Məhkəmə qərarları › İş №2-1(3-7)-309/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-309/2026

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-309/2026 23.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh üçüncü şəxs2 tabeliyində Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: mülkiyyət hüququnun qeydə alınması Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh üçüncü şəxs2 tabeliyində Cavabdeh qarşı (üçüncü şəxs Göygöl rayonu Göygöl Bələdiyyəsi, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və üçüncü şəxs1 MMC) “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə qəbul edilmiş Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2-1(114)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları 1.

2. DT və XK-nin Xanlar rayon şöbəsinin mütəxəssisi O.Məmmədov, Xanlar Bələdiyyəsinin üzvü M.Ocaqverdiyev və mülkiyyətçi İddiaçı iştirakı ilə tərtib edilmiş ##.##.2006-cı il tarixli aktdan görünür ki, yaradılmış komissiya yerində baxış keçirərək Xanlar Bələdiyyəsinin yararsız ərazisindəki torpaq sahəsindən 0,16 ha ayrılıb İddiaçı tikinti işlərinin aparılması üçün torpaq sahəsinin alqı-satqı yolu ilə satılması məqsədəuyğun hesab edilmişdir.

3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən Xanlar Bələdiyyəsinə verilmiş nin *** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı satılacaq torpaq sahəsi Gəncə-Qazax zonasına aiddir, həmin torpaq sahəsi 19 ballı V keyfiyyət qrupu (yararsıza aid) olmaqla cəmi 0.16 ha-dır və normativ qiyməti 3464 manatdır. Satılacaq torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla ilk dəfə satılır.

4. Xanlar Bələdiyyəsinin ## #### 2006-cı il tarixli, ** saylı qərarına əsasən Xanlar Bələdiyyəsinin yararsız ərazisindəki torpaq sahəsindən 0,16 ha ayrılıb İddiaçı tikinti işlərinin aparılması üçün satılması qərara alınmışdır.

5. ##.##.2006-cı il tarixli, *** nömrəli qəbz ilə müəyyən edilir ki, İddiaçı tərəfindən torpaq satışı ilə bağlı Xanlar Bələdiyyəsinin hesabına 3464 manat məbləğində ödəniş edilmişdir.

6. DT və XK-nin Xanlar rayon şöbəsinin mütəxəssisi O.Məmmədov, Xanlar Bələdiyyəsinin üzvü M.Hacıyev və torpaq alan İddiaçı iştirakı ilə Torpaqların alqı-satqısına dair ##.##.2006-cı il tarixdə akt tərtib edilmiş, akt ##.##.2006-cı il tarixində Xanlar rayon torpaq şöbəsində 704 nömrə ilə qeydiyyata alınmışdır.

7. İddiaçı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Cavabdeh * saylı Gəncə Ərazi Idarəsinə etdiyi müraciətinə idarənin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli imtina məktubunda qeyd edilmişdir ki, “aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi Yeni uçot xəritəsinə (AZCAD və TEKUIS) əsasən torpaq sahəsi dövlət mülkiyyətində olan “Sənaye nəqliyyat,rabitə,müdafiə və digər təyinatlı" əraziyə, Ərazi Idarəsinin elektron xəritə materiallarına əsasən başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır.”

8. Məhkəmənin müvafiq qərardadına əsasən Cavabdehn * saylı Gəncə Ərazi Idarəsi tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır: 1.Iddiaçı İddiaçı Göygöl Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə ayrılmış tikinti işləri aparmaq məqsədli 0.16 ha torpaq sahəsinin faktiki koordinatları və daxil olmuş iş materialları, arxiv sənədlərinə əsasən X21 təsdiqlənmiş koordinatlar, 2002-ci il tarixli Xanlar Rayonu Aqrar Sanaye Konbinatının Ərazisində X11 X12 Lahiyəsinə əsasən dövlət mülkiyyəti olan (Radiostansiya ərazisi) kənd təsərrüfatı təyinatlı, dinc torpaqlara düşür. 2009-cu il tarixli Göygöl Bələdiyyəsinin ərazisində bələdiyyənin mülkiyyətinə verilən torpaqların invetarlaşmasına dair yerquruluşu planında həmin torpaq sahəsinin yerləşdiyi ərazi bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələri torpaqları katoqorıasına aid ictimai tikililərin yerləşdiyi ərazi olaraq göstərilmişdir. Yeni elektron baza məlumatlarında dövlət mülkiyyətinə aid kateqoriyası sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlara düşür. 2.Iddiaçı İddiaçı Göygöl Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə ayrılmış tikinti işləri aparmaq məqsədli faktiki və daxil olmuş iş materialları, arxiv sənədlərinə əsasən X21 təsdiqlənmiş koordinatlara əsasən təyin edilmiş 0.16 ha torpaq sahəsinin koordinatları özünün istifadəsində olan 508011003413-***** reyestr nömrəli çıxarışla tam üst-üstə düşür. Həmin çıxarışda göstərilən torpaq sahəsi mülkiyyəti dövlət, istifadədir. X21 təsdiqlənmiş koordinatlara əsasən təyin edilmiş 0.16 ha torpaq sahəsinin koordinatlarının 84.0 kvm qədər hissəsi başqa vətandaşa məxsus ##.##.2014-cü il tarixdə verilmiş ************ reyestr nömrəli çıxarışla üst-üstə düşür. 3.Iddiaçı İddiaçı Göygöl Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə ayrılmış tikinti işləri aparmaq məqsədli faktiki 0.16 ha torpaq sahəsinin üzərindən və hava məkanından kommunikasiya xətti keçməsi halı müşahidə olunmadı. Elektron kadastr bazası məlumatlarına istinadən, torpaq sahəsinin mühafizə və qorunma zonalarında yerləşməsi halı aşkarlanmadı. Daxil olmuş iş materialları, arxiv sənədlərinə əsasən X21 təsdiqlənmiş koordinatlara əsasən təyin edilmiş torpaq sahəsinin 11.0 m-lik məsafəsindən hava elektirik xətti keçir. Rəyə izah üçün cizgi sxem əlavə edilir. 4.Iddiaçı İddiaçı Göygöl Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə ayrılmış tikinti işləri aparmaq məqsədli faktiki 0.16 ha torpaq sahəsinin koordinatları özünün istifadəsində olan 508011003413-***** reyestr nömrəli çıxarışla üst-üstə düşür. Həmin çıxarışda göstərilən torpaq sahəsi mülkiyyəti dövlət, istifadədir. Rəyə izah üçün cizgi sxem əlavə edilir. 5.Iddiaçı İddiaçı Göygöl Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə ayrılmış tikinti işləri aparmaq məqsədli faktiki 0.16 ha torpaq sahəsi naturada ölçülərək sahəsi, sərhədləri və döngə nöqtələri dəqiqləşdirildi. 6.Iddiaçı İddiaçı Göygöl Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə ayrılmış tikinti işləri aparmaq məqsədli faktiki 0.16 ha torpaq sahəsində tikinti var. Ümumi sahəsi 1000.0 kvm (qeyri yaşayış binasının anbarı) olan tikili istifadəyə yararlıdır və fəaliyyət göstərir. Həmin tikili 2014-cü il tarixində tikilib. 7.Iddiaçı İddiaçı Göygöl Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə ayrılmış tikinti işləri aparmaq məqsədli faktiki 0.16 ha torpaq sahəsində tikinti X24 qeyd edilən sahənin hüdudları daxilində yerləşir. 8.Iddiaçı İddiaçı Göygöl Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə ayrılmış tikinti işləri aparmaq məqsədli faktiki 0.16 ha torpaq sahəsinin faktiki koordinatları və daxil olmuş iş materialları, arxiv sənədlərinə əsasən X21 təsdiqlənmiş koordinatlar. Xanlar Rayonu Aqrar Sanaye Konbinatının Ərazisində X13 X12 Lahiyəsinə əsasən dövlət mülkiyyətində olan, (Radiostansiya ərazisi) kənd təsərrüfatı təyinatlı, dinc torpaqlara düşür. 9.Iddiaçı İddiaçı Göygöl Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə ayrılmış tikinti işləri aparmaq məqsədli faktiki 0.16 ha torpaq sahəsinin faktiki koordinatları ilə, daxil olmuş iş materialları, arxiv sənədlərinə əsasən X21 təsdiqlənmiş koordinatlar arasında qismən uyğunsuzluq var. Rəyə izah üçün cizgi sxem əlavə edilir. 10.Iddiaçı İddiaçı Göygöl Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə ayrılmış tikinti işləri aparmaq məqsədli faktiki 0.16 ha torpaq sahəsinin faktiki koordinatları X21 qeyd edilmiş miqyasa qismən uyğundur. 11.Iddiaçı İddiaçı Göygöl Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə ayrılmış tikinti işləri aparmaq məqsədli faktiki 0.16 ha torpaq sahəsinin faktiki koordinatları X21 qeyd edilən koordinatlar daxilində yerləşir. Rəyə izah üçün cizgi sxem əlavə edilir.

12. Iddiaçı İddiaçı Göygöl Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə ayrılmış tikinti işləri aparmaq məqsədli faktiki 0.16 ha torpaq sahəsinin faktiki koordinatları və daxil olmuş iş materiallan, arxiv sənədlərinə əsasən X21 təsdiqlənmiş koordinatları, 2002-ci il tarixli Xanlar Rayonu Aqrar Sanaye Konbinatının Ərazisində X8 X12 Lahiyəsinə, 2009-cu il tarixli Göygöl Bələdiyyəsinin ərazisində bələdiyyənin mülkiyyətinə verilən torpaqların invetarlaşmasına dair yerquruluşu planına və Yeni elektron baza məlumatlarına istinadən rəyi hazırlanmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl (keçmiş Xanlar) Bələdiyyəsi tərəfindən ##.##.2006-cı il tarixdə, ** saylı qərarla verilmiş 0.16 ha torpaq sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək, torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, ona Göygöl rayonu, (keçmiş Xanlar) Bələdiyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarına əsasən tikinti işlərinin aparılması üçün Xanlar Bələdiyyəsi tərəfindən bələdiyyənin sahəsindən 0.16 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi üzrə torpağının satılması barədə sənədləri toplanaraq, qeydiyyata aldırmaq üçün tərəfindən cavabdeh ƏMDKY-da DƏDRX-nin * saylı Ərazi Idarəsinə müraciət edilmiş və arxiv sənədinin əsilləri o, cümlədən dövlət rüsumu keçirilmiş və hüququnun qeydiyyata alınacağı bildirilsə də sonradan əsassız olaraq imtina edilmişdir. Bildirmək istəyir ki, ona ayrılmış torpaq sahəsində torpaq sahəsi ayrılan müddətdən tikinti işləri aparılmışdır.Torpaq sahəsinin yerləşdiyi onun torpaq sahəsinə bitişik və onun ətrafında, 0.13, 0.14 ha torpaq sahələrinə müvafiq olaraq çıxarışlar verilmişdir. Lakin cavabdeh isə torpaq sahəsinin yerləşdiyi ərazinin Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı əraziyə aid olmaqla, başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyü qeyd olunur. Necə olur ki, onun bitişik torpaq sahəsində yerləşən tikililərin çıxarışı isə verilərkən həmin torpaq sahələrinin başqa şəxslərə məxsus torpaq sahəsi olmamaqla, Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı əraziyə aid olmamışdır. Hesab edir ki, cavabdehin imtinasında göstərdiyi dəlilləri tam əsassızdır. Bu isə onun torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtinanın qanusuz olduğunu göstərir. Hazırda tərəfindən dövlət rüsumlarının ödənilməsi və xidmət haqqının ödənilməsinə hazırdır. Onun torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina edilməsi hərəkəti qanunsuz olmaqla cavabdehin üzərinə hüquqlarının öhdəlik olaraq qoyulması qanunun tələblərinə uyğundur. Bu baxımdan məhkəməyə müraciət etmək məcburiyyətindədir.

11. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, aparılan araşdırma zamanı, torpaq sahəsinin Kompleks yerquruluşu planına (DWG) əsasən radiostansiya ərazisinə və ictimai tikili ərazisinə, Yeni uçot xəritəsinə (AZCAD və TEKUIS) əsasən faktiki torpaq sahəsi dövlət mülkiyyətində olan “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” əraziyə, həmçinin faktiki torpaq sahəsi Daşınmaz Əmlakın Kadastrı X25 (DƏKTIM) elektron bazasında 12,97 kv.m hissəsinin Avtoservisin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmçinin Ərazi Idarəsinin elektron xəritə materiallarına (NECAS) əsasən torpaq sahəsinin bir hissəsinin ************ (X17 məxsus), 508011003413-***** (İddiaçı məxsus), 508013006045-***** (X4 məxsus) reyestr nömrəli çıxarışlarla üst-üstə düşdüyü müəyyən edilmişdir.

12. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Göygöl rayonu Göygöl Bələdiyyəsi, ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və ##.##.2026-cı il tarixli qərardadı ilə üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

13. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdehn * saylı Gəncə Ərazi Idarəsinə qarşı “bələdiyyənin ## #### 2006-cı il tarixli, ** nömrəli qərarı ilə İddiaçı satılmış və onun faktiki istifadəsində olan 1516 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir.

14. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh qismində iştirak edən “xxxx” publik hüquqi şəxsin * saylı Gəncə Ərazi Idarəsi hüquqi varisi üçüncü şəxs2 tabeliyində Cavabdeh ilə əvəz olunmuşdur.

15. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs Göygöl rayonu Göygöl Bələdiyyəsinin nümayəndəsi Nümayəndə verdiyi izahatında bildirmişdir ki, torpaq sahəsi 2006-cı ildən bələdiyyə mülkiyyətindədir və torpaq fonduna daxil edilmişdir, bələdiyyə ilə iddiaçı arasında alqı-satqı əsasında torpaq sahəsi iddiaçıya satılmış, bu barədə bələdiyyənin müvafiq qərarı da qəbul edilmişdir, bələdiyyə torpağının satılması zamanı buna səlahiyyətli olmuşdur, eyni zaman da iddia tələbinin təmin olunmasına etirazları yoxdur.

17. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 torpaq sahəsinin TEKUIS və AZCAD məlumatlarına əsasən dövlət mülkiyyətində olan torpaq sahəsi olduğundan iddia tələbinə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 elektron baza məlumatlarında dövlət mülkiyyətinə aid, kateqoriyası sənaye,nəqliyyat, rabitə və digər təyinatlı torpaqlara aiddir, iddiaçıya torpaq sahəsinin ayrılması nəzərdə tutulan bələdiyyə qərarı 2006-cı il tarixlidir, 2002-ci il tarixli torpaq islahatına əsasən torpaq sahəsi dövlət mülkiyyətidir, yerləşdiyi ərazi Radiostansiya adlanan ərazidir olmasını bildirərək iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

20. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Xanlar rayon şöbəsi tərəfindən verilmişdir. Işdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, kənd təsərrüfatına yararsız olmaqla satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur. Məhkəmə əlavə olaraq bildirmişdir ki, fərmanda sadəcə olaraq torpaq sahə ilə bağlı rəy verən orqanların adı dəyişdirilmişdir. Həmin fərmanda, eləcə də başqa bir normativ hüquqi aktda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları tərəfindən verilmiş rəylərin etibarsızlığı və ləğv edilməli olması ilə bağlı müddəa mövcud deyildir. Odur ki, iddiaçının mübahisə edilən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edilməsi üçün zəruri sənədlərə (torpaqların alqı-satqısına dair akt, mübahisəli torpaq sahəsinin yerləşdiyi yerə uyğun yerquruluşu haqqında plan, həmçinin torpaq sahəsinin satılmağa uyğunluğu barədə səlahiyyətli orqanın rəyi) malik olduğundan onun tələbi əsaslıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xanlar Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə bələdiyyənin yarasız ərazisindəki torpaq sahəsindən 0.16 ha torpaq sahəsi ayrılıb X2 tikinti işlərinin aparılması üçün satılmışdır. Iddiaçının Ərazi Idarəsinə müraciəti zamanı faktiki torpaq sahəsi Yeni uçot xəritəsinə (AZCAD və TEKUIS) əsasən torpaq sahəsi dövlət mülkiyyətində olan “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” əraziyə, Ərazi Idarəsinin elektron xəritə materiallarına əsasən başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qeyd olunan hal məhkəmə qərardadına əsasən, əldə edilmiş mütəxəssis rəyi ilə öz təsdiqini tapır. Belə ki, rəydə TEKUIS və AZCAD məlumatlarına istinadən, iddiaçının naturada təqdim etdiyi 0.16 ha torpaq sahəsinin dövlət mülkiyyətinə aid Sənaye, nəqliyyat, rabitə, müdafiə ve digər təyinatlı torpaq sahəsi olduğu, həmçinin 2002-ci il tarixli Xanlar Rayonu Aqrar Sənaye Kombinatının ərazisində X13 dair kompleks yerquruluşu layihəsinə əsasən Radiostansiya ərazisi ictimai tikililərin yerləşdiyi ərazi kimi qeyd edilmişdir. Torpaq sahəsinin məqsədli təyinatı, hüquqi rejimi, kateqoriyası, kəmiyyət və keyfiyyət göstəriciləri (yararlılıq əlaməti) ilə bağlı məlumatlar məhz dövlət kadastr məlumatları əsasında müəyyən edilir ki, həmin məlumatlar da məhz qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə həyata keçirilir. Mülki Məcəllənin 144-cü maddəsinin 2-ci bəndinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Normanının tələblərinə uyğun olaraq məhkəmə tərəfindən bələdiyyənin mübahisə predmeti olan torpaq sahəsini ayırma səlahiyyətinin olub-olmaması araşdırılmamışdır. Belə ki, məhkəmə tərəfindən bələdiyyə tərəfindən torpaq sahəsi ayrılan zaman mülkiyyət növü və məqsədli istifadə növü barədə məlumatlar əldə edilməmişdir. Mövcud qanunvericiliyə uyğun olaraq dövlət mülkiyyətində olan torpaq sahəsi ilə bağlı bələdiyyənin sərəncam vermək hüququ yoxdur. Torpaq sahəsi ayrılarkən mövcud qanuna əsasən bələdiyyələr əsaslandırılmış qaydada torpaq sahəsinin katerqoriyasını dəyişə bilərdilər, lakin təqdim edilmiş sənədlər içərisində torpaq sahəsinin kateqoriyasının dəyişməsinə dair hər hansı sənədə rast gəlinməmişdir. Hal-hazırda torpaq sahəsi dövlət mülkiyyətində olduğundan hüquqların qeydə alınması onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Həmçinin bələdiyyələrin yalnız öz balanslarına aid olan torpaq sahəsi ilə bağlı sərəncam vermək səlahiyyəti var. Həmin torpaq sahəsi qanunvericiliyin tələbinə uyğun ayrılmadığından, qeyd edilən hüquqmüəyyənedici sənədlər kimi əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas qismində çıxış etməməklə həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas vermir. Konstitusiyanın 29-cu maddəsinin VI hissəsinə əsasən, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Konstitusiyanın bu norması bələdiyyə və xüsusi mülkiyyətə verilən torpaq sahələrinin (məsələn, “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, kənd təsərrüfatı təyinatlı torpaqların) mülkiyyətçi tərəfindən təyinatı üzrə istifadə edilməsini də ehtiva edir. Əks halda həmin torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılmasına hüquqi əsas yaranmış olar. Torpaq qanunvericiliyinin istinad olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. Qeyd edilən torpaq sahəsinin xüsusi mülkiyyət hüququnun obyekti qismində çıxış etməsi halı yolverilməz olduğu halda iddiaçı həmin torpaq sahəsi ilə bağlı xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmişdir. Qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən, hər hansı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun yaranması və qeydiyyata alınmasına o halda yolverilir ki, bunun üçün qanuni əsas mövcud olmuş olsun. Indiki halda isə həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi mümkün olmadığından, iddiaçının onunla bağlı xüsusi mülkiyyət hüququnun yaranmasının qanuni əsası mövcud olmamışdır. Nəticə etibarilə iddiaçı sözügedən torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlərə istinad etməklə, mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etməkdə haqlı olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən hal ətraflı araşdırılmamış, cavabdehin imtina əsasları qanunvericiliyin norma və prinsiplərinin tələbləri baxımından qiymətləndirilməmiş, torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənədlərin mülkiyyət hüququnun yaranması üçün qanuni əsası qismində çıxış edib-etməməsini qanunvericilik normasının tələbi baxımından dəyərləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Məhkəmə hüquqmüəyyənedici sənədlərə formal yanaşmamalı, həmin hüquqmüəyyənedici sənədin həqiqətən Azərbaycan Respublikası qanunlarına uyğun tərtib edilib-edilməməsini müəyyənləşdirməlidir. Məhkəmə mübahisəli torpaq sahəsinin iddiaçıya Xanlar Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı və ##.##.2006-cı il tarixdə *** nömrəli Torpaqların alğı-satqısına dair aktı ilə satıldığını və həmin torpaq sahəsinin satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin rəyi ilə də etiraz etmədiyini, beləliklə, torpaq sahəsinin Xanlar Bələdiyyəsinin mülkiyyətində olduğu qənaətinə gələrək və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılıdığını qeyd etmişdir. Lakin yuxarıda qeyd olunan hallardanda belə məlum olur ki, bələdiyyə öz səlahiyyət həddini aşaraq öz mülkiyyətində olmayan və sərəncam vermək səlahiyyətinə malik olmadığı torpaq sahəsini bilavasitə satmışdır. Rəyin DT və XK tərəfindən verilməsi bələdiyyənin öz səlahiyyətində olmayan torpaq sahəsi ilə bağlı sərəncam verməsinə, eləcə də torpaq sahəsinin dövlət mülkiyyətində olması halına qiymət verilməməsinə əsas ola bilməz. Rəy verilərkən torpaq sahəsinin dövlət mülkiyyətində olması həmin rəyin hüquqi əsaslılığınada şübhə yaradır. Məhkəmə tərəfindən rəyin doğru olaraq verilibverilməməsi araşdırılmamışdır. Ərazi Idarəsinin imtina dəlilləri mütəxəssis tərəfindən verilmiş rəylə öz təsdiqini tapır. Məhkəmə qərardadı əsasında tərtib edilmiş rəydə hansı baza məlumatlarına istinad edilməsi qeyd olunur, lakin ləğv edilmiş keçmiş DT və XK tərəfindən verilmiş sənədlərdə hansı baza məlumatlarına istinad edilməsi barədə məlumat qeyd edilmir və bu halda DT və XK tərəfindən verilmiş rəylərin mütəxəssis tərəfindən verilmiş rəydən üstün qəbul edilməsinə əsas ola bilməz. Nəzərə alsaq ki, hazırki dövrdə torpaq sahəsinin məqsədli təyinatı, hüquqi rejimi, kateqoriyası, kəmiyyət və keyfiyyət göstəriciləri (yararlılıq əlaməti) ilə bağlı məlumatlar məhz dövlət kadastr məlumatları əsasında müəyyən edilir ki, həmin məlumatlar da məhz qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə həyata keçirilir. Məhkəmə tərəfindən iddianın təmin edilmə əsaslarından biri də plan və ölçü sənədinin qüsurlu işlənilməsi qənaətinə gəlinməsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15 maddəsinin 1-ci bəndi Ərazi Idarəsinə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmadığı halda imtina verməyə səlahiyyət verir. Əks halda belə bir normanın gözardı edilməsi hüquqmüəyyənedici sənəd formasında hazırlanmış və qanuni əsası olmayan sənədin mötəbər qəbul edilməsinə səbəb olardı. Ümumiyyətlə qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı Idarə tərəfindən qanunvericilikdə müəyyən edilmiş sənədlər, o cümlədən ödənişlər əsasında vətəndaşlara xidmət göstərilir. Ilk növbədə iddiaçının sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü araşdırılmalıdır. Belə olan halda, Mülki Məcəllənin 139-cu və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinin tələbləri pozulur. Işə baxan məhkəmə iş üzrə təqdim olunmuş mütəxəssis rəyi ilə imtinaya əsas olmuş halları müqayisə etməmişdir. Belə ki, imtinaya əsas olmuş hallar mütəxəssis rəyi ilə bir daha öz təsdiqini tapmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, Gəncə Inzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Inzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq məhkəmə tərkibinin suallarına cavabında qeyd etdi ki, mübahisəli ərazi ilə qonşuluqda yerləşən X7 məxsus 0.85 ha və onun özünə məxsus 0.02 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarış verilmişdir.

26. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

27. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 25. Bənd 5. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Maddə 13. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatıüçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

30. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları, özəlləşdirilə bilər... Maddə 57.1. Sənaye obyektlərinin tikintisi, dəmir və avtomobil yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi, habelə digər qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələri əsasən kənd təsərrüfatına yararsız və ya az yararlı torpaqlardan ayrılır. Göstərilən məqsədlər üçün meşə fondu torpaqlarından torpaq sahələri, bir qayda olaraq, meşə bitkiləri ilə örtülü olmayan sahələr, yaxud meşəbitmə şəraitinə görə az yararlı və yararsız sahələrdən verilir. Maddə 57.6. Qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələrinin ayrılması və istifadəsi qaydaları bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

31. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir(## ###### 2008-ci il tarixədək olan redaksiya). Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Maddə 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə.

32. Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: Bənd 5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Bənd 7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Bənd 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir. Bənd 15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Bənd 17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Bənd 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.

33. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2002-ci il tarixli, *** nömrəli Fərmanının 2-ci bəndinə əsasən (əvvəlki redaksiyada) həmin Əsasnamənin 17-ci, 18-ci və 19-cu bəndlərində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti” orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər.

34. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

35. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

36. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

37. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

38. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

39. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

40. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

41. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

42. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

43. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

44. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

45. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

46. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Işin məhkəmələr tərəfindən araşdırılan hallarından bəlli olur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2006-cı il tarixli, ** nömrəli rəyə əsasən İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsinin cəmi 0,16 hektar olmaqla Xanlar Bələdiyyəsinin mülkiyyətinə aid olması, satılması nəzərdə tutulan torpaq sahəsinin yararsız olmaqla həmin məqsəd üçün satılmasının qanunamüvafiq olması və həmin torpaq sahəsinin Xanlar rayonunun (şəhərinin) zona bölgüsündə İ zonaya aid olması bildirimişdir. Həmçinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən Xanlar Bələdiyyəsinə verilmiş *** nömrəli arayışında qeyd edilmişdir ki, satılacaq torpaq sahəsi Gəncə-Qazax zonasına aiddir, həmin torpaq sahəsi 19 ballı V keyfiyyət qrupu (yararsıza aid) olmaqla cəmi 0.16 ha-dır və normativ qiyməti 3464 manatdır. Satılacaq torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla ilk dəfə satılır. Bundan əlavə, DT və XK-nin Xanlar rayon şöbəsinin mütəxəssisi, Xanlar Bələdiyyəsinin üzvü və mülkiyyətçinin iştirakı ilə tərtib edilmiş ##.##.2006-cı il tarixli aktdan görünür ki, yaradılmış komissiya yerində baxış keçirərək bələdiyyənin İddiaçı tikinti işlərinin aparılması üçün torpaq sahəsinin alqı-satqı yolu ilə satılması məqsədəuyğun hesab edilmişdir. Daha sonra, Xanlar Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə Xanlar Bələdiyyəsinin alğı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən tikinti işlərinin aparılması üçün 0.16 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmış, satılmış 0.16 ha torpaq sahəsinə görə iddiaçı tərəfindən bələdiyyənin müvafiq bank hesabına 3464 manat pul ödənilmiş, eyni zamanda alqı-satqıya dair tərəflərin iştirakı ilə ##.##.2006-cı il tarixli “Torpaqların alğı-satqısına dair” akt tərtib edilmiş və həmin akt ##.##.2006-cı il tarixində Xanlar rayon Torpaq şöbəsində 704 nömrə ilə qeydiyyata alınmışdır.

49. Iddiaçı qeyd olunan sənədlərə istinad edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtinasının dəlili ondan ibarət olmuşdur ki, aparılan araşdırma zamanı faktiki torpaq sahəsinin Yeni uçot xəritəsinə (AZCAD və TEKUIS) əsasən dövlət mülkiyyətində olan “Sənaye nəqliyyat, rabitə,müdafiə və digər təyinatlı" əraziyə, Ərazi Idarəsinin elektron xəritə materiallarına əsasən isə başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmişdir ki, hazırda baxılan işdə hüquqların dövlət qeydiyyatından imtina edilməsi üçün bu əsaslar yoxdur.

51. Belə ki, torpaq və bələdiyyələr haqqında qanunvericililk kənd təsərrüfatına yararsız və ya az yararlı torpaqların müvafiq məqsədlə satılmasının mümkünlüyünü müəyyən etmişdir.

52. Iş materiallarından göründüyü kimi, Xanlar Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə bələdiyyənin alğı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən müvafiq məqsədlə 0.16 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmış və bu barədə “Torpaqların alğı-satqısına dair” Akt tərtib edilmişdir. Qeyd olunan torpaq sahəsi 30 ilə yaxın müddətdir ki, iddiaçının istifadəsində və sahibliyindədir. Bu səbəbdən bələdiyyə tərəfindən torpaq ayrılan zaman qanunvericiliyin tələblərinə riayət edilmişdirsə həmin torpaq sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb, çıxarış verilməsindən imtina edə bilməz.

53. Digər tərəfdən, 0.16 ha torpaq sahəsinin koordinatlarının 84.0 kv.m qədər hissəsi başqa vətəndaşa məxsus ##.##.2014-cü il tarixdə verilmiş ************ reyestr nömrəli çıxarışla üst-üstə düşməsi hissəsinə münasibətdə isə iddiaçı tələbin həcmini azaldaraq 1600 kv.m torpaq sahəsindən 84 kv.m torpaq sahəsi çıxlmaqla sonda 1516 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehə həvalə olunmasını tələb etmişdir ki, bu halda da həmin əmlaka dair üçüncü şəxslərin pretenziyasının olmadığı (aradan qalxdığı) müəyyən edilmişdir.

54. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanını dəlilinə, yəni torpaq sahəsinin dövlət torpaq sahəsi olmasına münasibətdə qeyd edir ki, balans sahibi müvafiq bələdiyyə tərəfindən mübahisələndirilən torpaq sahəsi iddiaçıya bələdiyyənin alğı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsi olaraq tikinti məqsədi ilə satılmışdır.

55. Digər tərəfdən, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən tərtib edilmiş rəylərdə satılması nəzərdə tutulmuş torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatına yararsız torpaq sahəsi olmaqla tikinti məqsədi üçün satılmasının məqsədəmüvafiq olması göstərilmişdir. Eyni zamanda torpaq sahəsinə dair Xanlar rayon Xanlar Bələdiyyəsinin yeruqluşu planından çıxarış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. Həmçinin, Xanlar Bələdiyyəsinin kənd daxili ərazisindəki torpaq sahəsindən ayrılıb vətəndaşa sahibkarlıq məqsədi üçün torpaq sahəsinin satılması ilə bağlı ##.##.2006-cı ildə tərtib edilmiş akt da DT və XT-nin Xanlar rayon şöbəsi tərəfindən də təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi satılan zaman səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin rəyi alınmışdır.

56. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin həmin zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

57. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

58. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi, habelə Xanlar Rayon Icra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən müəyyən edilmişdir.

59. Işdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Xanlar Bələdiyyəsinin üzvü və mülkiyyətçi tərəfindən təsdiq edilmiş ##.##.2006-cı il tarixli akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planından çıxarış mövcud olmuşdur.

60. Odur ki, 2006-cı ildə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatına yararsız torpaq sahəsi kimi satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin dövlət mülkiyyətində olan “Sənaye nəqliyyat, rabitə,müdafiə və digər təyinatlı" əraziyə olması barədə verilən mütəxəssis rəyi əsaslı hesab edilə bilməz. Həmçinin cavabdeh inzibati orqanın bu dəlilə əsaslanmaqla hüquqların qeydiyyatından imtinası əsaslı sayıla bilməz.

61. Bundan əlavə, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, mübahisəli ərazi ilə qonşuluqda yerləşən 0.85 ha və 0.02 ha torpaq sahələri üzərində müvafiq olaraq X7 və X1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarış verilmişdir.

62. Qeyd edilməlidir ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

63. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir.

64. Nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

65. Iş üzrə mövcud faktiki hallar və təqdim olunmuş sübutlardan görünür ki, iddiaçının torpaq sahəsi ilə eyni ərazidə yerləşən torpaq sahələrinə dair həmin şəxslərin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı halda iddiaçıya münasibətdə fərqli və ya ayrıseçkilik xarakterli rəftarın tətbiq edilməsini hüquqi cəhətdən əsaslandıran hər hansı zərurətin mövcud olmadığını açıq şəkildə təsdiq edir.

66. Bütün bu hallar nəzərə alınaraq, məhkəmə kollegiyası cavabdehin mövqeyini hüquqi baxımdan əsassız və iddiaçının mülkiyyət hüququnun qeyri-qanuni şəkildə məhdudlaşdırılmasına yönəlmiş bir yanaşma kimi qiymətləndirir.

67. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istisna edən hallar mövcud deyil. Odur ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh edilənlərə hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar