Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-331/2026 30.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı “cavabdehin ##.##.2025-ci il tarixli, ************** nömrəli və ##.##.2025-ci il tarixli, ************** nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı ##.##.2025-ci il tarixli iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2025-ci il tarixli, ************** nömrəli və ##.##.2025-ci il tarixli, 25012002348591 sayı qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Daşkəsən rayonunda “Narzan” Ailəvi istirahət Mərkəzini idarə edir. Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2025-ci il tarixli. ************** nömrəli qərarı ilə Vergi Məcəlləsinin 58.7.1 maddəsinin tələblərinin pozulması. yəni əhali ilə pul hesablaşmalarının aparılması qaydasının pozulmasına görə 1000 manat vergi məsuliyyətinə cəlb edilib. Bununla bağlı bildirir ki, vergi əməkdaşları tərəfindən yoxlama aparılmasına icazə verən sənəd təqdim edilmədən qəfləti yoxlama keçirilib. Yoxlama zamanı akt tərtib edilmişdir ki, guya istirahət mərkəzində pul hesablaşmaları zamanı qaydalar pozulmuşdur. Ancaq hansı müştəriyə qarşı belə bir pozuntuya yol verilməsi müəyyən edilməmiş, həmin şəxsin izahatı alınmamışdır. Bundan başqa cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli, 25012002348591 sayı qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən əmək müqaviləsi olmadan 1 nəfər fiziki şəxsin işlərin. xidmətləriin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Bu səbəbdən də 2.000 manat miqdarında cərimə olunmağı qərara alınmışdır. Bu aktla bağlı da qeyd edir ki, onun istifadəsində olan ailəvi istirahət mərkəzində 1 aşbaz, 1 kababçı və 2 nəfər xidmətçi işləyir ki, bu şəxslərin də əmək müqavilələri vardır. Vergi orqanı tərəfindən 1 nəfər işçinin kim olması haqda heç bir sənədləşmə aparılmayıb, iddia edilən qanunusuz işçinin şəxsiyyəti müəyyən edilməyib, izahatı alınmayıb. Bu səbəbdən də qəbul edilmiş qərar tam olaraq əsassızdır. Vergi əməkdaşları ona yoxlamadan 10-15 gün əvvəl təklif etmişdilər ki, özün könüllü olaraq 5.000 manat pulu sadələşmiş vergi vasitəsilə büdcəyə ödə, ya da ki. biz 5.000 manati hansısa yolla sizdən çıxardacayıq. Bu təkliflə razılaşmadığım üçün onun sahibliyində və istifadəsində olan istirahət mərkəzinə dair həqiqətə uyğun olmayan aktlar tərtib edib. yoxlamaya icazələrini olması, yəni reyestrdən çıxarış təqdim edilməmişdir. edilməlidir. Hesab edir ki, barəsində çıxarılmış hər iki qərar qanusuz və əsassız olduğundan ləğv edilməlidir. Eyni zamanda iddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında” ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin ## ###### 2025-ci il tarixli, ************** nömrəli və ## ###### 2025-ci il tarixli, ************** nömrəli qərarlarından qanunvericilikdə nəzərdə tutulmuş müddəti ondan asılı olmayan səbəbdən buraxmışdır, belə ki, onun qərarlardan xəbəri olmamışdır. Qeyd edilənlərə əsasən müddətin bərpa olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməmiş və iddiaçı tərəfindən iddia verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürüldüyünü qeyd etmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə iddiaçının prosessual müddətin bərpası barədə vəsatəti rədd edilmişdir. X4 Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim L.Əliyeva) iddia mümkün sayılmamışdır. Iddiaçı İddiaçı həmin qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadını əsassız olduğu üçün ləğv edib işin yenidən məhkəmə baxışına qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə onun iddiasını mümkünsüz hesab edərkən işin hallarını tam hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə iddianı mümkünsüz sayarkən belə bir arqumentə istinad etmişdir ki, guya o iddia qaldırmaq üçün prossesual müddəri ötürmüşdür. Guya qərar ona elektron kabinet vasitəsi ilə çatrılmış, guya o qərarı alıb oxumuşdur. Halbuki onun elektron kabineti bağlıdır. O, bu qərarı almamışdır. Buna görə də ötürülmüş prossesual müddətin bərpa edilməsindən imtina edilməsinin hüquqi əsası yoxdur. Buna görə də onun iddiasının mümkünsüz sayılmasının hüquqi əsası yoxdur. Bildirir ki, o şəhid ailəsidir, oğlu qazidir. O heç vaxt yalan danışa bilməz. Buna baxmayaraq məhkəmə onun dəlillərini yəni qərarı almamasına dair dəlilləri subut kimi qiymətləndirməmiş nəticədə düzgün olmayan qərardad qəbul etmişdir. Ona görə də məlum qərardad ləğv edilməli iş yenidən məhkəmə baxışına göndərilməlidir. Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı apellyasiya şikayətində elektron kabinetinin bağlı olduğunu, qərarları almadığını, prossesual müddətin bərpa edilməsindən imtina edilməsinin hüquqi əsası olmadığını qeyd etmişdir. Gəncə Inzibati Məhkəməsi iddia tələbini ona görə mümkün saymamışdır ki, iddiaçı iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüşdür. Belə ki, iddiaçı tərəfindən ləğv edilməsi tələb olunan qərarlar ##.##.2025-ci il tarixdə ödəyicinin elektron kabinetinə elektron qaydada göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən ##.##.2025-ci il tarixdə məhkəmədə iddia qaldırılmaqla qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan da görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## ###### 2025-ci il tarixli, ************** nömrəli qərar və ## ###### 2025-ci il tarixli, ************** nömrəli qərar iddiaçıya ##.##.2025-ci il tarixində göndərilmiş, ##.##.2025-ci il tarixində oxumuşdur. Vergi Məcəlləsinin 70.2-1.3. bəndindəndə göründüyü kimi, sənədlər elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Göründüyü kimi iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlil ##.##.2026-cı il tarixli, 2-1 (***)-****/**** nömrəli qərardadın ləğv edilməsi üçün əsaslı deyil. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası IPM-nin 62-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Iş materiallarında olan: -Cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli, ************** nömrəli qərara əsasən, İddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -Cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli, ************** nömrəli qərara əsasən, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. -Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, cavabdehin ##.##.2025-ci il tarixli 25012002348553 və ************** nömrəli qərarları İddiaçı ##.##.2025-ci il tarixdə göndərilmiş və həmin qərarlar ##.##.2025-ci il tarixdə vergi ödəyicisi tərəfindən oxunmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Avropa Məhkəməsi “X6rşı” ## ###### 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarı ilə dövlət tərəfindən tənzimələnməli hüquqdur. Bu hüquqa qoyulan mədudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq olunan vəsaitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası IPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. Inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli * №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar üzrə müəyyən edilmiş məhdudiyyətlərdin biri də iddia müddətləridir. Iddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarım vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Iddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## ###### 2025-ci il tarixli, ************** nömrəli və ## ###### 2025-ci il tarixli, ************** nömrəli qərarlarının ləğvi məqsədini güdür. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən Inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; -62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; -62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda,aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Sadalanmış müddəaların mənasından bəlli olur ki, inzibati aktın göndərilməsi ilə bağlı mübahisə yarandığı halda, inzibati orqan aktın təqdim edilməsi faktını və müddətini sübut etməlidir. Mübahisənin yaranması isə maraqlı şəxsin inzibati aktı almadığı və ya geç aldığı halların müəyyən edilməsi ilə əlaqədardır. Yəni hər bir halda maraqlı şəxs tərəfindən hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. Iş materiallarında olan “Elektron sənəd mübadiləsi haqqında” *** nömrəli müqavilədən görünür ki, cavabdeh orqanla İddiaçı arasında bağlanmış müqaviləyə əsasən tərəflər vergi orqanı ilə vergi ödəyicisi arasında aparılan yazışmaların elektron şəkildə həyata keçirilməsi, o cümlədən vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlərin ona verilmiş (təqdim edilmiş) sayılması barədə razılığa gəlmişlər. Həmçinin Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## ###### 2025-ci il tarixli, ************** nömrəli və ## ###### 2025-ci il tarixli ************** nömrəli qərarları İddiaçı ##.##.2025-ci il tarixdə göndərilmiş və həmin qərarlar ##.##.2025-ci il tarixdə vergi ödəyicisi tərəfindən oxunmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Göründüyü kimi, tərəflər arasındakı müvafiq müqaviləyə əsasən onlar aralarında aparılan yazışmaların elektron şəkildə həyata keçirilməsi barədə razılığa gəlmiş və bu əsasla vergi orqanı sözügedən qərarları elektron üsulla iddiaçıya məxsus kabinetə göndərmişdir. Sözügedən qərarlar ona ##.##.2025-ci il tarixdə göndərildiyindən 3 gün keçdikdən sonra yəni, ##.##.2025-ci il tarixdə lazımi qaydada çatdırılmış sayılır. Lakin buna baxmayaraq iddiaçı hazırki tələblə məhkəməyə 30 günlük müddəti ötürməklə, yəni ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, IPM-in 24.1ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. Belə ki, müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Iddiaçı da bu normaya əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizənin məzmunundan bəlli olur ki, buraxılmış prosessual müddətin bərpasının əsası kimi qərarlardan xəbəri olmadığını göstərmişdir. Məhkəmə kollegiyası iddiaçının arqumenti ilə bağlı qeyd edir ki, cavabdeh orqanla İddiaçı arasında bağlanmış müqaviləyə əsasən tərəflər vergi orqanı ilə vergi ödəyicisi arasında aparılan yazışmaların elektron şəkildə həyata keçirilməsi, o cümlədən vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlərin ona verilmiş (təqdim edilmiş) sayılması barədə razılığa gəldiklərinə görə ona məxsus elektron kabinetə nəzarət etmək, daxil olan sənədlərə baxmaq onun məsuliyyət sferasına aid olmuşdur. Göründüyü kimi, iddiaçı tərəf məhkəməyə həmin obyektiv səbəbləri açıqlamamış, müddətin üzürlü səbəbdən buraxılmasına dair heç bir tutarlı əsas göstərə bilməmiş və sübut təqdim etməmişdir. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37ci maddəsinə uyğun yoxlamalıdırlar. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Hazırda iddiaçı tərəfindən iddia qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülmüş, habelə müddətin üzürlü hesab edilməsi üçün əsaslı sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Inzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-7)-331/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-331/2026
30.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver