Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-31/2026 01.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər Isgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. X1 hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciətin müsbət həllindən ##.##.2025-ci il tarixli 3- 17- */*-Q-*****/**** nömrəli və ##.##.2025-ci il tarixli *-**-*/*-Q-*****/**** nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın dağ-mədən işləri bölməsinin (1), faydalı qazıntıların çıxarılması, geoloji kəşfiyyat işləri, şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması yarımbölməsinin (1.1) açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci siniftəhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı, şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi, torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri bəndinin (1.2) açıqda dağ-mədən işləri, yer səthində iIslər (1.2.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) istehsalat sahələrinin növbələrində məşğul olan mühəndislər və xxxx vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "Azərbaycan Interneyşnl Mayninq Limited Şirkəti"-nin ona dair ##.##.2025-ci il tarixli AIMC-X/O-**/**** nömrəli arayışında ##.##.2011-ci il tarixindən bugünədək həmin müəssisənin Gədəbəy kontrakt sahəsində dağ-mədən işləri üzrə nəzarətçi vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, çalışdığı nəzarətçi vəzifəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan xxxx vəzifələrinə uyğun deyil. Göstərilən səbəblərdən də güzəştli iş stajı 12 il 6 aydan az (2 il 5 ay (##.##.2008-##.##.2011-ci il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
Işdə olan sənədlər:
2. TH ******* nömrəli hərbi biletə əsasən, X1 ##.##.1984-cü il tarixdən ##.##.1986cı il tarixədək hərbi xidmətdə olmuşdur.
3. AT-III ******* nömrəli əmək kitabçasına əsasən, X1 ##.##.1982-##.##.1984-cü illərdə * nömrəli Təmir Tikinti Trestində mühəndis, ##.##.1986-##.##.1987-ci illərdə * nömrəli Təmir Tikinti Trestində mühəndis, ##.##.1989-##.##.1990-cı illərdə * nömrəli Təmir Tikinti Trestində mühəndis, ##.##.1990-##.##.1991-ci illərdə “Gədəbəytikinti” X9 iş icraçısı, ##.##.1991-##.##.1998-ci illərdə “Gədəbəytikinti” X9 sahə mühəndisi, ##.##.2005-##.##.2005-ci illərdə “xxxx” QSC-nin X7 mədənində yeraltı işlərə markşeyder fəhləsi, ##.##.2008-##.##.2008-ci illərdə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy geoloji kəşfiyyat sahəsində sürücü, ##.##.2008-##.##.2011-ci illərdə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy kontrakt sahəsində Mədən mühəndisi işləmişdir və ##.##.2011-ci il tarixdən Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy kontrakt sahəsində Dağ-mədən işləri üzrə nəzarətçi işləyir.
4. Azərbaycan Interneyşnl Mayninq Kompani Limited Şirkətinin “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” ##.##.2024-cü il tarixli, *** nömrəli arayışında qeyd edilmişdir ki, X1 həqiqətən aşağıda qeyd olunan tarixlərdə Azərbaycan Interneyşnl Mayninq Kompani Limited Şirkətinin (bundan sonra Şirkət) Gədəbəy kontrakt sahəsində aşağıda qeyd olunan vəzifələrdə (peşələrdə) işləyib: - Sürücü - ##.##.2008-ci il tarixindən ##.##.2008-ci il tarixinədək; - Mədən mühəndisi - ##.##.2008-ci il tarixindən ##.##.2011-ci il tarixinədək; - Dağ-mədən işləri üzrə nəzarətçi - ##.##.2011-ci il tarixindən bugünədək. Göstərilən vəzifələr (peşələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı"sında göstərilən peşələr ilə eynidir: 1. Sürücü- Qeyd olunan peşə Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə əsasən, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifə və peşələrə aid edilmir. 2. Mədən mühəndisi-1. "Dağ-mədən işləri" bölməsinin 1.2. "Açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri" bəndinin 1.2.1. "Açıqda dağ-mədən işləri və yer səthində işlər" yarımbəndinin b) "rəhbərlər və mütəxəssislər" hissəsində göstərilmiş *istehsalat sahələrinin növbələrində məşğul olan mühəndislər" 3. Dağ-mədən işləri üzrə nəzarətçi - "Dağ-mədən işləri" bölməsinin 1.2. "Açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci siniftəhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri" bəndinin 1.2.1. "Açıqda dağ-mədən işləri və yer səthində işlər" yarımbəndinin b) "rəhbərlər və mütəxəssislər" hissəsində göstərilmiş "xxxx".
5. Azərbaycan Interneyşnl Mayninq Kompani Limited Şirkətinin “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” ##.##.2025-ci il tarixli, AIMC-X/O- **/**** nömrəli, ##.##.2025-ci il tarixli, AIMC-X/O-***/**** nömrəli və ##.##.2026-cı il tarixli, AIMC-X/O-***/**** nömrəli arayışlarında qeyd edilmişdir ki, X1 həqiqətən aşağıda qeyd olunan tarixlərdə Azərbaycan Interneyşnl Mayninq Kompani Limited Şirkətinin (bundan sonra Şirkət) Gədəbəy kontrakt sahəsində aşağıda qeyd olunan vəzifələrdə (peşələrdə) işləyib: - Sürücü - ##.##.2008-ci il tarixindən ##.##.2008-ci il tarixinədək; - Mədən mühəndisi - ##.##.2008-ci il tarixindən ##.##.2011-ci il tarixinədək; - Dağ-mədən işləri üzrə nəzarətçi - ##.##.2011-ci il tarixindən bugünədək. Göstərilən vəzifələr (peşələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı"sında göstərilən peşələr ilə eynidir: 1. Sürücü- Qeyd olunan peşə Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə əsasən, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifə və peşələrə aid edilmir. 2. Mədən mühəndisi-1. "Dağ-mədən işləri" bölməsinin 1.2. "Açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri" bəndinin 1.2.1. "Açıqda dağ-mədən işləri və yer səthində işlər" yarımbəndinin b) "rəhbərlər və mütəxəssislər" hissəsində göstərilmiş istehsalat sahələrinin növbələrində məşğul olan mühəndislər" 3. Dağ-mədən işləri üzrə nəzarətçi - "Dağ-mədən işləri" bölməsinin 1.2. "Açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci siniftəhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri" bəndinin 1.2.1. "Açıqda dağ-mədən işləri və yer səthində işlər" yarımbəndinin b) "rəhbərlər və mütəxəssislər" hissəsində göstərilmiş "xxxx". Şirkətin Dağ-mədən işləri üzrə nəzarətçisi vəzifəsini icra edən X1 gördüyü işin xarakteri dağ-mədən rəisinin müavini (köməkçisi) vəzifəsini icra edən şəxslərin gördüyü işin xarakteri ilə eynidir və dağ-mədən rəisinin müavini (köməkçisi) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə mək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının “(dağ-mədən) rəsiləri, onların müavinləri (köməkçiləri)” sətrində öz əksini tapmışdır.
6. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubunda qeyd edilmişdir ki, X4 Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, ümumi iş stajı 25 il 29 gün (##.##.2006-cı il tarixinədək 8 il 2 gün (##.##.1982- ##.##.1984-cü il, ##.##.1984- ##.##.1986-cı il (hərbi xidmət dövrü), ##.##.1986- ##.##.1990-cı il, ##.##.2005- ##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 16 il 9 ay) təşkil edir. Eyni zamanda, Rövşən Quliyevin AТ- lll ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində onun ##.##.1990-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası “Gədəbəytikinti” X10 iş icraçısı və sahə mühəndisi vəzifələrində işlədiyi göstərilib. Lakin sözügedən səhifələrdəki ##.##.1990-cı il tarixində işə qəbul ilə bağlı * nömrəli qeyddə müəssisənin adı “Azərbaycan Respublikası” Gədəbəytikinti SMD olaraq qeyd olunub. Göründüyü kimi, işə qəbul olunduğu qeyd edilən ##.##.1990-cı il tarixində Azərbaycan Sovet Sosialist Respublikası mövcud olduğu və müstəqil Azərbaycan Respublikasının ## ####### 1991-ci ildə yarandığı üçün ##.##.1990-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsin işləməsinə əsaslı şübhələr yaranıb. Buna görə də, həmin dövr Rövşən Quliyevin iş stajına daxil edilməyib.
Birinci instansiya məhkəməsində icraat:
7. Iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat sahələrində işlədiyi dövrün tamını xüsusi və ümumi iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1964-cü il təvəllüdlü olmaqla, Azərbaycan Interneyşnl Mayninq Limited Şirkətində ##.##.2008-ci il tarixdən ##.##.2008ci il tarixinədək sürücü, ##.##.2008-ci il tarixindən ##.##.2011-ci il tarixinədək mədən mühəndisi, ##.##.2011-ci il tarixindən ## #### 2025-ci il tarixinədək dağ-mədən işləri üzrə nəzarətçi vəzifəsində işləmiş və müəyyən məbləğdə əmək haqqı almışdır. Bu fakt iddia ərizəsinə əlavə etdiyi əmək kitabçası, vəzifə təlimatı və arayışlarla öz təsdiqini tapır. Işlədiyi dövrlərdə tutduğu peşə (vəzifə) güzəştli şərtlərlə pensiya hüququ verən peşə hesab olunduğu üçün və onunla bərabər işləyən şəxslərə güzəştli şərtlərlə əmək pensiyası təyin edildiyi üçün həmin illər nəzərə alınmaqla ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə əlaqədar ərizə ilə cavabdehə müraciət etmiş, lakin ##.##.2025-cü il tarixli məktubla ərizənin icrasında imtina edilmişdir.
9. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
10. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli etirazın məzmunu imtina məktubunun məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş üç şərt mövcud olmalıdır: 1. Iddiaçının yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır (60 yaş); 2. Azı 25 il sığorta stajına malik olmalı və ya fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli; 3. Azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışmalıdır. Birinci əsas: Iş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı ##.##.1964-cü il tarixdə anadan olmuşdur. Iddiaçı ##.##.2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün tələb olunan yaş həddinə (60 yaş) çatmışdır. Ikinci əsas: Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı tələb olunan 25 ildən çoxdur (25 il 29 gün (##.##.2006-cı il tarixinədək 8 il 2 gün (##.##.1982- ##.##.1984-cü il, ##.##.1984- ##.##.1986-cı il (hərbi xidmət dövrü), ##.##.1986-##.##.1990-cı il, ##.##.2005- ##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 16 il 9 ay) təşkil edir.). Bununla yanaşı, iddiaçı R.Quliyevin AT-Ill ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində onun ##.##.1990-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası "Gədəbəytikinti" X10 iş icraçısı və sahə mühəndisi vəzifələrində işlədiyi göstərilib. Lakin, sözügedən səhifələrdəki ##.##.1990-cı il tarixində işə qəbul ilə bağlı * nömrəli qeyddə müəssisənin adı "Azərbaycan Respublikası" Gədəbəytikinti SMD olaraq qeyd olunub. Göründüyü kimi, işə qəbul olunduğu qeyd edilən ##.##.1990-cı il tarixində Azərbaycan Sovet Sosialist Respublikası mövcud olduğu və müstəqil Azərbaycan Respublikasının ## ####### 1991-ci ildə yarandığı üçün ##.##.1990-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsin işləməsinə əsaslı şübhələr yaranmışdır. Buna görə də, həmin dövr Rövşən Quliyevin iş stajina daxil edilməmişdir. Üçüncü əsas: Iddiaçının cavabdehə təqdim etdiyi sənədlərə əsasən onun güzəştli iş stajı isə 12 il 6 aydan az (2 il 5 ay (##.##.2008-31.03.201 ci il tarixləri arasındakı dövr) təşkil edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007ci il tarixli ** nömrəli Qərarı təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrii vəzifələrin və göstəricilərin Siyahısı"nın dağmədən işləri bölməsinin (1), faydalı qazıntıların çıxarılmas geoloji kəşfiyyat işləri, şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeral qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi v əsaslı təmir olunması yarımbölməsinin (1.1) açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkı kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik spatını gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərii qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltı qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələ həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı, şaxtaları mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və diga yeraltı qurğuların tikintisi, torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınlarıı terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri bəndin (1.2) açıqda dağ-mədən işləri, yer səthində işlər (1.2.1) rəhbərlər və mütəxəssislər yarımbəndində istehsalat sahələrinin növbələrində məşğul olan mühəndislər və (dağ-mədən) rəisləri, onları müavinləri (köməkçiləri) vəzifələri nəzərdə tutulmuşdur. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "Azərbaycan Interneyşnl Mayninq Limited Sirkəti"-nin iddiaçıya dair ##.##.2025-ci il tarixli AiMC-X/O-**/**** nömrəli arayışında ##.##.2011-ci il tarixindən bugünədək həmin müəssisənin Gədəbəy kontrakt sahəsində dağ-mədən işləri üzrə nəzarətçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, çalışdığı nəzarətçi vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan xxxx vəzifələrinə uyğun deyil. Göstərilən səbəblərdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (2 il 5 ay (##.##.2008-31.03.201 ci il tarixləri arasındakı dövr) təşkil edir. Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işçinin işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin islədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı pesənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə qəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmıs olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişəbirmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmədə Azərbaycan Respublikası IPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair # ###### 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.
11. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının işlədiyi Dağ-mədən işləri üzrə nəzarətçi peşəsi müvafiq olaraq Nazirlər Kabinetinin ##.##.2007ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndlərində nəzərdə tutulmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a)apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlilləri imtina və iddia tələbinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etdi.
17. Iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası IPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7.1. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı: 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər b) istehsalat sahələrinin növbələrində məşğul olan mühəndislər - xxxx
21. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Iş materialları ilə müəyyən olunur ki, iddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, sonuncu müraciətin müsbət həllindən imtina edərək onun işlədiyi nəzarətçi vəzifəsinin Siyahıda nəzərdə tutulan dağ-mədən rəisləri, onların müavinləri (köməkçiləri) vəzifəsinə uyğun gəlməməsi, bu səbəbdən də güzəştli iş stajının olmaması ilə əsaslandırmışdır.
25. Iddiaçı məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən tələb təmin olunmuşdur.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
27. Qeyd olunan normanın tələbindən göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 60 yaşın tamam olması, azı 25 il ümumi iş stajının və azı 12 il 6 ay xüsusi iş stajının mövcud olması şərtləri ödənilməlidir.
28. Iddiaçı ##.##.1964-cü il tarixdə doğulmuş, 60 yaşı ##.##.2024-cü il tarixdə tamam olmuşdur.
29. Cavabdeh tərəfindən ümumi və xüsusi iş stajı ilə bağlı tələb mübahisələndirilməklə iddiaçının ##.##.2011-ci il tarixindən ##.##.2024-cü il tarixədək dağ-mədən işləri üzrə nəzarətçi işlədiyi dövrlər xüsusi iş stajı kimi qəbul edilmir və bu həmin vəzifələrin Siyahıda nəzərdə tutulan dağ-mədən rəisləri, onların müavinləri (köməkçiləri) vəzifəsinə uyğun gəlməməsi ilə əsaslandırılır.
30. Belə olan halda iddiaçının ##.##.2011-ci il tarixdən Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy kontrakt sahəsində Dağ-mədən işləri üzrə nəzarətçi işlədiyi dövrlərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən və Siyahıda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğu müəyyən edilməlidir.
31. Azərbaycan Interneyşnl Mayninq Kompani Limited Şirkətinin “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” ##.##.2024-cü il tarixli, *** nömrəli arayışında qeyd edilmişdir ki, dağ-mədən işləri üzrə nəzarətçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda göstərilən "Dağ-mədən işləri" bölməsinin 1.2. "Açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri" bəndinin 1.2.1. "Açıqda dağ-mədən işləri və yer səthində işlər" yarımbəndinin b) "rəhbərlər və mütəxəssislər" hissəsində göstərilmiş "xxxx" vəzifə (peşə) ilə eynidir.
32. Azərbaycan Interneyşnl Mayninq Kompani Limited Şirkətinin “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” ##.##.2025-ci il tarixli, AIMC-X/O- **/**** nömrəli, ##.##.2025-ci il tarixli, AIMC-X/O-***/**** nömrəli və ##.##.2026-cı il tarixli, AIMC-X/O-***/**** nömrəli arayışlarında qeyd edilmişdir ki, Şirkətin Dağ-mədən işləri üzrə nəzarətçisi vəzifəsini icra edən X1 gördüyü işin xarakteri dağ-mədən rəisinin müavini (köməkçisi) vəzifəsini icra edən şəxslərin gördüyü işin xarakteri ilə eynidir və dağ-mədən rəisinin müavini (köməkçisi) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə mək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının “(dağ-mədən) rəsiləri, onların müavinləri (köməkçiləri)” sətrində öz əksini tapmışdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Inzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
34. “Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
35. Hazırki qərarın 4 və 5-ci bəndlərində qeyd olunanlara əsasən iddiaçının işlədiyi nəzarətçi peşəsi Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur.
36. Belə olan halda, ümumi və xüsusi iş stajı üzrə tələb olunan şərt ödənilir. Belə ki, həm iddiaçının əmək kitabçası, həm də hərbi bileti ilə hərbi xidmət dövrü də daxil olmaqla onun ümumi iş stajının 25 ildən, xüsusi iş staının isə 12 il 6 aydan çox olması müəyyən edilir.
37. Mötəbərlik prezumpsiyasının tələblərinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələri).
38. Odur ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül Isgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov