Məhkəmə qərarları › İş №2-1(3-7)-324/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-324/2026

19.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-324/2026 19.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 nümayəndəsi X1 və cavabdeh X4 iştirakları ilə, Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 cavabdeh X4 qarşı “cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” ## ####### 2022-ci il tarixli, ****/ÖM/***** nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən cavabdeh Cavabdeh (FIN: *******) tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlamasının natura şəklində Agentliyə qaytarılması” tələbinə dair iş üzrə qəbul edilmiş Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları:

1. Özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FIN:*******) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” ## ####### 2022-ci il tarixli, ****/ÖM/***** nömrəli müqaviləyə əsasən, bu müqavilənin predmetini özünüməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi təşkil etdir, Filial tərəflər arasındakı təhvil-təslim aktında göstərilən əmlakı bu Müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən əmlakdan özünəməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür, Filial özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.

2. Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair ##.##.2022-ci il tarixli təhvil-təslim aktı ilə tərəflər arasında bağlanmış müqavilədə qeyd edilmiş “Iribuynuzlu heyvandarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər (3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması) istifadəyə yararlı vəziyyətdə Məmmədəliyev Cavad Cavanşir oğluna təhvil verilmişdir.

3. ##.##.2024-cü il tarixli Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinq aktından görünür ki, X4 verilmiş “Iribuynuzlu heyvandarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərin müqavilə şərtlərinə uyğun istifadə edilmədiyi müəyyən edilmişdir. X4 aktı imzalamışdır.

4. X3 Mərkəzi Monitorinq və Qiymətləndirmə Filialı tərəfindən vətəndaş X4 ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-M-*****/**** nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” ## ####### 2022-ci il tarixli, ****/ÖM/***** nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən cavabdeh Cavabdeh (FIN: *******) tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlamasının natura şəklində Agentliyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FIN:*******) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” ## ####### 2022-ci il tarixli, ****/ÖM/***** nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Iribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış ## ####### 2022-ci il tarixli aktla vətəndaş Cavabdeh “Iribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı MMQF əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2024-cü il ## ###### tarixli yekun monitorinq aktına əsasən Cavabdeh verilmiş “Iribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışıqlı ot bağlaması aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2024-cü il ## ### tarixli, *- **-*/*-M*****/**** nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edirlər ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, cavabdeh Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 3 baş inəyin, 400 kq qarışıq yemin və 65 ədəd yonca qarışıqlı ot bağlamasının natura şəklində Agentliyə qaytarılması ilə bağlı qərar qəbul edilməlidir.

7. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

8. Gəncə Inzibati Məhkəməsinin (hakim G.Əliyeva) ##.##.2026-cı il tarixli, e-*- *(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

9. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçının səlahiyyət dairəsində effektiv və hüquqi baxımdan əlçatan inzibati icra mexanizmi mövcud olmuş, məhkəməyə müraciət zərurətdən deyil, seçimdən irəli gəlmişdir. Bu hal subsidiarlıq, səmərəlilik və effektivlik prinsipləri ilə uzlaşmır, həmçinin, Ali Məhkəmənin Plenumunun * nömrəli qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq məhkəmə müdafiəsinə hüquqi ehtiyacın mövcud olmadığını göstərir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi inzibati müqavilədən irəli gələn və inzibati orqanın səlahiyyət dairəsinə daxil olan icra tədbiri olmaqla, inzibati icraat mexanizmlərindən istifadə edilmədən birbaşa məhkəməyə təqdim edildiyindən mümkün sayılmamalıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

10. Iddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsinin “məhkəmə müdafiəsinə ehtiyac" meyarını hazırkı iddiaya tətbiq etməklə inzibati orqanın məhkəmə müdafiəsinə hüquqi ehtiyacının olmamasına dair mövqeyi ilə bağlı bildirilir ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət icra məmurları (bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlara münasibətdə həmçinin xüsusi icra məmurları) tərəfindən icra edilir (82.1). Inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur (82.2.). Həmin Qanunun “Inzibati aktın icra edilməsi” adlanan 8-ci fəslində öz əksini tapan maddələrin əlaqəli təhlilindən də məlum olduğu kimi pul tələblərinin ödənilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktlar istisna olmaqla digər inzibati akt və inzibati şikayət üzrə qəbul olunmuş qərarlar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilməlidir. Göstərilənlərdən də məlum olduğu kimi məhkəmənin istinad etdiyi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsi pul tələblərinin icra edilməsi qaydasını müəyyən edir. Lakin işin hallarından da məlum olduğu kimi hazırda iddiaçının iddia tələbi müqavilə əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsə təhvil aktivlərin Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən natura şəklində (eyni növ və kəmiyyətdə) Agentliyə qaytarılmasından ibarətdir. Bundan əlavə, iş materiallarından da məlum olduğu kimi cavabdeh tərəfindən qanunvericiliyin tələbləri və tərəflər arasında imzalanmış müqavilənin şərtləri pozulduğu üçün iddiaçı müqavilənin müvafiq bəndinə əsasən cavabdehə ## ### 2024-cü il tarixli xəbərdarlıq məktubu (inzibati akt formasında olmasa da) göndərərək verilmiş aktivlərin natura şəklində Agentliyə geri qaytarılmasını tələb etmişdir. Lakin cavabdeh bu tələbi könüllü yerinə yetirməmiş, iddiaçı da qanunvericilikdə daha effektiv digər hüquqi müdafiə vasitəsi nəzərdə tutulmadığı üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.7-ci maddəsinin təfsirinə dair mövqeyi ilə bağlı bildirilir ki, qeyd olunan maddədə hazırkı mübahisənin konkret olaraq məhkəmə qaydasında həll edilməli olması nəzərdə tutulmuşdur. Belə ki, Qanunun 24.3-cü maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 6 (altı) ay ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. Qanunun 24.4-cü maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə, özgəninkiləşdirdikdə, digər şəxsin istifadəsinə verdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2020-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğunun təşkili Qaydası”nın (bundan sonra - Qayda) 9.1-ci bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxsin bu Qaydanın 6.5.2-ci yarımbəndində (özünüməşğulluğa müraciət etmiş şəxslərin özünüməşğulluğun təşkilinə hazırlıqlı olmasının qiymətləndirilməsi ilə bağlı Agentliyin 3 nəfərdən ibarət tərkibdə yaratdığı müvafiq yerli komissiyanın şəxs barəsində qəbul etdiyi “özünüməşğulluğa başlamağa hazır deyildir, yenidən təlimlərdə iştirak hüququ vardır” qərarından) nəzərdə tutulan qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır. Qaydanın 9.2-ci bəndində isə nəzərdə tutulmuşdur ki, Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3-cü və 8.4-cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Istinad edilən qanunvericilik normalarının əlaqəli təhlilindən də məlum olduğu kimi Qanunun 24.7-ci maddəsində və Qaydanın 9.2-ci bəndində “tərəflər” dedikdə özünüməşğulluğa cəlb olunmuş şəxs (hazırkı halda cavabdeh) və onun özünüməşğulluğunu təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (hazırkı halda iddiaçı) başa düşülür. Mübahisə isə o zaman yaranmış olur ki, özünüməşğulluğa cəlb olunmuş şəxs əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etmiş olsun. Belə olan halda isə normalarda nəzərdə tutulan yaranmış mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə müraciət etmək vəzifəsini qanun inzibati orqanın üzərinə qoymaqla həmin məsələ barədə inzibati orqan tərəfindən inzibati icraatın aparılmasını istisna edir. Təsadüfi deyildir ki, Qaydanın 9.1-ci bəndində konkret olaraq özünüməşğulluğa cəlb olunmuş şəxsin yalnız özünüməşğulluğun təşkilinə hazırlıqlı olmasının qiymətləndirilməsi komissiyasının onun barəsində qəbul etdiyi “özünüməşğulluğa başlamağa hazır deyildir, yenidən təlimlərdə iştirak hüququ vardır” qərarından inzibati qaydada məhkəməyə şikayət vermək hüququnun olduğu nəzərdə tutulmuşdur. Odur ki, Qanunun 24.7-ci maddəsində və Qaydanın 9.2-ci bəndində hazırkı mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə müraciət etmək vəzifəsi yalnız inzibati orqanın üzərinə qoyulmuşdur. Belə olan halda isə məhkəmənin hazırkı mövqeyi qanunvericiliyin tələbləri ilə ziddiyət təşkil edir. Məlum olduğu kimi inzibati fəaliyyətin həyata keçirilmə forması dedikdə inzibati orqanların inzibati aktları, faktiki xarakterli hərəkətləri və inzibati müqavilələr başa düşülür. Lakin “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda inzibati fəaliyyətin iki forması (inzibati aktlar və faktiki xarakterli hərəkətlər) təsbit edilmişdir. Belə ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (1.1). Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (1.2). Hazırkı halda isə mübahisə inzibati orqanın qəbul etdiyi hər hansı bir inzibati akt və ya inzibati orqanın faktiki xarakterli hərəkətləri ilə bağlı deyil, inzibati orqanla özünüməşğulluğa cəlb olunan şəxs arasında imzalanmış müqavilə şərtlərinin özünüməşğulluğa cəlb olunan şəxs tərəfindən pozulması nəticəsində yaranmışdır. Məhkəmənin istinad etdiyi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda isə inzibati müqavilə ilə bağlı inzibati orqanın hər hansı bir inzibati akt qəbul etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Qeyd olunanlardan da məlum olduğu kimi işə baxan məhkəmə maddi və prosessual hüquq normalarına riayət etməmiş, qanunvericiliyin tələblərini işə düzgün tətbiq etməmişdir. Beləliklə, iddianın mümkünlük şərtləri ilə bağlı məhkəmənin istinad etdiyi hallar qanunvericiliyin tələblərinə cavab verməməklə iş üzrə iddianın mümkün sayılmaması üçün əsas ola bilməz.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdəfiə etdiyini bildirərək, şikayətin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında cavabdeh X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”: 7.1. Işsiz və işaxtaran şəxsin bu Qaydaya uyğun olaraq seçdiyi özünüməşğulluq istiqamətinin təşkili üçün ona “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada satın alınmaqla və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində qeydiyyata alınmaqla müqavilə əsasında natura şəklində material, avadanlıq və digər əmlak verilir. 7.2. Özünüməşğulluğa cəlb olunmuş şəxslə Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz arasında 1 (bir) il müddətinə müqavilə imzalanır. Əmlak barədə bütün məlumatlar, o cümlədən həmin əmlakın növünə, dəyərinə, keyfiyyətinə və kəmiyyətinə, mənşəyinə, avadanlıqların texniki göstəricilərinə dair məlumatlar, habelə həmin əmlakın foto və video görüntüləri, təhvil-təslim aktları müqaviləyə əlavə edilir. Müqavilə imzalandıqdan sonra ən geci 10 (on) iş günü müddətində müqavilədə nəzərdə tutulmuş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsə verilir. 7.3. Əmlakın verilməsi barədə müqavilə bağlanıldıqdan sonra 5 (beş) iş günü müddətində özünüməşğulluğa cəlb olunmuş şəxs seçilmiş özünüməşğulluq istiqamətinə uyğun olaraq ailə kəndli təsərrüfatı kimi uçota durmalı və ya fərdi sahibkar kimi qeydiyyatdan keçməli və bu barədə məlumatı elektron kabinetində yerləşdirməlidir.

16. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu: 24.3. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 6 (altı) ayərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. 24.4. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə, özgəninkiləşdirdikdə, digər şəxsin istifadəsinə verdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. 24.7. Özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. 33.3. Məşğulluq sahəsində mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.

17. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 82. Pul tələblərinin icra edilməsi 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət icra məmurları (bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlara münasibətdə həmçinin xüsusi icra məmurları) tərəfindən icra edilir. 82.2. Inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.

18. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2011-ci il tarixli Qərarı: “Inzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin, Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "Inzibati icraat haqqında" Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. ... vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin mülkiyyətində olan əmlakın siyahıya alınaraq ixtisaslaşdırılmış təşkilatda satılması mülkiyyətçinin Konstitusiya ilə təsbit olunmuş mülkiyyətində olan əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına toxunduğu üçün vergi qanunvericiliyində həmin əmlakın alınmasının xüsusi qaydası nəzərdə tutulmuşdur. Inzibati cərimələrin tətbiq edilməsi isə bu cür proseduru nəzərdə tutmadığından burada mülkiyyət hüququnun məhdudlaşdırılması baş vermir. Məhz bu səbəbdən Konstitusiyanın tələblərindən çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vergi öhdəliyini yerinə yetirməyən vergi ödəyicisinin mülkiyyətində olan əmlakın hərracda satılması yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər”.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi barədə müraciətinə dair” ## ##### 2025-ci il tarixli qərardadı: Inzibati hüquq münasibətlərini yaradan hüquqi faktlardan biri qismində inzibati müqavilələr çıxış edir. Belə ki, inzibati müqavilələrin obyektini məhz inzibati hüquq normaları ilə tənzimlənməli olan münasibətlər təşkil edir. Belə müqavilələrin məzmunun müəyyənləşdirilməsində tərəflər tam sərbəst olmamaqla, müqavilələrin müəyyən şərtləri inzibati qanunvericiliyin imperativ müddəalarına tabedir. Inzibati müqavilələrdə tərəflər heç də həmişə hakimiyyət-tabeçilik münasibətlərində olmasalar da, belə müqavilələrin əsas xüsusiyyətlərindən birini tərəflərin qeyri-bərabərliyi, yəni inzibati orqanların publik hakimiyyət daşıyıcısı kimi daha üstün vəziyyətdə olması təşkil edir. Bir sıra hallarda qanunvericilikdə inzibati müqavilələr və onların bağlanması proseduru ilə bağlı mülki (xüsusi) hüquqdakı bərabərlik prinsipindən kənara çıxan, inzibati orqana bir sıra üstünlüklər tanıyan qayda və şərtlər (müqavilə üzrə kontragentə və onun müəyyən edilməsinə dair xüsusi şərtlər və qaydalar, müqavilənin digər tərəfinin müqavilə şərtlərinə uyğun fəaliyyət göstərib-göstərmədiyinin yoxlanılması, müqavilənin inzibati orqan tərəfindən birtərəfli qaydada ləğvi, şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi imkanı və s.) mövcud olur. Inzibati orqanlar ilə kommersiya və ya digər iqtisadi maraqlardan çıxış edən fiziki və ya hüquqi şəxslər arasında bağlanılan inzibati müqavilələrdə inzibati orqanlara bu kimi üstünlüklərin verilməsi sonuncuların ictimai və dövlət maraqlarına xidmət etməsindən irəli gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası” nın 7 və 8-ci maddələri ilə özünüməşğulluğun təşkili üçün əmlakın verilməsi, bununla bağlı, özünüməşğulluğa cəlb olunmuş şəxslə X3 müvafiq yerli qurumları və ya DOST mərkəzləri arasında müqavilənin bağlanması, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin həmin qurumlar və ya mərkəzlər tərəfindən dövri monitorinqinin aparılması ilə bağlı müddəalar öz əksini tapmışdır. Göründüyü kimi inzibati orqanlar özünüməşğulluğa cəlb olunmuş şəxs hakimiyyət-tabeçilik münasibətlərində olmasalar da, müqavilənin bağlanması proseduru və müqavilənin bir sıra şərtləri məhz inzibati xarakterli normativ hüquqi aktlarla müəyyən edilmişdir. Həmin şərtlər isə tərəflər üçün məcburi xarakterə malikdir. O da göstərilməlidir ki, “Məşğulluq haqqında” Qanunda həmin Qanunun pozulmasına görə məsuliyyət və mübahisələrin həlli ilə bağlı müddəalar da öz əksini tapmışdır. Belə ki, bu Qanunun 33.3cü maddəsinə əsasən, məşğulluq sahəsində mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Qeyd edilən norma “Məşğulluq haqqında” Qanundan irəli gələn məşğulluq sahəsində yaranan mübahisələrin inzibati xarakterli mübahisələr olduğuna dəlalət edir.

20. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

11. Inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. Inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

21. Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.

23. Işin halları ilə müəyyən olunur ki, iddiaçı inzibati orqan və cavabdeh arasında bağlanmış ## ####### 2022-ci il tarixli, ****/ÖM/***** nömrəli “Özünüməşğulluğa kömək göstərilməsinə dair” müqaviləyə əsasən, iddiaçı əmlakı müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən əmlakdan özünəməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, iddiaçı tərəfindən həyata keçirilən ##.##.2024-cü il tarixli özünəməşğulluğa cəlb edilmiş şəxsin fəaliyyətinin yekun monitorinqi zamanı özünəməşğulluğa cəlb olunmuş cavabdeh X4 verilmiş əmlaklar yerində aşkar edilməmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdehə ##.##.2024-cü il tarixli, *-**-*/*-M-*****/**** nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, ##.##.2024-cü il tarixində aparılan monitorinq zamanı istifadəyə verilmiş əmlaklardan sözügedən müqavilənin tələbini pozaraq təyinatı üzrə istifadə etmədiyi aşkarlanmışdır. Özünəməşğulluğun təşkili məqsədilə onun istifadəsinə verilmiş əmlakı məktubun təqdim olunduğu tarixdən 30 iş günü ərzində Agentliyə geri qaytarılması tələb edilmiş, əks halda vurulmuş ziyanın əvəzinin naturada ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə vasitəsilə tələb ediləcəyi bildirilmişdir.

24. Iddiaçı məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanan müqaviləyə əsasən istifadəyə verilən aktivin aşkarlanmaması səbəbindən cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli avadanlıqların iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia mümkün sayılmamışdır.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və ilk növbədə tərəflər arasında bağlanmış özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilənin hüquqi təbiəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2025-ci il tarixli qərardadında özünüməşğulluq proqramı çərçivəsində bağlanmış müqavilələrin inzibati-hüquqi xarakteri ətraflı şəkildə təhlil edilmişdir. Həmin hüquqi mövqeyə əsasən, bu müqavilələr klassik mülki-hüquqi müqavilələrdən fərqli olaraq inzibati müqavilə hesab olunur və müqavilə predmetinin tərəflərin iradəsindən asılı olmayaraq inzibati hüquq normaları ilə tənzimlənməsi, tərəflər arasında hüquqi qeyri-bərabərliyin mövcudluğu və inzibati orqanın publik hakimiyyət səlahiyyətlərinə malik olması və müqavilə şərtlərinin imperativ xarakter daşıması və normativ hüquqi aktlarla əvvəlcədən müəyyən edilməsi kimi xüsusiyyətlərlə səciyyələnir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2020-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 7 və 8-ci maddələri də əmlakın verilməsi üçün xüsusi inzibati prosedurların tətbiqini, icbari monitorinqin aparılmasını, verilmiş əmlakdan istifadənin biznes-planla uyğunluğunun yoxlanılmasını və müəyyən edilmiş şərtlərin pozulması halında inzibati tədbirlərin görülməsini nəzərdə tutmaqla həmin münasibətlərin inzibatihüquqi xarakterini təsdiqləyir. Bundan əlavə, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsində məşğulluq sahəsində mübahisələrin inzibati və məhkəmə qaydasında həllinin nəzərdə tutulması da bu münasibətlərin publik-hüquqi mahiyyət daşıdığını bir daha göstərir.

27. Beləliklə, hazırkı mübahisə tərəflər arasında bağlanmış inzibati müqavilədən irəli gəlir. Bununla belə, mübahisənin bu hüquqi təbiəti iddianın avtomatik olaraq məhkəmə icraatında baxılmasını şərtləndirmir. Belə ki, inzibati məhkəmə icraatında iddianın mahiyyəti üzrə araşdırılması yalnız onun qanunla müəyyən edilmiş mümkünlük şərtlərinə cavab verməsindən və iddiaçının məhkəmə müdafiəsinə hüquqi ehtiyacının mövcudluğundan asılıdır.

28. Məhkəmə kollegiyası hesab edir ki, "məhkəmə müdafiəsinə ehtiyac" meyarını inzibati orqanların qaldırdığı iddialara tətbiq edərkən, ilk növbədə həmin subyektin publikhüquqi təbiəti və malik olduğu xüsusi səlahiyyətlər nəzərə alınmalıdır. Belə ki, inzibati məhkəmə icraatında iddiaçı qismində çıxış edən inzibati orqanın hüquqi statusu fiziki və mülki-hüquqi şəxslərdən prinsipial şəkildə fərqlənir və bu fərqlilik iddianın mümkünlüyü şərtlərini bilavasitə müəyyən edir.

29. Inzibati orqanlar hakimiyyət səlahiyyətli subyektlər olaraq, hüquqi nəticə yaradan birtərəfli inzibati aktlar qəbul etmək səlahiyyətinə malik olduqlarından, onların məhkəməyə müraciəti yalnız öz səlahiyyətləri çərçivəsində mübahisəni həll etmək imkanından məhrum olduqları hallarda əsaslandırıla bilər. Məhkəməyə müraciət inzibati orqan üçün son çarə (ultima ratio) xarakteri daşımalıdır. Əgər qanunvericilik inzibati orqana qarşı tərəfdən hər hansı hərəkətin edilməsini (məsələn, pulun tutulması, dövlət əmlakının geri qaytarılmasını və digər) məcburi xarakterli akt qəbul etməklə tələb etmək səlahiyyəti verirsə, bu, inzibati orqanın "titul sahibi" funksiyasını daşıması deməkdir. Belə olan təqdirdə, isə özü icra sənədi yaratmaq gücündə olan orqanın məhkəmədən eyni nəticəni doğuran ikinci hüquqi titulun tələb edilməsi prosessual baxımdan əsaslı hesab edilə bilməz.

30. Buna baxmayaraq, hazırkı iş üzrə iddiaçı inzibati orqan özünün publik-hüquqi icra səlahiyyətlərini nəzərə almadan, “Məşğulluq haqqında” Qanunun 24.7-ci maddəsinə istinad etməklə birbaşa məhkəməyə müraciət etmişdir. Belə ki, sözügedən maddəyə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur.

31. Məhkəmə tərkibi hesab edir ki, “Məşğulluq haqqında” Qanunun 24.7-ci maddəsi ayrıca və təcrid olunmuş şəkildə deyil, “Inzibati icraat haqqında” Qanunun 82-ci maddəsi, eləcə də inzibati icraatın fundamental prinsipləri ilə birlikdə sistemli və məqsədyönlü şəkildə təfsir edilməlidir.

32. “Inzibati icraat haqqında” Qanunun 82-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət icra məmurları (bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlara münasibətdə həmçinin xüsusi icra məmurları) tərəfindən icra edilir. Inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.

33. Qeyd olunan normaların sistemli təfsiri onu deməyə əsas verir ki, “Məşğulluq haqqında” Qanunun 24.7-ci maddəsi inzibati icraatın ümumi hüquqi mexanizmindən və inzibati aktların icrası institutundan təcrid olunmuş şəkildə dərk edilə bilməz. Həmin norma “Inzibati icraat haqqında” Qanunun 82-ci maddəsi ilə birlikdə inzibati icraatın vahid və ardıcıl hüquqi konstruksiyasını formalaşdırır.

34. Inzibati hüququn nəzəri əsaslarına görə publik-hüquqi münasibətlərdə inzibati orqanlara birtərəfli hüquqi nəticə yaradan və icraedici xarakter daşıyan səlahiyyətlərin verilməsi, məhkəməyə müraciətin bu münasibətlərdə ilkin və məcburi mərhələ kimi çıxış etməsini istisna edir. Belə münasibətlərdə məhkəmə müdafiəsi inzibati icraatın alternativi deyil, inzibati akt qəbul edildikdən və icra mexanizmi işə salındıqdan sonra həyata keçirilən sonrakı hüquqi nəzarət formasıdır. Bu baxımdan, 24.7-ci maddənin inzibati orqan üçün birbaşa və ilkin məhkəməyə müraciət öhdəliyi yaratdığı kimi təfsir edilməsi, inzibati akt institutunun funksional mahiyyətini zəiflətməklə yanaşı, inzibati icraatın hüquq sistemində tutduğu yeri də faktiki olaraq inkar etmiş olardı.

35. “Məşğulluq haqqında” Qanunun 24.7-ci maddəsinin normativ məqsədi inzibati orqanların qanunla onlara verilmiş icra səlahiyyətlərini məhdudlaşdırmaq deyil, özünüməşğulluq proqramı çərçivəsində qəbul edilmiş inzibati aktların hüquqi əsaslarının və nəticələrinin məhkəmə nəzarəti vasitəsilə yoxlanılmasını təmin etməkdir. Sözügedən norma inzibati icra mexanizmini əvəz edən müstəqil prosedur yaratmır, əksinə, həmin mexanizmin tətbiqindən sonra işə düşən təminat xarakterli hüquqi nəzarət funksiyasını yerinə yetirir. Bu baxımdan, 24.7-ci maddədə istifadə olunmuş “mübahisələrin məhkəmə qaydasında həll edilməsi” ifadəsi inzibati aktın qəbulunu və icrasını istisna edən ilkin şərt kimi deyil, həmin aktın qanuniliyinin və əsaslılığının məhkəmə qaydasında qiymətləndirilməsini mümkün edən mexanizm kimi başa düşülməlidir. Normanın əks təfsiri inzibati icraatın mərhələliliyini aradan qaldırmaqla yanaşı, inzibati orqanların publikhüquqi səlahiyyətlərinin faktiki olaraq məhkəməyə transferi ilə nəticələnə bilər ki, bu da inzibati hüququn məqsədlərinə uyğun deyildir.

36. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, 24.7-ci maddə inzibati orqanın publik-hüquqi səlahiyyətlər çərçivəsində inzibati akt qəbul etmək və həmin aktı icraya yönəltmək imkanını aradan qaldırmır. Əksinə, bu norma inzibati səlahiyyətlərin həyata keçirilməsindən sonra fərdin məhkəmə müdafiəsinə çıxışını təmin etməklə, inzibati effektivliklə məhkəmə nəzarəti arasında zəruri hüquqi balansı formalaşdırır.

37. Bu yanaşma “Inzibati icraat haqqında” Qanunun 82-ci maddəsinin məzmunu ilə də uzlaşır. Həmin norma bir daha təsdiq edir ki, qanunverici inzibati icra mexanizmini ilkin və əsas vasitə, məhkəmə müdaxiləsini isə sonrakı və tamamlayıcı nəzarət mərhələsi kimi nəzərdə tutmuşdur.

38. Hazırkı mübahisə üzrə də kollegiya hesab edir ki, inzibati orqan əvvəlcədən cavabdehi xəbərdar etməklə əmlakın natura şəklində qaytarılmasına, bu mümkün olmadıqda, verilmiş əmlakın dəyərinin qaytarılması və ya həmin əmlaka vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair inzibati qərar qəbul edib onu birbaşa icraya yönəltmək imkanına malikdir.

39. Əmlakın natura şəklində qaytarılmasına, bu mümkün olmadıqda, verilmiş əmlakın dəyərinin qaytarılması və ya həmin əmlaka vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair qərarla razılaşmayan şəxs isə inzibati məhkəmə qaydasında həmin inzibati aktı mübahisələndirmək hüququna malikdir. Bu baxımdan, “məhkəmə qaydasında həll” mexanizmi inzibati icraat mərhələsini əvəz etmir, əksinə, inzibati müdafiə vasitələrinin hüquqi və ya faktiki baxımdan səmərəsiz qaldığı hallarda tətbiq edilən tamamlayıcı mexanizm kimi çıxış edir.

40. Eyni zamanda, məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2011-ci il tarixli qərarına istinadən qeyd edir ki, həmin qərarda “Inzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinin tətbiqi Konstitusiyanın 29-cu maddəsi ilə qorunan mülkiyyət hüququna intensiv və geri dönməz müdaxilə ilə nəticələnən xüsusi hallar üçün məhdudlaşdırılmışdır.

41. Hazırkı işdə isə mübahisə obyekti şəxsin xüsusi mülkiyyətində olan əmlakın məcburi satışına deyil, dövlət mülkiyyətində qalan və müəyyən şərtlərlə istifadə üçün verilmiş aktivlərin geri qaytarılmasına yönəlmişdir. Bu səbəbdən, Konstitusiya Məhkəməsinin göstərilən hüquqi mövqeyi inzibati orqanın öz səlahiyyətləri çərçivəsində inzibati icra mexanizmlərindən istifadə etməsinə hüquqi maneə yaratmır.

42. Nəticə etibarilə, iddiaçının səlahiyyət dairəsində effektiv və hüquqi baxımdan əlçatan inzibati icra mexanizmi mövcud olmuş, məhkəməyə müraciət zərurətdən deyil, seçimdən irəli gəlmişdir. Bu hal subsidiarlıq, səmərəlilik və effektivlik prinsipləri ilə uzlaşmır, həmçinin, Ali Məhkəmənin Plenumunun * nömrəli qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq məhkəmə müdafiəsinə hüquqi ehtiyacın mövcud olmadığını göstərir.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Inzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.

44. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar