Məhkəmə qərarları › İş №2-1(3-7)-357/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-357/2026

16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-357/2026 16.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X2 Xidmətinə qarşı “şikayət məktubuna əsaslandırılmış cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X2 Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətsizlilyinin qanunsuz hesab edilməsi və ona ünvanladığı şikayət məktubuna əsaslandırılmış cavab verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə o, əmək müqaviləsi əsasında çalışdığı “xxxx” MMC-dən onun qanunsuz və əsassız olaraq işdən azad edilməyi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X2 Xidmətinin rəsmi imeyl ünvanına (elektron ünvan 1) qoşmaları ilə birlikdə şikayət məktubu ünvanlamışdır. Hər ehtimala qarşı, 2 gün sonra, yəni ##.##.2025-ci il tarixdə o, yenidən eyni şikayət məktubunu və onun qoşmalarını həmin ünvana göndərmişdir. ##.##.2025-ci il tarixdə onu Abşeron DOST Mərkəzinə dəvət etdilər. Şikayət ərizəsi ilə bağlı suallar verildi və izahatı alındı. Ona ##.##.2025-ci il tarixli müraciət vərəqəsini təqdim etdilər. Həmin sənədə əsasən, onun müraciəti çoxdan qeydiyyata alınmış və icraata qəbul edilmişdi. Bütün bunlara baxmayaraq, ##.##.2025-ci il tarixdə X2 Xidmətinə etdiyi müraciətinin cavabı bugünədək verilməmişdir. Müraciətinin üzərindən 8 (səkkiz) aya yaxın müddət keçməyinə baxmayaraq, X2 Xidməti hələ də onun şikayətinə heç bir münasibət bildirməmişdir. Halbuki, “Inzibati icraat haqqında” Qanunun 52-ci maddəsinə görə, səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. Inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla 2 (iki) dəfə uzadıla bilər. Inzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. Inzibati aktın qəbul edilməsi də daxil olmaqla, hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Göründüyü kimi, X2 Xidmətinə ##.##.2025-ci il tarixdə onlayn qaydada göndərdiyi məktuba 30 gün ərzində cavab verilməli olduğu halda bugünədək cavab verilməmişdir. Bundan başqa, qanunda inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla 2 (iki) dəfə uzadıla biləcəyi, lakin bu halda inzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə, yəni ona məlumat verilməsi tələb edilir. X1 Müfəttişliyi Xidməti bu qaydanı da pozmuş və müddət uzadılmış belə olsa, ona uzatma və belə uzatma zərurəti barəsində heç bir məlumat verməmişdir. Cavabdeh iddiaya dair münasibətini bildirməmiş, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə etmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Z.Quliyev) iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı şikayətinə dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Iş materiallarında olan: -İddiaçı ##.##.1986-cı il tarixdə Tovuz rayonunda anadan olmuş, hazırda Ağstafa rayonu, Tatlı ərazi dairəsi, Tatlı kəndində qeydiyyatda olmaqla, Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi 22 ünvanda yaşayır. -Iddiaçıya məxsus ****** nömrəli əmək kitabçasındakı qeydlərə əsasən o, ##.##.2020-ci il tarixdən “xxxx” şirkətinə 3 ay müddətinə mühəndis vəzifəsinə qəbul edimiş, ##.##.2020-ci il tarixdən sınaq müddətin bitməsi ilə əlaqədar olaraq mühəndis vəzifəsi davam etmişdir. -“xxxx” MMC ##.##.2025-ci il tarixli, ASB/M-*** nömrəli bildirişlə iddiaçıya çatdırmışdır ki, müəssisədə ştat ixtisarı zərurəti yarandığından onunla bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- ci maddəsinin “b” bəndinə əsasən ##.##.2025-ci il tarixdən etibarən xitam verilməsi qərarlaşdırılmışdır. -Iddiaçı ##.##.2025-ci il tarixdə “xxxx” şirkətindən şikayəti təkrar olaraq cavabdehin elektron ünvan 1 elektron poçtuna göndərmişdir. -Iddiaçının əmək qanunvericiliyinin pozulmasına dair müraciət vərəqəsi Abşeron DOST Mərkəzində ##.##.2025-ci il tarixdə qeydiyyata alınmışdır. -Cavabdeh ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab məktubunu təqdim etmiş və əlavə olaraq bildirmişdir ki, vətəndaşlara göndərilən məktublar sifarişli poçt ilə göndərilmədiyindən, çatmasını təsdiq edən hər hansı sənədin təqdim edilməsi imkan xaricindədir. Həmin məktuba əlavə edilmiş iddiaçının *-**-*/*-M-*****/**** nömrəli ##.##.2025-ci il tarixli, *-**-*/*-M*****/**** nömrəli ##.##.2025-ci il tarixli, *-**-*/*-M-*****/**** nömrəli ##.##.2025-ci il tarixli müraciətlərinə cavab olaraq ##.##.2025-ci il tarixli, *-**-*/*-H-*****/**** nömrəli məktubunda bildirmişdir ki, cəmiyyətin rəhbərliyi tərəfindən Xidmətin Bakı şəhər Idarəsinə təqdim olunmuş sənədlərdən iddiaçı cəmiyyətin işəgötürən arasında ##.##.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinin ##.##.2025-ci il tarixində Məcəllənin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verildiyi, iş vaxtının uçotu cədvəllərindən iş saatının iş günü hesab edilməyən bayram günləri qabağı 1 saat qısaldılmadığı, bununla da Məcəllənin 108-ci maddəsinin tələbinin pozulduğu məlum olmuşdur. Qeyd olunanlara əsasən, cavabdeh tərəfindən cəmiyyətin icraçı direktoru Özgür Kurum barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (IXM) 192.4-cü və 192.6-ci maddələrinə əsasən MN ******* nömrəli ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati icraata başlanılmışdır. Eyni zamanda, cəmiyyətin rəhbərliyi tərəfindən Xidmətin Bakı şəhər idarəsinə yenidən təqdim olunmuş iş vaxtının uçotu cədvəllərindən (əsli) iş günü hesab edilməyən bayram günləri qabağı iş saatının qanunvericiliyə uyğun olaraq qısaldıldığı müəyyən edilmişdir. Həmçinin, cəmiyyətin icraçı direktoru Ozgur Kurum barəsində iXM-nın 53.1.1-ci maddəsinə əsasən MN ******** nömrəli, ##.##.2025-ci il tarixli inzibati xəla haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilərək başladılmış inzibati icraata xitam verilmişdir. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar iddiaçının məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. Inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi- hüquqi tələbinin olubolmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli, * nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır (6.1). Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda qeyd olunan normaların mahiyyətindən də göründüyü kimi, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Iddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Iddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən istifadə etməklə, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. Iddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq, şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılsın. Iddiaçı əmək mübahisəsi ilə bağlı əvvəl cavabdeh quruma dəfələrlə müraciət etmiş, lakin həmin qurum tərəfindən onun müraciətlərinə vaxtında baxılmaması, cavab verilməməsi səbəbindən hazırkı iddianı qaldırmışdır. Lakin iddiaçının əsas niyyəti, çatmaq istədiyi nəticə əvvəlki vəzifəsinə bərpa olunmasıdır. Bunun üçün isə, iddiaçı mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə əmrin ləğvi, işə bərpa edilməsi ilə iddia qaldıra bilərdi. Birinci instansiya məhkəməsinin iclaslarında, eləcə də məhkəmə kollegiyasının iclasında iddiaçıya bu barədə yardım edilsə də, iddiaçı hazırkı tələbə baxılmasında israr etmişdir. Cavabdeh tərəfindən ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubla iddiaçının müraciətlərinə cavab məktubu məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, iddia tələbi cavabdeh qurum tərəfindən icra edilərək iddiaçının müraciətlərinə cavab verilmiş və həmin məktub Elektron Məhkəmə Informasiya Sistemində - AZEMIS-də yerləşdirilməklə sonuncuya təqdim edilmişdir. Bununla da tərəflər arasında həmin məsələyə dair mübahisə artıq aradan qalxmışdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarına toxunma ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqlənmir. Inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Beləliklə, işin yuxarıda qeyd edilən halları iddia tələbini mümkünsüz edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Inzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar