Məhkəmə qərarları › İş №2-1(3-7)-354/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-354/2026

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-354/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:

1. Dövlət Sərhəd Xidməti X2 Komandanının ##.##.2025-ci il tarixli, 27 ş/h nömrəli əmri ilə R İddiaçı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, qərargah bölüyünün 4-cü taqımının sürücüsü vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və onunla bağlanmış ##.##.2023-cü il tarixli bağlaşma ləğv edilmişdir.

İşdə olan sənədlər:

2. Dövlət Sərhəd Xidməti X2 Komandanlığının ##.##.2023-cü il tarixli *** nömrəli nizami hissə üzrə əmrinə əsasən, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzlüğa görə) müvafiq olaraq, qərargah bölüyünün 4-cü taqımının sürücüsü R İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və ##.##.2025-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmaqla hərbi qeydiyyata götürülmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsinə göndərilmişdir.

3. ##.##.2024-cü il tarixli, ** nömrəli iclas protokolundan görünür ki, qərargah bölüyünün 4-cü taqımının sürücüsü R İddiaçı xidmətinin təşkilində yol verdiyi nöqsanlarla bağlı X2 rəhbərliyi tərəfindən dinlənilmə iclası keçirilmiş, dinlənilmənin sonunda bütün göstərilənlər nəzərə alınaraq, qərargah bölüyünün 4-cü taqımının sürücüsü R İddiaçı şəxsi intizamsızlığını, yol verdiyi nöqsanların X2 Komandanlığının nüfuzuna xələl gətirdiyini və gələcəkdə digər hərbi qulluqçuların intizamına mənfi təsir göstərəcəyini nəzərə alaraq hərbi qulluqçunun "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunnunu 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması məsələsinə dair yekun qərar qəbul edilmişdir.

4. *** nömrəli "Təyinatların qeydiyyatı kitabı"ndan çıxarışdan və "Təyinat vərəqəsi"ndən görünür ki, R İddiaçı ##.##.2025-ci il tarixdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə əmr elan olunaraq, təyinat üzrə SHXÇDX-nın Kəpəz rayon şöbəsinə göndərilməsi barədə təyinat vərəqəsi ona təqdim edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xidmətdən azad edilməsinə əsas olan ##.##.2025-ci il tarixli **ş/h nömrəli əmrin ləğv edilməsi, əvvəlki iş yeri olan Dövlət Sərhəd Xidmətinin X2 N saylı hərbi hissəsində R rütbəsində sürücü vəzifəsinə bərpa edilməsi və məcburi buraxdığı iş günlərinə görə əmək haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Baki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Dövlət Sərhəd Xidməti X2 N saylı hərbi hissəsində R rütbəsində sürücü vəzifəsində hərbi qulluqçu kimi xidmət etmiş, ##.##.2025-ci il tarixli təyinat vərəqəsinə əsasən Silahlı Qüvvələrin ehtiyata buraxılmışdır. Bu qərar X2 Komandanlığının ##.##.2025-ci il tarixli **ş/h nömrəli əmrinə əsasən icra edilmişdir. Xidmət müddəti ərzində o, öz vəzifələrini vicdanla yerinə yetirmiş, intizam qaydalarına əməl etmiş və peşəkar fəaliyyətini layiqincə davam etdirmiş, buna baxmayaraq xidmətdən haqsız olaraq çıxarılmışdır. Əmrdə göstərilən “xidməti uyğunsuzluğu” əsassız və qanunsuz hesab edilir. Belə ki, əsas kimi Bakı Hərbi Məhkəməsinin hakimi Fikrət Əliyev tərəfindən çıxarılmış №*-*(***)-***/**** saylı hökm göstərilmişdir. Həmin hökmə əsasən, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsi ilə təqsirli bilinərək aylıq pul təminatından dövlət nəfinə 15 faiz tutulmaqla 1 il 4 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Baş vermiş hadisənin əsas səbəbkarı o olmamış, əksinə, xidmət etdiyi bölmənin komandiri R Əhmədov Valeh olmuşdur. Hökm qüvvəyə mindikdən sonra ona guya xidmətə qayıtmaq üçün vaxt verildiyi qeyd edilsə də, əslində planlı şəkildə onun təxris olunması həyata keçirilmişdir. Həmçinin, əmrin surəti ona təqdim edilməmişdir. Qərara səbəb olan hallar süni şəkildə yaradılmışdır. Ona qarşı əsas kimi smartfon telefondan istifadə etməsi göstərilmişdir. Halbuki, hərbi hissədə yaradılmış “Qərargah bölüyü” adlı “WhatsApp” qrupunda xidmətlə bağlı görülən işlərin paylaşılması məqsədilə bütün hərbi qulluqçular tərəfindən telefon istifadəsi zəruri olmuşdur. Bu hallar yazışmalarda və səsli mesajlarda açıq şəkildə öz əksini tapmışdır. Buna baxmayaraq, bu fakt yalnız onun əleyhinə tətbiq edilmişdir. Həmçinin, ona qarşı dəfələrlə psixoloji təzyiq göstərilmişdir. Qərargah rəisi R Nəsib Mirzəyev, onun müavini R Röyal Şərbətov, xidmət etdiyi bölmənin komandiri R Valeh Əhmədov və kadrlar şöbəsinin rəisi R Ceyhun Abbasov tərəfindən ona qarşı psixoloji təzyiq və təcridetmə siyasəti aparılmış, o, könüllü ərizə yazaraq tərxis olunmağa məcbur edilmişdir. Ona bildirildiyinə görə, əks halda o, xidməti uyğunsuzluqla azad ediləcək və gələcəkdə başqa yerdə işlə təmin olunmayacaqdır. ##.##.2024-cü il tarixində Psixi Sağlamlıq Mərkəzində aparılmış müayinə nəticəsində ona “Adaptasiya pozuntusu (F43.2)” diaqnozu qoyulmuşdur. Lakin təxris olunarkən bu tibbi hal nəzərə alınmamış, hüquqi qiymət verilmədən qərar qəbul edilmişdir. Həmin tibbi rəy qərarın obyektiv şəkildə yenidən nəzərdən keçirilməsini tələb edir. Həmçinin, onun atası Şahin Nağıyev 1976-cı il təvəllüdlüdür və ağır xəstəliklərdən əziyyət çəkir. Atasında ürək çatışmazlığı, şəkərli diabet və MRT müayinəsi ilə təsdiqlənmiş sol beyin yarımkürəsində akut işemik insult, həmçinin periventrikulyar nahiyələrdə mikronodapatik dəyişikliklər mövcuddur. Bu vəziyyət ailənin sosial durumuna və himayədarlıq öhdəliklərinə birbaşa təsir göstərir. Lakin işdən çıxarılma zamanı bu mühüm sosial amil nəzərə alınmamışdır. ## #### 2025-ci il tarixində işə bərpa olunması ilə bağlı Dövlət Sərhəd Xidmətinə yazılı müraciət etmiş, lakin bu müraciətə cavab verilməmişdir. O, ## ##### 2025-ci ildə təkrar müraciət etsə də, yenə cavab almamışdır. Yalnız ##.##.2025-ci il tarixli cavab məktubunda onun müraciətinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacağı bildirilmişdir. Daha sonra ##.##.2025-ci il tarixində ona məktub göndərilmiş, lakin bu məktub qeydiyyat ünvanına göndərildiyi üçün o, gec məlumat almışdır. Cavab məktubunda isə heç bir əsaslandırma göstərilmədən işə bərpa olunmasının mümkün olmadığı qeyd edilmişdir.

8. İddiaçı məhkəməyə iddia ərizəsi ilə yanaşı buraxılmış müddətin bərpasına dair ərizə təqdim edərək onunla əsaslandırmışdır ki, prosessual müddət onun tərəfindən üzrlü səbəblərdən buraxılmışdır. Belə ki, əvvəlcə Cavabdeh müraciət etmiş, bu isə müddətin ötürülməsinə səbəb olmuşdur. Həmin müraciətlərə vaxtında cavab verilməmiş, təqdim olunmuş cavab isə qeydiyyat ünvanına göndərildiyindən gec əldə etmişdir. Bu səbəbdən məhkəməyə gec müraciət etmiş və nəticə etibarilə prosessual müddəti ötürmüşdür.

9. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş ##.##.2026-cı il tarixli, **/****/**M nömrəli etiraz onunla əsaslandırılmışdır ki, sabiq hərbi qulluqçu R İddiaçı DSX X2 Komandanının ##.##.2025-ci il tarixli, 27 ş/h nömrəli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, qərargah bölüyünün 4-cü taqımının sürücüsü vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və onunla bağlanmış ##.##.2023-cü il tarixli bağlaşma ləğv edilmişdir. Cavabdeh X2 Komandanlığının ##.##.2023-cü il tarixli *** nömrəli "şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılma" barədə nizami hissə üzrə əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzlüğa görə) müvafiq olaraq, qərargah bölüyünün 4-cü taqımının sürücüsü R İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və ## ###### 2025-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmaqla hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsinə göndərilmişdir. ##.##.2024-cü il tarixli, ** nömrəli iclas protokolundan görünür ki, qərargah bölüyünün 4-cü taqımının sürücüsü R İddiaçı xidmətinin təşkilində yol verdiyi nöqsanlarla bağlı X2 rəhbərliyi tərəfindən dinlənilmə iclası keçirilmişdir. Dinlənilmənin sonunda bütün göstərilənlər nəzərə alınaraq, qərargah bölüyünün 4-cü taqımının sürücüsü R İddiaçı şəxsi intizamsızlığını, yol verdiyi nöqsanların X2 Komandanlığının nüfuzuna xələl gətirdiyini və gələcəkdə digər hərbi qulluqçuların intizamına mənfi təsir göstərəcəyini nəzərə alaraq hərbi qulluqçunun "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunnunu 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması məsələsinə dair yekun qərar qəbul edilmişdir. Qoşmaya əlavə edilmiş *** №-li "Təyinatların qeydiyyatı kitabı"ndan çıxarışdan və "Təyinat vərəqəsi"ndən görünür ki, R İddiaçı ## ###### 2025ci il tarixdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə əmr elan olunaraq, təyinat üzrə AR SHXÇDX-nın Kəpəz rayon şöbəsinə göndərilməsi barədə təyinat vərəqəsi ona təqdim edilmişdir. Beləliklə mübahisəli əmr ona elan edilmiş və öz imzası ilə təsdiq etmişdir. ##.##.2025-ci il tarixli, */***m №-li AR SHXÇDX-nın Kəpəz rayon şöbəsinə ünvalanan müşayiət məktubunun surətindən görünür ki, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış R İddiaçı xidmət dəftərçəsi, xidməti xasiyyətnaməsi və şəxsi heyətin siyahısından çıxarılması barədə əmrin surəti saxlanılması üçün göndərilmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddiaçı sabiq hərbi qulluqçu İddiaçı barəsində qəbul edilmiş və hazırda mübahisələndirdiyi ##.##.2025-ci il tarixli, 27 ş/h №-li əmrdən ## ###### 2025-ci il tarixdən məlumatlı olmuşdur, lakin məhkəməyə 2025-сi ilin sentyabr ayında müraciət etməklə ganunvericilikdə nəzərdə tutulmuş iddia müddətini (5 aydan çox bir müddətdə) buraxmışdır.

10. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim F.Əliyev) buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, iddia tələbi mümkün sayılmamışdır.

11. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçının mübahisələndirilən əmrdən ##.##.2025-ci il tarixdən məlumatlı olması, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində onu mübahisələndirməməsi və beləliklə də prosessual müddəti ötürməsi iş üzrə mübahisə predmeti təşkil etmir. Belə ki, Təyinatların qeydiyyatı kitabından görünür ki, İddiaçı əmri ##.##.2025ci il şəxsən imza etməklə qəbul etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsi və müddətin bərpasına dair ərizənin məzmunu ilə eynilik təşkil edir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi.

16. Cavabdehə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

18. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

19. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

21. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

22. Göründüyü kimi birinci instansiya məhkəməsinin mövqeyinə əsasən iddia tələbi mübahisələndirilən aktdan şikayət verilməsi ilə bağlı müddətin ötürülməsi əsası ilə qeyri-mümkün sayılmışdır.

23. Apellyasiya şikayətində iddia tələbinin mümkün sayılmaqla mahiyyəti üzrə baxılması xahiş olunur.

24. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olubolmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

25. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatıqaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» ## ##### 2015-ci il tarixli * №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (qərarın 1.1, 1.3, 1.4, 2.1 və 2.3-cü bəndləri).

27. İşin hallarından görünür ki, iddiaçı Dövlət Sərhəd Xidmətinin X2 Komandanının ##.##.2025-ci il tarixli, 27 ş/h nömrəli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, qərargah bölüyünün 4-cü taqımının sürücüsü vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və onunla bağlanmış ##.##.2023-cü il tarixli bağlaşma ləğv edilmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirilən – ##.##.2025ci il tarixli əmr barəsində həmin tarixdən məlumatlı olması işin mübahisələndirilməyən halıdır. Belə ki, iddiaçı məhkəmə iclasında sözügedən əmr barəsində ona ##.##.2025-ci il tarixdə məlumat verilməsini bildirmişdir.

29. Bundan başqa, Təyinatların qeydiyyatı kitabından görünür ki, iddiaçı əmri ##.##.2025-ci il şəxsən imza etməklə qəbul etmişdir (səh. 49).

30. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, iddiaçının qanunun tələblərini bilməməsi buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin olunması üçün əsas deyil.

31. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.

32. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.

33. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.

34. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.

35. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar