Məhkəmə qərarları › İş №2-1(3-7)-274/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-274/2026

03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-274/2026 03.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı (üçüncü şəxs Göygöl rayonu Çaykənd bələdiyyəsi) iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, “mülkiyyət hüququnun qeydə alınması, çıxarışın və plan ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətin müsbət həllindən ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı qanunvericiliyin tələblərinə uyğun olmadığı, Göygöl rayon X3 ##.##.2013-cü il tarixli, ** saylı qərarı və ##.##.2013-cü il tarixli, *** saylı "Torpaqların alqı-satqısına dair Aktının ##.##.2007-ci il tarixindən sonra tərtib edildiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, ərizəyə əlavə edilmiş ##.##.2013-cü il tarixli, *** saylı "Torpaqların alqı-satqısına dair Aktının qeydiyyat nömrəsi ilə Ərazi İdarəsinin arxiv məlumatlarında qeyd edilən qeydiyyat nömrəsi arasında fərq olduğu, həmçinin, faktiki torpaq sahəsinin kompleks yerquruluşu xəritəsinə əsasən bələdiyyə mülkiyyətində aid kənd təsərrüfatı təyinatlı (örüş) torpağına düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

İşdə olan sənədlər:

2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin İddiaçı və digərlərinə satılması nəzərdə tutulan 0.22 ha torpaq sahəsi barədə tərtib olunmuş ##.##.2013-cü il tarixli ** nömrəli rəyindən görünür ki, X3 mülkiyyətində olan fərdi yaşayış evini tikintisi üçün məqsədilə hərrac və ya müsabiqəyə çıxarılan 2200 kv.m və ya 0.22 hektar torpaq sahəsi ilə əlaqədar bildirilir ki, həmin torpaq sahəsi X3 mülkiyyətinə aiddir və alqı-satqı predmeti olmaqla, uqodiyası k/d İ keyfiyyət qrupuna aid olmaqla 100 ballı torpaq sahəsidir. Hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğundur. Həmin yer başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilmişdir. Elektrik, rabitə, nəqliyyat, qaz, sukanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmir.

3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin arayışında qeyd edilmişdir ki, Göygöl rayonu ərazisindən Göygöl rayon X3 ##.##.2013-cü il tarixli ** saylı qərarına əsasən, fərdi yaşayış evi tikintisi üçün İddiaçı 0,10 ha və digərlərinə olmaqla cəmi 0,22 ha həyatyani torpaq sahəsinin ayrılıb alqı-satqı yolu ilə satılması nəzərdə tutulmuşdur. Torpaq sahəsi Daşkəsən-Gədəbəy dağlıq zonasına aiddir. Həmin torpaq sahəsi kənd daxili ərazi aid olmaqla cəmi 0,22 hektardır və normativ qiyməti 0,10 ha üçün 63,59 manat; 0,06 ha üçün 38 manat 33 qəpik olmaqla torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir.

4. ##.##.2013-cü il və ##.##.2013-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı X3 hesabına 960 və 242 manat pul ödəmişdir.

5. Göygöl rayonu X3 ##.##.2013-cü il tarixli, ** saylı qərarına əsasən, X3 ərazisində yaşayış yeri üzrə 5 ildən yuxarı qeydiyyatı olan İddiaçı 0.10 ha və digərlərinə fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq alqı-satqısı "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" əsasnamənin 10-cu bəndində müəyyən edilmiş qaydada ayrıldığının nəzərə alınması, torpaq sahəsinin satılması qərara alınmışdır.

6. ##.##.2013-cü il tarixli Torpaqların alqı-satqısına dair aktda qeyd edilmişdir ki, İddiaçı tərəfindən Göygöl rayon Yeni Zod bələdiyyə orqanına torpaq sahəsi almaq barədə müraciət edilmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və İddiaçı Yeni Zod bələdiyyə ərazisindən 0.10 ha torpaq sahəsinin satılması barədə ##.##.2013-cü il tarixli, ** saylı qərar qəbul edilmişdir.

7. AN 477371, 50802018000146 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, həmin sənəd Göygöl rayon X3 ##.##.2013-cü il tarixli ** saylı qərarına əsasən, İddiaçı fərdi yaşayış evi tikmək üçün satılmış Göygöl rayon X3 ərazisində yerləşən 1000 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş və X2 kitabında ##.##.2014-cü il tarixdə 1020 nömrəsi ilə uçota alınmışdır.

8. cavabdeh1n * saylı Gəncə Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*- ****/**** nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: - İddia olunaraq naturada təqdim olunan 1000 kv.m torpaq sahəsinin 805.67 kv.m hissəsi Göygöl rayonu, Yeni Zod kəndində yerləşən Göygöl rayon X3 ##.##.2013-cü il tarixli, ** nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış torpaq sahəsinə dair tərtib olunmuş A ****** nömrəli plan və ölçü sənədində göstərilən 1000 kv.m torpaq sahəsinin 805.67 kv.m hissəsi ilə üst-üstə düşür. - Naturada təqdim olunan və eləcə də A ****** nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahələri, torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemi və AZCAD məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olaraq göstərilmişdir. - Naturada təqdim olunan və eləcə də A ****** nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahələri elektron kadastr məlumat bazasına istinadən başqa şəxslərin mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmadı. - Naturada təqdim olunan torpaq sahəsi üzərində və hava məkanında komunikasiya xətləri müşahidə olunmadı. Elektron kadastr məlumat bazasına istinadən torpaq sahəsinin mühafizə və qorunma zonalarında yerləşmə halı aşkarlanmadı.

9. Göygöl rayon Yeni Zod kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ##.##.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı Göygöl rayonun Yeni Zod kəndində 1990-cı il tarixdən qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır.

10. cavabdeh1 * saylı Gəncə Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*- *****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, elektron baza məlumatlarına əsasən ************** saylı torpaq sahəsi plan və ölçü sənədinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir.

11. Göygöl rayon Çaykənd bələdiyyəsinin ##.##.2025-ci il tarixli, *** nömrəli məktubunda qeyd edilmişdir ki, Göygöl (keçmış Xanlar) rayonu Çaykənd bələdiyyəsinin Yeni Zod kənd ərazisindən İddiaçı alqı-satqı olunmuş 0.10 hektar həyətyanı torpaq sahəsi barədə verilmiş olan ##.##.2013-cü il tarixli ** nömrəli qərarı hal-hazırda qüvvədədir.

12. cavabdeh1 * saylı Gəncə Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*- ***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, inzibati iş üzrə verilmiş mütəxəssis rəyinə əsasən naturada təqdim olunan 0.10 ha və ************** nömrəli plan və ölçü sənədində göstərilən 0.10 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş sahəsidir.

Birinci instansiya məhkəməsində icraat:

13. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Yeni Zod kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayonu X3 ##.##.2013-cü il tarixli, ** nömrəli qərarı ilə ona fərdi yaşayış evi tikmək məqsədilə 0.10 ha torpaq sahəsinin satılması qərara alınmış, bunun müqabilində həmin torpaq sahəsi üçün nəzərdə tutulmuş 1202 manat haqq bələdiyyənin hesabına ödənilmişdir. Həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin Göygöl rayon şöbəsinin müvafiq rəyi və arayışı, Torpaqların Alqı-Satqısına dair akt, bələdiyyənin yerquruluşu planından çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Sözügedən torpaq sahəsi həmin vaxtdan bu yana onun istifadəsindədir.

15. Gəncə İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə Göygöl rayon Yeni Zod bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

16. İddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iş üzrə Göygöl rayonu, Yeni Zod kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, çıxarışın və plan ölçü sənədinin verilməsini, həmçinin üçüncü şəxs qismində işə cəlb olunmuş Göygöl rayonu, X3 Çaykənd bələdiyyəsi ilə əvəz olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

17. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə cavabdeh qismində iştirak edən cavabdeh1n * saylı Gəncə Ərazi İdarəsi hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 ilə əvəz olunmuşdur.

18. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddia təmin edilmişdir.

19. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, hazırkı iş üzrə bələdiyyə tərəfindən qanunvericiliyin əvvəlki normasına əsasən, torpaqların alqısatqısına dair aktın tərtib edilməsi iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını istisna edən hal kimi çıxış etməməlidir. Bundan başqa cavabdeh imtinasında torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin ##.##.2013-cü il tarixli * saylı rəyində torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla satılması nəzərdə tutulan kənd daxili torpaq sahəsi olduğu qeyd edilmişdir. Bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi ayrıldığı vaxtda da kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kimi mövcud olması halı öz təsdiqini tapdığından, qanunvericilik normasının tələbinə əsasən kənd təsərrüfatı təyinatlı, örüş torpaq sahəsi alqı-satqı predmeti ola bilmədiyindən, xüsusi mülkiyyətə verilə bilmədiyindən, sözügedən torpaq sahəsi iddiaçının adına qanunvericiliyin tələblərinə uyğun ayrılmamışdır.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

22. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasını, iddiaçının vəkili (nümayəndəsi) isə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

24. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə uyğun olaraq inzibati işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

26. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

29. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.

30. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə:

1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. İş materialları ilə müəyyən olunur ki, iddiaçı Göygöl rayonu Yeni Zod bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və bələdiyyə ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin satılması barədə ##.##.2013-cü il tarixli, ** nömrəli qərar qəbul edilmiş, İddiaçı adına həmin torpaq sahəsi ilə bağlı AN 477371, 50802018000146 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, X2 kitabında ##.##.2014-cü il tarixdə 1020 nömrəsi ilə uçota alınmışdır.

34. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmiş, iddiaçının tələbi birinci instansiya məhkəməsi tərəfindən əsaslı hesab olunmuşdur.

35. Cavabdehin imtinası və hazırki halda apellyasiya şikayətinin dəlili mübahisəli torpaq sahəsinə dair sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmaması, belə ki, Göygöl rayon X3 ##.##.2013-cü il tarixli, ** nömrəli qərarı və ##.##.2013-cü il tarixli, *** saylı "Torpaqların alqı-satqısına dair aktın ##.##.2007-ci il tarixindən sonra tərtib edilməsi, ##.##.2013-cü il tarixli, *** saylı "Torpaqların alqı-satqısına dair” aktın qeydiyyat nömrəsi ilə Ərazi İdarəsinin arxiv məlumatlarında qeyd edilən qeydiyyat nömrəsi arasında fərq olması, həmçinin faktiki torpaq sahəsinin kompleks yerquruluşu xəritəsinə əsasən bələdiyyə mülkiyyətində aid kənd təsərrüfatı təyinatlı (örüş) torpağına düşməsi olmuşdur.

36. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Yuxarıda həmin qanunun müvafiq maddələri sadalanmışdır.

37. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi Göygöl rayonu X3 ##.##.2013-cü il tarixli, ** nömrəli qərarına əsasən iddiaçı İddiaçı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun satılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, yuxarıda qeyd olunan maddi normalara əsasən bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.

39. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilər.

40. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1. maddəsinə əsasən həyətyanı məqsədi üçün satılmışdır.

41. Belə ki, iş materiallarında olan Göygöl rayonu X3 ##.##.2013-cü il tarixli, ** nömrəli qərarına əsasən, X3 ərazisində yaşayış yeri üzrə 5 ildən yuxarı qeydiyyatı olan İddiaçı 0.10 ha fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 10-cu bəndində müəyyən edilmiş qaydada ayrıldığının nəzərə alınması, torpaq sahəsinin satılması qərara alınmışdır.

42. Göygöl rayon Yeni Zod kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ##.##.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı Göygöl rayonun Yeni Zod kəndində 1990-cı il tarixdən qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyənin müvafiq qərarı ilə torpaq sahəsinin satılması qanunvericiliyin tələblərinə zidd olan hal deyildir. Həmçinin bu hal Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz.

44. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il ## #### tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

46. cavabdeh1n * saylı Gəncə Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*- ****/**** nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, naturada təqdim olunan və eləcə də A ****** nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahələri, torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemi və AZCAD məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olaraq göstərilmişdir. Naturada təqdim olunan və eləcə də A ****** nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahələri elektron kadastr məlumat bazasına istinadən başqa şəxslərin mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmadı. Naturada təqdim olunan torpaq sahəsi üzərində və hava məkanında komunikasiya xətləri müşahidə olunmadı. Elektron kadastr məlumat bazasına istinadən torpaq sahəsinin mühafizə və qorunma zonalarında yerləşmə halı aşkarlanmadı.

47. Göründüyü kimi iddiaçının faktiki istifadəsində 0,10 ha torpaq sahəsi vardır, həmin sahə bələdiyyənin mülkiyyətindədir, üçüncü şəxslərin sahələri ilə üst-üstə düşmə halı yoxdur, iddiaçı da faktiki ölçülər üzrə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması xahiş etmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

49. Göygöl rayon Çaykənd bələdiyyəsinin ##.##.2025-ci il tarixli, *** nömrəli məktubunda qeyd edilmişdir ki, Göygöl (keçmış Xanlar) rayonu Çaykənd bələdiyyəsinin Yeni Zod kənd ərazisindən İddiaçı alqı-satqı olunmuş 0.10 hektar həyətyanı torpaq sahəsi barədə verilmiş olan ##.##.2013-cü il tarixli ** nömrəli qərarı hal-hazırda qüvvədədir.

50. Apellyasiya şikayətinin “mübahisələndirilən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olması” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin ##.##.2013-cü il tarixli * nömrəli rəyində torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla satılması nəzərdə tutulan kənd daxili torpaq sahəsi olduğu qeyd edilmişdir. Bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir.

51. Belə olan halda torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Göygöl rayon şöbəsi tərəfindən verildiyindən və torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, həmin torpağın örüş sahəsi olması halı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz.

52. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir. Hazırki işdə belə əsaslar mövcud deyildir.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar