iddiaçının müraciətini təmin etməkdən əsassız imtina etmişdir. Odur ki, iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olduğundan inzibati məhkəmə icraatı qaydasında cavabdeh inzibati orqanın iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə (4.93 ha) üçüncü şəxs Şəmkir rayon X5 mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin qeydin ləğv edilməsi və həmin torpaq sahəsinə onun istifadə hüququnun qeydə alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Şəmkir rayon X5 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Şəmkir rayon X5 üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Şəmkir rayon Şəmkir Bələdiyyəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi “Şəmkir rayon X5 adına verilmiş Şəmkir rayonu, Yuxarı xxxx kəndində yerləşən 4.93 ha torpaq sahəsinə dair ##.##.2022-ci il tarixdə aparılmış ********** qeydiyyat və ************ reyestr nömrəli qeydin ləğv edilməsi və Şəmkir rayonu, Yuxarı xxxx kəndində yerləşən 4.93 ha torpaq sahəsinə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Publik Hüquqi Şəxsi ** saylı Şəmkir Ərazi İdarəsi tərəfindən iddia tələbinə qarşı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, Şəmkir rayon X6 ** saylı Şəmkir Ərazi İdarəsinə ##.##.2023-cü il tarixli, ** nömrəli məktubu, ##.##.2021-ci il tarixli ** saylı protokolundan çıxarışı və Kənd təsərrüfatı məqsədi ilə müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, isifadəyə, icarəyə verilməsi nəzərdə tutulan Şəmkir rayonu, Yeni Göyçə kəndi ərazisində yerləşən 49300 kv.m (4.93 ha) torpaq sahəsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Qazax Ərazi Şöbəsi tərəfindən təsdiqlənmiş rəyi təqdim edərək, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış almışdır. Hesab edilmişdir ki, daşınmaz əmlak üzərində aparılmış qeydiyyat tam olaraq qanunvericiliyin tələbinə uyğun olaraq aparılmışdır. İddiaçı Allahverdiyev Etibar İfxan oğlunun iddiası əsassızdır, belə ki, Gəncə İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə sözügedən iş üzrə hüquqi qiymət verilmişdir. Qeyd olunan 4.93 ha torpaq sahəsi istisna olmaqla torpaq sahəsinin mülkiyyətə alınması öhdəliyinin ** saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmuş, qərar tərəflərindən icra edilmişdir. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim N.Hüseynov) iddianın təmin edilməsi, Şəmkir rayonu, Yuxarı xxxx kəndində yerləşən 4.93 ha ehtiyat fond torpaq sahəsinin Şəmkir rayonu X5 mülkiyyət hüququnun qeydiyyatına dair ##.##.2022-ci il tarixli ********** nömrəli reyestr qeydin ləğv edilməsi, Şəmkir rayonu, Yuxarı xxxx kəndində yerləşən 4.93 ha torpaq sahəsi üzərində iddiaçı “Etibar İfxan oğlu Allahverdiyevin başçılığı ilə” X13 istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd edilənlərə əsasən, hazırda mübahisələndirilən 4.93 ha torpaq sahəsi ilə bağlı Gəncə İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-***/**** nömrəli qərarında xüsusi olaraq istisna edilmiş, belə ki, qeyd olunan torpaq sahəsi üzərində Şəmkir rayon Göyçə Bələdiyyəsinin mülkiyyət hüququ artıq qeydiyyata alınmış idi. Bunun davamı olaraq, iddiaçı tərəfindən həmin mübahisələndirilən 4.93 ha torpaq sahəsinin qeyd aparılmasına əsas olmuş X5 ##.##.2021-ci il tarixli ** nömrəli qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edilmiş və məhkəmə sözügedən bələdiyyə qərarının ləğvi barədə qərar qəbul etmişdir. Beləliklə, 4.93 ha torpaq sahəsinin qeydə alınmasına səbəb olmuş X5 ##.##.2021-ci il tarixli ** nömrəli qərar ləğv edildiyindən və məhkəmə hesab edir ki, çıxarışın qeydə alınmasına səbəb olan bələdiyyə qərarı da ləğv edildiyindən çıxarışın hər hansısa bir hüquqi qüvvəsi qalmamışdır. Son olaraq, məhkəmə hesab edir ki, üçüncü şəxsin adına aparılmış mülkiyyət hüququnun qeydiyyatına dair ##.##.2022-ci il tarixli ********** nömrəli reyestr qeydi ləğv edilməlidir. Mübahisə predmeti olan torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi İdarəsinin ##.##.2023-ci il tarixli, 3-21-3-40/2- ****/**** nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində Şəmkir rayonu, xxxx kəndində yerləşən “xxxx”adlanan ərazidən Etibar İfxan oğlu Allahverdiyevin başçılığı ilə X13 verilmiş və faktiki istifadəsi kimi təqdim etdiyi (iddia etdiyi) 35.47 ha torpaq sahəsi ilə JN-90, 91, 92, 93, 94, 95, 96, 97, 98 və ** saylı torpağa dair mülkiyyət hüququna dair Dövlət Aktları ilə müəyyən edilmiş torpaq sahələri üst-üstə düşmədiyi, Şəmkir Rayon İcra Hakimiyyəti üzrə *** №-li, ## #### 1996-cı il tarixli sərəncamla Şəmkir rayonu, xxxx kəndində yerləşən "xxxx" adlanan 166 ha ərazinin hüdudları daxilində yerləşən Etibar İfxan oğlu Allahverdiyevin başçılığı ilə X13 istifadəsi kimi iddia edilən və göstərilən 35.47 ha torpaq sahəsi boşdur, həmin torpaq sahələri bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş və müəyyən hissəsi bələdiyyənin adına reyestrdən çıxarışla rəsmiləşdirilmiş BEF torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin rəy üzrə hazırdamübahisə predmeti olan 4.93 ha hissəsi istisna olmaqla, iddiaçının istifadə hüququnun qeydiyyata alınması barədə Gəncə İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-***/**** nömrəli qərarı qəbul edilmiş, qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Həmin qərar qəbul edilərkən mövcud olan imtina əsasları hazırda da mövcuddur (müəyyən hissəsi bələdiyyənin adına reyestrdən çıxarışla rəsmiləşdirilmiş hissəsi istisna olunmaqla). Bu səbəbdən də məhkəmə əlavə olaraq mütəxəssis rəyinin alınmasına zərurət görmür. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) cavabdehin apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu X7 ** saylı Şəmkir Ərazi İdarəsinə ##.##.2023-cü il tarixli, ** nömrəli məktubu, ##.##.2021-ci il tarixli ** saylı protokolundan çıxarışı və Kənd təsərrüfatı məqsədi ilə müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, isifadəyə, icarəyə verilməsi nəzərdə tutulan Şəmkir rayonu Yeni Göycə kəndi ərazisində yerləşən 49300 kv.m (4.93 ha) torpaq sahəsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Qazax Ərazi Şöbəsi tərəfindən təsdiqlənmiş rəyi təqdim edərək, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış almışdır. Həmçinin Etibar İfxan oğlu Allahverdiyevin başçılığı ilə X13 ayrılmış 35 ha torpaq sahəsinə dair yerquruluşu sxemi olmadığına görə qətnamə ləğv olunmalıdır. Hesab edir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut olunmadığından qətnamə ləğv olunmalıdır. b) üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs Şəmkir bələdiyyəsinin sədri Vüqar Həsənov qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Etibar İfxan oğlu Allahverdiyevin başçılığı ilə X13 Şəmkir rayonu xxxx kəndində yerləşən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Şəmkir rayonu X5 mülkiyyətində olan 4.93 ha torpaq sahəsinin Şəmkir rayon İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli, *** nömrəli sərəncamı ilə “xxxx" adlanan ərazidən X13 35 ha ayrılmış torpaq sahəsinin tərkibinə daxil olduğunu bildirmiş və həmin torpaq sahəsinə dair Çıxarışın ləğv edilməsini tələb etmişdir. Halbuki, mübahisəli torpaq sahəsi Elektron baza xəritəsinə əsasən Şəmkir rayonu X5 məxsus torpaq sahəsidir və həmin torpaq sahəsinə dair də ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında Bələdiyyənin mülkiyyətinə verilmişdir. Mübahisəli torpaq sahəsi 1996-cı ildən heç bir etiraz olmadan Bələdiyyənin istifadəsindədir. Hazırda iddiaçı həmin torpaq sahəsinin qanuni istifadəsində olduğunu bildirsə də, o ümumiyyətlə həmin torpaq sahəsindən istifadə etməmişdir. Həmçinin, onu da qeyd edir ki, Gəncə İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-***/**** nömrəli qərarına əsasən, Etibar İfxan oğlu Allahverdiyevin başçılığı ilə X13 iddiası qismən təmin edilmiş, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli, *** nömrəli sərəncamı ilə Şəmkir rayonu, xxxx kəndində yerləşən “xxxx” adlanan ərazidən Etibar İfxan oğlu Allahverdiyevin başçılığı ilə X13 ayrılmış 35 (otuz beş) ha torpaq sahəsinin ##.##.2022-ci il tarixli, reyestr nömrəsi ************ saylı çıxarışla bələdiyyə mülkiyyətində olan 4.93 ha hissəsi istisna olmaqla, üzərində Etibar İfxan oğlu Allahverdiyevin başçılığı ilə X13 istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi Cavabdehn ** saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilmişdir. Artıq həmin qərar qanuni qüvvəsini almışdır. Həmin qərardan da görünür ki, torpaq sahəsi Şəmkir rayonu X5 mülkiyyətində olduğundan torpaq sahəsinə dair verilmiş Çıxarış ləğv edilməmişdir. c) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. d) məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəməm kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Elnur Əhmədov tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndələri Əsəd Cəfərli və Ramiz Əliyev tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Hazırki iş üzrə iddiaçının əsas hüquqi marağı üçüncü şəxsin adına işlənmiş daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğvi və həmin torpaq sahəsi üzərində öz istifadə hüquqlarının qeydə alınmasıdır. Göründüyü kimi iddiaçının tələbi iki hissədən ibarətdir: 1) Şəmkir rayonu, Yuxarı xxxx kəndində yerləşən 4.93 ha ehtiyat fond torpaq sahəsinin Şəmkir rayonu X5 mülkiyyət hüququnun qeydiyyatına dair ##.##.2022-ci il tarixli ********** nömrəli reyestr qeydinin ləğv edilməsi; 2) Şəmkir rayonu, Yuxarı xxxx kəndində yerləşən 4.93 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. (iddia tələbinin birinci hissəsinə münasibətdə aşağıdakılar qeyd olunur) İş materiallarından müəyyən olunur ki, Şəmkir rayonu, Yuxarı xxxx kəndində yerləşən 4.93 ha torpaq sahəsi üzərində üçüncü şəxsin hüquqlarının qeydə alınmasına dair ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş hüquq müəyyənedici sənəd qismində X5 ##.##.2021-ci il tarixli ** nömrəli qərarı çıxış etmişdir. İşdən görünür ki, X5 ##.##.2021-ci il tarixli ** nömrəli qərarı Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarına (hakim Ruhiyə Tağıyeva) əsasən ləğv edilmiş və qərar qanuni qüvvəsini almışdır. Burdan da göründüyü kimi üçüncü şəxsin mübahisəli torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasına səbəb olmuş hüquqi əsas artıq aradan qalxmışdır. Ona görə də məhkəmə kollegiyası iddia tələbinin həmin hissəsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi Şəmkir rayonu, Yuxarı xxxx kəndində yerləşən 4.93 ha ehtiyat fond torpaq sahəsinin Şəmkir rayonu X5 mülkiyyət hüququnun qeydiyyatına dair ##.##.2022-ci il tarixli ********** nömrəli reyestr qeydinin ləğv edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. (iddia tələbinin ikinci hissəsinə münasibətdə aşağıdakılar qeyd olunur) İşin müəyyən olunmuş hallarından görünür ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli, *** nömrəli sərəncamı ilə Şəmkir rayonu, xxxx kəndində yerləşən "xxxx" adlanan ərazidən 35 ha torpaq sahəsi Etibar İfxan oğlu Allahverdiyevin başçılığı ilə yaradılmış X13 ayrılmışdır. Hazırda iddiaçının üzərində hüquqlarının qeydə alınmasını tələb etdiyi 4.93 ha torpaq sahəsi də Şəmkir Rayon İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli, *** nömrəli sərəncamı ilə ona ayrılmış 35 ha torpaq sahəsinin daxilində yerləşir. İddiaçı əvvəllər qeyd olunan sərəncama istinad edərək, ona ayrılmış torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətin təmin edilməsindən imtina olunmuşdur. Bununla əlaqədar iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin dövrdə Gəncə İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)- ***/**** nömrəli qərarına (hakim Fikrət Hüseynov) əsasən, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli, *** nömrəli sərəncamı ilə Şəmkir rayonu, xxxx kəndində yerləşən “xxxx” adlanan ərazidən “Etibar İfxan oğlu Allahverdiyevin başçılığı ilə” X13 ayrılmış 35 (otuz beş) ha torpaq sahəsinin ##.##.2022-ci il tarixli, reyestr nömrəsi ************ saylı çıxarışla bələdiyyə mülkiyyətində olan 4.93 ha hissəsi istisna olmaqla, üzərində “Etibar İfxan oğlu Allahverdiyevin başçılığı ilə” X13 istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi Cavabdeh Publik Hüquqi Şəxsi ** saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərar apellyasiya və kassasiya instansiya məhkəmələrində də şikayət əsasında baxılmış və dəyişdirilmədən saxlanılmışdır. Gəncə İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-***/**** nömrəli qərarından görünür ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli, *** nömrəli sərəncamı ilə Şəmkir rayonu, xxxx kəndində yerləşən “xxxx” adlanan ərazidən “Etibar İfxan oğlu Allahverdiyevin başçılığı ilə” X13 ayrılmış 35 ha torpaq sahəsi üzrə istifadə hüququnun dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyularkən, 4,93 ha torpaq sahəsi istisna edilmişdir. Həmin hissədə iddianın təmin edilməməsinin səbəbi isə 4,93 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olması ilə bağlı olmuşdur. Lakin hazırkı iş üzrə müəyyən olunur ki, mübahisəli 4,93 ha torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olmuş X5 ##.##.2021-ci il tarixli, ** nömrəli qərarı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv edilmişdir. Belə olan halda, əvvəllər iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınmasına maneə təşkil etmiş hüquqi əsas artıq aradan qalxmışdır. Mübahisəli torpaq sahəsinin Şəmkir Rayon İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli, *** nömrəli sərəncamı ilə iddiaçının başçılıq etdiyi X13 ayrılmış 35 ha torpaq sahəsinin daxilində yerləşməsi işin mübahisəsiz halıdır. Həmin sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində istifadə hüququnun dövlət qeydiyyatı üçün əsasdır. Bundan əlavə qeyd etmək lazımdır ki, iş materiallardan hüquqmüəyyənedici sənəd olan həmin sərəncamın hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni sərəncam öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair ## ###### 2016cı il tarixli Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İş materiallarından da görünür ki, iddiaçının Şəmkir Rayon İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli, *** nömrəli sərəncamı əsasında torpaq sahəsi üzərində istifadə hüquqlarının qeydə alınmasının əsaslılığına qanuni qüvvəsini almış məhkəmə qərarları ilə yetərincə hüquqi qiymət verilmişdir. (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli Qərarı) Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş məsələləri əlavə olaraq təkrarlamağa lüzum yoxdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar