Məhkəmə qərarları › İş №2-1(3-7)-243/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-243/2026

03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-243/2026 03.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, “qərarın ləğvi və əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Göygöl Rayon Mərkəzi Xəstəxanasının ##.##.2024-cü il tarixli, P********NNZ nömrəli göndərişində İddiaçı qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Odlu silah yaralanmasından sonrakı vəziyyət Ağırlaşma – M24.5 Oynaqların kontrakturası, Sağ diz oynağı II dərəcə qonartrozu. Açıcı-bükücü kontrakturası Ağırlaşma – L90.5 Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, Sağ budun yuxarı 311nin tış, sağ baldırın boylama iç ve tış səthlərində kobud dartıcı çapıq toxumaları Ağırlaşma – G83.1 Aşağı ətrafların monoplegiyası, Sağ aşağı ətrafın parezi Ağırlaşma – M21.3 Əlin və ya pəncənin sallanması (qazanılma), Sağ pəncənin sallanması Ağırlaşma – M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ baldır əzələləri kəskin atrofiyası Ağırlaşma – R52.2 Digər daimi ağrı, Davamlı ağrı sindromu Ağırlaşma – M86.6 Digər xroniki osteomielit, Osteomielitlə fəsadlaşma Ağırlaşma – M86.4 Drenə olunmuş sinusla xroniki osteomielit, Osteomielitlə fəsadlaşma, sağ baldırın orta 3\1-nin tış səthində funksiya edən fistulası Ağırlaşma – R26.1 Paralitik yeriş, Yerişin çətinləşməsi Ağırlaşma – G57.3 Bayır dizaltı peroneal sinirin zədələnməsi, Sağ bayır dizaltı sinirin posttravmatik zədələnməsi Ağırlaşma – L91.0 Hipertrofik çapıq, Yumşaq toxumaların deformasiyası Ağırlaşma – I77.1 Arteriyaların daralması, Sağ arxa qamış arteriyasının xroniki zədələnməsi. III dərəcəli işemiya Yanaşı xəstəliklər – E11.7 İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip 2, insulin tələbli, ağır forma Yanaşı xəstəliklər – I79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Hər iki aşağı ətrafın diabetik angiopatiyası, arterial qan dövranı pozğunluğu, sağda III (üç) solda II (iki) dərəcə Yanaşı xəstəliklər – N08.3* Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10- E14, Diabetik nefropatiya Yanaşı xəstəliklər – G63.2* “Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Diabetik polineyropatiya” və yanaşı xəstəliklər F48 “Digər neqativ pozuntular, Nevrasteniya

2. Göygöl Rayon Mərkəzi Xəstəxanasının ##.##.2024-cü il tarixli, P********NNZ nömrəli göndərişindəki diaqnoz üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik vəziyyəti ##.##.2024-cü il tarixdə qiymətləndirilərək, *******0009 nömrəli qərarla barəsində ##.##.2024-cü il tarixdən orqanizm funksiyalarının 50% pozulmasına görə ümumi xəstəlik səbəbi ilə təkrar müddətsiz əlillik təyinatı aparılmışdır.

3. İddiaçı qərarla razılaşmayaraq yuxarı inzibati orqana şikayət etmiş, sonuncunun ##.##.2024-cü il tarixli qərarı ilə ##.##.2024-cü il tarixli qərar qüvvəsində saxlanılmışdır.

İşdə olan sənədlər:

4. ##.##.2015-ci il tarixli müayinəyə əsasən, İddiaçı barəsində 1 il müddətinə ikinci dərəcə əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə təyinat aparılmış, əmək zəmanəti “yüngül oturaq işdə işləyə bilər”, xəstəliklərin beynəlxalq təsnifatı “XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu...”, diaqnoz “Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanmasından son. vəz. Sağ baldır əzələlərinin postravmatik atrofiyası. Sağ incik sümüyünün güllə yaralanmasından son. 3 sm defekti. Boyun fəqərələrinin yayılmış osteoxondrozu, davamlı kökcük ağrı sind. ilə. İnsulindən asılı olmayan şəkərli daibet. Vertebrobazilyar QDÇ. Asteno-nevrotik vəz.”, meyar “2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanmasından son. vəz. Sağ baldır əzələlərinin postravmatik atrofiyası. Sağ incik sümüyünün güllə yaralanmasın...” qəbul edilmişdir.

5. ##.##.2016-cı il tarixli müayinəyə əsasən, İddiaçı barəsində 5 il müddətinə ikinci dərəcə əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə təyinat aparılmış, əmək zəmanəti “yüngül oturaq işdə işləyə bilər”, xəstəliklərin beynəlxalq təsnifatı “XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu...”, diaqnoz “Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanmasından son. vəz. Sağ baldır əzələlərinin postravmatik atrofiyası. Sağ incik sümüyünün güllə yaralanmasından son. 3 sm defekti. Boyun fəqərələrinin yayılmış osteoxondrozu, davamlı kökcük ağrı sind. ilə. İnsulindən asılı olmayan şəkərli daibet. Vertebrobazilyar QDÇ. Asteno-nevrotik vəz.”, meyar “2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanmasından son. vəz. Sağ baldır əzələlərinin postravmatik atrofiyası. Sağ incik sümüyünün güllə yaralanmasın...” qəbul edilmişdir.

6. ##.##.2021-ci il tarixli müayinəyə əsasən, İddiaçı oğlu barəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” əlillik dərəcəsinin təyinatının imtinası edilməsi barədə qərar qəbul edilmişdir.

7. ##.##.2022-ci il tarixli müayinəyə əsasən, İddiaçı oğlu barəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Xüsusi səbəbdən - Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar - Əlillik təyinatına əsas verən xəstəlik qeyd edilməklə yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür” əlillik dərəcəsinin təyinatının imtinası edilməsi barədə qərar qəbul edilmişdir.

8. ##.##.2023-cü il tarixli müayinəyə əsasən, İddiaçı barəsində 1 il müddətinə OFP 40% olmaqla əlillik “ümumi xəstəlik” səbəb əlaqəsi ilə təyinat aparılmış, əmək zəmanəti “oturaq şəraitdə yüngül işlərdə işləyə bilər”, diaqnozun mətni “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip 2 insulin tələbli. Periferik damarların digər dəqiqləşdirilmiş xəstəlikləri, Sağ aşağı ətraf damarlarının qan dövranı pozğunluğu 3-cü dərəcə”, meyar “bənd: 11.2.5.1., XBT kodu: E11.7 - Yanaşı xəstəliklər, meyar: Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları => Şəkərli diabet => Şəkərli diabet periferik qan dövranının pozulması ilə (diabetik angiopatiya, qanqrena) => Diabetik makroangiopatiya hər iki aşağı ətrafda, XAÇ II mərhələ”, OFP faizi - meyar üzrə 40, OPF faizi - yekun: 40, OFP müddəti - 1 il, əlillik səbəbi: ümumi xəstəlik.

9. ##.##.2023-cü il tarixli müayinəyə əsasən, İddiaçı barəsində 1 il müddətinə OFP 40% olmaqla əlillik “ümumi xəstəlik” səbəb əlaqəsi ilə təyinat aparılmış, əmək zəmanəti “oturaq şəraitdə yüngül işlərdə işləyə bilər”, diaqnozun mətni “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip 2 insulin tələbli.”, meyar “bənd: 11.2.5.1., XBT kodu: E11.7 - Yanaşı xəstəliklər, meyar: Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları => Şəkərli diabet => İnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla => diabetik makroangiopatiya hər iki aşağı ətrafda, XAÇ II mərhələ=>, OFP faizi - meyar üzrə 40, OPF faizi - yekun: 40, OFP müddəti - 1 il, əlillik səbəbi: ümumi xəstəlik”.

10. ##.##.2024-cü il tarixli müayinəyə əsasən, İddiaçı barəsində müddətsiz OFP 50% olmaqla əlillik “ümumi xəstəlik” səbəb əlaqəsi ilə təyinat aparılmış, əmək zəmanəti “yüngül işlərdə işləyə bilər”, diaqnozun mətni “Odlu silah yaralanmasından sonrakı vəziyyət. Sağ budun yuxarı 1/3-nin təş. sağ baldırın boylama iş və tış səthlərinin kobud dartıcı çapıq toxumaları. Sağ bayır dizaltı sinirinin posttravmatik zədələnməsi. Sağ diz oynağının II dərəcə qonartrozu, açıcı-bükücü kontrakturası. Sağ aşağı ətrafın parezi. Sağ baldır əzələlərin kəskin atrofiyası. Sağ pəncənin sallanması. Çoxsaylı ağırlaşmalarla şəkərli diabet tip 2, insulin tələbli, ağır forma. Hər iki aşağı ətrafın diabetik angiopatiyası, arterial qan dövranı pozuntusu, sağda III (üç), solda II (iki) dərəcə. Diabetik nefropatiya. Diabetik polineyropatiya. Osteomielitlə fəsadlaşma, sağ baldırın 1/3- nin tış səthinin funksiya edən fistulası. Sağ arxa qamış arteriyasının xroniki zədələnməsi. III dərəcəli işemiya. Yerişin çətinləşməsi. Davamlı ağrı sindromu. Nevrasteniya”, meyar “bənd: 11.2.8.1., XBT kodu: E11.7 - Yanaşı xəstəliklər, meyar: 11. Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları => Şəkərli diabet => İnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla => bir pəncənin xroniki residivləşən xoralı çatışmazlığı =>, OFP faizi - meyar üzrə 50, OPF faizi - yekun: 50, OFP müddəti müddətsiz, əlillik səbəbi: ümumi xəstəlik”.

11. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli, *** nömrəli qərarına əsasən, Kəlbəcər RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, Tərtər Hərbi Prokurorluğunun ##.##.2014-cü il tarixli, 19 HP/**** nömrəli məktubuna əsasən hərbi qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1994-cü ildə aldığı, ##.##.1994-cü ildən ##.##.1994-cü ilə kimi M.Nağıyev adına X1 Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanmadiaqnoz:“Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yarası. İncik sümüyünün orta 1/3-nin qəlpəli, yerdəyişmiş odlu silah yarası (5 sm defekt ilə)” ##.##.1994-cü ildın ##.##.1994cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanmanın nəticəsi - dianqoz: “Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanmasından sonra incik sinirinin posttravmatik nevritinin qalıq əlamətləri” və ##.##.1994-cü ildə N nömrəli hərbi hissənin hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanması (##.##.1994) incik sümüyünün 5 sm defektli, incik sinirinin posttravmatik nevritinin qalıq əlamətləri” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin ##.##.2023-cü il tarixli, *-**-**/*/** nömrəli göndərişi, ##.##.2023-cü il tarixli, *-**-**/*/** nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş ##.##.1994-cü il tarixli çıxarış epikrizi, ##.##.1994-cü il tarixli, **** nömrəli arayış, Yevlax Şəhər Mərkəzi Xəstəxanasından verilmiş kompüter-tomoqrafiya müayinəsi aktı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir)” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiə zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq edilmişdir.

12. Səhiyyə Nazirliyinin “xxxx” X2nin ##.##.2025-ci il tarixli, T ***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki: - Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün “Göygöl rayon mərkəzi xəstəxanası” PHŞnin ##.##.2023-ci il tarixli, K********YCI saylı göndərişlə rəsmiləşdirilmiş Forma №-88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: M86.6 Digər xroniki osteomielit, Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanmasından sonrakı xroniki osteomieliti. Tez-tez residivləşmələrlə. Ağırlaşma: M24.5 Oynaqların kontrakturası, sağ diz oynağı kontrakturası açma 170° bükmə 160°. M19 Digər artozlar, sağ aşıq-baldır oynağının artrozu kontrakturası açma 110°, bükmə 100°. R52.0 Kəskin ağrı, daimi ağrı sindromu. R26.8 Hərətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Digər hərəkət funksiyasının pozulması axsama. M79.2 Dəqiqləşdirilməmiş nevrit və nevralgiya, Sağ incik sinirinin postravmatik nevriti. L91 Dərininin hipertrofik dəyişiklikləri, Sağ baldır orta, aşağı 1/3-də iç və tış səthlərdə boylanma kobud əzələ deffekli çapıqlar. M62.5 Əzələnin başqa rublikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələlərin kəskin atrofiyası. T93.4 Aşağı ətrafların sinirinin travmasının nəticələri, Sağ baldırın orta 1/3-ni dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. S82.4 Ancaq incik sümüyünün sınığı, Sağ incik sümüyünün çoxqəlpəli yerdəyişmiş sınığı. Sağ incik sümüyünün 5 (beş) sm defekti. G57.3 Bayır dizaltı peroneal sinirin zədələnməsi, Sağ incik sinirinin posttravmatik neyropatiyası. Yanaşı xəstəliklər: İ77.1 Arteriyaların daralması, Sağ arxa qamış arteriyasının akkluziyası 3-сü dərəcə. E11.7 İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet tip 2 insulin tələbli. M17 Qonartroz [diz oynağının artrozu], Sağ diz oynağının 3-cü dərəcəli qonartroz” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuşdur. Qiymətləndirmə nəticələrində onun əmək fəaliyyətinin itirilməsi ilə əlaqədar sosial ekspertlər tərəfindən 0% kimi qeydiyyat aparılmamışdır. İddiaçı ##.##.2024-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinə olunmuş və ona “Odlu silahla yaralanmadan sonra sağ budun yuxarı 1/3-nin tış, sağ baldırın iç və tış səthlərində kobud dartıcı çapıq toxumaları, yumşaq toxumaların deformasiyasına, sağ incik sümüyünün yuxarı 1/3-nin 5.6 sm sümük defekti, yumşaq toxumalarda 7 mm sümük qəlpəsi, xronik osteomielitin əlamətləri, sağ baldırın orta 1/3-nin tış səthində funksiya edən fistulası, sağ diz oynağının II dərəcəli qonartrozu, açıcı bükücü kontrakturası, sağ incik və qamış sinirlərinin neyropatiyası, sağ pəncənin sallanması, əzələlərin kəskin atrofiyası, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması. XBT: Y36.2; Y36.4; L90.5; L91.0; M86.6; M86.4; M17.5; M24.5; G57.3; G57.4; M21.3; M62.5; R52.1; R26.8.” diaqnozu qoyulmuşdur. “Ү36.2- Нərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Odlu silah yaralanmasından sonraki vəziyyət” diaqnozu ##.##.2023-cü il tarixli MN Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında, eləcə də ##.##.2024-cü il tarixdə Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinəsi zamanı müəyyən olunmuş diaqnozda öz təsdiqini tapır. - Vətəndaş İddiaçı müəyyən edilən diaqnozlar əlaqədar zərurət yarandığı təqdirdə əlavə bərpa müalicəsinə cəlb edilə bilər.

13. Səhiyyə Nazirliyinin “xxxx” X2nin ##.##.2025-ci il tarixli, T***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı adına Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli qərarında qeyd edilən “Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanmasından sonra incik sinirinin posttravmatik nevritinin qalıq əlamətləri” və “Sağ baldırın orta 1/3-nin dəlib-keçən güllə yaralanması (##.##.1994), incik sümüyünün 5 sm defektli, incik sinirinin posttravmatik nevritinin qalıq əlamətləri” aşağı ətrafların monoplegiyası, sağ aşağı ətrafın parezi”nin yaranmasına səbəb onun almış olduğu sağ baldırın orta 1/3-nin dəlib-keçən güllə yaralanması olmuşdur.

14. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 “xxxx” X2 tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, **-*-*/*-***/**** nömrəli məktuba əsasən, Pasient İddiaçı ## #### 2025-ci il tarixdə Göygöl Rayon Mərkəzi Xəstəxanasından verilən göndərişlə Mərkəzə xəstəliklə bağlı tibbi rəyin alınması məqsədi ilə müraciyət edib. Həkim baxışı zamanı, pasient 6 ildir ki, insulin tələbli şəkərli diabet tip 2 (ŞD tip 2) xəstəsi olduğu və anamnezində 1994-cü ildə hərbi xidmətdə olarkən döyüş zonasında aşağı ətraflardan aldığı xəsarətlər nəticəsində sağlamlığına dəyən ziyanla bağlı müəyyən əlillik dərəcəsi aldığı məlum olub. Yanaşı olaraq 2017-ci ildən vərəm xəstəsi və 2023-cü ildən özündə hepatit C virusu aşkarlandığını bildirir. Sorğuya əsasən qeyd edilmişdir ki, Mərkəz dar ixtisaslı mərkəz olduğundan Gəncə İnzibati Məhkəməsi tərəfindən qarşılarına qoyulan sualların (5,6,7,8,9,10,11,12) ancaq endokrinoloji sahəyə aid olan patologiyaları baxımından cavabladırmaq səlahiyyətini özlərini malik hesab etməmişlər. M.A.Topçubaşev adına X4 ## #### 2023-cü il tarixli tibbi rəyində diaqnoz “Sağ baldırın güllə yaralanmasından sonra geniş çapıqları. Arxa qamış areteriyaların III (üç) dərəcəli xroniki işemiyası” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da ## ###### 2023-cü il tarixli “Aşağı arteriyaların doppleroqrafiyası müayinəsi nəticəsi: 1) maqistral arteriyaların aterosklerozu; 2) Sağ ayaqda arxa tibial arteriyada və dorsalis pedis-də axın izlənilmədi; 3) Sağ ayaq grade 3 angiopatiya” diaqnozları qoyulmuşdur. İxtisaslaşmış tibb müəssisələrində pasientə qoyulan diqnozları inkar etmək və ya şübhə altına qoymaq kimi əsasımız yoxdur. X5 ## ###### 2022-ci il tarixli EMQ müayinəsi nəticəsi Sensor motor liflərin tutulduğu aksonal tip polinevropatiya zəminində sağda tibial sinir və peroneal sinir nevropatiyası diaqnozu qoyulub. ## #### 2025 tarixdə Mərkəzin həkim nevroloqun konsultasiyası zamanı isə pasientə Sağ bayır dizaltı sinirin postravmatik zədəsi və sağ aşağı ətraf parezi diaqnozları qoyulub. Mərkəzdə aparılar laboratorkliniki müayinələr zamanı pasientə Diabetik nefropatiya xroniki böyrək xəstəliyi - XBX İ(bir) diaqnozu qoyulmuşdur.

15. Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, 3-17-1/2- ******/**** nömrəli məktubuna əlavə edilmiş sənədlərə əsasən: - Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın ##.##.2015-ci il tarixli, *** nömrəli qərarına əsasən, İddiaçı barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddələrinə müvafiq olaraq 2-ci qrup ümumi xəstəliyə görə ##.##.2015-ci il tarixdən ##.##.2016-cı il tarixinə qədər 172.42 manat təyin edilmişdir. - Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın ##.##.2023-cü il tarixli, *-**-*/*-Ə-*****/**** nömrəli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərara əsasən, İddiaçı əlilliyə görə ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixinə qədər 299.63 manat pensiya məbləği təyin edilmişdir; - Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın ##.##.2025-ci il tarixli, *-**-*/*-Ə-****/**** nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərara əsasən, İddiaçı əlilliyə görə ##.##.2025-ci il tarixdən müddətsiz 333.19 manat pensiya məbləği təyin edilmişdir; - Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının ##.##.2023cü il tarixli, *******0007 nömrəli qərara əsasən, İddiaçı barəsində ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixinə qədər 1 il müddətinə orqanizm funksiyalarının 40% pozulmasına görə ümumi xəstəlik səbəbi ilə təkrar əlillik təyinatı aparılmışdır; - Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının ##.##.2023cü il tarixli, *******0008 nömrəli qərara əsasən, İddiaçı barəsində ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixinə qədər 1 il müddətinə orqanizm funksiyalarının 40% pozulmasına görə ümumi xəstəlik səbəbi ilə təkrar əlillik təyinatı aparılmışdır.

16. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin: - ##.##.2025-ci il tarixli, 3-17-4/2- ****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə sonuncu dəfə Göygöl Rayon Mərkəzi Xəstəxanasının ##.##.2024-c¸ il tarixli, P********NNZ nömrəli göndərişi və müraciəti əsasında ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, vətəndaşa Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2023-cü il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yarası. İncik sümüyünün orta 1/3- nin qəlpəli, yerdəyişmiş odlu silah yarası (5 sm defekti ilə). Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanmasından sonra incik sinirinin posttravmatik nevritinin qalıq əlamətləri. Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanması (##.##.1994). İncik sümüyünün 5 sm defekti, incik sinirinin postravmatik nevritinin qalıq əlamətləri” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, əlilliyin hərbi səbəb əlaqəsi təsdiqlənmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 11.2.8.1-ci bəndinə müvafiq olaraq, ##.##.2023-cü il tarixli *** nömrəli Qərarda göstərilən xəstəliklər əlillik səviyyəsində olmadığından, vətəndaşa xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi, ümumi xəstəlik səbəbilə isə (diaqnoz: şəkərli diabet) ##.##.2024cü il tarixindən müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa ##.##.2024-cü il tarixində, saat 09:02-də, 051-535-72-81 telefon nömrəsinə SMS vasitəsilə məlumat göndərilmişdir. Qeyd edilmişdir ki, tərəflərindən göndərilən ##.##.2025-ci il tarixli, *-**- */*-****/**** nömrəli məktubda texniki yanlışlığa (X3 dair ##.##.2019-cu il tarixli, *******AADUK nömrəli və ##.##.2024-c¸ il tarixli, F********HDB nömrəli göndərişlər göndərilmişdir) yol verilmişdir. - ##.##.2025-ci il tarixli, 3-17-4/2- *****/**** nömrəli “vətəndaşın əlillik vəziyyəti haqqında” məktuba əsasən, İddiaçı ilkin olaraq ##.##.2015-ci tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə 1 il müddətinə (##.##.2016-cı il tarixinədək) əlillik təyinatı aparılmışdır. Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə ikinci dərəcə əlillik təyinatı ##.##.2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qararı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəlindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik altsistemi” tərəfindən 5 il müddətina (##.##.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi ##.##.2021-ci il tarixindən sonra vətəndaşın əlillik vəziyyəti Göygöl Rayon Mərkəzi Xəstəxanasının *******AAGZE nömrəli göndərişi əsasında ##.## 2021-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, ##.##.2021-ci il tarixindən diaqnozun əlillik alamati təyin etməməsi barədə qərar qəbul edilmişdir. Nəzərə çatdırılmışdır ki, dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında E. Əliyev ##.## 2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, ##.##.2022-ci il tarixindən diaqnozun əlillik alaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaşın əlillik vəziyyəti Göygöl Rayon Mərkəzi Xəstəxanasının J********ZTU nömrəli göndərişi və müraciəti əsasında ##.##.2023-cü il tarixində Agentlikdə əyani müayinə nəticəsində qiymətləndirilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, ##.## 2023-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə 1 il müddətinə (##.##.2024-cü il tarixinədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra İddiaçı əlillik vəziyyəti Göygöl Rayon Mərkəzi Xəstəxanasının K********YCI nömrəli göndərişi və müraciəti əsasında ##.##.2023-cü il tarixində Agentlikdə əyani müayinə nəticəsində qiymətləndirilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13:05 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunmas meyarları”na uyğun olaraq, ##.##.2023-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə 1 il müddətinə (##.##.2024-cü il tarixinədək) əlillik təyinatı aparılmışdır. Nəzərə çatdırılmışdır ki, sonuncu dəfə dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında İddiaçı ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, ##.##.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funskiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

17. İddiaçı İddiaçı cavadbeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X2nə qarşı ##.##.2025-ci il tarixdə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2024-cü il tarixli *******0009 nömrəli qərarının ləğv edilərək ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” 1 il müddətinə orqanizm funksiyasının 40 % pozulmasının müəyyən edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Birinci Qarabağ müharibəsi iştirakçısı və əlili olmuşdur. Diaqnoz:“Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanmasından son.vəz. Sağ baldır əzələlərinin postravmatik atrofiyası. Sağ incik sümüyünün güllə yaralanmasından son. 3 sm defekti. Boyun fəqərələrinin yayılmış osteoxondrozu, davamlı kökcük ağrı sind. ilə. İnsulindən asılı olmayan şəkərli diabet. Vertebrobazilyar QDÇ.Asteno-nevrotik vəz.” və bu xəstəliyə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ##.##.2015-##.##.2021-ci illər arasında 2-qrup əlilliyə görə əmək pensiyası, Prezident təqaüdü almışdır. İddiaçı qeyd edir ki, uzun yazışmalardan sonra ##.##.2023-cü il tarixdən əlilliyi 3-cü qrup kimi bərpa olunmuş, eyni zamanda əlilliyin səbəbi də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik”dən ümumi xəstəliyə görə əlilliyə dəyişdirilmiş, diaqnoz:“İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2 insulin tələbli. Periferik damarların digər dəqiqləşdirilmiş xəstəlikləri, sağ aşağı ətraf damarlarının qan dövranı pozğunluğu 3-cü dərəcə”. ##.##.2023-cü il tarixdən əlilliyi 3-cü qrup kimi diaqnoz:“İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2 insulin tələbli. ##.##.2024-cü il tarixdən əlilliyi 3-cü qrup kimi, diaqnoz:“Odlu silah yaralanmasından sonrakı vəziyyət. Sağ budun yuxarı 1/3-nin tış, sağ baldırın boylama iç və tış səthlərinin kobud dartıcı çapıq toxumaları. Sağ bayır dizaltı sinirin posttravmatik zədələnməsi. Sağ diz oynağının II dərəcə qonartrozu, açıcı-bükücü kontrakturası. Sağ aşağı ətrafın parezi. Sağ baldır əzələlərin kəskin atrofiyası. Sağ pəncənin sallanması. Çoxsaylı ağırlaşmalarla şəkərli diabet tip 2, insulin tələbli, ağır forma. Hər iki aşağı ətrafın diabetik angiopatiyası, arterial qan dövranı pozuntusu, sağda III (üç), solda II (iki) dərəcə. Diabetik nefropatiya. Diabetik polineyropatiya. Osteomielitlə fəsadlaşma, sağ baldırın orta 1/3-nin tış səthinin funksiya edən fistulası. Sağ arxa qamış arteriyasının xroniki dərəcəli işemiya. Yerişin çətinləşməsi. Davamlı ağrı sindromu. Nevrasteniya, insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2 insulin tələbli. İddiaçı qeyd edir ki, göründüyü kimi son iki ildə əlilliyin səbəbini müəyyən edən diaqnoz bir neçə dəfə dəyişik müəyyən olunsa da, sonuncu diaqnoz Respublikanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aldığı xəsarətlərlə, (yəni odlu silah yaralanmasından sonrakı vəziyyət) bağlı qeyd edilmişdir. Diaqnozda dəyişiklik olsa da, əlilliyin səbəbi dəyişdirilməmişdir. İddiaçı cavabdeh təşkilata tələb olunan sənədlərlə birlikdə ##.##.2023- cü il tarixli *** saylı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarını təqdim etmiş, hansı ki, həmin arayışda müharibə zamanı aldığı güllə yaralarının olduğunu sübüt edən xəstəliyin səbəbi:“Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd olunubdur. İddiaçı bildirir ki, o, döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1994-cü il tarixdə sağ baldırını dəlib keçən güllə yarası almış, sağ baldırın orta 1/3-ni dəlib keçən güllə yaralanması nəticəsində incik sümüyünün 5 csm defekti, incik sinirinin posttravmatik nevritinin qalıq əlamətləri ilə ##.##.1994-cü il tarixdə hospitalda müalicə almış, əlində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının müharibə zamanı aldığı güllə yarasının olduğunu sübut edən xəstəliyin səbəbi:“Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı, “xxxx” X2n ambulator xəstənin N**** saylı Tibbi vərəqəsindən çıxarış, X7 ambulator, stasionar xəstənin tibb kartasından çıxarış, “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X2n verdiyi ##.##.2023-cü il tarixli, ********** saylı arayışı, epikrizlər. Bunların hər birində açıqca qeyd dərin olunur ki, sağ baldırın orta 1/3-ni dəlib keçən güllə qəlpə yaralanması sonrası ayaqda yara və çapıq əmələ gəlmişdir. X5 EMQ (Elektromioqrafiya) müayinəsini nəticəsi – “Bu EMQ sebsor və nevropatiyası”; motor liflərin tutulduğu aksonal tip polinevropatiya zəminində sağda tibial sinir və peroneal sinir. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” - “Odlu silahla yaralanmadan sonra sağ incik sümüyünün xroniki osteomielitdən sonra 5 sm defekti, teztez resuduvverməsi ilə, distal və proksimal fraqmentlərdə osteofitləri, sağ diz oynağının üçüncü dərəcəli qonatrozu, açıcı-bükücü kəskin kontrakturası (açma 170 dərəcə, bükmə 160 dərəcə), sağ baldırın orta aşağı 1/3-nin tış səthlərində boylama kobud çapıq toxumaları, əzələ atrofiyası, sağ aşıq-baldır oynağının artrozu, açıcı-bükücü kəskin kontrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə), əzələlərin kəskin atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması”, “Sağ baldırın güllə yaralanmasından sonra geniş çapıqları. Arxa qamış arteriyalarının III dərəcəli xroniki işemiyası”. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası “Sağ baldırın orta 1/3nin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sağ incik sinirin postravmatik neyropatiyası” kimi nəticəsinə gəlsələr də, cavabdeh bunları təkzib edir. Səbəb kimi “Diaqnoz təsdiqlənmədi. EMQ məsləhət görülür” qeyd edilmişdir. O, verilmiş qərarla razılaşmır, belə ki, diaqnozları göstərilən xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nda var. Buna görə də, əlilliyinin dərəcəsi və səbəbi dəyişdirilməlidir.

19. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, Göygöl rayon sakini ##.##.1972-ci il təvəllüdlü İddiaçı (FİN: *******) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2023-ci il tarixli, *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ baldırın orta 1/3- nin dəlib keçən güllə yarası. İncik sümüyünün orta 1/3-nin qəlpəli, yerdəyişmiş odlu silah yarası (5 sm defekti ilə). Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanmasından sonra incik sinirinin posttravmatik nevritinin qalıq əlamətləri. Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanması (##.##.1994). İncik sümüyünün 5 sm defekti, incik sinirinin postravmatik nevritinin qalıq əlamətləri” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, sağ aşağı ətrafında ağrı və hərəkət məhdudluğundan, bəzən yüksələn arterial təzyiqdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1994-cü ildə sağ baldır nahiyyəsindən güllə yaralanmasını aldığını, 2013cü ildən şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Medikamentoz preparatlardan 2017-ci ildən gün ərzində 45 vahid “İnsulin” inyeksiyası, “Glucophage 1000”, “Actrapid” istifadə etdiyini qeyd etmişdir. Baxış zamanı sağ baldırın orta 1/3-də, sağ bazunun orta 1/3-də, sağ budun yuxarı 1/3- də çapıqlar izlənilmiş, sağ aşağı ətrafda təxminən 1 sm qısalıq ölçülmüşdür. Sağ baldırın orta və yuxarı 1/3-də ön və hər iki yan səthlərində ölçüləri 10-15 sm uzunluqda olan boylama istiqamətdə lampas kəsiklərin çapıqları, çapıqlar üzərində isə nekrozlaşmış qartmaqlar müşahidə edilmişdir. Sol aşağı ətrafda hər iki arteriya üzərində nəbz əllənmiş, sağ aşağı ətrafda ayaqarxasında bəzən sapvari olmuş, digər nahiyələrdə isə hiss edilməmişdir. İddiaçının “Forma 88” göndərişləri natamam doldurulma səbəbindən geri qaytarılmışdır. Çünki xəstənin müalicə müddəti yetərli deyildir. Bu səbəbdən yeni “Forma 88” vurulmasını və stasionar, ambulator yatışlarını davam etdirməyi məqsədə müvafiqdir. Eyni zamanda xəstənin əlilliyinin olubolmamasının dəqiqləşdirilməsi məqsədiylə DTSERA-da əyani müayinədə iştirak etməyi zəruridir.

20. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim N.Hüseynov) iddia təmin edilmişdir.

21. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı barəsində yuxarıda nəzərdə tutulan əlamətlər “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.5.1.1-ci bəndində nəzərdə tutulan əlamətlərə uyğundur. Bu səbəbdən də məhkəmə iddiaçıya “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.5.1.1-ci bəndində nəzərdə tutulmuş qaydada orqanizmin funksiyalarının 40 faiz pozulması ilə bağlı əlilliyin təyin edilməsini məqsədəmüvafiq hesab edir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarını ləğv edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətinin məzmunu imtina qərarının məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

24. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

25. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

27. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin # #### tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

6. Sinir sistemi xəstəlikləri 6.5. Serebral iflic və digər paralitik sindromlar 6.5.1. serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) - G81-G83 Qiymətləndirmə 6.5.1.1. ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular – 40% - 1 il; 6.5.1.2. mülayim hemiparez (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və (və ya) aşağı ətraflarda aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsəkdə 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, budçanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi ilə (baş barmağın distal falanqasının 4-cü barmağa qədər çatmaması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması); mülayim statodinamik pozuntular – 40-60% - 2 il; 6.5.1.3. cüzi tetraparez (əzələ gücünün 4 bala qədər enməsi, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, aşağı və yuxarı ətraf oynaqlarının aktiv hərəkətlərinin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); mülayim statodinamik pozuntular – 40-60% - müddətsiz; 6.5.1.4. təzahür edən hemiparez (əzələ gücünün 2 bala qədər azalması, yuxarı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının 10-20 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulması, böyük əşyaların uzun müddət saxlanılmasının qeyrimümkünlüyü (barmaqların distal falanqalarının 3-4 sm məsafədə ələ çatmaması, barmaqların yumruğa bükülməsinin təzahür edən məhdudlaşması), yuxarı ətrafın əsas funksiyasının pozulması və ya bütün aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının təzahür edən məhdudlaşması (bud-çanaq oynağının 20 dərəcəyə, diz oynağının 10 dərəcəyə, aşıq-baldır oynağının 6-7 dərəcəyə qədər) ilə); əhəmiyyətli təzahür edən statodinamik pozuntular – 65-80% - müddətsiz; 6.5.1.5. mülayim tetraparez (əzələ gücünün 3 bala qədər azalması, yuxarı və (və ya) aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsək oynağında 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi (baş barmağın distal falanqasının 4-cü barmağın əsası səviyyəsində olması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması) ilə); əhəmiyyətli təzahür edən statodinamik pozuntular – 65-80% - müddətsiz; 6.5.1.6. əhəmiyyətli təzahür edən tetraparez, əhəmiyyətli təzahür edən triparez, hemiplegiya, triplegiya, tetraplegiya (əzələ gücünün 1 bala qədər azalması, müstəqil yerdəyişmənin, əllərdən istifadə etmək qabiliyyətinin qeyri-mümkünlüyü, yatağa məhkum olma); əhəmiyyətli təzahür edən statodinamik pozuntular – 85-100% müddətsiz.

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. İş materialları ilə müəyyən olunur ki, iddiaçı barəsində ilkin olaraq ##.##.2015ci tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə 1 il müddətinə (##.##.2016-cı il tarixinədək) ikinci dərəcə əlillik müəyyən edilmiş, ##.##.2016-cı il tarixində 5 il müddətinə (##.##.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmış, ##.##.2021 və ##.##.2022-ci il tarixlərdə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə, daha sonra ##.##.2023 və ##.##.2023cü il tarixlərdə ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə 1 il müddətinə (##.##.2024-cü il tarixinədək) əlillik müəyyən edilməsinə dair qərarlar qəbul edilmişdir.

34. Göygöl Rayon Mərkəzi Xəstəxanasının ##.##.2024-cü il tarixli, P********NNZ nömrəli göndərişindəki diaqnozlar üzrə cavabdeh orqan tərəfindən İddiaçı əlillik vəziyyəti ##.##.2024-cü il tarixdə qiymətləndirilərək, *******0009 nömrəli qərarla barəsində ##.##.2024-cü il tarixdən orqanizm funksiyalarının 50% pozulmasına görə ümumi xəstəlik səbəbi ilə təkrar müddətsiz əlillik təyinatı aparılmış, iddiaçı qərarla razılaşmayaraq yuxarı inzibati orqana şikayət etmiş, sonuncunun ##.##.2024-cü il tarixli qərarı ilə ##.##.2024cü il tarixli qərar qüvvədə saxlanılmışdır.

35. İddiaçı hazırki tələbdə cavabdeh orqanın ##.##.2024-cü il tarixli, *******0009 nömrəli qərarının ləğv edilərək barəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” 1 il müddətinə orqanizm funksiyasının 40% pozulmasına görə əlilliyin müəyyən edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, tələb təmin edilmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıda mövcud olan “Aşağı ətrafların monoplegiyası, Sağ aşağı ətrafın parezi” diaqnozu XBT-10 kodu G83.1 olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.5.1-ci bəndində (G81-G83) öz əksini tapmışdır. G83 kodlu xəstəlik əlilliyin müəyyən edilməsinə əsas verən xəstəlik Meyarların 6.5.1.1-6.5.1.6-cı bəndlərində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir (Bax: hazırki qərarın 29-cu bəndi).

37. Göygöl Rayon Mərkəzi Xəstəxanasının ##.##.2024-cü il tarixli, P********NNZ nömrəli göndərişin “Həkim və laboratoriya müayinələrinin nəticələri” qrafasında (səh. 100- 101) qeyd edilmişdir ki: - Həkim müayinəsi (##.##.2024) – Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Odlu silah yaralanmasından sonrakı vəziyyət. Sağ budun yuxarı 3\1-nin tış, sağ baldırın boylama iç və tış səthlərində kobud dartıcı çapıq toxumaları. Yumşaq toxumaların deformasiyası. Sağ incik sümüyünün yaxarı 3\1 5.6 sm sümük deffekti. yumşaq toxumaların 7mm sümük qəlpəsi. Osteomielitlə fəsadlaşma, sağ baldırın orta 3\1-nin tış səthində funksiya edən fistulası. Sağ diz oynağı II dərəcə qonartrozu. Açıcı-bükücü kontrakturası. Sağ incik və qamış sinirlərinin neyropatiyası. Sağ pəncənin sallanması. Sağ baldır əzələləri kəskin atrofiyası. Aşağı ətrafın daimi ağrı sindromu. Dayaq-hərəkət funksiyasının pozulması. Sağ arxa qamış arteriyasının xroniki zədələnməsi. III dərəcəli işemiya. - Həkim müayinəsi (##.##.2024) – Bayır dizaltı peroneal sinirin zədələnməsi, Sağ bayır dizaltı sinirin posttravmatik zədələnməsi. Sağ aşağı ətrafın parezi. Nevrasteniya. Yerişin çətinləşməsi. Davamlı ağrı sindromu. - Tək orqan (nahiyə) rəngli doppler müayinəsi (##.##.2024) – Sağ aşağı ətrafda CFA (ümumi bud arteriyası)-da axın magistral tip SFA(səthi bud arteriyası)-da axın magistral tip. PFA (dərin bud arteriyası)-da axın magistral tip. Ön tibial arteriyada distal seqmentdə axın magistral tip. Arxa tibial arteriyada axın izlənilmir. Dorsalis pedis-də axın magistral tip. - Kompyüter EMQ (##.##.2024) – Bu müayinədə sensor və motor liflərin tutulduğu aksonal tip polinevropatiya zəminində sağda peroneal sinir və sağda tibial sinir nevropatiya ilə uyğundur. Güllə yaralanması hekayəsi olan xəstənin sağ ayaq dorsiflesiyon və plantar fleksiyonunda pareziya izlənməkdədir. - Dərialtı səthi toxumaları USM (##.##.2024) – Sağ fibulanın 1\3 nin 5.6 mm defekti yumşaq toxuma daxilində 7mm lik anexogen görüneüş, sağ baldır nahiyyəsinin 2\3 nahiyyəsində əzələ arası 16x11mm ölçüsündə iltihabi sahə izlənilir. - Rentgenoqrafiya tək anatomik nahiyə (##.##.2024) – Baldır sümüyü rentgenoqrafiyası(sağ, iki pr Sağ fibulanın yuxarı 1\3-nin 5.6 sm defekti, osteofitlərə yumuşaq toxuma içində 7mm-lik sümük qəlpəsi. Yumşaq toxumalar deformasiyalı. Art genua: artroz II dərəcə.

38. Bundan başqa, sözügedən göndərişinin “TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti” qrafasının “Status localis” hissəsində (səh. 99) qeyd edilmişdir ki, baxış zamanı sağ ayağı axsayır. Özünü 1994-cü ildə döyüş zonasında hərbi xidmət keçərkən sağ baldırın orta 3\1-dən aldığı dəlib-keçən güllə yaralanmasından sonra xəstə hesab edir. Güllə yaralanması nəticəsində sağ incik sümüyündə qəlpəli yerdəyişmiş sınıq yaranmış həmin nahiyyədə incik siniri zədələnmişdir. Sağ baldırın orta 3\1-də odlu silah yaralanmasından sonrakı kobud toxuma deffektli deformasiyalı atrofik çapıq qeyd olunur. Çapıq üzərində dövrrü fəaliyyət göstərən xroniki osteomillitlə köhnə fistula çapıqları qeyd olunur. Baldır və pəncədə hisiyyat pozğunluği qeyd olunur. Sağ diz oynağında hərəkətlər məhdudlaşıb. Hərəkət həcmi 180\60 dərəcə.(Norma 180\40 dər). Sağ aşağı baldır oynağında hərəkət məhdudluğu qeyd olunur.Amplitud 40 dərəcə (norm 50 dərəcə) Nevraloji St. Huşu aydındır. Kəllə beyin sinirləri normaldır. Sümüküstü vətər refleksi sağ aşağı ətrafda enib. Axil refleksi sağda abs alınmır. Sağ aşağı ətrafın monoparezi qeyd edilir.

39. Səhiyyə Nazirliyinin “xxxx” X2nin ##.##.2025-ci il tarixli, T***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı adına Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli qərarında qeyd edilən “Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanmasından sonra incik sinirinin posttravmatik nevritinin qalıq əlamətləri” və “Sağ baldırın orta 1/3-nin dəlib-keçən güllə yaralanması (##.##.1994), incik sümüyünün 5 sm defektli, incik sinirinin posttravmatik nevritinin qalıq əlamətləri” aşağı ətrafların monoplegiyası, sağ aşağı ətrafın parezi”nin yaranmasına səbəb onun almış olduğu sağ baldırın orta 1/3-nin dəlib-keçən güllə yaralanması olmuşdur.

40. Göründüyü kimi iddiaçıda Meyarların 6.5.1.1-ci bəndində qeyd olunan xəstəliklərin olması məhkəmə psixiatrik ekspertizasının rəyi ilə də öz təsdiqini tapır.

41. Bundan başqa iddiaçıya təyin ediləcək əlilliyinin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə düzgündür. Belə ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli, *** nömrəli qərarına əsasən, Kəlbəcər RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, Tərtər Hərbi Prokurorluğunun ##.##.2014-cü il tarixli, 19 HP/**** nömrəli məktubuna əsasən hərbi qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1994-cü ildə aldığı, ##.##.1994-cü ildən ##.##.1994-cü ilə kimi M.Nağıyev adına X1 Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz:“Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yarası. İncik sümüyünün orta 1/3-nin qəlpəli, yerdəyişmiş odlu silah yarası (5 sm defekt ilə)” ##.##.1994-cü ildın ##.##.1994-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanmanın nəticəsi - dianqoz: “Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanmasından sonra incik sinirinin posttravmatik nevritinin qalıq əlamətləri” və ##.##.1994-cü ildə N nömrəli hərbi hissənin hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanması (##.##.1994) incik sümüyünün 5 sm defektli, incik sinirinin posttravmatik nevritinin qalıq əlamətləri” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin ##.##.2023-cü il tarixli, *-**-**/*/** nömrəli göndərişi, ##.##.2023-cü il tarixli, *- **-**/*/** nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş ##.##.1994-cü il tarixli çıxarış epikrizi, ##.##.1994-cü il tarixli, **** nömrəli arayış, Yevlax Şəhər Mərkəzi Xəstəxanasından verilmiş kompüter-tomoqrafiya müayinəsi aktı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir)” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiə zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq edilmişdir.

42. Apellyasiya şikayətinin dəlili kimi qeyd edilmiş “diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi” ilə bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələ həll edilərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almalıdır.

43. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

44. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsdə əlillik dərəcəsinin müəyyən olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsdə əlillik dərəcəsinin müəyyən edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

45. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəlinən nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla qərarın ləğvinə əsas vermir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar