Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-295/2026 10.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Cavabdeh qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, “qərarın dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:
1. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının: - ##.##.2019-cu il tarixli, *******0009 nömrəli qərarına əsasən, İddiaçı barəsində ##.##.2019-cu il tarixdən ümumi xəstəlik => gözdən əlil səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyinatı aparılmışdır. - ##.##.2024-cü il tarixli, *******0011 nömrəli qərarına əsasən, İddiaçı barəsində ##.##.2024-cü il tarixdən ümumi xəstəlik => gözdən əlil səbəbi ilə orqanizm funksiyalarının 90% pozulmasına görə təkrar əlillik təyinatı aparılmışdır.
2. Cavabdeh ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, qiymətləndirilmələrin yekun nəticələri barədə vətəndaşa SMS vasitəsi ilə məlumat göndərilmişdir. Məktuba qoşma şəklində əlavə edilmiş cədvələ əsasən, ##.##.2019-cu il tarixli göndərişin qiymətləndirilməsinə dair məlumat ##.##.2019-cu il tarixdə İddiaçı məxsus “**********” mobil telefon nömrəsinə sms-bildiriş vasitəsilə göndərilmişdir.
İşdə olan sənədlər:
3. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının: - ##.##.2024-cü il tarixli, *-**-*/*-Q-******/**** nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı ##.##.2014-cü il tarixindən əlilliyə görə əmək pensyası hüququ yaranmışdır. Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayıma bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunan maddələrin tələblərinə əsasən, ona ##.##.2021-ci il tarixindən (##.##.2024-cü il tarixli müracitinizdən 3 il əvvələ) əlilliyə görə əmək pensiyası təyin edilmiş, hazırda ödənişi 363,86 manat məbləğində olmaqla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli, **** nömrəli Fərmanına əsasən, ümumi səbəblərdən orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə gözdən əlilliyi olan şəxslərə 210 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və ##.##.2023-cü il tarixindən aylıq məbləği 300 (üç yüz) manat müəyyən edilmişdir. ##.##.2024-cü il tarixdən əlilliyə görə əmək pensiyası hüququnun olduğu üçün ona ##.##.2014-cü il tarixdən ##.##.2024-cü il tarixinədək ödənilmiş sosial müavinətin məbləği əsassız ödənilmiş vəsait hesab edilmişdir. Sözügedən vəsait ona əlilliyə görə əmək pensiyasının ötən dövrü üzrə (##.##.2021-ci il tarixdən) hesablanmış məbləğin bir hissəsi ilə əvəzləşdirilmiş, qalan məbləğ isə cari ilin sentyabr ayından pensiyanın üzərinə əlabə edilməklə ödənilir. - 2025-ci il fevral tarixli, *-**-*/*-Q-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı ##.##.2019-cu il tarixdən II dərəcə (orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə) əlilliyə görə müavinət təyin edilmiş, ödənişi əmək pensiyası hüquququnun yarandığı üçün ##.##.2024-cü il tarixdən dayandırılmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən, təkrar müayinəsi əsasında onun ##.##.2024-cü il tarixdən müddətsiz olaraq ümumi xəstəlik səbəbindən orqanizm funksiyalarının 90 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1 və 32.1-1 maddələrinə əsasən ona ##.##.2021-ci il tarixindən (##.##.2024- cü il tarixli müraciətindən 3 il əvvələ) əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının müvafiq məktubuna əsasən, əlilliyə görə təyin edilmiş əmək pensiya üzrə ##.##.2021-ci il tarixindən ##.##.2024-cü il tarixinədək ödənilməmiş 11654,16 manat vəsait sosial müavinət üzrə artıq ödənilmiş 7357,33 manat ilə (əmək pensiyası təyin olunduğu üçün sosial müavinət üzrə artıqödəmə müəyyən olunmuşdur) tam əvəzləşdirilmişdir. Qalıq 4296,83 manat ötən dövr məbləği cari pensiya məbləğinizin üzərinə əlavə edilərək ödənilməkdədir. Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2020-ci il tarixli, **** nömrəli Fərmanına əsasən, “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlillik müəyyən edilmiş şəxslərə” Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və ##.##.2023-cü il tarixindən aylıq məbləği 300 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli, *** nömrəli Fərmanına əsasən, “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə” Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Vətəndaş İddiaçı ##.##.2024-cü il tarixindən 300 manat məbləğində Prezident təqaüdü və ona qulluq etməsi ilə əlaqədar X1 100 manat məbləğində Prezident teqadü təyin edilmişdir. Məlumat üçün bildirilmişdir ki, ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinədək ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdü üzrə və Səfurə Quliyevaya ona qulluq etməsi ilə əlaqədar Prezident təqaüdü üzrə ödənilməli olan məbləğ müəyyən edilmişdir. Bildirilmişdir ki, orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə gözdən əlilliyi ##.##.2024-cü il tarixindən müəyyən olunduğu üçün ona həmin tarixdən əvvəlki dövr üzrə Prezident təqaüdünün, Səfurə Quliyevaya isə ona qulluq etməsi ilə əlaqədar Prezident təqaüdünün təyin edilməsi mümkün hesab olunmur.
4. Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, *-**-*/*-Q-******/**** nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı əlilliyə görə əmək pensiyası üzrə ##.##.2021-ci il tarixindən ##.##.2024cü il tarixinədək ötən dövr məbləği 11654,16+200 (maddi yardım)=11854,16 manat vəsaitdən sosial müavinət üzrə ödənilmiş 7357,33 manat tutulmuş (11654,16- 7357,33=4296,83) və qalıq 4296,83 manat ötən dövr məbləği 2024-cü ilin sentyabr ayından başlayaraq cari pensiya məbləğinin üzərinə əlavə olaraq ödənilir
5. Cavabdeh ##.##.2025-ci il tarixli, *-**-*/*-Q-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq vətəndaş İddiaçı ##.##.2019-cu il tarixdən ümumi xəstəlik – gözdən əlilliyi olan şəxs səbəbindən ikinci dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Sonrakı dövrdə əlillik vəziyyəti dövlət tibb müəssisəsinin N********ETM nömrəli göndərişi əsasında ##.##.2024-cü il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, ona ##.##.2024-cü il tarixdən ümumi xəstəlik – gözdən əlilliyi olan şəxs səbəbindən orqanizm funksiyalarının 90 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh qarşı ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2019-cu il tarixli qərarın və həmin tarixdən ##.##.2024-cü il tarixinədək olan dövr üçün qanunsuz hesab edilməsi, birinci dərəcə əlillik qərarı ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ötən dövr (##.##.2019- ##.##.2024) üçün 1-ci dərəcəli əlillik statusunun bərpası barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ak. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində komissiya tərəfindən müayinə zamanı verilən ##.##.2019-cu il tarixli N-**** nömrəli tibbi rəy və ##.##.2019-cu il tarixli Gəncə şəhəri Musabəyli adına səhər Oftalmoloji xəstəxanasında müayinə zamanı verilən çıxarış N-1036 tibbi rəylərin har ikisində də görmə sahəsi 10”-dək konsentrik daralma (hər iki gözdə) göstərildiyi halda cavabdeh tərəfindən ##.##.2019-cu il tarixindən 2-ci qrup müddətsiz əlillik üçün müavinət təyin edilmişdir. Əlillik dərəcəsi Qanununun sosial müavinətlər haqqında 7.0.3-cü maddəsinə əsasən, müəyyən edilir. Gözün və gözün əlavə aparatının xəstəlikləri 8.2.* nömrəli konsentrik daralma, binokulyar Mərkəzinə müraciət etmiş, komissiyadan keçmiş, ## #### 2024-cü il tarixində ona yeni tibbi rəy verilmiş və yenidən poliklinikaya müraciət etmiş, sənədlər cavabdeh orqana göndərilmiş, ## ### 2024-cü il tarixdə 1-ci qrup əlillik təyin edilmişdir. Hər iki tibbi rəydə (2019 və 2024-cü ildə verilmiş) görmə sahəsi 10”-dək konsentrik daralma olduğu halda 2019-cu ildə 2-ci qrup verilmiş, 2024-cü ildə 1-ci qrup verilmişdir. Bununla bağlı ## #### 2024-cü il tarixində iddiaçı yenidən məktub yazaraq ƏƏSMN-ə müraciət etmiş və bildirilmişdir ki, hər iki tibbi rəydə eyni dərəcəli xəstəlik olmuş, amma fərqli qruplar verilmişdir. Öhdəliyində 18 yaşına çatmamış 2 azyaşlı övladı var və heç bir yerdən gəliri yoxdur, səhhəti işləməyə imkan vermir.
8. İddiaçı məhkəməyə iddia ərizəsi ilə yanaşı buraxılmış müddətin bərpasına dair ərizə təqdim edərək onunla əsaslandırmışdır ki, o, əlilliyin səhv təyin olunması, ötən və təzminat tələbinə baxılması üçün ##.##.2024-cü ildə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddiaya baxılması üçün cavabdehin imtina məktubu tələb olunmuş və o dərhal cavabdehə müraciət etmişdir. Qanunla müəyyən olunmuş vaxtın keçməsinə baxmayaraq, cavabdehin müraciətini cavablandırmaması işin 3 ayadək ləngiməsinə səbəb olmuşdur. ##.##.2024-cü il tarixdə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin müraciətinə baxmadığını bildirmiş və imtina cavabı olmadan işə baxılaraq məhkəmə tərəfindən ##.##.2024-cü il tarixə iclas təyin edilmişdir. İclasda hakim tərəfindən İPM-nin 13-cü maddəsinin (hüquqi yardım) və 12.1-ci maddəsinin (araşdırma prinsipi) tələbləri icra edilməmiş və iclas təxirə salınaraq ##.##.2025- ci il tarixə təyin olunmuşdur. Növbəti iclasadək hələ də cavabdehdən cavab ala bilmədiyi üçün birbaşa inzibati qurumun tabeliyində olduğu ƏƏSMN-ə müxtəlif vaxtlarda müraciət etmiş və əldə etdiyi imtina xarakterli sənədləri özü məhkəməyə təqdim etmiş, ##.##.2025-ci il tarixli məhkəmə iclasında hakim ərəfindən ƏƏSMN-nin imtina məktubları heçə sayılaraq cavabdehin imtina cavabı tələb olunmuş, o işi baxılmamış saxlanılmış, imtina cavabını aldıqdan sonra məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İclasdan dərhal sonra o, cavabdehə müraciət etsə də, Agentliyin ##.##.2025-ci il tarixli məktubu 2025-ci ilin aprel ayında ona çatdırılmış və artıq iş üzrə icraata xitam verildiyi bildirilmişdir. Sözügedən müddətin 8 ayadək ötürülməsi məhz bu səbəblərdən irəli gəlmişdir. O, ##.##.2025-cü il tarixdə yenidən məhkəməyə müraciət etmiş və *-(***)-****/**** nömrəli işlə yenidən iş icraata götürülmüş, ##.##.2025-ci il tarixdə məhkəmə iclasında hakim tərəfindən iş bölünmüş və yalnız müavinət fərqinə baxılacağı bildirilmişdir. Təzminat tələbi barədə 6 gün sonra o, ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. O, peşəkar hüquqşünas deyil və sözügedən müddət ərzində ixtisaslı hüquqi yardım almaq imkanı məhdud olmuş, bu da onun öz hüquqlarının vaxtında və səmərəli istifadə etməyinə maneə yaratmışdır. Prosessual müddətin ötürülməsi onun iradəsindən kənar səbəblərlə bağlıdır.
9. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim N.Hüseynov) buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, iddia tələbi mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, mübahisə predmeti olan olan qərarla bağlı məlumat iddiaçının adına qeydə alınmış ********** nömrəyə ##.##.2019-cu il tarixdə sms bildiriş vasitəsilə göndərilmiş, iddiaçı tərəfindən əlilliyə görə müvafiq müavinət alınmış, lakin həmin inzibati akt qanunvericiliklə nəzərdə tutulmuş qaydada mübahisələndirilməmişdir. Odur ki, məlumatlı olduğu halda iddiaçı tərəfindən qeyd edilən sərəncamın qəbul edildiyi tarixdən təqribi 5 il 8 ay müddət ərzində mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin məzmunu müddətin bərpasına dair ərizənin məzmunu ilə eynilik təşkil edir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, qanunu bilməməsi səbəbindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddəti ötürmüşdür.
15. Cavabdehə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
17. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
18. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
20. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
21. Göründüyü kimi birinci instansiya məhkəməsinin mövqeyinə əsasən iddia tələbi mübahisələndirilən aktdan şikayət verilməsi ilə bağlı müddətin ötürülməsi əsası ilə qeyri-mümkün sayılmışdır.
22. Apellyasiya şikayətində iddia tələbinin mümkün sayılmaqla mahiyyəti üzrə baxılması xahiş olunur.
23. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olubolmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
24. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» ## ##### 2015-ci il tarixli * №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (qərarın 1.1, 1.3, 1.4, 2.1 və 2.3-cü bəndləri).
26. İşin hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti ##.##.2019-cu il tarixdə qiymətləndirilərək *******0009 nömrəli qərara əsasən, barəsində ##.##.2019-cu il tarixdən ümumi xəstəlik => gözdən əlil səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyinatı aparılmış, bu barədə ona mobil telefon nömrəsinə sms-bildiriş göndərilməsi vasitəsilə ##.##.2019cu il tarixdə məlumat verilmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirilən – ##.##.2019cu il tarixli qərar barəsində məlumatlı olması işin mübahisələndirilməyən halıdır. Belə ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı həmin qərar barəsində ona məlumat verilməməsini deyil, qərardaddan şikayət verilməsinin müddəti və qaydası barədə məlumatın verilməməsini, qeyd edilən məsələ ilə bağlı ilk dəfə ##.##.2024-cü il tarixində məlumatlı olduğunu, bununla bağlı cavabdeh orqanla yazışmaları olduğundan 8 ay müddəti ötürməsini bildirmişdir.
28. Göründüyü kimi iddiaçı ərizəsində ##.##.2024-cü il tarixindən sonrakı 8 ay müddətin hansı səbəbdən ötürülməsini qeyd etsə də, həmin tarixdən əvvəlki dövrlə bağlı heç bir əsaslandırma aparmamışdır. Bundan başqa, mübahisə predmeti olan olan qərarla bağlı məlumat iddiaçının adına qeydə alınmış mobil nömrəyə ##.##.2019-cu il tarixdə sms-bildiriş vasitəsilə göndərilmiş, sonuncu tərəfindən ikinci dərəcə əlilliyə görə müvafiq müavinət alınmış, lakin 5 il 8 ay müddət ərzində həmin inzibati akt qanunvericiliklə nəzərdə tutulmuş qaydada mübahisələndirilməmişdir.
29. Kollegiya apellyasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Belə ki, iddiaçının qanunun tələblərini bilməməsi buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin olunması üçün əsas deyil.
30. Həmçinin, məhkəmə kollegiyası tərəfindən elektron məhkəmə informasiya sisteminin iddiaçı barəsində əlaqə məlumatlarından həmin mobil telefon nömrəsinin şəxsən iddiaçının özünə məxsus olduğu müəyyən edilmişdir (Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış iş materiallarına əlavə olunur).
31. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.
32. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.
33. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.
34. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.
35. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov