Məhkəmə qərarları › İş №2-1(3-7)-366/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-366/2026

16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-366/2026 16.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Salıfov Aqil Rövşən oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı inzibati iş üzrə QƏRARI Açar sözlər: “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdləyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları 1.

2. Cavabdeh Şəxsi Heyət Baş Idarəsi tərəfindən Müdafiə Nazirliyinin Hüquq Idarəsinin rəisinə ünvanlanmış və suərətinin məhkəməyə ünvanlandığı ##.##.2025-ci il tarixli, *-**-**/*- ****/**** nömrəli məktuba əsasən, təqdim olunmuş sənədlərdə vətəndaş İddiaçı 27.09- ##.##.2020-ci il tarixlərdə döyüş əməliyyatları aparılan dövrdə fəaliyyətinin “ “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli, *** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il ## ###### tarixli, *** nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyinə görə, ##.##.2022-ci il tarixli protokol ilə komissiya tərəfindən sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur.

3. Cavabdeh Şəxsi Heyət Baş Idarəsin “M” tərəfindən Müdafiə Nazirliyinin Hüquq Idarəsinin rəisinə ünvanlanmış və surətinin məhkəməyə ünvanlandığı ##.##.2025-ci il tarixli, *-**-**/*-****/**** nömrəli məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: -##.##.2020-ci il tarixli, SQ 0023959 seriya nömrəli hərbi bilet iddiaçıya məxsusdur; -N nömrəli hərbi hissənin MAHHXHQ Ru X4 tərəfindən verilmiş izahatda o qeyd etmişdir ki, R İddiaçı döyüş tapşırığı yerinə yetirilən rayonlara getməsi ilə bağlı nizami hissə üzrə əmrlər kitabında əməliyyatlar aparılmadığından sonuncu veteranlıqla təltif olunmamışdır. Həmçinin, izahatının təsviri hissəsində göstərdiyi kimi İddiaçı həqiqətən də döyüş əməliyyatları aparılan ərazilərə getmiş, İddiaçı onunla birlikdə döyüş əməliyyatları aparılan ərazilərə getməsi 2958, 3284, 3169, 3380, 3059, 2914 və 2839 yol vərəqələrində göstərilmişdir. -N nömrəli hərbi hissənin mənzil istismar xidmət rəisi vəzifəsində xidmət edən R X1 tərəfindən verilmiş izahatda qeyd etmişdir ki, o, həqiqətən R Aqil Salafovu “MAZ” markalı avtomobillə N nömrəli hərbi hissəyə zirehli texnikalar gətirməsini görmüş, bundan başqa “*** nömrəli hərbi hissəyə zirehli texnikalar daşımışdır; -R İddiaçı tərəfindən verilmiş izahatda qeyd etmişdir ki, o, ##.##.2009-cu il tarixdə SHXÇDX Ağstafa rayonu şöbəsi tərəfindən müddətdən artıq həqiqi hərbi xidmətə çağrılmış, N nömrəli hərbi hissədə xidmətə başlamış, N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət etdikdən sonra ##.##.2020-ci il tarixdə X2 və Tədris Mərkəzində R hazırlığı kursuna daxil olmuşam və kursu bitirdikdən sonra ##.##.2020-ci il tarixdən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün 2-ci avtomobil taqımının komandiri vəzifəsində xidmət edir. Araşdırma ilə bağlı onu demişdir ki, ##.##.2020-ci il tarixdə döyüş əməliyyatları başladıqdan sonra xidməti zərurətlə əlaqədar olaraq o, ##.##.2020-ci il tarixdən ##.##.2020-il tarixədək MAZ-642508 markalı H *** QQ hərbi qeydiyyat nömrə nişanlı avtomobil texnikasında maşın böyüyü qismində sürücü kiçik-R Elşən Ismayılov ilə birlikdə 038, 329, 049, 288 və N nömrəli hərbi hissələrdən, Bərdə dəmiryol vağzalından, N nömrəli hərbi hissədə (Toğanak kəndində), N nömrəli hərbi hissədə (Daşkəsən), Füzuli rayonu, Cəbrayıl rayonu, Qubadlı rayonu ərazisində döyüş tapşırığını yerinə yetirən hərbi hissənin bölmələrinə zirehli texnikalar ve şəxsi heyətin istirahəti üçün kunqlar daşımış, lakin buna baxmayaraq yuxarı komandanlıq tərəfindən yalnız “Kəlbəcərin azad olunması uğrunda” medalı ilə təltif olunmuş, Füzuli, Cəbrayıl və Qubadlının azad olunması uğrunda medalları ilə və veteranlıqla təltif olunmamışdır. O, bununla bağlı şəxsi heyətin uçotu bölməsinin rəisi R Nazim Əmənovdan nə üçün ona Füzuli, Cəbrayıl və Qubadlı azad olunması uğrunda medalla və veteranlıqla təltif olunmadığını soruşduqda sonuncu bölmə komandirinin bununla bağlı nizami hissəyə raport təqdim etmədiyini bildirmişdir; -##.##.2020-ci il tarixli, **** nömrəli yol vərəqinə əsasən, maşının böyüyü qismində g-r İddiaçı, hərəkətin marşrutu “N” nömrəli hərbi hissələr və Gəncə-Goran göstərilmişdir; -##.##.2020-ci il tarixli, 2958 yol vərəqinə əsasən, maşının böyüyü qismində g-r İddiaçı, hərəkətin marşrutu “N” nömrəli hərbi hissələr və Füzuli, Horadiz, Gəncə göstərilmişdir; -**** nömrəli yol vərəqəsinə əsasən, maşının böyüyü qismində g-r İddiaçı, hərəkətin marşrutu “N” nömrəli hərbi hissələr və Tərtər, Füzuli, Xocavənd, Cəbrayıl göstərilmişdir; -**** nömrəli yol vərəqəsinə əsasən, maşının böyüyü qismində g-r İddiaçı, hərəkətin marşrutu “N” nömrəli hərbi hissələr və Gəncə, Qubadlı göstərilmişdir; -##.##.2020-ci il tarixli, 3284 yol vərəqəsinə əsasən, maşının böyüyü qismində g-r İddiaçı, hərəkətin marşrutu “N” nömrəli hərbi hissələr və Cəbrayıl, Füzuli göstərilmişdir; -**** nömrəli yol vərəqəsinə əsasən, maşının böyüyü qismində g-r İddiaçı, hərəkətin marşrutu “N” nömrəli hərbi hissələr və Qazax, Beyləqan, Şəmkir göstərilmişdir. -“Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə arayışməlumata əsasən: 1) Hərbi hissə (müəssisə) – “065” nömrəli hərbi hissə; 2) Soyadı, adı atasının adı: Salıfov Aqil Rövşən oğlu; 3) Rütbəsi: R; 4) Vəzifəsi: avtomobil taqım komandiri; 5) Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE 15991654; 6) Fərdi identifikasiya nömrəsi (FIN): *******;. Döyüş əməliyyatları aparılan zaman (27.09.-##.##.2020-ci il tarixlərdə) 1) Xidmət keçdiyi hərbi hissə (müəssisə) – “N” nömrəli hərbi hissə; 2) Rütbəsi: R; 3) Vəzifəsi: avtomobil taqım komandiri; 4) Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): ##.##.2020-ci il tarixdə *** nömrəli əmrlə daxil olub və hal-hazırda qüvvədədir; 5) Xidmət etdiyi hərbi hissədən ezam olunma və qayıtma (tarixlər və əmrin nömrələri göstərilməklə): Yol vərəqəsi əsasında ##.##.2020-##.##.2020-ci il tarixlərdə gedib; 6) Ezam olunduğu hərbi hissə: 171, 191, 006 və N nömrəli hərbi hissələrə; 7) Ezam olunduğu hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması, döyüş tapşırığının yerinə yetirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə): Müdafiə nazirinin ##.##.2021-ci il tarixli, *** nömrəli əmrinə və N nömrəli hərbi hissə komandirinin ##.##.2020ci il tarixli, ** nömrəli döyüş əmrinə əsasən, N nömrəli hərbi hissənin ##.##.2020-ci il tarixli, ** nömrəli döyüş sərəncamı, N nömrəli hərbi hissənin ##.##.2020-ci il tarixli, ** nömrəli döyüş sərəncamı və N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** nömrəli döyüş sərəncamına əsasən hücum fəaliyyətinə uyğun döyüş tapşırıqlarını icra etmişdir; 8) Ezam olunduğu hərbi hissələrə daxil olması və çıxması (nizami hissə üzrə əmrlərin nömrələri və tarixləri göstərilməklə): Yol vərəqəsi əsasında getdiyi üçün 171, 191, 006 və N nömrəli hərbi hissələrdə qeydiyyata düşməyibdir; 9) Ezamiyyət vərəqəsində aparılan qeydlər (hərbi hissələr, daxil olması və çıxması tarixləri göstərilməklə): Ezamiyyət vəsiqəsi ilə getməyib, ##.##.2020-##.##.2020-ci il tarixlərdə yol vərəqəsinə əsasən gedib; 10) Ezam olunmasının səbəbi və məqsədi, həmin dövrdə maddi-texniki təminat üzrə tabşırıqlarla bağlı hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): Murovdağ silsiləsi (Kəlbəcər istiqaməti) uğrunda gedən döyüş əməliyyatlarında zirehli texnikaların daşınması məqsədi ilə və digər maddi-texniki təminat üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsində bilavasitə iştirak etmişdir; 11) Hansı ərazilərə ezam olunub (ezamiyyət vərəqəsi əsasında): Göygöl, Daşkəsən (Murovdağ silsiləsi), Füzuli və Qubadlı rayonları; 12) Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: Xəsarət almayıb; 13) Xəsarət (yaralanma, travma, kontuziya) aldığı ərazi: yoxdur; 14) Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz): yoxdur; 15) Ehtiyata və ya istefaya buraxılması (nizami hissə üzrə əmrin nömrəsi və tarix): Halhazırda N nömrəli hərbi hissədə xidmət edir; 16) Döyüşlərdə iştirakına görə təltifləri (tarix və ad): ##.##.2020 “Kəlbəcərin azad olunmasına görə”.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2020-##.##.2020-ci il tarixlərdə Murovdağ silsiləsi (Kəlbəcər istiqaməti) uğrunda gedən döyüşlərdə iştirak etmiş, amma ona veteran adı və vəsiqəsi verilmədiyindən məcbur qalıb bu barədə müraciət etmişdir. Cavabdeh Mərkəzi Arxiv Idarəsindən iddiaçının müraciəti ilə bağlı ona göndərilmiş cavab məktubunda N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərinin MN-nin Mərkəzi Arxivinə daxil olmadığı üçün araşdırma apara bilmədikləri qeyd olunmuşdur. Iddiaçı bildirir ki, nümayəndəsi tərəfindən davamlı edilən müraciətlərdən sonra Müdafiə Nazirliyinin Aparatının nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən barəsində olan sənədlərin komissiyaya göndərilməsinə dair ##.##.2024-cü il tarixində MN-nin N saylı h/h-yə müraciət ünvanlanmış, Amma MN- nin N saylı h/h-si tərəfindən sözügedən sənədlər yenə komissiyaya göndərilməmişdir.

6. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə Inzibati Məhkəməsinə göndərilmişdir.

7. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə hazırkı iddia tələbi “ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

8. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X9 Xidməti, Azərbaycan Respublikasının Strateji X6 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya Idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburətmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasdır. Normanı ümumiləşdirərək qeyd edilmişdir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ######## tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə amrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iddiaçının barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X7 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ##### tarixli, *** nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı, onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## #### 2017-ci il tarixli, *-*(***)-****/**** nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi yetərli sayıla bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 14.3- cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında Iddiaçı İddiaçı iddia ərizəsində qeyd olunanlara oxşar izahat vermiş, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

10. Gəncə Inzibati Məhkəməsinin (hakim N.Hüseynov) ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçı hərbi xidmətə ##.##.2020-ci il tarixdə *** nömrəli əmrlə hərbi hissəyə hərbi xidmətə daxil olmuş və hal-hazırda xidmət edir. Müdafiə nazirinin ##.##.2021-ci il tarixli, *** nömrəli əmrinə və N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, ** nömrəli döyüş əmrinə əsasən, N nömrəli hərbi hissənin ##.##.2020-ci il tarixli, ** nömrəli döyüş sərəncamı, N nömrəli hərbi hissənin 2020-ci il sentyabr tarixli, ** nömrəli döyüş sərəncamı və N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** nömrəli döyüş sərəncamına əsasən hücum fəaliyyətinə uyğun döyüş tapşırıqlarını icra etmiş, Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli, **** nömrəli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Habelə, iddiaçının X5 iştirak etməsi ilə bağlı onun hərbçi dostları bununla bağlı izahatlarını vermiş və qeyd etmişlər ki, iddiaçı həqiqətən də döyüş əməliyyatları aparılan ərazilərə getmiş və o həqiqətən “MAZ” markalı avtomobillə N nömrəli hərbi hissəyə və digər “N nömrəli hərbi hissəyə zirehli texnikalar gətirilməsi və yerlərinin dəyişdirilməsində iştirak etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, tədqiq edilmiş sübutlar iddiaçının 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında, xüsusi ilə Kəlbəcər rayonu ərazisinin azad olunmasında iştirak etməsini təsdiq edir. Cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ciil tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin məzmununa görə, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində) qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. Iddiaçı N nömrəli hərbi hissədə avtomobil taqım komandir vəzifəsində döyüş təminatı ilə məşğul olduğunu iddia edir. Iddiaçının bilavasitə yuxarda qeyd olunan ərazilərdə döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlərlə təsdiq edilmir. Lakin, inzibati işə baxan birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan xüsusatları araşdırılmamış, qərar əsaslandırılmamış, iddia tələbi əsassız olaraq təmin edilmişdir. Qeyd olunanlardan başqa Əsasnamənin qeydinə əsasən Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Xüsusi ilə qeyd edilir ki, məhkəmə Əsasnamənin qeyd hissəsinin tələblərinə əməl etməyərək cavabdeh Cavabdeh üzərinə bir başa iddiaçıya “Müharibə veteram” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmasını qərara alınmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, Gəncə Inzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

18. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.

19. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - - Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. - Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X9 Xidməti və Azərbaycan Respublikasının Strateji X6 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: - Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

21. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (# ####### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).

22. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün.

23. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

24. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

26. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

27. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

28. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

29. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

30. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

31. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

32. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

33. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

34. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

35. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən isə bundan imtina edilmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

39. Iş materialları ilə müəyyən edilir ki, cavabdeh orqanın imtinasına əsası iddiaçı barəsində təqdim olunmuş arayış məlumata əsasən, döyüş əməliyyatları aparılan dövrdə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək ezam olunduğu hərbi hissələrin yerləşdiyi ərazinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarında göstərilən ərazi meyarlarına uyğun gəlməməsi olmuşdur.

40. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, qanunvericiliyə əsasən döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də “Müharibə veteranı” hesab edilirlər.

41. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə 1-ci hissəsinin onuncu və on birinci abzaslarının tələblərinə görə müharibə veteranı adı aşağıdakı şəxslərə verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə;(Onuncu abzas)

42. Göründüyü kimi, onuncu abzasın tələblərinə görə adı qeyd olunan ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. Döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə isə döyüş təminatı, mənəvipsixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Döyüş əməliyyatları ilə bağlı tapşırıqlar yalnız döyüş təminatı anlamında qəbul edilə bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün döyüş təminatı ilə yanaşı, həm də digər təminat növlərinin, o cümlədən maddi-texniki təminatı və arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur.

43. Həmçinin, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarında qeyd edilmişdir ki, qanunvericiliyə əsasən, 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda “Müharibə veteranı” adı və vəsiqəsi verilir.

44. Qeyd olunan hüquqi mövqe kassasiya instansiyası məhkəməsinin analoji işlər üzrə digər qərarlarında da öz əksini tapmışdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).

45. Iş materiallarına əlavə edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı İddiaçı hərbi xidmətə ##.##.2020-ci il tarixdə *** nömrəli əmrlə hərbi hissəyə hərbi xidmətə daxil olmuş və hal-hazırda xidmət edir. Müdafiə nazirinin ##.##.2021-ci il tarixli, *** nömrəli əmrinə və N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, ** nömrəli döyüş əmrinə əsasən, N nömrəli hərbi hissənin ##.##.2020-ci il tarixli, ** nömrəli döyüş sərəncamı, N nömrəli hərbi hissənin 2020-ci il sentyabr tarixli, ** nömrəli döyüş sərəncamı və N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** nömrəli döyüş sərəncamına əsasən hücum fəaliyyətinə uyğun döyüş tapşırıqlarını icra etmiş, Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli, **** nömrəli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

46. Belə ki, iş materiallarında olan müvafiq Yol vərəqələri ilə təsdiq olunur ki, iddiaçı İddiaçı maşının böyüyü qismində sürücü k/ç E.Ismayılov ilə birgə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarında göstərilən ərazilərin bir hissəsinə yəni, Füzuli, Cəbrayıl və Qubadlı rayonu ərazisində döyüş tapşırığını yerinə yetirən hərbi hissənin bölmələrinə zirehli texnikalar və digər yükləri daşımışdır.

47. Habelə, iddiaçının X5 iştirak etməsi ilə bağlı onun hərbçi yoldaşları (sürücü E.Ismayılov və digərləri) bununla bağlı izahatlarını vermiş və qeyd etmişlər ki, iddiaçı həqiqətən də döyüş əməliyyatları aparılan ərazilərə getmiş, “MAZ” markalı avtomobillə müvafiq hərbi hissələrə zirehli texnikaların gətirilməsi və yerlərinin dəyişdirilməsində iştirak etmişdir.

48. Digər tərəfdən analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. Bu zaman həmçinin şəxsin işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən müvafiq medal ilə təltif edilməsi də nəzərə alınmalıdır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, xx.xx.2023-cü il tarixli 2- *(***)-****/**** nömrəli qərarları, xx.xx.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli və xx.xx.2024-cü il tarixli 2-1(102)- ****/**** nömrəli qərardadları).

49. Iş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli, **** nömrəli sərəncamı ilə verilmiş İ-**** nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinə əsasən, İddiaçı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

50. Göründüyü kimi, iddiaçı müvafiq Əsasnamədə qeyd olunmuş ərazilərdə madditexniki təminat üzrə tapşırıqları yerinə yetirməklə zirehli texnikaların daşınması və yerlərinin dəyişdirilməsində iştirak etmişdir. Onun həmin ərazilərdəki xidməti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin on birinci abzasının təsiri dairəsinə düşür. Belə olan halda, iddiaçının hərbi hissədə xidməti barədə məlumatlar, onun maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etməsi məhkəmə qaydasında öz təsdiqini tapmış olur. Odur ki, cavabdeh orqanın iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etməsi əsassız olmuşdur.

51. Məhkəmə kollegiyası cavabdehin “birinci instansiya məhkəməsinin Əsasnamənin qeyd hissəsinin tələblərinə əməl etməyərək cavabdeh Cavabdeh üzərinə birbaşa iddiaçıya “Müharibə veteram” adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulmasını qərara alması” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədi ilə adın müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində məhkəmə qərarları dəyişdirilərək, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli, *- *(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarları).

52. Bu hal isə müəyyən səbəblərdən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"də ayrı-ayrı kateqoriya şəxslərə münasibətdə "Müharibə veteranı" adının məhz hansı sənədlər əsasında və hansı səlahiyyətli orqanlar tərəfindən veriləcəyi aydın nizamlanmışdır. Iddiaçıya münasibətdə "Müharibə veteranı" adının məhz Cavabdeh tərəfindən verildiyi təsbit edilmişdir.

53. Bununla yanaşı, həmin Əsasnamənin 2-ci hissəsinin qeydində həm də belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

54. Qeyd olunan normanın tətbiqinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində “Müharibə veteranı” adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə "Müharibə veteranı" adının verilməsi ilə bağlı məsələni həll edərkən Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir.

55. Bundan fərqli olaraq, şəxsə "Müharibə veteranı" adının verilməsindən imtina olunduqda, yəni hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Cavabdeh tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının "Müharibə veteranı" adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də, məhkəmə mübahisələri yarandıqda, cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir.

56. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar.

57. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.

58. Odur ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən dolayı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin birbaşa cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasında haqlı olmuşdur.

59. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

60. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar