Məhkəmə qərarları › İş №2-1(3-7)-28/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-28/2026

18.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-28/2026 18.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma; qanunun dərc edilməsi və qüvvəyə minməsi; maddi və prosessual hüquq normaları; qanunların zamana görə tətbiqi və kolliziyası Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi vəkil1 iştirakı ilə, Işin halları

4. ##.##.2025-ci il tarixli raportdan görünür ki, İddiaçı raportuna əsasən vəsatət qaldırılmışdır.

6. Azərbaycan Tibb Universitetinin ##.##.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 2021-ci ildə Anesteziologiya və reanimatologiya ixtisası üzrə Azərbaycan Tibb Universitetinin (Hərbi Tibb Fakültəsi) rezidenturasına qəbul edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirinin ## ###### 2024-cü il tarixli, 3-28/3-1- ***/**** №-li əmrinə əsasən ona Anesteziologiya və reanimatologiya ixtisası üzrə "həkim-mütəxəssis" ali peşə-ixtisas dərəcəsi verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, onun ##.##.2025-ci il tarixli raportuna əsasən, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2008-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakultəsinə daxil olmuşdur. Təhsil müddətinin (6 ilin) 4 ilini mülki tələbə kimi oxumuşdur. 2012-ci il tarixindən təhsilini Hərbi tibb fakültəsində kursant kimi davam etdirmişdir. ##.##.2014-cü ildən R rütbəsini almış, zabit kimi Silahlı Qüvvələrdə xidmət etmişdir. ##.##.2024-cü il tarixdə onun zabit kimi xidmətinin 10 ili başa çatmışdır. Hazırda N nömrəli hərbi hissədə, Anesteziologiya və intensiv terapiya bölməsinin ordinatoru vəzifəsində xidmət edir. Bu vəzifəyə 2025ci ilin yanvar ayından təyinat almışdır. O, ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-ci maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə hərbi hissə komandirinin tibb hissə üzrə müavini-tibb hissəsinin rəisininin adına raport yazaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) əsasən ordu sıralarından həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportunun yazılmasının üzərindən xeyli müddət keçməsinə baxmayaraq hərbi hissə komandiri tərəfindən cavab yazılmamışdır. Iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmamağının gecikdirilmisini qanunsuz və əsassız hesab edir. Belə ki, bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bütün hərbi hissələrindən, o cümlədən X3 hərbi hissələrindən zabitlərin ehtiyata buraxılması müntəzəm olaraq həyata keçirilir. Iddiaçı hesab edir ki, onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hüququ kobud şəkildə pozulmuşdur. Iddiaçı 2025-ci ilin yanvar ayından etibaran Kəlbəcərdə yerləşən hərbi hissədə yaşayır. Xidməti üzrə yaşayış yeri Kəlbəcər rayonu olduğundan hazırki iddianı Gəncə Inzibati Məhkəməsində qaldırmışdır.

9. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı məhkəməyə etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçı İddiaçı ## ###### 2025-ci il tarixdə ehtiyata buraxılması ilə əlaqədar yuxarı komandanlığa müraciət etmiş lakin müsbət cavab almadığından Gəncə Inzibati Məhkəməsinə müraciət etmiş, onun iddia ərizəsi ##.##.2025-ci il tarixdə məhkəmədə qeydiyyata alınmışdır. Iddiaçı İddiaçı ## #### 2012-ci il tarixdən təhsilini Azərbaycan Tibb Universitetinin Herbi Tibb fakultəsində kursant kimi davam etdirmiş, ## #### 2014-cü il tarixdən Azərbaycan Ordusu sıralarında N nömrəli hərbi hissənin Tibb məntəqəsində məntəqə həkimi vəzifəsində R hərbi rütbəsində xidmətə başlamış və rezidentura təhsilinə qədər ordu sıralarında zabit kimi xidmətdə olmuşdur. Bundan sonra iddiaçı İddiaçı ## ####### 2021-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və ## ###### 2025-ci il tarixdə təhsilini bitirərək müvafiq əmrə əsasən, N nömrəli hərbi hissənin Anesteziologiya və intensiv terapiya bölməsinin ordinatoru vəzifəsinə təyin edilərək xidmətini davam etdirmiş və hal-hazırki tarixədək xidmətini davam etdirir. Iddiaçı iddia ərizəsində ##.##.2014cü il tarixdən R hərbi rütbəsində Azərbaycan Ordusunda xidmətə başladığını və ##.##.2024-cü il tarixdə onun 10 il zabit kimi xidməti olduğunu göstərək ## ###### 2025-ci il tarixdə ehtiyata buraxılması üçün komandanlığa müraciət etməsini qeyd etmiş, lakin sonradan müraciətindən xeyli müddət keçməsinə baxmayaraq heç bir tədbir görülmədiyindən məhkəməyə müraciət etməsini göstərmişdir. Bildirilir ki, "Hərbi qulluqçuların statusu haqqında", Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında ## ###### 2023-cü il tarixdə dəyişiklik edilmiş və ## ###### 2024-cü il tarixdə qüvvəyə minmiş, belə ki, həmin Qanununun 2.4.2-ci yarımbəndinə "Qeyd" hissəsi əlavə edilmiş və orada "Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin "j" bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir." göstərilmişdir. Yəni, iddiaçı İddiaçı ## ####### 2021-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və ## ###### 2025-ci il tarixdə təhsilini bitirmiş buda onu göstərir ki, iddiaçı 3 il 3 ay 18 gün müddətində rezidentura təhsildə olmuş və onun 10 il zabit kimi Azərbaycan Ordusunda xidməti olmamış, belə ki, onun hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 6 il 10 ay təşkil edir və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciəti əsassızdır belə ki, onun 10 il zabit kimi Azərbaycan Ordusundan tərxis olunması hüququnu əldə etməmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı qərar qıbul edilməsi xahiş edilmişdir.

10. Iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış mülahizədən görünür ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında hərbi həkim-zabit kimi 11 (on) il 4 ay müddətində fasiləsiz və vicdanla hərbi xidmət keçmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununun və "Hərbi qulluqçuların xidmət keçməsi haqqında Əsasnamə"nin müvafiq müddəalarına (maddə 15, maddə 156) əsasən, hərbi qulluq stajının 10 il (5 il) tamam olması ilə əlaqədar onun ehtiyata buraxılma hüququ qanunla təsbit olunmuşdur. "Hərbi qulluqçuların xidmət keçməsi haqqında Əsasnamə"nin 15-ci maddəsinə əsasən 5 il xidməti ilə əlaqədar onun ehtiyyata buraxılmağı üçün hüququ 2019-cu il tarixdə yaranmışdır. 2025ci ilin yanvar tarixində ehtiyyata buraxılmağı ilə bağlı cavabdehə müraciət etmişdir. Həmin müraciəti olmuş, lakin həmin raport əsassız olaraq təmin edilməmişdir. Cavabdehin istinad etdiyi hərbi dövr ərzində rezidenturada təhsil aldığı dövrün hərbi staj müddətinə aid edilməməsi barədə arqumentlərə qarşı bildirilmişdir ki, o, xidmətə və rezidentura təhsilinə başladığı, hətta təhsilini bitirdiyi dövrdə qanunvericilkdə staja hansı dövrün aid edilibedilməməsi barədə düzəlişlər mövcud olmamışdır. Ona münasibətdə qanundakı dəyişikliklərin tətbiq edilməsi yolverilməzdir. Qeyd olunan hallar hərbi xidmətdən könüllü şəkildə ehtiyyata buraxılma hüququnun həyata keçirilməsinə, sosial təminat, qanunvericilikdə ağırlaşmaların geriyə şamil edilməməsi və bərabərlik prinsiplərinə ziddir. Beləliklə, onun xidmətə və rezidenturaya başladığı, rezidentura təhsilini bitirdiyi tarixdə qüvvədə olan Əsasnamənin 15-ci maddəsinə əsasən, 5 illik xidmət müddətini tamamlamış zabitlərə ehtiyata buraxılma imkanı verilirdi. Həmin müddəa onun xeyrinə tətbiq edilməli, sonradan qüvvəyə minmiş yeni qaydalar isə ona geriyə şamil edilməməlidir. Bundan başqa əvvəlki "Hərbi qulluqçuların xidmət keçməsi haqqında Əsasnamə"nin 156 maddəsinin j bəndinə əsasən iddiaçı 10 il xidmətdən sonra ehtiyyata buraxıla bilərdi. Həmin 10 il müddət yeni qanunvericiklə dəyişdirilməmişdir. Dəyişiklik təhsillə bağlı hissədir ki, həmin təhsil müddətini 2021-ci il tarixdə başa vurub xidmətinə davam etmişdir. Iddiaçı hesab edir ki, hər bir halda qanunvericilikdə olan dəyişikliklərlə bağlı məhdudiyyət ona aid edilə bilməz.

12. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin j) bəndində əsasən, öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh həvalə edilməsi qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, iddiaçının ## ####### 2021-ci il tarixdən ## ###### 2024-cü il tarixdək təhsil aldığı müddət onun hərbi xidmət illərinə daxil edilməlidir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əlavə edilən norma onun qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, 2024-cü il # ######ından sonrakı təhsil müddətlərinə münasibətdə tətbiq edilməlidir. Həmçinin qeyd olunur ki, həmin təhsil müddəti 1 ildən çox olduğu halda hərbi xidmət müddətinə daxil edilə bilməz. Iddiaçının 2024-cü il ######ın #-dən sonraya münasibətdə təhsili ## ###### 2025-ci il tarixədək, yəni 1 ildən çox davam etmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, qeyd olunan müddət hərbi xidmət illərinə daxil edilməməlidir. Iddiaçı təhsilini bitirdikdən sonra ##.##.2025-ci il tarixdən N nömrəli hərbi hissədə Anesteziologiya və intensiv terapiya bölməsinin ordinatoru vəzifəsində hərbi xidmətini davam etdirir. Qeyd olunan dövr də hərbi xidmət illərinə daxil edildikdə müəyyən olunur ki, iddiaçı İddiaçı 10 ildən artıqdır ki, zabit kimi həqiqi hərbi xidmətdədir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, başqa hərbi qulluqçulara münasibətdə təhsil müddətinin hərbi xidmət müddətində daxil edilməklə qanunvericilikdə tələb olunan müddətin tamam olması əsası ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması, iddiaçının isə təhsil müddətinin onun hərbi xidmət illərinə daxil edilməyərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasından imtina edilməsi ayrı-seçkilik hesab edilir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarını ləğv edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti birinci instansiya məhkəməsindəki icraat zamanı təqdim edilmiş iddiaya dair etirazın dəlilləri ilə əsaslandırılmış, həmçinin əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli məsələyə münasibətdə analoji işlə Naxçıvan Inzibati Məhkəməsində iddiaçı Səttarzadə islam Etibar oğlunun cavabdeh Cavabdeh qarşı "onun ##.##.2025-ci il tarixli raportuna əsasən ‘‘Hərbi xidmət keçmə haqqında’’ Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair inzibati işə baxılmış və məhkəmənin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. X4 Məhkəməsində iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "onun ##.##.2025-ci il tarixli raportuna əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair inzibati işə baxılmış və məhkəmənin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bundan başqa Bakı Inzibati Məhkəməsində analoji işlə əlaqədar iddiaçıların iddia tələbləri təmin edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Iddiaçının nümayəndəsi vəkil vəkil1 apellyasiya şikayətinə dair etiraz təqdim edərək Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, müvəkkili İddiaçı ## ####### 2021-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və ## ###### 2025-ci il tarixdə təhsilini bitirirərək yenidən müvafiq əmrə əsasən, N nömrəli hərbi hissənin Anesteziologiya və intensiv terapiya bölməsinin ordinatoru vəzifəsinə təyin edilərək xidmətini davam etdirmişdir. Xüsusilə qeyd etmək istəyir ki, müvəkkili İddiaçı 2021-ci il tarixdə rezidanturaya qəbul olduğu zaman "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə, "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunun 2.4.2-ci yarımbəndinə "Qeyd" hissəsi mövcud olmamış, buna görə də yarımbəndin “Qeyd” hissəsində əks olunan müddəa iddiaçı İddiaçı tətbiq edilməməlidir. Çünki həmin müddəa iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran hal hesab edilir. Belə ki, bu müddəanin iddiaçıya tətbiq edilməsi onun “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə ehtiyata buraxılması hüququnu məhdudlaşdıran hal hesab olunur. Iddiaçının rezidentura təhsilinə başladığı dövrdə rezidentura təhsili müddətinin hərbi xidmət müddətinə daxil edilməməsini nəzərdə tutan hər hansı bir norma mövcud olmadığından iddiaçı öz “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndində nəzərdə tutulan hüququndan istifadəni məhz normativ bazaya uyğun həyata keçirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin, iddiaçıya həmin Qanunun 2.4.2-ci yarımbəndinə "Qeyd" hissəsi tətbiq edildiyi halda belə, yəni iddiaçının ## ####### 2021-ci il tarixdən ## ###### 2025-ci il tarixədək rezidentura təhsili aldığı dövrdə, həmin Qanunun 2.4.2-ci yarımbəndinin "Qeyd" hissəsinin qüvvəyə mindiyi tarixdən (2024-cü il ######ın #-dən) sonrakı müddət onun hərbi xidmət dövrünə aid edilməsə belə, iddiaçı İddiaçı hərbi xidmət dövrü ##.##.2014-cü il tarixdən ## ###### 2024-cü il tarixədək 9 il 6 ay 8 gün təşkil edir. Həmçinin ## ###### 2024-cü il tarixdən (“Qeyd” hissəsi qanuni qüvvəyə mindiyi gündən) ## ###### 2025-ci il tarixədək (iddiaçının rezidentura təhsilini bitirdiyi tarixədək) olan müddət hərbi xidmət dövrünə aid edilmədikdə və həmçinin ## ###### 2025-ci il tarixdən ## ####### 2025-ci il tarixədək (birinci instansiya məhkəməsinin qanuni qüvvəyə mindiyi günədək) 9 ay 14 gün nəzərə alındıqda, iddiaçının ümumi hərbi xidmət müddəti 10 il 3 ay 22 gün təşkil edərək o, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə ehtiyata buraxılma hüququnu əldə edir. Bunu da nəzərə almaq lazımdır ki, iddiaçı İddiaçı rezidentura təhsilini hərbi xidmətdən yayınmaq və ya şəxsi maraqlar üçün deyil, məhz ixtisaslaşmış kadr kimi formalaşma məqsədi güdmüşdür. Bütün bunlardan əlavə iddiaçı İddiaçı rezidentura təhsili aldığı dövrdə hərbi qulluqçu statusunu itirməmiş, rezidentura təhsilini bitirdikdən sonra dərhal sonra N nömrəli hərbi hissənin “Anesteziologiya və intensiv terapiya” bölməsinin ordinatoru vəzifəsinə təyin edilərək hərbi xidmətini davam etdirmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının rezidentura təhsilini aldığı dövr, həmin dövrün yarısından daha çox hissəsinin ümumiyyətlə "Hərbi qulluqçuların statusu haqqında”, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə, "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunun 2.4.2-ci yarımbəndinə "Qeyd" hissəsi mövcud olmadığı müddətə düşməsi nəzərə alınmadan, işin faktiki və xüsusi halları nəzərə alınmadan qanunun maddəsinə formal yanaşaraq əsassız olaraq apellyasiya şikayəti verilmişdir. Buna görə də hesab edir ki, Gəncə Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsinə heç bir səbəb və qanuni əsaslar yoxdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Iddiaçı İddiaçı nümayəndəsi vəkil vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 98. Azərbaycan Respublikası Milli Məclisinin aktlarının qüvvəyə minməsi Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. Maddə 149. Normativ hüquqi aktlar İ. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. II. Referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. III. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. IV. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. VIII. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir.

20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə 85. Normativ hüquqi aktların qüvvəyə minməsi 85.1. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 85.2. X2 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X1 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

21. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 18. Həqiqi hərbi qulluqçuların hərbi xidmətdən buraxılmaq hüququ Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində on illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər.

22. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27. Hərbi xidmət vəzifələrinin icrası 27.1. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.1.7. ezamiyyətdə olarkən; 27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.1.9. toplanışlar keçərkən; 27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; 27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); 27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; 27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; 27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; Maddə 37. Həqiqi hərbi xidmətin başlanğıcı və sonu 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.3. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün; 37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün. Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. 40.3. Zabitlər, Rlər və Rlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (-) 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Qanunun 41.0.9-cu maddəsində nəzərdə tutulmuş müddətə daxil edilmir.

23. Azərbaycan Respublikasının 1997-ci il # ####### tarixli, ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

15. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: (-) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər;

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il ## ###### tarixli *** nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili” Qaydaları: 1.3. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 1.3.1. rezidentura - tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkimmütəxəssis hazırlığının forması; 3.2. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla müvafiq təhsil proqramları ilə müəyyən edilir. 4.1. Rezidenturada təhsil əyani formada həyata keçirilir.

25. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” ## ###### 2023-cü il, 1074 VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət Informasiya Agentliyinin (AZƏRTACın) rəsmi internet saytı (Dərc olunma tarixi: ##.##.2024), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: ##.##.2024, Nəşr nömrəsi: 35), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: ##.##.2024, Nəşr nömrəsi: 2, Maddə nömrəsi: 137): Maddə 1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin: 1.2. 18-ci maddənin 1-ci hissəsinin ikinci abzasında “beş” sözü “on” sözü ilə əvəz edilsin. Maddə 2. Azərbaycan Respublikasının 1997-ci il # ####### tarixli ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 2.2. 15-ci maddənin birinci hissəsinin səkkizinci abzasında “5” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin və həmin abzasa “etmiş” sözündən sonra “kadr” sözü əlavə edilsin; 2.4. 156-cı maddə üzrə: 2.4.1. birinci hissənin “j” bəndinə “etmiş” sözündən sonra “kadr” sözü əlavə edilsin; 2.4.2. aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin: “Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir.” Maddə 4. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin: 4.1. 39.1.2-ci maddədə “45” rəqəmləri “48” rəqəmləri ilə əvəz edilsin; 4.2. 41-ci maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin: “Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Qanunun 41.0.9-cu maddəsində nəzərdə tutulmuş müddətə daxil edilmir.”; Maddə 6. Bu Qanun 2024-cü il ######ın #-dən qüvvəyə minir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

26. IPM-in 2.2.2. Inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

27. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

28. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

29. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

30. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

31. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

32. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

33. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

34. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

35. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməməlidir.

38. Işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.2014-cü il tarixli, **** nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin tibb məntəqəsinin həkimi vəzifəsinə təyin edilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş, daha sonra 3-cü Ordu korpusu komandirinin ## ###### 2016-cı il tarixli, *** nömrəli əmri ilə hərbi hissənin tibb məntəqəsinin rəisi vəzifəsinə, Müdafiə nazirinin İ müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ## ####### 2016-cı il tarixli, **** nömrəli əmri ilə N nömrəli hərbi hissənin divizionunun həkim fizioloqu vəzifəsinə, Müdafiə nazirinin İ müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ## #### 2020-ci il tarixli, **** nömrəli əmri ilə N nömrəli hərbi hissənin tibb xidməti rəisi vəzifəsinə təyin edilmiş, həmçinin ##.##.2021-ci il tarixdən ##.##.2025-ci il tarixədək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində “Anesteziologiya və reanimatologiya” ixtisası üzrə rezidenturada əyani təhsil almış və Azərbaycan Respublikası Səhiyyə nazirinin ##.##.2024-cü il tarixli, *-**/*-*-***/**** nömrəli əmrinə əsasən ona Anesteziologiya və reanimatologiya ixtisası üzrə həkimmütəxəssis ali peşə ixtisas dərəcəsi verilmiş, həmçinin Azərbaycan Respublikası Müdafiə nazirinin ## ###### 2025-ci il tarixli, *** nömrəli əmri ilə N nömrəli hərbi hissənin Anesteziologiya və intensiv terapiya bölməsinin ordinatoru vəzifəsinə təyin edilmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” ## ###### 2023-cü il, 1074 VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (bundan sonra - Dəyişikliklər haqqında Qanun) qanunvericilikdə bir sıra yeni tənzimləmələr həyata keçirilmiş, o cümlədən təsbit edilmişdir ki, zabitlərin həqiqi hərbi xidmət dövründə rezidentura səviyyəsi üzrə əyani təhsilalma müddəti kadr zabitinin vaxtından əvvəl öz arzusu ilə ehtiyata buraxılması üçün təqvim hesabı ilə 10 il müddətinə daxil edilmir (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0.9-cu maddəsi və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzası və 156-cı maddəsinin “j” bəndinə edilmiş dəyişikliklər).

40. Məhkəmə kollegiyası nəzərə alır ki, qanunverici dövlətin kadr zabitlərinin hazırlanması üçün çəkdiyi xərcləri və hərbi həkimlərə olan ehtiyacı nəzərə alaraq, kadrların təhsilini bitirdikdən sonra qısa müddətdə xidməti tərk etməsinin qarşısını almaq məqsədilə bu imtiyaz üçün xüsusi hesablanma qaydası müəyyən etmişdir. Bununla bağlı edilmiş dəyişikliklər ordunun komplektləşdirilməsinin proqnozlaşdırılması, kadr potensialından səmərəli istifadə olunması və s. kimi legitim məqsədlərə xidmət edir.

41. Lakin, məhkəmə kollegiyası vurğulayır ki, hüquqi müəyyənlik prinsipi vətəndaşın öz qərarlarını və davranışlarını (o cümlədən, hərbi xidmətdən tərxis olunma anını) qüvvədə olan qanunvericiliyə uyğunlaşdırmaq və proqnozlaşdırmaq hüququnu təmin edir. Dəyişikliklər haqqında Qanun həkim-kadr zabitinin vaxtından əvvəl öz arzusu ilə ehtiyata buraxılması üçün əvvəlki tənzimləmələrlə müqayisədə ağırlaşdırıcı şərtlər müəyyən etmişdir.

42. Buna görə də, məhkəmə kollegiyası Dəyişikliklər haqqında Qanunun qüvvəyə minmə tarixini Qanun özündə göstərildiyi # ###### 2024-cü il tarixdə, yoxsa Qanunun dərc edildiyi ## ###### 2024-cü il tarixində qüvvəyə minməsi və tətbiq olunması məsələsini qiymətləndirməlidir. Bu məsələyə hüquqi qiymət verərkən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII və VIII hissələrinin tələblərini və Ali Məhkəmənin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeni rəhbər tutaraq hesab edir ki, Konstitusiyanın 149cu maddəsinin VIII hissəsinə əsasən iddiaçı onun hüquqi vəziyyətini ağırlaşdıran şərtlər müəyyən edən hələ dərc edilməmiş bir qanunun tələblərinə cavab verməyə məcbur edilə bilməz. "# ###### 2024-cü il" qüvvəyə minmə tarixi Qanunun mətnində yer alsa belə, Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə əsasən ağırlaşdıran şərtlər müəyyən edən qanunun geriyə şamil olunmaması qadağası hər cür adi qanundan ali hüquqi qüvvəyə malikdir. Şəxsin hüquqi vəziyyətini ağırlaşdıran hər hansı normativ akt, mətnində özündən əvvəlki bir tarixi ehtiva etsə belə, keçmişə şamil oluna bilməz. Buna görə də, ## ###### 2024-cü il tarixdə dərc olunan və vətəndaşın vəziyyətini ağırlaşdıran qanunun, yalnız mətnindəki # ###### 2024-cü il tarixinə istinad edilərək, (geriyə) tətbiq edilməsi Konstitusiyanın imperativ tələblərinə ziddir. Buna görə də, Dəyişikliklər haqqında Qanun kadr zabitinin vaxtından əvvəl öz arzusu ilə ehtiyata buraxılması üçün müəyyən etdiyi dəyişikliklər ## ###### 2024-cü il dərc olunduğu tarixdən qüvvəyə minir və həmin tarixdən tətbiq olunmalıdır.

43. Hazırkı işdə, iddiaçının əsas dəlili ondan ibarətdir ki, rezidenturada təhsil aldığı müddətin (##.##.2021-ci il tarixdən ##.##.2025-ci il tarixədək) öz arzusu ilə ehtiyata buraxılması üçün 10 il hərbi xidmət dövrünə daxil edilməməsi barədə norma təhsil alınarkən qanunvericilikdə mövcud olmamışdır və qanunvericilikdə edilmiş sonrakı dəyişikliklərin ona tətbiq edilməsi şəxsin hüquqi vəziyyətini ağırlaşdıran qanunun geriyə şamil edilməməsi qadağasını pozur.

44. Mövcud kolliziyanın həlli üçün məhkəmə kollegiyası müəyyən etməlidir ki, Dəyişikliklər haqqında Qanunda öz arzusu ilə ehtiyata buraxılmasını istəyən kadr zabitinin əyani təhsilalma müddətinin 10 il xidmət müddətinə daxil edilməməsi ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklər maddi, yoxsa prosessual hüquq normasıdır. Buna uyğun olaraq, qanunların zamana görə tətbiqi və kolliziyası məsələsi həll edilməlidir.

45. Maddi hüquq normaları hüquq münasibətlərinin məzmununu müəyyən edən, şəxslərin hüquq və vəzifələrinin yaranması, dəyişməsi və ya xitam verilməsi əsaslarını təsbit edən normalardır. Bu normalar hüquq subyektlərinin konkret hüquq və vəzifələri ilə bağlı hüquqi vəziyyətinin mahiyyətini müəyyən edir. Hüquqi müəyyənlik prinsipinə əsasən, maddi hüquq normaları, bir qayda olaraq, onların qüvvəyə mindiyi tarixdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq olunur və geriyə şamil edilmir.

46. Prosessual hüquq normaları isə hüquqların həyata keçirilməsi və müdafiəsi qaydasını, eləcə də müvafiq məsələlərə baxılmasının prosedurunu müəyyən edən normalardır. Bu normalar hüquq və vəzifələrin məzmununu müəyyən etmir, əksinə həmin hüquqların tanınması qaydasını, səlahiyyətli orqanların fəaliyyət prosedurunu və qərar qəbul etmə mexanizmini tənzimləyir. Prosessual normalar, bir qayda olaraq, "dərhal tətbiqetmə" xüsusiyyətinə malikdir və icraatın aparıldığı zaman qüvvədə olan qanunvericilik əsas götürülür.

47. Göründüyü kimi, əyani təhsilalma müddətinin kadr zabitinin vaxtından əvvəl öz arzusu ilə ehtiyata buraxılması üçün təqvim hesabı ilə 10 il müddətinə daxil edilməməsi ilə bağlı dəyişiklik maddi xarakterli hüquq normalarına edilmiş dəyişiklik olmuşdur, ona görə bu dəyişiklik qüvvəyə mindiyi tarixdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq olunur və geriyə şamil edilmir. ## ###### 2024-cü il tarixinə qədər mövcud olmuş hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.

48. Bundan əlavə, məhkəmə kollegiyası qanunların zamana görə tətbiqi və kolliziyası ilə bağlı qeyd edir ki, belə kolliziyaların həlli üçün hüquqda iki əsas prinsip qəbul olunmuşdur. Birinci prinsip – yeni qanunun geriyə qüvvəsinin olmaması prinsipidir. Bu prinsipə görə, qanun yalnız gələcək üçün müəyyən edilir və onun heç bir geriyə qüvvəsi yoxdur. Bu o deməkdir ki, yeni qanun onun qüvvəyə minməsindən əvvəl baş vermiş və artıq başa çatmış hüquqi vəziyyətlərə tətbiq edilə bilməz və yalnız qüvvəyə mindikdən sonrakı hallara şamil olunur. Bununla belə, bu prinsipin müəyyən istisnaları mövcuddur. Belə ki, qanunverici açıq şəkildə qanunun geriyə qüvvəyə malik olduğunu müəyyən edə bilər (yəni, qanunverici xüsusi olaraq qeyd edir ki, bu qanun keçmiş tarixdən etibarən tətbiq ediləcək); şəxsin vəziyyətini yüngülləşdirən qanunlar geriyə tətbiq oluna bilər (əsasən cinayət qanunlarına aiddir); həmçinin şərhedici qanunlar əvvəlki qanunun məzmununu aydınlaşdırmaq məqsədilə qəbul olunduğundan, həmin qanunun qüvvəyə mindiyi tarixə qədər geriyə tətbiq olunurlar.

49. Ikinci prinsip – yeni qanunun dərhal tətbiqi prinsipidir. Bu prinsipə əsasən, yeni qanun qüvvəyə mindiyi andan etibarən yeni yaranan vəziyyətlərə tətbiq edilir. Bəs keçmişdə yaranmış, amma hələ də davam edən vəziyyətlər necə tənzimlənir? Bu baxımdan, hüquqi vəziyyətlərin zaman daxilində strukturunun düzgün müəyyən edilməsi zəruridir. Hüquqi vəziyyətlər yalnız yaranma anı ilə məhdudlaşmır, əksinə, müəyyən müddət ərzində davam edərək müxtəlif hüquqi nəticələr doğura bilər. Bu səbəbdən, hüquqi vəziyyətin yaranması ilə onun gələcək təsirlərinin fərqləndirilməsi əsaslı hüquqi qiymətləndirmə üçün vacibdir. Keçmişdə yaranmış hüquqi vəziyyətlər iki əsas kateqoriyaya bölünür: qeyri-müqavilə xarakterli hüquqi vəziyyətlər və müqavilə vəziyyətləri.

50. Müqavilə xarakterli hüquqi vəziyyətlərdə yeni qanun qüvvəyə mindikdən sonra bağlanan müqavilələrə dərhal tətbiq olunsa da, əvvəlki qanunvericilik dövründə bağlanmış və hələ də qüvvədə olan müqavilələrin gələcək təsirləri köhnə qanunla tənzimlənməkdə davam edir. Bu yanaşma tərəflərin müqavilə bağlayarkən mövcud qanunvericiliyə əsaslanaraq formalaşdırdıqları iradənin və gözləntilərin qorunmasına yönəlmişdir. Beləliklə, müqavilə münasibətlərində hüquqi sabitlik prioritet təşkil edir. Yeni qanun bu müqaviləyə daxil olub onu dəyişə bilməz (ictimai maraqlar bunu tələb etmirsə).

51. Digər tərəfdən, qeyri-müqavilə xarakterli hüquqi vəziyyətlərdə fərqli hüquqi rejim tətbiq edilir. Yeni qanun bu vəziyyətlərin gələcək təsirlərinə dərhal tətbiq olunur. Əgər qanun dəyişməmişdən əvvəl bir hüquqi status yaranıbsa, keçmişdə baş vermiş təsirlər köhnə qanunla tənzimlənir (çünki geriyə qüvvə yoxdur), lakin yeni qanun çıxdıqdan sonra bu statusun yaradacağı yeni (gələcək) nəticələr mütləq şəkildə yeni qanuna tabe olur.

52. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən prinsiplərdən çıxış edərək belə nəticəyə gəlmək olar ki, keçmişdə yaranmış hüquqi vəziyyətlər və onların artıq baş vermiş təsirləri köhnə qanunvericiliklə tənzimlənir, lakin yeni qanun qüvvəyə mindikdən sonra yaranan yeni hüquqi vəziyyətlərə, eləcə də davam edən qeyri-müqavilə xarakterli vəziyyətlərin gələcək təsirlərinə yeni qanun tətbiq edilməlidir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin hallarına tətbiq etdikdə, yeni qanunun (maddi hüquq normalarına dəyişiklik etdiyi nəzərə alınaraq və yeni qanunun dərhal tətbiqi prinsipinə əsasən) zaman baxımından tətbiqi qaydası belə müəyyən edilməlidir: əgər şəxs yeni qanunun rəsmi dərc edildiyi ## ###### 2024-cü ilə qədər həmin tarixədək qüvvədə olan köhnə qanunun şərtlərini (10 illik hərbi xidmət müddətini) tam ödəyirsə, hüquqi statusunun yaratdığı nəticədən yararlana bilər. Əgər həmin tarixədək ödəmirsə (faktiki tərkib hələ tamamlanmayıbsa), statusunun gələcəkdə yaratdığı nəticələr (təsirlər) yeni qanunla tənzimlənir.

54. Bu meyarlara əsasən hazırkı işlə bağlı məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçı zabitlərin həqiqi hərbi xidmətinə ##.##.2014-cü il tarixdə qəbul edilmişdir. Əgər qanunvericilik dəyişməsəydi belə, onun vaxtından əvvəl öz arzusu ilə ehtiyata buraxılması üçün tələb olunan 10 illik xidmət müddəti yalnız ##.##.2024-cü il tarixində tamamlanacaqdı. Yəni, iddiaçı ağırlaşdırıcı şərtlər müəyyən edən yeni qanunun (Dəyişikliklər haqqında Qanunun) qüvvəyə mindiyi ## ###### 2024-cü il tarixinə qədər qüvvədə olan əvvəlki qanunvericiliyin şərtlərini hələ tam ödəməmişdi, həmin vaxt onun xidmət müddəti 10 ildən az idi və müvafiq olaraq bu imtiyazdan istifadə etmək hüququ yaranmamışdır.

55. ## ###### 2024-cü il tarixdən sonra qüvvədə olan Dəyişikliklər haqqında Qanuna əsasən iddiaçıya münasibətdə onun rezidenturada əyani təhsil aldığı müddət zabit heyəti vəzifələrində tələb olunan 10 illik xidmət müddətinə daxil edilmir. Belə olan halda iddiaçının müraciət etdiyi vaxt onun rezidenturada təhsil aldığı müddət çıxıldıqda zabit heyəti vəzifələrində xidmət müddəti təqvim hesabı ilə 10 ildən azdır və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0.9-cu maddəsi və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzası və 156-cı maddəsinin “j” bəndinin ## ###### 2024-cü ildən qüvvədə olan redaksiyasına uyğun olaraq iddiaçının tələbinin təmin edilməsi mümkün deyil.

56. Iddiaçı apellyasiya şikayətinə etirazında qeyd edir ki əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz.

57. Məhkəmə kollegiyası nəzərə alır ki, qazanılmış hüquq prinsipinə görə, şəxsin qanunvericiliyə müvafiq qaydada əvvəllər əldə etdiyi hüquqlar sonradan əvəzsiz olaraq ləğv edilə bilməz. Lakin bu müdafiədən yararlanmaq üçün həmin hüquq müvafiq yurisdiksiya daxilində tam olaraq yaranmalı və qazanılmalıdır. Işin hallarına "qazanılmış hüquq" konsepsiyası baxımdan yanaşdıqda qeyd edilməlidir ki, ## ###### 2024-cü il tarixinədək iddiaçının "qazanılmış hüququ" formalaşmalaşmamışdır, yəni öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq üçün iddiaçının zabit kimi 10 illik hərbi xidmət müddəti tamamlanmamışdır. Onu da qeyd etmək lazımdır ki, yeni qanunun hələ tamamlanmamış və davam edən hüquq münasibətlərinə dərhal tətbiqi Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinin pozuntusu deyil və bu halda qanunun əsassız olaraq geriyə şamil edilməsindən bəhs oluna bilməz.

58. Iddiaçı birinci instansiya məhkəməsindəki icraat zamanı cavabdehin etirazına münasibətdə təqdim etdiyi etiraz ərizəsində qeyd edir ki, rezidentura təhsili aldığı dövrdə faktiki olaraq hərbi xidmətdə qalmağa davam etmiş, Müdafiə Nazirliyinin tabeliyində olan tibb məntəqəsində həkim kimi xidmət etmiş, üzərinə düşən tədrisdən kənar bütün öhdəliklərini və vəzifələrini yerinə yetirmişdir, həmçinin təhsil aldığı müddətdə ona növbəti hərbi rütbənin verilməsi də onu göstərir ki, bu dövr fəal hərbi xidmətlə paralel aparılıb və hüquqi baxımdan da xidmət stajının davamı olub, odur ki, cavabdehin eyni dövrü öz arzusu ilə tərxis olunma üçün hərbi xidmət dövrü kimi qəbul etməməsi ziddiyyətli yanaşmadır.

59. Məhkəmə kollegiyası bu mülahizəni də əsassız sayır. Belə ki, Dəyişikliklər haqqında Qanun ilə qanunvericilikdə edilmiş dəyişikliklər iddiaçının rezidentura təhsili müddətini onun ümumi həqiqi hərbi xidmət müddətindən silməmişdir. O, həmin dövrdə hərbi xidmətdə olmuş sayılır və məhz buna görə qanuni olaraq əməkhaqqı, rütbə artımı almışdır (bu hüquqlar etibarlıdır və ləğv edilmir). Lakin yeni qanunla gətirilən məhdudiyyət fərqli bir məqsəd daşıyır və yalnız konkret bir imtiyaza aiddir: kadr zabitinin öz arzusu ilə ehtiyata buraxılması. Digər hallara, yəni rütbə artımı və s. aid edilməmişdir. Qanunverici kadr zabitlərinin hazırlanması üçün çəkdiyi xərcləri və hərbi həkimlərə olan ehtiyacı nəzərə alaraq, kadrların təhsili bitirən kimi qısa zamanda xidməti tərk etməsinin qarşısını almaq məqsədilə yalnız bu imtiyaz üçün xüsusi məhdudiyyət müəyyən etmişdir. Təhsil dövründə rütbə verilməsi və digər hallar üçün hesablanıb, öz arzusu ilə ehtiyata buraxılmaq üçün hesablanmaması hüquqi ziddiyyət deyil, dövlətin hərbi kadr siyasətindən irəli gələn məqsədyönlü tənzimləməsidir.

60. Iddiaçı birinci instansiya məhkəməsinə ünvanladığı mülahizədə onu da qeyd edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15-ci maddəsinin əvvəlki redaksiyasına əsasən, hərbi zabit 5 il xidmət müddətini başa vurduqdan sonra ehtiyata buraxıla bilərdi. Bu əsasla onun ehtiyyata buraxılmağı üçün hüququ 2019-cu il tarixdə yaranmışdır. Sonradan edilmiş dəyişikliklə bu müddət 10 il olaraq müəyyən edilmişdir.

61. Məhkəmə kollegiyası nəzərə alır ki, Dəyişikliklər haqqında Qanun ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15-ci maddəsi birinci hissəsinin səkkizinci abzası, eləcə də, “Hərbi qulluqçuların statusu haqqında” 18-ci maddənin 1-ci hissəsinin ikinci abzasında 5 il 10 il xidmət müddəti ilə əvəz edilmişdir. Lakin məhkəmə kollegiyası vurğulayır ki, "Hərbi xidmətkeçmə haqqında" Qanunun 156-cı maddəsinin “j” bəndi, eləcə də, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0.9cu maddəsində 10 il müddəti qanunun ilkin redaksiyasında mövcud olmuşdur və heç vaxt dəyişdirilməmişdir. Inzibati orqanın praktikasına əsasən də təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışlar və 5 il müddəti praktikada tətbiq olunmamışdır. Buna görə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15-ci maddəsi birinci hissəsinin səkkizinci abzası, eləcə də, “Hərbi qulluqçuların statusu haqqında” 18-ci maddənin 1-ci hissəsinin ikinci abzasında 5 ilin 10 il xidmət müddəti ilə əvəz edilməsi qanunvericilikdə olan uyğunsuzluğun aradan qaldırılmasına xidmət etmişdir.

62. Birinci instansiya məhkəməsi öz qərarında cavabdeh tərəfindən başqa hərbi qulluqçulara münasibətdə təhsil müddətinin hərbi xidmət müddətində daxil edilməklə qanunvericilikdə tələb olunan müddətin tamam olması əsası ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması, iddiaçının isə təhsil müddətinin onun hərbi xidmət illərinə daxil edilməyərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasından imtina edilməsini ayrıseçkilik hesab etmişdir.

63. Məhkəmə kollegiyası iddiaçının vəziyyətinə oxşar hallarla bağlı istinadlarına münasibətdə qeyd edir ki, bu cür təcrübə hazırkı mübahisənin iddiaçının xeyrinə həlli üçün hüquqi əsas yarada bilməz. Belə ki, məhkəmə kollegiyası ## ###### 2024-cü il tarixdən qüvvədə olan Dəyişikliklər haqqında Qanunun hansı qayda tətbiq edilməsini yuxarıda müəyyən etmişdir. Şəxs ## ###### 2024-cü ilə qədər həmin tarixdə qüvvədə olan qanunvericiliyin şərtlərini (10 illik hərbi xidmət müddətini) tam ödəyirsə, şəxsin öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmaq hüququ yaranmışdır. Əgər həmin tarixədək ödəmirsə (faktiki tərkib hələ tamamlanmayıbsa), statusunun yaratdığı nəticələr yeni qanunla tənzimlənir, buna görə də, əyani təhsil aldığı müddət zabit heyəti vəzifələrində tələb olunan 10 illik xidmət müddətinə daxil edilmir. Inzibati orqan hazırkı qərarda müəyyən edilmiş mövqeyi nəzərə almalıdır. Əgər oxşar hallarda inzibati orqanın praktikası hazırkı işdə müəyyən edilmiş mövqeyə uyğun olmamışsa və ya gələcəkdə nəzərə alınmazsa, bu hal qanunçuluq prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Inzibati orqanın qanuna zidd olaraq formalaşdırdığı təcrübə, digər şəxslər üçün etimad hüququnun qorunması və bərabərlik prinsipinə istinadla analoji qanunsuzluğun təkrarlanmasını tələb etmək hüququ vermir. Başqa sözlə, digər şəxslərin hallarına istinad dəlili hazırkı halda bərabərlik prinsipinə əsaslanmaqla iddiaçının xeyrinə qərar çıxarmaq üçün əsas vermir. Məsələ bu halda bərbərlik prinsipinin deyil, qanunçuluq prinsipinin təsiri altına düşür. Şəxs başqasına münasibətdə tətbiq edilmiş qanunsuzluğun bərabərlik prinsipinə istinadla ona münasibətdə də tətbiq edilməsini tələb etmək hüququna sahib deyildir.

64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.

65. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar çıxarılaraq, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “silahlı qüvvələrdən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar