Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-252/2026 03.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı (üçüncü şəxs Göygöl rayonu Quşqara bələdiyyəsi) iş üzrə Hakimlər Isgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) X3 və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. İddiaçı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Gəncə Ərazi Idarəsinə etdiyi müraciətin müsbət həllindən ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Ərazi Idarəsinin elektron baza (DWG) məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsinin bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş (otlaq) ərazisinə, bir hissəsinin isə başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir.
Işdə olan sənədlər:
2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin aparıcı mütəxəssisi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin mütəxəssisi tərəfindən imzalanaraq təsdiq edilmiş *** nömrəli arayışa əsasən, Quşqara Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarı ilə İddiaçı tikinti işlərinin aparılması məqsədi ilə cəmi 1.00 hektar torpaq sahəsinin alqı-satqı yolu ilə satılması nəzərdə tutulmuşdur.
3. X5 Fondunun verdiyi qaiməyə əsasən, satılacaq torpaq sahəsi Gəncə- Qazax zonasına aiddir. Həmin torpaq sahəsi 19 ballı V keyfiyyət qrupu yararsıza aid olmaqla cəmi 1.00 hektardır və normativ qiyməti 864 (səkkiz yüz altmış dörd) manatdır. Satılacaq torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla ilk dəfə satılır.
4. Quşqara bələdiyyəsinin sədri və DT və XK-nin Xanlar rayon şöbəsinin mütəxəssisi tərəfindən imzalanaraq təsdiq edilmiş Xanlar rayon Quşqara bələdiyyəsinin Yerquruluşu Planından çıxarışda (miqyas 1:10 000) İddiaçı ayrılmış 1.00 ha torpaq sahəsinin döngə nöqtələri qeyd edilmişdir.
5. Xanlar rayon Quşqaqa bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarı ilə tikinti işlərinin aparılması üçün İddiaçı xüsusi mülkiyyətə ayrılan 10000 kv.m torpaq sahəsi ilə bağlı ##.##.2007-ci il tarixli, ***************** nömrəli Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin Kadastr planı tərtib edilmişdir.
6. DT və XK-nin Xanlar rayon şöbəsinin mütəxəssisi, Quşqara Bələdiyyəssinin üzvü və mülkiyyətçi tərəfindən imzalanaraq təsdiq edilmiş ##.##.2006-cı il tarixli akta əsasən, yaradılmış komissiya yerində baxış keçirərək Xanlar rayon Quşqara bələdiyyəsinin 1.00 ha yararsız torpaq sahəsinin ayrılıb İddiaçı tikinti işlərinin aparılması üçün alqı-satqı yolu ilə satılması məqsədə uyğun hesab edilmişdir.
7. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xanlar rayon şöbəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli rəyinə əsasən, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi cəmi 1.00 hektar olmaqla, Quşqara Bələdiyyəsinin mülkiyyətinə aiddir. Satılması nəzərdə tutulan torpaq sahəsi yararsız olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Həmin torpaq sahəsi Xanlar rayonunun (şəhərinin) zona bölgüsündə II zonaya aiddir.
8. Göygöl (keçmiş Xanlar) rayon Quşqara kənd bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarına əsasən, bələdiyyənin ərazisindəki yararsız 1.00 ha torpaq sahəsi ayrılıb İddiaçı tikinti işlərinin aparılması məqsədi ilə satılmışdır.
9. Xanlar rayon torpaq şöbəsində ##.##.2006-cı il tarixdə *** nömrəli ilə qeydiyyata alınan torpaqların alqı-satqısına dair akta əsasən, Quşqara kəndi ərazisində yaşayan İddiaçı tərəfindən rayon bələdiyyə orqanına ##.##.2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Quşqara Bələdiyyəsi ərazisində 1.00 ha torpaq sahəsinin satılması barədə ##.##.2006-cı il tarixli, ** nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Xanlar rayon “Kapital” bankın ********** saylı hesabına əvvəlcədən 864 (səkkiz yüz altmış dörd) manat haqq ödənilmişdir. (qəbz №**) Bu akt Quşqara Bələdiyyə orqanının nümayəndəsi X1, torpaq alan İddiaçı və rayon torpaq şöbəsi mütəxəssisi X2 iştirakı ilə ##.##.2006-cı il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir.
10. ##.##.2006-cı il tarixli qəbzə əsasən, İddiaçı tərəfindən “Kapital Bank” Xanlar rayon Filialı vasitəsi ilə Quşqara Bələdiyyəsinin hesabına 864 manat ödənilmişdir.
11. Quşqara Bələdiyyəsinin sədri tərəfindən “xxxx” publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi Idarəsinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, Göygöl (Xanlar) rayon Quşqara bələdiyyəsinin ##.##.2006-cı il tarixdə İddiaçı 1.00 ha sahibkarlıqla məşğul olmaq üçün torpaq sahəsinin satılması barədə qəbul edilmiş ** saylı qərarı qüvvədədir. Həmin qərarla İddiaçı satılmış 1.00 ha torpaq sahəsi üzərində vətəndaşın hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsinə etiraz edilməmişdir.
12. ##.##.2024-cü il tarixli müayinə aktına əsasən, torpaq sahəsi DWG məlumatlarına əsasən k/t təyinatlı örüş ərazisinə düşür. Elektron baza məlumatlarına əsasən, torpaq sahəsinin bir hissəsi k/t təyinatlı torpaqlarda xüsusi mülkiyyətə aid dincə qoyulmuş, bir hissəsi k/t təyinatlı torpaqlarda bələdiyyə mülkiyyətinə aid örüş (otlaq) kimi qeyd edilmiş əraziyə düşür. NECAS-a əsasən, torpaq sahəsi ************** nömrəli plan ölçü sənədinin koordinatları ilə üst-üstə düşür. Torpaq sahəsi üzərindən cənub-qərb istiqamətdən kabel xətti keçir.
13. Cavabdeh * saylı Gəncə Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, 3-21-3- **/*-*****/**** nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: - İddiaçı Quşqara Bələdiyyəsinin ##.##.2005-ci il tarixli №** nömrəli qərarı ilə ayrılmış tikinti işləri aparılması məqsədli 1.0 ha torpaq sahəsinin faktiki koordinatları (yerdə qalan faktiki 0.6143 ha torpaq sahəsi), daxil olmuş iş materialları və arxiv sənədlərinə əsasən, ##.##.2007-ci il tarixdə işlənmiş ***************** reyestr nömrəli “Torpaq sahəsinin kadastr planı”na əsasən (kadastr planı baza məlumatlarında olmadığı üçün yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlara əsasən), 2002-ci il tarixli Xanlar rayonu X13 Ərazisində Aparılan Torpaq X8 Yerquruluşu Lahiyəsində bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlar, örüş ərazidir. Yeni elektron baza məlumatlarında da bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlar, örüş ərazidir; - Torpaq sahəsinin faktiki koordinatları (yerdə qalan faktiki 0.6143 ha torpaq sahəsi), daxil olmuş iş materialları və arxiv sənədlərinə əsasən, ##.##.2007-ci il tarixdə işlənmiş ***************** reyestr nömrəli “Torpaq sahəsinin kadastr planı”na əsasən (kadastr planı baza məlumatlarında olmadığı üçün yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlara əsasən) təyin edilmiş torpaq sahəsinin qismən cizgiləri daxilindədir (Rəyə izah üçün cizgi-sxem əlavə edilir); - Torpaq sahəsinin faktiki koordinatları (yerdə qalan faktiki 0.6143 ha torpaq sahəsi) və daxil olmuş iş materialları və arxiv sənədlərinə əsasən, ##.##.2007-ci il tarixdə işlənmiş ***************** reyestr nömrəli “Torpaq sahəsinin kadastr planı”na əsasən (kadastr planı baza məlumatlarında olmadığı üçün yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlara əsasən) təyin edilmiş torpaq sahəsində tikili yoxdur; - Torpaq sahəsinin faktiki koordinatlarına (yerdə qalan faktiki 0.6143 ha torpaq sahəsi) və daxil olmuş iş materialları və arxiv sənədlərinə əsasən, ##.##.2007-ci il tarixdə işlənmiş ***************** reyestr nömrəli “Torpaq sahəsinin kadastr planı”na əsasən (kadastr planı baza məlumatlarında olmadığı üçün yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlara əsasən) təyin edilmiş torpaq sahəsi üzərindən, hava məkanından elektrik xətti keçməsi halı müşahidə olundu. Elektron kadastr bazası məlumatlarına istinadən, torpaq sahəsinin üzərindən keçən hava elektrik xəttindən başqa, mühafizə və qorunma zonalarında yerləşməsi halı aşkarlanmadı; - Torpaq sahəsinin faktiki koordinatları (yerdə qalan faktiki 0.6143 ha torpaq sahəsi) hər hansı digər şəxslərin adına qeydə alınmış torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmadı. Daxil olmuş iş materialları və arxiv sənədlərinə əsasən, ##.##.2007-ci il tarixdə işlənmiş ***************** reyestr nömrəli “Torpaq sahəsinin kadastr planı”na əsasən (kadastr planı baza məlumatlarında olmadığı üçün yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlara əsasən) təyin edilmiş torpaq sahəsinin kordinatlarnın 192.0 kv.m-ə qədər hissəsi başqa vətandaşa məxsus ************** reyestr nömrəli “Torpaq sahəsinin kadastr planı”nın üzərinə düşür; - Torpaq sahəsinin faktiki koordinatları (yerdə qalan faktiki 0.6143 ha torpaq sahəsi) və daxil olmuş iş materialları və arxiv sənədlərinə əsasən, ##.##.2007-ci il tarixdə işlənmiş ***************** reyestr nömrəli “Torpaq sahəsinin kadastr planı”na əsasən (kadastr planı baza məlumatlarında olmadığı üçün yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlara əsasən) təyin edilmiş torpaq sahəsi baza məlumatlarına əsasən ##.##.2011-ci il tarixdə X4 verilmiş ************ reyestr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”ndə qeyd edilen torpaq sahəsi ilə üst-üstə düşmə halı yoxdur; - Torpaq sahəsinin faktiki koordinatları (yerdə qalan faktiki 0.6143 ha torpaq sahəsi) və daxil olmuş iş materialları və arxiv sənədlərinə əsasən, ##.##.2007-ci il tarixdə işlənmiş ***************** reyestr nömrəli “Torpaq sahəsinin kadastr planı”na əsasən (kadastr planı baza məlumatlarında olmadığı üçün yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlara əsasən) təyin edilmiş torpaq sahəsinin məlumatları, rəyi 2002- ci il tarixli Xanlar rayonu X13 Ərazisində Aparılan Torpaq X8 Yerquruluşu Lahiyəsinə və Yeni elektron baza məlumatlarına əsasən hazırlanmışdır.
14. “xxxx” ASC-nin: - ##.##.2025-ci il tarixli, 13- **/*-*/**-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, elektrik qurğularının mühafizə zonaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”ə əsasən müəyyən edilir və qeyd olunan torpaq sahəsi 10 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. - ##.##.2025-ci il tarixli, **-**/*-*/**-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il, 16 may tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” Tələblərinin 2.2-ci bəndinə əsasən sözügedən ünvan 10 kV-luq hava elektrik verilişi xətlərinin mühafizə zonasında yeyrləşir.
15. Cavabdeh * saylı Gəncə Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*- ***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı İddiaçı faktiki istifadəsində olan 0.6143 ha torpaq sahəsi üzərində hər hansısa şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
16. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Gəncə Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşən 1.00 ha torpaq sahəsi üzərində hüquqlarının tikinti məqsədli torpaq sahəsi kimi dövlət qeydiyyatının aparılmasından imtina edilməsi barədə hərəkətlərinin qanunsuz hesab edilərək, torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
17. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ona Göygöl rayon (əvvəlki Xanlar rayonu) Quşqara bələdiyyəsinin ərazisindən tikinti işlərinin aparılması məqsədi ilə 1.00 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi üzrə Göygöl rayon Quşqara bələdiyyəsi ilə eyni tarixli alqı-satqı müqaviləsi bağlanmış və yerqurluşu planına əsasən torpaq sahəsinin ərazisi müəyyən edilərək plan-ölçü sxemindən çıxarış verilmiş, həmçinin torpaq sahəsinin kadastr planı hazırlanaraq işlənmişdir. Həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi Göygöl rayon Quşqara bələdiyyəsinin ## ### 2006-cı il tarixli, ** nömrəli qərarı əsasında bağlanmış, o, bununla bağlı torpaq sahəsinə dair Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqlarının qeydiyyata alınması üçün müraciət etsə də, cavabdeh tərəfindən hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Halbuki, torpaq sahəsinin ətrafında eyni təyinatlı torpaq olaraq sahibkarlıq fəaliyyəti kimi qeydiyyatı aparılan torpaq sahələri vardır. Onun tələbinin hüquqi əsası kimi “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılmasına dair Əsasnaməyə və Torpaqların alqı-satqısına dair qaydalara əlavə və dəyşiklik edilməsi barədə” Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin ## ####### 2003-cü il tarixli Fərmanıdır. Fərmana əsasən, 1997-ci il tarixli, 10 yanvar tarixli ***-cü nömrəli fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqısı qaydalarına dəyişiklik edilərək kənd təsərrüfatına az yararlı və yararsız və 8-ci bənddə ehtiyat fondunun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin hüdudlarından kənarda yerləşən sözləri çıxarlımışdır. Bu baxımdan cavabdeh tərəfindən onun torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından verdiyi imtina əsassızdır. Cavabdeh tərəfindən torpaq sahəsinin kadastr plan ölçüsü tərtib edilərək torpağın sahələri müəyyən edilmiş, koordinatlar vurulmuş və həmin zaman cavabdeh tərəfindən heç bir etiraz bildirilməmişdir.
18. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Göygöl rayon Quşqara bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
19. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi “Xanlar (Göygöl) rayon Quşqara Bələdiyəsinin ##.##.2006-ci il tarixli,** nömrəli qərarı ilə Göygöl rayon Quşqara bələdiyyəsinin ərazisindən ona satılmış faktiki istifadəsində olan 0.6143 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
20. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavadbeh əsl cavabdeh Cavabdeh ilə əvəz edilmişdir.
21. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi ##.##.2026cı il tarixli, *-**-*-**/*-***/**** nömrəli etirazın məzmunu ##.##.2025-ci il tarixli, *-**-*- **/*-****/**** nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.
22. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim N.Hüseynov) iddia təmin edilmişdir.
23. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə iddiaçı ilə bələdiyyə arasında bağlanmış ##.##.2006-cı il tarixli alqı-satqı müqaviləsi, müqavilənin rayon torpaq şöbəsində qeydə alınması barədə məlumat, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, kənd daxili olmaqla satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
24. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.
25. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi ayrıldığı vaxtda da kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kimi mövcud olması halı öz təsdiqini tapdığından, qanunvericilik normasının tələbinə əsasən kənd təsərrüfatı təyinatlı, örüş torpaq sahəsi alqı-satqı predmeti ola bilmədiyindən, xüsusi mülkiyyətə verilə bilmədiyindən, sözügedən torpaq sahəsi iddiaçının adına qanunvericiliyin tələblərinə uyğun ayrılmamışdır.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
26. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasını, iddiaçının vəkili (nümayəndəsi) isə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
28. Iddiaçı və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası IPM-nin 62.3-cü maddəsinə uyğun olaraq inzibati işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikasının Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
30. “Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. 7.2. Ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.
34. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə - bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
35. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə:
10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.
23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.
36. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: (əvvəlki redaksiya)
2. Müəyyən edilsin ki: 2.5. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
37. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Işin halları ilə müəyyən olunur ki, Xanlar (indiki Göygöl) rayonu Quşqara bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı əsasında bələdiyyə ərazisindəki 1.00 ha yararsız torpaq sahəsi ayrılıb tikinti işlərinin aparılması məqsədi ilə iddiaçıya satılmış, həmin torpaq sahəsinə dair yer quruluşu planından çıxarış tərtib edilmiş, bələdiyyə ilə iddiaçı arasında torpaqların alqısatqısına dair akt imzalanmış, sonuncu tərəfindən bununla bağlı bələdiyyənin hesabına 864 manat vəsait ödənilmiş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi tərəfindən təsdiq edilməklə ##.##.2005-ci il tarixdə qeydiyyata alınmışdır. Quşqara bələdiyyəsinin Yerquruluşu Planından çıxarışda (miqyas 1:10 000) həmin torpaq sahəsinin döngə nöqtələri qeyd edilmiş, həmçinin ##.##.2007-ci il tarixli, ***************** nömrəli Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin Kadastr planı tərtib edilmişdir.
40. Cavabdehin imtinasının və hazırki halda apellyasiya şikayətinin dəlili torpaq sahəsinin xəritə materiallarına əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş ərazisinə düşməsidir.
41. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və yuxarıda həmin Qanunun müvafiq maddələri sadalanmışdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi Xanlar rayonu Quşqara bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarına əsasən iddiaçı İddiaçı satılan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun satılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun ## ####### 2008-ci il tarixədək olan redaksiyasının 9.1-ci maddəsinə görə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının bələdiyyələrin qərarı ilə bilavasitə satıla bilməsi nəzərdə tutulmuşdur.
43. Iş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin mütəxəssisi, Quşqara Bələdiyyəssinin üzvü və mülkiyyətçi tərəfindən imzalanaraq təsdiq edilmiş ##.##.2006-cı il tarixli akta əsasən, yaradılmış komissiya yerində baxış keçirərək Xanlar rayon Quşqara bələdiyyəsinin ərazisindən 1.00 ha yararsız torpaq sahəsinin ayrılıb iddiaçıya tikinti işlərinin aparılması üçün alqı-satqı yolu ilə satılması məqsədə uyğun hesab edilmişdir.
44. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli rəyinə əsasən, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi cəmi 1.00 hektar olmaqla, Quşqara Bələdiyyəsinin mülkiyyətinə aiddir. Satılması nəzərdə tutulan torpaq sahəsi yararsız olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Həmin torpaq sahəsi Xanlar rayonunun (şəhərinin) zona bölgüsündə II zonaya aiddir.
45. Qeyd etmək lazımdır ki, bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
46. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
47. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu – Xanlar rayon şöbəsi tərəfindən verilmişdir. Torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə iddiaçı ilə bələdiyyə arasında tərtib edilmiş DTXK Xanlar rayon şöbəsində qeydiyyata alınmış Torpaqıarın alqı-satqısına dair Akt, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi də mövcuddur.
48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, bələdiyyənin müvafiq qərarı ilə torpaq sahəsinin satılması qanunvericiliyin tələblərinə zidd olan hal deyildir. Həmçinin bu hal Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz.
49. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, Göygöl rayonu Quşqara bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya satılmış torpaq sahəsi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaqlar kateqoriyasına aid olsa da, iddiaçıya tikinti işlərinin aparılması məqsədilə satılmış, iddiaçı isə öz növbəsində mübahisəli torpağı aldığı zaman qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun davranmışdır.
50. Etimadın qorunması prinsipinin mahiyyətinə əsasən maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktın qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququna malikdir.
51. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir. Hazırki işdə belə əsaslar mövcud deyildir.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül Isgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov