Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-244/2026 14.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARI Açar sözlər: Əlilliyin təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ##.##.2007-ci il tarixli, AO ******* nömrəli hərbi biletin 7-ci səhifəsində 14-cü bənddə olan qeydlərdən görünür ki, İddiaçı N nömrəli hərbi hissənin tərkibində ##.##.2022-ci il tarixdə Xankəndi istiqamətində gedən döyüşlərdə atıcı vəzifəsində iştirak etmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli, **** nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə İddiaçı aldığı “Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin tez-tez baş verən vegetativ damar paroksizimləri və qıcolma tutmaları ilə, təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, təşviş daxilolmalar, epileptiform qıcolma tutmaları ilə (ayda 8-10 dəfə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdfiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
3. Cavabdeh orqan tərəfindən iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında ##.##.2023-cü il tarixdə qiymətləndirərək “Diaqnozun əlillik təyin etməməsi barədə” və ##.##.2024-cü il tarixdə qiymətləndirərək “Diaqnozun öz təsdiqini tapmaması barədə” qərarlar qəbul edilmişdir. 4.
5. Sonuncu dəfə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Gəncə Psixiatriya Xəstəxanası tərəfindən ##.##.2024-cü il tarixli (## ###### 2025-ci il tarixdə imzalanmışdır), R********EVB nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz: F07.0-Baş beyin silkələnməsi. Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, təşviş və depressiv daxilolmalar, epileptiform qıcolma tutmaları ilə; Yanaşı xəstəliklər: G40.3- Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Partlayış travması (##.##.2020) Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi nəticəsində yaranan və tez-tez baş verən vegetativ damar paroksizimləri və qıcolma tutmaları (ayda 8-10 dəfə); Yanaşı xəstəliklər: H52.2- Astiqmatizm, Sol gözün qarışıq astiqmatizmi; Yanaşı xəstəliklər: S06.0- Baş beynin silkələnməsi, Partlayış travması (##.##.2020) Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi.
8. Məhkəmə Psixiatrik Ekspertiza X2 Şəxsinin ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “Yoxlanılan şəxs İddiaçı Rüzgar oğlunda hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu. Təşviş və depressiv daxilolmalar, dpileptiform qıcolma tutmaları ilə F07.0” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli qiymətləndirmənin ləğv edilməsi və ona əlillik dərəcəsi verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, II Qarabağ müharibəsinin iştirakçısıdır və ##.##.2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı partlayış nəticəsində travma almışdır. ## ######## 2023-cü il tarixli **** saylı Xəstəlik haqqında şəhadətnaməsində Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarı belə göstərilmişdir: Diaqnoz: "Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin tez-tez baş verən vegetativ damar paroksimzləri və qıcolma tutmaları ilə, təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, təşviş daxilolmalar, epileptiform qıcolma tutmaları ilə (ayda 8- 10 dəfə)." "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". Diaqnoz: "diskogen mənşəli nadir hallarda kəskinləşən residivgedişli xroniki beloma radikuliti, natamam remissiya mərhələsində. Sol gözün qarışıq astiqmatizmi Hm 0,5,D M 0,5D nəticəsində görmə itiliyinin 0,5-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sağ gözün görmə itiliyi 1,0 olmaqla. L4 fəqərəsinin listezi, L4-L5 fəqərəarası diskin sekvestrə olunmuş yırtığı. Burun tənəffüsünü mülayim dərəcədə pozan burun arakəsməsinin əyriliyi. Xroniki frontit, remissiya mərhələsində. Çoxsaylı kariyes." "Ümumi xəstəlikdir". Bununla bağlı dəfələrlə ambulator və stasionar müalicələr olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə Idarəsinin baş psixiatrı tibb elmləri doktoru, professor Fuad Ismayılov tərəfindən, habelə Həkim Psixiatr Komissiyası tərəfindən dəfələrlə ona "Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, təşviş və depressiv daxilolmalar, epileptiform qicolma tutmaları ilə F07.0." diaqnozu təyin edilmişdir. Dəfələrlə cavabdeh inzibati orqana müraciət etsə də, ona əlillik dərəcəsi verilməsindən imtina edilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə təqdim edilmiş, etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinin sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Gəncə Psixiatriya Xəstəxanasının ## ###### 2025-ci il tarixli göndərişi əsasında baxılmışdır. “Diaqnozun mətni: Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, təşviş və depressiv daxilolmalar, epileptiform qıcolma tutmaları ilə olmuşdur. Göygöl rayon sakini ##.##.1989-cu il təvəllüdlü İddiaçı (FIN:*******) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2023-cü il tarixli, **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin tez-tez baş verən vegetativ damar paroksizmləri və qıcolma tutmaları ilə, təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, təşviş daxilolmalar, epileptiform qıcolma tutmaları ilə (ayda 8- 10 dəfə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Diskogen mənşəli nadir hallarda kəskinləşən residiv gedişli xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində. Sol gözün qarışıq astiqmatizmi Hm 0,5 D, M0,5 D nəticəsində görmə itiliyinin 0,5-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sağ gözün görmə itiliyi 1,0 olmaqla. L4-L5 fəqərəarası diskin sekvestrə olunmuş yırtığı. Burun tənəffüsünün mülayim dərəcədə pozan burun arakəsməsinin əyriliyi. Xroniki frontit, remissiya mərhələsində. Çoxsaylı kariyes” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı belində və ayağında ağrılardan, başağrıları, qıcolma və əsəbilikdən şikayətlənmişdir. Dərmanlardan Depakin, Klonazepam, Cycladole qəbul etdiyini bildirmişdir. Zahirən səliqəsiz olmuşdur. Ünsiyyətə asta səslə qoşulmuşdur. Sol qolunda təxminən 5 ay əvvəl edilmiş 3-4 ədəd səthi kəsik izi izlənmişdir. Tutmalarını funksional tutma kimi izah etmişdir. Müayinə zamanı dərman təsiri altında olmuşdur. Emosional küt, baxışları donuq izlənmişdir. Düşüncəsi aydın, bələdliyi qorunmuşdur. PAM-nin istifadəsi inkar edilməmişdir. Ailəli, 2 və 5 yaşlarında iki övladı olduğunu bildirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonrakı şəxsiyyətin patoloji-nevrotik inkişafı. Ailə, məişət adaptasiyası (PAM sui-istifadəsi istisna olunmur)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar çıxarılması xahiş edilmişdir.
12. Iddiaçının nümayəndəsi (vəkili) Səadət Seyidli məhkəməyə ərizə təqdim edərək, cavabdeh orqanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh ilə əvəz edilməsi, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçı X4 iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, iddia əsaslıdır. Çünki, cavabdeh orqan qanunsuz olaraq iddiaçıya əlillik dərəcəsi təyin etməmişdir. Hazırda təmsil etdiyi şəxsin məhkəmə iclasına gəlməmə səbəbi məhz onun aqresiv olması və ünsiyyətə meyl etməməsi ilə bağlıdır. Lakin cavabdeh orqan bu kimi halları nəzərə almamışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi.
14. Gəncə Inzibati Məhkəməsinin (hakim F.Əliyev) ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 02 (iki) il müddətinə əlillik təyin edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının sağlamlıq vəziyyətinə Gəncə Psixiatriya Xəstəxanasının göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, təşviş və depressiv daxilolmalar, epileptiform qıcolma tutmaları ilə. Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbu edilmişdir. Məhkəmə öz qərarında ilk öncə Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli şəhadətnaməsini və X5 tərəfindən R********EVB saylı tibbi göndərişini əsas götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən elektron sənəd formasında daxil edilmiş göndəriş əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Belə olan halda əgər əlillik tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyalarının göndərişi ilə müəyyən edilsəydi, onda Agentliyin tibbi sosial ekspert komissiyalarına nə gərək var idi? 3. Bundan başqa məhkəmə qeyd olunan göndəriş və şəhadətnamənin məhkəmə psixiatrik ekspertizasının ##.##.2025-ci il tarixli, **** saylı rəyi ilə təsdiq olunduğunu, İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və depressiv daxilolmalarla (F07.0) aşkar olunduğunu qeyd etmişdir. Məhkəmənin özünün belə istinad etdiyi Əlilliyin müəyyən olunması meyarlarındakı qrafikdə ardıcıl olaraq Sıra №-si; Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri; XBT-10 (kod); Orqanizmin funksiyalarının pozulması faizi vəOrqanizmin funksiyalarının pozulması müddəti göstərilmişdir. Buna müvafiq olaraq da "Üzvi mənşəli şəxsiyyət pozuntusu” olaraq xəstəliyin ümumi adı, F07.0 olaraq XBT kodı göstərilmiş, lakin onun qarşısında, yəni ardınca faiz və müddət göstərilməmişdir. Çünki əllik yaradan faiz və müddət F07.0 kodlu xəstəliyin 7.6.2.1 və qrafikdə göstərilən 7.6.2.2 sıra nömrəli ağırlaşmalarına aiddir, ümumilikdə "F07.0-ın hamısına aid deyil”. Bildirilir ki, qeyd olunan kodlu xəstəliyin ümumilikdə "xəstəlik” olmasını qəbul edirlər. Lakin həmin xəstəliyin əlillik yaratması üçün 7.6.2.1 və 7.6.2.2-də qeyd olunan meyarlar xəstədə aşkarlanmalıdır. Həmin meyarlar aşkarlanmadığı üçün demək ki, məhkəmə psixiatrik ekspertizasının ##.##.2025-ci il tarixli, **** saylı rəyində ümumi olaraq yazdığı "F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu” adlı xəstəlik əlillik yaradan həddə deyildir. Beləliklə birinci instansiya məhkəməsi tərəfindən əvvəlcə göndəriş ilə Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının qərarı qarşılaşdırılaraq, göndəriş üstün tutulmuş, daha sonra isə ümumi olaraq göndərişdəki kimi "F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyi qeyd edən, həmin xəstəliyin açıqlamasını, əlillik yaradıb-yaratmamasını, şəxsin müalicəyə ehtiyacı olub-olmamasını qeyd edə bilməyən, səlahiyyətinə aid olmadığını bildirən ekspert rəyi ilə bütün bu səlahiyyətlərə malik Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının qərarı qarşılaşdırılaraq ekspert rəyi üstün tutulmuşdur. Bildirmək istəyirlər ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olarac iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Şəki Inzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Bu səbəblərdən birinci instansiya məhkəməsinin qərarı ilə razı deyillər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Gəncə Inzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “HYPERLINK "https://e-qanun.az/framework/49623" \l ":~:text=t%C9%99sdiq%20edilmi%C5%9Fdir.- ,%C6%8Flilliyin%20m%C3%BC%C9%99yy%C9%99n%20olunmas%C4%B1%20meyarl ar%C4%B1,-1.%20%C3%9Cmumi%20m%C3%BCdd%C9%99alar" \t "_blank" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı"Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və HYPERLINK "https://e-qanun.az/framework/44232" \l "%C9%99lav%C9%99" \t "_top"“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu. F07.0 7.6.2.1. Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) zamanı - orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir. 7.6.2.2. Məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti zamanı - orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.
Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
25. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
26. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
27. IPM-in 2.2.2. Inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
28. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
29. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
30. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
31. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
32. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
33. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
34. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
35. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
36. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməklə, ləğv edilən hissədə iddia qismən təmin edilməlidir.
38. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır.
39. Işin faktiki halları ilə müəyyən edilir ki, Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli, **** nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə İddiaçı aldığı “Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin tez-tez baş verən vegetativ damar paroksizimləri və qıcolma tutmaları ilə, təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, təşviş daxilolmalar, epileptiform qıcolma tutmaları ilə (ayda 8-10 dəfə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdfiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən sonuncu rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz: F07.0-Baş beyin silkələnməsi. Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, təşviş və depressiv daxilolmalar, epileptiform qıcolma tutmaları ilə; Yanaşı xəstəliklər: G40.3- Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Partlayış travması (##.##.2020) Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi nəticəsində yaranan və tez-tez baş verən vegetativ damar paroksizimləri və qıcolma tutmaları (ayda 8-10 dəfə); Yanaşı xəstəliklər: H52.2- Astiqmatizm, Sol gözün qarışıq astiqmatizmi; Yanaşı xəstəliklər: S06.0- Baş beynin silkələnməsi, Partlayış travması (##.##.2020) Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi.
42. Həmçinin iş materialları ilə müəyyən olunur ki, İddiaçı “F07.0 - Üzvi mənşəli şəxsiyyət pоzğunluğu” diaqnozu üzrə ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək və ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək Gəncə Psixiatriya Xəstəxanasında, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək X1 adına * nömrəli Şəhər Xəstəxanasında, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək və ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək Bakı “xxxx” X3 stasionar müalicələr almış, həmçinin həmin diaqnoz üzrə ambulator müraciətləri olmuşdur.
43. Bundan başqa, iş materiallarına əlavə edilmiş “xxxx” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli, **** nömrəli hərbi psixiatr komissiyasının rəyindən görünür ki, İddiaçı xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu və depressiv daxilolmalar, epileptiform qıcolma tutmaları F07.0” diaqnozu qoyulmuşdur.
44. Həmçinin, birinci instansiya məhkəməsinin müvafiq qərardadına əsasən təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyindən də görünür ki, İddiaçı Rüzgar oğlunda hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu. Təşviş və depressiv daxilolmalar, dpileptiform qıcolma tutmaları ilə F07.0” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir.
45. Göründüyü kimi, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən ## ###### 2025-ci il tarixdə rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz əlillik təyininə əsas verdiyi halda, cavabdeh orqan bundan imtina etmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
47. Belə ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
48. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, şəhadətləndirilən və hazırda qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda hər hansı dəyişiklik baş verməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəb əlaqəsi ilə əlillik təyin olunmasına əsas verir.
49. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının iddiaçının orqanizminin funksiyalarının pozulması faizinin müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, hazırda iddiaçıda olan xəstəlik birinci instansiya məhkəməsinin qərarında qeyd etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində qeyd edilmiş meyarlarla deyil, 7.6.2.1-ci bəndində qeyd edilmiş meyarlarla uyğunluq təşkil edir.
50. Belə ki, “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci (Üzvi mənşəli şəxsiyyət pozuntusu. F07.0) bəndinə görə: 7.6.2.1. Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) zamanı - orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir. 7.6.2.2. Məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti zamanı - orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.
51. Göründüyü kimi, 7.6.2.2-ci bənddə qeyd olunan əlamətlər 7.6.2.1-ci bənddə nəzərdə tutulan əlamətlərə münasibətdə daha ağırdır. Yəni, orqanizmin funksiyalarının 35- 60 faiz pozulması halında şəxs müvafiq simptomlarla yanaşı bütövlükdə sərbəst yaşamaq bacarığına malik olur və yalnız bəzi hallarda kənar şəxsin köməyinə ehtiyac duyursa, orqanizmin funksiyalarının 65-80 faiz pozulması halında isə şəxsi gigiyenaya qarşı laqeydlik, eləcə də tez-tez kəskinləşən psixotik epizodların və digər simptomların fonunda daimi müşahidə zərurəti mövcuddur.
52. Birinci instansiya məhkəməsinin müvafiq qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən iddiaçı barəsində keçirilən ambulator məhkəmə psixiatrik ekspertizası zamanı onun psixi statusu barədə qeyd edilmişdir ki, “Zahirən narahat və gərgindir. Düşüncəsi kobud pozulmayıb. Bələdiyi zamana, məkana və öz şəxsiyyətinə görə saxlanılıb. Söz ünsiyyətinə sərbəst daxil olur. Verilən sualları mahiyyətinə uyğun cavablandırır. Nitqi və təfəkkürü ləngdir. Söhbət zamanı bir mövzudan digərinə keçməkdə çətinlik çəkir, torpidlik əlamətləri müəyyən edilir. Mühakimələri ümumən məntiqlidir. Müayinə zamanı hər hansı psixopatoloji simptomatika (sayıqlama fikirləri, qavrama pozuntuları və s.) aşkar olunmur. Təsəvvür ehtiyatı yaşayış tərzinə uyğundur. Əhvali-ruhiyyə fonu dəyişkəndir, enməyə meyllidir. Xarici qıcıqlara qarşı həssaslığının artması qeyd edilir. Kobud yaddaş və intellekt pozuntuları müəyyən edilməsə də, koqnitiv funksiyalarının zəifləməsi müşahidə edilir. Emosional sferası qeyri-stabildir.”
53. Göründüyü kimi iddiaçının müvafiq tibb müəssisəsi tərəfindən obyektiv müayinəsi zamanı onda müəyyən edilmiş əlamətlər “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1ci bəndində nəzərdə tutulan əlamətlərlə uyğunluq təşkil edir.
54. Odur ki, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilərək, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir.
55. Məhkəmə kollegiyası inzibati orqanın apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində qeyd olunan hallar işin yuxarıda sadalanan və əsaslandırılan halları ilə təkzib olunur.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilərək, ləğv edilən hissədə iddia tələbi qismən təmin edilməlidir.
57. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qismən, yəni “İddiaçı ##.##.2025-ci il tarixdən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 02 (iki) il müddətinə əlillik təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar çıxarılaraq, iddia tələbi qismən təmin edilsin. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulsun. Iddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti digər hissələrdə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.