Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-267/2026 03.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdeh nümayəndəsi X1 iştirakı ilə, “iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı etdiyi müraciətinin müsbət həllindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli, *-**-*/*-M-******/**** nömrəli məktubu ilə imtina edilərək onunla əsaslandırılmışdır ki, təqdim etdiyi sənədlərin surətlərinə əsasən sığorta stajı (##.##.1974-cü il tarixdən ##.##.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət və əyani təhsil aldığı illər nəzərə alınmaqla) 4 il 7 ay 27 gün təşkil edir. Həmçinin ##.##.2006- cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (əmək kitabçasının dublikat olması qeyd edilmədiyindən, 1979cu ilə aid qeydlər latın qrafikalı əlifba ilə yazıldığından və latın qrafikalı möhürlə təsdiqləndiyindən, eyni zamanda Tərtər rayon Dövlət Arxivinin ##.##.2023-cü il tarixli ** №-li arxiv arayışına əsasən Tərtər rayon Suvarma Sistemləri İdarəsinin 1979-cü il üzrə əmr kitabları arxivə təhvil verilmədiyindən) ##.##.1979-cu il tarixindən ##.##.1999-cu il tarixinədək, həmçinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən ##.##.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün ##.##.1999-cu il tarixindən ##.##.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri sığorta stajına daxil edilməyib. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və ##.##.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib, ##.##.2023-cü il tarixindən 220 manata çatdırılıb.
İşdə olan sənədlər:
2. AA 2338011 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ##.##.1957-ci il tarixdə anadan olmuşdur.
3. ##.##.1979-cu il tarixli БТ ****** nömrəli diploma əsasən, İddiaçı 1974-cü ildə X4 texnikumuna daxil olmuş və 1979-cu ildə hidromeliorasiya ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İxtisas Komissiyasının ##.##.1979-cu il tarixli qərarı ilə ona texnikhidrotexnik ixtisası verilmişdir.
4. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin ##.##.2023-cü i tarixli, *** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı ##.##.1975-ci il tarixdən ##.##.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
5. ******* nömrəli əmək kitabçasına əsasən, İddiaçı ##.##.1979-##.##.1999-cu il tarixlərdə X9 İdarəsində İncəçay sistemləri üzrə mühəndis hidrometr, ##.##.1999- ##.##.2006-cı il tarixlərdə Avtomobil Təmiri müəssisəsində avtomobil sürücüsü vəzifəsində işləmişdir.
6. Tərtər rayon Dövlət Arxivinin: - “Tərtər rayon Suvarma Sistemləri İdarəsinin əmrlər kitabından ##.##.1999-cu il tarixli 8,§-* nömrəli əmrindən” ##.##.2023-cü il tarixli ** nömrəli, ##.##.2024-cü il tarixli *- **-**RA/*-**/**** nömrəli və ##.##.2025-ci il tarixli 3- **-**RA/*-**/**** nömrəli çıxarışlara əsasən, İddiaçı ##.##.1999-cu il tarixdən tutduğu işdən azad edilmişdir. - ##.##.2024-cü il tarixli, *-**-**RA/*-**/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “Tərtərçay Hidroqovşağı İdarəsinin” əmr kitabları və əmək haqqı sənədləri rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. - ##.##.2024-cü il tarixli, *-**-**RA/*-**/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Suvarma Sistemləri İdarəsinin 1979-cu ilin əmr kitabları rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. “xxxx” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Sutikinti Müəssisəsinin (Avtomobil təmiri Müəssisəsinin) arxiv sənədləri rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. - ##.##.2025-ci il tarixli, 3- **-**RA/*-**/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Suvarma Sistemləri İdarəsinin 1979-cu ilin əmr kitabları, 1989-cu ilə qədər olan əmək haqqı cədvəlləri və 1998-1999-cu illərin əmək haqqı cədvəlləri rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. Mirbəşir rayonlararası İstehsalat Təmir- İstismar Birliyinin arxiv sənədləri rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. - ##.##.2025-ci il tarixli *-**-**RA/*-**/**** nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı 1989-1997-ci illərdə X9 İdarəsində işlədiyi dövrdə 1989-cu ildə 3 ay, 1990-cı ildə 2 ay, 1991-ci ildə 10 ay, 1992-ci ildə 11 ay, 1993-cü ildə 6 ay, 1994-cü ildə 4 ay, 1995-ci ildə 10 ay, 1996 və 1997-ci illərdə isə 12 ay əmək haqqı almışdır. Arayış əmək haqqı cədvəllərinə əsasən yazılmışdır. Qeyd: Əmək haqqı cədvəllərində vətəndaşın soyadı Mextiyev və Mehdiyev kimi yazılmışdır. Qeyd: 1989-cu ilin mart ayından sonrakı əmək haqqı cədvəlləri, 1990-cı ilin fevral ayından sonrakı əmək haqqı cədvəlləri, 1991-ci ilin noyabr, dekabr ayının əmək haqqı cədvəlləri, 1992-ci ilin dekabr ayının əmək haqqı cədvəli, 1993-cü ilin iyul ayından sonrakı əmək haqqı cədvəlləri, 1994-cü ilin may, iyun ayının əmək haqqı cədvəlləri, 1995- ci ilin noyabr, dekabr aylarının əmək haqqı cədvəlləri rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. Qeyd: 1996-cı ilin əmək haqqı cədvəlində verilən əmək haqqının 5-ci ayında qaralama olmuşdur. Qeyd: 1997-ci ilin əmək haqqı cədvəlində verilən əmək haqqının 5-ci ayında qaralama olmuşdur. Qeyd: 1997-ci ilin əmək haqqı cədvəlində verilən əmək haqqının 7-ci ayında qaralam olmuşdur.
7. X6 İdarəsinin: - ##.##.2024-cü il tarixli, ** nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin, Azərbaycan SSR Melorasiya və Su Təsərrüfatı Nazirliyinin İdarə Aparatının baş sxemi barədə ## ###### 1988-ci il tarixli *** nömrəli qərarı və Azərbaycan SSR Melorasiya və Su Təsərrüfatı Nazirliyinin *** nömrəli ## ######## 1988-ci il tarixli əmri əsasında Mirbəşir rayonlararası İstehsalat Təmir-İstismar birliyi Mirbəşir rayonunda yaradılmışdır. İddiaçı bir qrup işçilərlə birlikdə Azərbaycan SSR Melorasiya və Su Təsərrüfatı Nazirliyinin Mirbəşir rayonu Tərtərçay Hidroqovşağı İdarəsindən ## ###### 1988-ci il tarixdə köçürmə qaydasında Mirbəşir rayon İstehsalat Təmir-İstismar birliyinə köçürülmüşlər. İddiaçı Mirbəşir rayon İstehsalat Təmir-İstismar birliyinin ## ###### 1988ci il tarixli * nömrəli əmri ilə Mirbəşir rayon İstehsalat Təmirİstismar birliyində Mühəndis Hidrotexnik vəzifəsində işə başlamışdır. İddiaçı ## ###### 1999-cu il tarixli * nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. X6 İdarəsinin ## ##### 2014-cü il tarixli ** saylı əmrinə əsasən akt tərtib olunaraq 1989-1997-ci illəri əhatə edən əmək haqqı barədə olan sənədlər mühafizə olunması üçün Tərtər rayon Dövlət Arxivinə verilmişdir. Onlarda olan 1998-1999-cu illər üzrə əmək haqqı barədə olan sənədlərdə İddiaçı 1998-ci il yanvar-dekabr aylarinda və 1999-cu il yanvar ayinda 31000 manat əmək haqqı almışdır. - ##.##.1999-cu il tarixli, * nömrəli əmrinə əsasən, İddiaçı X6 İdarəsindən işdən azad olunmuşdur. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin: - ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*-**-*-*** nömrəli məktubuna əlavə edilmiş Avtomobil Təmiri Müəsissəsinin işçilərə mükafat verilməsi barədə ##.##.2003-cü il tarixli 42a/İ nömrəli əmrində 105-ci sırada İddiaçı adı qeyd edilmişdir. Onun barəsində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nəqliyyat və Xüsusi Texnika İdarəsində heç bir məlumat yoxdur.
8. X9 İdarəsinin ##.##.1979-cu il tarixli ** nömrəli əmrindən çıxarışa əsasən, İddiaçı ##.##.1979-cu il tarixdə İncəçay sistemi üzrə mühəndis-hidrotexnika vəzifəsinə təyin edilmişdir. Əmək haqqı smeta cədəli üzrə verilmişdir.
9. Tərtər Hidroqovşağının İstismar İdarəsinin: - ##.##.2025- ci il tarixli, ** nömrəli məktubuna əlavə edilmiş ##.##.2025-ci il tarixli *** nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı Tərtərçay Hidroqovşağının İstismarı İdarəsində işlədiyi 1979-1988-ci dövlər üzrə 1979, 1981, 1982, 1985, 1987 və 1988-ci illərdə əmək haqqı almamış, 1980-ci ildə 8 ay, 1983-cü ildə 11 ay, 1984-cü ildə 12 ay və 1986-cı ildə 12 ay əmək haqqı almışdır. - ##.##.2025-ci il tarixli *** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən əmr 44§* nömrəli əsasla ## #### 1979-cu il tarixində X9 İdarəsi üzrə İncəçay sisteminə mühəndis hidrotexnik vəzifəsinə təyin edilmişdir. - ##.##.2025-ci il tarixli *** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı X9 İdarəsi üzrə ##.##.1979-cu il tarixli ** nömrəli əmrində olduğu kimi İncəçay sistemi üzrə mühəndis-hidrotexnik vəzifəsinə təyin olunması göstərilmişdir. 1979-cu il ərzində verilmiş əmrlər kitabının Gəncə İnzibati Məhkəməsinə göndərilməsi mümkünsüzdür. Bu halda verilən arayış vətəndaşın həqiqətən X9 idarəsində işləməsini təsdiq edir.
Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə ##.##.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1957-ci ildə anadan olmuş, əmək fəaliyyətinə 1979-cu ildən başlamışdır. Belə ki, ##.##.1974-cü ildən ##.##.1979-cu ilədək (4 il 8 ay) X4 Texnikumunda orta ixtisas təhsili almış və orta ixtisas təhsili aldığı aralıq dövrdə, yəni ##.##.1975-ci ildən ##.##.1977-ci ilədək (2 il 1 ay 2 gün) keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. ##.##.1979-cu ildən ##.##.1999-cu ilədək (20 il 5 ay) X6 İdarəsində İncəçay Sistemləri üzrə mühəndis hidrometr vəzifəsində, ##.##.1999-cu ildən ##.##.2006-cı ilədək isə (##.##.2006-cı ilədək 6 il 2 ay 29 gün) Avtomobil Təmiri müəssisəsində (sonralar bu müəssisə əvvəlcə Avtonəqliyyat və Mexanizasiya müəssiəsi, daha sonra isə Nəqliyyat və Xüsusi Texnika İdarəsi adlandırılmışdır) işləmişdir. Qeyd olunan bütün əmək fəaliyyəti əmək arxiv arayışında və hərbi biletdəki müvafiq qeydlərlə və möhürlərlə təsdiq edilmişdir. Beləliklə, əmək kitabçasında, eləcə də arxiv arayışında və hərbi biletindəki olan qeydlərə əsasən o, ##.##.2006-cı ilədək 31 il 3ay 29 gün iş (sıgorta) stajına malikdir. Qeyd olunanları nəzərə alaraq müvafiq təsdiqedici sənədlərin təsdiq edilmiş surətini cavabdehə göndərərək ##.##.2022-ci ildə 65 yaşına çatmağını, ##.##.2006-cı ilədək 31 il 3ay 29 gün iş (sıgorta) stajına malik olmağı nəzərə alınmaqla pensiya hüququnun yarandığı ##.##.2022-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən ərizəsinə cavab olaraq ona göndərilmiş ##.##.2023-cü il tarixli, *-**-*/*-M-******/**** nömrəli məktubda onun sığorta stajının 25 ildən az olması, eyni zamanda ##.##.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı bildirilmiş və bununla da ona yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “##.##.1979-cu il tarixdən ##.##.1988-ci il tarixə kimi Mirbəşir rayon Tərtərçay Hidroqovşaq İdarəsində, ##.##.1988-ci il tarixdən ##.##.1999-cu il tarixə kimi Mirbəşir rayonlararası İstehsalat Təmir-İstismar Birliyində, ##.##.1999-cu il tarixdən ##.##.2006cı il tarixə kimi Avtomobil Təmiri Müəssisəsində işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməklə, hüququnun yarandığı ##.##.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
13. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi ##.##.2024-cü il tarixli, *-**-*/*-******/**** nömrəli etirazın məzmunu ##.##.2023-cü il tarixli, *-**-*/*-M- ******/**** nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil etmişdir.
14. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia qismən təmin edilmiş, İddiaçı ##.##.1979-cu il tarixdən ##.##.1988-ci il tarixə kimi Mirbəşir rayon Tərtərçay Hidroqovşaq İdarəsində, ##.##.1988ci il tarixdən ##.##.1999-cu il tarixə kimi Mirbəşir rayonlararası İstehsalat Təmir-İstismar Birliyində, ##.##.1999-cu il tarixdən ##.##.2006-cı il tarixə kimi Avtomobil Təmiri Müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı ##.##.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, əmək kitabçasının doldurulması işçi tərəfindən deyil, işəgötürən tərəfindən həyata keçirildiyindən onun kiril qrafikalı əlifba ilə doldurulması və möhürlə təsdiqlənməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Əmək kitabçasının düzgün tərtib olunması işəgötürənin məsuliyyət sferasına aiddir. Ona görə həmin hal iddiaçının sosial təminat hüquqlarının pozulmasına səbəb ola bilməz. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixdən ##.##.2006-cı il tarixədək məcburi dövlət sosial sığorta ödənişlərinin olması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ##.##.2006-cı il tarixindən ##.##.2006-cı il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından, həmin dövr onun sosial sığorta stajına daxil edilə bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin məzmunu imtina və iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c)apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.
20. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da gəlməmiş, üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu müraciətin müsbət həllindən imtina edərək onunla əsaslandırmışdır ki, təqdim etdiyi sənədlərin surətlərinə əsasən onun ##.##.1974-cü il tarixdən ##.##.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət və əyani təhsil aldığı illər nəzərə alınmaqla sığorta stajı 4 il 7 ay 27 gün təşkil edir. Həmçinin ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (əmək kitabçasının dublikat olması qeyd edilmədiyindən, 1979-cu ilə aid qeydlər latın qrafikalı əlifba ilə yazıldığından və latın qrafikalı möhürlə təsdiqləndiyindən, eyni zamanda Tərtər rayon Dövlət Arxivinin ##.##.2023-cü il tarixli ** №-li arxiv arayışına əsasən Tərtər rayon Suvarma Sistemləri İdarəsinin 1979-cü il üzrə əmr kitabları arxivə təhvil verilmədiyindən) ##.##.1979-cu il tarixindən ##.##.1999-cu il tarixinədək, həmçinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən ##.##.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün ##.##.1999-cu il tarixindən ##.##.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri sığorta stajına daxil edilməyib.
27. İddiaçı məhkəməyə müraciət edərək, ##.##.1979-cu il tarixdən ##.##.1988-ci il tarixə kimi Mirbəşir rayon Tərtərçay Hidroqovşaq İdarəsində, ##.##.1988-ci il tarixdən ##.##.1999-cu il tarixə kimi Mirbəşir rayonlararası İstehsalat Təmir-İstismar Birliyində, ##.##.1999-cu il tarixdən ##.##.2006-cı il tarixə kimi Avtomobil Təmiri Müəssisəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı ##.##.2022ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmiş, tələb qismən təmin edilmişdir (Bax: hazırki qərarın 14-cü bəndi).
28. Hazırki qərarın 21-ci bəndində qeyd olunan normaların tələblərindən göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 65 yaşının tamam olması və azı 25 il sığorta stajı olması şərtləri ödənməlidir.
29. İddiaçı ##.##.1957-ci il təvəllüdlü olmaqla ##.##.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Həmçinin, onun hərbi xidmətdə olduğu və əyani təhsil aldığı illər də nəzərə alınmaqla 4 il 7 ay 27 gün sığorta stajının olması cavabdeh tərəfindən qəbul edilmiş, ##.##.1979-cu il tarixdən ##.##.1988-ci il tarixə kimi Mirbəşir rayon Tərtərçay Hidroqovşaq İdarəsində, ##.##.1988-ci il tarixdən ##.##.1999-cu il tarixə kimi Mirbəşir rayonlararası İstehsalat Təmir-İstismar Birliyində, ##.##.1999-cu il tarixdən ##.##.2006cı il tarixə kimi Avtomobil Təmiri Müəssisəsində işlədiyi dövrlər mübahisələndirilmişdir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən.
31. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı, həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həmin illər nəzərə alınır.
33. Hazırki iş üzrə iddiaçının ##.##.1979-##.##.1988-ci illərdə Mirbəşir rayon Tərtərçay Hidroqovşaq İdarəsində, ##.##.1988-##.##.1999-cu illərdə Mirbəşir rayonlararası İstehsalat Təmir-İstismar Birliyində, ##.##.1999-##.##.2006-cı illərdə Avtomobil Təmiri Müəssisəsində işləməsi 0199593 əmək kitabçasında aparılan qeydlərlə öz təsdiqini tapır. Belə ki, sözügedən əmək kitabçasında aparılan qeydlərə əsasən İddiaçı ##.##.1979-cu il tarixdən ##.##.1999-cu il tarixədək X9 İdarəsində İncəçay sistemləri üzrə mühəndis hidrometr, ##.##.1999-cu il tarixdən ##.##.2006-cı il tarixədək Avtomobil Təmiri müəssisəsində avtomobil sürücüsü vəzifəsində işləmişdir (səh. 9-10).
34. Cavabdeh imtinasını, hazırki halda isə apellyasiya şikayətini əmək kitabçasında qeyd olunmuş mübahisələndirilən dövrlərin doldurulma qaydasının pozulması, belə ki, əmək kitabçasının dublikat olmasının qeyd edilməməsi, 1979-cu ilə aid qeydlərin latın qrafikalı əlifba ilə yazılması və latın qrafikalı möhürlə təsdiqlənməsi, eyni zamanda Tərtər rayon Dövlət Arxivinin ##.##.2023-cü il tarixli ** №-li arxiv arayışına əsasən Tərtər rayon Suvarma Sistemləri İdarəsinin 1979-cü il üzrə əmr kitablarının arxivə təhvil verilməməsi ilə əsaslandırmışdır.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun doldurulması” Qaydalarının 3.1-ci bəndinə əsasən, əmək kitabçasının doldurulması işəgötürən, bu Qaydaların 3.4-cü bəndi ilə müəyyən edilmiş hallarda isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının dövlət dilində aparılır.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin (Nazirlər Kabinetinin ## ######## 2006-cı il tarixli, *** saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
37. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006- cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X2) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.
38. İşin hallarından göründüyü kimi iddiaçı ##.##.1979-cu il tarixdən ##.##.1988-ci il tarixə kimi Mirbəşir rayon Tərtərçay Hidroqovşaq İdarəsində, ##.##.1988-ci il tarixdən ##.##.1999-cu il tarixə kimi Mirbəşir rayonlararası İstehsalat Təmir-İstismar Birliyində, ##.##.1999-cu il tarixdən ##.##.2006-cı il tarixə kimi Avtomobil Təmiri Müəssisəsində işləməsinə dair əmək kitabçasını təqdim etmiş, cavabdeh orqan 1991-ci ilin dekabr ayında Azərbaycan Respublikasında latın qrafikalı əlifbaya keçid edilməsinə baxmayaraq, 1979-cu ilə aid qeydlərin latın qrafikalı əlifba ilə yazıldığını və latın qrafikalı möhürlə təsdiqləndiyini əsas gətirməklə, həmin dövrü iddiaçının sosial sığorta stajına daxil etməmişdir.
39. Bununla bağlı kollegiya qeyd edir ki, əmək kitabçasının doldurulması işçi tərəfindən deyil, işəgötürən tərəfindən həyata keçirildiyindən onun kiril qrafikalı əlifba ilə doldurulması və möhürlə təsdiqlənməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Əmək kitabçasının düzgün tərtib olunması işəgötürənin məsuliyyət sferasına aiddir. Ona görə həmin hal iddiaçının sosial təminat hüquqlarının pozulmasına səbəb ola bilməz.
40. Tərtər rayon Dövlət Arxivinin “Tərtər rayon Suvarma Sistemləri İdarəsinin əmrlər kitabından ##.##.1999-cu il tarixli 8,§-* nömrəli əmrindən” ##.##.2023-cü il tarixli ** nömrəli, ##.##.2024-cü il tarixli *-**-**RA/*-**/**** nömrəli və ##.##.2025-ci il tarixli *- **-**RA/*-**/**** nömrəli çıxarışlara əsasən, İddiaçı ##.##.1999-cu il tarixdən tutduğu işdən azad edilmişdir.
41. X6 İdarəsinin ##.##.2024-cü il tarixli, ** nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin, Azərbaycan SSR Melorasiya və Su Təsərrüfatı Nazirliyinin İdarə Aparatının baş sxemi barədə ## ###### 1988-ci il tarixli *** nömrəli qərarı və Azərbaycan SSR Melorasiya və Su Təsərrüfatı Nazirliyinin *** nömrəli ## ######## 1988-ci il tarixli əmri əsasında Mirbəşir rayonlararası İstehsalat Təmir-İstismar birliyi Mirbəşir rayonunda yaradılmışdır. İddiaçı bir qrup işçilərlə birlikdə Azərbaycan SSR Melorasiya və Su Təsərrüfatı Nazirliyinin Mirbəşir rayonu Tərtərçay Hidroqovşağı İdarəsindən ## ###### 1988-ci il tarixdə köçürmə qaydasında Mirbəşir rayon İstehsalat Təmir-İstismar birliyinə köçürülmüşlər. İddiaçı Mirbəşir rayon İstehsalat Təmir-İstismar birliyinin ## ###### 1988-ci il tarixli * nömrəli əmri ilə Mirbəşir rayon İstehsalat Təmirİstismar birliyində Mühəndis Hidrotexnik vəzifəsində işə başlamışdır. İddiaçı ## ###### 1999-cu il tarixli * nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. X6 İdarəsinin ## ##### 2014-cü il tarixli ** saylı əmrinə əsasən akt tərtib olunaraq 1989- 1997-ci illəri əhatə edən əmək haqqı barədə olan sənədlər mühafizə olunması üçün Tərtər rayon Dövlət Arxivinə verilmişdir. Onlarda olan 1998-1999-cu illər üzrə əmək haqqı barədə olan sənədlərdə İddiaçı 1998-ci il yanvar-dekabr aylarinda və 1999-cu il yanvar ayinda 31000 manat əmək haqqı almışdır.
42. X3 Sistemlərinin İstismarı İdarəsinin ##.##.2024-cü il tarixli, *** nömrəli məktubu və ona əlavə edilmiş X6 İdarəsinin ##.##.1999-cu il tarixli, * nömrəli əmrindən görünür ki, İddiaçı X6 İdarəsinin ## ###### 1999-cu il tarixli * nömrəli əmri ilə işdən azad olunmuşdur.
43. Göründüyü kimi iddiaçının ##.##.1979-##.##.1988-ci illərdə Mirbəşir rayon Tərtərçay Hidroqovşaq İdarəsində, ##.##.1988-##.##.1999-cu illərdə Mirbəşir rayonlararası İstehsalat Təmir-İstismar Birliyində, ##.##.1999-##.##.2006-cı illərdə Avtomobil Təmiri Müəssisəsində işləməsi halı yuxarıda qeyd olunan sənədlərlə öz təsdiqini tapır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisə olunmayan 4 il 7 ay 27 gün sosial sığorta stajı vardır və mübahisə olunan dövr üzrə ##.##.1979-##.##.2006-cı il tarixlərdə işlədiyi dövrlər nəzərə alındıqda qanunla tələb olunan 25 il sosial sığorta stajı tamamlanmış olur.
45. Beləliklə iddiaçının işlədiyi müəsissələrin fəaliyyətdə olması və mövcudluğu təqdim olunan sənədlərlə öz təsdiqini tapdığından arxiv məlumatının olmaması vətəndaşın ziyanına şərh edilə bilməz. Eyni zamanda əmək kitabçasında aparılan qeydlərin həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
46. İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir və hazırda mübahisələndirilən iş stajına dair birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin olunan hissəsi də həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Həmçinin, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
47. Mötəbərlik prezumpsiyasının tələblərinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələri).
48. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
49. Odur ki, iddianın qismən təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov