Məhkəmə qərarları › İş №2-1(3-7)-313/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-313/2026

05.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-313/2026 05.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apelyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndəsi (atası) X1 iştirakı ilə, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh (üçüncü şəxslər N saylı hərbi hissə, N saylı hərbi hissə (Sarcalı hospitalı), N saylı hərbi hissənin hospitalı (Gəncə hospitalı) və N saylı hərbi hissə (Papanin hospitalı)) qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, sağlamlığına vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya qismində cavabdeh tərəf olan Cavabdeh tərəfindən 100000 (bir yüz min) manat məbləğində, N saylı hərbi hissə tərəfindən 100000 (bir yüz min) manat məbləğində, Sarcalı hospitalı, N saylı hərbi hissə tərəfindən 100000 (bir yüz min) manat məbləğində, N saylı hərbi hissə (Papanin adlanan hospital) tərəfindən 100000 (bir yüz min) manat zərərin cəmi 500000 (beş yüz min) manat məbləğində zərərin ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın və üçüncü şəxslərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh inzibati orqanın Cavabdeh ilə əvəz edilməsi və sağlamlığına vurulmuş maddi və mənəvi zərər görə 1000000 (bir milyon) manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərardadı ilə (hakim F.Əliyev) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Inzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Iddiaçı İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsi və işə başqa hakimin sədrliyi ilə Gəncə Inzibati Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (atası) X1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR IPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərardadı ləğv olunmalı və inzibati iş materialları aidiyyəti üzrə baxılması üçün Gəncə Inzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası IPM-nin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası IPM-nin 34.1-cü maddəsində göstərilmişdir ki, ...öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Qeyd olunmalıdır ki, iddianın predmeti inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədədir. Iddianın ərazi aidiyyətini müəyyən etmək üçün qanunvericiliyin bu istiqamətdəki tənzimləmələri əsas götürülməlidir. Hazırda tərəflər arasında yaranmış mübahisə cavabdeh orqana qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbindən irəli gədiyindən ərazi aidiyyəti müəyyənləşdirilərkən AR IPM 8.1.2. və 8.1.3-cü maddəsinin tələblərinə istinad edilməlidir. Belə ki, AR IPM 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. AR IPM 8.1.3-ci maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçdiyi müddətdə səhhətində yaranmış problemlərdən dolayı ##.##.2025-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının terapiya profilli hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və nəticədə “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” qərarı verilmişdir. Iddiaçı hazırki tələbində həmin dövrdə sağlamlığına vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsini tələb edir. Yuxarıda istinad olunan maddələrnin tələbinə əsasən bu qəbildən mübahisələrə baxılan zaman ərazi aidiyyəti hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxıla bilməsi nəzərdə tutulmuş hallardan biridir. Belə ki, hazırda iddiaçının əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı qaldırdığı iddianın aidiyyəti qaydası IPM-in 8.1.3-cü maddənin təsir dairəsinə düşür. Beləliklə, nəzərə alınmalıdır ki, Məhkəmə Hüquq Şurasının ## ###### 2019-cu il tarixli, * nömrəli qərarı ilə “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Gəncə şəhəri Gəncə Inzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Bu səbəbdən də inzibati iş materialları baxılması üçün Gəncə Inzibati Məhkəməsinə göndərilməlidir. Lakin birinci instansiya məhkəməsi mübahisənin ərazi aidiyyətini düzgün müəyyən etməmişdir. Göründüyü kimi iddiaçı İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (IPM-nin 8.2-ci maddəsi). Həmin Məcəllənin 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, inzibati iş materialları ərazi aidiyyəti üzrə iddiaçının yerləşdiyi və ya olduğu ünvana uyğun olaraq Gəncə Inzibati Məhkəməsinə göndərilməlidir. IPM-nin 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 8.6-cı maddəsinə əsasən inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qərardadın ləğvi üçün əsas olan pozuntulara yol verilmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərardadı ləğv edilməli və inzibati iş materialları aidiyyəti üzrə Gəncə Inzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 8, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərardadı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Inzibati Məhkəməsinə göndərilsin. Bu qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar