Məhkəmə qərarları › İş №2-1(3-7)-255/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-255/2026

21.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-255/2026 21.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx X1n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARI Açar sözlər: pensiyanın və təqaüdün bərpa edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, məhkəmə iclasın katibi Quluzadə Kənan Asiman oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx X1n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi, ailə başçısı itirməyə görə əmək pensiyasının təyin edilməsi və şəhid ailəsi üzvü kimi Prezident təqaüdünün bərpa olunması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ##.##.1979-cu il tarixdə anadan olmuşdur.

2. ##.##.1979-cu il tarixli, ** nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı ##.##.1979-cu il tarixdə Tovuz rayonu, Əlibəyli kəndində anadan olmuş, “ata haqqında məlumat” qrafasında X3 qeyd edilmişdir.

3. ##.##.1994-cü il tarixli, IV-ЖГ ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 ##.##.1994-cü il tarixdə ölmüş, ölüm səbəbi kimi “ermənilərin atdığı mərmidən aldığı bədən xəsarəti” qeyd edilmişdir.

4. Elm və Təhsil Nazirliyi Sağlamlıq X5 üçün * nömrəli Respublika Xüsusi Internat Məktəbi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, ** nömrəli məktuba əsasən, məktəbin arxiv sənədlərinə əsasən İddiaçı (əmr kitabında Pзаева Матан Мамедали qızı kimi qeyd olunmuş) 1987-ci ildə məktəbin hazırlıq sinfinə daxil olmuşdur. Bu barədə qeydlər Əmr kitabında mövcuddur. Lakin qeyd olunan şəxsin məktəbi bitiribbitirmədiyi, sinifdən-sinfə keçirildiyi barədə rəsmi sənədlərdə heç bir məlumat yoxdur. 1987-ci ildən sonrakı dövrə dair Əmr kitabında və digər məktəb sənədlərində onunla bağlı heç bir əlavə məlumata rast gəlinməmişdir. Məktuba qoşma şəklində əlavə edilmiş Kar uşaqlar üçün * №-li Respublika xüsusi internat məktəbi üzrə ##.##.1987-ci il tarixli, ** nömrəli əmrdən çıxarışa əsasən, 6-cı sırada qeyd olunan İddiaçı Məmmədəli qızı “A” hazırlıq sinfinə qəbul edilmişdir.

5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sağlamlıq imkanları məhdud uşaqlar üçün * nömrəli Respublika xüsusi internat məktəbinin ##.##.2024-cü il tarixli, *** nömrəli arayışına əsasən, İddiaçı həqiqətən kar uşaqlar üçün * saylı Respublika xüsusi internat məktəbini 1997-ci ildə bitirmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ##.##.2005-ci il tarixli, 002424 SER TSE seriya nömrəli TSEK-dən müayinə aktından çıxarışına əsasən, İddiaçı ##.##.2005-ci il tarixdən müddətsiz üçüncü dərəcəli əlillik təyinatı aparılmış, TSEK-in diaqnozu qrafasında “anadangəlmə lal kar” qeyd edilmişdir.

7. Dövlət Tibbi-Sosial Ekspertiza və X9-Sosial Ekspert Komissiyasının ##.##.2005ci il tarixli, *******0001 nömrəli qərarından görünür ki, İddiaçı barəsində ##.##.2005-ci il tarixdən müddətsiz ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli əlillik təyinatı aparılmışdır, TSEK-in diaqnozu “sağ qulaq total karlıq, sol qulaq total karlıq” kimi qeyd edilmişdir.

8. Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin ##.##.2006-cı il tarixli, *** nömrəli qərarına əsasən, İddiaçı ##.##.2006-cı il tarixdən III qrup uşaqlıqdan əlilliyə görə sosial müavinət təyin edilmişdir.

9. xxxxnun Tovuz rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın ##.##.2011-ci il tarixli, */*** nömrəli qərarına əsasən, İddiaçı ailə başçısının itirilməsinə görə ##.##.2011-ci il tarixdən ömürlük pensiya təyin edilmişdir.

10. xxxxnun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, *-**-*/*-R-******/**** nömrəli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən, İddiaçı ##.##.2011-ci il tarixdə təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci bəndinə əsasən yenidən hesablanmış və onun 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olmadığı üçün ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək 11435.60 manat artıqvermə müəyyən edilmiş, sosial müavinət hüququnun yoxlanılması qərara alınmışdır.

11. xxxxnun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, *-**-*/*-R-******/**** nömrəli “sosial ödənişlərin təyin edilməsi haqqında” qərarına əsasən, İddiaçı ailə başçısını itirməyə görə pensiya hüququ ləğv edildiyi üçün əmək pensiyası üzrə artıqödəmə barədə ##.##.2024-cü il tarixli qərarın nəzərə alınması, ##.##.2021-##.##.2024-cü il tarixədək III dərəcə əlilliyə görə sosial müavinət almaq hüququ olduğu üçün ödənilməmiş məbləğin ödənilməsi və vətəndaşa rəsmi məlumat verilməsi qərara alınmışdır. Sosial ödənişin məbləği ##.##.2021-##.##.2021-ci illərdə 110 manat, ##.##.2022-##.##.2022-ci illərdə 120 manat, ##.##.2023-##.##.2024-cü illərdə 150 manat müəyyən edilmişdir.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin Sosial Ödənişlər Altsistemindən çıxarışdan görünür ki, İddiaçı ##.##.2024-cü il tarixdən ümumi xəstəlik səbəbindən III qrup əlilliyə görə 150 manat müavinət təyin edilmişdir.

14. Cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*/*-R-*****/**** nömrəli “müvafiq məlumatların təqdim edilməsi haqqında” məktubunda qeyd edilmişdir ki, “vətəndaş İddiaçı ##.##.2007-ci il tarixdən şəhid X3 ailə üzvü (uşağı) kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən, ilkin müayinə əsasında əlilliyi ##.##.2005-ci il tarixdən (18 yaşından sonra) müəyyən edilmişdir. Nəticədə Prezident təqaüdü üzrə ##.##.2007-ci il tarixdən ##.##.2024-cü il tarixinədək artıqödəmə aşkar olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, vətəndaş İddiaçı vaxtilə təyin edilmiş Prezident təqaüdünün qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən, təqaüd hüquqununa yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün ##.##.2024-cü il tarixində dəvət məktubu göndərilmiş (*-**-*/*-R-******/**** nömrəli məktub) ve ##.##.2024-cü il tarixində saat 11:00-da Bakı şəhəri, H.Zərdabi prospekti, 80 ünvanında yerləşən X4 (Qəbul şöbəsinə) gəlməyin və ya yazılı qaydada öz mülahizələrini təqdim etməsi xahiş olunmuşdur. ##.##.2024-cü il tarixində vətəndaş İddiaçı Fondda qəbulda olmuş, müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, 18 yaşına çatanadək əlilliyinin müəyyən edilməsi ilə bağlı məlumatların təqdim olunması və MEIS-in “Əlillik” altsisteminə daxil edilməsi məqsədilə tərəflərindən Nazirliyin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təkrar sorğu göndərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, MEIS-in “Əlillik” altsistemində 18 yaşına çatanadək əlilliyinin müəyyən edilməsi barədə məlumatlar əks olunduqdan sonra şəhid ailə üzvlərinə Prezident təqaüdü hüququna qanunvericiliyə uyğun olaraq baxılacaqdır.”

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

15. Iddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində xxxxnun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən kəsilmiş və azaldılmış təqaüdünün yenidən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Iddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası X3 İ Qarabağ müharibəsi zamanı Tovuz rayonu, Əlibəyli kəndində gedən döyüşlər zamanı qəhrəmancasına vuruşmuş, 1992-ci il tarixində isə döyüş zamanı şəhid olmuşdur. Atası şəhid olduqdan sonra qardaşı ilə birlikdə yaşamış, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sağlamlıq X5 üçün * nömrəli Respublika Xüsusi Internat Məktəbində təhsil almış, 1997ci ildə təhsilini bitirmiş, atası şəhid olduğu üçün 600 manat məbləğində təqaüd almışdır. Iddiaçı bildirir ki, özü 3-cü qrup əlildir, hal-hazırda 2024-cü ilin fevral ayından təaqüdü 150 manat olmuşdur. Yəni ki, şəhid ailə üzvü kimi aldığı təqaüdün hamısı, 3-cü qrup olaraq aldığı təqaüdün isə çox hissəsi kəsilmişdir. Məsələ ilə bağlı iddiaçı cavabdeh orqana müraciət etmiş və ona imtina cavabı verilmişdir. Iddiaçı qeyd edir ki, hazırda aldığı 150 manat hazırda onun ehtiyacları üçün azdır, atasının şəhid olması üçün təyin olunmuş təqaüdünün və 3-qrup əlillikdə bağlı aldığı təqaüdün kəsilməsi barədə heç bir əsaslı səbəb yoxdur, pensiyalar yenidən bərpa olunmalıdır.

17. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı pensiya işinə aid sənədlərdə onun ilkin əlilliyinin ##.##.2005-ci il tarixdə təyin edildiyi qeyd olunur. Ona məxsus pensiya işinə əsasən ##.##.2011-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, ödənişi ##.##.2024-cü il tarixədək davam etdirilmişdir. Iddiaçı İddiaçı müavinət işi üzrə materiallar əsasında ##.##.2007-ci il tarixdən şəhid X3 ailə üzvü (uşağı) kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edildiyi müəyyən olunur. Iş materiallarına əsasən, inzibati orqanın öz təşəbbüsü ilə apardığı xidməti araşdırmanın nəticəsində hüququ olmadığı halda ona, qanunun tələbləri pozulmaqla, əsassız olaraq, ##.##.2021ci il tarixdən ##.##.2024-cü il tarixədək ailə başçısını itirməyə görə əmək pensiyası, 2022ci il üzrə nəzərdə tutulmuş maddi yardım (200 manat), ##.##.2007-ci il tarixdən ##.##.2024-cü il tarixədək Prezident təqaüdü ödənildiyi müəyyən olunmuşdur. Aparılan araşdırma zamanı Xidməti araşdırma zamanı 18 yaşınadək əlilliyinin müəyyən edilməsi barədə müvafiq məlumatlar pensiya işinə dair sənədlərdə, həmçinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində aşkar edilmədiyindən (ilkin əlilliyi ##.##.2005-ci il tarixdə müəyyən edilmişdir) pensiya ödənişi ##.##.2024-cü il tarixdən dayandırılmış və tərəflərindən Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əlillik ilə bağlı məlumatların təqdim olunması və MEIS-in “Əlillik altsistemi”nə daxil edilməsilə bağlı sorğu göndərilmişdir. Agentliyin müvafiq xidməti məktubuna əsasən iddiaçının qəbula dəvət ediləcəyi, qəbul nəticəsinə uyğun olaraq əlillik vəziyyətinin qiymətləndirilib, müvafiq qərar veriləcəyi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı barəsində inzibati icraatın keçirilməsi zərurəti ilə əlaqədar olaraq, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2ci maddəsinə əsasən, təqaüd hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün ##.##.2024-cü il tarixdə dəvət məktubu göndərilmiş (3- 17- */*-R-******/**** nömrəli məktub) və ##.##.2024-cü il tarixdə saat 11:00-da X4 (Qəbul şöbəsinə) gələrək və ya yazılı qaydada mülahizələrini təqdim etməyi xahiş olunsa da, iddiaçı ##.##.2024-cü il tarixində Fondda qəbulda olmuşdur. Beləliklə, işin faktiki hallarından da, müəyyən olunduğu kimi, aparılmış inzibati icraatın nəticəsində iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olmadığı halda, “Əmək pensiyaları haqqında" Qanunun 14.1.1-ci maddəsinin tələbləri pozularaq, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və 2022-ci il üzrə nəzərdə tutulmuş maddi yardımın da (200 manat) ödənilməsi nəticəsində, ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək ailə başçısını itirməyə görə əmək pensiyası üzrə və Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü üzrə artıq ödənilmiş vəsait müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının ilkin əlillik təyinatı ##.##.2005-ci il tarixdə, yəni 29 yaşında olduğundan, ailə başçısını itirməyə görə əmək pensiyası, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü almaq hüququ qanunda nəzərədə tutulmuş şəxs olmadığı halda ona əmək pensiyası və Prezident təqaüdünün ödənilməsi həyata keçirilmişdir. Belə olan halda, hesab edilmişdir ki, əsassız ödənilən pensiya və təqaüd üzrə həmin ödənişlər dövlət büdcəsinə vurulmuş zərər kimi qiymətləndirildiyindən, başqa pensiya hüququ olan vətəndaşların pensiya təminatına münasibətdə ədalətli və bərabər olmadığından artıqödəmə müəyyən edilməsi barədə inzibati icraat zamanı “Inzibati icraat haqqında” Qanunun tələbləri pozulmamış, icraatla bağlı hüquq pozuntularına yol verilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezident təqaüdü”nün bərpa edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.

18. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmiş və iddia tələbi “cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*/*-R-******/**** nömrəli və ##.##.2024-cü il tarixli, *- **-*/*-R-******/**** nömrəli qərarlarının ləğv edilməsi, ##.##.2024-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının və ##.##.2024-cü il tarixdən isə şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünün bərpa olunmasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

19. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etmiş, imtina məktubu və etiraza oxşar izahat verərək iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

20. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim N.Hüseynov) iddianın təmin edilməsi, ##.##.2024-cü il tarixli, *-**-*/*-R- ******/**** nömrəli və ##.##.2024-cü il tarixli, *-**-*/*-R-******/**** nömrəli qərarların ləğv edilməsi və iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının və ##.##.2024-cü il tarixdən isə şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünün bərpa olunmasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh “xxxx” X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

21. Məhkəmə iddianı təmin edərkən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu və “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normalarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx X1n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti birinci instansiya məhkəməsindəki icraat zamanı təqdim edilmiş iddiaya dair etirazın dəlilləri ilə əsaslandırılmışdır (bax: qərarın 17-ci bəndi).

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə dair etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx X1n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı jest dili tərcüməçisi X2 ilə şikayətin dəlilləri ilə razılaşmadığını bildirərək, Gəncə Inzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq normaları

27. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 16. İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

28. “Insan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.

29. “Iqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt; Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.

30. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq (## #### 2021-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1.0.2-ci maddədən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” sözləri çıxarılmışdır. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs. Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları:

1. Bu Qaydalar “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ###### tarixli *** nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir.

2. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına.

8. Müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir.

33. Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin # ###### 2022-ci il tarixli, **** nömrəli Sərəncamı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: 1.1. 2022-ci il ######ın #-nə 2021-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi: 1.1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2022-ci il ######ın #-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin; 1.1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2022-ci il ######ın #-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin; 1.2. bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulmuş indeksləşdirməyə əlavə olaraq, 2022-ci il ######ın #-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsini təmin etsin.

34. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 62.1. Inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

35. Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

36. IPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

37. IPM-in 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

38. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

39. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

40. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

41. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

42. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

43. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

44. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

45. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

46. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır.

47. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ##.##.1979-cu ildə doğulmuş, 26 yaşı olduqdan sonra Bakı şəhər Baş Səhiyyə Idarəsinin göndərişi əsasında barəsində ##.##.2005-ci il tarixdə müddətsiz üçüncü dərəcəli əlillik təyinatı aparılmış, TSEK-in diaqnozunda “anadangəlmə lal-karlıq” qeyd edilmişdir. Bundan sonra ona ##.##.2006-cı il tarixdən III qrup uşaqlıqdan əlilliyə görə sosial müavinət təyin edilmişdir. Həmçinin müəyyən edilir ki, iddiaçının atası X3 ##.##.1994-cü il tarixdə ölmüş, ölüm səbəbi kimi “ermənilərin atdığı mərmidən aldığı bədən xəsarəti” qeyd edilmişdir. Bu səbəbdən iddiaçıya ##.##.2007-ci il tarixdən şəhid X3 ailə üzvü (uşağı) kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ##.##.2024-cü il tarixədək ödənilmişdir. Bundan əlavə, ona ##.##.2011-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və həmin pensiyanı ##.##.2024-cü il tarixədək almağa davam etmişdir. Bundan əlavə "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən ona 2022-ci il üzrə nəzərdə tutulmuş maddi yardım (200 manat) ödənilmişdir.

51. Daha sonra inzibati orqanın öz təşəbbüsü ilə apardığı xidməti araşdırmanın nəticəsində o qənaətə gəlinmişdir ki, İddiaçı hüququ olmadığı halda ona qanunun tələbləri pozulmaqla əsassız olaraq ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək ailə başçısını itirməyə görə əmək pensiyası, 2022-ci il üzrə nəzərdə tutulmuş maddi yardım (200 manat), ##.##.2007-ci il tarixdən ##.##.2024-cü il tarixədək Prezident təqaüdü ödənilmişdir. Nəticədə cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli, *-**-*/*-R- ******/**** nömrəli və ##.##.2024-cü il tarixli, *-**-*/*-R-******/**** nömrəli qərarlar qəbul edilmiş, ##.##.2024-cü il tarixədən ailə başçısını itirməyə görə əmək pensiyası, ##.##.2024-cü il tarixədən isə şəhid ailəsinin üzvü kimi verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi dayandırılmışdır.

52. Göründüyü kimi, hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi əmək pensiyasının və şəhid ailəsinin üzvü kimi verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsinin dayandırılmasına səbəb olan cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*/*-R-******/**** nömrəli və ##.##.2024-cü il tarixli, *-**-*/*-R-******/**** nömrəli qərarlarının ləğv edilməsinə, ##.##.2024-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının və ##.##.2024-cü il tarixdən isə şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünün bərpa olunmasına nail olmaqdan ibarətdir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici inzibati orqana səlahiyyətinə aid məsələ üzrə əvvəlki qərarının düzgünlüyünü, əsaslılığını yenidən yoxlamaq, qanunsuz olduğu halda ləğv etmək imkanını tanımışdır, lakin bu imkan da müəyyən edilmiş prosessual qaydalara tabedir.

54. Yəni, cavabdeh orqan iddiaçıya əvvəllər pensiya təyinatı apardığı qərarın əsaslılığına şübhə doğuran halları aşkar etdiyi təqdirdə, həmin qərarın qanunsuzluğunu aşkara çıxaran zaman inzibati orqan olaraq “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə bu barədə icraat başlamalı, iddiaçının iştirakını təmin edərək, onun mülahizələrini dinləməli, onun sübutlar təqdim etməsinə şərait yaratmalı, zəruri hallarda özü əlavə sübutlar toplamalı, yekunda inzibati akt qəbul etməlidir.

55. Beləliklə, hazırkı mübahisə üzrə cavabdeh ##.##.2024-cü il tarixli, *-**-*/*-R- ******/**** nömrəli və ##.##.2024-cü il tarixli, *-**-*/*-R-******/**** nömrəli qərarları ilə iddiaçının anadangəlmə lal kar olmasını nəzərə almayaraq qanunsuz olaraq yenidən hesablama aparmışdır ki, bu da qanuni hesab edilə bilməz.

56. Qeyd olunmalıdır ki, iddiaçıya pensiya və Prezident təqaüdünün təyinatı bu sahədə səlahiyyətli qurumun qərarına əsasən edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödənişlər edilmişdir. Başqa sözlə, iddiaçıya qeyd olunan əsaslar üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir.

57. Nəzərə almaq lazımdır ki, “Inzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan qərarını, xüsusilə də şəxsə pensiya təyin olunması ilə bağlı ona münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “Inzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “Inzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

58. Məhkəmə kollegiyası vurğulayır ki, pensiyanın və Prezident təqaüdünün təyin olunması barədə inzibati akt ləğv olunmadan və ya dəyişdirilmədən, əlverişsiz inzibati akt qəbul etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu zamanı həm də nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən etimad hüququnun qorunması prinsipinin tələblərinə uyğun olaraq şəxsin əmlak vəziyyətinin qorunduğu hallarda yeni inzibati aktın geriyə qüvvəsi istisna edilməlidir. Belə ki, hüquqi dövlətdə publik idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır.

59. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.

60. Lakin hazırkı işdə inzibati orqan yenidən hesablamaya dair qərarlar qəbul edən zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir. Qanunvericilik qanunsuz əlverişli inzibati akta etimadın qanunla qorunması və ya ləğv edilməsi şərtlərini konkret müəyyən etmişdir. Odur ki, iddiaçıya pensiya və Prezident təqaüdü təyinatı ilə bağlı qərara münasibətdə etimad hüququ qanunla qorunmalıdır.

61. Cavabdehin mövqeyinə görə iddiaçının 18 yaşınadək əlilliyi müəyyən edilmədiyinə görə (ilkin əlilliyi ##.##.2005-ci il tarixdə, yəni iddiaçının 26 yaşında müəyyən edilmişdir) onun ailə başçısını itirməyə görə pensiya və şəhid ailə üzvü (uşağı) kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olmamışdır.

62. Işdə olan sənədlərə əsasən, iddiaçının 18 yaşından yuxarı əlilliyi olan şəxs olması mübahisə doğurmur. Mübahisə onun əlilliyinin məhz 18 yaşına çatanadək müəyyən edilməsi ilə bağlıdır.

63. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair ##.##.2005-ci il tarixdə çap edilmiş məlumatında iddiaçının əlilliyi - “üçüncü dərəcə”, xəstəliyin diaqnozu - “anadangəlmə lal-karlıq”, əlillik müddəti - “müddətsiz”, əlillik səbəbi - “ümumi xəstəlik”, əmək zəmanəti - “qismən əməyə qadir deyil” qeyd edilmişdir.

64. Nəticə etibarilə, əlilliyin qiymətləndirilməsi üzrə müstəsna səlahiyyətli inzibati orqanın qərarlarında göstərilənlər o qənaətə gəlməyə imkan verir ki, iddiaçının əlilliyinə əsas verən, onun müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki pozuntular onda 18 yaşına çatanadək mövcud olmuşdur.

65. Bununla belə, iddiaçı 18 yaşı tamam olduqdan sonra rəsmi qaydada, müvafiq orqanın qərarı ilə əlilliyi olan şəxs hesab edilmişdir. Qanunvericilik isə əlilliyi olan şəxs statusunun əldə edilməsini məhz əlilliyin qiymətləndirilməsini həyata keçirən orqanın müvafiq qərarı ilə şərtləndirmişdir.

66. Bu halda, 18 yaşı tamam olmamış şəxsin əlilliyinin müəyyən edilməsi üçün onun qanuni nümayəndəsinin həmin orqana müraciət etməsi, bundan sonra isə əlilliyi müəyyən edən orqanın bu barədə qərar verməsi vacibdir. Hazırkı halda iddiaçının 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə valideynlərinin əlilliyi müəyyən edən orqana müraciət etməsinə dair işdə sübut olmamasına və 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə inzibati aktın (arayışın) olmamasına baxmayaraq, onun anadangəlmə lalkarlığı təsdiq olunduğundan, o, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə bərabər statuslu hesab edilməklə, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olmuşdur.

67. Iddiaçının əlilliyinin müəyyən edilməsi barədə qərarın ##.##.2005-ci ildə (18 yaşdan sonra) qəbul edilməsi, həmin tarixdən əlilliyi olan şəxs hesab edilməsi və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olmaması ilə bağlı məhkəmə təsdiq edir ki, yuxarıda istinad olunan qanunvericiliyin müəyyən etdiyi ümumi qaydaya görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Şəxsin əlilliyinin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilməsi barədə inzibati orqanın qərarı hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

68. Lakin, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan əldə olunması halına münasibətdə xüsusi yanaşma tətbiq olunmalıdır.

69. Nəzərə alınmalıdır ki, əlillik anadangəlmə xəstəliklərin və ya çatışmazlıqların, yaxud sonradan qazanılmış xəstəliklərin və ya zədənin, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqların səbəb olduğu əqli və ya fiziki qüsurlar nəticəsində yaranır. Əlilliyin qiymətləndirilməsi və bunun nəticələrindən irəli gələn əlilliyin müəyyən olunmasına və ya imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti TSEK-ə məxsusdur. Əlilliyin qiymətləndirilməsinə dair fəaliyyət isə orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədi ilə həyata keçirilir.

70. Məhkəmə qeyd edir ki, əlilliyə səbəbiyyət verən xəstəliklər və ya çatışmazlıqların anadangəlmə və ya sonradan qazanılmış olmasının fərqləndirilməsi bu qəbildən olan mübahisələr üzrə mühüm əhəmiyyət kəsb edir. Birinci halda, şəxsin cəmiyyət həyatında digər şəxslərlə bərabər tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissi pozuntuları onun doğulduğu andan mövcud olur, digər halda isə həyatın sonrakı dövrlərində müxtəlif amillərin təsiri altında əldə edilir.

71. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin məqsədi ona yönəlmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vəfat etmiş şəxsin övladları sırasından həm də o şəxslərə verilsin ki, onlar 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olsunlar.

72. Hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərtlərdən biri 18 yaşına çatanadək əlilliyin müəyyən edilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığı mötəbər sübutlarla təsdiq olunduqdan, yəni iddiaçıya əlilliyin təyin edilməsi barədə ##.##.2005ci il tarixdə qəbul edilmiş TSEK-də müayinə aktından çıxarışda iddiaçının xəstəliyinin anadangəlmə lal-kar olması öz təsdiqini tapdığlndan, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Bu halda da şəxs qanunun məqsədləri baxımından 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs kimi qəbul edilməlidir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Yuxarıda qeyd edilən yanaşma iddiaçıya münasibətdə tətbiq edilməlidir.

73. Məhkəmə kollegiyası hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığının mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı.

74. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” (“Summun jus, summa injuria”).

75. Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, güdülən qanuni məqsəd 18 yaşına çatanadək əlilliyin müəyyən edilmiş olmasıdır. Əgər hazırkı işdə olduğu kimi bu hal mötəbər sübutlarla təsdiq olunursa, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış edilməsi iddiaçını həddən artıq yükə məruz qoymaqla, fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı pozur, güdülən qanuni məqsədə öz məzmunu baxımından zəruri və yararlı olmayan müdaxilə edilməsinə gətirib çıxarır.

76. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.

77. Inzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.

78. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir.

79. Konstitusiyanın 127-ci maddəsinin II hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir.

80. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur.

81. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir.

82. Ədalətlilik prinsipi ilə bağlı qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə kollegiyası hesab edir ki, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış ediləcəyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar.

83. Belə ki, işin hallarından müəyyən olunur ki, Tibbi-Sosial Ekspert Komissiyasında aparılan sonuncu müayinənin nəticəsinə görə iddiaçının diaqnozu anadangəlmə lal-karlıq kimi göstərilmişdir. Bununla da, iddiaçının əlilliyi sonradan qazanılmış xəstəliklər və ya zədələr, eləcə də onlarla əlaqədar çatışmazlıqlar səbəbindən deyil, anadangəlmə xəstəlik və çatışmazlıq səbəbindən yaranmış və bu, ##.##.2005-ci il tarixdə çap edilmiş sonuncu müayinə aktı ilə təsdiq edilmişdır. Bununla bağlı qərar ##.##.2005-ci il ildə qəbul edilsə də, tibbi-sosial ekspertiza müayinəsinin nəticəsinə görə qüsur anadangəlmə olmuş və məhz bu qüsur əlilliyin müəyyən edilməsinə səbəb olmuşdur.

84. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin müddəası və həmin müddəada öz əksini tapmış (maddiləşmiş) ictimai maraq şəxsin 18 yaşına çatanadək əlilliyinin müəyyən olunmasını tələb edir. Iddiaçı da təyinat tarixinin 18 yaşından sonra baş verməsinə baxmayaraq əlilliyin anadangəlmə olmaqla 18 yaşadək əldə edildiyini bildirir və bu halın nəzərə alınmasını tələb edir. Beləliklə, ailə başçısını itirməyə görə pensiya təyin edilməsi məsələsində həm fərdi, həm də ictimai maraq baxımından həlledici olan əlilliyin 18 yaşına çatanadək meydana gəlməsinin müəyyən olunması halıdır. Belə olan halda, prosesin hər iki iştirakçısına münasibətdə ədalətli yanaşma məhz bu məqam nəzərə alınmaqla təmin olunmalıdır.

85. Məhkəmə kollegiyası hesab edir ki, əlilliyin əslində anadangəlmə mövcud olmasına və mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, yalnız onun təyinat tarixinin 18 yaşından sonraya təsadüf etməsini əsas götürməklə iddiaçının tələbinin təmin olunmasından imtina olunması, qanunun formal və ifrat tətbiqi halını yaradar, bununla da, iddiaçıya münasibətdə ədalətlilik prinsipinin pozulmasına səbəb olardı.

86. O da nəzərə alınmalıdır ki, əlilliyin 18 yaşınadək təyin olunması məsələsi, bir qayda olaraq, şəxslərin özlərinin deyil, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin hərəkətlərindən asılı olur. Belə ki, həmin şəxslər sözügedən dövrdə uşaq olduqlarından əlilliyin təyinatı ilə bağlı müraciət onların təmsil edən valideynlər və ya digər qanuni nümayəndələr tərəfindən edilməli idi. Belə müraciətlərin bəzən vaxtında edilməməsi əlilliyin təyinat tarixinin 18 yaşdan sonraya təsadüf etməsinə gətirib çıxarır. Bu mənada, əlilliyi olan şəxslərin özlərinin birbaşa iradəsi və hərəkətləri ilə bağlı olmayan halların onların barəsində hüquqların həyata keçirilməsində məhdudiyyətlər yaratması ədalətlilik prinsipi ilə uzlaşmır.

87. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023cü il tarixli *-*(***)-****/**** nömrəli qərarında da oxşar mövqe əks etdirilmişdir.

88. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ##.##.2024-cü il tarixli, *-**-*/*-R-******/**** nömrəli və ##.##.2024-cü il tarixli, 3-17-1/1- R******/2024 nömrəli qərarların ləğv edilməsi və iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının onun dayandırıldığı ##.##.2024-cü il tarixdən və ona şəhid ailə üzvü (uşağı) kimi verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün dayandırıldığı ##.##.2024-cü il tarixədən bərpa edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri isə qərarın ləğvinə əsas vermir.

89. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar