Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-284/2026 10.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə Hakimlər Isgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə etdiyi müraciətin müsbət həllindən ##.##.2025-ci il tarixli, *-**-**/*-Ə-***-**/****/C-*** nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, Vətən müharibəsi ilə əlaqədar vətəndaşlara “Müharibə veteranı” statusu “Müharibə veteranı, silahlı qüvvələr veteran və əmək veteran adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli qərarına və “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ###### **** nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli sərəncamına əsasən verilir. Vətən müharibəsi zamanı xidməti vəzifəsini icra edərək müxtəlif yerlərdə yerləşən hərbi hissələrə hərbi vəzifəlilərin təhvil verilməsi üçün ezamiyyətdə olmuş Xidmətin hərbi qulluqçularına və mülki işçilərinə “Müharibə veteran” statusu verilməmişdir.
Işdə olan sənədlər:
2. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi rəisinin: - ##.##.2020-ci il tarixli, 97 n/h nömrəli əmrinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinin müfəttişi İddiaçı çağırışçıları hərbi hissələrə təhvil vermək məqsədilə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək 1 (bir) gün müddətinə Ağcabədi rayonuna ezam olunmuş hesab edilmişdir. - ##.##.2020-ci il tarixli, 97 n/h nömrəli əmrinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinin qulluqçusu İddiaçı ##.##.2020ci il tarixdən Ağcabədi rayonundan ezamiyyətdən qayıtmış hesab edilmişdir.
3. ##.##.2020-ci il tarixli ezamiyyət vərəqəsinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinin qulluqçusu İddiaçı çağırışçıları hərbi hissələrə təhvil vermək məqsədilə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək 1 (bir) gün müddətinə Ağcabədi rayonuna ezam olunmuşdur.
4. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin ##.##.2025-ci il tarixli, 3-43-32/2- ***/** nömrəli və ##.##.2025-ci il tarixli *- **-**/*-***/** nömrəli məktublarında qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin keçmiş müfəttişi İddiaçı Xidmətin Kəlbəcər rayon şöbəsi rəisinin ** nömrəli, ##.##.2020-ci il tarixli əmrinə əsasən ##.##.2020-ci il tarixdə çağırışçıları hərbi hissəyə aparmaq məqsədi ilə Ağcabədi rayonunda yerləşən hərbi hissəyə ezam olunmuş, həmin gün yəni ##.##.2020-ci il tarixdə Gəncə şəhərinə xidmət yerinə qayıtmışdır.
Birinci instansiya məhkəməsində icraat:
5. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2010-cu il tarixdən ##.##.2022-ci il tarixədək Cavabdeh Kəlbəcər rayon şöbəsində səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin müfəttişi vəzifəsində işləmiş, Vətən müharibəsi zamanı, yəni ##.##.2020-ci il, ##.##.2020-ci il və ##.##.2020-ci il tarixlərdə müharibə bölgəsində yerləşən 1-ci Ordu Korpusunun tərkibində olan N saylı hərbi hissəyə (Goranboy rayonunu Ballıqaya kəndi), N saylı hərbi hissəyə (Ağcəbədi rayonu "Taxta körpü) və N saylı hərbi hissəyə (Goranboy rayonu, Gülüstan dağının ətəyi) ezam olunaraq hərbi vəzifələrin təhvil verilməsində iştirak etmişdir. "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair 2025-ci ilin fevral ayında cavabdeh orqana ərizə ilə müraciət etmiş, ##.##.2025-ci il tarixdə ona daxil olmuş *-**-**/*-*- ***-**/****/C-*** saylı, ##.##.2025-cu il tarixli məktubda göstərilmişdir ki, Vətən müharibəsi zamanı xidməti vəzifəsini icra edərək müxtəlif yerlərdə yerləşən hərbi hissələrə hərbi vəzifəlilərin verilməsi üçün ezamiyyətdə olmuş Xidmətin hərbi qulluqçularına və mülki işçilərinə "Müharibə veteranı" statusu verilməmişdir.
7. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi etiraz “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3 və 7-ci maddələri, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 10 və 11-ci abzasları ilə əsaslandırılmışdır.
8. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin əməkdaşı olmaqla, çağırışçıları (hərbi qulluqçu və yaxud hərbi vəzifəliləri) hərbi hissələrə getməklə təhvil verilməsi onun öz əmək funksiyası (xidməti vəzifəsi) olmuş və hərbi vəzifəlini təhvil verdikdən sonra 1 gün müddətində öz vəzifələrinin icrasına geri qayıtmışdır. Ezam olunduğu hərbi hissə Ağcabədi rayonunda yerləşmiş və bu ezamın məqsədi döyüş əməliyyatlarında iştirak etməklə bağlı olmamışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri
10. Iddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq:
14. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. - 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
16. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsi: 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Işin halları ilə müəyyən olunur ki, iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinin əməkdaşı olmaqla, çağırışçıları hərbi hissələrə təhvil vermək məqsədilə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək 1 (bir) gün müddətinə Ağcabədi rayonuna ezam olunmasını əsas gətirərək hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən müraciətin müsbət həllindən imtina olunaraq Vətən müharibəsi zamanı xidməti vəzifəsini icra edərək müxtəlif yerlərdə yerləşən hərbi hissələrə hərbi vəzifəlilərin təhvil verilməsi üçün ezamiyyətdə olmuş Xidmətin hərbi qulluqçularına və mülki işçilərinə “Müharibə veteran” statusu verilməməsi ilə əsaslandırılmış, birinci instansiya məhkəməsi tərəfindən imtina əsaslı hesab edilmişdir.
19. Məhkəmə kollegiyası hesab edir ki, imtina dəlilinə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun araşdırılıb hüquqi qiymət verilməlidir.
20. Belə ki, adıçəkilən Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
21. “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün başlıca şərt iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirməsi, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etməsi və ya döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması tələb olunur ki, iş materiallarında buna dair hər hansı bir sübut mövcud deyildir.
22. Belə ki, hazırki iş üzrə iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi rəisinin ##.##.2020-ci il tarixli, ** nömrəli əmrinə əsasən ##.##.2020-ci il tarixdə çağırışçıları hərbi hissəyə aparmaq məqsədi ilə 1 (bir) gün müddətinə Ağcabədi rayonunda yerləşən hərbi hissəyə ezam olunmuş, başqa sözlə, çağırışçıları (hərbi qulluqçu və yaxud hərbi vəzifəliləri) hərbi hissələrə getməklə təhvil vermək iddiaçının əmək funksiyası (xidməti vəzifəsi) olmuş və hərbi vəzifəlini təhvil verdikdən sonra 1 gün müddətində öz vəzifələrinin icrasına geri qayıtmış, həmçinin ezam olunduğu hərbi hissə Ağcabədi rayonunda yerləşmiş, sözügedən ezamın məqsədi döyüş əməliyyatlarında iştirak etməklə bağlı olmamışdır.
23. Göründüyü kimi, iddiaçının Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında (istənilən təminat növü üzrə) iştirak etməsi, məhz bu məqsədlə Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərinə ezam olunması, məhz döyüş əməliyyatları üzrə tapşırıqları yerinə yetirməsi müəyyən edilmir.
24. Məhkəmə tərkibi hesab edir ki, cavabdeh orqan tərəfindən qəbul edilməsini arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmçinin iş materialları ilə müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etmiş, belə şərtlərin mövcudluğunu sübut edə bilmişdir (Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsi).
25. Odur ki, iddianın təmin olunmaması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül Isgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov