Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-235/2026 21.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, Iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı “cavabdehin ##.##.2025-ci il tarixli, *******0004 nömrəli qərarının ləğv edilməsi və ona ##.##.2025-ci il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları İddiaçı ##.##.1996-cı il tarixdə Ağstafa rayonu, Aşağı Göycəli kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyata olmaqla yaşayır. Iddiaçı ##.##.2020-ci il tarixdə Suqovuşan uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Partlayış travması. Barotravma, kontuziya” diaqnozu ilə xəsarət almışdır. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin ##.##.2022-ci il tarixli ** nömrəli travma haqqında arayışına əsasən həmin xəsarət (yaralanma, travma, kontuziya) döyüş “tapşırığını yerinə yetirərkən” alınmışdır. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının ##.##.2025-ci il tarixli, *** nömrəli qərarı ilə iddiaçının “F07.0 Partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı tez-tez dekompensasiyalarla baş verən funksional tutmalarla müşahidə olunan ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla. F62.0 Fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi. T90.5, G90 Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən nəticəsi. G40.1 Posttravmatik simptomatik epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə. T70.0, H93.3, H90.3 Barotravma (##.##.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor tip ağıreşitmə, piçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədə eşitməsi ilə. M23.2 Hər iki diz oynağının ön çarpaz bağının köhnə hissəvi zədələnməsi" diaqnozu "hərbı travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". Hazırda iddiaçı barədə şəhadətnamə qüvvədədir. X1 tərəfindən ##.##.2025-ci il tarixli göndərişdən müəyyən olunur ki, iddiaçıya aşağıdakı diaqnoz qoyulmuşdur: Əsas diaqnoz: T90.5 – Kəllədaxili travmaların nəticələri, Partlayış travması (##.##.2020) Keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən nəticəsi. Ağırlaşma: F07.0 - Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi ən sonrakı tez-tez dekompensasiyalarla baş verən funksional tutmalarla müşahidə olunan ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla. Ağırlaşma: G40.1 - Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, Posttravmatik simtomatik epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə). Ağırlaşma: T70.0 - Qulağın barotravması, Barotravma (##.##.2020) nəticəsində iki tərəfli xroniki koxlear nevrit, iki tərəfli davamlı neyrosensor tip ağır eşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Yanaşı xəstəliklər: M23.2 – Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, Hər iki diz oynağının ön çarpaz bağının köhnə hissəvi zədələnməsi. Yanaşı xəstəliklər: F62.0 - Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonrakı şəxsiyyətin dəyişikliyi Həmin diaqnoz üzrə iddiaçının əlilliyi ##.##.2025-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qiymətləndirmədən narazı qalan iddiaçının müraciətinə əsasən iddiaçı və digər 15 nəfər vətəndaşın ##.##.2025-ci il tarixdə əyani müayinəsi keçirilmiş və Komissiyanın ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarı qəbul edilmişdir. Həmin qərarda iddiaçının diaqnozları sadalanmış və qeyd edilmişdir ki, xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı özünü təqdim etmiş, ətrafdakı insanlarla münaqişə yaratmasından, qıcolmalardan, yuxusuzluqdan, əsəbilikdən, şübhələrinin olmasından şikayətlənmişdir. Öz-özünə danışdığını, gözünün önündə nəsə canlandığını, onunla danışdığını (müharibə ilə əlaqəli), şübhələrinin olduduğunu, kiminləsə danışarkən həmin şəxsin onu alçaltmaq istədiyini düşünərək mübahisə etdiyini qeyd etmişdir. Qıcolma tutmalarından şikayətlənmiş olsa da, anamnestik olaraq təsvir edə bilməmişdir. Medikamentoz preparatlardan "Depakin 500", "Zolomaks" qəbul etdiyini söyləmişdir. Işləmədiyini bildirsə də, əllərin ovuc səthlərində əmək qabarlı və dırnaqlarının qara kirli olması izlənilmişdir. Psixi statusu: Xarici görkəmi yaşına və situasiyaya uyğun olmuşdur. Düşüncəsi aydın, ünsiyyətə nümayişkarcasına qoşulmuş, suallara cavab verərkən qeyri sabit davranış nümayiş etdirmişdir. Verdiyi məlumatlarda sanki fərqli-fərqli psixiatrik xəstəliklərdən cəmlənmiş, bir-birinə uyğun olmayan şikayətlər bildirmişdir. Yaddaşı qorunmuş, bələdliyi tam olmuşdur. Zehni inkişafınana uygan dəyərləndirilmişdir. Ümumi müşahidə və aparılan klinik qiymətləndirmə əsasında təqdim etdiyi simptomların psixotik pozuntuya uyğun gəlmədiyi, klinik tablo ilə real psixi xəstəlik arasında uyğunsuzluq olduğu və psixi pozuntunun simulyasiyası ehtimalının yüksək olduğu qənaətinə gəlinmişdir. 2015-2016-cı il tarixlərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2017-2022 il tarixlərdə R rütbəsində hərbi xidmətdə olub, II Qarabağ Müharibəsində iştirak etmişdir. Ordu sıralarından xəstəlik ilə tərxis edilmişdir. Subay olduğunu, valideynləri ilə yaşadığını, işləmədiyini qeyd etmişdir. DMA-ya müraciət etsə də işlə təmin edilmədiyini bildirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi mənşəli şəxsiyyət pozuntusu. Kompensasiya vəziyyəti" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra cavabdehin ##.##.2025-ci il tarixli, *******0004 nömrəli Qərarı sistemə ##.##.2025-ci il tarixdə daxil edilmişdir. ##.##.2025-ci il tarixdə iddiaçıya SMS bildiriş göndərilərək ##.##.2025-ci il tarixli göndərişə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilməsi barədə məlumat verilmişdir. SMS-də qərarla razılaşmadığı təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilməsi izah olunmuşdur. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı Gəncə Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçının səlahiyyətli nümayəndəsi tələbin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ##.##.2025-ci il tarixli, *******0004 qərarının ləğv edilməsi və ona ##.##.2025-ci il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia qaldırılması üçün ötürülmüş prosessual müddət bərpa edilmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilmiş, “xxxx” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli, *******0004 nömrəli qərarının ləğv edilməsi, iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin müəyyən olunması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh “xxxx” publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndi ilə nəzərdə tutulmuş əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) orqanizmin funksiyalarının pozulmasının faizinin 35-60 faizinə uyğun olmasına baxmayaraq iddiaçıya əsassız olaraq əlilliyin təyin edilməsindən imtina edilmişdir. Ona görə də, təyin olunmuş diaqnoz üzrə iddiaçıya əlilliyin təyinatı olmalıdır. Həmçinin, o da nəzərə alınmalıdır ki, Forma 88 arayışına əsasən və xəstəlik haqqında şəhadətnaməyə əsasən yuxarıda qeyd edilən diaqnozun səbəbli əlaqəsi hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən elektron sənəd formasında daxil edilmiş göndəriş əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Belə olan halda əgər əlillik tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyalarının göndərişi ilə müəyyən edilsəydi, onda Agentliyin tibbi sosial ekspert komissiyalarına nə gərək var idi? Qeyd edir ki, müvafiq ekspert rəyində bəhs edilən T90.5 XBT kodlu diaqnoz vətəndaşın imtina qərarı ilə nəticələnən sonuncu müraciəti üzrə olan göndərişdə əsas diaqnoz kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji defisit aşkar edilməmişdir. Göndərişdə qeyd olunan diaqnoz barədə məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bildirmək istəyir ki, qeyd olunan F07 kodlu xəstəliyin ümumilikdə “xəstəlik” olmasını ekspert rəyi ilə təsdiq olunsa da həmin xəstəliyin əlillik yaratması üçün 7.6.2.1 və 7.6.2.2də qeyd olunan meyarlar xəstədə aşkarlanmalıdır. Həmin meyarlar aşkarlanmadığı üçün demək ki, məhkəmə psixiatrik ekspertizasının ##.##.2025-ci il tarixli, **** saylı rəyində ümumi olaraq yazdığı “F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu” adlı xəstəlik əlillik yaradan həddə deyildir. Beləliklə birinci instansiya məhkəməsi tərəfindən əvvəlcə göndəriş ilə Agentliyin tibbi sosial ekspert komissiyasının qərarı qarşılaşdırılaraq, göndəriş üstün tutulmuş, daha sonra isə ümumi olaraq göndərişdəki kimi “F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyi qeyd edən, həmin xəstəliyin açıqlamasını, əlillik yaradıb-yaratmamasını, şəxsin müalicəyə ehtiyacı olub-olmamasını qeyd edə bilməyən, səlahiyyətinə aid olmadığını bildirən Ekspert Rəyi ilə bütün bu səlahiyyətlərə malik Agentliyin tibbi sosial ekspert komissiyasının qərarı qarşılaşdırılaraq ekspert rəyi üstün tutulmuşdur. Bu səbəblərdən birinci instansiya məhkəməsinin qərarı ilə razı deyillər. Bildirmək istəyir ki, yüzlərlə bu formada analoji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasan işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə:
7. Psixi və davranış pozuntuları 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu – F07.0 Qiymətləndirmə: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - 35-60% - 2 il
Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Iş materialları əsasında müəyyən edilir ki, iddiaçı ##.##.2020-ci il tarixdə Suqovuşan uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Partlayış travması. Barotravma, kontuziya” diaqnozu ilə xəsarət almışdır. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin ##.##.2022-ci il tarixli ** nömrəli travma haqqında arayışına əsasən həmin xəsarət (yaralanma, travma, kontuziya) döyüş “tapşırığını yerinə yetirərkən” alınmışdır. Iddiaçı əlilliyin təyini ilə bağlı bir neçə dəfə cavabdehə müraciət etmiş, onun barəsində sonuncu dəfə X1 tərəfindən ##.##.2025-ci il tarixdə göndəriş tərtib edilmiş iddiaçıya qoyulmuş diaqnoz üzrə iddiaçının əlilliyi ##.##.2025-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Hazırda iddiaçının da hüquqi marağı “cavabdehin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və ona ##.##.2025-ci il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi”nə nail olmaqdan ibarətdir.
Əsas diaqnoz: T90.5 – Kəllədaxili travmaların nəticələri, Partlayış travması (##.##.2020) Keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən nəticəsi. Ağırlaşma: F07.0 - Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsind ən sonrakı teztez dekompensasiy alarla baş verən funksional tutmalarla müşahidə olunan ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla. Ağırlaşma: G40.1 - Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, Posttravmatik simtomatik epilepsiya, teztez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə). Ağırlaşma: T70.0 - Qulağın barotravması, Barotravma (##.##.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor tip ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Yanaşı xəstəliklər: M23.2 – Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, Hər iki diz oynağının ön çarpaz bağının köhnə hissəvi zədələnməsi. Yanaşı xəstəliklər: F62.0 - Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonrakı şəxsiyyətin dəyişikliyi. Məhkəmə tərəfindən araşdırılmış tibbi sənədlərdən görünür ki, iddiaçıda X1 ##.##.2025-ci il tarixli göndərişi ilə F07.0 kodu üzrə üzvi mənşəli şəxsiyyət pozuntusu müəyyən edilmiş, həmin pozuntunun ##.##.2020-ci il tarixli partlayış travması nəticəsində alınmış qapalı kəllə-beyin travmasının nəticəsi olduğu göstərilmişdir. Göndərişdə üzvi şəxsiyyət pozuntusunun ağır dərəcədə ifadə olunduğu, tez-tez dekompensasiyalarla və funksional tutmalarla müşahidə edildiyi qeyd edilmişdir. Həmçinin iddiaçıda ayda 6-8 dəfə təkrarlanan qıcolma tutmaları ilə müşayiət olunan posttravmatik simptomatik epilepsiya (G40.1), davamlı vegetativ-damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom, eləcə də müharibə keçirdikdən sonrakı şəxsiyyət dəyişikliyi (F62.0) diaqnozları müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli **** nömrəli ekspert rəyində də iddiaçıda üzvi mənşəli şəxsiyyət pozuntusunun (F07.0) mövcudluğu təsdiq edilmiş, həmin patologiyanın kəllə-beyin travmasının ağır uzaq nəticələrindən biri olduğu, uzun müddət ərzində formalaşdığı, tam reabilitasiyasının mümkün olmadığı, vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyac olduğu göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 7.6.2. bəndinə əsasən xəstəliyin xüsusiyyəti kimi “üzvi mənşəli şəxsiyyət pozuntusu” XBT-10 kodu “F07” kimi təsbit olunmuş və həmin Əlavənin 7.6.2. bəndinin 7.6.2.1. yarımbəndinə əsasən əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlikfəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) ilə orqanizminin funksiyalarının pozulması faizi 35- 60 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətə təyin olunmalı olduğu göstərilmişdir. Iş materiallarında olan sənədlərdən və yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi iddiaçıda aşkar edilmiş xəstəlik iş materialları ilə öz təsdiqini tapır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli Qərarı (## ### 2022) ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavə”də nəzərdə tutulmuş meyarların dispozisiyasına uyğun gəlir. Əlavə olaraq iddiaçıda olan xəstəliyin səbəb əlaqəsinə gəldikdə isə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından görünür ki, İddiaçı “F07.0 Partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı tez-tez dekompensasiyalarla baş verən funksional tutmalarla müşahidə olunan ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla. F62.0 Fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi. T90.5, G90 Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən nəticəsi. G40.1 Posttravmatik simptomatik epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə. T70.0, H93.3, H90.3 Barotravma (##.##.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor tip ağıreşitmə, piçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədə eşitməsi ilə. M23.2 Hər iki diz oynağının ön çarpaz bağının köhnə hissəvi zədələnməsi" diaqnozu "hərbi travmadır, Azərbaycan Respublikasının müdafıəsi zamanı alınmışdır". Hazırda da iddiaçı barədə həmin şəhadətnamə qüvvədədir. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıda əlilliyin müəyyən edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır. Bundan başqa cavabdeh apellyasiya şikayətinin dəlilində qeyd etmişdir ki, “diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın.” Bu dəlilə münasibətdə kollegiya qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirmə nəticəsində diaqnozda qeyd olunan xəstəlik şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur. Cavabdeh isə apellyasiya şikayətinin dəlilində bildirmişdir ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, qanunvericilikdə əlillik təyin etməklə bağlı səlahiyyət “qapalı səlahiyyət” kimi müəyyən olunmuşdur. Buna görə, şəxsdə “Əlilliyin müəyyən edilməsi meyarları”na Əlavədə konkret sadalanan və qiymətləndirmə meyarlarına cavabverən xəstəliklər, zədələr və ya çatışmazlıqların mövcudluğu təsdiq olunursa, inzibati orqanın həmin şəxsə əlillik təyin etmək öhdəliyi yaranır. Xəstəlik, zədə və ya çatışmazlığın şəxsdə mövcud olub-olmadığının müəyyənləşdirilməsi isə “qiymətləndirmə azadlığı” çərçivəsində inzibati orqan tərəfindən həll edilməli məsələdir. Yəni, məhz inzibati orqan özünün malik olduğu qiymətləndirmə mülahizəsi əsasında şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olub-olmadığını həll edir. Məhkəmələr işə baxarkən inzibati orqanın “qiymətləndirmə azadlığı”ndan düzgün istifadə edib-etmədiyini yoxlayırlar. “Qiymətləndirmə azadlığı”nın məhkəmə qaydasında yoxlanılmasının hədləri məhdud olsa da, belə yoxlama yolveriləndir. Bu zaman, orqanın ilk növbədə, müvafiq nəticəyə gələrkən hər hansı əsaslara və hallara istinad edib-etmədiyinə baxılır, eləcə də istinadların nəticəyə gəlmək üçün mötəbər və yetərli olub-olmadığına qiymət verilir. Əgər ekspertiza rəyi, tibb müəssisəsi tərəfindən verilmiş göndəriş və işdə olan mötəbər digər tibbi sənədlərin məcmu halda qiymətləndirilməsi zamanı şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olduğu müəyyən olunarsa, o halda, “qiymətləndirmə azadlığı” hüququndan düzgün istifadə olunmadığı vəziyyəti yaranır. Ona görə də, inzibati orqanın üzərinə əlillik təyin etmək öhdəliyi qoyulur. Çünki “qapalı səlahiyyət” onu tələb edir ki, dispozisiya şərtləri mövcud olduqda orqan qanunda müəyyən olunmuş konkret qərarı qəbul etməlidir. Əlilliklə bağlı işlərə münasibətdə şəxsdə qanunvericilikdə təsbit olunmuş xəstəlik, zədə və ya çatışmazlığın mövcudluğu təsdiq olunursa, inzibati orqan ona əlillik təyin etmək vəzifəsi daşıyır. Belə ki, iddiaçı İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ona əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin müəyyən olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.