Məhkəmə qərarları › İş №2-1(3-7)-314/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-314/2026

15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-314/2026 15.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyixxxxcavabdeh1 qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, “qərarın ləğvi və əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Gəncə Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli, X********TQQ nömrəli göndərişixxxxİddiaçı qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, teztez qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi, anamnezixxxxintihar cəhdləri ilə Yanaşı xəstəliklər – F07.2 Postkontuzion sindrom Yanaşı xəstəliklər – F06.5 Üzvi dissosiativ pozuntu Yanaşı xəstəliklər – F33.3 Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod, psixotik əlamətlərlə cərəyan edən ağır dərəcəli depressiv epizod Yanaşı xəstəliklər – H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi Yanaşı xəstəliklər – F43.1 Posttravmatik stress pozuntusu Yanaşı xəstəliklər – H52.2 Astiqmatizm, hər iki gözün mürəkkəb miopik astiqmatizmi

2. Gəncə Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli, X********TQQ nömrəli göndərişindəki diaqnoz üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik vəziyyəti ##.##.2025-ci il tarixdə qiymətləndirilərək, diaqnozun əlillik əlaməti təyin etməməsi (“Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

İşdə olan sənədlər:

3. ##.##.2010-cu il tarixli, ZE ******* nömrəli hərbi biletdəki qeydlərə əsasən, İddiaçı: - “N” nömrəli hərbi hissənin tərkibixxxx##.##.2020- ci il tarixdən ##.##.2020-ci il tarixinədək Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərixxxxdöyüş əməliyyatlarında motoatıcı V vəzifəsixxxxiştirak etmiş, xəstəliyə görə ##.##.2020-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. - “Xocavəndin azad olunmasına görə” (İ- **** №-li), “Cəbrayılın azad olunmasına görə” (İ-***** №-li), “Füzulinin azad olunmasına görə (İ***** №-li), “Vətən Müharibəsi iştirakçısı” (İ-***** №-li) medalları ilə təltif edilmiş və ona M/V 100309 seriya nömrəli “Müharibə veteranı” vəsiqəsiqəsi verilmişdir.

4. Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsinin ##.##.2021-ci il tarixli, *** nömrəli travma haqqında arayışına əsasən, R İddiaçı “Partlayış travması, keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Barotravma (##.##.2020), ikitərəfli kəskin koxlear nevrit” diaqnozu qoyulmuşdur.

5. Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsinin ##.##.2022-ci il tarixli, ***** nömrəli məktubuna əsasən, İddiaçı “Üzvi mənşəli (müharibə zamanı aldığı KBT nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv və yaddaşın ifadəli enməsi ilə F07.0” diaqnozu qoyulmuşdur.

6. ##.##.2022-ci il tarixli müayinəyə əsasən, İddiaçı barəsixxxx2 il müddətinə OFP yekun faizi 40 faiz olmaqla “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə təyinat aparılmış, əmək zəmanəti “əmək qabiliyyətsizdir”, diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi dissosiativ pozuntu. Posttravmatik stress pozuntusu. Qayıdan depressiv pozuntu. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Astiqmatizm”, meyar “bənd - 7.6.2.1; XBT Kodu – F07.0 – Əsas; meyar: Psixi və davranış pozuntuları => Simptomik daxil olmaqla üzvi psixi pozuntular => Üzvi mənşəli şəxsiyyət pozuntusu => Əmək qabiliyyətinin nəzərəçarpan dərəcədə azalmasına, ətrafdakılara tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsixxxxəhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətinə ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); OFP faizi – meyar üzrə - 35-60; OFP faizi – amillər ürə - 55; OFP faizi – manual – 40; OFP faizi – yekun – 40; OFP müddəti – 2 il; əlillik səbəbi - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” kimi müəyyən edilmişdir.

7. Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsinin: - ##.##.2024-cü il tarixli, **** nömrəli həkim psixiatr komissiyasının rəyinə əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2023-cü il tarixli, *-**/*-*-***/**** nömrəli “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı xxxxnın nəzdixxxxyaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi, anamnezixxxxintihar cəhdləri, kəkələmə ilə F07.0” diaqnozu qoyulmuşdur. - ##.##.2024-cü il tarixli, *** nömrəli həkim psixiatr komissiyasının rəyinə əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2023-cü il tarixli, *-**/*-*-***/**** nömrəli “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı xxxxnın nəzdixxxxyaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi, anamnezixxxxintihar cəhdləri, kəkələmə ilə F07.0” diaqnozu qoyulmuşdur.

8. cavabdeh2 ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı dair Gəncə Psixiatriya Xəstəxanasının X********TQQ nömrəli göndərişi və müraciəti əsasında müvafiq olaraq ##.##.2025-ci il tarixixxxxAgentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən patofunksional pozuntular aşkar olunmadığından, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq ##.##.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

9. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2022-ci il tarixli, *** nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən, İddiaçı Mərkəzi Hərbi Komissiyasının qərarı ilə təyin edilmiş “Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya, mühüm dərəcəli kəkələmə. Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, ifadə olunmuş psixopatabənzər davranış, retroqrad amneziya, depressiv sindrom. Barotravma (##.##.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 2 (iki) metr məsafədən eşitməsi ilə” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Hər iki gözün mürəkkəb miopik astiqmatizmi M 4.0D və M 1.5D nəticəsixxxxgörmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 0,5 olmaqla” diaqnozu isə “ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə təsdiq olunmuşdur.

10. “xxxx” publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyixxxxqeyd edilmişdir ki: - Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla və koqnitiv funksiyaların enməsi ilə, anamnezixxxxqıcolma tutmaları” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra baş ağrılarından əziyyət çəkməsi, əsəbi olması, intihar fikirləri və cəhdlərinin olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx”xxxx“Üzvi mənşəli (müharibə zamanı alınmış KBT nəticəsixxxxçəxsiyyət pozuntusu, kognitiv və yaddaşın ifadəli enməsi ilə” F07.0 diaqnozu təyin olunması)” və hal-hazırkı psixiatik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhvalruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. - ##.##.1987-ci il təvəllüdlü İddiaçı canlı muayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Gəncə Psixiatriya Xəstəxanası tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş tibbi göndərişdə İddiaçı təyin olunmuş F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (X1 zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu tez-tez qıcolma tutmaları. Koqnitiv funksiyaların enməsi, anamnezixxxxintihar cəhdləri ilə diaqnozu öz təsdiqini tapır, beynəlxalq təsnifat kodu (F07.0) düzgün qeyd edilmişdir. - ##.##.1987-ci il təvəllüdlu İddiaçı canlı müayinə olunmaqla iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Gəncə Psixiatriya Xəstəxanası tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş tibbi göndərişdə aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. - Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla və koqnitiv fuksiyaların enməsi ilə, anamnezixxxxqıcolma tutmaları” (F07.0) aşkar edilir. - ##.##.1987-ci il təvəllüdlü İddiaçı təyin edilmiş “Üzvi mənşəli şəxsiyyət pozuntusu (X2 alınmış kəllə-beyin travması, nəticəsində) şəxsiyyət pozuntusu. tez-tez qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi, anamnezixxxxintihar cəhdləri ilə xəstəliyinin hərbi əməliyyatlar nəticəsixxxxodlu silahla və s. digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah mərmi partlamasından sonrakı vəziyyət səbəbindən yarana bilərdi.

Birinci instansiya məhkəməsixxxxicraat:

11. İddiaçı İddiaçı cavadbeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixli, *******0003 nömrəli qərarın ləğv edilməsini, ##.##.2025-ci il tarixdən 2 il müddətinə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi səbəbli əlaqəsi ilə orqanizm funksiyalarının 65-80 faiz pozulmaqla əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2008-ci ildən ##.##.2010-cu ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrixxxxxidmət etmiş, N nömrəli hərbi hissənin tərkibixxxx##.##.2020-ci il tarixindən ##.##.2020-ci il tarixinədək Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərixxxxaktiv döyüş əməliyyatlarında motoatıcı V vəzifəsixxxxiştirak etmiş, ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazı bütövlüyü uğrunda gedən döyüşlərdə (44 günlük Vətən müharibəsi zamanı) yaxınlığımda mərmi partlaması nəticəsixxxxmüxtəlif bədən xəsarətləri almış, “HXH” Əsasnamənin 156cı maddəsinin “v” bəndinə əsasən xəstəliyə görə müvafiq olaraq ##.##.2020-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Azərbaycan Respublikasının müharibə veteranıdır. O, ## ##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixə kimi Göyçay RMX-da “Partlayış travması. Barotravma” diaqnozu ilə, ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixə kimi Tovuz RMX-da “Keçirilmış qapalı kəlləbeyin travmasından sonrakı baş ağrıları. İkitərəfli neyrosensor ağıreşitmə” diaqnozu ilə, ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixə kimi Qazax Psixiatriya Xəstəxanasında “Baş beyin xəstəliyi travması və disfunksiyası nəticəsixxxxyaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntusu, kəskin ifadəli şəxsiyyət dəyişkənliyi, tez-tez baş verən psixiatrik hallar” diaqnozu ilə, ##.##.2021-ci ildən ##.##.2021-ci il tarixədək Respublika Psixiatrik Xəstəxanasında “Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, barotravma, fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, ifadə olunmuş psixopatabənzər davranış, retrograd amneziya, depressiv sindrom” diaqnozu ilə stasionar müalicələr almış, xəstəliyinə görə dəfələrlə Göyçay və Tovuz MRX-da, “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-də, Qazax, Gəncə və Respublika Psixiatrik Xəstəxanalarında, SN-nin “X3” PHŞ-də, Müalicə-Diaqnostika Mərkəzində, ATU-nun X4, habelə digər tibb müəssisələrixxxxdəfələrlə və davamlı olaraq müayinə və müalicə olunmuş, müalicələri bu gün də davam etdirilir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə ona “Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəlləbeyin travması, baş-beyinin silkələnməsindən sonrakı postravmatik ensefalopatiya, mühüm dərəcəli kəkələmə. Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyinin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, ifadə olunmuş psixopatabənzər davranış, retrograd amneziya, depressiv sindrom. Barotravma (##.##.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə. Pıçıltı nitqinin sol qulaqda 1 metr, sağ qulaqda 2 metr məsafədən eşitməsi ilə” Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Hər iki gözün mürəkkəb miopik astiqmatizmi M4.0D və M 1.5D nəticəsixxxxgörmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 0,5 olmaqla” “ümumi xəstəlikdir” diaqnozu qoyulmuşdur. Səhiyyə Nazirliyinin ##.##.2023-cü il tarixli, 3-28/3-1- ***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq iddiaçı “xxxx”nın nəzdixxxxyaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən dəfələrlə müayinə olunmuş, Səhiyyə Nazirliyi “xxxx” PHŞ-nin Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli, **** nömrəli rəyi ilə ona “Üzvi (2-ci Qarabağ Müharibəsi zamanı alınmış kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez qıcolma tutmaları, kognitiv funksiyaların enməsi, anamnezixxxxintihar cəhdləri F07.0” və ##.##.2024-cü il tarixli, *** nömrəli rəyi ilə “Üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi, anamnezixxxxintihar cəhdləri, kəkələmə F07.0” diaqnozları təyin edilmiş, xəstəliyi ilə əlaqədar ona ##.##.2022-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəblə 3-cü qrup əlillik təyin edilmiş, ##.##.2024-cü ilə kimi 3-cü qrup əlil kimi müavinət almış, ##.##.2024-cü ildə ona yenidən əlillik təyin olunması ilə bağlı müvafiq xəstəlik sənədlərini və barəsixxxxtərtib edilmiş Forma 88-i cavabdehə təqdim etmiş, həmin sənədlər müvafiq qaydada sistemə işlənilmiş, əyani komissiyalarda olmuş və barəsixxxxmüvafiq tibbi rəylər tərtib edilmiş, ##.##.2025-ci il tarixli qərarla isə onun 3-cü dərəcəli əlilliyindən imtina edilmişdır, səbəb “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Xəstəliyi ilə bağlı sənədləri cavabdeh orqana təqdim etmiş, sonuncu isə həmin rəylərə hüquqi qiymət vermədən əsassız olaraq ərizəsinin təmin edilməsindən imtina etmişdir. Faktiki olaraq həmin tibb müəssisələri onu təkrar müayinədən keçirib əlilliyini və onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəblə olduğunu qeyd etməlidirlər. Hazırda ağır xəstədir, müalicə xərclərini ödəməyə imkanı yoxdur, dolanışığı və həyat şəraiti dözülməz vəziyyətdədir, cavabdeh təşkilatın qanunsuz və əsassız qərarı ilə hüquqlarına əsasız və qanunsuz müdaxilə olunmuşdur.

13. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş etiraz “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın normaları ilə əsaslandırılmışdır.

14. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim N.Hüseynov) iddia təmin edilmişdir.

15. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı barəsixxxxtibbi sənədlərdə göstərilən əlamətlər “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.2-ci bəndixxxxnəzərdə tutulan əlamətlərə uyğundur. Həmin bəxxxxəsasən şəxsə 2 il müddətinə əlilliyin təyin edilməsi nəzərdə tutmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətinin məzmunu imtina qərarı və iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçı tərəfindən təqdim edilən sənədlərə və eksperti rəyinə əsaslanmışdır. Həmçinin şəxsin əyani müayinə olunması nəticəsixxxxzəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlər əsas götürülürsə, o zaman cavabdeh olaraq iştirakларына nə zяrurət var idi? Gəncə Psixiatriya Xəstəxanasının göndərişi əsas götürülürsə, o zaman göndəriş ilə əlillik təyin olunardı. Ekspertiza təyin olunması barədə qərardadda məhkəmənin qoyduğu F07 kodu üzrə xəstəliyin ağırlaşmaları ilə bağlı suala ekspert tərəfindən əsaslandırlmış cavab verilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismixxxxfəaliyyəti çərçivəsixxxxilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə qarşı təqdim edilmiş etirazın məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

21. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş, cavabdeh1 publik hüquqi şəxsi cavabdeh1 publik hüquqi şəxsinin hüquq varisi kimi tanınması qərara alınmışdır.

Tətbiq edilən hüquq:

22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəxxxxvasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsixxxxmüvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin # #### tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsixxxxəhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətixxxxağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - 35-60% - 2 il; 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətixxxxmüşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80% - 2 il.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsixxxxonda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddixxxxdəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. İş materiallarına əlavə edilmiş Gəncə Psixiatriya Xəstəxanasının ##.##.2024cü il tarixli, X********TQQ nömrəli göndərişi ilə (forma 88) müəyyən olunur ki, iddiaçı “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə ##.##.2022-##.##.2022, ##.##.2022-##.##.2022, ##.##.2023-##.##.2023,##.##.2023-##.##.2023, ##.##.2024- ##.##.2024-ci il tarixlərdə Gəncə Psixiatriya Xəstəxanasında, ##.##.2023-##.##.2023, ##.##.2024-##.##.2024-cü il tarixlərdə Qazax Psixiatriya Xəstəxanasında, ##.##.2024- ##.##.2024-cü il tarixlərdə Bakı “xxxx”nda stasionar müalicələr almış, buna baxmayaraq, əlillik vəziyyəti həmin göndərişə əsasən “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu əsasında cavabdeh orqan tərəfindən ##.##.2025-ci il tarixixxxxqiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

29. Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsinin ##.##.2022-ci il tarixli, ***** nömrəli məktubuna əsasən, İddiaçı “Üzvi mənşəli (müharibə zamanı aldığı KBT nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv və yaddaşın ifadəli enməsi ilə F07.0” diaqnozu qoyulmuşdur.

30. İddiaçıda mövcud olan “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu XBT-10 kodu F07.0 olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2-ci bəndixxxxöz əksini tapmışdır. F07 kodlu xəstəlik əlilliyin müəyyən edilməsinə əsas verən xəstəlik kimi Meyarların ya 7.6.2.1, ya da 7.6.2.2-ci bəndixxxxqeyd olunan əlamətlərlə müşahidə edilməlidir. Belə ki, Meyarların 7.6.2.1-ci bəxxxxəsasən, F07 kodlu xəstəlik - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsixxxxəhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətixxxxağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) kimi patofunksional əlamətlərlə müşahidə edildiyi halda, orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 7.6.2.2-ci bəxxxxəsasən - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətixxxxmüşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda orqanizmin funksiyalarının 65-80 pozulmasına görə əlillik təyininə əsasdır.

31. Gəncə Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli, X********TQQ nömrəli göndərişinin “Status localis” qrafasında (cild İ, səh. 98) iddiaçı barəsixxxxqeyd edilmişdir ki, anadan vaxtında sağlam doğulub. İlkin psixo fiziki inkişafı adi olub. Zahirən narahatdır. Söhbətə həvəssiz qoşulur, suallara qısa cavablar verir. Söhbət zamanı gərginləşir, adi sözdən əsəbləşir, nitqi pozulur və həyəcanlandıqca danışığı anlaşılmaz olur, kəkələməsi daha da artır. Deyilənləri düzgün qəbul etmir, tərs, inadkardır. İrəli uzadılmış əllərixxxxtremor izlənilir, hiperhidroz aşkar edilir. Maraq dairəsi daralıb, bütün diqqəti öz daxili aləminə yönəlib. Emosional labildir. Əsəbi, konfliktlərə meyillidir. Deyilənlərə məhəl qoymur, öz dediyini deyir. Əhval ruhiyyə fonu olduqca aşağı, depressivdir. İpoxondrik şikayətlər edir. Anamnezixxxxintihar cəhdləri qeyd edilir. Özünə və öz vəziyyətinə tənqidi yoxdur. Üzvi şəxsiyyət pozuntusu-adət edilmiş premorbid modellərinin xeyli dərəcədə dəyişilməsi, koqnitiv və təfəkkür funksiyasının zəifləməsi müşahidə olunur. Qavrama pozuntuları izlənir. Yuxusu pozulub, dərmanlarla yatır.

32. Sözügedən göndərişin “Həkim və laboratoriya müayinələrinin nəticələri” qrafasında (cild İ, səh. 99) qeyd edilmişdir ki: - Həkim müayinəsi (##.##.2024) – F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, F07.0 - F06.5 - F33.3 - F43.1 - Üzvi (II Qarabağ müharibəsi alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi, anamnezixxxxintihar cəhdləri ilə. Posttravmatik stress pozuntusu. Psixotik əlamətlərlə cərəyan edən ağır dərəcəli depressiv epizod. Üzvi dissosiativ pozuntu. - Beyin MRT (##.##.2024) – Arxa kəllə çuxurunda beyincik yarımkürələrinin varoloi körpüsünün və mezensefalonun morfologiya və siqnal intensivliyi təbiidir. Dördüncü mədəcik normal forma və lokalizasiyadadır. BAzal sisternalar açıqdır. VIIVIII sinir komplekslərinin siqnal intensivliyi normaldır. Daxili qulaq keçəcəkləri simmetrik olub norma genişlikdədir. Supratentorial sahədə orta xətdə dislokasiya izlənilmədi. Üçüncü və yan mədəciklər normal genişlikdədir. BAzal gangliyaların və talamusların morfologiya və siqnal intensivliyi təbiidir. Beyin parenximasına aid morfologiya və ya siqnal dəyişikliyi aşkar edilməmişdir. Sağ maksilyar sinus retension kisti (6x4mm) Retroserebelyar araxnoidal kist (14mm) Beyin şırımları və hər iki silvian fissura normal genişlikdədir. İntra və ya ekstraaksiyal törəmə aşkar olunmadı. Görmə çarpazı sərbəstdir. Görmə sinirinin ölçüsü və siqnal intensivliyi təbiidir. Hər iki göz almasının ölçüsü və şəkili təbiidir. Linzalar normal lokalizasiyadadır. İntraorbital dekolman qanama kütlə izlənilmədi. Retroorbital piy toxuması aşıqdır. Retroorbital törəmə izlənilmədi. Periorital əzələlərin qalınlığı və siqnal intensivliyi norma daxilindədir. Beyin parenximasına aid morfologiya və ya siqnal dəyişikliyi aşkar edilməmişdir. Sağ maksilyar sinus retension kisti (6x4mm) Retroserebelyar araxnoidal kist (14mm). - BERA Test (##.##.2024) – Sol qulaqda 3-cü dərəcə, sağ qulaqda 2-ci dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur.

33. Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsinin ##.##.2024-cü il tarixli, **** nömrəli və ##.##.2024-cü il tarixli, *** nömrəli həkim psixiatr komissiyasının rəyləri ilə müəyyən edilir ki, iddiaçı xxxxnın nəzdixxxxyaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi, anamnezixxxxintihar cəhdləri, kəkələmə ilə F07.0” diaqnozu qoyulmuşdur.

34. “xxxx” publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyixxxxqeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla və koqnitiv fuksiyaların enməsi ilə, anamnezixxxxqıcolma tutmaları” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra baş ağrılarından əziyyət çəkməsi, əsəbi olması, intihar fikirləri və cəhdlərinin olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx”xxxx“Üzvi mənşəli (müharibə zamanı alınmış KBT nəticəsixxxxçəxsiyyət pozuntusu, kognitiv və yaddaşın ifadəli enməsi ilə” F07.0 diaqnozu təyin olunması)” və hal-hazırkı psixiatik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhvalruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir.

35. Göründüyü kimi iddiaçıda Meyarların 7.6.2.2-ci bəndixxxxqeyd olunan xəstəliklərin olması məhkəmə psixiatrik ekspertizasının rəyi ilə də öz təsdiqini tapır.

36. Bundan başqa iddiaçıya təyin ediləcək əlilliyinin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müdafiəsi ilə əlaqədar” olması hissəsixxxxdə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə düzgündür. Belə ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2022-ci il tarixli, *** nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən, iddiaçıya Mərkəzi Hərbi Komissiyasının qərarı ilə təyin edilmiş “Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya, mühüm dərəcəli kəkələmə. Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, ifadə olunmuş psixopatabənzər davranış, retroqrad amneziya, depressiv sindrom. Barotravma (##.##.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 2 (iki) metr məsafədən eşitməsi ilə” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunmuşdur.

37. Həmçinin, “xxxx” publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyixxxxqeyd edilmişdir ki, iddiaçıya təyin edilmiş “Üzvi mənşəli şəxsiyyət pozuntusu (X2 alınmış kəllə-beyin travması, nəticəsində) şəxsiyyət pozuntusu. Tez-tez qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi, anamnezixxxxintihar cəhdləri ilə” xəstəliyi hərbi əməliyyatlar nəticəsixxxxodlu silahla və s. digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah mərmi partlamasından sonrakı vəziyyət səbəbindən yarana bilərdi.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “təyin olunmuş diaqnozda ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların mövcudluğunun tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirilmə nəticəsixxxxmüəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur.

39. Apellyasiya şikayətinin dəlili kimi qeyd edilmiş “diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi” ilə bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələ həll edilərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almalıdır.

40. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsixxxxmüəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

41. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsixxxxmüəyyən olunmuş xəstəlik və diaqnozun şəxsdə əlillik dərəcəsinin müəyyən olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsdə əlillik dərəcəsinin müəyyən edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

42. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.

43. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi qərarında iddiaçı barəsixxxxəlverişsiz xarakter daşıyan inzibati aktın ləğvi, müəyyən ediləcək əlilliyin səbəbli əlaqəsi, müddəti və orqanizmin funksiyalarının pozulması faizi göstərilsə də, əlilliyin təyini tarixi qeyd edilməmişdir.

44. İş materialları ilə müəyyən edilir ki, iddiaçının əlillik vəziyyəti Gəncə Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli, X********TQQ nömrəli göndərişindəki diaqnoz üzrə cavabdeh inzibati orqan tərəfindən ##.##.2025-ci il tarixdə qiymətləndirilərək, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Belə olan halda iddiaçıya əlillik ##.##.2025-ci il tarixdən təyin edilməlidir.

45. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəlinən nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla qərarın ləğvinə əsas vermir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətixxxxGəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar