Məhkəmə qərarları › İş №2-1(3-7)-328/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-328/2026

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-328/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İbrahimov Tofiq Məmməd oğlunun və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, “yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya fərqinin ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İbrahimov Tofiq Məmməd oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının təyin edilməsi haqqında ##.##.2024-cü il tarixli, 3-17-1/1-İ-50070/2024 nömrəli qərarına əmək pensiyası hüququnun yarandığı tarix hissəsində düzəliş edilərək, hüququn yarandığı tarixin ##.##.2022-ci il kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi “əmək pensiyasının təyin edilməsi haqqında ##.##.2024-cü il tarixli, 3-17-1/1-İ-50070/2024 nömrəli qərarın ləğv edilməsi, “X1” ASC-də işlədiyi 1994-cü il üzrə 2 ay, 1996-cı il üzrə 2 ay, 1997ci il üzrə 2 ay, 1998-ci il üzrə 11 ay və ##.##.1999-cu il tarixdən ##.##.2000-ci il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə və 2021-ci il üzrə məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabında əks olunması nəzərə alınmaqla, ona ##.##.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakim G.Əliyeva) ilə iddia təmin edilmişdir. Cavabdeh tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə ərizə təqdim edilərək apellyasiya şikayətinin geri götürülməsi bildirilmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizəni müdafiə edərək apellyasiya şikayətinin geri götürüldüyünü, qısa müddət ərzində birinci instansiya məhkəməsinin qərarının tərəflərindən icra ediləcəyini, bu səbəbdən də apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdi, iddiaçı isə ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və təqdim olunan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin: 88.1. Şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. 88.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. 88.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayətindən imtina və işin icraatına xitam verilməsinə dair ərizəsi Azərbaycan Respublikasının İPM-in 88-ci maddəsinə əsasən qəbul edilməli, Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarından verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməli və cavabdeh tərəfə izah edilməlidir ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Şərh olunanları və Azərbaycan Respublikasının İPM-in 55, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayətindən imtinaya dair ərizə təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Cavabdeh tərəfə izah edilir ki, apellyasiya şikayətinin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar