Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-363/2026 16.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmağına dair Cavabdeh ##.##.2024-cü il tarixli əmrinin ləğv edilməsi və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmağına dair öhdəliyin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o 2013–2017-ci illərdə Təfəkkür Universitetində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali təhsil almış, 2023-cü ildən qiyabi əsaslarla hüquq təhsili almaqdadır. ##.##.2019-cu ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursuna qəbul olunmuşdur. ##.##.2020–##.##.2021-ci illərdə R rütbəsində N saylı hərbi hissədə şəxsi heyətlə iş üzrə müavin vəzifəsində xidmət etmiş, Vətən müharibəsi zamanı yaralanmasına baxmayaraq müalicədən sonra döyüşlərə qayıtmışdır. “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Sonrakı illərdə müxtəlif N saylı hərbi hissələrdə xidmət etmiş, 2023-cü ildə R rütbəsi almış və hərbi əməliyyatlarda iştirak etmişdir. ##.##.2023- cü ildən Laçın rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etmişdir. ##.##.2024-cü il tarixli əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılmışdır. Lakin bu qərarın əsası olan ##.##.2024-cü il tarixli şərəf məhkəməsində irəli sürülən ittihamlar konkret və mötəbər sübutlarla təsdiqlənməmiş, qərar subyektiv ifadələrə əsaslanmışdır. Ittihamlar üzrə nə araşdırma aparılmış, nə də hər hansı rəsmi intizam tədbiri əvvəlcədən tətbiq edilmişdir. Bundan əlavə, onunla profilaktik söhbətlərin aparılması və ittihamları qəbul etməsi barədə qeydlər həqiqəti əks etdirmir. Qərarda göstərilən nöqsanlar ümumi və qeyri-müəyyən xarakter daşıyır. Həmçinin, qeyd olunan əmrin ona təqdim edilməməsi qanunvericiliyin tələblərinin pozulmasıdır. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Eyni zamanda iddiaçı İddiaçı iddia ərizəsi verilməsi üçün buraxılan prosessual müddətin bərpası barədə ərizə verərək buraxılmış prosessual müddətin üzrlü hesab olunaraq bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əmrin ona təqdim edilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etsə də, nəticəsiz qalmış, habelə, təkrar işə bərpa olunması təmin edilməmişdir. Bundan əlavə, o, əmrin verildiyi tarixdən etibarən 30 gün müddətində məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olduğunu bilməmişdir. Eyni zamanda, 44 günlük Vətən müharibəsi zamanı yaralanmış, bu səbəbdən müəyyən müddət ərzində müalicə almışdır. Məhz bu kimi hallara görə müddət tərəfindən ötürülmüşdür. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı ərizəsinin məzmununa uyğun izahat verib təmin olunmasını məhkəmədən xahiş etmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim F.Əliyev) iddiaçı İddiaçı tərəfindən verilən buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Iddiaçı İddiaçı həmin qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun barəsində Laçın rayon 4-cü təhqiqat bölməsində araşdırılma aparılmış, onun əməlində cinayət tərkibi omadığı üçün araşdırma xeyrinə yekunlaşmış, lakin həmin yekun qərarı ona təqdim etməmişlər. Daha sonra isə onu ##.##.2024-cü il tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxmışlar. Daha sonra işə bərpa olunması üçün müraciət edib, lakin onun müraciətləri həllini tapmamışdır. Bu da onu göstərir ki, cinayət işi rədd edildikdən sonra o qeyd olunan dövrlər ərzində hərəkətsiz qalmamışdır və aidiyyatı orqanlara işə bərpa olunması üçün müraciətlər etmişdir. Həmçinin qeyd edir ki, Laçın rayon 4-cü təhqiqat bölməsinin qeyd olunan qərarı ona heç vaxt göndərilməmişdir. Qeyd olunan qərarı rəsmi qaydada əldə edə bilməmişdir. Qısaca Müdafiə Nazirliyi Şəxsi Heyət Baş Idarəsi tərəfindən cavab məktubu olaraq ona ünvanlanmış ##.##.2025-ci il tarixli həmin məktub Bərdə rayonuna ##.##.2025-ci il tarixdə çatmışdır. Həmin məktubu əldə edəndən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Bundan başqa qeyd edir ki, o məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir lakin, məhkəmə 9 aya yaxın müddətə işi uzadaraq qərar qəbul etmişdir. 9 ay müddətində hər dəfə məhkəmə iclası araşdırma aparılmadan təxirə salınmışdır. Hər dəfə də bu gün hakim yoxdur, cavabdehə yaddan çıxıb məktub göndərilməyib deyilərək 9 aydan sonra məhkəmə hesab etmişdir ki, müddət ötürülüb. Lakin bu müddət ərzində məhkəmə bir dəfə olsun Laçın rayon 4-cü təhqiqat bölməsinə barəsində aparılmış və rədd edilmiş cinayət işinin materiallarının alınması üçün sorğu verməmişdir. Əgər həmin sorğu verilmiş olsaydı aydın olardı ki, onun barəsində qərəzli şəkildə cinayət işi başlatmaq istəmişlər. Hər dəfə bir dövlət orqanları vətəndaşları belə süründürməçilik hallarına yol verərək sonra da müddətin ötürüldüyü qənaətinə gəlmələri absurddur. Inzibati Prosessual Məcəllədə işə baxılması ilə bağlı müddətin olmaması və işlərə ağlabatan müddətdə baxılması, o demək deyil ki, 9 ay heç bir araşdırma aparılmayaraq sonda hakim müddətin ötəməsi qənaətinə gəlir. Qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu növ məhdudiyyətlərdən biri də iddia tələbi ilə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edilməsidir. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «Inzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi o müddəti üzrlü səbəblərdən ötürmüşdür. Hesab edir ki, iddianın verilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxılmamışdır. Əks yanaşma onun məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmağa gətirib çıxara bilər Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, buraxılmış prosessual müddətin üzrlü hesab olunaraq bərpa edilməsini xahiş etmiş, əlavə olaraq məhkəmə kollegiyasının suallarına cavabında qeyd etmişdir ki, sözügedən əmr barədə 2024-cü ilin ## ######## tarixində məlumatı olub, həmin ayın 13-də də Səfərbərlik Xidmətinin müvafiq şöbəsində qeydiyyata düşmüşdür, müharibədə yaralandığına görə müəyyən müddətlərdə müalicə almışdır, lakin bu müalicə müddəti aylarla davam etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası IPM-nin 62-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Avropa Məhkəməsi “X1rşı” ## ###### 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarı ilə dövlət tərəfindən tənzimələnməli hüquqdur. Bu hüquqa qoyulan mədudiyyətlər yalnız o halda Konvensiyanın 6cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq olunan vəsaitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası IPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. Inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli * №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Iş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2024-cü il tarixli, **** nömrəli əmrinə əsasən, N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun motoatıcı Vnin şəxsi heyətlə iş üzrə müavini R İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, hüquqi marağı Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş qərargah rəisinin ##.##.2024-cü il tarixli, **** nömrəli əmrinin ona aid hissədə ləğv edilməsindən ibarətdir. Iddiaçı mübahisələndirdiyi qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüş, ərizə verərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin: -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. -38.3-cü maddəsinə əsasən Inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Bununla bağlı qeyd edilməlidir ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; -62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; -62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda,aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Sadalanmış müddəaların mənasından bəlli olur ki, inzibati aktın göndərilməsi ilə bağlı mübahisə yarandığı halda, inzibati orqan aktın təqdim edilməsi faktını və müddətini sübut etməlidir. Mübahisənin yaranması isə maraqlı şəxsin inzibati aktı almadığı və ya geç aldığı halların müəyyən edilməsi ilə əlaqədardır. Yəni hər bir halda maraqlı şəxs tərəfindən hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. Azərbaycan Respublikasının 1997-ci il # ####### tarixli, ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Bənd 155. ... Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə əsasən yerinə yetirilir. Bənd 161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Bənd 165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işlərinin seçilmiş yaşayış yeri üzrə hərbi komissarlıqlara vaxtında göndərilməsi və daxil olmasına nəzarət korpusların (diviziyaların), Silahlı Qüvvələr növlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən həyata keçirilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Göründüyü kimi, əsasnamənin tələblərinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Qanunvericiliyin qeyd olunan tələbindən göründüyü kimi, inzibati akt barədə məlumat, birbaşa elan edildikdə də təqdim olunmuş sayılır. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən ##.##.2024-cü il tarixli, **** saylı əmr mübahisələndirilir. Iddiaçının həmin əmrdən 2024-cü ilin sentyabr ayından məlumatlı olması, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində onu mübahisələndirməməsi və beləliklə də prosessual müddəti ötürməsi iş üzrə mübahisə predmeti təşkil etmir. Iddiaçı əmrin ona təqdim edilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etsə də, nəticəsiz qaldığını, habelə, təkrar işə bərpa olunması təmin edilmədiyini, bundan əlavə, o, əmrin verildiyi tarixdən etibarən 30 gün müddətində məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olduğunu bilmədiyini, eyni zamanda, 44 günlük Vətən müharibəsi zamanı yaralanndığını, bu səbəbdən müəyyən müddət ərzində müalicə aldığını, məhz bu kimi hallara görə müddəti ötürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının buraxılmış müddətin bərpası ilə bağlı ərizəsində və apellyasiya şikayətinin dəlillərində göstərdiyi hallar kifayət qədər üzün müddətdə buraxılmış müddətin bərpası üçün heç bir halda əsaslı sayıla bilməz. Belə ki, iddiaçının qanunsuz ehtiyata buraxılması ilə əlaqədar müraciətlər etməsi buraxılmış müddətin bərpası üçün əsas hesab edilə bilməz. Belə ki, onun inzibati orqana müraciətlər etməsi, eyni zamanda məhkəməyə müracət etməsi hüququnu məhdudlaşdırmır. Həmçinin, şəxsin qanunvericiliyin tələblərini bilməməsi onu bu halın nəticələrindən azad etmir. Digər tərəfdən iddiaçı ehtiyyata buraxıldıqdan sonra müəyyən vaxtlarda müalicə aldığını, lakin bu müalicələrin aylarla davam etmədiyini bildirmişdir ki, bu da onun müddəti üzürsüz səbəbdən ötürdüyünü bir daha təsdiq edir. Müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırmaları zamanı müəyyən olunmamışdır. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Hazırda iddiaçı tərəfindən iddia qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülmüş, habelə müddətin üzürlü hesab edilməsi üçün əsaslı sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Inzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-7)-363/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-363/2026
16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver