Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-333/2026 26.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: “Məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunu katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ##.##.2005-ci il tarixli, AZ İ № ****** nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, ##.##.1980-ci il tarixdə Laçın rayonun Şamkənd kəndində anadan olmuş X4 ilə ##.##.1987-ci il tarixdə Xanlar (Göygöl) şəhərində anadan olmuş X6 ##.##.2005-ci il tarixdə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra arvada “Cahangirova” soyadı verilmişdir. 2.
3. Cavabdeh tərəfindən X4 ##.##.2025-ci il tarixdə AA seriyalı ****** №-li məcburi köçkün vəsiqəsi verilmişdir.
4. Cavabdeh Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda görünür ki, ##.##.2008-ci il təvəllüdlü İddiaçı X5nın qeydiyyatı ünvan 1 ünvanında olduğundan iddiaçının istəyinin müsbət həlli Komitənin imkanı xaricindədir.
5. Cavabdeh tərəfindən Gəncə Inzibati Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Cahangirov X3 rayonundan məcburi köçkün olmuşdur. Komitə tərəfindən ona məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir. Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2025-ci illəri əhatə edən elektron ləlumat bazasında X11 məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi barədə qeyd aşkar edilməmişdir.
6. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı X1 Laçın rayonun Şamkənd kəndində, X5 Nurəddin qızı Göygöl rayonunda qeydiyyatdadır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, onun atası və babası Laçın rayonundan məcburi köçkün düşərək Göygöl rayonunda məskunlaşmışlar. X1 ilə X5 ##.##.2005-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar və onların birgə nikahlarından ##.##.2007- ci il tarixdə bacısı Fidan və ##.##.2008-ci il tarixdə o doğulmuşdur. O, hal-hazırda ailəsilə birlikdə Göygöl şəhəri, Kooperativ binası, mənzil 05-də müvəqqəti məskunlaşmış və ailəsilə birlikdə Qaçqın və Məcburi köçkünlərə şamil edilən bütün növ güzəştlərdən istifadə edir. Həmçinin X1na Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən AA****** nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. O, 2025-ci ildə X2 tərəfindən təşkil edilmiş imtahanda yüksək bal toplayaraq seçim mərhələsinə buraxılmışdır. Bu səbəbdəndə ona məcburi köçkün vəsiqəsinin alınması zərurəti yaranmışdır. Məcburi köçkün vəsiqəsinin verilməsi üçün Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Lakin Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi bundan imtina edərək ona məcburi köçkün vəsiqəsi verilməsindən imtina etmişdir. Imtinasını bununla əsaslandırmışdır ki, X5nın qeydiyyatı ünvan 1 ünvanında olduğundan iddiaçının istəyinin müsbət həlli Komitənin imkanı xaricindədir.
9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının qanuni nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
10. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddianın təmin edilməməsi qərara alınmışdır.
11. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı İddiaçı X1 Laçın rayonundan məcburi köçkün düşmüş, Cavabdeh tərəfindən ona məcburi köçkün statusu və vəsiqəsi verilmişdir. Həmçinin iddiaçının X1 Laçın rayonun Şamkənd kəndində qeydiyyatdadır. Lakin iddiaçının X5 ünvan 1 ünvanında qeydiyyatdadır. Belə olan halda qanunvericiliyin tələbinə əsasən, iddiaçıya “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi istisna edilir. Ona görə də məhkəmə cavabdehin imtinasını qanuni hesab edir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
12. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarında imtinanın əsası kimi yeganə olaraq bir hal əsas kimi götürülmüşdür ki, onun atası işğal altında olmuş Laçın rayonu ərazisində qeydiyyatda olduğu halda, anası Göygöl rayonu ərazisində qeydiyyatdadır. Bu fikri əsaslandırmaq üçün məhkəmə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin ## ### 2013-cü il tarixli, * saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə «məcburi köçkün» statusu və ona vəsiqəsinin verilməsinə dair Qaydalar”ın 4.1.6.-cı bəndlərinə əsaslanmışdır. Orada qeyd olunur ki, ona məcburi köçkün statusu verilməsi üçün atası və anasının hər ikisi işğal olunmuş rayonda qeydiyyatda olmalıdır. Bu qaydaya əsaslanaraq ona məcburi köçkün statusu veilməsindən imtina edilməsi hesab edir ki, tamamilə qansuzdur, məntiqə uyğun olmayan əsasdır. Birincisi, komitənin qaydalarından irəli gələn həmin tələb qanudan irəli gələn tələb deyil, bu tələb imperativ xarakter daşımır. Yəni, həmin tələb mütləq icra edilməli hal kimi qiymətləndirilə bilməz. Ikincisi, onun atası ilə anası Laçın rayonu işğal altından olandan sonra evlənmişlər və qeyd etdiyi kimi, onların nikahları 2005-ci ildə rəsmi qeydiyyata alınmışdır. Belə olan halda anasının işğal edilmiş rayona qeydiyyata düşməsi nə dərəcədə məntiqə uyğundur, bir halda ki, torpaq işğal altındadır. Atası, anası və onlar ailəlikcə Göygöl rayonu ərazisində məskunlaşmışlar. Üçüncüsü, hesab edilsə ki, anası səhv edib atasının qeydiyyatda olduğu işğal altında olan rayona qeydiyyata düşməyibdir, onun bu səhvindən nəyə görə yetkinlik yaşına çatmayan bir uşaq kimi iddiaçı zərər görməliydir və məcburi köçkün statusundan istifadə edə bilməməlidir. Bu hal həm də Beynəlxalq Uşaq Hüquqlarının pozulması deməkdir. Odur ki, qeyd olunan qərar ləğv edilməli, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərarı qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
16. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. “Qaçqın” və “məcburi köçkün” anlayışları Milliyyətinə, irqi və vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən sosial qrupa mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, ailəsinə, əmlakına real təhlükə yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin onu müdafiə etməsindən istifadə edə bilməməsi, yaxud təhlükəyə görə bu müdafiədən istifadə etmək istəməməsi üzündən yaşadığı ölkənin hüdudlarından kənarda olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində “qaçqın”, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçən şəxslər və ya başqa ölkədə daimi yaşayış yerini tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikasının vətəndaşları “məcburi köçkün” sayılır.
17. Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 2013-cü il ## ### tarixli, * №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: Əsas anlayışlar Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. IV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. Işğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.
18. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
19. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
21. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
22. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
23. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
24. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
25. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
26. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
27. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
28. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
29. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
30. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ##.##.2008-ci il təvəllüdlü olmaqla anası İddiaçı, atası isə X4r. Iddiaçının X1 Laçın rayonundan məcburi köçkün olmuşdur və Komitə tərəfindən ona məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir. Iddiaçı atasının müvafiq statusuna istinad etməklə cavabdeh orqana müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etsə də, cavabdeh orqan bundan imtina etmişdir.
34. Cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad etməklə qeyd etmişdir ki, X5nın qeydiyyatı ünvan 1 ünvanında olduğundan iddiaçının müraciətinin müsbət həlli Komitənin imkanı xaricindədir.
35. Iddiaçı, qanuni nümayəndəsi vasitəsilə Gəncə Inzibati Məhkəməsinə hazırkı tələblə müraciət etmişdir.
36. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
37. Belə ki, hazırkı mübahisəyə münasibətdə məcburi köçkün statusunun və həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtinanın əsası kimi cavabdehin istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir.
38. Qaydaların istinad edilən həmin bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun.
39. Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir.
40. Buna baxmayaraq, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə Qaydaların 4.1.6cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə vaxtilə işğal altında olmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir.
41. Belə ki, işin hallarına əsasən müəyyən olunur ki, iddiaçının X1 Laçın rayonun Şamkənd kəndində qeydiyyatda olsa da, X5 Nurəddin qızı Göygöl rayonunda qeydiyyatdadır.
42. Göründüyü kimi, iddiaçının X5 Nurəddin qızının daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu Göygöl rayonu vaxtilə işğal altında olmuş ərazi olmadığından Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt ödənilməmişdir. Belə olan halda qanunvericiliyin tələbinə əsasən, iddiaçıya “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi istisna edilir. Ona görə də kollegiya cavabdehin imtinasını qanuni hesab edən birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.
43. Odur ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
44. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.