Məhkəmə qərarları › İş №2-1(3-7)-275/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-275/2026

19.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-275/2026 19.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı X6 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınması Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı X6 nümayəndəsi X1 və Cavabdehn nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh (üçüncü şəxs üçüncü şəxs1 MMC və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-**/**** nömrəli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları 1. 2.

3. Gəncə Inzibati Məhkəməsinin ##.##.2020-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından görünür ki, X1 iddiası təmin edilərək, Tovuz Rayon Icra Hakimiyyəti Başçısının X1 197.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə ## ##### 2014-cü il tarixli, ** nömrəli sərəncamı 167 ha torpaq sahəsinin icarəyə verilməsi hissəsində etibarsız sayılmışdır.

4. Məhkəmə sorğusuna “X3 Təchizatı və Satışı Idarəsi”-nin X10 ##.##.2023-cü il tarixli, */**** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Tovuz rayonu ərzisində yerləşən “Ceyrançöl” və İddiaçı X6 ayrılmış torpaq sahəsinin hava məkanından keçən 1976-cı ildə çəkilmiş 35/6 kV-luq Günəşli y/st-dan çıxan 6 kV-luq Ceyrançöl hava xəttidir. 5.

6. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı X6 ##.##.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, əvvəlki dövlət qeydiyyat nömrəsi “72”, hazırki dövlət qeydiyyat nömrəsi (VÖEN) “**********”xxxx“Məhdud Məsuliyyətli Cəmiyyət”, hüquqi ünvanı “Tovuz rayonu, Ceyrançöl”, qanuni təmsilçi “X1”-dur.

7. Məhkəmə sorğusuna ** saylı Ərazi Vergilər Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*- **/*-******/**** nömrəli cavab məktubund qeyd edilmişdir ki, vergi orqanının uçot məlumat bazasına əsasən İddiaçı X6 (VÖEN **********) rəhbəri X1r və hal-hazırda təsərrüfatın fəaliyyəti aktivdir.

8. Məhkəmənin müvafiq qərardadına əsasən Cavabdehn ** saylı Tovuz Ərazi Idarəsi tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki:- -Gədəbəy Rayon X5 tərəfindən ##.##.1995-ci il tarixli, ** nömrəli qərar ilə İddiaçı X6 ayrılmış 57.0 ha torpaq sahəsi elektron baza məlumatlarında öz əksini tapmamışdır, lakin faktiki istifdə vəziyyətinə görə həmin torpaq sahəsi dövlət mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı qış otlaq sahəsidir. -Elektron baza məlumatlarına əsasən həmin torpaq sahəsi üzərində başqa şəxsin və ya orqanların hüquqlarının dövlət reyestrində qeydiyyata alınmamışdır. -Həmin torpaq sahəsinin şimal hissəsindən Un 500 kV gərginlikli elektrik xətti keçir və elektrik xəttinin mühafizə zolağına düşür.Digər obyektlərin mühafizəsinə düşmür. -Qeydə alınması nəzərdə tutulan 57.0 ha torpaq sahəsi baza məlumatlarına əsasən hər hansı digər şəxslərin hüquqlarına toxunmur. -Faktiki istifadə edilən torpaq sahəsinin daxilində hər hansı bir tikili mövcud deyildir. -İddiaçı X6 faktiki istifadə etdiyi (naturada təqdim etdiyi) torpaq sahəsinin konfiqurasiyası torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktında qeyd edilən torpaq sahəsinin cizgisinə (xəritəsinə) qismən uyğun gəlir, lakin Dövlət aktında göstərilən cizginin (xəritəsinin) koordinatları olmadığından torpaq sahəsinin həmin cizginin hüdudları daxilində yerləşib-yerləşməməsini təyin etmək mümkün olmamışdır. -Dövlət aktında torpaq sahəsi 57.0 ha göstərilmişdir, lakin faktiki istifadə isə 56.8 ha-dır. -Rəyin tərtib edilməsi zamanı “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına istinad edilmişdir. 9.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. Tələb onunla əsaslandırılmışdır ki, o, Tovuz rayonunda yerləşən “Ağamalı" kəndli (fermer) təsərrüfatının təsisçisidir. Təsisçisi olduğu sahəsi (57 ha) olan “Ağamalı" KFT 1995-ci ildə Gədəbəy rayon XDS Icraiyyə Komitəsinin qərarı ilə yaradılmışdır. Ümumi sahəsi 57 ha olan “Ağamalı" kəndli (fermer) təsərrüfatı Gədəbəy rayonu X5 ## ####### 1995-ci il tarixli, ** saylı qərarı ilə B № ****** saylı “Torpağa mülkiyyət, sahiblik və daimi istifadədə hüququna dair Dövlət Aktı" ilə sənədləşdirilmişdir. O vaxtdan bəri həmin fermer təsərrüfatı onun istifadəsindədir. Orada öz vəsaiti hesabına enerji və suvarma üçün nasos quraşdırmışdır. Hazırda həmin torpaq sahəsində əkinçilik və maldarlıq-qoyunçuluqla məşğul olur. Hazırda isə qanunun tələb etdiyi tərzdə sözügedən fermer təsərrüfatının torpaq sahəsinə dair dövlət aktının reyestrdən çıxarışla əvəz olunması zərurəti yaranmışdır. Bununla bağlı dəfələrlə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi Idarəsinə müraciətləri olmuşdur. Lakin bununla bağlı məsələ həll olunmamış qalmaqdadır.

14. Gəncə Inzibati Məhkəməsinin eyni tarixli qərardadı ilə iş üzrə iddiaçı X1 əsl iddiaçı İddiaçı X6 ilə əvəz edilmişdir.

15. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, ##.##.2025-ci il tarixli qərardadı ilə isə üçüncü şəxs1 MMC adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

16. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda qeyd edilmişdir ki, iddia predmeti olan torpaq sahəsi örüş torpaqlarına aid olduğundan yalnız icarə əsasında istifadəyə verilə bilər, bununla əlaqədar olaraq iddianı rədd edilməsi xahiş edilir.

17. Iddiaçı İddiaçı X6 rəhbəri X1 iddia tələbininin dəqiləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh üçüncü şəxs2 tabeliyində Cavabdeh ilə əvəz edilməsini və БN №****** nömrəli Dövlət aktında qeyd edilmiş və onun faktiki istifadəsində olan 56,8 ha torpaq sahəsinə istifadə hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

18. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı X6 rəhbəri X1 iddia tələbini müdafiə edərək, qeyd olunan mübahisəli torpaq sahəsinin onun istifadəsində olduğunu, həmin torpaq sahəsinə Dövlət aktına əsasən istifadə hüququnun tanınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

19. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, təmsil etdiyi inzibati orqanın imtinasının tam əsaslı olduğunu bildirərək iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

20. Gəncə Inzibati Məhkəməsinin (hakim L.Əliyeva) ##.##.2026-cı il tarixli, *-*(***)- **/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, JБN №****** nömrəli Dövlət aktında qeyd edilmiş və İddiaçı X6 faktiki istifadəsində olan 56,8 ha torpaq sahəsinə istifadə hüququnun qeydə alınması öhdəliyinin cavabdeh üçüncü şəxs2 tabeliyində Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.

21. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsi iddiaçıya səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq qərar əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. Nəzərə almaq mütləqdir ki, həmin dövrdə qüvvədə olmuş torpaq qanunvericiliyinə əsasən, torpaqların daimi istifadəyə verilməsi ilə bağlı münasibətlərin müqavilə ilə rəsmiləşdirilməsi tələb olunmurdu, bunun üçün müvafiq icra hakimiyyəti orqanının torpağın daimi istifadəyə verilməsinə dair qərarı kifayət edirdi. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Yekun olaraq məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh orqanın iddiaçının tələbinə münasibətdə imtinası əsassız olmuş və qanunvericiliyin tələbləri gözlənilmədən və tətbiq edilmədən onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-**/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə “Inzibati icraat haqqında” Qanunun 2.0.10-cu maddəsinin tələblərinin pozulmasına yol verərək nəzərə almamışdır ki, İddiaçı X6 daimi istifadə hüququna dair tərtib edilmiş, “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” № ****** saylı dövlət aktında 57.0 ha torpaq sahəsinin 26.0 hektarı əkin, 16.0 ha örüş və 15.0 ha hissəsi isə sair sahələr kimi göstərilmişdir. Dövlət aktı barədə Ərazi Idarəsində hər hansı bir məlumat mövcud olmamış, həmin ərazilər TEKUIS məlumat bazasında kənd təsərrüfatı təyinatlı örüş sahəsi kimi göstərilmişdir. MMC tərəfindən əldə edilmiş ilkin torpaqayırma sənədlərində (Gədəbəy XDS-nin ##.##.1995-ci il tarixli, ** nömrəli qərarında, torpaq sahəsinə aid yerqurluşu planında və digər) torpaq sahəsinin 46.0 hektarının suvarılan əkin, 6.0 ha örüş, 5.0 ha kənd təsərrüfatına yararsız olması göstərilmişdir. Lakin dövlət aktında həmin rəqəmlər pozularaq təsdiq edilmədən düzəliş aparılaraq əkin 26.0 ha, örüş 16.0 ha və sair torpaq 15 ha göstərilmişdir. Gədəbəy XDS-nin ##.##.1995-ci il tarixli, ** nömrəli qərarında göstərilən göstəricilərin əsas kimi qəbul edilməsi daha məqsədəmüvafiqdir. TEKUIS məlumatlarında 57.0 ha torpaq sahəsi bütövlükdə örüş kimi göstərilmişdir. Müayinə zamanı məlum olmuşdur ki, torpaq sahəsinin bir hissəsindən əkin kimi istifadə olunur. Torpaq sahəsi bitişik ərazidən yüksək gərginlikli elektrik xətləri keçir. “X4 Layihə Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş hesabatlarda 57.0 ha torpaq sahəsinin bonitet balı 52 keyfiyyət qrupu III göstərilmişdir. Həmin torpaq sahəsi Tovuz RIHB-nin ##.##.2014-cü il tarixli, ** nömrəli sərəncamı ilə İddiaçı X6 təsisçisi X1 özünə icarəyə verilmişdir. Həmçinin, məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinin pozulmasına yol verərək nəzərə almamışdır ki, Ərazi Idarəsi göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlanılmış və məlum olmuşdur ki, “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə” hüququna dair Dövlət Aktı” elektron bazada (DBF və DWG) mövcud deyildir. Gədəbəy Rayon Xalq Deputatları Sovet tərəfindən ##.##.1995-ci il tarixli, ** nömrəli qərar ilə İddiaçı X6 ayrılmış 57.0 ha torpaq sahəsi elektron baza məlumatlarında öz əksini tapmamışdır. Lakin faktiki istifadə vəziyyətinə görə həmin torpaq sahəsi dövlət mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı qış otlaq sahəsidir. Dövlət mülkiyyətində olan qış otlaq sahəsi qanunverciliyə əsasən yalnız icarəyə verilməsi nəzərdə tutulmuşdur. Belə ki, İddiaçı X6 torpaq ayrılan zaman qüvvədə olmuş (hal-hazırda qüvvədən düşmüş) ***-XI nömrəli, ## ###### 1991-ci il tarixli Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 15-ci maddəsinə əsasən torpaqdan müvəqqəti istifadə qısa müddətli - üç ilədək və uzun müddətli - on ilədək ola bilərdi. Köçəri qoyunçuluq üçün kolxozların, sovxozların, kəndli təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsinə qış və yay otlaq sahələri 15 ilədək müddətə verilə bilər. Istehsalat zərurəti olduqda bu müddətlər müvafiq surətdə ilkin istifadə müddətlərindən çox olmayan dövrədək uzadıla bilər. Həmin maddəyə əsasən müvəqqəti istifadə üçün torpaq sahələri vətəndaşlara, kolxozlara, sovxozlara, kooperativlərə, kəndli (fermer) təsərrüfatlarına, müəssisələrə, idarələrə və təşkilatlara kənd təsərrüfatı ilə məşğul olmaq, layihə, axtarış və müvəqqəti tikinti işlərinin aparılması, icarə, bostançılıq, ot çalını, mal-qara otarılması üçün və xidməti pay torpaqları şəklində verilir. Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 50.2-ci maddəsinə əsasən müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, kimlərə verilməsi qeyd olunmuşdur. Həmin maddədə torpaq sahələrinin Fermer Təsərrüfatlarına ayrılması nəzərə tutulmamışdır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Məhkəmə göstərilən maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsi ancaq icarəyə verilə bilərdi, lakin bununla bağlı heç bir müqavilə təqdim edilmədiyindən torpaq sahəsinə dair hüququn dövlət qeydiyyatına alınması mümkün deyildir. Məhkəmə nəzərə almamışdır ki, hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. Qanunvericilikdəndə göründüyü kimi Ərazi Idarəsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, qərarı icra edən inzibati orqan olaraq Ərazi Idarəsi daşınmaz əmlaklara dair mülkiyyət hüquqlarının tanınmasını qanunla verilmiş səlahiyyətlər daxilində həyata keçirir. Cavabdehn ** saylı Tovuz Ərazi Idarəsi qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Daşınmaz əmlaka, o cümlədən torpağa mülkiyyət hüququ və onunla bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmişdir. Məhkəmə tərəfindən iddiaçı İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin ** saylı Tovuz Ərazi Idarəsinə qarşı istifadə hüququnun qeydə alınması tələbinə dair iş üzrə sözügən torpaq sahəsi dövlət mülkiyyəti olduğundan üçüncü şəxs2 prosessə cəlb etməmişdir. Məhkəmə qərarı təqdim edilən sənədlər və daxili inamına əsas gətirərək qərar qəbul etmişdir, dövlət aktı elektron bazada və arxov qovluğunda olmadığından əvvəl yaranmış hüquq kimi qiymətlndirilməsi mümkün deyildir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini və Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-**/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq normaları

27. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 25. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Maddə 13. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

28. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

3. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il ####un #-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X15 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X15 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə.

31. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş Cavabdehn Nizamnaməsi: 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKRin vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”: (Qüvvədən düşmüşdür).

6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.

7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”: 1.4. Bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. 2.2. Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə izolyasiyasız naqilli hava elektrik verilişi xətləri üçün aşağıdakı kimi müəyyən edilir: 2.2.6. 330-500 kV-luq hava elektrik verilişi xətləri üçün – 30 metr.

34. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

35. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

36. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

37. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

38. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

39. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

40. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

41. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

42. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

43. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

44. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

45. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

46. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Işin məhkəmələr tərəfindən araşdırılan hallarından bəlli olur ki, Gədəbəy rayon X5 ##.##.1995-ci il tarixli, ** nömrəli qərarı ilə Rayon təsərrüfatlararası heyvandarlıq sənaye birliyinin üzvünün ərizəsi nəzərə alınaraq İddiaçı kəndli (fermer) təsərrüfatı yaradılmış və Rayon təsərrüfatlararası heyvandarlıq sənaye birliyinin əmək kollektivi şurasının ## ##### 1995-ci il tarixli, ** saylı qərarı, rayon Torpaq şöbəsinin ## #### 1995-ci il tarixli, *** saylı rəyi nəzərə alınaraq Rayon təsərrüfatlararası heyvandarlıq sənaye birliyinə Ceyrançöldə olan suvarılan torpaq sahəsindən 57 hektar, o cümlədən 47 hektar suvarılan əkin torpaq sahəsindən, 6 hektar örüş, 5 hektar kənd təsərrüfatı üçün yararsız sair torpaq sahəsi İddiaçı kəndli (fermer) təsərrüfatına verilmişdir. Daha sonra, Gədəbəy rayon X5 ##.##.1995-ci il tarixli, ** nömrəli qərarı ilə Təsərrüfatlararası heyvandarlıq sənaye birliyinin Ceyrançöldə olan ərazisindən cizgidə göstərilən sərhəd daxilində kənd təsərüfatı məhsulları bolluğu yaratmaq üçün İddiaçı kəndli (fermer) təsərrüfatının daimi istifadəsinə verilmiş 57.0 ha torpaq sahəsi ilə bağlı “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüquqlarına dair” B ****** nömrəli Dövlət aktı verilmişdir. Hazırda həmin torpaq sahəsi İddiaçı X6 faktik sahiblik və istifadəsindədir.

50. Iddiaçı qeyd olunan torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Iddiaçı isə cavabdehin imtinasını məhkəmədə mübahisələndirmişdir.

51. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı yuxarıda qeyd edilən aktlara əsasən ona verilmiş 56,8 ha torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ona çıxarışın verilməsidir.

52. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

53. Həmin Məcəllənin Maddə 139-1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

54. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və 8.0.5-ci maddəsinə əsasən 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

55. Göründüyü kimi, qanunvericilikdə təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.

56. Məhkəmə kollegiyası bildirir ki, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmişdir ki, hazırda baxılan işdə hüquqların dövlət qeydiyyatından imtina edilməsi üçün bu əsaslar yoxdur.

58. Odur ki, 1995-ci ildə torpaq sahəsinin 46 hektarı əkin, 6 hektarı örüş, 5 hektarı isə sair torpaq kimi ayrılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin TEKUIS məlumatlarında bütövlükdə örüş kimi göstərilməsi barədə verilən mütəxəssis rəyi əsaslı hesab edilə bilməz. Həmçinin cavabdeh inzibati orqanın bu dəlilə əsaslanmaqla hüquqların qeydiyyatından imtinası əsaslı sayıla bilməz.

59. Həmçinin nəzərə alınmalıdır ki, həmin dövrdə qüvvədə olmuş torpaq qanunvericiliyinə əsasən, torpaqların daimi istifadəyə verilməsi ilə bağlı münasibətlərin müqavilə ilə rəsmiləşdirilməsi tələb olunmurdu, bunun üçün müvafiq icra hakimiyyəti orqanının torpağın daimi istifadəyə verilməsinə dair qərarı kifayət edirdi. Belə münasibətlər isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından deyil, Mülki Məcəllənin 139-1 və həmin Qanunun 8, 10 və 12-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2016-cı il tarixli “ “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının # ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” plenum qərarı).

60. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

61. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbuledən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

62. Eyni zamanda iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyi ilə müəyyən olunur ki, Gədəbəy Rayon X5 tərəfindən ##.##.1995-ci il tarixli, ** nömrəli qərar ilə İddiaçı X6 ayrılmış 57.0 ha torpaq sahəsi elektron baza məlumatlarında öz əksini tapmamışdır, lakin faktiki istifdə vəziyyətinə görə həmin torpaq sahəsi dövlət mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı qış otlaq sahəsidir. Elektron baza məlumatlarına əsasən həmin torpaq sahəsi üzərində başqa şəxsin və ya orqanların hüquqlarının dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin torpaq sahəsinin şimal hissəsindən Un 500 kV gərginlikli elektrik xətti keçir və elektrik xəttinin mühafizə zolağına düşür.Digər obyektlərin mühafizəsinə düşmür. Qeydə alınması nəzərdə tutulan 57.0 ha torpaq sahəsi baza məlumatlarına əsasən hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Faktiki istifadə edilən torpaq sahəsinin daxilində hər hansı bir tikili mövcud deyildir. İddiaçı X6 faktiki istifadə etdiyi (naturada təqdim etdiyi) torpaq sahəsinin konfiqurasiyası torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktında qeyd edilən torpaq sahəsinin cizgisinə (xəritəsinə) qismən uyğun gəlir, lakin Dövlət aktında göstərilən cizginin (xəritəsinin) koordinatları olmadığından torpaq sahəsinin həmin cizginin hüdudları daxilində yerləşib-yerləşməməsini təyin etmək mümkün olmamışdır. Dövlət aktında torpaq sahəsi 57.0 ha göstərilmişdir, lakin faktiki istifadə isə 56.8 ha-dır. Rəyin tərtib edilməsi zamanı “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına istinad edilmişdir.

63. Nəzərə almaq lazımdır ki, sözügedən torpaq sahəsi ayrıldığı vaxtdan bu yana mübahisəsiz olaraq iddiaçının faktiki istifadəsindədir. Hazırda da həmin torpaq sahəsinin hərhansı subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədlərdəki torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır.

64. Həmçinin, məhkəmə sorğusuna Cavabdehn ** saylı Tovuz Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, 3-21-3-37/2- ****/**** nömrəli cavab məktubund qeyd edilmişdir ki, torpaq sahəsinin daxilindən və ya yaxınlığından Un 500 kV elektrik xətti keçmir.

65. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin bir hissəsinin elektrik şəbəkəsinin mühafizə zonasına düşməsi halında belə qeydiyyatdan imtinaya əsas ola bilməz. Belə ki, hazırki qərarın 32 və 33-cü bəndlərindən göründüyü kimi elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrində binaların layihələşdirilməsi və tikintisi zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməlidir. Başqa sözlə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Belə ki, iddiaçıya ayrılmış torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi ona məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Eyni ilə, torpaq sahəsinə hüququn qeydə alınması - bunun üçün əsaslar yarandığı halda, istinad edilən normanın tətbiqi imkanını aradan qaldırmır.

66. Digər tərəfdən, üçüncü şəxs1nın İddiaçı X6 başçısına ünvanlanan ##.##.2024cü il tarixli məktubu ilə müəyyən edilir ki, Mərkəzin arxivində B-****** nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı"nın tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri mövcuddur.

67. Belə olan halda İddiaçı X6 ayrılmış 57.0 ha torpaq sahəsinin elektron baza məlumatlarında öz əksini tapmaması iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatların elektron bazaya işlənməsi bu sahədə müvafiq səlahiyyətli qurumların vəzifəsi olmuşdur ki, hazırda həmin məlumatların elektron bazada mövcud olmaması iddiaçını həmin torpaq sahəsi ilə bağlı hüquqlarının realizəsinə maneə kimi qiymətləndirilməməlidir.

68. Göründüyü kimi, iddiaçının üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – yerli icra hakimiyyəti orqanının qərarı əsasında ayrılmışdır, həmin qərar və həmin qərar əsasında verilmiş dövlət aktı hazırda qüvvədədir. Iddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsindən təyinatına uyğun istifadə etmişdir.

69. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.

70. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin yuxarıda münasibət bildirilməyən dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir.

71. Belə ki cavabdeh şikayətində sözügedən torpaq sahəsinin Tovuz RIHB-nin ##.##.2014-cü il tarixli, ** nömrəli sərəncamı ilə İddiaçı X6 təsisçisi X1 özünə icarəyə verildiyini qeyd etmişdir.

72. Həmin dəlilə münasibətdə qeyd edilir ki, sözügedən sərəncam Gəncə Inzibati Məhkəməsinin ##.##.2020-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə etibarsız sayılmışdır. Hazırda cavabdehin həmin dəlilə istinad etməsi əsaslı sayıla bilməz.

73. Həmçinin sözügən torpaq sahəsi dövlət mülkiyyəti olduğundan üçüncü şəxs2 prosesə cəlb edilməməsi ilə bağlı dəlilə münasibətdə qeyd edilir ki, sözügedən orqan birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir ki, bu da cavabdehin həmin dəlilinin də əsaslı olmadığının əyani sübutudur.

74. Məhkəmə kollegiyası inzibati orqanın apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, şikayətdə qeyd olunan həmin dəlillər işin yuxarıda sadalanan və əsaslandırılan halları ilə təkzib olunur.

75. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçının istifadə hüququnun qeyd alınmasını istədiyi 56.8 ha torpaq sahəsi üzərində onun istifadə hüququnun qeydə alınmasını istisna edən hallar mövcud deyil. Ona görə də məhkəmə kollegiyası, iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.

76. Odur ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh edilənlərə hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib edildiyindən təmin edilməməli və bu iş üzrə qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır.

77. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar