Məhkəmə qərarları › İş №2-1(3-7)-265/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-265/2026

19.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-265/2026 19.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları 1.

2. N saylı hərbi hissənin ##.##.1994-cü il tarixli, *** nömrəli əmrdən çıxarışına əsasən, İddiaçı ##.##.1993-cü il tarixdən ##.##.1994-cü il tarixədək hərbi təlim keçmişdir.

3. N saylı hərbi hissənin ##.##.1997-ci il tarixli arayışına əsasən, İddiaçı həqiqətən ##.##.1994-cü ildə *** saylı hərbi hospitala müraciət etmiş, “təpənin yumşaq toxumalarını dəlib keçən güllə yarası” diaqnozu ilə ambulator müraciət etmişdir. 06, 07, 10, 11, 14, 16, 19, ## ###### 1994-cü il tarixlərdə sarğı edilmişdir. 4. 5.

6. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən İddiaçı anası X1 ünvanlanmış ##.##.2015-ci il tarixli məktubda görünür ki, müraciətindən və ona əlavə olunmuş sənədlərin kserosurətində müəyyən edilir ki, 1994-cü ildə N saylı hərbi hissədə xidmət zamanı oğlu Mübarizin güllə yarası alması faktı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırılaraq ##.##.1997-ci il tarixdə toplanmş material üzrə cinayət işinin başlanması ##.##.2000-cl tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CPM-nin 10cu maddəsinin 2-ci bəndinə əsas rədd edilmişdir. Qəbul olunmuş və hazırda preyudisial qüvvəyə malik qərar barədə oğlu İddiaçı həmin vaxt rəsmi məlumat verilmişdir. Ərizədə qeyd olunan 2 həddi buluğa çatmayan uşağın arasında olan hadisə zamanı razılığa gəlindikdə qərar qəbul olunması barədə fikir ##.##.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinin 2-ci bəndinin tələbləri ilə yanlışlıq təşkil edir. Belə ki, qeyd olunan məcəllənin 10-cu maddəsinin 2-ci bəndində əməldə cinayət tərkibi olmaması cinayət işi üzrə icraatı istisna edən hal kimi göstərilmişdir. Oğlu İddiaçı hərbi biletində hərbi xidmətinə dair müvafiq qeydlərin aparılması haqda göstərilən xüsusatların araşdırılması üçün ərizə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. Nəvəsinin xəstəliyi ilə əlaqədar dərman preparatlarının pulsuz verilmə üçün aidiyyəti qurumlara müraciət etməyi xahiş olunmuşdur.

7. Cavabdeh tərəfindən iddiaçı İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh Mərkəzi Arxivinin ##.##.2024-cü il tarixli, **** nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə ##.##.1993-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

8. Cavabdeh tərəfindən Gəncə Inzibati Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 709 (N) №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli, *** №-li əmrilə (əsas: §-8, səh-21, sıra-57, əmrdə hərbi rütbəsi "sıravi" yazılmışdır, vəzifəsi göstərilməmişdir) sıravi İddiaçı ##.##.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq Mühafizə və xidmət bölüyünə təyin olunmuşdur. 709 (N) №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli, ** №-li əmrilə (əsas: §-1, səh-81, sıra-77, əmrdə hərbi rütbəsi "yefreytor" yazılmışdır) yefreytor İddiaçı ##.##.1993-cü il tarixdən komendant bölüyündə baş tuşlayıcı vəzifəsinə təyin olunmuşdur. 709 (N) №-li hərbi hissə komandirinin oktyabr-noyabr 1993-cü il, N №-li hərbi hissə komandirinin dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti, yaralanması, müalicəyə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. 181 (N) №-li hərbi hissənin 1993-1994-cü il tarixli "Yaralıların qeydiyyatı" kitabı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin ##.##.1993-cü il tarixdən ##.##.1993-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ##.##.1993-cü il tarixdən ##.##.1994-cü il tarixədək ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda 181 (N) saylı Hərbi Hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Bu barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən rəsmi məktub və MN N saylı hərbi hissədən arayış da mövcuddur. Həmçinin döyüş yoldaşları da bu faktı təsdiq edirlər. Lakin təəssüf ki, Veteran adını hələ də ala bilməmişdir. Bununla əlaqədar Müdafiə Nazirliyinə rəsmi ərizə ilə müraciət etmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Odur ki, məhkəmə müdafiəsi hüququndan istifadə edərək müraciət etmişdir.

11. Cavabdeh Cavabdeh tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulmasından ibarətdir. Cavabdeh orqan hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ## #### 2025-ci il tarixli, *-**-**/*-****/**** nömrəli arxiv arayışına əsasən 709 (N) nömrəli hərbi hissə komandirinin oktyabr-noyabr 1993-cü il, N nömrəli hərbi hissə komandirinin dekabr 1993-cü il, yanvar- dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti, yaralanması, müalicəyə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. 181 (N) nömrəli hərbi hissənin 1993-1994-cü tarixli əsgər heyətinə "Pul təminatının ödənilməsi" cədvəlləri və hərbi hissənin 1993-1994-cü il tarixli "Yaralıların qeydiyyatı" kitabı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən ## ######## 1993-cü il tarixdən İddiaçı xidməti barədə heç bir məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş Idarəsinin ## #### 2025-ci il tarixli, *-**-**/*-*-***-**/**** nömrəli məktubuna əsasən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın ##.##.2025-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi.

13. Gəncə Inzibati Məhkəməsinin (hakim R.Tağıyeva) ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

14. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin mənasına görə, şəxsin hərbi xidmət keçməsi onun qanunla müəyyən edilmiş qaydada hərbi xidmətə daxil olması və xidmətdən tərxis olunması ilə müəyyən olunur. Iş materialları ilə iddiaçının hərbi xidmətdən qanunda nəzərdə tutulan qaydada tərxis olunması təsdiq edilmir. Belə olan halda ona müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi mümkün deyil.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

15. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının tamamilə ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun iddiasını təmin etməməklə belə nəticəyə gəlib ki, guya o döyüşlərdə iştirak etməyib. Halbuki doyüş yoldaşlarının çoxu müharibə veteranı adın alıb. Məhkəmə onun döyüşlərdə iştirak etməsini həmin şahidlərin ifadəsi ilə müəyyən edə bilərdi. Üstəlik xidmət etdiyi hərbi hissə məhz döyüş bölgəsində olub qızğın döyüşlərdə iştirak edib. Məhkəmə guya qanunda göstərilən qaydada tərxis edilmədiyi qənaətinə gəlmişdir, lakin bu tamamilə yanlışdır. Məhkəmə bu hal aydınlaşdırmamışdır. Əgər o hərbi hissəni təkbaşına tərk etmiş olsaydı, onun haqqında cinayət işi açılardı. Iş üçün əhəmiyyətli hal ondan ibarətdir ki, o faktiki olaraq döyüşlərdə iştirak edib. Bunu çox sayda döyüş yoldaşları təsdiq edə bilərlər. Məhkəmə həmin şəxslərişahidləri dəvət etməməklə onu bu imkandan məhrum etmiş oldu.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsi qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi, əlavə olaraq sədrlik edənin suallarına cavabında qeyd etmişdir ki, aldığı xəsarətlə əlaqədar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməmiş, həmçinin onun hərbi xidmət dövrü ilə əlaqədar əlilliyi müəyyən edilməmişdir.

19. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

21. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.

22. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.

24. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2006-cı il tarixli, *** nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.

25. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (# ####### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).

26. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün.

27. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

28. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

29. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

30. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

31. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

32. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

33. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

34. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

35. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

36. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

37. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

38. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

39. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ##.##.1993-cü il tarixdən ##.##.1994-cü il tarixədək ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda 181 (N) saylı Hərbi Hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyini bildirərək cavabdeh - Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh orqan isə cavabında onun müraciətinə komissiyanın ##.##.2025-ci il tarixli iclasında baxıldığını və barəsində müsbət qərar qəbul edilmədiyini bildirilmişdir. Odur ki, iddiaçı hazırda bu tələblə məhkəməyə müraciət etmişdir.

43. Cavabdeh məhkəmə sorğusuna əsasən təqdim etdiyi ##.##.2025-ci il tarixli cavab məktubda qeyd edilmişdir ki, 709 (N) №-li hərbi hissə komandirinin ##.##.1993cü il tarixli, *** №-li əmrilə sıravi İddiaçı ##.##.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq Mühafizə və xidmət bölüyünə təyin olunmuş, 709 (N) №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli, ** №-li əmrilə yefreytor İddiaçı ##.##.1993-cü il tarixdən komendant bölüyündə baş tuşlayıcı vəzifəsinə təyin olunmuşdur. 709 (N) №-li hərbi hissə komandirinin oktyabr-noyabr 1993-cü il, N №-li hərbi hissə komandirinin dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti, yaralanması, müalicəyə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. 181 (N) №-li hərbi hissənin 1993-1994-cü il tarixli "Yaralıların qeydiyyatı" kitabı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin ##.##.1993-cü il tarixdən ##.##.1993-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müharibə veteranı statusu almaq üçün onun hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilməsi, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışlar, həmçinin onun qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə qaydasında öz təsdiqini tapmalıdır.

45. Göründüyü kimi, iş materiallarında olan sənədlərdə onun hərbi xidməti barədə müəyyən məlumatlar olsa da, lakin döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə qaydasında öz təsdiqini tapmamışdır. Belə ki, arxiv məlumatlarında olan N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyati kitablarında onun sonrakı xidməti və döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat aşkar edilməmişdir. Beləliklə iddiaçının döyüşən hərbi hissənin tərkibində sonrakı xidməti və onun hərbi hissədən qanuni əsaslarla tərxis olunmasının əsasları iş materialları ilə öz təsdiqini tapmır.

46. Həmçinin məhkəmə kollegiyası tərəfindən tədqiq olunan sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ##.##.1994-cü ildə *** saylı hərbi hospitala müraciət etmiş, “təpənin yumşaq toxumalarını dəlib keçən güllə yarası” diaqnozu ilə ambulator müraciət etmiş, 06, 07, 10, 11, 14, 16, 19, ## ###### 1994-cü il tarixlərində isə sarğı edilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən İddiaçı bədən xəsarəti almağı faktı ilə əlaqədar yoxlama aparılmış və ##.##.1997-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi iddiaçının 1993-1994-cü il tarixlərdə N saylı hərbi hissənin tərkibində hərbi xidmətdə olması, baş nahiyyəsindən yaralanması, müalicə alması, onun yaralanması faktı üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə məlumatlar mövcuddur.

47. Lakin qeyd edilməlidir ki, iddiaçı aldığı xəsarətlə əlaqədar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməmiş, bu əsasla ordudan tərxis edilməmiş, həmçinin onun hərbi xidmət dövrü ilə əlaqədar əlilliyi müəyyən edilməmişdir.

48. Beləliklə müəyyən olunur ki, iş materiallarında olan müvafiq sənədlərdə iddiaçının hərbi xidməti barədə müəyyən məlumatlar olsa belə, lakin onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması iş materialları ilə təsdiq edilmir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Səfərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” ##.##.1996-cı il tarixli, *** nömrəli Fərmanı ilə hərbi qulluqçuların ehiyata buraxılması qərara alınmışdır. Həmin Fərmana uyğun olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.1996-cı il tarixli, ** nömrəli əmri ilə hərbi qulluqçuların təxris edilməsi prosesinə başlanmışdır. Hərbi qulluqçular qeyd edilən Fərmandan əvvəl, yalnız xüsusi hallarda (şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararsız olması müəyyən edildikə və.s) tərxis edilmişlər. Iddiaçının Azərbaycan Respublikası Prezidentinin “Səfərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” ##.##.1996-cı il tarixli, *** nömrəli Fərmanından əvvəl tərxis olunmasının əsasları iş materialları ilə müəyyən olunmur.

50. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

51. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar