Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-238/2026 08.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, “əmr qismən ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Quru Qoşunları komandanlığına qarşı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ##.##.2025-ci il tarixli *** nömrəli əmrin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi “N saylı hərbi hissə komandirinin ##.##.2025-ci il tarixli *** nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının Tərtər rayonu N saylı hərbi hissənin maddi-texniki təminat bölməsinin ərzaq xidməti rəisi vəzifəsinə bərpa edilməsi və iddiaçı İddiaçı xidmətdən ayrıldığı gündən xidmətə bərpa olunacağı günədək almadığı aylıq pul təminatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir. Cavabdeh tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) tələbin həcminin azaldılmasına dair ərizə təqdim edərək, iddiaçının tələbin “xidmətdən ayrıldığı gündən xidmətə bərpa olunacağı günədək almadığı pul təminatının ona ödənilməsi” hissəsindən imtina etməsini bildirmiş və apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbindən qismən imtina olunmasına dair təqdim edilmiş ərizəyə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və təqdim olunan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbindən qismən imtinaya dair ərizə Azərbaycan Respublikasının İPM-in 55-ci maddəsinə əsasən qəbul edilməli, Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2-1(114)-5244/2025 nömrəli qərarı həmin hissədə ləğv edilməli, həmin hissədə işin icraatına xitam verilməli və iddiaçıya izah edilməlidir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Şərh olunanları və Azərbaycan Respublikasının İPM-in 55, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qismən – “iddiaçı İddiaçı xidmətdən ayrıldığı gündən xidmətə bərpa olunacağı günədək almadığı pul təminatının ödənilməsi öhdəliyinin cavabdeh N saylı hərbi hissənin üzərinə qoyulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddiadan imtina edildiyi üçün icraata xitam verilsin. İddiaçıya izah edilir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2-1(3-7)-238/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-238/2026
08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver