Məhkəmə qərarları › İş №2-1(3-7)-262/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-262/2026

05.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-262/2026 05.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “X2 Təsərrüfatı” MMC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınması Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı “X2 Təsərrüfatı” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı “X2 Təsərrüfatı” MMC-nin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh (üçüncü şəxs Göygöl rayon Hacıməlik Bələdiyyəsi) qarşı “istifadə hüququnun qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh xxxx publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları 1.

2. ##.##.1993-cü il tarixli aktdan görünür ki, Xanlar Rayon Icra Hakimiyyəti Başçısının ##.##.1993-cü il tarixli, *** nömrəli sərəncamına əsasən heyvandarlıq sovxozunun örüş sahəsindən 5 hektar ayrılıb “xxxx” kiçik müəssisəsinə kənd təsərrüfatı və heyvandarlıq məhsullarının artırılması ilə əlaqədar olaraq yerində ölçülüb təhvil verilmişdir.

3. “xxxx” kiçik müəssisəsi tərəfindən Xanlar Rayon Icra Hakimiyyəti Başçısına ünvanlanan ##.##.1996-cı il tarixdə 51 nömrə ilə qeydə alınmış ərizədən görünür ki, “xxxx” kiçik müəssisəsinin rəhbərliyi X6na verilən imtiyazları nəzərə alaraq xxxx” X9 balansında “xxxx” X9 yaradılmasına sərəncam verilməsi xahiş edilmişdir.

4. Göygöl rayon Dövlət Arxivinin “Xanlar Rayon Icra Hakimiyyəti Başçısının ##.##.1996-cı il tarixli, ** nömrəli sərəncamından arxiv çıxarışı”ndan görünür ki, “xxxx” kiçik müəssisəsinə heyvandarlıq sovxozunun əkin sahəsindən ayrılmış 5 hektar sahənin “xxxx” X9 yaradılması ilə əlaqədar olaraq təsərrüfata verilməsi qərara alınmışdır.

5. ****-X*-*** nömrəli “Dövlət qeydiyyatı haqqında” şəhadətnamədən görünür ki, “X2 Təsərrüfatı” MMC ##.##.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 6.

7. ##.##.2005-ci il tarixli, 4ə-2-*** reyestr nömrəli müqavilədən görünür ki, “Torpaqdan daimi istifadə hüququna dair” JN 1431 Kod ******** nömrəli Dövlət Aktına əsasən “X2 Təsərrüfatı” MMC-yə məxsus olan torpaq sahəsinin 3 hektar hissəsi X3.

8. “Torpaqdan daimi istifadə hüququna dair” JN 1431 Kod ******** nömrəli ##.##.2005ci il tarixli Dövlət Aktından görünür ki, Xanlar rayon DNK-nin ##.##.2005-ci il tarixli, 4ə-2-*** reyestr nömrəli müqavilə əsasən verilmiş cizgidə göstərilən sərhəd daxilində 2.00 hektar torpaq sahəsi daimi istifadə üçün “xxxx” X7 verilmişdir.

9. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Gəncə Ərazi Idarəsi tərəfindən iddiaçıya ünvanlanan ##.##.2024cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Göygöl şəhərində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə Cavabdeh publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi Idarəsində baxılmışdır. Bildiririk ki, ərizənizə əlavə edilmiş “Torpaqdan daimi istifadə hüququna dair” JN-**** saylı dövlət aktında hüququ sahibinin adınında uyğunsuzluğun olduğu, belə ki, “X2 Təsərrüfatı” ilə dövlət aktında qeyd olunmuş “xxxx” X6” eyni olmasını təsdiq edən sənədin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı) tərəfinizdən təqdim edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğu, belə ki, Ərazi Idarəsinin elektron xəritə materiallarına və Yeni uçot xəritəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş ərazisinə düşdüyü aşkar edilmişdir. Həmçinin faktiki torpaq sahəsinin cənubundan yüksək gərginlikli elektrik xəttinin keçdiyi, torpaq sahəsi üzərində icazəsiz tikililərin mövcud olduğu və icarə müqaviləsinin ərizənizə əlavə edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, Torpaq Məcəlləsinin 16.3-cü maddəsinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.”

10. Məhkəmə sorğusuna ** saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən “xxxx” X6 barədə məlumat aşkar edilməmişdir. "X2 Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Xanlar Rayon Icra Hakimiyyəti Başçısının ##.##.1996-cı il tarixli, ** saylı Sərəncamı ilə dövlət qeydiyyatına alınmış "xxxx" X6 bazasında hüquqi varislik prinsipi əsasında yaradılmışdır.

11. Cavabdehn * saylı Gəncə Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, “Torpaqdan daimi istifadə hüququna dair” JN **** nömrəli Dövlət Aktında göstərilən 02 hektar torpaq sahəsinin yerləşdiyi ərazi bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2005-ci il tarixli yerquruluşu sxemində, TEKUIS və AZCAD məlumatları üzrə bələdiyyə mülkiyyəti olaraq göstərilmişdir. Torpaq sahəsinin katqeriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası örüş sahəsi olaraq göstərilmişdir. Torpaq sahəsi üzərində ferma tikilisi mövcuddur. “Torpaqdan daimi istifadə hüququna dair” JN **** nömrəli Dövlət Aktında göstərilən 02 hektar torpaq sahəsi iddia olunaraq naturada təqdim edilən torpaq sahəsi ilə eynilik təşkil edir. “Torpaqdan daimi istifadə hüququna dair” JN **** nömrəli Dövlət Aktında göstərilən 02 hektar torpaq sahəsinin elektron kadastr məlumat bazasına istinadən başqa hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlanmamışdır. “Torpaqdan daimi istifadə hüququna dair” JN **** nömrəli Dövlət Aktında göstərilən 02 hektar torpaq sahəsinin 0,68 ha hissəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

13. Tələb onunla əsaslandırılmışdır ki, “Torpaqdan daimi istifadə hüququna dair” JN 1431 KOD ******** saylı Dövlət Aktına və Xanlar rayon Dövlət Notariat Kontorunun ##.##.2005-ci il tarixli, 4ə-2-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 02 hektar torpaq sahəsi “xxxx” X6 daimi istifadəsinə verilmişdir. Həmin vaxtdan torpaq sahəsi üzərində heç bir maneə olmadan sahiblik və istifadə hüquqları həyata keçirilir. Cavabdeh orqana müraciət edərək qeyd olunan torpaq sahəsi üzərində faktik ölçülər üzrə hüququnun tanınmasını xahiş etmişdir. Lakin cavabdeh orqan imtina etmiş və əsas kimi göstərmişdir ki, torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir, habelə, «xxxx» KFT ilə dövlət aktında qeyd olunan «xxxx» KFT-nin eyni olmasını təsdiq edən sənədlər ərizəyə əlavə edilməmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Göygöl rayonu Hacıməlik Bələdiyyəsi üçüncü şəxs qismində işə baxılmasına cəlb edilmişdir.

16. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Gəncə Ərazi Idarəsi hüquqi varisi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir.

17. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin nümayəndəsi X1 iddia tələbi ilə bağlı qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi hazırda bələdiyyə mülkiyyətinə aid olsa da, uzun illərdir ki iddiaçının faktik sahibliyindədir. Bələdiyyələr fəaliyyət göstərməmişdən qabaq həmin torpaq sahəsi iddiaçıya verilmişdir. Odur ki, iddia tələbinin təmin olunmasına etirazı yoxdur.

19. Gəncə Inzibati Məhkəməsinin (hakim F.Əliyev) ##.##.2026-cı il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, Göygöl rayonu, Hacıməlik kəndində yerləşən “Torpaqdan daimi istifadə hüququna dair” JN 1431 KOD ******** saylı Dövlət Aktında göstərilən 02 hektar torpaq sahəsi üzərində faktiki istifadə vəziyyəti üzrə koordinatlarla iddiaçı “xxxx” X6 MMC-nin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın, habelə torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.

20. Məhkəmə hesab etmişdir ki, iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – yerli icra hakimiyyətinin sərəncamı əsasında ayrılmışdır və həmin sərəncam hazırda qüvvədədir. Iddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan sərəncama etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Eyni zamanda hazırda torpaq sahəsi bələdiyyə mülkiyyəti olsa da, ayrılan zaman bələdiyyə mülkiyyəti olmasından söhbət gedə bilməz. Bununla belə, üçüncü şəxs olaraq Hacıməlik bələdiyyəsi iddia tələbinin təmin olunmasına etiraz etməmişdir. Torpaq sahəsinin bir hissəsinin elektrik şəbəkəsinin mühafizə zonasına düşməsi halı da qeydiyyatdan imtinaya əsas ola bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda həmin sahənin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, həmin torpaq sahəsinin xüsusi mülkiyyətə keçməsi, habelə üzərində istifadə hüquqların qeydiyyata alınmasına qanunda heç bir qadağa müəyyən edilmir. Həmçinin «xxxx» KFT ilə dövlət aktında göstərilən «xxxx» KFT-nin eyni olmasını təsdiq edən sənədlərin olmaması dəlili ilə bağlı məhkəmə göstərir ki, bu dəlil üzrə araşdırma aparılmış və «xxxx» kiçik müəssisəsinin rəhbərinin ## ###### 1996-cı il tarixli müraciəti əsasında Xanlar Rayon Icra Hakimiyyəti başçısı tərəfindən verilmiş ##.##.1996-cı il tarixli sərəncam ilə fermer təsərrüfatının bazasında «xxxx» KFTnin təsis edilməsi təsdiqini tapmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xanlar Rayon Icra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli, *** nömrəli sərəncamı ilə “xxxx” kiçik müəssisəsinin daimi istifadəsinə 05 hektar torpaq sahəsi verilmiş və “Torpaqdan daimi istifadə hüququna dair” JN **** nömrəli Dövlət Aktı işlənmişdir. Daha sonra həmin torpaq sahəsinin 03 hektar hissəsi “xxxx” KFT-nin rəhbəri Nümayəndə tərəfindən ##.##.2005ci il tarixli, alqı-satqı müqaviləsinə əsasən başqa şəxsə satılmışdır. Xanlar rayon DNKnun ##.##.2005-ci il tarixli, *Ə-*-*** nömrəli alqı-satqı müqaviləsinə əsasən, 2.00 ha torpaq sahəsinə dair “xxxx – İ” KFT-nin adına JN-1431, KOD ******** nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Iddiaçının Ərazi Idarəsinə müraciəti zamanı müəyyən edilmiş və imtinaya əsas olmuş hallardan biri də Ərazi Idarəsinin elektron xəritə materiallarına və Yeni uçot xəritəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş ərazisinə düşməsidir. Ərazi Idarəsi tərəfindən qeyd olunan imtina dəlili məhkəmə tərəfindən əldə edilmiş mütəxəssis rəyi ilə də öz təsdiqini tapır. Belə ki, rəyin 2-ci bəndinə əsasən, “Torpaqdan daimi istifadə hüququna dair” JN **** nömrəli Dövlət Aktında göstərilən 02 hektar torpaq sahəsinin yerləşdiyi ərazinin bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2005-ci il tarixli yerquruluşu sxemində, TEKUIS və AZCAD məlumatları üzrə bələdiyyə mülkiyyəti kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyasının örüş sahəsi olaraq göstərildiyi, eləcə də torpaq sahəsi üzərində ferma tikilisinin mövcud olduğu qeyd edilmişdir. Məhkəmə maddi hüquq normalarının pozulmasına yol verərək nəzərə almamışdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı (örüş sahəsi) torpaqları olduğundan qanunverciliyin birbaşa tələbinə əsasən, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Hazırki halda isə iddiaçıya sözügedən torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilməmişdir. Məhz buna görə də onun hüquqları dövlət qeydiyyatına alına bilməz. X4 işlənməsinə əsasən olan Xanlar Rayon Icra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli, *** saylı sərəncamında Heyvandarlıq sovxozunun örüş ərazisindən 5 hektar ayrılıb iddiaçıya kənd təsərrüfatı təyinatı və heyvandarlıq məhsullarının artırılması üçün verilmişdir. Lakin araşdırma zamanı torpaq sahəsinin təyinatı üzrə istifadə edilib-edilməməsi də araşdırılmamışdır. Belə ki, kənd təsərrüfatı təyinatlı örüş sahəsi üzərində ferma tikilisi mövcuddur. Kənd təsərrüfatı təyinatlı torpaqlar keyfiyyətlilik baxımından yararlı, az yararlı və yararsız dərəcələrinə bölünür. Növ müxtəlifliyi – istifadə məqsədi baxımından bu kateqoriyada əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar fərqləndirilir. Digər növlərə (əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar) münasibətdə az yararlı və yararsız kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü yolverilən olduğu halda, örüş, otlaq və biçənək torpaqlarına münasibətdə qanunverici torpağın yararlılığını fərqləndirmədən belə təyinatlı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsini qadağan etmişdir. Məhkəmə göstərilən maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsi ancaq icarəyə verilə bilərdi, lakin bununla bağlı heç bir müqavilə təqdim edilmədiyindən torpaq sahəsinə dair hüququn dövlət qeydiyyatına alınması mümkün deyildir. Ərazi Idarəsinin arxiv və adlı siyahı məlumatlarına əsasən, “Torpaqdan daimi istifadə hüququna dair” JN **** nömrəli Dövlət Aktı barədə məlumat Dövlət Aktlarının qeydiyyat kitabında və adlı siyahı (DBF) məlumatlarına aşkarlanmamışdır. Qeyd olunan Dövlət Aktı əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli, *** nömrəli Fərmanına ##.##.2025-ci il tarixli, *** nömrəli Fərmanla edilmiş dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən, 1.3-cü bənd çıxarıldığından (şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı) hüquqmüəyyənedici sənəd qismində qəbul edilməmişdir. *** nömrəli Fərmanında qeyd olunan müddəlar yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə aiddir. Lakin torpaq sahəsi kənd təsərrüfatı və heyvandarlıq məhsullarının artırılması üçün ayrılmışdır. Ərazi Idarəsi daşınmaz əmlak üzərində hüquqları qeydə alan orqandır. Lakin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15 maddəsinin 1-ci bəndi Ərazi Idarəsinə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmadığı halda imtina verməyə səlahiyyət verir. Əks halda belə bir normanın gözardı edilməsi hüquqmüəyyənedici sənəd formasında hazırlanmış və qanuni əsası olmayan sənədin mötəbər qəbul edilməsinə səbəb olardı. Kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi yalnız kənd təsərrüfatı məqsədləri üçün istifadə oluna bilər. Ümumiyyətlə qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquq qeydiyyatı Idarə tərəfindən qanunvericilikdə müəyyən edilmiş sənədlər, o cümlədən ödənişlər əsasında vətəndaşlara xidmət göstərilir. Ilk növbədə iddiaçının sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü araşdırılmalıdır. Belə olan halda, Mülki Məcəllənin 139-cu və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinin tələbləri pozulur. Qanunvericilik normalarının tələbinə əsasən, kənd təsərrüfatı təyinatlı yararlı və örüş torpaq sahələri xüsusi mülkiyyətə verilə bilməz və alqı-satqı predmeti ola bilməz, yalnız icarəyə verilə bilər. Torpaq sahəsinin məqsədli təyinatı, hüquqi rejimi, kateqoriyası, kəmiyyət və keyfiyyət göstəriciləri (yararlılıq əlaməti) ilə bağlı məlumatlar məhz dövlət kadastr məlumatları əsasında müəyyən edilir ki, həmin məlumatlar da məhz qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə həyata keçirilir. Işə baxan məhkəmə iş üzrə təqdim olunmuş mütəxəssis rəyi ilə imtinaya əsas olmuş halları müqayisə etməmişdir. Belə ki, imtinaya əsas olmuş hallar mütəxəssis rəyi ilə bir daha öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmişdir, gəldiyi nəticələrin təsdiq edilməsi üçün işə məhkəmə ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Bu isə Azərbaycan Respublikası IPM-nin 81-ci maddəsinə əsasən qərarın apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “X2 Təsərrüfatı” MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

25. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

26. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 25. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Maddə 13. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0.5. 2006-cı il ####un #-dək HYPERLINK "https://eqanun.az/framework/23986" \t "_blank" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X11 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X11 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatıüçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

29. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş Cavabdehn Nizamnaməsi: 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKRin vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq;

30. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

31. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

32. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

33. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

34. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

35. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

36. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

37. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

38. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

39. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

40. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

41. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

42. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Işin məhkəmələr tərəfindən araşdırılan hallarından bəlli olur ki, Xanlar Rayon Icra Hakimiyyəti Başçısının ## ### 1993-cü il tarixli, *** nömrəli sərəncamı ilə “xxxx” kiçik müəssisəsinin daimi istifadəsinə 05 hektar torpaq sahəsi verilmiş və “Torpaqdan daimi istifadə hüququna dair” JN **** nömrəli Dövlət Aktı işlənmişdir. Daha sonra həmin torpaq sahəsinin 03 hektar hissəsi “xxxx” KFT-nin rəhbəri Nümayəndə tərəfindən ##.##.2005ci il tarixli alqı-satqı müqaviləsinə əsasən başqa şəxsə satılmışdır. Hazırda alqı-satqı müqaviləsindən geri qalmış 02 hektar torpaq sahəsi “X2 Təsərrüfatı” MMC-nin faktik sahiblik və istifadəsindədir.

46. Iddiaçı qeyd olunan torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi “Torpaqdan daimi istifadə hüququna dair” JN-**** saylı dövlət aktında hüquq sahibinin adınında uyğunsuzluğun olması (belə ki, “X2 Təsərrüfatı” ilə dövlət aktında qeyd olunmuş “xxxx” X6 eyni olmasını təsdiq edən sənədin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı) təqdim edilməməsi), həmçinin faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olması (belə ki, Ərazi Idarəsinin elektron xəritə materiallarına və Yeni uçot xəritəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş ərazisinə düşməsi), bundan əlavə faktiki torpaq sahəsinin cənubundan yüksək gərginlikli elektrik xəttinin keçməsi, torpaq sahəsi üzərində icazəsiz tikililərin mövcud olması və icarə müqaviləsinin ərizəyə əlavə edilməməsi qeyd edilmişdir.

47. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı JN **** nömrəli Dövlət Aktında göstərilən 02 hektar torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ona çıxarışın verilməsidir.

48. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

49. Həmin Məcəllənin Maddə 139-1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

50. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur.

51. Göründüyü kimi, qanunvericilikdə təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.

52. Məhkəmə kollegiyası bildirir ki, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmişdir ki, hazırda baxılan işdə hüquqların dövlət qeydiyyatından imtina edilməsi üçün bu əsaslar yoxdur.

53. Belə ki, iş materiallarından göründüyü kimi, torpaq sahəsi səlahiyyətli orqan (Xanlar Rayon Icra Hakimiyyəti) tərəfindən ayrılmışdır. Ayrılan zaman təyinatı heyvandarlıq məhsullarının artırılması məqsədi ilə örüş sahəsi olmuşdur. Hazırda da torpaq sahəsinin uqodiyası örüş sahəsidir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində istifadə hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

54. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbuledən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

55. Eyni zamanda iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyi ilə müəyyən olunur ki, “Torpaqdan daimi istifadə hüququna dair” JN **** nömrəli Dövlət Aktında göstərilən 02 hektar torpaq sahəsinin yerləşdiyi ərazi bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2005-ci il tarixli yerquruluşu sxemində, TEKUIS və AZCAD məlumatları üzrə bələdiyyə mülkiyyəti olaraq, həmçinin katqeriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş sahəsi olaraq göstərilmişdir. Torpaq sahəsi üzərində ferma tikilisi mövcuddur. Qeyd olunan Dövlət Aktında göstərilən 02 hektar torpaq sahəsi iddia olunaraq naturada təqdim edilən torpaq sahəsi ilə eynilik təşkil edir. Həmin torpaq sahəsinin elektron kadastr məlumat bazasına istinadən başqa hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlanmamışdır. Həmçinin, qeyd olunan torpaq sahəsinin 0,68 ha hissəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür.

56. Nəzərə almaq lazımdır ki, sözügedən 2 ha torpaq sahəsi ayrıldığı vaxtdan bu yana mübahisəsiz olaraq iddiaçının faktiki istifadəsindədir. Hazırda da həmin torpaq sahəsinin hərhansı subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədlərdəki torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır.

57. Göründüyü kimi, iddiaçının üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – yerli icra hakimiyyətinin sərəncamı əsasında ayrılmışdır və həmin sərəncam hazırda qüvvədədir. Iddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan sərəncama etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir.

58. Eyni zamanda hazırda torpaq sahəsi bələdiyyə mülkiyyəti olsa, ayrılan zaman bələdiyyə mülkiyyəti olmasından söhbət gedə bilməz. Bununla belə üçüncü şəxs olaraq Hacıməlik bələdiyyəsi iddia tələbinin təmin olunmasına etiraz etməmişdir.

59. Bundan başqa, torpaq sahəsinin bir hissəsinin elektrik şəbəkəsinin mühafizə zonasına düşməsi halı da qeydiyyatdan imtinaya əsas ola bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda həmin sahənin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, həmin torpaq sahəsinin xüsusi mülkiyyətə keçməsi, habelə üzərində istifadə hüquqların qeydiyyata alınmasına qanunda heç bir qadağa müəyyən edilmir.

60. Həmçinin “xxxx” KFT ilə dövlət aktında göstərilən “xxxx” KFT-nin eyni olmasını təsdiq edən sənədlərin olmaması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil üzrə araşdırma aparılmış və “xxxx” kiçik müəssisəsinin rəhbərinin ## ###### 1996-cı il tarixli müraciəti əsasında Xanlar Rayon Icra Hakimiyyəti başçısı tərəfindən verilmiş ##.##.1996-cı il tarixli sərəncam ilə fermer təsərrüfatının bazasında “xxxx” KFT təsis edilməsi təsdiqini tapmışdır.

61. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.

62. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin torpaq sahəsi ilə bağlı verilmiş Dövlət Aktı barədə məlumatın Dövlət Aktlarının qeydiyyat kitabında və adlı siyahı (DBF) məlumatlarında aşkarlanmaması iddiaçının hüquqlarının məhdudlaşdırılmasına əsas vermir. Belə ki, daşınmaz əmlaka dair müvafiq sənədlərin tərtib edilməsi, eləcə də həmin sənədlərin müvafiq bazaya işlənilməsi bu sahədə səlahiyyətli müvafiq qurumların vəzifəsi olmuşdur. Digər tərəfdən cavabdeh orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin mötəbərliliyini mübahisələndirməmiş, buna dair hər hansı sübutlar təqdim etməmiş, sadəcə formal olaraq həmin sənəd barədə məlumat olmamasını şikayətin dəlillərində qeyd etmişdir.

63. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

64. Məhkəmə kollegiyası inzibati orqanın apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə qeyd olunan həmin dəlillər işin yuxarıda sadalanan və əsaslandırılan halları ilə təkzib olunur.

65. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçının istifadə hüququnun qeyd alınmasını istədiyi 2 ha torpaq sahəsi üzərində onun istifadə hüququnun qeydə alınmasını istisna edən hallar mövcud deyil. Ona görə də məhkəmə kollegiyası, iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.

66. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh edilənlərə hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib edildiyindən təmin edilməməli və bu iş üzrə qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar