Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-234/2026 21.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçı İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AO ******* nömrəli hərbi biletdə görünür ki, İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020ci il tarixədək N №-li hərbi hissənin siyahısında olmuş, Talış-Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Medalının İ-**** nömrəli Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli **** nömrəli Sərəncamı ilə İddiaçı “Laçının azad olunmasına görə” medalı verilmişdir. Cavabdeh tərəfindən iddiaçı İddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli məktubdan görünür ki, N nömrəli hərbi hissə komandirinin ##.##.2023-cü il tarixli *** nömrəli məktubuna əsasən döyüş əməliyyatlarına cəlb edilməyən bölmələrdə xidmət keçdiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsəduyğun hesab edilməmişdir. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış ##.##.2023-cü il tarixli */*-**** nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissə komandirinin ##.##.2023-cü il tarixli *** nömrəli məktubuna əsasən döyüş əməliyyatlarına cəlb edilməyən bölmələrdə xidmət keçdiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsəduyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin ##.##.2024-cü il tarixli arayışında görünür ki, 1991-ci il təvəllüdlü, Goranboy rayon Borsunlu kənd sakini, ehtiyatda olan əsgər İddiaçı ##.##.2010-cu il tarixdən ##.##.2011-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət etmişdir. "Hərbi vəzifə və Hərbi Xidmət haqqında Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin tələblərinə əsasən ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Azərbaycan Respublikasında qismən Səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində Xidmət etmişdir. Talış-Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. ##.##.2020-ci il tarixdən SHXÇDX-nin Goranboy rayon şöbəsində hərbi qeydiyyatdadır. Cavabdeh N nömrəli hərbi hissəsi tərəfindən Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ehtiyatda olan əsgər İddiaçı, 5-ci taborun 15-ci bölüyünün 3-cü taqımının 2-ci manqanın baş atıcı vəzifəsində ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək hərbi hissədə xidmət etmişdir. Ehtiyatda olan əsgər İddiaçı qismən səfərbərlik zamanı ##.##.2020-ci tarixdə 5-ci taborun 15-ci bölüyünün 3-cü taqımının 2-ci manqanın baş atıcı vəzifəsinə xidmətə qəbul edilmiş və ##.##.2020-ci il tarixdə hərbi qeydiyyata durmaq üçün Goranboy rayon Şöbəsinə göndərilmişdir. Ehtiyatda olan əsgər İddiaçı qismən səfərbərlik zamanı xidmət etdiyi 5-ci taborun 15-ci bölüyü şəxsi heyəti tam tərkibdə döyüş əməliyyatları zamanı hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayonunun Sarov yaşayış məntəqəsində yerləşmiş və hərbi hissənin tərkibində döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqlar yerinə yetirməmiş, heç bir döyüş əməliyyatlarında iştirak etməmişdir. Cavabdeh Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu əsgər İddiaçı verilən “Laçının azad olunmasına görə” medalı həvəsləndirilmə məqsədi ilə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh müraciət edərək ona veteran adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı ##.##.2024-cü il tarixli məktub ünvanlayaraq N nömrəli hərbi hissə komandirinin ##.##.2023-cü il tarixli *** nömrəli məktubuna əsasən döyüş əməliyyatlarına cəlb edilməyən bölmələrdə xidmət keçdiyinə görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsəduyğun hesab edilməmişdir. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona veteran adı və vəsiqəsinin verilməsi vəsifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## ###### 1991-ci ildə Goranboy rayonunun Borsunlu kəndində anadan olmuş və həmin kənddə yaşamaqla orta məktəbi də orada oxumuşdur. Hazırda da ailəsi ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. ##.##.2010-cu il tarixdən ##.##.2011-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Nəzərinizə çatdırmaq istəyir ki, torpaqların azad olunması uğrunda gedən 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən hərbi səfərbərliyə alınaraq ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixə kimi N nömrəli hərbi hissənin tərkibində Talış, Suqovuşan və Şuşanın azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Bu barədə Hərbi biletinin 6-7-ci səhifəsində N nömrəli hərbi hissə komandirinin möhürü və imzası var. Məhkəməyə təqdim etdiyi ## ### 2024-cü il tarixli *-**- **/*-***/**** saylı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən verilmiş arayış bunu bir daha təsdiq edir. Bütün bunlara baxmayaraq onunla xidmətdə olan bütün döyüş yoldaşlarına Veteran adı və vəsiqəsi verilsə də o dəfələrlə Cavabdeh və digər qurumlara müraciət etməsinə baxmayaraq ona bu günə kimi Veteran adı və vəsiqəsi verilmir. Məhkəməyə təqdim etdiyi Cavabdeh ##.##.2024cü il tarixli 3-25 */*-A-**** saylı məktubunda ona bildirilir ki, N nömrəli hərbi hissə komandirinin ##.##.2023-cü il tarixli məktubuna əsasən döyüş əməliyyatlarına cəlb edilməyən bölmələrdə xidmət göstərdiyi üçün ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi məqsədə müvafiq hesab edilməmişdir. Hesab edir ki, bu ona qarşı bir haqsızlıqdır. Hərbi biletində onun N saylı hərbi hissənin tərkibində Talış-Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etdiyi göstərilmişdir. Halbuki, onun tərkibində vuruşduğu hərbi hissə Şuşanın azad olunması uğrunda gedən döyüş əməliyyatlarında da iştirak etmişdir və oda onun tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində "Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə Komissiyanın ona ünvanladığı məktubdan isə görünür ki, sorğu N saylı hərbi hissəyə ünvanlanmışdır ki, həmin hərbi hissə isə döyüş əməliyyatlarına cəlb edilməyən bölmə kimi qeydə alınmışdır. Nazirliyin Aparatı nəzdində "Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə Komissiyanın ona ünvanladığı məktubdan isə görünür ki, sorğu N saylı hərbi hissəyə ünvanlanmışdır ki, həmin hərbi hissə isə döyüş əməliyyatlarına cəlb edilməyən bölmə kimi qeydə alınmışdır. Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli **** nömrəli Sərəncamı ilə "Laçının azad olunması"medalı ilə təltif olunmuşdur. Onun 44 günlük Vətən Müharibəsində iştirak etməsi məhkəməyə təqdim etdiyi sənədlərlə bir daha təsdiq olunur. Bundan başqa Vətən Müharibəsində onunla birlikdə eyni hissədə vuruşan döyüş yoldaşları bir daha bunu təsdiq edərlər. O, hesab edir ki, yuxarıda qeyd etdiyi əsaslara görə ona "Müharibə veteranı və vəsiqəsi" verilməlidir. Cavabdeh Cavabdeh tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddia tələbinin təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulmasından ibarətdir. Cavabdeh orqan hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində "Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya"nın ##.##.2024-cü il tarixli məktubuna əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.2023-cü il tarixli *** nömrəli məktubuna əsasən döyüş əməliyyatlarına cəlb edilməyən bölmələrində xidmət keçdiyinə görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi hesab edilməmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, "Laçının azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. Bununla bağlı bildirmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaq görən siyasəti nəticəsində düşmən kapitulyasiyasını imza edərək, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin ##.##.2020-ci il tarixli Bəyənatına əsasən Laçın, Ağdam və Kəlbəcər rayonları bir güllə sərf etmədən və döyüş əməliyyatları aparılmadan işğaldan azad olunmuşdur. Həmin rayonların müqavilə əsasında (döyüş əməliyyatları aparılmadan) işğaldan azad olunmalarına baxmayaraq, Laçın rayonunda dislokasiya olunmuş hərbi hissələrin hərbi qulluqçularına "Laçının azad olunmasına görə" medalı, Kəlbəcər rayonunda dislokasiya olunmuş hərbi hissələrin hərbi qulluqçularına "Kəlbəcərin azad olunmasına görə" medalı və Ağdam rayonunda dislokasiya olunmuş hərbi hissələrin hərbi qulluqçularına "Ağdamın azad olunmasına görə" medalları verilmiş və təltif edilmişlər. Məhkəmənin nəzərinə çatdırılması zəruridir ki, iddiaçıya Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında birbaşa iştirak etdiyinə görə deyil, yuxarıda da qeyd edildiyi kimi hərbi hissə dislokasiya olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın sərəncamı ilə sözügedən medalla mükafatlandırılmışdır. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim Ruhiyə Tağıyeva) iddiaçı İddiaçı tərəfindən verilmiş iddia təmin edilmiş, iddiaçı İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Cavabdeh həvalə edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının 2020-ci il ## ###### tarixli Qanunu ilə təsdiq edilmiş “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnaməyə, eləcə də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli Sərəncamına istinad edərək hesab etmişdir ki, şəxs o halda “Laçının azad olunmasına görə” medalla təltif edilir ki, o, Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik göstərmiş olsun. İddiaçıya münasibətdə bu hal mövcud olmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** saylı qərarında, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli *-*(***)- ****/**** saylı qərardadlarında qeyd olunan mövqedən çıxış edilmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, iddiaçı İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh Gəncə İnzibati Məhkəməsinin qərarından apellyasiya şikayəti verərək şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini və iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati işə baxan birinci instansiya məhkəməsi tərəfindən işin halları araşdırılmamış, maddi və prosessual normaların ciddi pozuntulara yol verməklə qərar əsaslandırılmamış, iddia tələbi əsassız olaraq təmin edilmişdir. Belə ki, hazırki işdə iddiaçının N nömrəli hərbi hissənin tərkibində 2020-ci il ########ın ##-dən noyabrın 10-dək adıçəkilən Əsasnamədə nəzərdə tutulan ərazilərdə döyüş əməliyyatlarında (maddi-texniki təminatı üzrə) iştirak etməsi müəyyən edilmir. Belə ki, Cavabdeh N nömrəli hərbi hissəsi tərəfindən Cavabdeh Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya ünvanlanmış ##.##.2023-cü il tarixli "Vətən Müharibəsi zamanı N nömrəli hərbi hissənin tabeliyində olan hərbi hissələrdə xidmət etmiş, lakin döyüş əməliyyatlarına cəlb edilməyən bölmələrdə xidmət etdikləri üçün barələrində arayış məlumat tərtib etmək mümkün olmayan hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd edilmişdir. Cavabdeh N nömrəli hərbi hissəsi tərəfindən Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ehtiyatda olan əsgər İddiaçı, 5-ci taborun 15-ci bölüyünün 3- cü taqımının 2-ci manqanın baş atıcı vəzifəsində ##.##.2020ci il tarixdən ##.##.2020-ci il tarixədək hərbi hissədə xidmət etmişdir. Ehtiyatda olan əsgər İddiaçı qismən səfərbərlik zamanı ##.##.2020-ci tarixdə 5-ci taborun 15-ci bölüyünün 3-cü taqımının 2-ci manqanın baş atıcı vəzifəsinə xidmətə qəbul edilmiş və ##.##.2020-ci il tarixdə hərbi qeydiyyata durmaq üçün Goranboy rayon Şöbəsinə göndərilmişdir. Ehtiyatda olan əsgər İddiaçı qismən səfərbərlik zamanı xidmət etdiyi 5-ci taborun 15-ci bölüyü şəxsi heyəti tam tərkibdə döyüş əməliyyatları zamanı hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayonunun Sarov yasayış məntəqəsi yerləşmiş və hərbi hissənin tərkibində döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqlar yerinə yetirməmiş, heç bir döyüş əməliyyatlarında iştirak etməmişdir. Cavabdeh Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu əsgər İddiaçı verilən "Laçının azad olunmasına görə" medalı həvəsləndirilmə məqsədi ilə verilmişdir. Nəzərə alınmalıdır ki, ehtiyatda olan əsgər İddiaçı xidmət etdiyi 5-ci taborun şəxsi heyəti tam tərkibdə döyüş əməliyyatları zamanı hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayonunun Sarov yaşayış məntəqəsində yerləşmiş və N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqlar yerinə yetirməmiş, heç bir döyüş əməliyyatlarında iştirak etməmişdir. Laçın rayonu ##.##.2020-ci il tarixdən etibarən döyüş əməliyyatları olmadan Azərbaycan Respublikasının nəzarəti altına keçmiş və ilk olaraq N nömrəli hərbi hissə Laçın rayonuna daxil olmuşdur. Bu səbəbdən döyüş əməliyyatlarında iştirak etməməsinə baxmayaraq həvəsləndirmə qaydasında ehtiyatda olan İddiaçı "Laçın rayonun azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. Halbuki, N nömrəli hərbi hissə tərəfindən Cavabdeh Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya ünvanlanmış ##.##.2023-cü il tarixli "Vətən Müharibəsi" zamanı N nömrəli hərbi hissənin tabeliyində olan hərbi hissələrdə xidmət etmiş, lakin döyüş əməliyyatlarına cəlb edilməyən bölmələrdə xidmət etdikləri üçün barələrində arayış məlumat tərtib etmək mümkün olmayan hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının ##.##.2020-##.##.2020-ci il tarixlərdə xidmət keçdiyi N nömrəli hərbi hissə "Vətən müharibəsi" zamanı Tərtər rayonu Suqovuşan yaşayış məntəqəsinə müvəqqəti dislokasiya olmuş, döyüş əməliyyatları bitdikdən sonra isə Laçın rayonunda olmaqla, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın. Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunmur. Nəzərə alınmalıdır ki, Azərbaycan Ordusunun 2020-ci il ########ın ##-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Arazboyu rayonlarla irəliləyən Azərbaycan qoşunları oktyabr ayında Qubadlı rayonuna daxil olmuş, Laçın dəhlizinə doğru irəliləməyə başlamışdır. ##.##.2020-ci ildə Azərbaycan ordusu Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndlərini erməni işğalından azad etmişdir. ##.##.2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti bəyanat imzalamışdır. Bəyanata əsasən ##.##.2020-ci ildə Laçın şəhəri, Zabux və Sus kəndləri istisna olmaqla Laçın rayonunun qalan ərazisi Azərbaycana qaytarılmışdır. ##.##.2020-ci ildə N nömrəli hərbi hissə Laçın rayonuna daxil olmuşdur. Bu səbəbdən döyüş əməliyyatlarında iştrak etməməsinə baxmayaraq həvəsləndirmə qaydasında hərbi hissənin bütün şəxsi heyəti o cümlədən, ehtiyatda olan əsgər İddiaçı "Laçın rayonun azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaq görən siyasəti nəticəsində düşməni kaputulasiya aktını imza etməyə məcbur edərək ##.##.2020-ci il tarixdə üç dövlət arasında (Azərbaycan, Rusiya və Ermənistan) bağlanmış müqaviləyə əsasən Laçın, Ağdam və Kəlbəcər rayonları bir güllə sərf etmədən və döyüş əməliyyatları aparılmadan işğaldan azad olunmuşdur. Əsasnaməyə əlavə edilmiş *** nömrəli qərarına əsasən ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə o şərtlə "müharibə veteranı" adının və vəsiqəsi verilir ki, həmin şəxslərin hərbi döyüşlərdə iştirakını sübut edən yuxarıda qeyd olunan sənədlər mövcud olsun. Əsasnamədən də göründüyü kimi, hərbi qulluqçunun rayonların azad olunmasına görə və sair medallarla təltif olunması ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinə əsas sayıla bilməz. Qeyd olunanlardan başqa Əsasnamənin qeydinə əsasən Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Xüsusilə qeyd edilmişdir ki, məhkəmə Əsasnamənin qeyd hissəsinin tələblərinə əməl etməyərək cavabdeh Cavabdeh bir başa iddiaçı İddiaçı "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi vəzifəsini həvalə etmişdir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin müvafiq normalarının tələblərini nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bunun nəticəsində isə prosessual normalar pozulmuşdur. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Prosessual məsələlər İş üzrə məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji X1 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgünhəlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur.
Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan AO ******* nömrəli hərbi biletdə görünür ki, İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N №-li hərbi hissəni siyahısında olmuş, Talış-Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Həmçinin işdən müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli , **** nömrəli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin ##.##.2024-cü il tarixli arayışından görünür ki, 1991-ci il təvəllüdlü, Goranboy rayon Borsunlu kənd sakini, ehtiyatda olan əsgər İddiaçı ##.##.2010-cu il tarixdən ##.##.2011-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət etmişdir. "Hərbi vəzifə və Hərbi Xidmət haqqında Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin tələblərinə əsasən ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Azərbaycan Respublikasında qismən Səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində Xidmət etmişdir. Talış-Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. ##.##.2020-ci il tarixdən SHXÇDX-nin Goranboy rayon şöbəsində hərbi qeydiyyatdadır. Cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli məktubdan görünür ki, N nömrəli hərbi hissə komandirinin ##.##.2023-cü il tarixli *** nömrəli məktubuna əsasən döyüş əməliyyatlarına cəlb edilməyən bölmələrdə xidmət keçdiyinə görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsəduyğun hesab edilməmişdir. Lakin işin müəyyən edilən hallarından göründüyü kimi iddiaçı hərbi xidmətə “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli Sərəncamı əsasında çağırılmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Vətən müharibəsində iştirak etmiş, Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli, **** nömrəli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cavabdehin imtina dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Azərbaycan Respublikasının 2020-ci il ## ###### tarixli ***-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə: Maddə 1. Təltif edilən şəxslər “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli Sərəncamından görünür ki, Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Medalının İ-**** nömrəli Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli **** nömrəli Sərəncamı ilə İddiaçı “Laçının azad olunmasına görə” medalı verilmişdir. Ona görə də, birinci instansiya məhkəməsi iddiaçının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli, **** nömrəli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsini nəzərə alaraq iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.