Məhkəmə qərarları › İş №2-1(3-7)-32/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-32/2026

16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-32/2026 16.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, Iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X3 və üçüncü şəxs Gəncə şəhər Nizami bələdiyyəsinin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 (üçüncü şəxslər, Gəncə şəhər Nizami bələdiyyəsi, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı Göygöl rayonu Qızılca kəndində yerləşən 2.28 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti üzrə koordinatlarla üzərində mülkiyyət hüququnun qeydə alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları: Xanlar rayon Qızılca bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə bələdiyyənin ərazisindəki əkinə yararlı torpaq sahəsindən İddiaçı 2.28 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişdir. Eyni zamanda DT və XK-nin Xanlar rayon şöbəsi ayrılmış torpaq sahəsinin bələdiyyənin ehtiyat fondunun kənd daxili torpağına və İ keyfiyyət qrupuna aid 100 ballı torpaq sahəsi olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 1968.28 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiq edilməklə ##.##.2007-ci il tarixdə 1119 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına ##.##.2007-ci il tarixli A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş və X2 kitabında ##.##.2007-ci il tarixdə 116 nömrə ilə uçota alınmışdır. Iddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 2.28 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan ##.##.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş ************** nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Ərazi Idarəsinin elektron kadastr məlumat bazasında öz əksini tapmadığı müəyyən edilmişdir. Araşdırma aparılan zaman faktiki torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin Yeni uçot xəritəsinə əsasən faktiki torpaq sahəsinin bir hissəsinin bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (daşlı örüş) torpağına düşdüyü aşkar edilmişdir. Ərizəyə əlavə edilmiş Göygöl rayonu Qızılca bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarına əsasən bələdiyyənin mülkiyyətindəki əkinə yararlı 2.28 ha torpaq sahəsi vətəndaş İddiaçı kənd təsərrüfatı və tikinti işlərinin aparılması məqsədilə ayrılmış torpaq sahəsi alqı-satqı yolu ilə satılması qərara alınmışdır. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Xanlar (indiki Göygöl) rayon Qızılca bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə tikinti və kənd təsərrüfatı məhsulları üçün İddiaçı adına tərtib olunmuş ##.##.2007-ci il tarixli A-010366 (**************) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsi, Xanlar (indiki Göygöl) rayonu Yeni Qızılca kəndi (R.Mamedov adına təsərrüfatın) ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə və Xanlar (indiki Göygöl) rayonu Qızılca bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2005-ci il tarixli (kod-50807028) yerquruluşu sxeminə əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla təmiz örüş sahəsidir. ##.##.2007-ci il tarixli A-010366 (**************) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin ##.##.2016-cı il tarixli *** nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUIS və AZCAD) məlumatlarına istinadən 2.08 ha hissəsi Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində, 0.20 ha hissəsi isə Gəncə şəhər ərazisində yerləşdiyi müəyyən edildi. Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən 2.08 ha torpaq sahəsinin 2.02 ha hissəsi (TEKUIS və AZCAD) məlumatlarına istinadən bələdiyyə mülkiyyəti, 0.06 ha hissəsi isə Dövlət mülkiyyətində yerləşir. Həmin 2.08 ha torpaq sahəsinin 2.02 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla 1.22 ha hissəsi tikinti altında olan torpaq sahəsi, 0.54 ha hissəsi infrastruktur (yollar və küçələr) sahəsi, 0.26 ha hissəsi isə örüş sahəsi olaraq müəyyən edildi. Həmin 2.08 ha torpaq sahəsinin 0.06 ha hissəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqları kateqoriyasına aid olmaqla infrastruktur (yollar və küçələr) sahəsi olaraq müəyyən edildi. Gəncə şəhər ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin 0.10 ha hissəsi (TEKUIS və AZCAD) məlumatlarına istinadən bələdiyyə mülkiyyəti, 0.10 ha hissəsi isə xüsusi mülkiyyətdə yerləşir. Həmin 0.20 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla 0.10 ha hissəsi digər təyinatlı, 0.10 hissəsi isə bağ sahələri olaraq müəyyən edildi. ##.##.2007-ci il tarixli A-010366 (**************) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsinin 0.58 ha hissəsi, ərazinin kompleks yerquruluşu layihəsində (əks olunan) JN-**** nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. 2) Iddiaçı İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 4.30 ha torpaq sahəsinin 1.22 ha hissəsi, ##.##.2007-ci il tarixli A-010366 (**************) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsinin 1.22 ha hissəsi ilə üst- üstə düşdüyü müəyyən olundu. 3) Xanlar (indiki Göygöl) rayon Qızılca bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə tikinti və kənd təsərrüfatı məhsulları üçün İddiaçı adına tərtib olunmuş ##.##.2007-ci il tarixli A-010366 (**************) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsi üzərində hər hansısa şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyinə əlavədə göstərilmişdir ki: 1) ##.##.2007-ci il tarixli A-010366 (**************) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsinin 2.08 ha hissəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2016-cı il tarixli *** nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUIS və AZCAD) məlumatlarına istinadən Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində, 0.20 ha hissəsi isə Gəncə şəhər ərazisində yerləşdiyi müəyyən edilmişdir. Bildirir ki, Gəncə şəhər ərazisində yerləşən həmin 0.20 ha hissə, Gəncə şəhərinin, Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 21 dekabr, 2012-ci il tarixli ***-IVQ nömrəli Qanununa əsasən, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin İ hissəsinin 3-cü (3.5.) bəndində: Quşqara kənd inzibati ərazi dairəsi tərkibindəki Quşqara kəndinin ərazisindən 450.24 ha torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmiş (Gəncə şəhər Inzibati Ərazi vahidinin yeni sərhəd hüdudlarını əks etdirən 2012-ci il tarixli miqyas 1:25 000 xəritədə 450.24 ha əks olunan) torpaq sahəsi olduğu müəyyən edilmişdir. 2) Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən 2.08 ha torpaq sahəsinin 2.02 ha hissəsi (TEKUIS və AZCAD) məlumatlarına istinadən Qızılca-Üçtəpə bələdiyyəsinin mülkiyyəti, 0.06 ha hissəsi isə Dövlət mülkiyyətində yerləşir (Bax plan 1). 3) Gəncə şəhər ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin 0.10 ha hissəsi (TEKUIS və AZCAD) məlumatlarına istinadən Gəncə şəhəri Nizami bələdiyyəsinin mülkiyyəti, 0.10 ha hissəsi isə xüsusi mülkiyyətdə yerləşsə də, həmin xüsusi mülkiyyətdə yerləşən 0.10 ha hissəsi üzərində hər hansı şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır (Bax plan 2). Xanlar (indiki Göygöl) rayon Qızılca bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə tikinti və kənd təsərrüfatı məhsulları üçün İddiaçı adına tərtib olunmuş ##.##.2007-ci il tarixli, A-010366 (**************) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsi üzərində hər hansı şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. 4) Bildirilir ki, ##.##.2007-ci il tarixli A-010366 (**************) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsinin 0.58 ha hissəsi, ərazinin kompleks yerquruluşu layihəsində (əks olunan) JN-**** nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Həmin üst-üstə düşən 0.58 ha torpaq sahəsinin 0.47 ha hissəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUIS və AZCAD) məlumatlarına istinadən bələdiyyə mülkiyyəti, 0.01 ha hissəsi dövlət mülkiyyəti, 0.10 ha hissəsi isə xüsusi mülkiyyətdə olduğu aşkarlanmışdır. Həmin xüsusi mülkiyyətdə yerləşən 0.10 ha hissəsi üzərində hər hansı şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır (Bax plan 3). Göygöl rayonu, Qızılca kəndində yerləşən mübahisəli torpaq sahəsinə baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi Gəncə-Daşkəsən yolunun sağ tərəfində yerləşməklə, faktiki olaraq mal-qara (heyvan) bazarı kimi istifadə edilir. Torpaq sahəsinin üzərində tikililər də mövcuddur. Iddiaçının və mütəxəssisin izahatı ilə müəyyən edilir ki, iddiaçının adına tərtib edilmiş plan-ölçü sənədinin koordinatları ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları uyğunluq təşkil etmir. Belə ki, iddiaçı rəyə əlavə edilmiş ortofoto görüntüyə baxış zamanı onun faktiki istifadəsində olan sahələrin kənarda qaldığını, faktiki istifadəsində olmayan sahələrin isə plan-ölçüdə əks etdirildiyini bildirdi. Iddiaçı eyni zamanda, həm özünün, həm oğlu Amin Ismayılovun mükiyyətində və icarəsində olan torpaq sahələrinin də hazırkı sahə ilə yanaşı yerləşdiyini və onun faktiki istifadəsində olduğunu bildirir və həmin torpaq sahələrinin hüquqmüəyyənedici və texniki sənədlərini təqdim edir. Həmçinin, baxış zamanı müəyyən edilir ki, sözügedən torpaq sahəsi yol səviyyəsindən aşağıda yerləşir və mütəxəssis rəyində dövlət mülkiyyəti kimi qeyd edilən sahə yolun mühafizə zolağına düşməklə, eniş hissədən ibarətdir. Iddiaçı mütəxəssis rəyində xüsusi mülkiyyətlə üst-üstə düşdüyü qeyd edilən torpaq sahəsinin onun faktiki istifadəsində olmadığını bildirir.

10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Gəncə Ərazi Idarəsinin ##.##.2025ci il tarixli 3-21-3-33/2- *****/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçı İddiaçı naturada təqdim etdiyi 4.30 ha torpaq sahəsinin A-010366 (50807018000013 kadastr nömrəli) plandakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsi ilə 1.22 ha hissədə üst-üstə düşmə halının və məktubda qeyd olunan mülkiyyət və icarə hüquqlarını təsdiq edən sənədlərinin (çıxarışların) planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələrinin naturada yerləşmə vəziyyətlərini əks etdirən ortofoto görüntüləri təqdim edirlər. Qeyd edilir ki, naturada təqdim olunan 4.30 ha torpaq sahəsi ilə məktubda qeyd olunan mülkiyyət və icarə hüquqlarını təsdiq edən sənədlərinin (çıxarışların) planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələrinin üst-üstə düşməsi halı mövcud deyildir.

Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Gəncə Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən 2.28 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Qızılca kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqanın ##.##.2024-cü il tarixli, 3- 21- *-**/*-****/**** saylı imtina məktubu ilə mülkiyyət hüququmun dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir. Imtina onunla əsaslandırılmışdır ki, "************** nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinin ərazi Idarəsinin elektron kadastr məlumat bazasında öz əksini tapmadığı, faktiki torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin Yeni uçot xəritəsinə əsasən faktiki torpaq sahəsnin bir hissəsinin bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (daşlı örüş) torpağına düşdüyünü və Göygöl rayonu, Qızılca bələdiyyəsinin ##.##.2017-ci il tarixli, ** nömrəli qərarını, yəni 2.28 ha torpaq sahəsinin alqı-satqı müqaviləsini qəbul etməmişdir". Cavabdeh orqan qəbul etdiyi imtina qərarını bir neçə istiqamətdə əsaslandırdığı üçün hər bir əsaslandırmaya ayrıca münasibət bildirmək istəyir. ************** nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinin ərazi Idarəsinin elektron kadastr məlumat bazasında öz əksini tapmamasını qeyd etməklə dövlət orqanının 2015-ci ilədək fəaliyyətini şübhə altına alır. Belə ki, 2015-ci il tarixədək-Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilənək bu qurumun verdiyi torpaq sahəsinin plan və ölçü sənədi mülkiyyət hüququnun qeydə alınması üçün mötəbər və ən üstün sənəd idi. 2015-ci il tarixdən sonra isə bu qurumun sənədlərini onun bazası əsasında yaranmış cavabdeh orqan qəbul etmədi. Torpaq sahəsinin plan və ölçü sənədi 2007-ci il tarixdə tərtib edilmişdir. Sual yaranır ki, onda 2007-ci il tarixdə ölçmə işləri sadə primitiv alətlərlə aparıldığı üçün bu gün elektron bazada öz təsdiqini tapmır. Qətiyyən bu mümkün deyildir. 2007-ci il tarix XXI əsr ilk on illiyi olmaqla yanaşı, ölçmə işlərinin o dövrü üçün ən müasir avadanlıqlarla aparılmasını təsdiq edir. Göygöl rayonu, Qızılca bələdiyyəsinin ##.##.2017- ci il tarixli ** nömrəli qərarını, yəni 2.28 ha torpaq sahəsinin alqı-satqı müqaviləsini sənəd kim qəbul edilməməsinin hər hansı hüquqi istinad nöqtəsi yoxdur. Çünki, alqı-satqı müqaviləsinin mötəbərliyi ilə bağlı hər hansı mübahisə yoxdur. Cavabdeh orqan formal qeyd etdiyi hal formal mülahizəyə əsaslanır. Ona görə də, məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Göygöl rayonu Qızılca kəndində yerləşən 2.28 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti üzrə koordinatlarla üzərində mülkiyyət hüququnun qeydə alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə Göygöl rayonu Qıızlca bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı ##.##.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, Göygöl rayonu Qızılca kəndində yerləşən 2.28 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti üzrə koordinatlarla üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Gəncə Ərazi Idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, yerin seçilmə aktı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin müvafiq rəyi, torpaqların alğı-satqısına dair akt ilə də təsdiq edilir. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, aparılan araşdırma zamanı ##.##.2007-ci il tarixli A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Ərazi Idarəsinin elektron baza məlumatlarında öz əksini tapmadığı, həmçinin, faktiki torpaq sahəsinin Ərazi Idarəsinin xəritə materiallarına əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş ərazisinə düşdüyü müəyyən edilmişdir. Məhkəmə cavabdehin orqanın ilk dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır. Belə ki, ##.##.2007-ci il tarixli A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Ərazi Idarəsinin elektron baza məlumatlarında öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına aid məsələ deyil. Sözügedən şəhadətnamə həmin dövrdə buna səlahiyyətli olan orqanların vəzifəli şəxsləri tərəfindən imzalanaraq, möhürlənmiş və iddiaçıya təqdim edilmişdir. Həmin Torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərazi Idarəsinin elektron baza məlumatlarında öz əksini tapmaması iddiaçının hüquqlarının qeydiyyatından imtinaya əsas sayıla bilməz. Nəzərə almaq lazımdır ki, sözügedən 2.28 ha torpaq sahəsi ayrıldığı vaxtdan mübahisəsiz olaraq iddiaçının faktiki istifadəsindədir. Hazırda da iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hər-hansı subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədlərdəki torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır. Göründüyü kimi, iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. Iddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı təxminən 18 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Eyni zamanda, cavabdeh inzibati orqanın statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olub-olmamasına nəzarəti isə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Hazırkı işdə isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh cavabdeh1 * saylı Gəncə Ərazi Idarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən cavabdehin imtinası ilə rəy müqayisə edilməli idi, belə ki, Ərazi Idarəsi öz imtinasında faktiki torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (daşlı örüş) torpağı olduğu bildirsə də, rəydə faktiki torpaq sahəsinin kateroqiyasına münasibət bildirilməmişdir. Belə ki, rəydə ##.##.2007-ci il tarixli A****** (**************) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsi, Xanlar (indiki Göygöl) rayonu Yeni Qızılca kəndi (R.Mamedov adına təsərrüfatın) ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə və Xanlar (indiki Göygöl) rayonu Qızılca bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2005-ci il tarixli (kod-50807028) yerquruluşu sxeminə əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla təmiz örüş sahəsi olması qeyd edilmişdir. Məhkəmə tərəfindən çıxarılan yekun qərar faktiki torpaq sahəsi ilə bağlı olsa da, bu hissədə araşdırma aparılmamışdır. Qanunvericiliyin tələbinə əsasən kənd təsərrüfatı təyinatlı yararlı və örüş torpaq sahələri xüsusi mülkiyyətə verilə bilməz və alqı-satqı predmeti ola bilməz, yalnız icarəyə verilə bilər. Lakin Xanlar rayon Qızılca bələdiyyəsinin ##.##.2007ci il tarixli ** nömrəli qərarı ilə bələdiyyənin ərazisindəki əkinə yararlı torpaq sahəsindən iddiaçıya torpaq sahəsi ayrıldığı müəyyən olunmuşdur. Əgər qanunvericiliyə uyğun olaraq kənd təsərrüfatına yararlı torpaq sahələri xüsusi mülkiyyətə verilə bilməzsə, o zaman qərarda torpaq sahəsinin kənd təsərrüfatına yararlı olduğu qeyd edildiyi halda hansı əsasla bələdiyyənin ##.##.2007-ci il tarixli qərarı hüquqi baxımında əsaslı hesab edilir. Torpaq sahəsinin məqsədli təyinatı, hüquqi rejimi, kateqoriyası, kəmiyyət və keyfiyyət göstəriciləri (yararlılıq əlaməti) ilə bağlı məlumatlar məhz dövlət kadastr məlumatları əsasında müəyyən edilir ki, həmin məlumatlar da məhz qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olması həmin torpaq sahəsinin ayrıldığı vaxtda mövcud olan Xanlar (indiki Göygöl) rayonu Yeni Qızılca kəndi (R.Mamedov adına təsərrüfatın) ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsi və Xanlar (indiki Göygöl) rayonu Qızılca bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2005-ci il tarixli (kod50807028) yerquruluşu sxemi ilə öz təsdiqini tapmışdır. Hansı ki, qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən örüş torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi, alqı-satqı predmeti olması yolverilməzdir. Indiki halda iddiaçının adına sözügedən torpaq sahəsi məhz kənd təsərrüfatı və tikinti işlərinin aparılması üçün ayrılmışdır, hansı ki, kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələrinin təyinatı hər hansı tikinti məqsədini daşımır, həmin torpaq sahələrinin tikinti üçün ayrılması qanunvericiliklə yolverilməzdir. Torpaq Məcəlləsinin 16cı maddəsinə əsasən, əvvəlla örüş torpaq sahələri xüsusi mülkiyyətə verilə bilməz. Kənd təsərrüfatına yararsız torpaq sahəsi xüsusi mülkiyyətə verilə bilər, lakin kənd təsərrüfatın yararlı olan torpaq sahəsi xüsusi mülkiyyətə verilə bilməz. Həmçinin kənd təsərrüfatına yararsız torpaq sahəsi məqsədli istifadə növü digər olan halda tikinti məqsədi ilə ayrıla bildiyi halda, kənd təsərrüfatına yararlı örüş sahəsindən tikinti məqsədi ilə ayrıla və xüsusi mülkiyyətə verilə bilməz. Sözügedən torpaq sahəsi ayrıldığı vaxtda da kənd təsərrüfatı təyinatlı (yararlı torpaq sahəsindən) örüş torpaq sahəsi kimi mövcud olması halı öz təsdiqini tapdığından, qanunvericilik normasının tələbinə əsasən kənd təsərrüfatı təyinatlı, kənd təsərrüfatına yararlı, örüş torpaq sahəsi alqı-satqı predmeti ola bilmədiyindən, xüsusi mülkiyyətə verilə bilmədiyindən, sözügedən torpaq sahəsi iddiaçının adına qanunvericiliyin tələblərinə uyğun ayrılmamışdır. Həmin torpaq sahəsi qanunvericiliyin tələbinə uyğun ayrılmadığından, qeyd edilən hüquqmüəyyənedici sənədlər əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas qismində çıxış etməməklə, həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas vermir. Torpaq qanunvericiliyinin istinad olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. Torpaq sahəsi ayrılarkən mövcud qanuna əsasən bələdiyyələr əsaslandırılmış qaydada torpaq sahəsinin katerqoriyasını dəyişə bilərdilər, lakin təqdim edilmiş sənədlər içərisində torpaq sahəsinin kateqoriyasının dəyişməsinə dair hər hansı sənədə rast gəlinməmişdir. Göründüyü kimi, qeyd edilən torpaq sahəsinin xüsusi mülkiyyət hüququnun obyekti qismində çıxış etməsi halı yolverilməz olduğu halda iddiaçı həmin torpaq sahəsi ilə bağlı xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmişdir. Qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən hər hansı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun yaranması və qeydiyyata alınmasına o halda yolverilir ki, bunun üçün qanuni əsas mövcud olmuş olsun. Indiki halda isə həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi mümkün olmadığından, iddiaçının onunla bağlı xüsusi mülkiyyət hüququnun yaranmasının qanuni əsası mövcud olmamışdır. Nəticə etibarilə iddiaçı sözügedən torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlərə istinad etməklə, mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etməkdə haqlı olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, cavabdehin imtina əsasları qanunvericiliyin norma və prinsiplərinin tələbləri baxımından qiymətləndirilməmiş, torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənədlərin mülkiyyət hüququnun yaranması üçün qanuni əsası qismində çıxış edib-etməməsini qanunvericilik normasının tələbi baxımından dəyərləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Torpaq sahəsinin iddiaçı tərəfindən uzunmüddətli istifadəsi həmin torpaq sahəsinin qanunauyğun ayrılıbayrılmaması dəlilini gözardı edilməsinə səbəb ola bilməz. Məhkəmə hüquqmüəyyənedici sənədlərə formal yanaşmamalı, həmin hüquqmüəyyənedici sənədin həqiqətən Azərbaycan Respublikası qanunlarına uyğun tərtib edilib-edilməməsini müəyyənləşdirməlidir. Məhkəmənin mütəxəssis tərəfindən verilən rəyi əsaslı hesab etməmə səbəbi DT və XK-nin Göygöl rayon şöbəsinin tərəfindən verilmiş rəydir. Lakin nəzərə almaq lazımdır ki, hazırki verilən rəylərlə DT və XK tərəfindən verilmiş rəylərə münasibətdə daha dəqiq məlumatlar əks etdirir, istinad edilən xəritə məlumatları qeyd edilir, mütəxəssis verdiyi rəyə görə məsuliyyət daşıyır. Lakin DT və XK tərəfindən verilən rəylərin hansı baza məlumatlarına əsaslanaraq işlənməsi barədə məlumatlar rəydə və ya digər sənədlərdə yoxdur. Buda rəyin mütəxəssis tərəfindən verilən rəydən üstün və mötəbər sənəd kimi qəbul edilməsinə səbəb ola bilməz. Həmçinin müəyyən edilmiş və imtinaya əsas olmuş digər hal sənəd üzrə torpaq sahəsi ilə (plan və ölçü sənədi üzrə) faktiki torpaq sahəsi arasında uyğunsuzluğun olmasıdır. Məhkəmə tərəfindən aparılmış araşdırmada plan və ölçü sənədinin (kadastrın) qüsurlu işlənilməsinə dair hər hansı bir sübut tətqiq edilməmişdir. Nəzərə alınsa ki, təqdim edilmiş plan və ölçü sənədi bazada öz təsdiqini tapmamışdır. Məhkəmənin mövqeyinə münasibətdə bildirir ki, iddiaçının faktiki torpaq sahəsindən fasiləsiz olaraq uzunmüddətli istifadə etməsi “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin qüsurlu işlənilməsi qənaətinə gəlməyə əsas verə bilməz. Belə ki, bələdiyyə tərəfindən ayrılan torpaq sahəsinin iddiaçının faktiki torpaq sahəsini olmasını sübut edəcək hər hansı bir texniki sənəd mövcud deyildir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Hal-hazırda mövcud vəziyyətə əsasən, qeyd olunan plan və ölçü sənədi elektron bazada mövcud deyildir. Eyni zamanda, məhkəmə cavabdeh inzibati orqanın statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətlərinin olmadığını, müvafiq ərazi idarələrinin mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurum olduğunu, bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olubolmamasına nəzarətin isə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirildiyi qeyd edir. Bəli, Ərazi Idarəsi daşınmaz əmlak üzərində hüquqları qeydə alan orqandır. Lakin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15 maddəsinin 1-ci bəndi Ərazi Idarəsinə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmadığı halda imtina verməyə səlahiyyət verir. Əks halda belə bir normanın gözardı edilməsi hüquqmüəyyənedici sənəd formasında hazırlanmış və qanuni əsası olmayan sənədin mötəbər qəbul edilməsinə səbəb olardı. Səlahiyyətli qrumlar tərəfindən torpaq sahələri bağlı araşdırma aparılmaması, müvafiq monitorinqlərin keçirilməməsi Ərazi idarəsi tərəfindən verilmiş imtina dəlillərinin əsassız hesab edilməsinə səbəb ola bilməz. Kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi yalnız kənd təsərrüfatı məqsədləri üçün istifadə oluna bilər. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qeyri kənd təsərrüfatı məqsədilə istifadə edilməsi qanunverilicikdə nəzərdə tutulmamışdır. Ümumiyyətlə qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı Idarə tərəfindən qanunvericilikdə müəyyən edilmiş sənədlər, o cümlə-dən ödənişlər əsasında vətəndaşlara xidmət göstərilir. Ilk növbədə iddia-çının sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyya-tının mümkünlüyü araşdırılmalıdır. Belə olan halda, Mülki Məcəllənin 139-cu və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinin tələbləri pozulur.

b) Apellyasiya şikayətlərinə etirazın dəlilləri Apellyasiya şikayətlərinə dair etiraz daxil olmamışdır. c) Prosessual məsələlər Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Gəncə Ərazi Idarəsinin hüquqi varisi kimi tanınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə Gəncə şəhər Nizami bələdiyyəsi və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 üçüncü şəxs Göygöl rayonu Qızılca bələdiyyəsinin hüquq varisi kimi tanınmışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Elməddin Qarayev apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Çingiz Xıdırov birinci instansiya məhkəməsinin qərarına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası AR IPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. ... 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. (## ###### 2008-ci il tarixədək olan redaksiya)

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: (əvvəlki redaksiya) ...

2. Müəyyən edilsin ki: ... 2.5. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...

Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan görünür ki, Xanlar rayon Qızılca bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə bələdiyyənin ərazisindəki əkinə yararlı torpaq sahəsindən İddiaçı 2.28 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişdir. Eyni zamanda DT və XK-nin Xanlar rayon şöbəsi ayrılmış torpaq sahəsinin bələdiyyənin ehtiyat fondunun kənd daxili torpağına və İ keyfiyyət qrupuna aid 100 ballı torpaq sahəsi olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 1968.28 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiq edilməklə ##.##.2007-ci il tarixdə 1119 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına ##.##.2007-ci il tarixli A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş (hansı ki, orada torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və yerləşmə yeri əks olunmuşdur) və X2 kitabında ##.##.2007-ci il tarixdə 116 nömrə ilə uçota alınmışdır. Iddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 2.28 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan ##.##.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş ************** nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Ərazi Idarəsinin elektron kadastr məlumat bazasında öz əksini tapmadığı müəyyən edilmişdir. Araşdırma aparılan zaman faktiki torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin Yeni uçot xəritəsinə əsasən faktiki torpaq sahəsinin bir hissəsinin bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (daşlı örüş) torpağına düşdüyü aşkar edilmişdir. Ərizəyə əlavə edilmiş Göygöl rayonu Qızılca bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarına əsasən bələdiyyənin mülkiyyətindəki əkinə yararlı 2.28 ha torpaq sahəsi vətəndaş İddiaçı kənd təsərrüfatı və tikinti işlərinin aparılması məqsədilə ayrılmış torpaq sahəsi alqı-satqı yolu ilə satılması qərara alınmışdır. Iş materiallarında görünür ki, Xanlar rayon Qızılca bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** saylı qərarı ilə kənd təsərrüfatı və tikinti işlərinin görülməsi üçün iddiaçıya 2.28 ha torpaq sahəsi ayrılarkən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin rəyi alınmış, rəydə qeyd edilmişdir ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 2.28 ha olmaqla Qızılca bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi İ keyfiyyət qrupu olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Bununla yanaşı iş materiallarında olan ## #### 2007-cı il tarixdə akt tərtib edilərək qeyd edilmişdir ki, Xanlar rayonu Qızılca bələdiyyəsinin ərazisindəki əkinə yararlı torpaq sahəsindən 2.28 ha ayrılıb İddiaçı kənd təsərrüfatı və tikinti işlərinin görülməsi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə satılması məqsədə uyğun hesab edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 1968.28 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiq edilməklə ##.##.2007-ci il tarixdə 1119 nömrə ilə qeydiyyata alınmışdır. Vurğulamaq lazımdır ki, bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Xanlar rayon şöbəsi tərəfindən verilmişdir. Işdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə Torpaqların alqısatqısına dair ##.##.2007-ci il tarixli akt, aktın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinə ## #### 2007-ci il tarixdə 1119 nömrə ilə qeydə alınması barədə məlumat, torpaq sahəsinin bələdiyyənin alqı-satqı predmetinə aid olması, kənd təsərrüfatı və tikinti işlərinin görülməsi üçün satılmasının məqsədəmüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur. Belə ki, torpaq sahəsi iddiaçıya kənd təsərrüfatı və tikinti işlərinin görülməsi üçün ayrıldığından “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə görə Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin rəyinin alınması şərt idi. Həmin vaxt torpaq sahəsinin təyinatını və kateqoriyasını müəyyən etmək səlahiyyəti rayon torpaq şöbəsinə məxsus idi. Göründüyü kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən iddiaçıya satılmalı olan 2.28 ha torpaq sahəsinə dair müsbət rəy verilmişdir. Rəydə torpaq sahəsinin satılmasının qanunamüvafiq olduğu qeyd edilmişdir. Beləliklə işin mübahisə olunmayan hallarına görə iddiaçıya torpaq sahəsi ayrılarkən səlahiyyətli orqan kimi rayon torpaq şöbəsi rəy vermiş, bələdiyyə isə torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmişdir. Odur ki, 2007-ci ildə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin bir hissəsinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (daşlı örüş) torpaq sahəsi olması barədə cavabdehin dəlili əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, müvafiq fərmanda sadəcə olaraq torpaq sahəsi ilə bağlı rəy verən orqanların adı dəyişdirilmişdir. Həmin fərmanda, eləcə də başqa bir normativ hüquqi aktda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları tərəfindən verilmiş rəylərin etibarsızlığı və ləğv edilməli olması ilə bağlı müddəa mövcud deyildir. Odur ki, iddiaçı mübahisə edilən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edilməsi üçün zəruri sənədlərə (torpaqların alqı-satqısına dair akt, mübahisəli torpaq sahəsinin yerləşdiyi yerə uyğun yerquruluşu haqqında plan, həmçinin torpaq sahəsinin satılmağa uyğunluğu barədə səlahiyyətli orqanın rəyi) malik olduğundan onun tələbi əsaslıdır. Bundan başqa cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, qanunvericilik normasının tələbinə əsasən kənd təsərrüfatı təyinatlı, kənd təsərrüfatına yararlı, örüş torpaq sahəsi alqı-satqı predmeti ola bilmədiyindən, xüsusi mülkiyyətə verilə bilmədiyindən, sözügedən torpaq sahəsi iddiaçının adına qanunvericiliyin tələblərinə uyğun ayrılmamışdır. Həmin torpaq sahəsi qanunvericiliyin tələbinə uyğun ayrılmadığından, qeyd edilən hüquqmüəyyənedici sənədlər əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas qismində çıxış etməməklə, həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas vermir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh həmin dəlilə əsaslanmaqda ümumiyyətlə haqlı sayıla bilməz, Belə ki, bununla bağlı cavabdeh orqan qanunverici tərəfindən hər hansı nəzarət səlahiyyəti ilə təchiz olunmamışdır və bu mənada torpağın ayrılmasına məsul olan inzibati orqanların fəaliyyət sahəsinə müdaxilə edə bilməz. Digər tərəfdən, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə Qızılca Bələdiyyəsinin müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Inzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Hazırkı mübahisəyə münasibətdə həm də nəzərə almaq lazımdır ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. Iddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etməyə başlamışdır və istifadə etməkdə davam edir. Bu müddət ərzində iddiaçının həmin qərarın məzmununa, onun qanunauyğunluğuna və dəyişməzliyinə müəyyən inamı, etimadı yaranmışdır. Yəni, iddiaçının məhz 2.28 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair müəyyən gözləntiləri yaranmışdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir və şəxsin bu haqqı qanunla qorunur. Cavabdeh həmçinin apellyasiya şikayətinin dəlilində qeyd edir ki, bələdiyyə qərarında torpaq “əkinə yararlı” və “kənd təsərrüfatı və tikinti məqsədilə” ayrılıb, amma ekspertiza və yerquruluşu sənədləri göstərir ki, torpaq əslində örüş sahəsidir, örüş torpağında tikinti aparılması isə qanunsuzdur. Əgər torpaq tikinti məqsədilə verilirdisə, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməli idi, amma belə qərar və ya sənəd yoxdur. Buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarının qəbulunun qanunvericiliyin müəyyən tələblərinin pozulması ilə müşayiət olunması, həmin qərarın qəbulunun onun səlahiyyəti ilə ehtiva olunduğu hallarda həmin qərarın qanunsuzluğuna səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, sərəncamında olan torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyənin səlahiyyəti ümumi xarakterli səlahiyyətdir və hətta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahələrinə belə şamil olunur. Belə ki, həmin torpaq sahələrinin ayrılması da bələdiyyənin torpaqayırma səlahiyyəti ilə ehtiva olunur və burada söhbət bələdiyyənin səlahiyyətsizliyindən deyil, müvafiq səlahiyyətin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunubolunmamasından gedir. Qanunsuz inzibati aktlar isə yalnız qanunla müəyyən olunmuş qaydada və şərtlər daxilində buna subyektiv hüququ olan şəxslər tərəfindən mübahisələndirilə bilər və ya buna səlahiyyəti olan orqan tərəfindən “Inzibati icraat haqqında” Qanunun müvafiq prinsipləri və normaları nəzərə alınmaqla ləğv edilə bilər. Həmçinin qeyd edilməlidir ki, torpaq sahəsinin ayrılması zamanı onun təyinatı, kateqoriyası və uqodiyası ilə bağlı qanunvericiliyin tələblərinin nəzərə alınması və həmin tələblərə əməl olunması müvafiq torpaq sahəsinin ayrılması üzrə icraatı həyata keçirən inzibati orqanın xidməti vəzifəsi sayılır və həmin inzibati orqanın risklərinə aid olunmalıdır. Bundan başqa, həmin dövrdə torpaq sahələrinin ayrılmasının qanunauyğunluğuna nəzarət edən müvafiq dövlət qurumu, yəni Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi ##.##.2007-ci il tarixli, *** nömrəli rəyə əsasən, 2.28 ha torpaq sahəsinin ayrılmasına etiraz etməmişdir. Bundan başqa cavabdeh plan-ölçü sənədinin elektron kadastr bazasında əks olunmamasına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin sənəd səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş, qeydiyyata alınmış, möhürlənmiş və təsdiq edilmiş rəsmi sənəddir. Sənədin sonradan elektron bazaya daxil edilməməsi dövlət orqanının daxili inzibati fəaliyyətindən irəli gələn haldır və bu vəziyyət vicdanlı əldəedicinin hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı iş üzrə iddiaçının tələbi Göygöl rayonu Qızılca kəndində yerləşən 2.28 ha torpaq sahəsi üzərində faktiki istifadə vəziyyətinə uyğun koordinatlar əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsindən ibarətdir. Iş üzrə əldə edilmiş mütəxəssis rəylərindən müəyyən edilir ki, iddiaçı İddiaçı naturada təqdim etdiyi və faktiki istifadəsində olan 4.30 ha torpaq sahəsinin 1.22 ha hissəsi, ##.##.2007-ci il tarixli A-010366 (**************) nömrəli torpaq sahəsinin planında göstərilən koordinatlar üzrə müəyyən edilən 2.28 ha torpaq sahəsinin 1.22 ha hissəsi ilə üst-üstə düşür. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Gəncə Ərazi Idarəsinin ##.##.2025ci il tarixli 3-21-3-33/2- *****/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçı İddiaçı naturada təqdim etdiyi 4.30 ha torpaq sahəsinin A-010366 (50807018000013 kadastr nömrəli) plandakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsi ilə 1.22 ha hissədə üst-üstə düşmə halının və məktubda qeyd olunan mülkiyyət və icarə hüquqlarını təsdiq edən sənədlərinin (çıxarışların) planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələrinin naturada yerləşmə vəziyyətlərini əks etdirən ortofoto gürüntüləri təqdim edirlər. Qeyd edilir ki, naturada təqdim olunan 4.30 ha torpaq sahəsi ilə məktubda qeyd olunan olunan mülkiyyət və icarə hüquqlarını təsdiq edən sənədlərinin (çıxarışların) planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələrinin üst-üstə düşməsi halı mövcud deyildir. Beləliklə sözügedən 2.28 ha torpaq sahəsi isə ayrıldığı vaxtdan mübahisəsiz olaraq iddiaçının faktiki istifadəsindədir. Hazırda da iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hər-hansı subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədlərdəki torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ayrılmış torpaq sahəsi ilə faktiki istifadədə olan torpaq sahəsi arasında qismən uyğunsuzluğun mövcudluğu, konkret halda, onun hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina üçün əsas kimi çıxış edə bilməz. Belə ki, iş üzrə alınmış mütəxəssis rəyindən görünür ki, sənəd üzrə torpaq sahəsi ilə faktiki istifadə olunan sahə 1.22 ha hissədə üst-üstə düşür, eyni zamanda faktiki istifadə olunan sahənin qalan hissəsi üçüncü şəxslərin istifadəsində və ya mülkiyyətində deyil, həmçinin faktiki istifadədə olan torpaq sahəsinin elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağına düşməsi halı da aşkarlanmamışdır. Həmçinin məhkəmə kollegiyası tərəfindən ## #### 2026-cı il tarixdə iddiaçı və cavabdehin mütəxəssisinin iştirakı ilə mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmiş və baxış zamanı iddiaçının faktiki istifadəsində olan və hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi Gəncə–Daşkəsən avtomobil yolundan müəyyən məsafədə yerləşir və yolun hərəkət hissəsi ilə birbaşa təmasda deyildir. Baxış zamanı, həmçinin faktiki istifadədə olan torpaq sahəsinin yolun mühafizə zolağına daxil olmadığı, faktiki istifadə olunan ərazinin naturada aydın şəkildə müəyyən edilə bildiyi, eləcə də həmin sahənin digər şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Göründüyü kimi iş materialları ilə müəyyən olunur ki, iddiaçı torpaq sahəsini səlahiyyətli orqanın qərarı əsasında əldə etmiş, onun dəyərini ödəmiş və uzun müddət həmin sahədən təyinatına uyğun istifadə etmişdir. Bu baxımdan, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə münasibətdə formalaşmış hüquqi vəziyyət onun qorunan hüquqi gözləntilərini şərtləndirir. Kollegiya hesab edir ki, konkret halda hüquqların dövlət qeydiyyatı torpaq sahəsinin formal koordinat göstəricilərinə deyil, iddiaçının real istifadəsində olan, sərhədləri müəyyən edilə bilən və üçüncü şəxslərin hüquqlarını pozmayan torpaq sahəsinə münasibətdə aparılması daha məqsədəuyğundur. Əks yanaşma iddiaçının qanuni maraqlarının əsassız məhdudlaşdırılmasına gətirib çıxarardı. Beləliklə məhkəmə kollegiyası bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir. Hazırki işdə belə əsaslar mövcud deyildir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar