Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-320/2026 01.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh ** saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər üçüncü şəxs2 və X3) iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının nümayəndəsi X7, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxs üçüncü şəxs2 iştiakları ilə, “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçı torpaq sahəsinə dair yerquruluşu planından çıxarışın verilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh ** saylı Şəmkir Ərazi İdarəsinə etdiyi müraciətin müsbət həllindən ##.##.2023-cü il tarixli, *-**-*-**/*-*-******/**** nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, nəzərdə tutulan torpaq sahəsi kənar istifadəçilər tərəfindən istifadə olunduğundan və mübahisəli olduğundan yerquruluşu planından çıxarışın hazırlanması mümkün olmamışdır.
İşdə olan sənədlər:
2. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının ##.##.2001-ci il tarixli, ** nömrəli qərarı ilə X4 və üçüncü şəxs2 0.14 ha torpaq sahəsi ayrılmış, bu barədə ##.##.2001-ci il tarixli, JN 825 KOD ******** nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Daşınmaz Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis və ##.##.2024-cü il tarixli ekspert rəyləri ilə müəyyən olunur ki, yeni elektron uçot xəritəsinə əsasən Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli *** saylı sərəncamı ilə İddiaçı ayrılmış Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən və iddiaçı tərəfindən iddia olunan 0.06 ha torpaq sahəsinin 0.0556 ha hissəsi JN-***A saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə cavabdeh üçüncü şəxs2 və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə üstüstə düşür.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2025-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 25, köhnə ünvan:ünvan 2 üzərində X2, üçüncü şəxs1 və X4 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh ** saylı Şəmkir Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu, Daşbulaq kəndi üzrə həyətyanı torpaq sahələrinin mülkiyyətə verilməsinə dair Gədəbəy rayon Aqrar İslahat Komissiyasının ##.##.2001-ci il tarixli, ** nömrəli qərarının X4, üçüncü şəxs2 və X3 aid olan hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli *** nömrəli sərəncamına əsasən Gədəbəy rayon Arıxdam kənd İƏD üzrə nümayəndəliyinin ##.##.1996-cı il tarixli *** saylı məktubu, rayon torpaq şöbəsinin ##.##.1996-cı il tarixli rəyi nəzərə alınaraq M.Quliyev adına sovxozun ümumi yığıncağının ##.##.1996-cı il tarixli qərarı təsdiq edilməklə İddiaçı Gədəbəy rayonu Hareleski (indiki Daşbulaq) kəndində 0.06 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ayrılmasına dair akt tərtib edilmiş, həmin aktda İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin yer üzərində ara nişanları qoyularaq daimi istifadə üçün ona təhkim edilmişdir. Eləcə də torpaq sahəsinin sxemi tərtib edilmişdir. Torpaq sahəsi ilə qonşuluqda X5 məxsus torpaq sahəsi yerləşir ki, həmin torpaq sahəsi 0.10 ha olmaqla o da Gədəbəy rayon İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli *** nömrəli sərəncamına əsasən ayrılmışdır. Ona məxsus torpaq sahəsini daimi olaraq istifadə etmişdir. Son 5-6 il ərzində səhhəti ilə əlaqədar torpaq sahəsini istifadə etməmişdir. Ona məxsus torpaq sahəsi üçüncü şəxs üçüncü şəxs2 tərəfindən qanunsuz olaraq zəbt edildiyi üçün o həmin şəxsin torpaq sahəsindən çıxarılması barədə iddia tələbi ilə Gədəbəy Rayon Məhkməsində iddia qaldırmışdır. İddiasına baxılarkən məhkəmə tərəfindən iş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş və müvafiq ekspertiza təyin edilmişdir. İş üzrə verilmiş mütəxəssis və ekspertiza rəyləri ilə aşağıdakılar müəyyən edilmişdir: Gədəbəy rayon İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli *** nömrəli sərəncamı ilə İddiaçı ayrılmış, Gədəbəy rayonu Arıxdam kəndində yerləşən 0.06 ha torpaq sahəsinin sərhədləri müəyyən edildi. Yeni elekron uçot xəritəsinə (TEKUİS) əsasən Gədəbəy rayon İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli *** nömrəli sərəncamı ilə İddiaçı ayrılmış, Gədəbəy rayonu Arıxdam kəndində yerləşən 0.06 ha torpaq sahəsinin 0.0556 ha hissəsi JN-*** saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə üçüncü şəxs2 və ailə üzvlərinə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi, üçüncü şəxs2 və ailə üzvlərinə ayrılmış torpaq sahəsinin koordinatları qanunsuz olaraq, Gədəbəy rayon İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli *** nömrəli sərəncamı ilə ona ayrılmış 0.06 ha torpaq sahəsinə işlənmiş və bu barədə JN-*** saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Ona məxsus torpaq sahəsinə dair yerquruluşu planından çıxarışın verilməsi üçün o, 2023-cü ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Cavabdehn ** saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə baxılıb ## ######## 2023-cü il tarixli məktubla bildirilmişdir ki, nəzərdə tutulan torpaq sahəsi kənar istifadəçilər tərəfindən istifadə olunduğundan və mübahisəli olduğundan yerquruluşu planından çıxarışın hazırlanması mümkün olmamışdır. Bu fakt da təsdiq edir ki, ona məxsus torpaq sahəsinin üzərinə üçüncü şəxslərə məxsus şəhadətnamə işlənmişdir. Baxmayaraq ki, adına həmin torpaq sahəsinə dair Gədəbəy Rayon İcra Hakimiyyətinin sərəncamı ola-ola üçüncü şəxslərin adına eyni torpaq sahəsinə şəhadətnamə işlənə bilməzdi. Hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının ##.##.2001-ci il tarixli, ** nömrəli qərarının X4, üçüncü şəxs2 və X3 aid olan hissədə ləğv edilməlidir.
7. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə (hakim F.Əliyev) iddia tələbi mümkün sayılmamışdır.
9. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni ## ###### 2011ci il tarixədək inzibati orqanın qərarının, hərəkətinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ## ###### 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta, hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, iddiaçı sözügedən cavabdehin hərəkətsizliyini mübahisələndirilmə imkanını 2011-ci il ## ###### tarixdən itirmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadının ləğv edilərək iddianın mümkün sayılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün sayılmasını, cavabdehin nümayəndəsi və üçüncü şəxs isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
14. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da gəlməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən inzibati işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
17. İşin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
18. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçının torpaq sahəsinə dair yerquruluşu planından çıxarışın verilməsi barədə cavabdeh orqana etdiyi müraciətin müsbət həllindən imtina edilərək torpaq sahəsinin kənarşəxslər tərəfindən istifadə olunmaqla mübahisəli olması ilə əsaslandırılmışdır. Bundan sonra iddiaçı hazırki cavabdehə qarşı məhkəməyə müraciət edərək Gədəbəy rayon Aqrar İslahat Komissiyasının ##.##.2001-ci il tarixli, ** nömrəli qərarının qismən ləğv edilməsini xahiş etmiş, tələb aktın mübahisələndirilmə imkanı aradan qalxması əsası ilə mümkün sayılmamışdır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki tələbə cavab verməli olan inzibati orqan kimi Cavabdeh ** saylı Şəmkir Ərazi İdarəsini müəyyən etməkdə yanlışlığa yol vermişdir.
20. Belə ki, rayon (yerli) aqrar islahat komissiyalarının qərarlarının ləğv edilməsi hazırki cavabdeh orqanın səlahiyyətinə aid deyildir. Lakin məhkəmə tərəfindən qeyd olunan hala düzgün hüquqi qiymət verilməmiş, nəticədə düzgün olmayan cavabdehə qarşı mübahisəyə baxılmışdır.
21. Aqrar islahat komissiyaları torpaqların və əmlakın mülkiyyətə verilməsi ilə bağlı dövlət adından qərar qəbul edən inzibati orqanlar olmuş, qanunvericiliyə əsasən, həmin komissiyalar yerli icra hakimiyyəti orqanları kimi tanınır və onların qəbul etdiyi sənədlər inzibati aktlar hesab olunur.
22. İnzibati məhkəmə icraatının qaydalarına görə, iddiaçı komissiyanın çıxardığı qərarın etibarsız hesab edilməsini və ya ləğv olunmasını tələb etdikdə, iddia məhz o aktı qəbul edən quruma – hazırki halda onun hüquqi təmsilçisi olan yerli icra hakimiyyətinə qarşı qaldırılmalıdır. Aqrar islahat komissiyalarının qərarlarının ləğv edilməsi ilə bağlı məhkəmə işlərinin icra hakimiyyətinə qarşı baxılması məsələsi həmin komissiyaların hüquqi statusu, qərarlarının mahiyyəti və inzibati orqan anlayışı ilə bağlıdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, iddia qərarı qəbul etmiş və ya həmin qərarın hüquqi nəticələrinə görə məsul olan dövlət orqanına qarşı qaldırılır. Aqrar islahat komissiyaları isə yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə yaradılırdı; onların tərkibinə adətən icra hakimiyyəti nümayəndələri daxil edilirdi; təşkilati və inzibati baxımdan yerli icra hakimiyyəti sistemi daxilində fəaliyyət göstərirdi; qəbul etdikləri qərarlar dövlət idarəçiliyi fəaliyyəti çərçivəsində verilirdi.
25. Qeyd olunanlardan belə nəticə hasil olur ki, komissiyanın qərarının ləğvi barədə tələb faktiki olaraq dövlət idarəetmə orqanının qəbul etdiyi inzibati qərarın mübahisələndirilməsi kimi qiymətləndirilməlidir. Hazırki iddianın predmeti – aqrar islahat komissiyasının qərarı, qərarı qəbul edən subyekt – aqrar islahat komissiyası, inzibati məsuliyyət daşıyan tərəf – yerli icra hakimiyyəti orqanıdır. Ona görə də iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti cavabdeh kimi iştirak edə bilməz.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati məhkəmə icraatınfda iddianın mümkünlüyünə dair" ##.##.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki,....İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdıqmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
27. "Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ######## 2014-cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmə vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə i.lərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar.
28. Belə olan halda işə yenidən baxılan zaman iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilməklə sərəncam təqdim olunaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh ** saylı Şəmkir Ərazi İdarəsinin əsl cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyəti ilə əvəz edilməsi təklif olunmalı, bundan sonra təqdim edilmiş ərizəyə müvafiq olaraq icraat aparılmaqla hüquqi qiymət verilməlidir.
29. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməklə iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq qərar aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardaddadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov