Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-251/2026 05.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARI Açar sözlər: Əlilliyin təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona ##.##.2024-cü il tarixdən xəstəliyinə uyğun müvafiq əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları 1.
2. Qazax Psixiatriya Xəstəxanasının ##.##.2023-cü il tarixli, **** nömrəli məktubunda diaqnoz “F07.0 Üzvi mənşəli (QKBT-sı nəticəsində yaranan) şəxsiyyət pozuntusu” kimi qeyd edilmişdir.
3. “xxxx” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının ##.##.2023-cü il tarixli, **** nömrəli rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0” kimi qeyd edilmişdir.
4. “xxxx” publik hüquqi şəxsin ##.##.2024-cü il tarixli, **-*-**/*-R-****-**-***/** nömrəli tibbi arayışına əsasən, İddiaçı həqiqətən “xxxx” publik hüquqi şəxsin Poliklinika şöbəsində ##.##.2011-ci il tarixindən hal-hazırki vaxtadək dispanser qeydiyyatdadır. Dz: Hər iki diz oynağının travmadan sonra osteoortrozu sağda 3, solda 4 dərəcəli, sol siz oynağının açıcıbükücü kontrakturası açma-155%, bükmə-110%. Sol aşıq baldır oynağının osteoortrozu, daimi ağrı sindromu, hərəkət funksiyasının pozulması. Dz:Posttravmatik baş ağrısı C3,C4,C5,C6, C7, C8, L4, L5 fəqərə disklərinin yırtığı C4,C5,L4, L5, S1 fəqərəarası disklərin protuziyası, Diabetik polineyropatiya kökcük ağrı sindromu, (G-44.3,M- 51.2,G63.2,R-52.2). Dz:X1. Gərginlik stenokardiyası. Infarktdan sonrakı kardioskleroz. Arterial hipertoniya III dərəcə. Xroniki ürək çatışmazlığı II fs. Stentləmədən sonrakı, vəziyyət. ##.##.2017-ci il tarixindən hal-hazırki vaxtadək Poliklinika şöbəsinin Endokrinoloji kabinetində dispanser qeydiyyatdadır. Dz: Şəkərli diabet tip 2, çoxsaylı ağırlaşmalarla, insulin tələbli.
5. İddiaçı ilkin olaraq hərbi xidmət dövrü ilə əlaqədar ##.##.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, ##.##.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, ##.##.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, ##.##.2015-ci il tarixdə isə “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” 1 il müddətinə ikinci dərəcə, eyni səbəbli əlaqə ilə ##.##.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
6. İddiaçı əlillik vəziyyəti ##.##.2018-ci il, ##.##.2019-cu il, ##.##.2020-ci il, ##.##.2021-ci il və 24.110.2021-ci il tarixlərdə qiymətləndirilərək əlillik təyinatından imtina edilmişdir.
7. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Gəncə Psixiatriya Xəstəxanası tərəfindən sonuncu dəfə ##.##.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə; Yanaşı xəstəliklər – S06.0 – Baş beynin silkələnməsi, Baş beynin silkələnməsi, Posttravmatik ensefalopatiya; Yanaşı xəstəliklər – M24.5 – Oynaqların kontrakturası, Oynaqların kontrakturası, Sol diz oynağının natamam bükücü (45 dərəcə) kontrakturası; Yanaşı xəstəliklər – I25.2 – Əvvəllər keçirilən miokard infarktı, Əvvəllər keçirilən miokard infarktı, Infarktdan sonrakı kardioskleroz; Yanaşı xəstəliklər – I97.1 – Ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, Ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, koronarangioplastika Cx damar (##.##.2017) RCA (##.##.2018) stent, Angioplastika x3 (2017, 2018), koronar angioplastika RCA stent (##.##.2021) implantasiya əməliyyatından sonrakı vəziyyət. 8.
8. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini ##.##.2024-cü il tarixdə qiymətləndirərək göndərişin natamam doldurulması nəticəsinə gəlmiş, sonradan iddiaçının müraciətinə əsasən əyani müayinəsi həyata keçirilmiş və Tibbi- Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarı ilə “Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilsin” qərarı qəbul edilmişdir.
9. Məhkəmənin qərardadı əsasında əldə edilmiş “xxxx” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı hazırda üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdləri depressiv daxilolmalar F07.0” aşkar olunur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, əlilliyin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ## #### 1976-ci il tarixdə Lənkaran rayonunda anadan olmuşdur. 1998-ci il tarixdə həqiqi hərbi xidlətə çağırılmışdır. Həqiqi hərbi xidməti zamanı Rlər məktəbinə kurs almaq üçün göndərilmişdir. ## ######## 1999-cu il tarixdə *** nömrəli əmrinə əsasən R hərbi rütbəsi verilməklə şəxsi heyyətin siyahasından çıxarılaraq xidmətini davam etdirmək üçün Qazax rayonunda yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. Hərbi xidmətini davam etdirən zaman travma və xəsarətlər almışdır. Belə ki, 1999-cu ilin dekabr ayında döyüş mövqeyindən biri olan postda iki əsgərin düşmənin basdırdığı minaya düşdüyü üçün həlak olmuşdur. Həmin əsgərləri çıxaran zaman düşmənin atdığı minamyot nəticəsində sol qolundan kor qəlpə yarası almışdır. O, müalicə olunmuş və sağalmışdır. Yaralanmağı barədə hərbi hissədə qeydiyyat aparılmadığından o, bu barədə hər hansı bir sənəd təqdim edə bilmir. Lakin həmin yaralanma haqqında məlumat hərbi biletində qeyd edilmişdir. Bundan başqa, 2002ci il tarixdə döyüş mövqeylərinin gücləndirilmiş rejimdə xidmətini davam etdirərkən hərbi hissənin döyüş mövqeyində düşmənlə təmas xəttində döyüş postlarını yoxlayarkən sol dizindən travma xəsarəti və qapalı kəllə beyin travması almışdır. Qeyd edir ki, xidmət zamanı o, olduğu hərbi hissənin ön xətdində olmuş və bütün döyüşlərdə iştirak etmişdir. Hərbi hissənin tibb məntəqəsinə gətirilmiş müalicə və müayinə olunmuş və xidmətə geri qaytarılmışdır. 2004-cü ilin iyun-iyul aylarında N saylı hərbi hissənin tərkibində Ermənistan Respublikasının silahlı qüvvələrinin diversiyalarının qruplarının təxribatını və qəfləti hücumlarının qarşısının alınmasında Qazax rayonunun Qızıl-Hacılı, Məzəm-Fərəhli kəndlərinin düşməndən müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sonradan hərbi xidmətini yerinə yetirmək üçün 3-cü ordu korpusunun komandirinin ## #### 2011-ci il tarixli əmrinə əsasən o, N nömrəli hərbi hissəyə tağım komandiri müavini təyin olunmuşdur. Səhhəti ilə əlaqədar hərbi hissə komandirinə müraciət etmiş və o ##.##.2011-ci il tarixdə müayinə məqsədi ilə N nömrəli hərbi hissəyə Tibb taboruna göndərilmişdir. O, orada müayinə və müalicə olunmuşdur. Lakin müayinə və müalicəsinin heç bir nəticəsi olmadığı üçün onu N nömrəli hərbi hissəyə göndərmişlər. Sonra ##.##.2011-ci ildə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına təxliyyə olunmuşdur. ##.##.2011-ci il tarixədək orada müayinə və müalicə olunmuşdur. Müayinə və müalicənin nəticələri aşağıdakı kimi olmuşdur. Hipertoniya xəstəliyi 2-ci mərhələ, Birinci mərhələ disirkulyator, ensofalopatiya. Baş beyin üzvi xəstəliyin astenonevrotik təzahürləri, onurğa sütununun boyun nahiyəsinin C2-C5 birinci mərhələ Osteaxondrozu və C2-C3 fəqərə arası diskin ön şmorli tipli qabarması ilə müşayət olunan onurğa stununun döş nahiyəsinin birinci mərhələ 4cü dərəcə təsbit olunmayan skaliozu funkusyasının pozulmaması ilə. Ürək müainəsi: Sol mədəciyin hipertrofiyası və yan divarda miokardin qan təchizahın azalması qeyd olunması, Mədəciklərin çəpərin arxa divarı hipertrafiyası, Nəticə sol mədəciyin konsevtrik hipertrofiyası, Baş beyinin qan təchizatı daxili yuxu arteziyasında azalması, damarların hipertonusu qeyd olunmuşdur. ##.##.2011-ci tarixdə xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmişdir. N saylı hərbi hissənin komandirinin təqdimatına əsasən MN-nin ## ####### 2011-ci il tarixli, 0129 gm saylı əmrinə əsasən “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin V bəndinə (xəstəliyə görə) ehtiyata buraxılmışdır. ##.##.2011-ci il tarixdə xxxxnın poliknika şöbəsində dispanser qeydiyyata götürülmüşdür. ##.##.2012-ci il tarixdə əlillik təyini üçün Tibbi Sosial Ekspertizası komisyasına göndərilmişdir. Ona hərbi xidmət dövründə xəstəlik səbəbi ilə 2-ci qrup əlillik təyin edilmişdir. 2013, 2014, 2015ci illərədək əlillik pensiyası almışdır. Sonradan əlilliyinin xidməti vəzifələrini yerinə yetirərkən olduğuna görə əlillik səbəbinin dəyişdirilməsi üçün ##.##.2015-ci il tarixdə sənədləri Tibbi sosial ekspertiza komissiyasına göndərilmişdir. Baxış keçirilmiş və ona xidmət vəzifəsini yerinə yetirməklə əllilik təyin olunmuşdur. Bu əlillik 5 il yəni 2021-ci ilin sentyabr ayına kimi artırılmışdır. Hazırda ürəyində 4 stent var. 2021-ci ilin sentyabr ayında təkrar əlillik almaq üçün xxxxna müraciət etmiş və F88 hazırlanıb sistemə vurulması qərarı verilmişdir. ##.##.2021-ci il tarixdə ona imtina cavabı gəlmişdir. Yenidən Elmi-Təhqiqat Trammatologiya və Ortopediya Inustutundan müayinədən keçmişdir. ##.##.2021-ci il tarixdə yenidən sənətləri sistemə işlənilmişdir. ##.##.2021-ci il tarixdə yenə heç bir səbəb olmadan imtina cavabı gəlmişdir. Bu hadisələrə görə o, sarsıntılar keçirmişdir. Qazax rayon psixatriya xəstəxanasında müalicəyə aparılmışdır. Sonradan * nömrəli psixatriya mərkəzi xəstəxanasına Bakı şəhərinə göndərilmişdir. ##.##.2023-cu ildən ##.##.2023-cü ilədək Məştağada stasianar müalicə və müayinə olunmuşdur. Həkim-psixiatr komissiyasına çıxarılmışdır. Diaqnoz təsdiq edilərək rəy verilmişdir. Sənədləri toplanaraq X3 Tibbi Sosial Ekspertiza komissiyasının sisteminə vurulmuşdur. Əyani baxışa çağrılmışdır. Beləliklə yenə imtina cavabı gəlmişdir. O, öz haqqını ala bilmir. O, hərbi ximətə çağırılan zaman tam sağlam olmuşdur. Onun bu xəstəliklərinin olması hərbi xidmət zamanı olubdur. Ona görə də o, hesab edir ki, cavabdeh orqanın hərəkətləri qanuna uyğun deyil və aşağıda qeyd, şərh olunan AR Konstutisiyasına və digər qanuvericilik aktlarına ziddir.
12. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə təqdim edilmişdir. etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək, Gəncə Psixiatriya Xəstəxanasının ## ##### 2024-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Baş-beynin silkələnməsi. Posttravmatik ensefalopatiya. Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Sol diz oynağının natamam bükücü (45°) kontrakturası. Infarktdan sonrakı kardioskleroz. Ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, koronarangioplastika Cx damar (##.##.2017), RCA (##.##.2018), RCA (##.##.2021) əməliyyatından sonrakı vəziyyət. Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xüsusi səbəbdən-"Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmişdir. Əlillik təyininə əsas verən xəstəliyin (I97.1) səbəb əlaqəsi düzgün seçilməmişdir. Qazax rayon sakini ##.##.1976-cı il təvəllüdlü İddiaçı (FIN: *******) əlillik vəziyyəti ##.##.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2015-ci il tarixli, *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol diz oynağı nahiyyəsinin yumşaq toxumalarının travmatik əziyi, orta dərəcəli qapalı kəllə beyin travması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı danışmamış, kəkələmiş, sol qolundan yaralandığını, ayağından və başından travma aldığını göstərmişdir. Medikamentoz preparatlardan Kardiomagnil, Eqilok, Rosvaks, Insulin iynəsi qəbul etdiyini bildirmişdir. Müayinə zamanı nəbzi 90 vurğu, saturasiyası 99%, arterial təzyiqi 160/90 mm.c.s. müəyyən edilmiş, aşağı ətraflarda ödem izlənmişdir. Baxış zamanı sol bazu nahiyəsinin aşağı 1/3-də çapıq izlənmiş, sol diz oynağında hərəkətlər tam həcmdə olmuşdur. Psixi statusu: əyani müayinədə vətəndaş kobud simulyativ davranış nümayiş etdirmiş, ilkin olaraq özünü anlaqsız təqdim etməyə çalışmış, verilən sualları dizartrik nitqi və ya əl işarələri ilə izah etmək istəmişdir. Müayinənin gedişatında danışdıqca nitqin axıcılığı düzəlmişdir. Özünü kobud anlaqsız şəxs kimi göstərməyə çalışsa da, verilən sualları başa düşmüş, mahiyyətinə uyğun cavablandırmışdır. Zahirən geyimi səliqəlidir, mimikası canlı olmuşdur. Təqdim edilmiş Baş beyin MRT müayinəsinin nəticəsi normal olmuşdur. X2 və Ortopediya Institutunun ##.##.2021-ci il tarixli, **********/***** nömrəli Arayışında diaqnoz “Sol diz oynağının posttravmatik əzilməsindən sonrakı vəziyyət. Sol diz oynağı, aşıqbaldır oynağının IV (dördüncü) mərhələ deformasiyaedici artrozu. Diz oynağının kəskin kontrakturası (bükmə 110 dərəcə, açma 155 dərəcə). Aşıq baldır oynağının açıcı kontrakturası (açma 85 dərəcə). Yerişin pozulması. Sol aşağı ətrafın funksiya pozğunluğu. Daimi ağrı sindromu“ kimi müəyyənləşdirilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verməmişdir. Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının ##.##.2023-##.##.2023-cü il tarixli, ##.##.2023-##.##.2023-cü il tarixli Çıxarışlarında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd olunmuş, öz təsdiqini tapmamışdır. xxxxnın ##.##.2023-cü il tarixli, *** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmiş, öz təsdiqini tapmamışdır. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının ##.##.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Əldə olunan bəzi görüntülər irəli dərəcədə artefaklı olub, dəyərləndirmə suboptimaldır. Anesteziya dəstəyi ilə görüntülənmənin yenidən təkrarlanması tövsiyə edilir. Paranazal sinuslarda minimal divaryanı selikli qişa qalınlaşmaları qeyd olunur. Burun çəpəri sola doğru mülayim deviasiyalıdır. Beyin parenximasında diffuzyanı restriksiya edən sahə, solid və ya kistik lezyon izlənilmədi” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Müayinə zamanı tək-tək ekstrasistoliyalar qeydə alındı. Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=42%) azalıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. IVS və IAS tamdır. Sol mədəcikdə false tendon izlənildi. Sol mədəciyin cüzi ekssentrik hipertrofiyası izlənilir. Seqmentar divar hərəkət qüsuru-inferolateralın, inferoseptumun və inferiorun bazalı akinetik, inferolateralın midi ciddi hipokinetik, inferoseptumun midi hipokinetikdir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli EXO-KQ-də min TÇ” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas vermişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən kardioloji xəstəliyin xüsusi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022- ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını və s. məsələləri yoxlamalıdırlar. Hazırkı işdə İddiaçı iddiası rədd edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edirlər.
13. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “ona ##.##.2024-cü il tarixdən xəstəliyinə uyğun müvafiq əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Gəncə Inzibati Məhkəməsinin (hakim G.Əliyeva) ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı ##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə Hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin müəyyən olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
17. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının nəticə hissəsinin dəyişdirilərək, “Hərbi xidmət dövrü ilə əlaqədar” deyil, məhz “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” əlilliyinin müəyyən olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qərar qəbul edilən zaman birinci instansiya məhkəməsi işə baxarkən yetərincə araşdırmayaraq, iddiaçı tərəfindən təqdim edilən sənədlərə və ekspert rəyinə əsaslanmışdır. Belə ki, tibb müəssisələrinin həkim-məsləhət komissiyasının göndərişi və ekspert rəyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə müəyyən olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyalar tərəfindən həyata keçirilməsi nəticəsində qəbul olunmuş qərardan daha üstün qüvvəli hesab edilməməlidir. Odur ki, Gəncə Inzibati Məhkəməsi iddiaçının maraqlarına uyğunlaşdırmaqla iddia tələbini təmin etmişdir. Iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə Inzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətlərinə qarşı tərəflərin etirazları daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı tərəfindən verilən apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini və Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının nəticə hissəsinin dəyişdirilərək, əlilliyinin səbəb əlaqəsinin “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” müəyyən olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Həmçinin, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
23. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “HYPERLINK "https://e-qanun.az/framework/49623" \l ":~:text=t%C9%99sdiq%20edilmi%C5%9Fdir.- ,%C6%8Flilliyin%20m%C3%BC%C9%99yy%C9%99n%20olunmas%C4%B1%20meyarl ar%C4%B1,-1.%20%C3%9Cmumi%20m%C3%BCdd%C9%99alar" \t "_blank" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı"Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və HYPERLINK "https://e-qanun.az/framework/44232" \l "%C9%99lav%C9%99" \t "_top"“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu. F07.0 7.6.2.1. Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) zamanı - orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir. Bənd 6.1. Başın travmaları. S02-S09. 6.1.1. Ümumi beynin mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası zamanı - orqanizmin funksiyalarının pozulması faizi 40-60 faiz olmaqla, 1 il müddətinə əlillik dərəcəsi təyin edilir.
Bənd 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; b) “Hərbi travmadır, SSRI-nin müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”; ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”; d) “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”; e) “Ümumi xəstəlikdir”.
28. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il “26” dekabr tarixli “19-1” nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə” Təlimat:
2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 2.1.5. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.6. Ümumi xəstəliklə əlaqədar əlillik. Bənd 2.4. "Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.4.1. 2.2-ci bənddə göstərilənlər istisna olmaqla, xəsarət hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar alınmışsa; ... Bənd 2.5. "Hərbi xidmət dövrü ilə əlaqədar" əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.5.1. xəstəlik şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, yaxud şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış) dövrünə aid etmək mümkündürsə; 2.5.2. xəstəlik şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; 2.5.3. şəxs xəsarəti hərbi xidmət dövründə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; 2.5.4. xəsarət hərbi xidmət (hərbi toplanış) dövründə alınmışsa, lakin müraciət anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa.
Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
30. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
31. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
32. IPM-in 2.2.2. Inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
33. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
34. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
35. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
36. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
37. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
38. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
39. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
40. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayətləri qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur.
41. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, verilmiş apellyasiya şikayətlərində göstərilmiş xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməklə iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
43. Məhkəmə kollegiyası ilk öncə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirilməsini zəruri hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir.
45. İddiaçı ilkin olaraq hərbi xidmət dövrü ilə əlaqədar ##.##.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, ##.##.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, ##.##.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, ##.##.2015-ci il tarixdə isə “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” 1 il müddətinə ikinci dərəcə, eyni səbəbli əlaqə ilə ##.##.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
46. İddiaçı əlillik vəziyyəti ##.##.2018-ci il, ##.##.2019-cu il, ##.##.2020-ci il, ##.##.2021-ci il və 24.110.2021-ci il tarixlərdə qiymətləndirilərək əlillik təyinatından imtina edilmişdir.
47. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Gəncə Psixiatriya Xəstəxanası tərəfindən sonuncu dəfə ##.##.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə; Yanaşı xəstəliklər – S06.0 – Baş beynin silkələnməsi, Baş beynin silkələnməsi, Posttravmatik ensefalopatiya; Yanaşı xəstəliklər – M24.5 – Oynaqların kontrakturası, Oynaqların kontrakturası, Sol diz oynağının natamam bükücü (45 dərəcə) kontrakturası; Yanaşı xəstəliklər – I25.2 – Əvvəllər keçirilən miokard infarktı, Əvvəllər keçirilən miokard infarktı, Infarktdan sonrakı kardioskleroz; Yanaşı xəstəliklər – I97.1 – Ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, Ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, koronarangioplastika Cx damar (##.##.2017) RCA (##.##.2018) stent, Angioplastika x3 (2017, 2018), koronar angioplastika RCA stent (##.##.2021) implantasiya əməliyyatından sonrakı vəziyyət.
48. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini ##.##.2024-cü il tarixdə qiymətləndirərək göndərişin natamam doldurulması nəticəsinə gəlmiş, sonradan iddiaçının müraciətinə əsasən əyani müayinəsi həyata keçirilmiş və Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarı ilə “Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilsin” qərarı qəbul edilmişdir.
49. Iddiaçı barəsində rəsmiləşdirilmiş sonuncu (##.##.2024) göndərişlə müəyyən olunur ki, o “F07.0- üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə ##.##.2023-##.##.2023, ##.##.2023-##.##.2023-cü il tarixlərdə Qazax Psixiatriya Xəstəxanasında, ##.##.2023-##.##.2023-cü il tarixlərdə xxxxnda stasionar müalicədə olmuşdur, həmçinin həmin diaqnoz üzrə ambulator müraciətləri olmuşdur.
50. Bundan başqa, iş materiallarına əlavə edilmiş “xxxx” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının ##.##.2023-cü il tarixli, **** nömrəli rəyindən görünür ki, Səhiyyə Nazirliyinin ##.##.2023-cü il tarixli, *** nömrəli əmrinə uyğun olaraq İddiaçı “xxxx” nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, ona “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə- F07.0” diaqnozu qoyulmuşdur.
51. Birinci instansiya məhkəməsinin qərardadı əsasında əldə edilmiş “xxxx” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı hazırda üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdləri depressiv daxilolmalar F07.0” aşkar olunur.
52. Göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnozlardan “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdləri depressiv daxilolmalar F07.0” və “S06.0 – Baş beynin silkələnməsi, Baş beynin silkələnməsi, Posttravmatik ensefalopatiya” xəstəlikləri iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur.
53. Belə ki, iddiaçıya əsas diaqnoz olaraq qoyulmuş F07.0 XBT kodlu xəstəlik orqanizminin funksiyalarının 35-60% aralığında pozulmasına görə 2 il müddətinə, yanaşı xəstəlik kimi qoyulmuş S06.0 kodlu xəstəlik isə orqanizminin funksiyalarının 40-60% aralığında pozulmasına görə 1 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
54. Həmçinin qeyd edilməlidir ki, Tibbi-Sosial Ekspert Komissiyası ##.##.2024cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarında “Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilməsi qənaətinə gəlmişdir. Qeyd olunan hal iddiaçıda “Başqa rubrikalarda (başlıqların altında) təsnif olunmamış qan dövranı sisteminin pozulmaları -I97” diaqnozlu xəstəliyin də əlillik (orqanizmin funksiyalarının 50 faiz pozulması) səviyyəsində olduğunu təsdiq edir.
55. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
56. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
57. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan sözügedən diskresion səlahiyyətindən istifadə edərkən qanunun tələblərini gözləməli, mütənasiblik, qanunçuluq, qanun qarşısında bərabərlik və məqsədəuyğunluq kimi prinsiplərə riayət etməlidir. Burada qeyd etmək lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Inzibati orqan diskresion səlahiyyətindən istifadə edərək qərar qəbul etdikdə, məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini yoxlayır.
58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
59. “Inzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
60. “Inzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsaslarını, prinsiplərini və prosedur qaydalarını, məhz “Inzibati icraat haqqında” Qanun müəyyən edir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə yalnız bu Qanunun tələbləri çərçivəsində hərəkət etməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir.
61. IPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
62. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “Inzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.
63. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, şəhadətləndirilən, əvvəlki əlillik təyinatları zamanı və hazırda qeyd olunan xəstəliklərdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda hər hansı dəyişiklik baş verməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq bəndlərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəb əlaqəsi ilə əlillik təyin olunmasına əsas verir.
64. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
65. Belə ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, şikayətin əsas dəlilini birinci instansiya məhkəməsi tərəfindən onun əlillik səbəbinin düzgün müəyyən edilməməsi təşkil edir.
66. Birinci instansiya məhkəməsi öz qərarında iddiaçının əlillik səbəbi ilə bağlı qeyd etmişdir ki, “İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2015-ci il tarixli, *** nömrəli qərarda “Sol diz oynağı nahiyəsinin yumşaq toxumalarının travmatik əziyi, orta dərəcəli qapalı kəllə beyin travması” diaqnozunun səbəb əlaqəsi "Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirildiyindən, yəni iddiaçıya əlillik təyinatına əsas verən xəstəlik iddiaçının əlilliyinin səbəb əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” olaraq müəyyən edilməlidir.”
67. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, bu qəbildən olan şəxslərin xəsarət və xəstəliklərinin səbəb əlaqəsi Hərbi-həkim komissiyası tərəfindən müəyyən edilir.
68. Iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2015-ci il tarixli, *** nömrəli qərardan da göründüyü kimi İddiaçı hərbi xidmət keçərkən ##.##.2002-ci ildə aldığı və ##.##.2002-ci ildən ##.##.2002-ci ilə kimi N saylı hərbi hissənin tibb məntəqəsində müayinə və müalicə olunduğu travma - diaqnozun (Sol diz oynağı nahiyyəsinin yumşaq toxumalarının travmatik əziyi, orta dərəcəli qapalı kəllə beyin travması) səbəb əlaqəsi məhz “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir.
69. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il “26” dekabr tarixli “19-1” nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə” Təlimata görə Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq müvafiq əlillik səbəbləri müəyyən edilir.
70. Həmin Təlimatın 2.4-cü bəndinə görə xəsarət hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar alınmışsa əlillik səbəbi "Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” olaraq müəyyən edilir.
71. Odur ki, birinci instansiya məhkəməsinin qərarı iddiaçının əlilliyinin səbəb əlaqəsi hissəsində dəyişdirilməli, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə “hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” əlilliyin müəyyən olunması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulmalıdır.
72. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməklə iş üzrə birinci instansiya məhkəməsinin qərarı qeyd olunan hissədə dəyişdirilməlidir.
73. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qismən, yəni “İddiaçı “hərbi xidmət dövrü ilə əlaqədar” əlilliyin müəyyən olunması barədə qərar qəbul edilməsi” hissəsində dəyişdirilsin. Iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə “hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” əlilliyin müəyyən olunması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.