Məhkəmə qərarları › İş №2-1(3-7)-233/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-233/2026

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-233/2026 09.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Daşkəsən Mərkəzi Rayon Xəstəxanasının arayışlarından görünür ki, İddiaçı ##.##.1992-##.##.1993-cü il tarixlərdə, ##.##.1994-##.##.1994-cü il tarixlərdə ayaq barmaqlarının don vurması diaqnozu üzrə stasionar müalicə almışdır. 2.

3. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli, 283№-li əmrindən çıxarışa əsasən, III taburun əsgəri kimi qeyd olunan İddiaçı 1 (bir) aydan artıq fərarilik etdiyinə görə, bütün təminatlardan azad edilərək, ştatdan kənar kimi qeydə alınmışdır.

4. Azərbaycan Respublikası Müdafiə Nazirinin ## ######## 1996-cı il tarixli əmrinə əsasən, hərbi qulluqçuların ehtiyata buraxılması əmr edilmişdir.

5. Cavabdeh şəxsi Heyət Baş Idarəsinin İddiaçı ünvanlanan ##.##.2025-ci il tarixli, *- **-**/*-İ-****-**/**** nömrəli imtina məktubunda göstərilmişdir ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2025-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2024-cü il tarixli, **** nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə ##.##.1994-cü il tarixdən sonra xidməti əmrlərlə təsdiqlənmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

6. Cavabdeh tərəfiindən ##.##.2025-ci il tarixə Gəncə Inzibati Məhkəməsinə ünvanlanmış məktubda görünür ki, 861 (N) N№-li hərbi hissə komandirinin ## #### 1992-ci il tarixli, *** nömrəli əmrilə İddiaçı (əsas: sıra 34, səh 24, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr batalyon komandiri tərəfindən imzalanmamışdır) ##.##.1992-ci il tarixdən batalyonun tərkibinə daxil edilmişdir. 861 (N) №-li hərbi hissə komandirinin ## ###### 1992ci il tarixli, *** №-li əmrində sıravi İddiaçı M. oğlunun (əsas: sıra 84, səh 4, əmrdə atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib, adının qarşısında "09 (doqquz) gün yazılmışdır) döyüş mövqeyində olduğuna görə 3(üç) qat əmək haqqının verilməsi barədə məlumat vardır. N N№-li hərbi hissə komandirinin ## ###### 1994-cü il tarixli, * №-li əmrilə sıravi İddiaçı (esas: sıra 4, səh 23) 3-cü taburda pulemyotçu vəzifəsinə təyin olunmuşdur. Hərbi hissəsi ləğv olunduğuna görə sıravi İddiaçı N N№-li hərbi hissə komandirinin ## ###### 1994-cü il tarixli, * №-li əmrilə (əsas: bənd 4, sıra 5, səh 50) şəxsi heyətin siyahısına daxil edilərək 3-cü taburda sanitar atıcı vəzifəsinə təyin olunmuşdur. Hərbi hissəsi ləğv olunduğuna görə sıravi İddiaçı 861 (N) N№-li hərbi hissə komandirinin ## ###### 1994-cü il tarixli, *** №-li əmrilə (əsas: sıra 3, səh 62, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 3-cü tabur komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissə komandirinin ## ##### 1994-cü il tarixli, ** №-li əmrində sıravi İddiaçı M. oğlunun (əsas: § 3, sıra 5, səh 110, əmrdə atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib, adının qarşısında "31" yazılmışdır) 1994-cü ilin mart ayı ərzində müxtəlif səbəblərdən (xəstələr) döyüş mövqeyində olmadığına görə 3(üç) qat əmək haqqının kəsilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin ## ### 1994-cü il tarixli, ** №-li əmrində sıravi İddiaçı (esas: § 12, sıra 17, səh 159, əmrdə vəzifəsi göstərilməyib, xəstələr siyahısında adı qeyd olunub, adının qarşısında "30 gün yazılmışdır) müxtəlif səbəblərdən (xəstə, qaçqın, ailə vəziyyəti ilə) döyüş mövqeyində olmadığına görə aprel ayı üçün 3(üç) qat əmək haqqının kəsilməsi barədə məlumat vardır. 1(bir) aydan artıq fərarilik etdiyinə görə sıravi İddiaçı N №-li hərbi hissə komandirinin ## ###### 1994-cü il tarixli, *** №li əmrilə (əsas: § 1, sıra 1, səh 42, emrdə vəzifəsi göstərilməyib) bütün növ təminatlardan azad edilərək ştatdan kənar kimi qeydə alınmışdır. N №-li hərbi hissə komandirinin noyabr 1996-cı il tarixli nizamı hissə üzrə əmrlərində İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır.

7. Məhkəmə kollegiyasının sorğusuna Müdafiə Nazirliyinin ##.##.2026-cı il tarixli cavab məktubunda qeyd edilmişdir ki, sorğuya cavab olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.1996-cı il tarixli, *** №-li əmrinin təsdiq edilmiş kserosurəti ünvanınıza göndərilir. N №-li hərbi hissə komandirinin ##.##.1996-cı il tarixli, *** №-li əmrində Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.1996-cı il tarixli, *** №-li əmrinə əsasən, ehtiyata tərxis olunanlar barəsində məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin oktyabr-noyabr 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.1996-cı il tarixli, *** №-li əmrinə əsasən, ehtiyata tərxis olunması barədə məlumat aşkar edilməmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ##.##.1992-ci il tarixdən ##.##.1996cı il tarixədək Azərbaycan Respublikası Silahlı qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmət keçməklə birinci Qarabağ müharibəsində iştirak etmiş və döyüş vaxtı dəfələrlə yaralanmışdır. 1996-cı ildə qanuni əsaslarla ordudan təxris olunmuşdur. Bu barədə bütün sənədlər var. O, bununla bağlı Müdafiə Nazirliyinin Aparatı Nəzdində "Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət edərək ona veteran adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. O, döyüş əməliyyatlarında fəal iştirak etsə də və qanuni olaraq təxris olunsa da hazırkı vaxta qədər ona veteranlıq verilməsindən müxtəlif bəhanələr gətirilərək imtina edilir. Ona görə də məhkəməyə müraciət etməklə hüquqlarının bərpa olunmasını istəyir.

10. Cavabdeh Cavabdeh tərəfindən məhkəməyə iddiaya dair yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin ##.##.2025-ci il tarixli, *-**-**/*-***/**** nömrəli arxiv arayışından da göründüyü kimi iddiaçı 861 (N) nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixdən batalyonun tərkibinə daxil edilmişdir. Hərbi hissəsi ləğv olunduğuna görə sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin # ###### 1994-cü il tarixli, * nömrəli əmri ilə şəxsi heyətin siyahasına daxil edilərək 3-cü taborda sanitar atıcı vəzifəsinə təyin olunmuşdur. Hərbi hissəsi ləğv olunduğuna görə siravi İddiaçı 861 (N) nömrəli hərbi hissə komandirinin ## ###### 1994-cü il tarixli, *** nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 3-cü Vnin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin ## ##### 1994-cü il tarixli, ** nömrəli əmrində sıravi İddiaçı 1994-cü ilin mart ayı ərzində müxtəlif səbəblərdən döyüş mövqeyində olmadığına görə 3 (üç) qat əmək haqqının kəsilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin # ### 1994-cü il tarixli, ** nömrəli əmrində siravi İddiaçı 1994-cü ilin mart ayı ərzində müxtəlif səbəblərdən döyüş mövqeyində olmadığına görə aprel ayı üçün 3 (üç) qat əmək haqqının kəsilməsi barədə məlumat vardır. 1 (bir) aydan artıq fərarilik etdiyinə görə siravi İddiaçı N nömrəli hərbi hissə komandirinin ## ###### 1994-cü il tarixli, *** nömrəli əmri ilə bütün növ təminatlardan azad edilərək ştatdan kənar kimi qeydə alınmışdır. Arxiv sənədindən də göründüyü kimi iddiaçının qanuni əsaslarla ehtiyata buarxılması barədə məlumat aşkar olunmamış, döyüş əməliyyatları zamanı fərarilik itdiyinə görə şəxsi heyətin siyahısından çıxarılmışdır. Bu kimi halları nəzərə alan Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

12. Gəncə Inzibati Məhkəməsinin (hakim R.Tağıyeva) ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçının hərbi biletində onun ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək N№-li hərbi hissədə, ##.##.1994-cü il tarixdən ##.##.1996-cı il tarixədək N №-li hərbi hissədə xidmət etməsi, ##.##.1996-cı il tarixində Müdafiə Nazirinin *** nömrəli ##.##.1996-cı il tarixli əmri ilə ehtiyata buraxılması, həmçinin N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilsə də, lakin məhkəmə tərəfindən sorğu edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirinin ## ######## 1996-cı il tarixli əmrindən görünür ki, həmin əmr ümumi hərbi qulluqçulara aid olmuş, həmin əmrə adlı siyahı əlavə edilməmişdir. Göründüyü kimi iddiaçının həmin əmrlə tərxis olunması müəyyən edilmir. Bundan başqa, N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli, 283№li əmrindən çıxarışdan görünür ki, III taburun əsgəri kimi qeyd olunan İddiaçı 1 (bir) aydan artıq fərarilik etdiyinə görə, bütün təminatlardan azad edilərək, ştatdan kənar kimi qeydə alınmışdır. Məhkəmə Daşkəsən Mərkəzi Rayon Xəstəxanasının İddiaçı ##.##.1992-##.##.1993-cü il tarixlərdə, ##.##.1994-##.##.1994-cü il tarixlərdə ayaq barmaqlarının don vurması diaqnozu üzrə stasionar müalicə alması barədə arayışlarına münasibətdə qeyd etmişdir ki, bununla iddiaçının İ Qarabağ Müharibəsində, döyüş əməliyyatlarında iştirakı müəyyən olunmur. Beləliklə məhkəmə hesab etmişdir ki, iş materialları ilə iddiaçının hərbi xidmətdən qanunda nəzərdə tutulan qaydada tərxis olunması təsdiq edilmir. Belə olan halda ona müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi mümkün deyil.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmin edilməməsinə əsas kimi iddiaçının hərbi xidmətdən qanunda nəzərdə tutulan qaydada tərxis olunmasının təsdiq edilməməsini göstərmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı 1988-ci il ######ın #-dən 1991-ci il #######ın #-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası(Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, YuxarıƏskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. O, vətəndaşlıq borcunu yerinə yetirərək 5 il yaxın vətənə xidmət etmiş, döyüş əməliyyatlarında iştirak etmiş, bir №çə dəfə Gədəbəy və Kəlbəcər rayonu ərazisində şaxtadan don vurub, sonda da qanuni əsaslarla ordudan təxris olunmuşdur. Ona aid ******* nömrəli hərbi biletin uçot kartasından da görünür ki, o, ##.##.1992-ci ildən ##.##.1994-cü il tarixədək MN-nin N saylı hərbi hissənin, ##.##.1994-cü il tarixdən ##.##.1996-cı il tarixədək N saylı hərbi hissəsinin tərkibində xidmət etmiş, Azərbaycan Respublikası MN-nin ##.##.1996-cı il tarixli, *** saylı əmrinə əsasən qanuni əsaslarla ordudan təxris olunmuşdur. Məhkəmə isə qərarın əsaslandırıcı hissəsində onun qanuni əsalarla ordudan təxris olunmadığını qeyd etmişdir. O, hüquqlarının müafiəsi üçün məhkəməyə müraciət etmiş, məhkəmə özü də aidiyyəti orqanlara müvafiq sorğular verərək müəyyən etmişdir ki, həqiqətən o, ##.##.1992-ci ildə həqqi hərbi xidmətə çağırırlmış və ##.##.1996-cı ildə ordu sıralarında təxris olunmuşdur. Xidmət etdiyi müddətdə həmişə döyüş əməliyyatlarında iştirak etmiş və bu barədə də kifayət qədər sübutlar var. Buna baxmayaraq məhkəmə iddianı rədd edib. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdilər, həmçinin İddiaçı sədrlik edənin sualına cavabında qeyd etdi ki, onun əlilliyi yoxdur.

18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

19. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

20. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.

21. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabi№tinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 2020-ci il ########ın ##-dən noyabrın 10dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.

23. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2006-cı il tarixli, *** nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabi№tinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.

24. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (# ####### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).

25. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün.

26. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

27. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

28. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

29. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

30. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

31. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

32. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

33. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

34. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

35. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

36. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

37. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

38. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

41. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

42. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

43. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ##.##.1992-ci il tarixdən ##.##.1996-cı il tarixədək Azərbaycan Respublikası Silahlı qüvvələrinin tərkibində hərbi xidmət keçdiyini, aktiv döyüş əməliyyatlarında iştirak etdiyini və yaralandığını bildirərək cavabdeh - Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh orqan isə cavabında onun müraciətinə komissiyanın ##.##.2025-ci il tarixli iclasında baxıldığını və barəsində müsbət qərar qəbul edilmədiyini bildirilmişdir. Odur ki, iddiaçı hazırda bu tələblə məhkəməyə müraciət etmişdir.

44. Cavabdeh ##.##.2024-cü il tarixli, **** nömrəli məktubundan görünür ki, İddiaçı 861 (N) nömrəli hərbi hissə komandirinin ## #### 1992-ci il tarixli, *** nömrəli əmrilə ##.##.1992-ci il tarixdən batalyonun tərkibinə daxil edilmişdir. 861 (N) №-li hərbi hissə komandirinin ## ###### 1992-ci il tarixli, *** nömrəli əmrində döyüş mövqeyində olduğuna görə ona 3(üç) qat əmək haqqının verilməsi barədə məlumat vardır. Hərbi hissəsi ləğv olunduğuna görə İddiaçı 861 (N) nömrəli hərbi hissə komandirinin ## ###### 1994-cü il tarixli, *** nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 3-cü tabur komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissə komandirinin ## ##### 1994-cü il tarixli, ** nömrəli və ## ### 1994-cü il tarixli, ** nömrəli əmrlərində onun 1994-cü ilin mart ayı ərzində müxtəlif səbəblərdən (xəstələr) döyüş mövqeyində olmadığına görə 3(üç) qat əmək haqqının kəsilməsi barədə məlumat vardır. 1(bir) aydan artıq fərarilik etdiyinə görə N nömrəli hərbi hissə komandirinin ## ###### 1994-cü il tarixli, *** nömrəli əmrilə bütün növ təminatlardan azad edilərək ştatdan kənar kimi qeydə alınmışdır. N nömrəli hərbi hissə komandirinin noyabr 1996-cı il tarixli nizamı hissə üzrə əmrlərində onun şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müharibə veteranı statusu almaq üçün onun hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilməsi, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışlar, həmçinin onun qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə qaydasında öz təsdiqini tapmalıdır.

46. Qeyd edilməlidir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normaların dispozisiyasında göstərilən zəruri şərtlərin birgə mövcudluğu tələb olunur. Belə ki, şəxsin xidmət keçməsi məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına salınması ilə yanaşı onun hərbi hissədən qanuni əsaslarla müvafiq əmrə əsasən ehtiyyata buraxılmasını da nəzərdə tutur. Həmçinin şəxsin xidmət keçməsi halı müvafiq sənədlərdə əks edilməlidir. Bu zaman zəruri sənədlər məfhumuna hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və arxiv arayışları daxildir.

47. Göründüyü kimi, arxiv məlumatlarında iddiaçının hərbi hissənin şəxsi heyətinin tərkibinə xidmətə qəbul edilməsi və döyüş mövqeyində olduğuna görə ona 3(üç) qat əmək haqqının verilməsi barədə müəyyən məlumatlar olsa da, lakin 1(bir) aydan artıq fərarilik etdiyinə görə N nömrəli hərbi hissə komandirinin ## ###### 1994cü il tarixli, *** nömrəli əmrilə bütün növ təminatlardan azad edilərək ştatdan kənar kimi qeydə alınmışdır.

48. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iddiaçının hərbi hissəni özbaşına tərk etməsinə görə hər hansı cinayət məsuliyyətinə cəlb edilməməsi onun qanuni əsaslarla ehtiyata buraxılmasını ehtiva etmir. Belə ki, iş materiallarında olan arxiv arayışı ilə sübut olunur ki, iddiaçının şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmasına səbəb məhz onun uzun müddət hərbi hissədən yayınması (xidməti yerinə qayıtmaması) olmuşdur ki, bu hal da onun qanuni əsaslarla ehtiyyata buraxılmadığını bir daha sübut edir.

49. Həmçinin iddiaçıya məxsus hərbi biletdə və uçot kartasında əks olunan məlumatlara münasibətdə kollegiya bildirir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri sənədlər siyahısına hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və arxiv arayışları da daxil olduğundan və hazırki halda onun qanuni əsalarla ehtiyata buraxılması halı hərbi hissənin nizami hissə üzrə əmrləri və arxiv arayışları ilə təsdiqlənmədiyindən iddiaçının həmin sənədlərə istinadla bu statusa iddia etməsi əsaslı hesab edilmir.

50. Göründüyü kimi, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə qaydasında öz təsdiqini tapmamışdır.

51. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

52. Odur ki, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar