Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-254/2026 09.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı QƏRARI Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi nümayəndə2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1995-ci il, 1997-ci il tarixin 2-ci rüb və 1998-2004-cü illərdə Tərtər * saylı X19 işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməklə ##.##.2023-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ##.##.1984-cü il tarixli, ИТ-İ nömrəli əmək kitabçasından görünür ki, İddiaçı ##.##.1983-cü il tarixdən ##.##.2018-ci il tarixədək ayrı-ayrı müəssisələrdə müxtəlif vaxtlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur.
2. İddiaçı əlillik vəziyyəti Bərdə rayon Mərkəzi Xəstəxanasının V********PNM nömrəli göndərişi əsasında ##.##.2023-cü il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” uyğun olaraq ##.##.2023-cü il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 65 faiz pozulması barədə qərar qəbul edilmişdir.
3. İddiaçı ##.##.2023-cü il tarixindən orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə sosial müavinət təyin edilmişdir.
4. Cavabdehin iddiaçıya ünvanlanan ##.##.2023-cü il tarixli, *-**-*/*-Ə-******/**** nömrəli “Əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubunda qeyd edilmişdir ki, “təqdim edilən sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən ##.##.1980-ci il tarixindən ##.##.1982-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət və ##.##.1984-cü il tarixindən ##.##.1984-cü il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla 22 il 1 ay 24 gün olmaqla qanunla tələb olunan müddətdən (15 il 4 aydan) çox olmasına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixinədək 10 il 24 gün sığorta stajına uyğun olaraq 9322,40 manat, ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək 12 il 1 ay sığorta stajına uyğun olaraq 21026,04 manat olmaqla, ümumilikdə 30348,44 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 37094,40 manat pensiya kapitalından (61 yaşınıza uyğun olaraq) azdır və minimum pensiya təminatına (280 manat) imkan vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, əmək kitabçası surətində də qeyd edilmiş ##.##.1995-ci il tarixindən ##.##.2004-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (qaralamalar mövcuddur) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanlara əsasən bildirilmişdir ki, ona orqanizm funksiyalarının 65 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”
5. Cavabdehin iddiaçıya ünvanlanan ##.##.2024-cü il tarixli, *-**-*/*-Ə-******/*/**** nömrəli “Yaşa görə sosial ödənişin təyin edilməsinin mümkün olmaması haqqında” məktubunda qeyd edilmişdir ki, “tələb olunan pensiya yaşına (65 yaş) çatmadığı üçün ona ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün hesab olunmur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən, ona ##.##.2023-cü il tarixindən orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə sosial müavinət təyin edilib və hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir.”
6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, 3-17-1/2- ****/**** nömrəli “məhkəmə sərəncamının icra edilməsi haqqında” məktubda qeyd edilmişdir ki, “iddiaçı İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən ##.##.1980-ci il tarixindən ##.##.1982-ci il tarixinədək hərbi xidmət dövrü, təhsil haqqında sənədin surətinə əsasən ##.##.1984-cü il tarixindən ##.##.1984-cü il tarixinədək təhsil illəri, əmək kitabçasının surətinə əsasən ##.##.1983-cü il tarixindən ##.##.1984-cü il tarixinədək, ##.##.1985-ci il tarixindən ##.##.1985-ci il tarixinədək, ##.##.1985-ci il tarixindən ##.##.1985-ci il tarixinədək, ##.##.1985-ci il tarixindən ##.##.1985- ci il tarixinədək, ##.##.1986-cı il tarixindən ##.##.1986-cı il tarixinədək, ##.##.1987-ci il tarixindən ##.##.1991-ci il tarixinədək, ##.##.2004-cü il tarixindən ##.##.2005-ci il tarixinədək, Fondun Arxiv və Sosial Ödəniş Işlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialın müvafiq xidməti məktubuna qoşma olunan hesabat məlumatlarına əsasən ##.##.1996-cı il tarixindən ##.##.1996-cı il tarixinədək, ##.##.1997-ci il tarixindən ##.##.1997-ci il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ##.##.2006-cı il tarixinədək sığorta stajı 11 il 07 ay 02 gün müəyyən edilmişdir. Həmçinin, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən, İddiaçı ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınan dövr üzrə 12 il 01 ay sığorta stajı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən vətəndaşın cəmi sığorta stajı 23 il 08 ay 02 gün təşkil edir. Eyni zamanda bildirilmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1995-ci il tarixindən ##.##.2004-cü il tarixinədək Tərtər * saylı X19 əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun Arxiv və Sosial Ödəniş Işlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialın müvafiq xidməti məktubuna əsasən Tərtər * saylı X19 1995-ci ilə dair hesabat məlumatları iş qovluğunda aşkarlanmayıb, eyni zamanda 1997-ci il tarixində 2 rüb, 1998-1999-cu il tarixlərində bütün rüblər üzrə sığorta ayırmaları hesablanan ödəniş olmamışdır. Bu səbəbdən həmin dövrlər sığorta stajına daxil ediməlmişdir. Bildiririk ki, İddiaçı sığorta stajı 23 il 8 ay 2 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (15 il 8 aydan) çox olmasına baxmayaraq, fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixinədək 11 il 7 ay 2 gün sığorta stajına uyğun 11677,44 manat, ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək 22876,31 manat (12 il 1 ay sığorta stajına uyğun) olmaqla, ümumilikdə 34553,75 manat təşkil edir ki, bu məbləğ 2024-cü il tarixində 62 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan 37900,80 manat pensiya kapitalından az olduğundan ona əlilliyə görə əmək pensiyası təyin edilməsi mümkün hesab edilməmişdir. Həmçinin, İddiaçı ##.##.2023-cü il tarixindən proaktiv qaydada əlilliyə görə sosial müavinət təyin edilmişdir.”
7. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*-*/*-****/**** nömrəli “məlumatın təqdim edilməsi barədə” məktubda qeyd edilmişdir ki, “dövlət reyestrində Tərtər * saylı X19 ##.##.1996- cı il tarixdə D-1370 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından inventarlaşmadan keçmək və VÖEN almaq üçün vergi orqanlarına müraciət edilməmişdir. Reyestrdə Tərtər * saylı X19 yenidən təşkil olunması və hüquqi varisinin olması barədə məlumat mövcud deyildir.”
8. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, 3-17-1/2- ******/**** nömrəli “məhkəmə sərəncamının cavablandırılması haqqında” məktubda qeyd edilmişdir ki, “iddiaçı İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi barədə müraciəti ilə bağlı təqdim etdiyi sənədlərə əsasən mübahisələndirilən sosial sığorta stajı 1995-ci il, 1997-ci il üzrə 6 ay (2 rüb) və 1998-1999-cu illər olmaqla ümumi 3 il 6 ay təşkil edir. Qeyd edilən dövrlər onun mübahisələndirilməyən sığorta stajına əlavə edilərsə, ümumi sığorta stajı 27 il 2 ay 3 gün təşkil edəcəkdir. ##.##.2006-cı il tarixinədək 27 il 2 ay 3 il sığorta stajına uyğun olaraq İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2024-cü il tarixinə (müraciət etdiyi və 62 yaşının tamam olduğu tarix) indeksləşdirilmiş məbləği 15206,97 manat təşkil edəcəkdir. Nazirliyin Mərkəzləşdirilmiş electron informasiya sistemin “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək qeydə alınmış pensiya kapitalının 2024cü il tarixinə indeksləşdirilmiş məbləği 22876,38 manat təşkil edir. Beləliklə, İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeyd edilən ümumi pensiya kapitalının 2024-cü il tarixinə indeksləşdirilmiş məbləği 38083,35 (15206,97+22876,38=38083,35) manat təşkil edəcəkdir ki, bu məbləğ adıçəkilən şəxsin 62 yaşına münasibətdə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 37900,80 manat pensiya kapitalından çoxdur və minimum pensiya (280) təminatına imkan verəcəkdir.”
9. Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-****/**** nömrəli “məlumatın təqdim edilməsi barədə” məktubda qeyd edilmişdir ki, “* nömrəli X19 “Azərbaycan Respublikasında Dövlət Əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq hərrac vasitəsilə əmək kollektivinin üzvləri X2, X7, X3, X8, X9 və X6 tərəfindən özəlləşdirilmişdir. Eyni zamanda nəzərinizə çatdırılmışdır ki, Tərtər rayonu * nömrəli X19 özəlləşdirilərkən tərtib olunmuş özəlləşdirmə planında İddiaçı adı əmək kollektivi üzvlərinin siyahısında adı qeyd edilməmişdir.”
10. Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli “məlumatın təqdim edilməsi barədə” məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 2000ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin # ###### 2005-ci il tarixli, LK-** nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilmiş “Azəraqrotexservis” RIB-nin tabeliyində olan Tərtər * saylı X19 # ###### 2005-ci il tarixində hərrac üsulu ilə özəlləşdirilmişdir.”
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. Iddiaçı İddiaçı cavabdeh “xxxx” X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ##.##.2024-cü il tarixində iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, onun əmək kitabçasına uyğun olaraq ##.##.1995-ci il tarixindən ##.##.2004-cü il tarixinədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
12. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2023-cü il tarixdən “Parinoz xəstəliyi əsmə rigid forma, Dəqiqləşdirilməmiş ensefalopatiya, dissirkulyator ensefalopatiya-III mərhələ,koknitiv funksiyaların pozulması ilə. Yanaşı xəstəliklər R26 Hərəkətin və yerişin pozulmaları və Yerişin və hərəkət funksiyasının pozulması xəstəliyi ilə” orqanizm funksiyalarının 65% pozulması ilə şəhadətləndirilərək müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. 1980-1982-ci illərdə hərbi xidmətdə olmuş, ##.##.1983-##.##.1984- cu ildə 10 (on) ay müddətində texniki peşə məktəbində oxumuş, 1983-cü ildən əmək fəaliyyətinə başlamış, iş fəaliyyətinin çox illəri Tərtər rayon elektrik şəbəkəsində olmuş, 1983-2018-ci ilin aprel ayına kimi əmək stajı vardır. Iddiaçı qeyd edir ki, əmək qanunverciliyinə əsasən həmin illərin sosil sığorta stajında yetərincədir və erməni qəsbkarlarının torpaqlardan təmizlənməsi zamanı gedən döyüşlər zamanı erməni qəsbkarlarının atdıqları mərmilər zamanı sıradan çıxan elektrik dirəklərinin və naqillərinin bərpa edilməsində əməyi olmuş, hazırkı düçar olduğu xəstəliyi həmin vaxtlarda yaranmışdır. Iddiaçı bildirir ki, ona təyin edilmiş pensiya 220 manatla sosial pensiyadır və ona əmək pensiyası təyin edilməyibdir ki, əmək stajı və sosial sığorta balansında toplanılan pullar bugünkü qanunvericiliklə azdır. Iddiaçı onu da qeyd edir ki, onun əmək kitabçasında 1983-2018-ci illərə kimi işləməyi, illərin giriş-çıxışı hamısı öz qaydası ilə yazılaraq möhürlənibdir. Iddiaçı qeyd edilən məsələ ilə bağlı cavabdehə mürciət etmiş, lakin ona imtina cavabı verilmişdir.
13. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz məhkəməyə təqdim edilmiş və etirazda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Qanunun 12.1-ci maddəsinin tələblərinə görə əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Sadalanan qanunvericilik normalarından aydın olur ki, şəxsə orqanizmin funksiyalarının 61-80 faiz pozulması ilə əlaqədar əlilliyə görə əmək pesiyasının təyin edilməsi üçün şəxsin orqanizminin funksiyalarının pozulması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməli, sığorta stajı ümumilikdə 5 ildən az olmamaqla əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalı və fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Iş materiallarından aydın olur ki, İddiaçı orqanizminin funkisyalarının 65 faiz pozulması müəyyən edilmişdir. Bununla əlaqədar iddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. Iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun qanunvericiliklə qəbul edilən sığorta staji ##.##.1980-ci il tarixdən ##.##.1982-ci il tarixədək hərbi xidmət dövrü, ##.##.1984-cü il tarixden ##.##.1984-cü il tarixədək təhsil illəri, əmək kitabçasında qeyd edilmiş ##.##.1983-cü il tarixdən ##.##.1984-cü il tarixədək, ##.##.1985-ci il tarixdən ##.##.1985-ci il tarixədək, ##.##.1985- ci il tarixdən ##.##.1985-ci il tarixədək, ##.##.1985-ci il tarixdən ##.##.1985- ci il tarixədək, ##.##.1986-cı il tarixdən ##.##.1986-cı il tarixədək, ##.##.1987-ci il tarixdən ##.##.1991-ci il tarixədək, ##.##.1996-cı il tarixdən ##.##.1996-cı il tarixədək, ##.##.1997-ci il tarixdən ##.##.1997-ci il tarixədək, ##.##.2004-cü il tarixdən ##.##.2005-ci il tarixədək əmək fəaliyyəti dövrləri olmaqla ##.##.2006-cı il tarixədək 11 il 7 ay 2 gün, İddiaçı ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınan dövr üzrə isə 12 il 1 ay olmaqla ümumilikdə 23 il 8 ay 2 gün təşkil edir. Iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı isə ##.##.2006-cı il tarixədək 11 il 7 ay 2 gün sığorta stajına uyğun 11677,44 manat, ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək 22876,31 manat (12 il 1 ay sığorta stajına uyğun) olmaqla, ümumilikdə 34553,75 manat təşkil edir. Diqqətinizə çatdırılır ki, iddiaçının müraciəti üzrə aparılmış inzibati icraat zamanı onun əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1995-ci il tarixdən ##.##.2004-cü il tarixədək Tərtər * saylı X19 əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun Arxiv və sosial ödəniş işlərinin çeşidlənməsi üzrə mərkəzi filialının müvafiq xidməti məktubuna əsasən təqdim edilmiş Tərtər * saylı X19 hesabatlarından aşkar surətdə görünür ki, müəssisənin 1995-ci ilə dair hesabat məlumatları iş qovluğunda aşkarlanmamışdır. Bundan başqa, hesabatlardan məlum olur ki, 1997-ci il tarixində 2 rüb, 1998-2004-cü il tarixlərində müəssisə fəaliyyət göstərmədiyinden bütün rüblər üzrə iddiaçıya sığorta ayırmaları hesablanan ödəniş olmamışdır. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, yuxarıda qeyd edilən dövrlərdə müəssisənin fəaliyyət göstərməməsi ilə əlaqədar iddaçıya sığorta ayırmaları hesablanan ödənişlərin (əməkhaqqı və s.) ödənilməməsi həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsini qanunvericiliklə mümkünsüz edir. Beləliklə, İddiaçı sığorta stajı 23 il 8 ay 2 gün olmaqla qanunvericiliklə tələb olunan 15 il 8 aydan çox olsa da, onun fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 34553,75 manat pensiya kapitalı 2024-cü il tarixində iddiaçının 62 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan 37900,80 manat pensiya kapitalından az olduğundan ona orqanizmin funksiyalarının 65 fazi pozulması ilə əlaqədar əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə ziddir. Əlavə olaraq bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq, əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Sözügedən maddənin tələblərinə uyğun olaraq iddiaçıya ##.##.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi sosial müavinət təyin edilib, hazırda 220 manat olmaqla ödənişi davam etdirilir. Yuxarıda istinad olunmuş qanunvericilik normalarının və işin hallarının qarşılıqlı təhlilindən bir daha aydın olur ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsinin təxirə salınması qanunauyğun olmuşdur, iddia tələbi əsassızdır. Iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.
14. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə hazırki iddia tələbi “1995-ci il, 1997ci il tarixin 2-ci rüb və 1998-2004-cü illərdə Tərtər * saylı X19 işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməklə ##.##.2023-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
15. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
17. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim N.Hüseynov) iddianın təmin edilməsi, 1995-ci il, 1997-ci ilin 2-ci rübü və 1998-2004cü illərdə Tərtər * saylı X19 işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməklə iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh “xxxx” X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
18. Məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, cavabdeh iddiaçının 1995-ci il, 1997-ci il tarixin 2-ci rüb və 1998-2004-cü illərdə Tərtər * saylı X19 işlədiyi müddətlərin onun sığorta stajına mübahisələndirir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (IPM-in 14-cü maddəsi). Çünki, «Inzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı İddiaçı 1995-ci il, 1997-ci il tarixin 2-ci rüb və 1998-2004-cü illərdə Tərtər * saylı X19 işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona ##.##.2023-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarını ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərar qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üzrə qanuni və əsaslı qərar qəbul edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi inzibati prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən sığorta stajına daxil edilməyən dövrlərlə bağlı lazımi qaydada araşdırma aparmamışdır. Işin faktiki hallarından məlumdur ki, Mərkəzi Filialın imtina əsası əmək kitabçasında 1995-ci il, 1997-ci il tarixin 2-ci rüb və 1998-2004-cü illərə dair qeydlərin mötəbər olmaması səbəbindən həmin müddətlərin sosial sığorta stajına daxil edilmədiyi və iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 62 yaşa uyğun olaraq qanunvericiliklə tələb olunan pensiya kapitalından az olmasıdır. Belə ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən ##.##.1995-ci il tarixindən ##.##.2004-cü il tarixinədək Tərtər * saylı X19 işə daxilolma və işdən azad olma qeydlərin eyni xətt, eyni qələmlə yazılması həmin dövrlərin mötəbər olmamasına dair şübhə yaratdığından araşdırılma aparılması zərurəti yaranmışdır. Bundan sonra Tərtər * saylı X19 hesabat məlumatları üzrə materiallar araşdırılmış, müəssisənin 1995-ci ilə dair hesabat məlumatlarının iş qovluğunda aşkarlanmadığı, 1997-ci il tarixində 2 rüb, 1998- 2004-cü il tarixlərində bütün rüblər üzrə sığorta ayırmaları hesablanan ödənişlər olmadığı və 1999-2004-cı illər üzrə müəssisənin fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Qeyd olunan faktlar məhkəmə icraatı zamanı bildirilib, bununla bağlı sübutlar məhkəməyə təqdim edilsə də, məhkəmə onlara zəruri hüquqi qiymət verməmişdir. Məhkəmə hesab etmişdir ki, müəssisənin ##.##.2005-ci il tarixdə özəlləşdirilməsi və ##.##.1996-cı il tarixdə dövlət qeydiyyatından keçməsi iddiaçının işlədiyini, əmək haqqı aldığını və müəssisənin mübahisəli dövrlərdə fəaliyyət göstərdiyini sübut edir. Məhkəmənin bu mövqeyinə münasibətdə bildiririk ki, Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilmiş “Azəraqrotexservis” RIB-nin tabeliyində olan Tərtər * saylı X19 # ###### 2005-ci il tarixində hərrac üsulu ilə özəlləşdirilmiş, özəlləşdirmə planında iddiaçının adı əmək kollektivi üzvlərinin siyahısında qeyd edilməmişdir. Belə ki, Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirmə prosesində dövlət müəssisələrinin əmək kollektivinin üzvlərinə və onlara bərabər tutulan şəxslərə özəlləşdirilən müəssisədə 7 ildən çox çalışan şəxslər də aid edilir. Hesab edirik, iddiaçı əmək kitabçasına əsasən ##.##.1995-ci il tarixindən ##.##.2004-cü il tarixinədək 9 il ərzində müəssisədə işlədiyini iddia etsə də, özəlləşdirmə planında əmək kollektivi üzvlərinin siyahısında adı qeyd edilməməsi iddiaçının həmin illərdə işləmədiyini və həmin dövrlər üzrə əməkhaqqı almadığını deməyə əsas verir. Eyni zamanda, əmək kitabçasında ##.##.1995-ci il tarixdə işə qəbul edildiyi göstərilsə də, müəssisənin ##.##.1996-cı il tarixdə dövlət qeydiyyatından keçdiyi və müəssisənin 1995ci ilə dair hesabat məlumatlarının olmadığı müəyyən edilmişdir. Bu səbəbdən hesab edirik ki, müəssisənin fəaliyyət göstərib-göstərmədiyi, məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi halda iddiaçının hansı qaydada həmin müəssisədə işləyib, əməkhaqqı alması məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmamışdır. Məhkəmənin diqqətinə çatdırılır ki, “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının məbləği 2006-cı ilin # ###### tarixinədək olan dövr üçün şəxslərin sığorta stajına əsasən formalaşan kapitala və 2006-cı ilin # ###### tarixindən sonrakı dövr üçün fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun sığorta stajı ilə bağlı tələblərini və Inzibati Prosessual Məcəllənin tələblərini düzgün tətbiq etmədən, yanlış hüquq nəticəyə gələrək, iddiaçıya əliliyə görə əmək pensiyasının təyin edilməsi barədə hüquqi nəticəyə gəlmişdir. Işin hallarından da göründüyü kimi, cavabdeh “Inzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Qanunun normalarının tələblərini birgə nəzərə almaqla aparılmış icraatla bağlı hüquq pozuntularına yol verməmişdir. Məhkəmənin “iddiaçının əmək haqqı alması barədə məlumatın (əməkhaqqı cədvəllərinin) aşkar olunmaması və bu halın özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməməsi”nə dair mövqeyinə münasibətdə bildirilir ki, əməkhaqqı ödənilməyən dövrlərin sığorta stajına daxil edilməməsi ilə bağlı Ali Məhkəmənin mövqeyinə görə iddiaçının işdən azad edilmədiyi halda ona əməkhaqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmalı və əməkhaqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə məhkəmənin gəldiyi nəticə tam əsaslandırılmalıdır. Hesab edilir ki, cavabdehin əməkhaqqı olmayan dövrlərin sığorta stajına daxil edilməməsi barədə mövqeyi işin faktiki hallarına uyğundur. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınmaqla qeyd edilməlidir ki, iddiaçı İddiaçı cavabdeh Mərkəzi Filiala qarşı “1995-ci il, 1997-ci ilin 2-ci rübü və 1998-2004-cü illərdə Tərtər * saylı X19 işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməklə ##.##.2023-cü il tarixindən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Gəncə Inzibati Məhkəməsinin ##.##.2026cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qanunsuz və əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı şikayətin dəlilləri ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini və Gəncə Inzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
24. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 16. İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
25. “Insan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.
26. “Iqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt; Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.
27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. [55] Maddə 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 22-1.1. 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır. Maddə 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müəyyən etdiyi bütün əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir.
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
29. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İ və II hissə: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. Iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə ləğv edilmişdir): Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Bənd 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X17 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.5. Işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Iş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X17 yerli qurumları tərəfindən aparılır.
32. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
33. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
34. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
35. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
36. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
37. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
38. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
39. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
40. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
41. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
42. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
43. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
44. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
45. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
48. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
49. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
50. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və cavabdeh isə onun sığorta stajının 22 il 1 ay 24 gün olmaqla qanunla tələb olunan müddətdən (15 il 4 aydan) çox olmasına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının ümumilikdə 30348,44 manat təşkil etməsi və bu məbləğin qanunvericiliklə tələb olunan 37094,40 manat pensiya kapitalından (61 yaşına uyğun olaraq) az olması səbəbindən minimum pensiya təminatına (280 manat) imkan vermədiyini bildirərək, müraciətini təmin etməkdən imtina etmiş və bu barədə ona ##.##.2023-cü il tarixli, *-**- */*-Ə-******/**** nömrəli imtina məktubu göndərmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir.
51. Iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının 1995-ci il, 1997-ci il tarixin 2-ci rüb və 1998-2004-cü illərdə Tərtər * saylı X19 işlədiyi müddətləri mübahisələndirir. 52.Cavabdeh inzibati orqanın imtinasının və iddiaya etirazının dəlillərinə, eləcə də cavabdehin nümayəndəsinin məhkəmə kollegiyası zamanı verdiyi izahatına əsasən müəyyən edilir ki, mübahisələndirilən dövrlərin sosial sığorta stajına daxil edilməsindən imtinaya səbəb iddiaçıya məxsus əmək kitabçasında ##.##.1995-ci il tarixindən ##.##.2004-cü il tarixinədək Tərtər * saylı X19 işə daxilolma və işdən azad olma qeydlərinin eyni xətt, eyni qələmlə yazılması olmuşdur. Həmin dövrlərin mötəbər olmamasına dair şübhə yarandığından araşdırılma aparılması zərurəti yaranmış, bundan sonra Tərtər * saylı X19 hesabat məlumatları üzrə materiallar araşdırılmış, müəssisənin 1995-ci ilə dair hesabat məlumatlarının iş qovluğunda aşkarlanmadığı, 1997-ci il tarixində 2 rüb, 1998-2004-cü il tarixlərində bütün rüblər üzrə sığorta ayırmaları hesablanan ödənişlər olmadığı və 1999-2004-cı illər üzrə müəssisənin fəaliyyət göstərmədiyi müəyyən edilmişdir.
53. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasının həmin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
55. # ###### 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
56. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin ## ######## 2006-cı il tarixli, *** saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
57. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X5) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.
58. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
59. Iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında ##.##.1995-ci il tarixdə ** nömrəli əmrlə işlə qəbul edilməsi və ##.##.2004-cü ildə ** nömrəli əmrlə işdən azad edilməsi barədə qeydlər mövcuddur.
60. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (IPM-in 14-cü maddəsi). Çünki, «Inzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir
61. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
62. Belə ki, iddiaçının əmək pensiyası yaşına çatdığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.1-ci bəndinə görə əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq orqanlar tərəfindən həyata keçirilir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən dövrlər üzrə əmək kitabçasında iddiaçının həmin müəssisəyə işə daxilolma və işdən azad olma qeydlərinin eyni xətt, eyni qələmlə yazılması və bu halın həmin dövrlərin mötəbərliyinə şübhə yaratması iddiaçının sosial təminat hüququnu məhdudlaşdırmamalıdır.
63. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçı həmin müddətdən sonra 2018-ci il tarixədək ayrı-ayrı müəssisələrdə işləmiş və həmin qeydlər onun əmək kitabçasında xronoloji ardıcıllığa uyğun əks olunmuşdur ki, bu hal da həmin qeydlərin sonradan yazılması ehtimalı istisna edir.
64. Həmçinin cavabdeh tərəfindən aparılan araşdırılma zamanı müəssisənin 1995-ci ilə dair hesabat məlumatlarının iş qovluğunda aşkarlanmaması, 1997-ci il tarixində 2 rüb, 1998- 2004-cü il tarixlərində bütün rüblər üzrə sığorta ayırmaları hesablanan ödənişlərin olmamasının müəyyən edilməsi halı da iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, mövcud qanunvericiliyə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanması və vaxtında ödənilməsi, eləcə də müəssisənin müvafiq sənədlərin aidiyyəti təşkilata təhvil verilməsi işəgötürənin birbaşa vəzifəsidir ki, bu kimi halların doğurduğu mənfi nəticələr iddiaçının hüquqlarını məhdudlaşdırmamalıdır.
65. Bundan əlavə, iddiaçının mübahisələndirilən dövrlərdə Tərtər * saylı X19 işləməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin tələbinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin daxil edilməsi nəzərdə tutulmuşdur. Bununla belə, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silindiyindən, həm də formalaşmış vahid məhkəmə təcrübəsinə görə # ###### 2006-cı il tarixədək olan fəaliyyət dövrü məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
66. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavabdeh tərəfindən verilmiş cavab məktubuna əsasən müəyyən edilir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün onun mübahisələndirilən sosial sığorta stajınin (1995-ci il, 1997-ci il üzrə 6 ay (2 rüb) və 1998-1999-cu illər olmaqla ümumilikdə 3 il 6 ay) onun mübahisələndirilməyən sığorta stajına əlavə ediləcəyi təqdirdə İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeyd edilən ümumi pensiya kapitalının 2024-cü il tarixinə indeksləşdirilmiş məbləği 38083,35 (15206,97+22876,38=38083,35) manat təşkil edəcəkdir ki, bu məbləğ adıçəkilən şəxsin 62 yaşına münasibətdə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 37900,80 manat pensiya kapitalından çoxdur və minimum pensiya (280) təminatına imkan verəcəkdir.
67. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsinin 1997-ci ilin 3-cü və 4-cü rüblərini qəbul etmədikləri barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu hal birinci instansiya məhkəməsindəki icraat zamanı cavabdeh tərəfindən mübahisələndirilməmiş, yalnız 1997-ci ilin 2-ci rübü üzrə mübahisənin olduğunu bildirmiş, həmçinin apellyasiya şikayətinin dəlillərində də qeyd edilən dövrlər mübahisələndirilməyən sığorta stajı kimi qəbul edilmiş, 1997-ci ilin 2-ci rübü üzrə iddiaçının əmək fəaliyyətinin qəbul edilmədiyi bildirilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən apellyasiya icraatı zamanı, inzibati icraat zamanı və birinci instansiya məhkəməsindəki icraat zamanı qəbul edilmiş müəyyən dövr, sonradan mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu xüsusla qeyd edir ki, məhkəmələrin mübahisə üzrə sərgilədiyi mövqe 1997-ci ilin 3-cü və 4-cü rüblərinə münasibətdə də eyniliklə tətbiq edilməlidir.
68. Göründüyü kimi, iddiaçıya ona əlilliyə görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.
69. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materiallarında olan sənədlərə əsasən Tərtər * saylı X19 ##.##.1996- cı il tarixdə D-1370 nömrə ilə dövlət qeydiyyatından keçməsi və # ###### 2005-ci il tarixində hərrac üsulu ilə özəlləşdirilməsi müəyyən edilir. Qeyd olunan dövrlər iddiaçının mübahisələndirilən sığorta stajı müddətləri ilə üst-üstə düşür. Müəssisə özəlləşdirilərkən tərtib olunmuş özəlləşdirmə planında iddiaçının adının əmək kollektivi üzvlərinin siyahısında qeyd edilməməsi isə onun ziyanına şərh edilə bilməz. Ona görə ki, həmin siyahının tərtib edilməsi işəgötürən müəssisə tərəfindən həyata keçirilmişdir. Qeyd olunan hallar şikayətin dəlillərinin əsaslı olmadığını deməyə əsas verir.
70. Odur ki, birinci instansiya məhkəməsinin iddianın əsaslı olması barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
71. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.